Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb

Polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub. Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş…