Normal view

Sırağagün

Xalq şairi Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olunub – YENİLƏNİB-2

Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Birinci Fəxri xiyabana gətirilib.

"Report" xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub.

Böyük şair Nəriman Həsənzadənin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairinin vida mərasiminə əklil göndəriblər.

Vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb. Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.

Fuad Muradov: Qarabağda həyata keçirilən layihələrin sürəti bir çox ölkələr üçün nümunə ola bilər

Qarabağda həyata keçirilən layihələrin miqyası və sürəti dünyanın bir çox ölkələri üçün nümunə ola bilər.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan xalqı işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərini həyata keçirir:

"İstəyirik ki, siz də buraya gəlin, gördüklərinizlə və Azərbaycan xalqı ilə fəxr edin. Fəxr edin ki, belə bir dövlətiniz, belə bir Vətəniniz var. Görün ki, bu torpaqlarda əkin sahəsində çalışan da, nəqliyyat sektorunda çalışan da, texniki sahədə çalışan da öz işini ürəklə görür və bunu gələcək nəsillər naminə edir. Ona görə də bu səfərə adi bir tədbir kimi yanaşmayın. Siz seçilmiş gənclərsiniz. Bu artıq bizim yeddinci görüşümüzdür və biz hər il bu layihəni davam etdiririk".

Qeyd edək ki, Fuad Muradov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçılarına tövsiyələr də verib. Tövsiyədə 1 həftə ərzində keçirilən tədbirləri təkcə yay düşərgəsi və ya asudə vaxt proqramı kimi yox, həm də müəyyən ideoloji məsuliyyət daşıyan bir məktəb kimi qəbul etmələri qeyd edilib.

F. Muradov vurğulayıb ki, bu istiqamətdə heç kəsi məcbur etmək mümkün deyil: "Bizim sizdən xahişimiz budur ki, Azərbaycanın yerləşdiyi coğrafiyanın həmişə mürəkkəb və həssas bir bölgə olduğunu unutmayasınız. Buna görə də ölkəmizə qarşı aparılan qara piar və dezinformasiya kampaniyaları zamanı hər biriniz öz imkanlarınız daxilində fəal mövqe nümayiş etdirəsiniz. Biz demirik ki, sabah milyonlarla insana müraciət etməlisiniz. Əgər bunu bacarsanız, əlbəttə ki, çox sevinərik. Amma ən azı yaşadığınız şəhərdə, universitetdə, məktəbdə, məhəllədə və ya dost çevrənizdə Azərbaycana qarşı əsassız iddialar səsləndirilərsə, həqiqətləri müdafiə edən ilk insanlardan biri siz olasınız".

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərin təbliği və tərənnümünə xidmət edib.

"Nəriman Həsənzadənin poeziyasının əsas qayəsini vətənpərvərlik və humanizm təşkil edir. Onun şerləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O, şair olmaqla yanaşı, uzun illər ölkənin ədəbi və ictimai mühitində xüsusi rol oynayıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib", – deyə nazir müavini vurğulayıb.

S. Yusifova çıxışının sonunda mədəniyyət naziri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq

Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.

"Report" xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

O bildirib ki, mərhum təkcə şair kimi deyil, həm də ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayıb.

"Nəriman Həsənzadə son dövrə qədər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Onunla olduqca xoş münasibətlərimiz var idi", – Anar deyib.

Xalq yazıçısı qeyd edib ki, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır:

"Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq".

İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.

"Report" xəbər verir ki, Xalq şairi ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Düşərgə iştirakçısı: Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür

Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür.

Bunu "Report"a açıqlamasında Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Umara İsrailova deyib.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili üzrə tərcümə ixtisasını bitirən Umara İsrailova bildirib ki, il yarımdır Misirdə yaşayır:

"Dil biliklərimi inkişaf etdirmək üçün Misirə getmişəm və orada dil kurslarını başa vurmuşam. Sentyabr ayından magistratura təhsilinə başlayacağam. Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətində misirlilərə Azərbaycan dili tədris edirəm. Misirlilər arasında Azərbaycan dilinə maraq kifayət qədər böyükdür. Kurslarımızda yaş məhdudiyyəti yoxdur".

U. İsrailova vurğulayıb ki, müxtəlif yaş qruplarından olan şəxslər Azərbaycan dilini öyrənirlər: "Burada Azərbaycan dili ilə yanaşı, Quran dərsləri, Azərbaycan xalçaçılığı, ingilis və ərəb dili kursları təşkil olunur. Bu imkanlardan təkcə azərbaycanlılar və misirlilər deyil, digər ölkələrin vətəndaşları da istifadə edə bilirlər. Hazırda tədris etdiyim Azərbaycan dili qrupunda təxminən 100 nəfər təhsil alır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı, ərəb dili sahəsində fəaliyyət göstərmək və ərəbşünas kimi işləmək istəyirəm".

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.

"Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir", - paylaşımda bildirilib və əlavə edilib ki, layihə artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir.

Belə ki, 1-ci düşərgə Şəki, 2-ci Şamaxı, 3-cü Şuşa, 4-cü Naxçıvan, 5-ci Laçın, 6-cı düşərgə isə Xankəndidə baş tutub: "Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda keçirilir".

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları iyulun 31-də Azərbaycana gəliblər.

Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı siyasi müstəqilliyimizin göstəricisidir - RƏY

Bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü filologiya üzrə elmlər doktoru Elnarə Akimova deyib.

Deputat hər il 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasını ana dilinə ehtiramın ifadəsi kimi qiymətləndirib:

"Bu həm də milli kimliyimizi, mənəvi yaddaşımızı və dövlətçilik ənənələrimizi yaşadan ən böyük sərvətlərdən birinin əhəmiyyətini bir daha xatırladır. Çünki dil xalqın tarixini, mədəniyyətini və milli düşüncəsini gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın varlığını qoruyan, zəngin ədəbi irsimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əsas amillərdən biri olub. Məhz bu dil sayəsində xalqımız ən çətin tarixi sınaqlardan üzüağ çıxaraq milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Ana dilinə bağlılıq Vətənə, dövlətə və milli köklərə bağlılığın ayrılmaz hissəsidir".

E.Akimovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın mühüm dövlətçilik prinsiplərindən birinə çevrilib:

"1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilinin qorunmasına verilən yüksək dövlət qayğısının bariz ifadəsidir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".

O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlərin ana dilinin dövlətçilikdəki rolunu bir daha aydın şəkildə ortaya qoyduğunu vurğulayıb:

"Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini məhz dili, ədəbiyyatı və mədəniyyəti vasitəsilə qoruyub. Bu yanaşma göstərir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli təhlükəsizliyin, ideoloji bütövlüyün və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir.

Qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onun elmi, təhsil və informasiya məkanındakı mövqeyini gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür. Dilə qayğı gələcəyə qayğıdır".

Filologiya üzrə elmlər doktoru bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsinin dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisi olduğunu ifadə edib:

"Dünyaya öz ana dilində müraciət edən lider əslində xalqının kimliyinə, mədəniyyətinə və dövlətçiliyinə verdiyi dəyəri nümayiş etdirir. Azərbaycan dili bizim ən böyük mənəvi sərvətimizdir. Onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilimiz yaşadıqca milli kimliyimiz yaşayacaq, milli kimliyimiz yaşadıqca isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək. Məhz buna görə də 1 avqust təkcə dil bayramı deyil, milli varlığımıza, dövlətçiliyimizə və gələcəyimizə sədaqətin təntənəsidir".

Azərbaycan dili milli təhlükəsizliyin mühüm elementlərindən biridir - RƏY

Bu gün Azərbaycan dili həm də milli təhlükəsizliyin mühüm elementlərindən biridir.

Bunu "Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilini qorumaq, onu elmin və texnologiyanın dili səviyyəsinə yüksəltmək, gələcək nəsillərə daha zəngin şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi məsuliyyətidir:

"İnformasiya müharibələrinin geniş vüsət aldığı, rəqəmsal platformaların ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə dövlət dilinin norma və qaydalarının qorunması milli maraqların müdafiəsinin tərkib hissəsinə çevrilib. Rəsmi üslubda dil normalarına ciddi əməl olunması, təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, media və sosial şəbəkələrdə ədəbi dil normalarının təşviqi, cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir".

Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Hələ sovet dövründə onun prinsipial mövqeyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Müstəqillik illərində bu siyasət daha da inkişaf etdirilərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. 2001-ci ildə Ümummilli Lider tərəfindən avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi ana dilimizin qorunması, inkişafı istiqamətində dövlət siyasətinin mühüm mərhələsini təşkil edir".

Professor Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışına toxunaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər dövlət dili siyasətinin yeni inkişaf mərhələsini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilməlidir:

"Prezident İlham Əliyevin də vurğuladığı kimi, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Prezident bu kimi çıxışlarında xüsusilə dil, tarix və milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini qeyd edib, normativ bazanın müasir çağırışlara uyğun yenilənməsinin vacibliyini diqqətə çatdırıb".

Direktor onu da əlavə edib ki, müasir dövrdə Azərbaycan dilinin hüquqi bazası kifayət qədər geniş olsa da, qloballaşma, rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni çağırışlar meydana çıxarıb:

"Xarici dillərin təsirinin artması, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yeni elmi və texnoloji terminlərin nizamsız şəkildə işlədilməsi, süni intellekt sistemlərində Azərbaycan dilinin yetərincə təmsil olunmaması normativ bazanın daim yenilənməsini zəruri edir".

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

"Report" paylaşımı təqdim edir:

"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin".

Qeyd edək ki, N. Həsənzadə ötən gün 95 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb - RƏY

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb.

Bu sözləri Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, son illər Azərbaycan dilinin qorunması, inkişafı və müasir dövrün tələblərinə uyğun tətbiqi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm institusional və hüquqi addımlar atılıb. 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Sonrakı dövrdə Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatının Azərbaycan dilində nəşri istiqamətində mühüm layihələr həyata keçirildi".

Deputat deyib ki, 2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsinə xidmət edib:

"Bunun davamı olaraq dövlət dili normalarının qorunması sahəsində monitorinq mexanizmləri yaradıldı. 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, dövlət dili haqqında qanunvericiliyin və dil normalarının icrasına nəzarət, eləcə də dilin inkişafı ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olundu. Bu qərar dövlət dilinin qorunması sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır".

Pərvanə Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət dilinə xüsusi həssaslıqla yanaşması Azərbaycan dilinin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır:

"Dövlət başçısının 2025-ci il, 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində dilin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması və xarici sözlərin lüzumsuz istifadəsinin qarşısının alınması ilə bağlı səsləndirdiyi fikirlər dövlət dilinin gələcəyi üçün mühüm istiqamətlər müəyyənləşdirir. Bu yanaşma ilk növbədə təhsil, elm, media və dövlət idarəçiliyində Azərbaycan dilinin nüfuzunun daha da artmasına, ədəbi dil normalarına əməl olunmasının güclənməsinə və dil mədəniyyətinin yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, süni intellekt, rəqəmsal platformalar və elektron kommunikasiya sahələrində Azərbaycan dilinin imkanlarının genişləndirilməsi onun müasir texnologiyalar dövründə rəqabət qabiliyyətini artıracaq".

Deputat qeyd edib ki, Türk dünyası ilə əlaqələrin genişlənməsi, ortaq türk əlifbasının məhz Azərbaycanın təşəbbüsü ilə yaradılması, onun regional nüfuzunun artması dilimizin regionda öyrənilməsinə və istifadəsinə də müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu proses Azərbaycan dilinin yalnız milli kimliyin deyil, həm də regional əməkdaşlıq və mədəni diplomatiyanın mühüm vasitələrindən birinə çevrilməsinə imkan yaradır.

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir".

Qeyd olunub ki, yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır:

"Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir".

Həmçinin BDYPİ piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

"Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunub.

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.

Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti".

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, növbəti dəfə avqustun 2-8-də keçiriləcək 7-ci düşərgə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunub.

Düşərgədə iştirak etmək üçün 64 ölkədən 123 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri artıq ölkədədir.

İştirakçılar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Daha sonra onlar 1-ci və 2-ci Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli birliyin qorunması və diaspor siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlığından, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və bu qələbənin Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını təşkil etməsindən bəhs olunub

Paytaxtdakı ziyarət proqramını başa vuran düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüblər. Fransanın Bordo Monteyn Universitetinin tələbəsi Banu Cavadova Vətənə gəldiyinə görə böyük sevinc hissi keçirdiyini bildirib, düşərgənin müxtəlif ölkələrdən olan azərbaycanlı gənclərlə yeni dostluq əlaqələri qurmaq üçün əhəmiyyətli imkan yaradacağına əminliyini ifadə edib.

ABŞ-nin Boston Universitetinin tələbəsi Murad Bayramzadə Qarabağı görmək arzusunun gerçəkləşdiyini qeyd edib, Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin həyatında unudulmaz iz buraxacaq təcrübələrdən biri olacağını söyləyib.

Vyetnamda ingilis dili müəllimi kimi fəaliyyət göstərən Selen Sultan Şəhidlər xiyabanını ilk dəfə ziyarət etdiyini, burada olmağın onda həm qürur, həm də dərin duyğular oyatdığını deyib.

Rusiyanın Yekaterinburq şəhərindən gələn tələbə Mütəllim Umudov Vətənə gəlməyin sevincini bölüşüb, Qarabağa ilk səfərini səbirsizliklə gözlədiyini dilə gətirib.

Şərqi Zəngəzur iqtisadi rayonunda "Dirçələn şəhərlər" şüarı altında təşkil olunacaq düşərgə çərçivəsində panel müzakirələri, şəhid ailələri, diplomatlar və incəsənət xadimləri ilə görüşlər, müxtəlif mövzularda təlimlər, intellektual və əyləncəli proqramlar, musiqili gecələr, eləcə də ekskursiyalar keçiriləcək.

Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində Diaspor Gənclərinin Yay düşərgələri təşkil olunub. Bu düşərgələrə dünyanın 84 ölkəsindən ümumilikdə 700-dən artıq gənc qatılıb.

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasını təmin edən qurumların siyahısı müəyyənləşib

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarın 2 nömrəli əlavəsində rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən qurumlarının siyahısı aşağıdakı kimi göstərilib:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

6. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

9. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılır

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi də təsdiq edilir (Əlavə olunur).

Mərkəzi Komissiya:

- bu Qərarın icrası ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli üçün zəruri tədbirlər görəcək;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatı əsasında bu Qərarın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinə cəlb ediləcək şəxslərin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək;

- əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin icra vəziyyətini mütəmadi nəzərdən keçirsin və bu Qərarın icrasının gedişi barədə hər 6 (altı) aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edəcək.

Qərara əsasən, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçirilir. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Komitədə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini, onun keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə bu Qərarın 3 nömrəli əlavəsində göstərilən vəzifələr üzrə işçilərdən ibarət siyahıyaalma qrupu yaradacaq, qrupun işçi sayını hər il üçün həmin əlavə ilə müəyyən edilmiş həddə uyğun formalaşdırsın və işçilərin müddətli əmək müqaviləsi əsasında işə qəbulunu təmin edəcək.

***

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

Komissiyanın sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - RƏY

Azərbaycan və Qırğızıstan arasında son illərdə müşahidə olunan yüksək səviyyəli siyasi dialoq və intensiv qarşılıqlı səfərlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır:

"Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əsas yer tutur. Azərbaycan bugünədək Qırğızıstana 7 milyon ABŞ dollarından çox humanitar yardım göstərib.

Bu gün imzalanan sənədlər, xüsusilə "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə", iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Bu, təkcə siyasi iradənin ifadəsi deyil, həm də müxtəlif sahələrdə uzunmüddətli və koordinasiyalı əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi deməkdir".

Deputatın fikrincə, Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş şəhərləri arasında qardaşlaşma memorandumlarının imzalanması, həmçinin "AzerGold" ilə "Kyrgyzaltyn" arasında əməkdaşlıq memorandumu göstərir ki, münasibətlər artıq təkcə dövlətlərarası deyil, həm də regionlar, bələdiyyələr və biznes strukturları arasında çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir.

"Bütövlükdə, imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərini siyasi dialoq mərhələsindən çıxararaq müttəfiqlik, iqtisadi inteqrasiya və institusional əməkdaşlıq mərhələsinə yüksəldir. Bu isə həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha dərin və praktik məzmun qazanmasına xidmət edəcək" - P.Vəliyeva əlavə edib.

Ramin Məmmədov Şəmkirdə "Cümə" məscidini, alman kilsəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda fəaliyyət göstərən "Cümə" məscidinə, eləcə də Alman Lüteran kilsəsinə baş çəkib, dini icmaların nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, ibadət evlərində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.

Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan R.Məmmədov müxtəlif konfessiyalar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bunun bariz nümunəsi olduğunu deyib. Komitə sədri cəmiyyətdə tolerantlıq ənənələrinin gücləndirilməsi və gənclərin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü əlavə edib.

Görüşdə din xadimləri və dini icma nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı təkliflərini səsləndiriblər, dövlət tərəfindən göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Konstitusiya Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 8-nə təyin olunmuş iclasında baxılacaq.

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - YENİLƏNİB

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat verdi.

Bildirildi ki, "Baku Resort & Spa" "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında" 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.

Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.

Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək.

Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.

Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb.

Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.

Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.

Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır.

Möhtəşəm Tyan-Şan dağları ilə əhatə olunan bu bölgə gözəl təbiəti, minerallarla zəngin suları, həmçinin ilboyu istirahət, sağlamlıq və mədəni turizm üçün əlverişli imkanları ilə tanınır.

"Baku Resort & Spa"nın fəaliyyətə başlaması İssık-Kul regionunda turizm sektoruna mühüm töhfə verməklə yanaşı, bölgənin turizm məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı vəzifələr müəyyən edilib

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət qurumlarının vəzifələri müəyyən edilib.

"Report" xəbər verir ki, bu vəzifələr Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, mərkəzi icra hakimiyyətinin aidiyyəti qurumları Prezidentin "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2026-cı il 15 iyul tarixli 1100 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə təkliflərini 2027-ci il iyulun 1-nə qədər hazırlayıb təqdim etməlidirlər.

Sərəncamda həmçinin vurğulanıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2027-ci ildən etibarən Milli Fəaliyyət Planının monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir.

Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib

Nuhi Abdinov Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.

Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib

Azərbaycanda bu il ərzində 38 514 uşağa atanın soyadı, 924 uşağa isə ananın soyadı verilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə 91 558 uşağa atanın soyadı, 2 280 uşağa ananın soyadı verilib.

KMBİ: "Telegram"da saxta endirim elanları ilə yüzlərlə vətəndaşı aldadan iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər.

Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.

Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur.

Dələduzluqda şübhəli bilinən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Ə.İsmayılovun Azərbaycanın cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.

Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.

Kəlbəcərin Zar kəndində Böyük Qayıdışa hazırlıq işləri davam etdirilir

Kəlbəcər rayonunun Zar kəndində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcərin ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri olan Zar kəndinin təməli 2023-cü ilin avqust ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən və rayon mərkəzində 26 kilometr məsafədə olan Zar kəndi bu ilin payızında ilk sakinlərinin qəbul edəcək.

Zarda icra olunan tikinti layihəsinin rəhbəri İldırım Babayev "Report"un əməkdaşına açıqlamasında bildirib ki, kənddə hər biri 12 sot sahəyə malik olan 547 fərdi ev tikilir:

"Çətin relyef və hava şəraitinə baxmayaraq artıq inşaatın bütün qaba işləri yekunlaşıb. Hazırda tamamlama işləri mərhələsindəyik. 104 hektar ərazidə salınan qəsəbədə asfalt yolların çəkilməsinə başlanılıb. Burada 131-i iki, 289-u üç, 92-si dörd və 35-i beş otaqlı fərdi evlər tikilib. Artıq evlərin daxilində təmir işləri aparılır. Bundan əlavə, layihəyə əsasən, kənddə fərdi yaşayış evləri ilə yanaşı, 528 şagird yerlik tam orta məktəb, 100 yerlik uşaq bağçası, inzibati və xidmət binaları, müasir küçə işıqlandırma sistemi, eləcə də geniş yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək".

Qeyd edək ki, kənddə su, kanalizasiya və qaz xətlərinin çəkilməsi işləri də artıq yekunlaşmaq üzrədir.

Böyük Qayıdış prosesi çərçivəsində Kəlbəcər rayonunda məskunlaşmanın genişlənməsi sayəsində təsərrüfatla məşğul olan sakinlərin də sayı artmaqdadır. Artıq altıncı ildir ki, yerli sakinlər rayona gətirdikləri heyvandarlıq və arıçılıq təsərrüfatlarını daha da inkişaf etdirməkdədirlər.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata əsasən, Kəlbəcər rayonu ərazisinə 582 fermerə (təsərrüfata) məxsus 160007 baş xırdabuynuzlu, 4626 baş iribuynuzlu heyvan, 3396 fermerə (təsərrüfata) məxsus 148308 arı ailəsi köçürülüb. Həmin arı təsərrüfatlarından biri də Kəlbəcər sakini Rasim Əliyevə məxsusdur. O, Kəlbəcər işğaldan azad olunduqdan sonra hər yay mövsümündə arıxanasını rayona gətirir. R.Əliyev bildirib ki, Kəlbəcərin zəngin bitki aləmi arıçılığın inkişafı üçün ən vacib amildir. Çünki rayonun bitki örtüyü burada olan arı ailələrinə müxtəlif tərkibli bal istehsal etməyə imkan verir:

"Artıq ötən ildən ailəmlə birgə Kəlbəcər şəhərinə qayıtmışam. Rayon işğaldan azad edildikdən sonra arıxanamı demək olar, hər il buraya gətirirəm. Fikrimcə, Kəlbəcər balı özünün bənzərsiz tərkibinə görə ən keyfiyyətli baldır. Çünki burada arılar yem sarıdan əziyyət çəkmirlər. Məsələn, Kəlbəcərin bəzi ərazilərində cökə ağacı çox geniş yayılıb. Bu fakt keyfiyyətli bal istehsalında mühüm rol oynayır. Hər halda, avqustun 10-dan bal süzümünə başlayacağıq. Bir kiloqram balın qiyməti isə yəqin ki, 70 manat civarında olacaq".

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Qeyd edək ki, Kərim Kərimov 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub.

Dövlət Komitəsində kollegiya iclası olub, tapşırıqlar verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Sədr Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq köçürülmə prosesi zamanı siyahıların dəqiqləşdirilməsi, hazırlanması və komissiya tərəfindən həyata keçirilən işlər, sorğuların götürülməsi və protokolların imzalanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi müzakirə edilib.

Bu yaşayış məntəqələrinə köçürülmüş sakinlərin miqrasiyasının tənzimlənməsi və prosesə nəzarətin edilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdəki vəziyyət və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanuna əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Sənəddə həmçinin qeyd edilib ki, qumar oyunları:

- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;

- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət başçısının qanunun tətbiqi ilə bağlı imzaladığı digər Fərmana əsasən isə Nazirlər Kabinetinə yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə "Yayılması qadağan edilən informasiyaya nəzarət" informasiya sisteminin yaradılması barədə təkliflərini 7 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar məscidlərdə işlə təmin olunma, əlilliyi olan şəxslər üçün ibadət yerlərində müyəssərliyin təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Fərid Qayıbov Kayrat Sarıbay ilə gənclər sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazir sammit çərçivəsində "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar "Gələcəyin oyunları"nın rəsmi açılış mərasimini izləyiblər.

Fərid Qayıbov səfər çərçivəsində Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.

Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyini ziyarət edib, Baş katib Kayrat Sarıbay ilə görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

Azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib

İşğaldan azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə məlumat Laçında müharibə veteranları və ailə üzvləri üçün yaradılmış biznes sahələrinə baxış zamanı açıqlanıb.

Biznes sahələrinə ziyarət işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.

İştirakçılara işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün yaradılmış avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.

Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri olan Ramin Həsənov üçün yaradılmış dönərxana, həmçinin Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyətinə də baş çəkiblər.

Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoruna müavin təyin edilib

Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısınmın digər sərəncamı ilə R. Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Qaz təchizatı obyektlərinin mühafizə zonalarına dair yeni tələblər qüvvəyə minib

"Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər" təsdiq edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Dövlət Neft Şirkətinə qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.

DMX miqrasiya idarəçiliyi və rəqəmsal yeniliklər barədə media nümayəndələrini məlumatlandırıb

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq miqrasiya proseslərinin səmərəli idarə olunması, qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyanın qarşısının alınması və insan hüquqlarının qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə media nümayəndələrinin DMX-ə "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda ziyarəti çərçivəsində bildirilib.

Tədbirdə məqsəd miqrasiya sahəsində məlumatlılığın artırılması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də media ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi olub.

Əvvəlcə DMX-nin məsul əməkdaşı tərəfindən media nümayəndələrinə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təlim keçirilib.

Mediatur çərçivəsində DMX-nin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərlə görüşüb. Xidmət rəisi miqrasiyanın daha səmərəli idarə edilməsində medianın fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu görüş media ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ictimaiyyətin operativ məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, tətbiq olunan rəqəmsal yeniliklər, ölkədə miqrasiya proseslərinin idarə olunması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Xidmət rəisi media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra jurnalistlər üçün Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinə mediatur təşkil olunub. İştirakçılar Vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin eləcə də Çağrı Mərkəzi şöbəsinin fəaliyyəti, həmçinin əməkdaşların gündəlik iş prosesi ilə yaxından tanış olublar.

Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir

Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycanın qanunsuz miqrasiya ilə mübarizəsi digər qonşu dövlətlərlə müqayisədə yetərincə yüksəkdir:

"Ölkədə qanunsuz miqrasiyanın səviyyəsi də idarəolunan həddədir və narahatlıq doğuran vəziyyət yoxdur. Azərbaycanda miqrasiyanın problemli səviyyəyə çatmaması dövlət başçısının müəyyən etdiyi siyasət və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti ilə bağlıdır. Bu gün ölkədə təxminən 210-220 min əcnəbi yaşayır. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan səviyyədədir və narahatedici deyil".

V.Hüseynov həmçinin bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı 160-250 min arasında dəyişir:

"Bu say yay aylarında təbii olaraq artır".

Azərbaycanda miqrasiya sahəsində süni intellektin tətbiqi üzrə iş aparılır

Hazırda Azərbaycanda miqrasiya sahəsində süni intellektin tətbiqi üzərində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə onlayn bələdçilər və miqrasiya məlumatlarının süni intellektlə emalı nəzərdə tutulub:

"Bununla bağlı əlaqədar qurumlarla daim təmasdayıq. Çünki avadanlıqların texniki tələbləri, tətbiqi və məqsədəuyğunluğu nəzərdən keçirilməlidir".

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib:

"205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb".

DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:

"2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib. Deportasiyaların əksəriyyəti qanunsuz işlə bağlı tətbiq olunub".

Vüsal Hüseynov: İlin ilk yarımilində Azərbaycana 1 milyondan çox əcnəbi gəlib

Bu ilin ilk 6 ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1 milyon 091 min 865 giriş qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycana beş ölkədən daha çox səfər olunub:

"Bu ölkələr Rusiya, Türkiyə, İran, Gürcüstan və Qazaxıstandır".

Xidmət rəisi qeyd edib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu say 10 %-ə yaxın azalıb:

"Ən çox azalma BƏƏ, Küveyt, Oman və Hindistandan gələnlərdə müşahidə olunur".

V.Hüseynov həmçinin əlav edib ki, keçən il ölkəyə təxminən 2 milyon 500 min əcnəbinin giriş və çıxışı qeydə alınıb:

"Hazırda azalma dinamikası müşahid olunur. Hətta elə ölkə var ki, orada 73 % azalma qeydə alınır. Bu daha çox həmin ölkələrin turizm qərarlarından da asılı ola bilir".

Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunub.

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Azərbaycanda miqrasiya sahəsində göstərilən xidmətlərdən 27-si artıq elektronlaşdırılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təqdimatda deyib.

Onun sözlərinə görə, qaçqınlarla bağlı prosedurlar isə elektronlaşdırılmıyıb:

"Çünki bəzi qaçqınların, ümumiyyətlə, sənədi olmur, yaxud ölkəni qanunsuz tərk edir. Hətta oxumağı və yazmağı bilməyən qaçqınlar da var. Bu səbəbdən, dünya təcrübəsində də miqrasiya sahəsində qaçqınlarla bağlı prosedurların elektronlaşdırılması özünü tam doğrultmur".

A.Abbaszadə əlavə edib ki, ASAN xidmət mərkəzlərində miqrasiya məsələləri ilə bağlı göstərilən 22 xidmətdən 16-sı ödənişsizdir.

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb.

"Report" xəbər verir ki, "Inside Shusha prison: A witness to horror" adlı sənədli filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitis Şuşa həbsxanasına baş çəkib.

O, həbsxananı işgəncə, aclıq və psixoloji terror məkanı kimi təsvir edərək dar kameralardan, cəza otaqlarından və "divardakı tabut" adlandırılan yerdən keçir, keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrini nəql edir. Jurnalist həmin divarların hələ də özündə əks etdirdiyi əzablar barədə düşündüyünü dilə gətirir.

Filmi təqdim edirik:

Şamaxıda gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub

Şamaxıda "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Report"a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında "Gənclərlə gənclər üçün" şüarı altında keçirilən layihənin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu bildiriblər.

Bildirilib ki, Şamaxı rayonunun gəncləri üçün "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında vörkşoplar, ustad dərsləri, viktorinalar və intellektual yarışlar təşkil olunub.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları maarifləndirici sessiyalar və sərgilər təşkil edib.

Sonda yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Xatırladaq ki, bu il Şəki, Oğuz və Qəbələ, İsmayıllı və Ağsuda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Dövlət Komitəsi və AzQAC mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriblər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Bərdə, Tərtər rayonlarında, eləcə də Ağdərə rayonunun Suqovuşan kəndində mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məktəblərdə və məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında təşkil olunan sessiyaların əsas məqsədi əhali arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mümkün risklərin minimuma endirilməsi olub.

Maarifləndirmə tədbirləri çərçivəsində könüllülər yaşayış evlərini ziyarət edərək sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mahiyyəti, habelə təhlükəli hallarla qarşılaşdıqda riayət edilməli davranış qaydaları, aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mövzu üzrə hazırlanmış maarifləndirici broşürlər paylanılıb, sakinlərin sualları ətraflı cavablandırılıb.

Tədbirlərin həyata keçirilməsi zamanı aidiyyəti yerli qurumlarla zəruri koordinasiya təmin olunaraq könüllülərin fəaliyyətinin səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

Maarifləndirmə sessiyalarının iştirakçıları bu cür tədbirlərin mina təhlükəsi ilə bağlı ictimai məlumatlılığın artırılması və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iyunun 26-da Bakı Bulvarında keçirilən "CandyFest" yay festivalını ziyarət ediblər.

"Report" xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib.

Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən "Sehrli mirvari" su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.

"Report" xəbər verir ki, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

"Boulevard Sports Club" idman klubunun açılışı

Əvvəlcə Dənizkənarı Milli Parkda ənənəvi tennis kortu kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan "Boulevard Sports Club" idman klubunun açılışı olub.

Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.

"WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı

Sonra Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ "WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Təqdimat zamanı Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib. Bildirilib ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlənin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub.

Uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik qurğu su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlıq məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən "WasteShark" ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb.

Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elektrik mühərrikli faytonların təqdimatı

Daha sonra Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin - elektrik mühərrikli faytonların təqdimatı olub.

Əvvəlcə Leyla Əliyeva və Arzu Əliyevaya yeni layihə haqqında məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan həmin tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəsi müasir, ekoloji və dayanıqlı şəhər mühiti prinsiplərinin təşviqi istiqamətində atılan addımlardan biridir. Sonra qonaqlar üçün elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti təşkil olunub.

Açılış və təqdimat mərasimləri zamanı Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında "Açıq qapı" günü təşkil edilib.

Bu barədə "Report"a Kollegiyadan məlumat verilib.

Bildirilib ki, "Pro Bono" Vəkil Bürosunda, Gəncə Regional Vəkil Bürosunda, Abşeron rayon Vəkil Bürosunda və Quba rayon Vəkil Bürosunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.

Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.

Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, səfirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunub.

Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü: ən böyük uğur növbəti qurbanın qarşısını almaqdır

Hər il iyunun 26-sı dünyada "Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü" kimi qeyd olunur. Bu günün əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniyanın yaratdığı ağır sosial və sağlamlıq problemlərinə diqqətin artırılması, eyni zamanda dövlətlər arasında əməkdaşlığın gücləndirilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci il 7 dekabr tarixində qəbul etdiyi 42/112 saylı qətnamə ilə 26 iyunu beynəlxalq əlamətdar gün elan edib. İlk rəsmi qeyd olunma isə 1989-cu ildən başlayıb.

Bu gün təkcə narkotik istifadəsinin deyil, həm də narkobiznesin qlobal təhlükə olduğunu xatırladır. Çünki narkotiklərin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlığın, insan alverinin, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın əsas mənbələrindən biri hesab edilir. Narkobiznesdən əldə olunan milyardlarla dollar qanunsuz maliyyə axınlarını gücləndirir və dövlətlərin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Narkomaniya isə yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin problemidir. Narkotik asılılığı insanın fiziki və psixoloji sağlamlığını məhv edir, ailələrin dağılmasına, cinayətlərin artmasına, əmək qabiliyyətinin azalmasına və gənc nəslin gələcəyinin təhlükə altına düşməsinə səbəb olur. Xüsusilə gənclər və yeniyetmələr narkotik şəbəkələrinin əsas hədəfi olduğundan, maarifləndirmə tədbirlərinin gücləndirilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanda bu sahədə hansı işlər görülür?

