Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə AVF-dən məlumat verilib.
O, 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Sözügedən yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.