"PalmPay" apteklərdə istifadəyə verilir

"PalmPay" əhatə dairəsini genişləndirməyə davam edir. Bu günə kimi yalnız marketlərdə istifadə olunan texnologiya yeni sektora - apteklərə daxil olur. "Zeytun Pharmaceuticals" şirkətinin "PharmaStore" apteklər şəbəkəsi "PalmPay"lə əməkdaşlığa başlayır. Ovucla ödəniş sistemi artıq Üzeyir Hacıbəyov küçəsi, 63C ünvanında yerləşən "PharmaStore"da aktivdir.