Gənc oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı

Bakıda 15 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb.

Oxu.az-a istinadən, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakıda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı

Xatırladaq ki, oktyabrın 20-də axşam saatlarında 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.