Milyonların inancımı, milyonların sevgisimi? - Aqşin Yeniseyin FİKRİ

Dostumuz Natiq Məmmədlinin bu yaxınlarda "Sev" adlı bir romanı nəşr olundu. Mövzusu bu idi ki, banqladeşli iki gənc fərqli dini inancdan olduqları və evlənərlərsə ölümlə cəzalandırılacaqları üçün qaçıb gəlib Azərbaycanda evləniblər. Müəllifin dediyinə görə, hadisə həqiqətən baş vermiş və miqrasiya idarəsində qeydə alınmış hadisədir. İndi oxuyanda ki, iki banqladeşli gənci Məkkədə öpüşdükləri üçün edam edib, meyitlərini də vətənlərinə göndəriblər, yadıma Natiq bəyin "Sev" romanı düşdü. Gənclər, oxuyun o romanı və seçim edin: milyonların inancımı, milyonların sevgisimi?Jalə