Ötən həftəsonu Milanda və İtalianın digər regionlarında baş qaldıran iğtişaşlar Qərbə qarşı "hibrid müharibə"nin nəticəsi olub.
İtaliya mediasına istinadən, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto Romada Müdafiə satınalmaları məsələləri üzrə Forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədəki son etirazlar əvvəlki nümayişlərdən prinsipial olaraq fərqlənir, xüsusilə də sosial şəbəkələrin əhəmiyyətli təsirinə görə.
"Milanda və İtaliyanın digər regionlarındakı hadisələr keçmiş dövrlərdə baş verənlərdən prinsipial olaraq fərqlənir; onlar mənim "hibrid müharibə" adlandırdığım – TikTok, sosial şəbəkələr və YouTube kimi qeyri-ənənəvi alətlərin köməyi ilə ölkələrimizə qarşı aparılan münaqişə formasının nəticəsidir", - o bildirib.