Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır

Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük tarifi 20 dəfə artırılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı müvafiq qərar oktyabrın 23-də qüvvəyə minib.

Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.

Tarif artımı 23.10.2026 – 31.12.2029-cu illər tarixini əhatə edəcək.