Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə qazın verilişi işlər başa çatanadək dayandırılacaq.