ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini immiqrasiya siyasətini sərtləşdirməyə çağırıb.
Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Avropa dəyişməlidir. Əks halda, Avropadan heç nə qalmayacaq”, – deyə o bildirib.
ABŞ prezidenti bu fikirlə ilk növbədə immiqrasiya problemini nəzərdə tutduğunu vurğulayıb.