Fransada qırıcı təyyarə qəzaya uğradı - Ölən var

Fransanın şimal-şərqində “Mirage 2000D” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Mert-et-Mozel əyalətinin Rojvil şəhərində baş verib.

Bildirilib ki, Nancy-Ochey 133 Hava Bazasına məxsus təyyarə missiyadan qayıdarkən qəzaya uğrayıb. Təyyarədə pilot və silah sistemləri üzrə zabit olmaqla iki nəfər olub.

Axtarış-xilasetmə əməliyyatı zamanı bir nəfərin meyiti tapılıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Qəzanın səbəblərini müəyyənləşdirmək üçün məhkəmə və təhlükəsizlik araşdırmalarına başlanılıb.