Dani Olmonun son vəziyyəti ilə bağlı məlumat yayılıb.
“Barselona”nın yarımmüdafiəçisi təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı futbolçu Çempionlar Liqasının 3-cü turunun PSJ ilə matçında (2:4) zədələnib. Müayinə zamanı onun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb. O, rəqiblə toqquşma zamanı xəsarət alıb.
Qeyd edək ki, Dani “El Klasiko”da oynaya biməyəcək. “Barselona” və “Real” La Liqanın 10-cu turu çərçivəsində oktyabrın 25-də qarşılaşacaqlar.