"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vuurlub.
Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.
10-cu dəqiqədə Seru Qirassi fərqlənib.
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" " və "Borussiya Dortmund" komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Borussiya": Qreqor Kobel (q), Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.
Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.