“İmişli” və “Araz-Naxçıvan” üçün bəd xəbər

Oktyabrın 23-də Misli premyer-liqasında 9-cu tura start veriləcək.

Bildirək ki, oyunlar üç gün ərzində keçiriləcək. Komandaların hansı futbolçularının cəzalı durumda olacağına aydınlıq gəlib.

Iki oyunçu bu tur meydana çıxa bilməyəcək. Dəqiq desək, “İmişli” Juninyonun, “Araz-Naxçıvan” Ağadadaş Salyanskinin xidmətindən məhrumdu.

Xatırladaq ki, Juninyo 6-cı turun “Sabah” – “İmişli” qarşılaşmasında hakimi təqhir etdiyinə, Ağadadaş 8-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə rəqibin ayağını tapdaladığına görə ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün barəsində AFFA İntizam Komitəsi tərəfindən tədbir görülüb. “Pələnglər”in oyunçusu 4, “qırmızı-ağlar”ın futbolçusu isə 1 oyun üçün cəzalı duruma düşüb.