Kino sənayemiz ACFM-də təmsil olunub

Nümayəndələrimiz ACFM çərçivəsində Koreya, Çin, Yaponiya, Kanada, Fransa və başqa ölkələrdən olan prodüserlər, distribütorlar və kino sənayesinin digər təmsilçiləri ilə görüşlər keçiriblər. Görüşlər zamanı ortaq layihələrin həyata keçirilməsi, əməkdaşlığın inkişafı, birgə audiovizual məzmun istehsalı və Azərbaycanın kino sənayesinin beynəlxalq bazarlarda təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir yeni əməkdaşlıq münasibətlərinin qurulması, peşəkar əlaqələrin möhkəmləndirilməsi, müxtəlif ölkələrdən olan sənaye nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması, yeni ideyaların müzakirəsi və gələcək tərəfdaşlıq üçün zəmin yaradılması baxımından əhəmiyyətli olub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiya istehsalı olan Vivant (2025) çoxseriyalı bədii filminin ölkəmizdə çəkilişlərini həyata keçirmiş Bakı Media Mərkəzinin nümayəndəsi, prodüser Fuad Məmmədzadə və və 2026cı ildə Tanrının Zirehi 4: Ultimatum filminin çəkilişlərini həyata keçirmiş Filmlab şirkətinin direktoru İsa Məlikov da təmsil olunublar. Səfərin rəsmi media tərəfdaşı isə NARGIS jurnalı olub.