Putin və Uitkoff görüşdü – YENİLƏNİB

Sankt-Peterburqdakı Konstantin Sarayında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin də görüşdə iştirak etdiyi bildirilir.

***

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffu qəbul edəcək.

Bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov qeyd edib ki, görüş bu gün günün birinci yarısında baş tutacaq. O, söhbətin əsas mövzusunun Ukrayna münaqişəsi olacağını izah edib.