Azərbaycan da narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Hüquq-mühafizə orqanları tərəfindən narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar davam etdirilir, sərhəd təhlükəsizliyi gücləndirilir, eyni zamanda gənclər arasında profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir. Dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu sahədə mühüm nəticələrin əldə olunmasına xidmət edir. Bu tarix adətən statistikalar, əməliyyat xəbərləri və rəsmi bəyanatlarla yadda qalır. Ancaq narkomaniya təkcə hüquq-mühafizə orqanlarının mübarizə apardığı bir məsələ deyil. Bu, ailələrin, məktəblərin, cəmiyyətin və ən əsası, insanın özü ilə aparmalı olduğu mübarizədir.

Azərbaycanda son illərdə qanunvericilik sahəsində də bu istiqamətdə mühüm addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, asılı şəxslərin müalicə və reabilitasiyası, habelə əhalinin məlumatlandırılması istiqamətində tədbirlər görülür.

Eyni zamanda Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edərək narkoloji xəstələrin müəyyən fəaliyyət sahələrində çalışmasına nəzarəti gücləndirib.

Bu tədbirlər dövlətin narkomaniyanın yaratdığı risklərin qarşısını almaq üçün həyata keçirdiyi kompleks tədbirlərin tərkib hissəsidir. Məqsəd həm ictimai təhlükəsizliyin təmin edilməsi, həm də insan həyatı və sağlamlığı ilə bağlı məsuliyyət tələb edən sahələrdə mümkün təhlükələrin minimuma endirilməsidir. Ekspertlər hesab edirlər ki, profilaktik tədbirlərlə yanaşı, hüquqi mexanizmlərin gücləndirilməsi narkotik asılılığının yaratdığı sosial problemlərlə mübarizədə mühüm rol oynayır.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirsə də, bunlarla iş bitmir. Ailələrdə, təhsil müəssisələrində, eləcə də mediada mütəmadi olaraq maarifləndirmə kampaniyaları aparılmalıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına əsasən 2026-cı ilin yanvar-may aylarında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bu sahədə ümumilikdə 3766 cinayət faktı aşkarlanıb.

Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-may ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31 fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28 fakt, qrup halında olan cinayətlərin sayı 22 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 19 nəfər azalmış, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artıb.

2025-ci ilin yanvar-may ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 501,187 qr (63%), psixotrop maddələrin çəkisi 13 kq 370,085 qr (15%) azalıb.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alır.

Öz növbəsində Dövlət Gömrük Komitəsi (DGK) 2025-ci il və 2026-cı ilin ilk beş ayı ərzində 2 tondan artıq narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb. Bu faktı "Report"a DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Vən ən əsası bir mühüm məsələni unutmayaq ki, bu rəqəmlər, statistikanın arxasında insan taleləri dayanır. Narkomaniya ilə mübarizənin əsl məqsədi də statistikanı azaltmaq yox, məhz həmin talelərə işıq salmaqdır.

Müsbət haldır ki, bu ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilib.

Nəticə etibarilə, 26 İyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü bütün dünyaya vacib bir mesaj verir: narkotik problemi yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Sağlam gələcəyin təmin olunması üçün ailə, məktəb, dövlət və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməli, gənc nəslin sağlam inkişafı naminə narkomaniyaya və narkobiznesə qarşı qətiyyətli mübarizə davam etdirilməlidir.

AQEM Gənclər Şurasının 9-cu iclasının yekun sənədi qəbul olunub

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclasının yekun sənədi (Tövsiyələr sənədi) qəbul olunub.

"Report"un məlumatına görə, sənədi iclasda iştirak edən üzv ölkələrin nümayəndələri dəstəkləyiblər.

Qeyd edək ki, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən 120 nümayəndənin iştirak edir.

Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb.

Həmçinin bildirilib ki, ötən il ərzində isə cəzaçəkmə müəssisələrində 113 nikah qeydə alınıb.

AQEM-in məqsədlərinin irəli aparılmasında Azərbaycanın sədrliyi yüksək qiymətləndirilib

Azərbaycanın sədrliyi dövründə AQEM-in məqsədlərinin ardıcıl şəkildə irəli aparılması istiqamətində siyasət aparılıb.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Gənclər Şurasının 9-cu iclası zamanı jurnalistlətə açıqlamasında deyib.

K.Sarıbay Azərbaycana buna görə minnətdarıq edib.

Əlavə edib ki, bu tədbir Azərbaycanın ev sahibliyi etdiyi artıq üçüncü Gənclər Şurasıdır:

"Hələ Azərbaycan təşkilata sədrlik etməzdən əvvəl də ilk Gənclər Şurası burada uğurla keçirilmişdi. Ötən il əsas diqqət könüllülük fəaliyyətinə yönəlmişdi və qəbul olunan qərarlar üzv dövlətlər arasında gənclər təşkilatlarının əməkdaşlığının inkişafına ciddi töhfə verir".

Baş katib deyib ki, builki iclasın mövzusu Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü ümumi yanaşmalarla tam üst-üstə düşür:

"Söhbət cəmiyyətlərimizin və şəhərlərimizin dayanıqlı inkişafından gedir. Bu gün Bakıda keçirilmiş Dünya Şəhərsalma Forumunun davamı kimi urbanizasiya məsələləri də müzakirə olunur".

İndira Hacıyeva: Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma etimadın və imkanların bərpasıdır

Bu gün Azərbaycan postmünaqişə dövründə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda sadəcə dağıdılmış ərazilər bərpa edilmir:

"Yenidənqurma yalnız yolların və binaların tikilməsi demək deyil. Bu, etimadın, imkanların və gündəlik həyatın yenidən qurulması deməkdir. Biz inanırıq ki, hər bir icma təkcə bərpa olunmağa deyil, həm də inkişaf etməyə layiqdir".

Nazir müavini deyib ki, Azərbaycan yaşıl enerji, rəqəmsal innovasiyalar və insan mərkəzli şəhərsalma vasitəsilə insanların necə yaşayacağını, işləyəcəyini, təhsil alacağını və inkişaf edəcəyini yenidən təsəvvür edir:

"Hazırda təxminən 85 min insan bu yenilənmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Biz inanırıq ki, şəhərlər sağlam, əlçatan və bir-biri ilə bağlı olmalıdır. Məhz buna görə də "Sağlam Məhəllə", "İdman Səhərləri" və Fit Track kimi layihələr sağlam həyat tərzini və ictimai fəallığı gənclərə daha da yaxınlaşdırır".

Fərid Qayıbov: Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim önəm verib

Əhalisinin təxminən 22,5 %-ni gənclərin təşkil etdiyi Azərbaycanda gənclərə investisiya qoyuluşu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında açılış nitqi zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını genişləndirməyə yönəlmiş ardıcıl və əhatəli siyasət həyata keçirilir:

"Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim xüsusi önəm verib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub".

Nazir qeyd edib ki, qlobal problemlərin həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

"Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, Dünya Şəhərsalma Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasına töhfə verməsi üçün mühüm platformaya çevrilib. Bu təcrübə bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, onların hazırlanması və formalaşdırılması prosesində də iştirak etməlidirlər".

AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir.

"Report"un məlumatına görə, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən120 nümayəndə iştirak edir.

Gənclər Şurasının 9-cu iclası "Şəhərlərin dayanıqlı inkişafında gənclərin iştirakı" mövzusuna həsr olunub.

İclas çərçivəsində müxtəlif yönlü müzakirələrlə yanaşı, Tövsiyyələr sənədinin qəbul olunması gözlənilir.

Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Bakı Ali Neft Məktəbində yerləşən "İnformasiya Təhlükəsizliyi Testləri" Laboratoriyasında "Kiberpoliqonda praktiki məşğələ" (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib.

Bu barədə "Report"a dövlət qurumundan məlumat verilib.

Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm" proqramının dəstəyi ilə baş tutub.

Məqsəd enerji sektorunda fəaliyyət göstərən operatorların, texniki mütəxəssislərin və dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kritik informasiya infrastrukturuna qarşı yönələn müasir təhdidlər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də kibertəhlükəsizlik insidentlərinə operativ və effektiv cavabvermə imkanlarının təkmilləşdirilməsi olub.

Praktiki məşğələ çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun nümayəndələri tərəfindən enerji sektoruna qarşı yönələn aktual kibertəhdidlər, kritik infrastrukturlara qarşı həyata keçirilmiş real kiberhücum nümunələri, habelə insidentlərə cavabvermə proseslərində tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. İştirakçılar müxtəlif ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetiriblər.

Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilmişdir.

Fərid Əhmədov  vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov iyulun 3-də Balakən rayonunda vətəndaş qəbulu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinləri iştirak edəcək.

Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı iyulun 2-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17705, 17790, 17715) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

TƏBİB-in təşkilatçılığı müxtəlif media qurumlarının nümayəndələri üçün açıq dialoq formatında görüş keçirilib.

"Report" xəbər verir ki, görüşün məqsədi ictimaiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması, media ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı kommunikasiya proseslərinin daha sistemli qurulması olub.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə media nümayəndələrini salamlayaraq bildirib ki, tibb sahəsində kommunikasiya məlumatlarının paylaşılması ilə yanaşı ictimai etimadın formalaşmasına xidmət edən davamlı prosesdir.

Qeyd olunub ki, kommunikasiya prosesində əsas məqsəd görülən işləri və aparılan dəyişiklikləri vətəndaşlara daha aydın, vaxtında və düzgün çatdırmaqdır. Bu baxımdan "Bu günün işi – sabahın nəticəsi" yanaşması TƏBİB-in gündəlik fəaliyyətində görülən real işlərin vətəndaş məmnunluğuna və xidmət keyfiyyətinə təsirini izah edən mühüm kommunikasiya xətti kimi dəyərləndirilir.

TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov çıxışında tabeli tibb müəssisələrinin gündəlik fəaliyyəti və xidmət proseslərinin yerlərdə düzgün təşkili məsələlərinə toxunub. O bildirib ki, media tərəfindən işıqlandırılan mövzular bir çox hallarda vətəndaşların real gözləntilərini və tibb müəssisələrində diqqət tələb edən məqamları daha aydın görməyə imkan verir. TƏBİB üçün prioritetlərdən biri vətəndaşların müraciətlərinə daha operativ baxılması, çağırışlara sürətli reaksiyaların verilməsində tibb müəssisələri ilə mərkəzi idarəetmə arasında koordinasiyanın gücləndirilməsidir.

TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev isə çıxışında media ilə davamlı dialoqun yalnız informasiya mübadiləsi baxımından, eləcə də tibb xidmətlərinin daha pasiyentyönümlü təşkili üçün vacib olduğunu bildirib. O qeyd edib ki, vətəndaş müraciətləri, media sorğuları və ictimai müzakirələr sistemdə mövcud olan çağırışların daha aydın görünməsinə imkan yaradır. Bu çağırışlara münasibətdə əsas yanaşma ayrı-ayrı hallara cavab verməklə məhdudlaşmamalı, onların səbəblərinin təhlili və sistemli həll yollarının formalaşdırılması üzərində qurulmalıdır.

Sonda jurnalistlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, media sorğularının cavablandırılması, tibb müəssisələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi, ictimai maraq doğuran mövzuların işıqlandırılması və digər məsələlər müzakirə olunub. Gələcəkdə də görüşlərin bu formatda davamlı keçiriləcəyi bildirilib.

Azərbaycanın suverenliyi AŞPA-nın bəzi nümayəndələri tərəfindən hələ də obyektiv qəbul edilmir - RƏY

Azərbaycanın öz suveren əraziləri üzərində tam nəzarəti bərpa etməsi, konstitusiya quruluşunu bütün ərazilərində təmin etməsi və müstəqil siyasət yürüdərək regionun güclü dövlətlərindən birinə çevrilməsi bəzi Avropa institutları, xüsusilə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ayrı-ayrı nümayəndələri tərəfindən hələ də obyektiv şəkildə qəbul edilmir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, buna görə də Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsi, insan hüquqları və demokratiya kimi dəyərlərdən siyasi təzyiq aləti kimi istifadə olunması, ölkəyə qarşı ikili standartlara əsaslanan yanaşmaların nümayiş etdirilməsi davam etdirilir:

"Bu baxımdan AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin növbəti çıxışı da əvvəlki mövqeyindən fərqlənmir. Onun səsləndirdiyi fikirlər Azərbaycandakı reallıqları əks etdirməyən, qərəzli yanaşmaya və əsassız ittihamlara söykənən iddialardan ibarətdir. Şvabe ölkəmizdə keçirilən seçkilərin demokratikliyi, parlamentin formalaşması, hakimiyyət bölgüsü və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ittihamlar səsləndirsə də, bu məsələlərə münasibətdə obyektivlik nümayiş etdirmir. Əgər Frank Şvabe üçün həqiqətən insan hüquqları, demokratiya və fundamental azadlıqlar əsas prioritet olsaydı, o zaman 30 ilə yaxın müddətdə öz doğma torpaqlarından didərgin salınmış yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarından da danışardı. Öz evinə qayıtmaq, doğulduğu yerdə yaşamaq hüququndan məhrum edilmiş 350 mindən çox Qərbi azərbaycanlının və işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların hüquqlarının bərpası məsələsi niyə onun çıxışlarında yer almır? İnsan hüquqları universaldırsa, bu hüquqlar azərbaycanlılara münasibətdə niyə görməzdən gəlinir?".

Deputat qeyd edib ki, Azərbaycan dövləti öz daxili və xarici siyasətini hər hansı beynəlxalq qurumun qərəzli müzakirələri əsasında müəyyənləşdirmir:

"Dövlətimizin siyasi kursu Azərbaycan xalqının milli maraqlarına, ölkənin Konstitusiyasına və milli təhlükəsizlik prioritetlərinə əsaslanır. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması bəzi dairələri narahat edə bilər. Lakin bu uğurlar Azərbaycan xalqının iradəsinin, dövlət rəhbərliyinin qətiyyətli siyasətinin və milli birliyin nəticəsidir. Azərbaycanda qanunun aliliyi prinsipi təmin olunur və qanunvericiliyi pozan şəxslər kimliyindən, siyasi baxışlarından və ya statusundan asılı olmayaraq hüquqi məsuliyyət daşıyırlar. Hüquqi məsuliyyətin tətbiqini siyasi təqib kimi təqdim etmək cəhdləri isə ölkəmizdəki reallıqları təhrif etməkdən başqa bir məqsəd daşımır".

A.Badamov əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi müxtəlif dövrlərdə ciddi sınaqlardan keçib:

"Xalqımız həmin çətin mərhələlərin acı nəticələrini yaxşı xatırlayır və dövlətçiliyimizin zəiflədilməsinə yönəlmiş istənilən cəhdlərə qarşı həssas yanaşır. Buna görə də xaricdən ölkəmiz haqqında qərəzli bəyanatlar səsləndirənlərin və Azərbaycanda sabitliyi pozmağa çalışan dairələrin çağırışları cəmiyyətdə dəstək qazanmır. Bu gün Azərbaycan xalqı güclü dövlətin, milli maraqlara əsaslanan siyasətin və əldə olunmuş tarixi nailiyyətlərin yanında olduğunu nümayiş etdirir. AŞPA-da və digər beynəlxalq platformalarda ölkəmizə qarşı səsləndirilən qərəzli çıxışlar isə Azərbaycan cəmiyyətinin mövqeyinə və dövlətimizin inkişaf kursuna təsir göstərmir. Azərbaycan müstəqil dövlətdir və öz gələcəyini xarici təzyiqlər əsasında deyil, xalqının iradəsi və milli maraqları əsasında müəyyənləşdirir".

Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - SƏRƏNCAM

Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra təltif edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

"Azərbaycan Bayrağı" ordeni ilə

Əliyev Asiman Vaqif oğlu – mayor

Əsgərov Samid Gülmalı oğlu – kapitan

Seymur Hüseyn oğlu – baş leytenant

Bəşirov Hakim Nizam oğlu – leytenant

Qorçuyev Anar Nadir oğlu – leytenant

Məcidov Rafiq Rasim oğlu – gizir

3-cü dərəcəli "Rəşadət" ordeni ilə

Hüseynov Nazim Yaqub oğlu – mayor

Zeynalov Azad Rafiq oğlu – kapitan

Gülüşov Tərlan Salman oğlu – baş leytenant

Səfərli Cavid Xaliq oğlu – baş leytenant

Vəlizadə İbrahim Səməd oğlu – leytenant

Abbasov İntiqam Yavər oğlu – baş gizir

Məmmədov Kənan Hüseyn oğlu – gizir

Rüstəmov Vüsal Valeh oğlu – gizir

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Abdullayev Rasim Yaqub oğlu – tibb xidməti polkovnik-leytenantı

Atakişiyev Rəşad Saləddin oğlu – polkovnik-leytenant

Baxşəliyev Qərib İnqilab oğlu – polkovnik-leytenant

Abdullayev Aqşin İsmayıl oğlu – mayor

Bayramov İqbal Əhmədağa oğlu – mayor

Süleymanov Emin Bəhmən oğlu – mayor

İsgəndərov Arzu Seymur oğlu – kapitan

Kazımov Elvin Ədalət oğlu – kapitan

Məmmədov Anar Kərəm oğlu – tibb xidməti kapitanı

Nəcəfov İlkin Misir oğlu – kapitan

Ağayev Elçin Zakir oğlu – baş leytenant

Allahverdiyev Elşad Zaməddin oğlu – baş leytenant

Bağırov Fuad Allahverdi oğlu – baş leytenant

Bayramov Ramin Hüseynağa oğlu – baş leytenant

Cəfərov Mətləb Məhəmməd oğlu – baş leytenant

Əlibəyli Şəhriyar Ramiz oğlu – baş leytenant

Əzizov Elgün Elman oğlu – baş leytenant

Fərəməzov Nurlan Əhliman oğlu – tibb xidməti baş leytenantı

Gülməmmədov Amin Mayis oğlu – baş leytenant

Hacıyev İsmət Şölət oğlu – baş leytenant

Haşımlı Tural Əbdül oğlu – baş leytenant

Hüseynli Etiram Həsən oğlu – baş leytenant

Hüseynov Kamran Namiz oğlu – baş leytenant

Hüseynov Raqib Adil oğlu – baş leytenant

Xəlilli Namiq Həsən oğlu – baş leytenant

İbayev Elmar Hikmət oğlu – baş leytenant

Quluzadə Əlimərdan Fəttah oğlu – baş leytenant

Qureşli Firuz Əli oğlu – baş leytenant

Məmmədov Toğrul Səyyad oğlu – baş leytenant

Nəzərov Şahlar Yaşar oğlu – baş leytenant

Paşayev Daşdəmir Əlizaman oğlu – baş leytenant

Rəsulzadə Təbriz Əfrayim oğlu – baş leytenant

Ağayev Mirlətif Mirislam oğlu – tibb xidməti leytenantı

Atakişiyev Tərlan Dərgah oğlu – leytenant

Atayev Nicat Habil oğlu – leytenant

Baxşəliyev Natiq Saleh oğlu – leytenant

Bayramlı Elmar İsa oğlu – leytenant

Cavadov Namiq Rəhbər oğlu – leytenant

Əliyev Babək Əsgər oğlu – leytenant

Əliyev İmran Əli oğlu – leytenant

Əliyev Ramil Qurban oğlu – leytenant

Əzizov Teymur Əli oğlu – leytenant

Həsənov Aqil Nofəl oğlu – leytenant

İmaməliyev Sərraf Murtuzəli oğlu – leytenant

İmanzadə Ayaz Daşqın oğlu – leytenant

İzzətli Fərid Aydın oğlu – leytenant

Kərimov Asif Məmməd oğlu – leytenant

Qasımov Hafis Cavanşir oğlu – leytenant

Məmmədov Fərid Vəlhad oğlu – leytenant

Məmmədov Məhəmməd Zakir oğlu – leytenant

Məmmədov Ruslan Ramiz oğlu – leytenant

Nəsibov Nicat Qəşəm oğlu – leytenant

Rəhimov Rəşad İlqar oğlu – leytenant

Yusifov Əli Suləddin oğlu – leytenant

Abbasov Seymur Muşfiq oğlu – kiçik leytenant

Allahverdiyev Namaz Baxış oğlu – kiçik leytenant

Muradov Vüsal Cəsarət oğlu – kiçik leytenant

Nəcəfli Sadiq Nüsrət oğlu – kiçik leytenant

Nəcəfov Yaqub Məhəmməd oğlu – kiçik leytenant

Abdullayev Eldar Firidun oğlu – baş gizir

Ağamirov Şixmir Qabil oğlu – baş gizir

Ağayev Zülfü Ağalı oğlu – baş gizir

Babayev Murad Nadir oğlu – baş gizir

Hacıyev Teymur Zaur oğlu – baş gizir

Hümmətov Zöhrab Məmməd oğlu – baş gizir

İsmayılov Nizaməddin İsmayıl oğlu – baş gizir

İsmayılov Vüsal Nəbi oğlu – baş gizir

Qasımov Rəmal Saleh oğlu – baş gizir

Qəfərov Rəvan Elxan oğlu – baş gizir

Qurbanəliyev Tapdıq Dövlətxan oğlu – baş gizir

Məmmədov Elmir Nadir oğlu – baş gizir

Məmmədov Mahir Ağasəlim oğlu – baş gizir

Mikayılov Nahid Soqat oğlu – baş gizir

Nurmətov Çoban Razaddin oğlu – baş gizir

Ömərov Elvin Xeybər oğlu – baş gizir

Süleymanov İlkin Mahir oğlu – baş gizir

Yusifov Ramil Mürşid oğlu – baş gizir

Abbasov Hüseyn Əlizadə oğlu – gizir

Abdullayev Hasil Miryusif oğlu – gizir

Abdulrəhmanov Şöhrət Böyükbəy oğlu – gizir

Ağayev İlkin Tehran oğlu – gizir

Axundov Mirzə Musa oğlu – miçman

Aslanov Babək Sakit oğlu – gizir

Aslanov Xəyal Qüdrət oğlu – gizir

Azayev Sadiq Xubyar oğlu – gizir

Babayev Elməddin Cəfərqulu oğlu – gizir

Babayev Yaşar Vasif oğlu – gizir

Balayev Orxan Vidadi oğlu – gizir

Bayramov Xəqani Məmməd oğlu – gizir

Bayramov Samir Elxan oğlu – gizir

Cabbarov Vidadi Cəbrayıl oğlu – gizir

Cabbarzadə Məmmədiyə Məhəmməd oğlu – gizir

Cəfərli Xəyal Xəlil oğlu – gizir

Cəmilli Şakir Arif oğlu – gizir

Çobanov Orxan Zahid oğlu – gizir

Dadaşov Elvin İmanqulu oğlu – gizir

Əhmədov Emil Bahadur oğlu – gizir

Əliyev Elçin Rasim oğlu – gizir

Əliyev Xəqani Füzuli oğlu – gizir

Əliyev Səbuhi Teyyub oğlu – gizir

Əliyev Sənan Ceyhun oğlu – gizir

Əliyev Sənan Əlisəfa oğlu – gizir

Əlizadə Tahir Qəribəli oğlu – gizir

Əzimov Cavanşir Calal oğlu – gizir

Əzizov Elvin Əfrail oğlu – gizir

Əzizov Raqib Vidadi oğlu – gizir

Göyüşov Məzahir Niyaz oğlu – gizir

Həmzəyev Novruz Bəkir oğlu – gizir

Həsənli Telman Rafiq oğlu – gizir

Həsənov Elşad Qabil oğlu – gizir

Hüseynov Kərim Tərlan oğlu – gizir

Hüseynov Ramin Qüdrət oğlu – gizir

Xosizadə Müşfiq Zakir oğlu – gizir

İbrahimov Zamanət Gülhəsən oğlu – gizir

İsgəndərov Əsəd Bəybala oğlu – gizir

İskəndərov Elvin Mətləb oğlu – gizir

İsmayılov Ceyhun Abbas oğlu – gizir

Kazımov İlkin Xanməmməd oğlu – gizir

Qasımov Faiq Mayıl oğlu – gizir

Qasımov Hüseyn Kamil oğlu – gizir

Qasımov Qoşqar Atakişi oğlu – gizir

Qəfərov Saməddin Rasim oğlu – gizir

Qəniyev Cahid Şaiq oğlu – gizir

Quliyev Aqşin Mehdi oğlu – gizir

Qurbanov Ramil Sudeyif oğlu – gizir

Məhəmmədli İsmayıl Mahir oğlu – gizir

Məhərrəmov Ariz Fərzulla oğlu – gizir

Məhərrəmov Vasif Üzeyir oğlu – gizir

Məmişli Sahil Ağaverdi oğlu – gizir

Məmmədov İsmət Hikmət oğlu – gizir

Məmmədov Natiq Sahib oğlu – gizir

Məmmədov Pərvin Rza oğlu – gizir

Məmmədov Rəşad Asif oğlu – gizir

Məmmədov Sahil Ədalət oğlu – gizir

Məmmədov Turan Nadir oğlu – gizir

Məmmədov Ürfan Çingiz oğlu – gizir

Məmmədov Vüqar Xaləddin oğlu – gizir

Məmmədzadə Cahan Saleh oğlu – gizir

Mirzəli Rəşad Hafiz oğlu – gizir

Muradov Turan Vaqif oğlu – gizir

Nağıyev Vüsal Əmirastan oğlu – gizir

Nəbiyev Cilingir Azad oğlu – gizir

Nəhmətov Vüsal Üzeyir oğlu – gizir

Nəsibov Elmar Şirzad oğlu – gizir

Niftullayev Elşən Əfqan oğlu – gizir

Orucov Elvin Rövşən oğlu – gizir

Səfərov Nicat Vaqib oğlu – gizir

Səmədli Sənan Fikrət oğlu – gizir

Səmədov Sabuhi İbrahim oğlu – gizir

Soltanov Nadir Nəzir oğlu – gizir

Süleymanov Orxan Oruc oğlu – gizir

Şirinov Elvin Elsevən oğlu – gizir

Verdiyev Natiq Əlimurad oğlu – gizir

Vəlizadə Faiq Bayraməli oğlu – gizir

Yaqublı Fərman Telman oğlu – gizir

Yunusov Alxas Mirxas oğlu – gizir

Zalov Vidadi Nizami oğlu – gizir

Zaməddinov Fərid İmran oğlu – gizir

Əliyev Nohəl Əlqəmə oğlu – kiçik gizir

Mehbalıyev Elşən Təvəkgül oğlu – kiçik gizir

Süleymanov Tamerlan Xankişi oğlu – kiçik gizir

Ağalarov Nahid Musa oğlu – baş çavuş

Hüseyinov Elbrus Nadir oğlu – baş çavuş

İsrafilov Abdurahman İsrafil oğlu – baş çavuş

Səlifov Murad Nəbi oğlu – baş çavuş

Abbasov Ramil Sabir oğlu – çavuş

Adıgözəlov Fərid İlqar oğlu – çavuş

Bağırov Namiq Nurəddin oğlu – çavuş

Bəkirov Bəxtiyar Yavər oğlu – çavuş

Ələsgərov Seymur Əli oğlu – çavuş

Əliyev Əmrah Ürfət oğlu – çavuş

Əliyev Ramin Muxtar oğlu – çavuş

Əliyev Rəfael Oruc oğlu – çavuş

Əliyev Timur Nurəddinoviç – çavuş

Əmrahov Emin Əvəz oğlu – çavuş

Əsədov Saleh Səməd oğlu – çavuş

Fərəcov Zülfüqar Müseyib oğlu – çavuş

Fətəliyev Rahib Pənah oğlu – çavuş

Həsənov Azər Aydın oğlu – çavuş

Həsənov Həsən Rəhim oğlu – çavuş

Həsənov Nahid Hökmüran oğlu – çavuş

Həsənov Orxan Bəkir oğlu – çavuş

Xasayev Elməddin Qoçu oğlu – çavuş

İsayev Toğrul Natiq oğlu – çavuş

İsayev Tural Saləddin oğlu – çavuş

İsgəndərov Əlizamin Həmid oğlu – çavuş

İsgəndərov İlkin Camal oğlu – çavuş

İsgəndərov Niyazi Şahvələd oğlu – çavuş

Qabilov İsmayıl Əli oğlu – çavuş

Qafarov Elnur Mirzəxan oğlu – çavuş

Qasımov Eltun Vüqar oğlu – çavuş

Quliyev Namiq Natiq oğlu – çavuş

Quliyev Rəcəb Elşən oğlu – çavuş

Məmmədov Araz Telman oğlu – çavuş

Mirzəyev Elmin Əvəz oğlu – çavuş

Muradov Ziyad Muradxan oğlu – çavuş

Nağıyev Pərviz Güloğlan oğlu – çavuş

Nəsirov Xəqani Kamran oğlu – çavuş

Pənahov Elməddin Məqsəd oğlu – çavuş

Rzayev Aslan Süleyman oğlu – çavuş

Veyisli Xaliddin Zəkər oğlu – çavuş

Yunusov Amrid Zaur oğlu – çavuş

Abbaslı Elgin Ağayar oğlu – kiçik çavuş

Abbaslı Elnur Yaşar oğlu – kiçik çavuş

Abdullayev Qəzənfər Nəcəf oğlu – kiçik çavuş

Abıyev İlkin İslam oğlu – kiçik çavuş

Ağayev Ağabala İlqar oğlu – kiçik çavuş

Ağayev Daşqın Əliqulu oğlu – kiçik çavuş

Ağayev Tapdıq Çingiz oğlu – kiçik çavuş

Allahverdiyev Seymur Qərib oğlu – kiçik çavuş

Allahverdiyev Vidadi Fazil oğlu – kiçik çavuş

Babayev Allahverdi Ələt oğlu – kiçik çavuş

Babazadə Məhəmməd Cavanşir oğlu – kiçik çavuş

Bağırov Elçin Fəhrad oğlu – kiçik çavuş

Bahadurzadə Vüqar Məmməd oğlu – kiçik çavuş

Balakişiyev Qara Əmirxan oğlu – kiçik çavuş

Bayramov Fərrux Bayram oğlu – kiçik çavuş

Bədirov Murad Qismət oğlu – kiçik çavuş

Cəbrayılov Elçin Surxay oğlu – kiçik çavuş

Cəfərov Vüsal Saxləddin oğlu – kiçik çavuş

Dadaşov Əjdər Pənah oğlu – kiçik çavuş

Əkbərov Rahil Canəhməd oğlu – kiçik çavuş

Ələsgərov Pərviz Lətif oğlu – kiçik çavuş

Ələsgərov Vadim Ağaba oğlu – kiçik çavuş

Əliyev Elməddin İlqar oğlu – kiçik çavuş

Əliyev Mərhab Şikar oğlu – kiçik çavuş

Əliyev Natiq Yusif oğlu – kiçik çavuş

Əliyev Orxan Məhəmməd oğlu – kiçik çavuş

Əliyev Şaməddin Qafqaz oğlu – kiçik çavuş

Əliyev Turan Sulduz oğlu – kiçik çavuş

Əsədov Anar Rafiq oğlu – kiçik çavuş

Əskərov Xaqani Səfa oğlu – kiçik çavuş

Fərəcov Fəxrəddin Feyzulla oğlu – kiçik çavuş

Fərzəlizadə Emin Fərman oğlu – kiçik çavuş

Fətiyev Xəqani Hüseynəli oğlu – kiçik çavuş

Hacıyev Qubad Cəmil oğlu – kiçik çavuş

Həsənli Rəşad Yaşar oğlu – kiçik çavuş

