Moskvaya kütləvi PUA hücumu: yaralılar var - Video

Dünən gecədən bəri Moskvaya 600-dən çox PUA ilə hücum edilib.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Oktyabrın 21-i axşam saatlarından etibarən Moskvaya doğru buraxılan 630 dronun əksəriyyəti paytaxtın kənarında məhv edildi”, - Sobyanin bildirib.

Məlumata görə, hücum nəticəsində iki nəfər yaralanıb.