Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib.
Bunu Xankəndidə keçirilən "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq çərçivəsində jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib.
"Bu gün Qarabağda BMT-Azərbaycan tərəfdaşlığı üzrə 3-cü yüksək səviyyəli görüş keçirilir. Bundan əvvəl eyni tədbir 2022-ci ildə Şuşa şəhərində, 2023-cü ildə Ağdam şəhərində olub. Görüşlərdə əsas müzakirə mövzuları qarşıdakı dövr ərzində Azərbaycan hökuməti və BMT arasında imzalanmış dayanıqlı inkişafa dair tərəfdaşlıq sənədlərinin icrasıdır. DİM-in lokallaşdırılması məqsədilə yol xəritələri -2 illik bir dövrü əhatə edən layihə hazırdır. Layihə çərçivəsində hər iki şəhərin spesifikası nəzərə alınıb, onların inkişaf planına inteqrasiya edilməsi nəzərdə tutulub".