Cəlilabadda qəza: 3 nəfər xəsarət alıb

Yaralılar xəstəxanaya hospitalizasiya olunublar

Cəlilabad şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

AYNA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.