Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 521,3 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 28 milyard 581,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,7 %, əmtəəlik qaz hasilatı isə 1,6 % azalıb…