UEFA "Trabzonspor" klubunu cərimələyib

UEFA Türkiyənin "Trabzonspor" klubunu cərimələyib.

Buna komandanın Finlandiyada "KuPS"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının I turunun oyununda yaşananlar səbəb olub.

Superliqa klubu azarkeşlərin hərəkətlərinə görə ziyana düşüb.

Sözügedən qarşılaşmada meydana əşyalar atılıb, tərəfdarlar pirotexniki vasitələrdən istifadə edib, digər əşyaları yandırıb və stadiona ziyan vurublar. Fanatlardan biri də meydana girib.

Pirotexniki vasitələrin yandırılması və əşyaların atılmasına görə "Trabzonspor" 80 000 avro ödəyəcək. Bundan əlavə, klub növbəti səfər matçında azarkeşsiz qalacaq.

Meydana azarkeşin daxil olması ucbatından klub 15 000 avro cərimələnib. Türkiyə təmsilçisi stadiona vurulan ziyana görə 5 000 avro ziyana düşüb. Həmçinin qırılan 13 oturacağın məbləğini ödəmək üçün Finlandiya komandası ilə əlaqə saxlanılmalıdır.

Xatırladaq ki, "Trabzonspor" Finlandiyada keçirilən matçda rəqibini 4:2 hesabı ilə məğlub edib.