Xalq artisti, professor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsinə qayıdır.
Bu barədə Xalq artistinin özü məlumat verib.
"Opera və Balet Teatrında fəaliyyətimə geri dönürəm. Yaxın günlərdə rəhbərliklə görüşdük. Yanvardan teatrda tamaşalara başlayacam", - deyə Y.Adıgözəlov əlavə edib.
Qeyd edək ki, Yalçın Adıgözəlov 2024-cü ildə teatrdan ayrılmışdı. Xalq artisti Opera və Balet Teatrında musiqi rəhbəri və dirijoru vəzifəsində çalışıb.
O, Mədəniyyət Nazirliyinin Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.