“Xalq Həyat Sığorta”nın 3-cü rübdə maliyyə durumu bəlli oldu

“Xalq Həyat Sığorta” ASC-nin 2026-cı ilin 3-cü rübündə xalis mənfəəti 2,15 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 201,5 min manat (və ya 10,4%) artım deməkdir (2025: 1,94 milyon manat)

Bu barədə ASC-nin 30 sentyabr 2026-cı il olan əsas maliyyə göstəricilərinə istinadən xəbər verilir.

Şirkətin ümumi gəlirləri 1,54 milyon manat artaraq 11,68 milyon manata çatıb. Əsas əməliyyat gəlirləri 1,40 milyon manat artaraq 9,81 milyon manat təşkil edib. İnvestisiya gəlirləri 533,7 min manat artaraq 1,61 milyon manata yüksəlib.

Şirkətin ümumi xərcləri 1,19 milyon manat artaraq 9,25 milyon manat olub (2025: 8,06 milyon manat). Əsas əməliyyat xərcləri azalsa da (5,28 milyon manat), işlərin aparılması xərcləri 1,25 milyon manat artaraq 3,97 milyon manat təşkil edib.

Şirkətin topladığı ümumi sığorta haqları 1,33 milyon manat artaraq 9,70 milyon manata çatıb. Müştərilərə edilən sığorta ödənişləri 514,6 min manat azalaraq 3,56 milyon manat təşkil edib.

Xalq Həyat Sığorta”nın ümumi aktivləri 619,3 min manat artaraq 31,09 milyon manata çatıb (2025: 30,47 milyon manat). Şirkətin investisiya portfelinin həcmi 989,6 min manat artaraq 26,97 milyon manata yüksəlib.