Həsənov Hikmət Fikrət oğlu – kiçik çavuş

Həsənov İlqar Nadir oğlu – kiçik çavuş

Hüseynli İbrahim İsa oğlu – kiçik çavuş

Hüseynov Anar Hüseyn oğlu – kiçik çavuş

Hüseynov Azər Mahal oğlu – kiçik çavuş

Hüseynov Mustafa Ələddin oğlu – kiçik çavuş

Hüseynov Rahib İlham oğlu – kiçik çavuş

Hüseynov Ruslan Vəli oğlu – kiçik çavuş

Xəlilli Murad Vəli oğlu – kiçik çavuş

Xəlilov Elnur Ramiz oğlu – kiçik çavuş

Xurşudov Nazir Müxənnət oğlu – kiçik çavuş

İsayev Vüsal Firdovsi oğlu – kiçik çavuş

İsmayılov Amid Eldar oğlu – kiçik çavuş

İsmayılov Orxan Qədim oğlu – kiçik çavuş

İsmayılov Sakit İsmayıl oğlu – kiçik çavuş

İsmayılov Sərdar Sərvər oğlu – kiçik çavuş

Kərimov Elvin Mürşüd oğlu – kiçik çavuş

Kərimov Ülvi Rövşən oğlu – kiçik çavuş

Qarayev Tural Şahin oğlu – kiçik çavuş

Qəhrəmanlı Yaqub Abdulla oğlu – kiçik çavuş

Quliyev Əkbər Güləhməd oğlu – kiçik çavuş

Quliyev Nicat Nüşrəvan oğlu – kiçik çavuş

Mamedov Əmrah Qaraş oğlu – kiçik çavuş

Məmmədov Xəyal Arif oğlu – kiçik çavuş

Məmmədov İbrahim Nadir oğlu – kiçik çavuş

Məmmədov İlham Elxan oğlu – kiçik çavuş

Məmmədov Məhyəddin Yaşar oğlu – kiçik çavuş

Miriyev Sənan Arif oğlu – kiçik çavuş

Mirzəmmədov Sərxan Osman oğlu – kiçik çavuş

Mönsümzadə Orxan Səfiyar oğlu – kiçik çavuş

Murtuzəliyev Xəqani İsa oğlu – kiçik çavuş

Musayev Elşən Hüseyn oğlu – kiçik çavuş

Mustafayev Sərxan İslam oğlu – kiçik çavuş

Mustafayev Siyasət Akif oğlu – kiçik çavuş

Nadirov Samir Əli-Səttar oğlu – kiçik çavuş

Namazov Mahmud Ələsgər oğlu – kiçik çavuş

Namazov Taleh Zülfəli oğlu – kiçik çavuş

Nəhmətov Telman Təyyar oğlu – kiçik çavuş

Nurullayev Anar Siyavuş oğlu – kiçik çavuş

Orucov Xudayət Vilayət oğlu – kiçik çavuş

Paşayev Ramil Şakir oğlu – kiçik çavuş

Piriyev Elşən Şəfalət oğlu – kiçik çavuş

Ramazanov Rail Arif oğlu – kiçik çavuş

Rəhimov Nurlan Əlövsəd oğlu – kiçik çavuş

Rzayev Əli Nəsib oğlu – kiçik çavuş

Rzayev Səməd Fizuli oğlu – kiçik çavuş

Sabirli Əjdər Xanlar oğlu – kiçik çavuş

Salamov Taleh Ədalət oğlu – kiçik çavuş

Süleymanov Arif Ramiz oğlu – kiçik çavuş

Tağıyev Asif Zakir oğlu – kiçik çavuş

Tağıyev Ramid Yaqub oğlu – kiçik çavuş

Umarov Anar Məhəmməd oğlu – kiçik çavuş

Vəlişov Zahir Arif oğlu – kiçik çavuş

Yusibov Kənan Fehruz oğlu – kiçik çavuş

Yusifli Özal İdris oğlu – kiçik çavuş

Yusifov Elburus Şəmsi oğlu – kiçik çavuş

Abbasov Nihad Mövlüd oğlu – baş əsgər

Dəmirov Həsən Turan oğlu – baş əsgər

Şirəliyev İntiqam Bəxtiyar oğlu – baş əsgər

Abakarov Nail Müzəffər oğlu – əsgər

Abasov Ağababa Səfər oğlu – əsgər

Abasov Elvin Səxavət oğlu – əsgər

Abasov Ruslan Hikmət oğlu – əsgər

Abasov Samir Adəm oğlu – əsgər

Abasov Seymur Adil oğlu – əsgər

Abbasquliyev Nadir Elçin oğlu – əsgər

Abbaslı Elgiz Fuad oğlu – əsgər

Abbaslı Hikmət Zahir oğlu – əsgər

Abbasov Aslan Vəliyəddin oğlu – əsgər

Abbasov Bəşir Nizami oğlu – əsgər

Abbasov Fərrux Azər oğlu – əsgər

Abbasov İlham Əli oğlu – əsgər

Abbasov İsa Faiq oğlu – əsgər

Abbasov Möhlət Eldəniz oğlu – əsgər

Abbasov Murad Vasif oğlu – əsgər

Abbasov Müşviq Qabil oğlu – əsgər

Abbasov Nemət Elçin oğlu – əsgər

Abbasov Nurhan Əlastan oğlu – əsgər

Abbasov Samir Azər oğlu – əsgər

Abbasov Səxavət Rizvan oğlu – əsgər

Abbasov Toğrul Bayram oğlu – əsgər

Abbasov Vahid Sahib oğlu – əsgər

Abbasov Zöhrab Natiq oğlu – əsgər

Abbasov Zülfüqar Bayram oğlu – əsgər

Abdalov Nurlan Faiq oğlu – əsgər

Abdullayev Balazadə Rafət oğlu – əsgər

Abdullayev Elgün Əmirxan oğlu – əsgər

Abdullayev Elməddin Telman oğlu – əsgər

Abdullayev Elnur Təvəkkül oğlu – əsgər

Abdullayev Əkram Azad oğlu – əsgər

Abdullayev Həmdulla Aslan oğlu – əsgər

Abdullayev Həsən Qərib oğlu – əsgər

Abdullayev Hikmət Şaiq oğlu – əsgər

Abdullayev Məhəmməd Ramazan oğlu – əsgər

Abdullayev Məhəmməd Vaqif oğlu – əsgər

Abdullayev Mərahim Aslan oğlu – əsgər

Abdullayev Nicat Mirnəbi oğlu – əsgər

Abdullayev Nurlan İnqilab oğlu – əsgər

Abdullayev Rəşid Abdulla oğlu – əsgər

Abdullayev Samir İlham oğlu – əsgər

Abdullayev Səməd Sədiyar oğlu – əsgər

Abdullayev Taleh Məhərrəm oğlu – əsgər

Abdullayev Taleh Temraz oğlu – əsgər

Abdullayev Vaqif Rəşid oğlu – əsgər

Abdullayev Vüsal Şakir oğlu – əsgər

Abdullazadə Qasım Əli oğlu – əsgər

Abdullazadə Teymur Faiq oğlu – əsgər

Abdulov İdrət İbi oğlu – əsgər

Abışev Telman Nadir oğlu – əsgər

Abışov Elnur Şaiq oğlu – əsgər

Abışov Əmrah Səyyab oğlu – əsgər

Abışov Fərid Əlfayım oğlu – əsgər

Abışov Tacəddin Elşən oğlu – əsgər

Abışov Ülvi Bayram oğlu – əsgər

Abiyev Vasif Vaqif oğlu – əsgər

Adgözəlov Ceyhun Çoban oğlu – əsgər

Adgözəlov Faiq Mehti oğlu – əsgər

Adıgözəlov Cavid Gülhəsən oğlu – əsgər

Adıgözəlov Cəmil Əli oğlu – əsgər

Adilov Şirəli İlham oğlu – əsgər

Adişov Qüdrət Rahim oğlu – əsgər

Ağabalayev Sadiq Nadir oğlu – əsgər

Ağabəyov Oktay Baxşəli oğlu – əsgər

Ağacəfərli Ağamid Şirzaid oğlu – əsgər

Ağahüseynli Səyyad Əliyar oğlu – əsgər

Ağakərimov Elvin Eldəniz oğlu – əsgər

Ağakişiyev İlkin Elxan oğlu – əsgər

Ağakişiyev Nurlan Etibar oğlu – əsgər

Ağaquliyev Tofiq Rafiq oğlu – əsgər

Ağalarlı Toğrul Daşqın oğlu – əsgər

Ağalı Zaur Kamil oğlu – əsgər

Ağaliyev Müzəffər Vahid oğlu – əsgər

Ağamalıyev Ağamməd Elgiz oğlu – əsgər

Ağaməmmədov Xəyal Salam oğlu – əsgər

Ağasiyev Elşən Ağabala oğlu – əsgər

Ağayev Ağa Əli oğlu – əsgər

Ağayev Ağamali Şamil oğlu – əsgər

Ağayev Cavanşir Niyaməddin oğlu – əsgər

Ağayev Cavidan Mirzağa oğlu – əsgər

Ağayev Ceyhun Cəmil oğlu – əsgər

Ağayev Elçin Mərifət oğlu – əsgər

Ağayev Elmir Rasim oğlu – əsgər

Ağayev Elvin Valeh oğlu – əsgər

Ağayev Əhəd Bilal oğlu – əsgər

Ağayev Əmirağa Mahir oğlu – əsgər

Ağayev Xəlil Pənah oğlu – əsgər

Ağayev İldrım Qafqaz oğlu – əsgər

Ağayev İntiqam Hüseyn oğlu – əsgər

Ağayev Naim Süleyman oğlu – əsgər

Ağayev Ramiq Təhsin oğlu – əsgər

Ağayev Ramil Ağarəhim oğlu – əsgər

Ağayev Şahin Azər oğlu – əsgər

Ağayev Ülvi Valeh oğlu – əsgər

Ağayev Vahid Məcnun oğlu – əsgər

Ağayev Zabil Azər oğlu – əsgər

Ağayev Zamin Zülfiqar oğlu – əsgər

Ağazadə Murad İkram oğlu – əsgər

Ağazadə Sənan Nizami oğlu – əsgər

Axundov Əfqan Hüseyn oğlu – əsgər

Akifzadə Elmir Gündüz oğlu – əsgər

Alxaslı Rəvan Cəmil oğlu – əsgər

Alışov Samir Cəlil oğlu – əsgər

Alışov Ülvi İlham oğlu – əsgər

Alıyev Qələndər Nofəl oğlu – əsgər

Alızadə Seymur Mirzə oğlu – əsgər

Allahverdiyev Elnur Kamil oğlu – əsgər

Allahverdiyev İsgəndər Nəsir oğlu – əsgər

Allahverdiyev Kənan Mərdan oğlu – əsgər

Allahverdiyev Rövşən Fərrux oğlu – əsgər

Allahverdiyev Samir Elçin oğlu – əsgər

Allahverdiyev Süleyman Etibar oğlu – əsgər

Allahverdiyev Vilayət Valeh oğlu – əsgər

Allahverdiyev Vüsal Tahir oğlu – əsgər

Allahverdizadə Elnur Əli oğlu – əsgər

Allahverənov Məhəmməd Zöhrab oğlu – əsgər

Allahverənov Telman Fazil oğlu – əsgər

Alməmmədov Təbriz Letman oğlu – əsgər

Amanaliyev Tərlan Rövşən oğlu – əsgər

Amanov Əhməd Tahir oğlu – əsgər

Arazov Elçin Eldar oğlu – əsgər

Arazov İkraməddin Qüdrət oğlu – əsgər

Arazov Səyyar Güloğlan oğlu – əsgər

Aslanlı Orxan Şahmar oğlu – əsgər

Aslanov Atəş Yusif oğlu – əsgər

Aslanov Bəxtiyar İlqar oğlu – əsgər

Aslanov Rəşad Taryel oğlu – əsgər

Aslanov Röyal Elzar oğlu – əsgər

Aslanov Taleh Elman oğlu – əsgər

Atakişiyev Kamil Araz oğlu – əsgər

Atakişiyev Ramiz Rafiq oğlu – əsgər

Atakişiyev Toğrul Ramil oğlu – əsgər

Ataşov Asif Kərim oğlu – əsgər

Atayev Taryel Fəxrəddin oğlu – əsgər

Avdiyev Orxan Habil oğlu – əsgər

Aydəmirov Beyrək Etibar oğlu– əsgər

Aydəmirov Nizami Elçin oğlu – əsgər

Ayvazov Həsən Cəlil oğlu – əsgər

Azadlı Eltac Sədrəddin oğlu – əsgər

Azadlı Zabil Tələt oğlu – əsgər

Azayev Ülvi Maqsud oğlu – əsgər

Babayev Alməmməd Qərib oğlu – əsgər

Babayev Cavad Gülverdi oğlu – əsgər

Babayev Çingiz Sulduz oğlu – əsgər

Babayev Elman Telman oğlu – əsgər

Babayev Elvin Əkbər oğlu – əsgər

Babayev Fariz Zakir oğlu – əsgər

Babayev İqbal Zəki oğlu – əsgər

Babayev Kamal Eynulla oğlu – əsgər

Babayev Muxtar Rəhim oğlu – əsgər

Babayev Mustafa Elman oğlu – əsgər

Babayev Pərvin Hüseyn oğlu– əsgər

Babayev Rauf Fəxrəddin oğlu – əsgər

Babayev Rəşad İlham oğlu – əsgər

Babayev Sahil Coşqun oğlu – əsgər

Babayev Samsun Şəmsəddin oğlu – əsgər

Babayev Taleh Xanmurad oğlu – əsgər

Babazadə Babazeynal Maqsud oğlu – əsgər

Babazadə Mirşəmsi Elşad oğlu – əsgər

Bağırlı Hikmət Qəhrəman oğlu – əsgər

Bağırov Aqil Fazil oğlu – əsgər

Bağırov Elçin Yunus oğlu – əsgər

Bağırov Elnur Sahib oğlu – əsgər

Bağırov Əli Eltay oğlu – əsgər

Bağırov Məmmədağa Həsənağa oğlu – əsgər

Bağırov Süleyman Kamil oğlu – əsgər

Bağırzadə Mahsun Zahir oğlu – əsgər

Bahadurov Anar Süleyman oğlu – əsgər

Baxışov Cahangir Əmrah oğlu – əsgər

Baxışov İlqar Adışirin oğlu – əsgər

Baxışov Sadiq Bəkir oğlu – əsgər

Baxşalıyev Nicat Ziyafət oğlu – əsgər

Baxşəliyev Araz Yavər oğlu – əsgər

Baxşəliyev İnam Rasim oğlu – əsgər

Baxşiyev Eldar Sultan oğlu – əsgər

Baxşiyev Vahid Məclum oğlu – əsgər

Balabəyov Pərviz Tofiq oğlu – əsgər

Balabəyov Ramil Ruslan oğlu – əsgər

Balacayev Qərib Nəsib oğlu – əsgər

Baladov Ruslan Allahyar oğlu – əsgər

Balağayev Seyfəddin Vahid oğlu – əsgər

Balakişiyev Xəyal Müseyib oğlu – əsgər

Balakişiyev Zamin Dadaş oğlu – əsgər

Bayraxtarov Batdal Mikail oğlu – əsgər

Bayramov Aydın Mətləb oğlu – əsgər

Bayramov Cavid Azər oğlu – əsgər

Bayramov Cəlal Yaqub oğlu – əsgər

Bayramov Coşğun Ənvər oğlu – əsgər

Bayramov Elcan Qoşqar oğlu – əsgər

Bayramov Elvin Elçin oğlu – əsgər

Bayramov Elvin İslam oğlu – əsgər

Bayramov Əli Nadir oğlu – əsgər

Bayramov Əmrah Hüseyn oğlu – əsgər

Bayramov Həsən Ağaisa oğlu – əsgər

Bayramov Həsən Bəhrəm oğlu – əsgər

Bayramov İlkin Bayram oğlu – əsgər

Bayramov Orxan Surxay oğlu – əsgər

Bayramov Osman Zeyqəm oğlu – əsgər

Bayramov Rəhman Dilcan oğlu – əsgər

Bayramov Ruslan Telman oğlu – əsgər

Bayramov Səlimxan Vüqar oğlu – əsgər

Behbudlu Behbud Rübail oğlu – əsgər

Bədəlov Elməddin Dəyanət oğlu – əsgər

Bədəlov Səhman Bəhmən oğlu – əsgər

Bədirov Nəcməddin Nurəddin oğlu – əsgər

Bəhmənli Manaf Bəhmən oğlu – əsgər

Bəxtiyarov Orxan Sərvər oğlu – əsgər

Bəkirli Azad Rasim oğlu – əsgər

Bəkirov Təbriz Etibar oğlu – əsgər

Bəkirov Yasər Əfqan oğlu – əsgər

Bəktiyev Müşfiq Abbas oğlu – əsgər

