Tarix səhnəsinə sadə həyat tərzi sürdüyünü, şəxsi rahatlığını deyil, Almaniyanın taleyini düşündüyünü iddia edən siyasətçi kimi çıxan Adolf Hitler hakimiyyətə gəldikdən sonra öz ətrafında dəbdəbəli iqamətgahlar, bahalı məişət, şəxsi xidmətçilər və təmtəraqlı mərasimlərlə müşayiət olunan xüsusi bir dünya qurub. Nasist təbliğatı onu xalqın rifahı naminə yaşayan, şəxsi maraqlarını arxa plana keçirən rəhbər kimi təqdim edib. Lakin fürerin gündəlik həyatı, istifadə etdiyi iqamətgahlar və ətrafındakı şəxslərin xatirələri bu obrazın arxasında tamamilə fərqli mənzərənin dayandığını göstərib.
Fürerin gizli həyatı - Adolf Hitler xalqdan gizlətdiyi dəbdəbəli dünyası
Mənbə: olke.az/maraqli/484827/furerin-gizli-heyati-adolf-hitler-xalqdan-gizletdiyi-debdebeli-dunyasi/