Avropada təhlükəsizlik məsələsi artıq yalnız müdafiə xərclərinin artırılması ilə məhdudlaşmır. Söhbət qitənin mümkün hərbi böhran zamanı nə dərəcədə müstəqil hərəkət edə biləcəyindən, Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan özünü müdafiə etmək imkanlarından və NATO-nun gələcək rolundan gedir. Rusiya-Ukrayna müharibəsi, transatlantik prosesə dair münasibətlərdəki qeyri-müəyyənlik və müasir müharibə texnologiyalarının sürətli inkişafı Avropanı onilliklər ərzində formalaşmış, ancaq indiki reallıqlarla uzlaşmayan təhlükəsizlik modelinə yenidən baxmağa vadar edir. Bəs Avropa müdafiəsini özü təmin edə bilərmi, yoxsa bu məqsəd hələ uzun müddət siyasi bəyanat səviyyəsində qalacaq?
ABŞ-dən asılılıq və müharibə bataqlığı: Avropa təhlükəsizliyini necə təmin edəcək?
Mənbə: oxu.az/siyaset/abs-den-asililiq-ve-muharibe-bataqligi-avropa-tehlukesizliyini-nece-temin-edecek