Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqları tərəfindən təşkil edilən aksiyalar istisna olmaqla, yaxın günlərdə bütün nümayişlərin keçirilməsinə qadağa qoyulduğunu elan edib.
Bu barədə "Report" Fransa mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, hökumətin qarşıdakı günlər, xüsusilə də oktyabrın 24-ü üçün siyasəti "bunun üçün qanuni əsasları olmayan" şəxslərin toplantılara çağırış etməsinin qadağan olunmasından ibarətdir.
"Biz onları mümkün olan hər yerdə qadağan edəcəyik. Bununla belə, həmkarlar ittifaqları bu cür sorğular təqdim etdikdə, onlar prefektlər tərəfindən nəzərdən keçiriləcək, lakin şəhərlərimizin mərkəzlərini, müəssisələrimizi və ictimai binalarımızı qorumaq üçün alternativ yollar təklif olunacaq", - o əlavə edib.