Xarici işlər naziri Hakan Fidan Türkiyənin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib.
"Report" xəbər verir ki, AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxış edən Türkiyə XİN rəhbəri qeyd edib ki, bu gün dünyada artan böhranlar beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olur:
"Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında…