Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Toprak Partiyasının sədri Ömer Ulutaş Azərbaycanda "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.