Ermənistan azan çobanı Azərbaycana qaytarır - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) azərbaycanlı mülki şəxsin Ermənistan ərazisinə keçməsi ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov hələ oktyabrın 19-da Ermənistanın Tavuş mərzində (sərhədyanı zona) saxlanılıb.

Aparılan araşdırma nəticəsində çobanın sadəcə otlaq sahəsində azaraq sərhədi keçdiyi müəyyən edilib.

Ermənistan tərəfi bildirib ki, həmin şəxsin Azərbaycan tərəfinə geri təhvil verilməsi üçün müvafiq addımlar və prosessual tədbirlər həyata keçirilir.