Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu baş tutacaq.
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
"Biz Əbu-Dabini nəzərdə tuturuq. Razılaşma belə idi ki, danışıqlar noyabrın ortalarında baş tutsun”, - o vurğulayıb.
Qeyd edək ki, buncan öncəki açıqlamasında Y.Uşakov üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını söyləmişdi.