Amerika liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqları konstruktiv kimi xarakterizə edib.
Bu haqda “RIA Novosti” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətin həlli istiqamətində “hər iki tərəfin görəcəyi hələ çox iş var”. Uitkoff vurğulayıb ki, Tramp böhrana son qoymağı və davamlı sülhə nail olmağı hədəfləyir.