Mikayıl Cabbarov: "İtaliya ilə əməkdaşlıq emal imkanlarının inkişafı üçün yeni imkanlar açır"

Azərbaycan ilə İtaliya arasında kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.

Xatırladaq ki, bu sənəd azərbaycanlı nazirin İtaliyaya işgüzar səfəri çərçivəsində onunla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında imzalanıb.

"Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib", - M.Cabbarov vurğulayıb.

X paylaşımıİtaliyaya işgüzar səfərimiz çərçivəsində İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani (@Antonio_Tajani), şirkətlər və “Made in Italy” naziri Adolfo Urso (@adolfo_urso) ilə birlikdə kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzaladıq. Sənəd ölkələrimiz arasında #sənaye tərəfdaşlığının genişləndirilməsinə, #Azərbaycan-ın resurs potensialı ilə #İtaliya-nın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır. #EconomyAzx.com/MikayilJabbarov/status/2113168596579061902