15 il sonra eyni filmdə rol aldılar - Foto

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar.

Axşam.az-a istinadla, aktyorlar çəkildikləri "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər.

Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub.

Qeyd edək ki, Halit və Məryəm 15 il əvvəl "Möhtəşəm yüz il" serialında birlikdə rol alıblar. Serialda Halit "Sultan Süleyman"ı, Məryəm isə "Hürrəm Sultan"ı canlandırıb.