MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olundu

Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə edilib.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Səfir Esmira Cəfərova Gödöllö şəhərində yerləşən Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetini (MATE) ziyarət edib və universitetin rektoru professor Çaba Dyuritsa ilə görüşüb", - məlumatda bildirilib və əlavə edilib ki, görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin səfir universitetin tələbələri ilə görüşərək Azərbaycan və onun xarici siyasəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.