Bəndəliyev Əliəkbər Qulu oğlu – əsgər

Bəşirov Akif Vahid oğlu – əsgər

Bəşirov Əyyub Ramis oğlu – əsgər

Bəşirov Rəhman Eyvaz oğlu – əsgər

Bəşirzadə Hüseyn Xanhüseyn oğlu – əsgər

Bəyişli Elgün Teyuf oğlu – əsgər

Bəylərov Elnur Ehdibar oğlu – əsgər

Bəylərov Seymur Səlyəddin oğlu – əsgər

Bəyverdiyev Rafik Nurməhəmməd oğlu – əsgər

Bilalov Abdulcəmil Xaqani oğlu – əsgər

Burcəliyev İlqar Vüqar oğlu – əsgər

Bünyadlı Rəvan Asif oğlu – əsgər

Cabbarov Akif Elxan oğlu – əsgər

Cabbarov Əli Baba oğlu – əsgər

Cabbarov Oruc Akif oğlu – əsgər

Cabbarov Səlim Qılman oğlu – əsgər

Cabbarov Şahgündüz Habil oğlu – əsgər

Cabbarov Şöhrət Əli oğlu – əsgər

Calalzadə Calal Qaryağdı oğlu – əsgər

Camalzadə Famil Hicran oğlu – əsgər

Cavadov Canlar Aqil oğlu – əsgər

Cavadov Mahmud Heydər oğlu – əsgər

Cavadov Ramin Emin oğlu – əsgər

Cavadov Rəşad Fərzəli oğlu – əsgər

Cavadzadə Anar Tahir oğlu – əsgər

Cavadzadə Şaiq Faiq oğlu – əsgər

Cəbiyev Qardaşağa Nizami oğlu – əsgər

Cəbizadə Əbil Qadir oğlu – əsgər

Cəbrayılov Xəyal Rafiq oğlu – əsgər

Cəfər Osman Elsevər oğlu – əsgər

Cəfərli Asim Çingiz oğlu – əsgər

Cəfərli Elşən Rəfail oğlu – əsgər

Cəfərli Əli İsa oğlu – əsgər

Cəfərli Röyal İkrəm oğlu – əsgər

Cəfərli Ruslan Nəcəf oğlu – əsgər

Cəfərli Şahin Şamil oğlu – əsgər

Cəfərov Ayxan Cəmaləddin oğlu – əsgər

Cəfərov Babək Məxsus oğlu – əsgər

Cəfərov Balaş Namiq oğlu – əsgər

Cəfərov Cavid Fərhad oğlu – əsgər

Cəfərov Cəlil Sulduz oğlu – əsgər

Cəfərov Elmar İlham oğlu – əsgər

Cəfərov Elnur Cəmiyyət oğlu – əsgər

Cəfərov Əli Bəyulla oğlu – əsgər

Cəfərov Fərid İsmixan oğlu – əsgər

Cəfərov Mirmuraz Mirbaba oğlu – əsgər

Cəfərov Mübariz Qulu oğlu – əsgər

Cəfərov Rahid Namik oğlu – əsgər

Cəfərov Röyal Vaqif oğlu – əsgər

Cəfərov Ruslan Mövlan oğlu – əsgər

Cəfərov Surxay Cümşüd oğlu – əsgər

Cəfərov Sübhan Mehman oğlu – əsgər

Cəfərov Şəmsi Mahir oğlu – əsgər

Cəfərov Tehran Nadir oğlu – əsgər

Cəfərov Təbriz İlqar oğlu – əsgər

Cəfərov Vüsal Şəfi oğlu – əsgər

Cəfərov Yusif Mübariz oğlu – əsgər

Cəfərov Zakir Nazim oğlu – əsgər

Cəfərzadə Eşqin Hamlet oğlu – əsgər

Cəlilov Elcan Famil oğlu – əsgər

Cəlilov Həsən Məhərrəm oğlu – əsgər

Cəlilov Sahil Oktay oğlu – əsgər

Cəlilov Şöhrət Cəfər oğlu – əsgər

Cəlilov Tural Callad oğlu – əsgər

Cumayev Orxan Fətəli oğlu – əsgər

Cumuzadə Təbriz İldırım oğlu – əsgər

Cuvarov Tural Zahid oğlu – əsgər

Cümşüdov Orxan Sabutay oğlu – əsgər

Dadaşlı Orxan Elxan oğlu – əsgər

Dadaşov Əzizağa Ramis oğlu – əsgər

Dadaşov Seyfəddin Məhyyəddin oğlu – əsgər

Dadaşov Zaur Zümrüd oğlu – əsgər

Dadaşzadə Kənan Elman oğlu – əsgər

Daşdəmirov Elmar Seymur oğlu – əsgər

Daşdəmirov Taleh Fərhad oğlu – əsgər

Dəmirçiyev Tural Rəfail oğlu – əsgər

Dəmirli Elşən Gündüz oğlu – əsgər

Dəmirov Ədalət Nüsrət oğlu – əsgər

Dənziyev Orxan Mübariz oğlu – əsgər

Dostuyev Elçin Murad oğlu – əsgər

Dursunov Zeynali Əlləz oğlu – əsgər

Dünyamalıyev Elşən Mübariz oğlu – əsgər

Eissavi Muhamməd Mazen oğlu – əsgər

Eldarzadə Azər İsmixan oğlu – əsgər

Eminli Rüstəm Mais oğlu – əsgər

Eminov Nurlan Pərviz oğlu – əsgər

Eminov Tacir İntiqam oğlu – əsgər

Eylasov Cəfər Yavər oğlu – əsgər

Eynullayev Rövşən Elşən oğlu – əsgər

Eyvazlı Məzdək Əli oğlu – əsgər

Eyvazlı Rüfət Arzu oğlu – əsgər

Eyvazov Əbülhəsən Balaş oğlu – əsgər

Eyvazov Əli Sehran oğlu – əsgər

Eyyubov Sərvan Yusif oğlu – əsgər

Ədilov Səid Həsən oğlu – əsgər

Əfəndiyev Nurlan Mürvət oğlu – əsgər

Əhədov Mehrac İntiqam oğlu – əsgər

Əhədzadə Elsevər Ağacan oğlu – əsgər

Əhədzadə İmaməli Şəvəqqət oğlu – əsgər

Əhmədəliyev Kərim Rövşən oğlu – əsgər

Əhmədli Aydın Mustafa oğlu – əsgər

Əhmədli Elşən Elbrus oğlu – əsgər

Əhmədli Əhməd Anar oğlu – əsgər

Əhmədli Nurlan Rəhim oğlu – əsgər

Əhmədov Abdulla Əhməd oğlu – əsgər

Əhmədov Asif Vasif oğlu – əsgər

Əhmədov Ayaz Elson oğlu – əsgər

Əhmədov Bəhruz Səttar oğlu – əsgər

Əhmədov Cavanşir Elxan oğlu – əsgər

Əhmədov Elmar Elşən oğlu – əsgər

Əhmədov Elnur Ehtibar oğlu – əsgər

Əhmədov Xəyal Hüseyn oğlu – əsgər

Əhmədov Kənan Ləzgi oğlu – əsgər

Əhmədov Qalib Rəşid oğlu – əsgər

Əhmədov Mənsur Mamed oğlu – əsgər

Əhmədov Mikayıl Hümbət oğlu – əsgər

Əhmədov Nicat Həsən oğlu – əsgər

Əhmədov Nihad Fuad oğlu – əsgər

Əhmədov Rəşad Ələkbər oğlu – əsgər

Əhmədov Rəvan Yafət oğlu – əsgər

Əhmədov Sabir Səfər oğlu – əsgər

Əhmədov Səbuhi Ziyafət oğlu – əsgər

Əhmədov Sənan Qalasən oğlu – əsgər

Əhmədov Səyadulla Rasim oğlu – əsgər

Əhmədov Tacir Mehdi oğlu – əsgər

Əhmədov Zamiq Çingiz oğlu – əsgər

Əhmədzadə Mürşüd Müdahil oğlu – əsgər

Əhmədzadə Rüfət Əbülfət oğlu – əsgər

Əjdərli Şamxal Marif oğlu – əsgər

Əkbərli Rufan Elzabit oğlu – əsgər

Əkbərov Həsən Raqub oğlu – əsgər

Əkbərov Mətləb Zülfiqar oğlu – əsgər

Əkpərov Cabar Əşrəf oğlu – əsgər

Ələkbərli Ələkbər Ramiz oğlu – əsgər

Ələkbərli Kənan Müşfiq oğlu – əsgər

Ələkbərli Samir Şamil oğlu – əsgər

Ələkbərov Əli Ələkbər oğlu – əsgər

Ələkbərov Muraz Məzahir oğlu – əsgər

Ələkbərov Rəşad İlqar oğlu – əsgər

Ələsgərov Ələkbər İsgəndər oğlu – əsgər

Ələsgərov Həsrət Vahid oğlu – əsgər

Ələsgərov Niyaməddin Süleyman oğlu – əsgər

Ələsgərov Yusif Yaşar oğlu – əsgər

Əlili Orxan Elşad oğlu – əsgər

Əlimərdanov Elvin İlham oğlu – əsgər

Əlimuradov Cumart Şixrəhim oğlu – əsgər

Əliyev Abbas Salam oğlu – əsgər

Əliyev Aqil Faiq oğlu – əsgər

Əliyev Amid İlhamoviç – əsgər

Əliyev Anar Talıb oğlu – əsgər

Əliyev Araz Aydın oğlu – əsgər

Əliyev Asim Asəf oğlu – əsgər

Əliyev Asim Nuru oğlu – əsgər

Əliyev Aslan Elman oğlu – əsgər

Əliyev Aydın Nəriman oğlu – əsgər

Əliyev Azər Dilafət oğlu – əsgər

Əliyev Azər Elnur oğlu – əsgər

Əliyev Bəhruz Elman oğlu – əsgər

Əliyev Bəybala Fazil oğlu – matros

Əliyev Camal Xaliq oğlu – əsgər

Əliyev Camal Mehman oğlu – əsgər

Əliyev Cavid Şaban oğlu – əsgər

Əliyev Cəlil Qüdrət oğlu – əsgər

Əliyev Denis Aleksandroviç – əsgər

Əliyev Elçin Ələkbər oğlu – əsgər

Əliyev Elçin Ramil oğlu – əsgər

Əliyev Elçin Sarvan oğlu – əsgər

Əliyev Eldar Süleyman oğlu – əsgər

Əliyev Elqaş Barat oğlu – əsgər

Əliyev Elmir Süleyman oğlu – əsgər

Əliyev Elsevər Hikmət oğlu – əsgər

Əliyev Elsevər Saqib oğlu – əsgər

Əliyev Elşad Mehman oğlu – əsgər

Əliyev Elşən Novruz oğlu – əsgər

Əliyev Elvin Bəhruz oğlu – əsgər

Əliyev Elvin Famil oğlu – əsgər

Əliyev Emil Əziz oğlu – əsgər

Əliyev Əli Ələsgər oğlu – əsgər

Əliyev Fərhad İlham oğlu – əsgər

Əliyev Fərid Hamlet oğlu – əsgər

Əliyev Gündüz Etibar oğlu – əsgər

Əliyev Həmzə Tərlan oğlu – əsgər

Əliyev Həndi Elbrus oğlu – əsgər

Əliyev Hüseyn Sahib oğlu – əsgər

Əliyev İbrahim Nəcəfqulu oğlu – əsgər

Əliyev İlkin Bəxtiyar oğlu – əsgər

Əliyev İmam Səfər oğlu – əsgər

Əliyev Kamran Rasim oğlu – əsgər

Əliyev Kərim Qeyrətxan oğlu – əsgər

Əliyev Qara Kamal oğlu – əsgər

Əliyev Qubat Hüsür oğlu – əsgər

Əliyev Mahir Əjdər oğlu – əsgər

Əliyev Məhəmməd Yaqub oğlu – əsgər

Əliyev Orxan Ədalət oğlu – əsgər

Əliyev Pərvin Vüqar oğlu – əsgər

Əliyev Ramid Kamal oğlu – əsgər

Əliyev Ramil Vüqarəddin oğlu – əsgər

Əliyev Rauf İlyas oğlu – əsgər

Əliyev Rauf Səxavət oğlu – əsgər

Əliyev Ruslan Aslan oğlu – əsgər

Əliyev Saleh Namiq oğlu – əsgər

Əliyev Sehriman Rəhman oğlu – əsgər

Əliyev Səmid Xoşbəxt oğlu – əsgər

Əliyev Sərxan İslam oğlu – əsgər

Əliyev Şöhrət Cambulat oğlu – əsgər

Əliyev Tahir Mahir oğlu – əsgər

Əliyev Tamerlan İqrar oğlu – əsgər

Əliyev Teymur İman oğlu – əsgər

Əliyev Təbriz Tofiq oğlu – əsgər

Əliyev Tural Arif oğlu – əsgər

Əliyev Vahib Ramiz oğlu – əsgər

Əliyev Yunis Zaur oğlu – əsgər

Əliyev Yusif Asif oğlu – əsgər

Əliyev Zaur Eldar oğlu – əsgər

Əlizadə Elmin Samir oğlu – əsgər

Əlizadə Elşən Faiq oğlu – əsgər

Əlizadə Eltac İsmayıl oğlu – əsgər

Əlizadə Xəyal Nəsrəddin oğlu – əsgər

Əlizadə İslam Dursun oğlu – əsgər

Əlizadə Mirzəhəsən Şahin oğlu – əsgər

Əlizadə Nicat Qorxmaz oğlu – əsgər

Əlizadə Nofəl Qənbər oğlu – əsgər

Əlizadə Ruslan Arif oğlu – əsgər

Əlizadə Şamxal Əvəz oğlu – əsgər

Əlizadə Taleh Zaur oğlu – əsgər

Əlizadə Toğrul Rafiq oğlu – əsgər

Əlizadə Yüksəl İlqar oğlu – əsgər

Əmiraslanov Amin Vaqif oğlu – əsgər

Əmiraslanov Elgün Sərvan oğlu – əsgər

Əmiraslanov Ümman Namiq oğlu – əsgər

Əmirli Əmirşah Səttar oğlu – əsgər

Əmirov Adəm Elçin oğlu – əsgər

Əmrahov Rasim İmran oğlu – əsgər

Əmrahov Saməddin Şamil oğlu – əsgər

Əmrahov Vüqar Mübariz oğlu – əsgər

Ənnağıyev Babək Oktay oğlu – əsgər

Ərəbov Orxan Ramiz oğlu – əsgər

Əsdiyev Heybullah Məzahir oğlu – əsgər

Əsədli Cahid Zahit oğlu – əsgər

Əsədov Baxış Sahib oğlu – əsgər

Əsədov Əli Akif oğlu – əsgər

Əsədov Əli Bayram oğlu – əsgər

Əsədov Murad Rüstəm oğlu – əsgər

Əsədov Tural Sərvan oğlu – əsgər

Əsədzadə Zaur Teyyub oğlu – əsgər

Əsgərov Fərid Ərəstun oğlu – əsgər

Əsgərov Hüseyin Ramiz oğlu – əsgər

Əsgərov İlkin Rauf oğlu – əsgər

Əsgərov Kamran Bayram oğlu – əsgər

Əsgərov Rüfət Qabil oğlu – əsgər

Əsgərov Sadiq Elbəyi oğlu – əsgər

Əsgərov Təbriz Çapay oğlu – əsgər

Əsgərov Vüqar Rza oğlu – əsgər

Əsgərzadə Xəyal İsrafil oğlu – əsgər

Əşrəfov Məhəmməd Yusif oğlu – əsgər

Əzimov Saatmirzə Feyruz oğlu – əsgər

Əzizli Elnur Şahin oğlu – əsgər

Əzizli Sabir Hikmət oğlu – əsgər

Əzizli Tacəddin Şahəddin oğlu – əsgər

Əzizov Ayşad Qaryağdı oğlu – əsgər

Əzizov Əziz Məmmədvəli oğlu – əsgər

Əzizov İbrahim Şaməddin oğlu – əsgər

Əzizov Qüdrət Bəhruz oğlu – əsgər

Əzizov Mail Mahir oğlu – əsgər

Əzizov Sübhan Məmməd oğlu – əsgər

Əzizov Şəmistan İlyas oğlu – əsgər

Feyzizadə Toğrul İlqar oğlu – əsgər

Feyzullayev Aydın Zakir oğlu – əsgər

Fərəcov Əflatun Mircangir oğlu – əsgər

Fərəcov Fərid Yaşar oğlu – əsgər

Fərəcullayev Elşad İsa oğlu – əsgər

Fərhadlı Fərhad Vüqar oğlu – əsgər

Fərhadov Cəlaləddin Elxan oğlu – əsgər

Fərzəliyev Samir Vaqif oğlu – əsgər

Fərziyev Balaş İltizam oğlu – əsgər

Fətaliyev Şahin Şamxal oğlu – əsgər

Fətəliyev Səmural Ayaz oğlu – əsgər

Gözəlov Murad Zabil oğlu – əsgər

Gözəlov Ziya Zahid oğlu – əsgər

Gözəlzadə Ceyhun Nazim oğlu – əsgər

Gülalıyev Əlnur Seymur oğlu – əsgər

Gülmalıyev Pərviz Zaur oğlu – əsgər

Gülməliyev Ağamirzə Ağabəy oğlu – əsgər

Gülüşov Rəmal Şahin oğlu – əsgər

Hacıəhmədli Hacıəhməd Həsən oğlu – əsgər

Hacı-İsmayılov Rahib Məmmədemin oğlu – əsgər

Hacıyev Aydəmir Sənan oğlu – əsgər

Hacıyev Davud Novruz oğlu – əsgər

Hacıyev Fərid Təşkilat oğlu – əsgər

Hacıyev Hacı Rafiq oğlu – əsgər

Hacıyev İsrayıl Səməd oğlu – əsgər

Hacıyev Qurban Əsəbəli oğlu – əsgər

Hacıyev Murad Eynulla oğlu – əsgər

Hacıyev Nazim Feyruz oğlu – əsgər

Hacıyev Nicat Cahangir oğlu – əsgər

Hacıyev Rüstəm Firqani oğlu – əsgər

Hacıyev Sayad Azad oğlu – əsgər

Hacıyev Sərxan Eldar oğlu – əsgər

Hacıyev Şəhriyar Şahlar oğlu – əsgər

Hacıyev Toğrul Rüfət oğlu – əsgər

Hacıyev Toğrul Siyavşah oğlu – əsgər

Hacıyev Ülvi Şirin oğlu – əsgər

Hacıyev Zamiq Eldar oğlu – əsgər

Hacıyusifov Əhməd Teymur oğlu – əsgər

Hacızadə Ceyhun İfrayıl oğlu – əsgər

Hadıyev Vüsal Balarəzi oğlu – əsgər

Hadiyev Raqim Teymur oğlu – əsgər

Haxverdiyev Novruz Əli oğlu – əsgər

Hassan Xalid Mahmud oğlu – əsgər

Heybətov Ağa Əmi Elçin oğlu – əsgər

Heydarov Əli Vaqif oğlu – əsgər

Heydərov Adəm İkram oğlu – əsgər

Heydərov Ehtiram Şahin oğlu – əsgər

Heydərov Qismət İsmayıl oğlu – əsgər

Heydərov Rafiq Rahim oğlu – əsgər

Həbibi Şəhriyar Vidadi oğlu – əsgər

Həmidli Cavanşir Namik oğlu – əsgər

Həmidov Elşən Məzahir oğlu – əsgər

Həmidov Pərvin Azər oğlu – əsgər

Həmidov Rəhim Ehdiram oğlu – əsgər

Həmidov Rəşid Pərviz oğlu – əsgər

Həmidov Vasif Natiq oğlu – əsgər

Həmidzadə Hüseyn Akif oğlu – əsgər

Həmzəyev Arif Muradcan oğlu – əsgər

Həmzəyev Əfqan Bəhman oğlu – əsgər

Həmzəyev Turac Suliddin oğlu – əsgər

Həsənli Alı Nofəl oğlu – əsgər

Həsənli Amid İsaq oğlu – əsgər

Həsənli Elçin Qəşəm oğlu – əsgər

Həsənli Elçin Vaqif oğlu – əsgər

Həsənli Zərimxan Rafiq oğlu – əsgər

Həsənov Afik Namik oğlu – əsgər

Həsənov Aydın Elşən oğlu – əsgər

Həsənov Babək Saleh oğlu – əsgər

Həsənov Bəşir Xəqani oğlu – əsgər

Həsənov Cavid Mikail oğlu – əsgər

Həsənov Elgün Əli oğlu – əsgər

Həsənov Elman Mehman oğlu – əsgər

Həsənov Elnur Elman oğlu – əsgər

Həsənov Elvin Əlizadə oğlu – əsgər

Həsənov Elvin Hökuməli oğlu – əsgər

Həsənov Emil Eldəniz oğlu – əsgər

Həsənov Etibar Ələddin oğlu – əsgər

Həsənov Ərəstun Əfşan oğlu – əsgər

Həsənov Əzim Fikrət oğlu – əsgər

Həsənov Hafiz Saleh oğlu – əsgər

Həsənov Həsən Səfər oğlu – əsgər

Həsənov Hüseyn Vahib oğlu – əsgər

Həsənov Xətai Xaliq oğlu – əsgər

Həsənov Xəyal Zeynəddin oğlu – əsgər

Həsənov Kənan Elşad oğlu – əsgər

Həsənov Qüdrət Səfər oğlu – əsgər

Həsənov Maarif Rahim oğlu – əsgər

Həsənov Məqsəd Mahir oğlu – əsgər

Həsənov Namiq Rasim oğlu – əsgər

Həsənov Nemət Süleyman oğlu – əsgər

Həsənov Neymət Emin oğlu – əsgər

Həsənov Novruz Cumalı oğlu – əsgər

Həsənov Pərviz Yolçu oğlu – əsgər

Həsənov Röyal Arzu oğlu – əsgər

Həsənov Sahib Azər oğlu – əsgər

Həsənov Səfər Elmar oğlu – əsgər

Həsənov Səxavət Alim oğlu – əsgər

Həsənov Sərxan Habil oğlu – əsgər

Həsənov Sübhan Rauf oğlu – əsgər

Həsənov Tacir Elşən oğlu – əsgər

Həsənov Təbriz Rəşid oğlu – əsgər

Həsənov Tural Rauf oğlu – əsgər

Həsənov Ülvi Natiq oğlu – əsgər

Həsənov Vurğun Ağası oğlu – əsgər

Həsənov Vüsal Ariz oğlu – əsgər

Həsənov Vüsal Bayram oğlu – əsgər

Həsənzadə Əbülhəsən Mirzə oğlu – əsgər

Həsənzadə Məhəmmədəli Hörmət oğlu – əsgər

Həsrətov Elməddin Sərdar oğlu – əsgər

Həziyev Hafiz Varoğlu oğlu – əsgər

Hümbətov Emil Tərlan oğlu – əsgər

Hümbətov Nurəddin İlqar oğlu – əsgər

Hümbətov Səfayət Ələddin oğlu – əsgər

Hümbətzadə Şahmuraz Əyyub oğlu – əsgər

Hüseyinov Bəhruz Yavər oğlu – əsgər

Hüseyinov Eşqin Cəsarət oğlu – əsgər

Hüseyinov Ələm Sərvər oğlu – əsgər

Hüseyinov Əsgər Vaqif oğlu – əsgər

Hüseynli Ağa Aydın oğlu – əsgər

Hüseynli Anar Saday oğlu – əsgər

Hüseynli Elxan İsrayıl oğlu – əsgər

Hüseynli Ədalət Səadət oğlu – əsgər

Hüseynli Əkbər Azər oğlu – əsgər

Hüseynli Fariz Dadaş oğlu – əsgər

Hüseynli Səbuhi Babək oğlu – əsgər

Hüseynli Şamil Novruz oğlu – əsgər

Hüseynov Adil Namiq oğlu – əsgər

Hüseynov Aqil Habil oğlu – əsgər

Hüseynov Anar Rəhim oğlu – əsgər

Hüseynov Cavad Cavid oğlu – əsgər

Hüseynov Cavid Habil oğlu – əsgər

Hüseynov Cavid Natiq oğlu – əsgər

Hüseynov Ceyhun Möhübbət oğlu – əsgər

Hüseynov Eldəniz Tahir oğlu – əsgər

Hüseynov Elnur Əhliman oğlu – əsgər

Hüseynov Emin Zakir oğlu – əsgər

Hüseynov Eşqin Cəmil oğlu – əsgər

Hüseynov Əfsun Mətləb oğlu – əsgər

Hüseynov Əkbər Bahadur oğlu – əsgər

Hüseynov Fərid Ehtibar oğlu – əsgər

Hüseynov Fərid Yaşar oğlu – əsgər

Hüseynov Həci Kərim oğlu – əsgər

Hüseynov Xaliq Kamil oğlu – əsgər

Hüseynov Xəyyam Hüseyn oğlu – əsgər

Hüseynov İlham Umud oğlu – əsgər

Hüseynov İlqar Yaşar oğlu – əsgər

Hüseynov İsabala Ceyhun oğlu – əsgər

Hüseynov İsmayıl Şahvələd oğlu – əsgər

Hüseynov Kamran Bəhman oğlu – əsgər

Hüseynov Məhəmməd Qiyas oğlu – əsgər

Hüseynov Mirəli Arif oğlu – əsgər

Hüseynov Mirzə Xəlifə oğlu – əsgər

Hüseynov Nəcəf İlqar oğlu – əsgər

Hüseynov Nicat Ziyafət oğlu – əsgər

Hüseynov Rəcəb Nazim oğlu – əsgər

Hüseynov Röyan Sübhan oğlu – əsgər

Hüseynov Sabir Elşən oğlu – əsgər

Hüseynov Sahil Habil oğlu – əsgər

Hüseynov Sənan Vidadi oğlu – əsgər

Hüseynov Vaqif Asəf oğlu – əsgər

Hüseynov Vüsal Hüseyn oğlu – əsgər

Hüseynov Zaur Eldar oğlu – əsgər

Hüseynzadə Elgiz İbrahim oğlu – əsgər

Hüseynzadə Fərid Eldəniz oğlu – əsgər

Hüseynzadə Murad Mahmud oğlu – əsgər

Hüseynzadə Səməd Sətdar oğlu – əsgər

Xancanov Təbriz Məhəmmədəli oğlu – əsgər

Xanışov Əlikram Qabil oğlu – əsgər

Xankişiyev Nicat Aşur oğlu – əsgər

Xeyirbəyov Malik Samik oğlu – əsgər

Xələfli Mahir Muxtar oğlu – əsgər

Xələfov Cəmil Fikrət oğlu – əsgər

Xəlili Samir Əhməd oğlu – əsgər

Xəlilli Nicat Əli oğlu – əsgər

Xəlilov Ayaz Qnyaz oğlu – əsgər

Xəlilov Ceyhun Azər oğlu – əsgər

Xəlilov Ələddin Əlizaman oğlu – əsgər

Xəlilov Fəryad Fəxri oğlu – əsgər

Xəlilov Gülşad Elşad oğlu – əsgər

Xəlilov Hüseyn Rasim oğlu – əsgər

Xəlilov Murad Qalib oğlu – əsgər

Xəlilov Ruhin Müzəffər oğlu – əsgər

Xəlilzadə Əmrah İnqilab oğlu – əsgər

Xəncəlov Ümüd Radif oğlu – əsgər

Xıdırov Ərəstun Arif oğlu – əsgər

Xudaverdiyev Mahmud Əhməd oğlu – əsgər

İbadlı Araz Babəli oğlu – əsgər

İbadov Faiq İsmixan oğlu – əsgər

İbadov Rauf Məhərrəm oğlu – əsgər

İbadov Vüqar Sadıq oğlu – əsgər

İbadzadə Zabil Fikrət oğlu – əsgər

İbişov Nicat Vasif oğlu – əsgər

İbişov Vüsal Əli oğlu – əsgər

İbrahimxəlilov Söyxan Eldəniz oğlu – əsgər

İbrahimli Kənan Azad oğlu – əsgər

İbrahimli Qəşəm Süleyman oğlu – əsgər

İbrahimli Məhəmmədəli Mütəllim oğlu – əsgər

İbrahimli Məhərrəm Şərif oğlu – əsgər

İbrahimov Alim Səhrab oğlu – əsgər

İbrahimov Bəhram Sakit oğlu – əsgər

İbrahimov Elçin Rövşən oğlu – əsgər

İbrahimov Elmar Nəriman oğlu – əsgər

İbrahimov Elsevər Etibar oğlu – əsgər

İbrahimov Elşən Cahangir oğlu – əsgər

İbrahimov Hikmət Zaur oğlu – əsgər

İbrahimov İbrahim Abdulla oğlu – əsgər

İbrahimov İbrahim Etibar oğlu – əsgər

İbrahimov İlqar Elçin oğlu – əsgər

İbrahimov Müşfiq Nəbi oğlu – əsgər

İbrahimov Rafael Emin oğlu – əsgər

İbrahimov Röyal Qulam oğlu – əsgər

İbrahimov Təbriz İsmayıl oğlu – əsgər

İbrahimov Tofik Polad oğlu – əsgər

İbrahimzadə Sehun Rafiq oğlu – əsgər

İbrəhimov Elmir Akif oğlu – əsgər

İdrisov Xəyal İbrahim oğlu – əsgər

İdrisov Ruslan Qabil oğlu – əsgər

İlyasov Bəhrəm Nizam oğlu – əsgər

İlyasov Şükür Qənbər oğlu – əsgər

İmaməliyev Elvin Elsevər oğlu – əsgər

İmamov Rəhim Rauf oğlu – əsgər

İmamverdiyev Nicat Məhərrəm oğlu – əsgər

İmanquliyev Ruslan Natiq oğlu – əsgər

İmanov Ənvər Emil oğlu – əsgər

İmanov Məmmədağa İqab oğlu – əsgər

İsaxlı Anar Rəsul oğlu – əsgər

İsayev Ceyhun Rüstəm oğlu – əsgər

İsazadə Səfa Əmirxan oğlu – əsgər

İsgəndərov Mikayıl Vəkil oğlu – əsgər

İsgəndərov Səməndər Vahid oğlu – əsgər

İsgəndərov Şahmurad Natiq oğlu – əsgər

İsgəndərov Vüsal Asdan oğlu – əsgər

İsizadə Elvin Azim oğlu – əsgər

İskəndərli Kamran Yaşar oğlu – əsgər

İskəndərov Əhmədağa Novruz oğlu – əsgər

İslamov Cəlal Ağahüseyn oğlu – əsgər

İslamov Daşqın Alik oğlu – əsgər

İsmayıllı Məhəmmədəli Elxan oğlu – əsgər

İsmayıllı Şamil Kamil oğlu – əsgər

İsmayılov Cavad Asif oğlu – əsgər

İsmayılov Ceyhun İqbal oğlu – əsgər

İsmayılov Elnur Arif oğlu – əsgər

İsmayılov Elşən İsə oğlu – əsgər

İsmayılov Elvin Arif oğlu – əsgər

İsmayılov Emin Tahir oğlu – əsgər

İsmayılov İlqar Mehdi oğlu – əsgər

İsmayılov Kənan Mənsur oğlu – əsgər

İsmayılov Mirrəhim Mirmehdi oğlu – əsgər

İsmayılov Raqil Rafiq oğlu – əsgər

İsmayılov Rəcəb Nəcəf oğlu – əsgər

İsmayılov Rəhman Mehti oğlu – əsgər

İsmayılov Rövşən Məmmədağa oğlu – əsgər

İsmayılov Ruslan Eyvaz oğlu – əsgər

İsmayılov Rüstəm Üzeyir oğlu – əsgər

İsmayılov Sabir Ədalət oğlu – əsgər

İsmayılov Səxavət Sabir oğlu – əsgər

İsmayılov Tural Nurəddin oğlu – əsgər

İsmayılov Veyis Əflətun oğlu – əsgər

İsmayılov Vüqar Eldar oğlu – əsgər

İsmayılov Vüqar Məhəmməd oğlu – əsgər

İsmayılzadə Məhəmməd Fizuli oğlu – əsgər

İsmayılzadə Müşfiq Xanlar oğlu – əsgər

İsmayılzadə Sevindik Ramil oğlu – əsgər

İsmayılzadə Uğur Hidayət oğlu – əsgər

İsmayılzadə Vaqif Vüqar oğlu – əsgər

İsmayılzadə Vüsal Əlibəndə oğlu – əsgər

İsmiyev Emil Elman oğlu – əsgər

İsrafilzadə Elçin Bəxtiyar oğlu – əsgər

İsrəfilov Anar İsrəfil oğlu – əsgər

İsrəfilov Vidadi Vaqif oğlu – əsgər

İşiyev Rəfail Əhmədağa oğlu – əsgər

İzzətzadə Elgün Bəhram oğlu – əsgər

Kamranlı Xalid Kazım oğlu – əsgər

Kazımov Emin Fərman oğlu – əsgər

Kazımov İlqar Nazim oğlu – əsgər

Kazımov Rantiq Fizuli oğlu – əsgər

Kazımov Rəşad Nüsrət oğlu – əsgər

Keçiliyev Turqut Aydın oğlu – əsgər

Kəlbəliyev Mirkazım Firuz oğlu – əsgər

Kəlbiyev Murad Məməziyad oğlu – əsgər

Kərəmov Zaməddin Bahadur oğlu – əsgər

Kərimli Azad Elşad oğlu – əsgər

Kərimli Qalası Müslüm oğlu – əsgər

Kərimli Nihat Teymur oğlu – əsgər

Kərimli Orxan Akif oğlu – əsgər

Kərimli Ramin Əli oğlu – əsgər

Kərimov Ayaz Azər oğlu – əsgər

Kərimov Cavid Mərdan oğlu – əsgər

Kərimov Elmir Rəhim oğlu – əsgər

Kərimov Elşən Rövşən oğlu – əsgər

Kərimov Eltun Zaur oğlu – əsgər

Kərimov Emil İlqar oğlu – əsgər

Kərimov Əhməd Vaqif oğlu – əsgər

Kərimov Haxverdi Sadıq oğlu – əsgər

Kərimov İsmayıl Abbas oğlu – əsgər

Kərimov Kamil Ələddin oğlu – əsgər

Kərimov Mustafa Mayis oğlu – əsgər

Kərimov Sübhan Murtuz oğlu – əsgər

Kərimzadə Mirxəyal Valeh oğlu – əsgər

Kürəbəyov Mayıl Kamran oğlu – əsgər

Qaçayev İntizam Əkbər oğlu – əsgər

