İqtisadiyyat Nazirliyinin strukturu təhlükəsizlik auditi üçün 1,1 milyon manatdan çox vəsait ayırır.
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC təhlükəsizlik auditinin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “CYBER POİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 1 185 864,60 manat təşkil edir.
Müqavilə çərçivəsində qalib şirkət müvafiq qurumun təhlükəsizlik auditinin aparılması xidmətlərini həyata keçirəcək.