Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb

Tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.