Trampın xüsusi nümayəndəsi sabah Rusiyaya gəlir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək.

Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe məlumat verib.

Uitkoffun Rusiyaya səfər planlarını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyi məlum deyil.

Qeyd edək ki, Uitkoff və Kuşner bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər.