Osloda (Norveç) Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukrayna üzrə keçirilən danışıqlar məhsuldar olub, irəliləyişlər var.
Rusiya mediasına istinadən, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Onun sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq üçün ilkin şərtlər mövcuddur. Uitkoff, həmçinin qeyd edib ki, Rusiyaya Ukrayna nizamlanmasına dair yanaşmaların şərh edildiyi sənədlər gətirib.
Bundan əlavə, Uitkoff prezident Trampın adından "dizel sazişi" ilə bağlı qərara görə Putinə təşəkkür edib.
Rusiya prezidenti isə bildirib ki, Tramp son danışıqlarda insan itkilərinin qarşısını almaq üçün Ukraynadakı münaqişənin dayandırılmasının zəruriliyini vurğulayıb.