Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.

COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.03% azalaraq 4.107 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.22% ucuzlaşaraq 56.43 ABŞ dolları təşkil edib.