Ombudsman Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. Görüş zamanı Ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. Müvəkkil insan hüquqları sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin, o…