Ayılardan sonra tülkülər üzə çıxdı - Rusiyada nə baş verir?

Rusiyanın müxtəlif bölgələrində sakinlər tülkülərin yaşayış məntəqələrinin yaxınlığında göründüyünü bildiriblər.

Onlar ev heyvanlarını ovlayır, zibil konteynerlərini eşələyir və uşaq meydançalarında dolaşırlar.

Tülkülər Moskvanın mərkəzində, Krasnodar, Stavropol və Perm diyarlarında, Leninqrad və Samara vilayətlərində, Başqırdıstan, Tatarıstan, Moskvaətrafı ərazilərdə və digər bölgələrdə müşahidə edilib. Məlumata görə, Moskvaətrafı ərazilərdə onların sayı 5 minə çatıb.

Yaşayış binalarının yaxınlığında daha çox bala tülkülərə rast gəlinir. Zibil qablarını eşələdikdən sonra həmin ərazilərə qayıdan tülkülər daha aqressiv davranmağa başlayırlar.

Vəhşi tülkülər leptospiroz, quduzluq və brusellyoz xəstəliklərinin daşıyıcısı ola bilərlər.

Mütəxəssislər vəhşi heyvanla təmasdan sonra dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.