Milli Məclis (MM) ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqda dəyişikliyi ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir…