İran zənginləşdirilmiş urandan imtina etməyəcək.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X" sosial şəbəkə hesabında yazıb.
"İrandan bircə qram da olsun zənginləşdirilmiş uran çıxarılmayacaq", - o bildirib.
Rezainin sözlərinə görə, ABŞ etimad yaratmaq üçün addımlar atana qədər heç bir danışıqlar aparılmayacaq: "Bu proses İranın bütün şərtlərinin tam şəkildə yerinə yetirilməsi ilə başlamalıdır".
Qeyd edək ki, Rezai bu barədə Pakistan Quru Qoşunları komandanı Asim Munirlə görüşdən sonra məlumat paylaşıb.