TRIPP marşrutunun çəkilişi üçün təşkilati işlərə başlanılıb

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və aidiyyəti qurumların rəhbərləri TRIPP marşrutunun çəkilişi ilə bağlı təşkilati məsələləri müzakirə etmək üçün Sünik bölgəsinə (Zəngəzur) səfər ediblər.

Səfərdə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, həmçinin Şəhərsalma Komitəsinin sədri Yegiazar Vardanyan iştirak ediblər.

Səfər çərçivəsində layihənin həyata keçirilməsi ilə bağlı təşkilati məsələlər nəzərdən keçirilib.