Anthropic artıq bu cümə günü IPO üçün açıq müraciət etməyi planlaşdırır

Anthropic artıq bu cümə günü investorlar üçün emissiya prospekti olan S-1 qeydiyyat formasını təqdim etməyi planlaşdırır. Bu barədə Yahoo Finance şirkətin planları ilə tanış olan üç mənbəyə istinadən yazır.

Şirkətin fond bazarına çıxışı miqyasına görə SpaceX-in IPO-sunu belə ötə bilər. Bu debüt süni intellekt bumuna investor marağının ciddi sınağı kimi qiymətləndirilir. Xüsusilə də sektordakı şirkətlərin nəhəng xərcləri ilə bağlı narahatlıqların artdığı bir dövrdə.

Reuters-in məlumatına görə, Uoll-stritdə Anthropic-in IPO zamanı 100 milyard dollara qədər vəsait cəlb edə biləcəyi, şirkətin isə 2 trilyon dollar dəyərində qiymətləndirilə biləcəyi gözlənilir.