Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verib

Qazaxıstanla Qırğızıstan sərhədində Azərbaycan əsilli rusiyalı reper "Navai" (Nəvai Bəkirov) saxlanılarkən onun üzərindən 2,53 qram marixuana aşkarlanıb. TASS-ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Rusiyanın Almatıdakı Baş Konsulluğunun notasına cavabında bildirilib.