Qaçayev Röyal Fərman oğlu – əsgər

Qafarov Zərbəli Vidadi oğlu – əsgər

Qaracayev Nurlan Ömər oğlu – əsgər

Qarayev Anar Çingiz oğlu – əsgər

Qarayev Məhəmməd Mahir oğlu – əsgər

Qarayev Namiq Qarakişi oğlu – əsgər

Qardaşxanov Qismət Qərib oğlu – əsgər

Qasımlı Mir Həmid Nazim oğlu – əsgər

Qasımov Azər Yaqub oğlu – əsgər

Qasımov Cəbrayıl Baloğlan oğlu – əsgər

Qasımov Elman Yunis oğlu – əsgər

Qasımov Elvar Eldar oğlu – əsgər

Qasımov Əli İbrahim oğlu – əsgər

Qasımov Gülverdi Abil oğlu – əsgər

Qasımov Həsən Şöhrət oğlu – əsgər

Qasımov Kamil Nüsrət oğlu – əsgər

Qasımov Qismət Yolçu oğlu – əsgər

Qasımov Mustafa Dadaş oğlu – əsgər

Qasımov Nicat Elşan oğlu – əsgər

Qasımov Nurlan Vadər oğlu – əsgər

Qasımov Oruc Afiq oğlu – əsgər

Qasımov Təbriz Ramiz oğlu – əsgər

Qasımov Tural Yelmar oğlu – əsgər

Qasımzadə Hüseyn Həsənxan oğlu – əsgər

Qasımzadə Tahir Sərdar oğlu – əsgər

Qasımzadə Ümüd İlqar oğlu – əsgər

Qazımətov Rəsul Kamaləddin oğlu – əsgər

Qeybiyev Arif İsmayıl oğlu – əsgər

Qədimov Ayxan Fikrət oğlu – əsgər

Qədimov Zülfü Rəhim oğlu – əsgər

Qədirbəyli İnqilab Tofiq oğlu – əsgər

Qədirli Elnur Rəcəb oğlu – əsgər

Qədirli İsmayıl Elçin oğlu – əsgər

Qədirov Emin Asif oğlu – əsgər

Qədirov Müqəddəs Nail oğlu – əsgər

Qədirzadə Aqşin Elman oğlu – əsgər

Qəfərli Samir Möhlət oğlu – əsgər

Qəhrəmanov Orxan Səlvər oğlu – əsgər

Qənbərli Mehdi Sübhi oğlu – əsgər

Qənbərli Taleh Abil oğlu – əsgər

Qənbərov Bilal Xanlar oğlu – əsgər

Qənbərov Elmir Rayil oğlu – əsgər

Qənbərov Elnur Novruz oğlu – əsgər

Qənbərov Mədət Əzim oğlu – əsgər

Qənbərzadə Heydər Ağahüseyn oğlu – əsgər

Qəribov Asif Səxavət oğlu – əsgər

Qəribov Pəhli Xaləddin oğlu – əsgər

Qəribzadə Fəxri Elmir oğlu – əsgər

Qəribzadə Hüseyn Qədir oğlu – əsgər

Qəzənfərli Qurban Qiniyaz oğlu – əsgər

Qocayev Asif Yolçu oğlu – əsgər

Qocayev Günəş Əfqan oğlu – əsgər

Qocayev Niftalı Zakir oğlu – əsgər

Qocayev Seymur Mahir oğlu – əsgər

Qubatov Tural Firəddin oğlu – əsgər

Qulamlı Afiq Fərhad oğlu – əsgər

Quliyev Alim Fuad oğlu – əsgər

Quliyev Bəhruz Firuz oğlu – əsgər

Quliyev Elçin Etibar oğlu – əsgər

Quliyev Elçin Rövşən oğlu – əsgər

Quliyev Elgün Fuad oğlu – əsgər

Quliyev Elnur Sərdar oğlu – əsgər

Quliyev Eltac Azər oğlu – əsgər

Quliyev Elvin Amil oğlu – əsgər

Quliyev Fəhmin Yunis oğlu – əsgər

Quliyev Həsən Adışirin oğlu – əsgər

Quliyev Həsən Yalçın oğlu – əsgər

Quliyev İlkin Rəfail oğlu – əsgər

Quliyev İman Kürdoğlu oğlu – əsgər

Quliyev Kamran Dadaş oğlu – əsgər

Quliyev Kənan Vaqif oğlu – əsgər

Quliyev Məhəbbət Arzu oğlu – əsgər

Quliyev Murad Şahin oğlu – əsgər

Quliyev Natiq Ramiz oğlu – əsgər

Quliyev Rəvan Mərdan oğlu – əsgər

Quliyev Ruslan Şaxsəddin oğlu – əsgər

Quliyev Samir Məhərrəm oğlu – əsgər

Quliyev Sehrulla Xeyrulla oğlu – əsgər

Quliyev Şirxan İsmixan oğlu – əsgər

Quliyev Təbriz İlqar oğlu – əsgər

Quliyev Turab Əlisafa oğlu – əsgər

Quliyev Tural Mustafa oğlu – əsgər

Quluyev Nofəl İlham oğlu – əsgər

Quluyev Ramil Elşən oğlu – əsgər

Quluzadə Elmin Şəmsi oğlu – əsgər

Quluzadə Qurbanəli Elşad oğlu – əsgər

Quluzadə Məhəmməd Cəlal oğlu – əsgər

Quluzadə Vəfadar Fəqan oğlu – əsgər

Qumaşov Anar Saleh oğlu – əsgər

Qurbanlı Elvin Mehman oğlu – əsgər

Qurbanov Busat Əfsər oğlu – əsgər

Qurbanov Cahangir Məmməd oğlu – əsgər

Qurbanov Davud Tariyel oğlu – əsgər

Qurbanov Elçin Məcid oğlu – əsgər

Qurbanov Elvin Elmar oğlu – əsgər

Qurbanov Emil Rafael oğlu – əsgər

Qurbanov Fariz Məhəmməd oğlu – əsgər

Qurbanov İsmayıl Yaşar oğlu – əsgər

Qurbanov İsmət Firuz oğlu – əsgər

Qurbanov Qamət Şəmşir oğlu – əsgər

Qurbanov Mayıl Mayis oğlu – əsgər

Qurbanov Murad Asif oğlu – əsgər

Qurbanzadə Ayxan Fariz oğlu – əsgər

Qurbanzadə Mövlud Söhbət oğlu – əsgər

Qurdayev Ömər Şəhmir oğlu – əsgər

Lələyev İbrahim Həzrətqulu oğlu – əsgər

Lətifli Orxan Xancan oğlu – əsgər

Lətifov Rəvan Ömür oğlu – əsgər

Lillahov Fərid Loğman oğlu – əsgər

Mahmudov Elçin Cəmil oğlu – əsgər

Mahmudov Elşad Suliddin oğlu – əsgər

Mahmudov Etibar Aleksandr oğlu – əsgər

Mahmudov İbrahim Ağagül oğlu – əsgər

Mahmudov Murad Mahir oğlu – əsgər

Mahmudov Natiq Ramazan oğlu – əsgər

Mahmudov Tamerlan Fuad oğlu – əsgər

Mahmudov Vüsal Xəyyam oğlu – əsgər

Maxsudov Bəxtiyar Mansur oğlu – əsgər

Mailov Rafael İlqar oğlu – əsgər

Malikov Nurlan Dünyamalı oğlu – əsgər

Mamedov Elmar Elçin oğlu – əsgər

Manafov Osman Natiq oğlu – əsgər

Manafov Zahir Zakir oğlu – əsgər

Mayıllı Mahmud Əflatun oğlu – əsgər

Mayılov Bəxtiyar İxtiyar oğlu – əsgər

Mayılov Murad Gülümxan oğlu – əsgər

Mayılov Rüfət Bəhram oğlu – əsgər

Mecidov Müşfiq Bayram oğlu – əsgər

Mehdili Niftalı Qnyaz oğlu – əsgər

Mehdiyev Anar İlham oğlu – əsgər

Mehdiyev Asim Yaqub oğlu – əsgər

Mehdiyev Nüsrət Telman oğlu – əsgər

Mehdiyev Rəşad Rəhman oğlu – əsgər

Mehdiyev Rövşən Mehdi oğlu – əsgər

Mehdiyev Seymur Hüseyn oğlu – əsgər

Mehdiyev Yasən Alim oğlu – əsgər

Mehdiyev Zöhrab İlham oğlu – əsgər

Mehtiyev Elgiz Şahin oğlu – əsgər

Mehtiyev Sətdar Raqif oğlu – əsgər

Mehtiyev Taleh Musa oğlu – əsgər

Məcidov Səbuhi Ağalətif oğlu – əsgər

Mədədov Asif Nəsir oğlu – əsgər

Mədətov Rövşən Vüqar oğlu – əsgər

Mədətov Zaur Kamal oğlu – əsgər

Mədinov Rəşid Nəzər oğlu – əsgər

Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlu – əsgər

Məhəmmədov Alim Qəmərşo oğlu – əsgər

Məhəmmədov Musa Bəhrəm oğlu – əsgər

Məhərli Muraz Baxşalı oğlu – əsgər

Məhərrəmli Fuad Fizuli oğlu – əsgər

Məhərrəmli Fuad Habil oğlu – əsgər

Məhərrəmov Əli Kamil oğlu – əsgər

Məhərrəmov Fərid Asif oğlu – əsgər

Məhərrəmov İsa Məhərrəm oğlu – əsgər

Məhərrəmov Niyaməddin Əmiraslan oğlu – əsgər

Məhərrəmov Niyaməddin İsrayıl oğlu – əsgər

Məhərrəmov Orxan Binət oğlu – əsgər

Məhərrəmov Şamo Mətləb oğlu – əsgər

Məhərzadə Taleh Oqtay oğlu – əsgər

Məlikməmmədov Elvin Elçin oğlu – əsgər

Məlikov Əhməd Məmməd oğlu – əsgər

Məlikov Rauf Mahir oğlu – əsgər

Məlikov Rəvan Əliabbas oğlu – əsgər

Məmişov Qədir Zülfəli oğlu – əsgər

Məmişov Nurlan İlqar oğlu – əsgər

Məmişov Tural Tələt oğlu – əsgər

Məmiyev Elmir Zamin oğlu – əsgər

Məmmədbəyli Natiq Vahid oğlu – əsgər

Məmmədəliyev Saday Rza oğlu – əsgər

Məmmədli Cavid Natiq oğlu – əsgər

Məmmədli Cavidan Valeh oğlu – əsgər

Məmmədli Elməddin Anar oğlu – əsgər

Məmmədli Elməddin Ələddin oğlu – əsgər

Məmmədli Fazil Razim oğlu – əsgər

Məmmədli Həsən Qəhrəman oğlu – əsgər

Məmmədli İsa Sarı oğlu – əsgər

Məmmədli Kənan Vəfadar oğlu – əsgər

Məmmədli Məhəmməd Murad oğlu – əsgər

Məmmədli Şahı Elman oğlu – əsgər

Məmmədli Tural Aqil oğlu – əsgər

Məmmədov Abit Asif oğlu – əsgər

Məmmədov Anar Qəhrəman oğlu – əsgər

Məmmədov Araz Adil oğlu – əsgər

Məmmədov Araz Qəhrəman oğlu – əsgər

Məmmədov Asəf Mehman oğlu – əsgər

Məmmədov Azad Tahir oğlu – əsgər

Məmmədov Bayram Elnur oğlu – əsgər

Məmmədov Bəhruz Tahir oğlu – əsgər

Məmmədov Bəxtiyar Bayramşah oğlu – əsgər

Məmmədov Cəlil Qəhrəman oğlu – əsgər

Məmmədov Coşqun Elnur oğlu – əsgər

Məmmədov Dostəli Seymur oğlu – əsgər

Məmmədov Ehtiram Mehman oğlu – əsgər

Məmmədov Elxan Bədəl oğlu – əsgər

Məmmədov Elkiyar Abdulla oğlu – əsgər

Məmmədov Elman Bəhmən oğlu – əsgər

Məmmədov Elmar Saleh oğlu – əsgər

Məmmədov Elməddin Mikayıl oğlu – əsgər

Məmmədov Elmir Arzu oğlu – əsgər

Məmmədov Elnur Xurşud oğlu – əsgər

Məmmədov Elnur İsrəfil oğlu – əsgər

Məmmədov Elşən Dağıstan oğlu – əsgər

Məmmədov Elton Ramil oğlu – əsgər

Məmmədov Elvin Dayandur oğlu – əsgər

Məmmədov Elvin Mahmud oğlu – əsgər

Məmmədov Elvin Mübariz oğlu – əsgər

Məmmədov Emin Fazil oğlu – əsgər

Məmmədov Etibar Səday oğlu – əsgər

Məmmədov Əliağa Eldəniz oğlu – əsgər

Məmmədov Əlihüseyn Elşad oğlu – əsgər

Məmmədov Əsgər Zaur oğlu – əsgər

Məmmədov Əvəz Elnur oğlu – əsgər

Məmmədov Fəxri Habil oğlu – əsgər

Məmmədov Fəqan Vahid oğlu – əsgər

Məmmədov Fərid Eyvaz oğlu – əsgər

Məmmədov Hikmət Lətif oğlu – əsgər

Məmmədov Xəqani Füzuli oğlu – əsgər

Məmmədov İbrahim Azər oğlu – əsgər

Məmmədov İkram Ehtiram oğlu – əsgər

Məmmədov İlham Rauf oğlu – əsgər

Məmmədov İlkin Cəmil oğlu – əsgər

Məmmədov İlkin Fərhad oğlu – əsgər

Məmmədov İsa Nazim oğlu – əsgər

Məmmədov İsmayıl Fazil oğlu – əsgər

Məmmədov İsmayıl Vahid oğlu – əsgər

Məmmədov Kamal Şamil oğlu – əsgər

Məmmədov Kamil Mübariz oğlu – əsgər

Məmmədov Kəmaləddin İsrail oğlu – əsgər

Məmmədov Kənan Bəhruz oğlu – əsgər

Məmmədov Kənan Tofik oğlu – əsgər

Məmmədov Qəhraman Qürbət oğlu – əsgər

Məmmədov Lətif Faiq oğlu – əsgər

Məmmədov Maqsud Vüqar oğlu – əsgər

Məmmədov Mehti Elçin oğlu – əsgər

Məmmədov Məcid Rafiq oğlu – əsgər

Məmmədov Məhəmməd Abbas oğlu – əsgər

Məmmədov Murad Elşən oğlu – əsgər

Məmmədov Murad Əzizulla oğlu – əsgər

Məmmədov Murad İlham oğlu – əsgər

Məmmədov Mürşüd Zülfüqar oğlu – əsgər

Məmmədov Nahid Vahid oğlu – əsgər

Məmmədov Natiq İltifat oğlu – əsgər

Məmmədov Nemət Faxrəddin oğlu – əsgər

Məmmədov Nicat Şamxal oğlu – əsgər

Məmmədov Novruz İnqilab oğlu – əsgər

Məmmədov Oqtay Namiq oğlu – əsgər

Məmmədov Pənah İslam oğlu – əsgər

Məmmədov Pərvin Natiq oğlu – əsgər

Məmmədov Pərviz Şakir oğlu – əsgər

Məmmədov Ramal Məhəmməd oğlu – əsgər

Məmmədov Ramin Aydın oğlu – əsgər

Məmmədov Rəhman Natiq oğlu – əsgər

Məmmədov Rəşad Fərəməz oğlu – əsgər

Məmmədov Rəşid Rəşad oğlu – əsgər

Məmmədov Rəvan İntiqam oğlu – əsgər

Məmmədov Rövşən Müşfiq oğlu – əsgər

Məmmədov Röyad Famil oğlu – əsgər

Məmmədov Röyal Misil oğlu – əsgər

Məmmədov Rza Əskər oğlu – əsgər

Məmmədov Sadiq Mübariz oğlu – əsgər

Məmmədov Samir Ramiz oğlu – əsgər

Məmmədov Səbuhi Şakir oğlu – əsgər

Məmmədov Səbuhi Zahid oğlu – əsgər

Məmmədov Səxavət Adıgözəl oğlu – əsgər

Məmmədov Səxavət Vahab oğlu – əsgər

Məmmədov Sənan Tehran oğlu – əsgər

Məmmədov Sərxan Sahil oğlu – əsgər

Məmmədov Sinan Məhəmməd oğlu – əsgər

Məmmədov Şahmar Ağasəf oğlu – əsgər

Məmmədov Şaiq Şükür oğlu – əsgər

Məmmədov Taleh Arif oğlu – əsgər

Məmmədov Tərlan Müşviq oğlu – əsgər

Məmmədov Tural Elxan oğlu – əsgər

Məmmədov Tural Taryel oğlu – əsgər

Məmmədov Turxan Rizvan oğlu – əsgər

Məmmədov Türkman Yolçu oğlu – əsgər

Məmmədov Ülvü Vüqar oğlu – əsgər

Məmmədov Ümid Bəkir oğlu – əsgər

Məmmədov Vidadi Etibar oğlu – əsgər

Məmmədov Vüqar Elxan oğlu – əsgər

Məmmədov Vüqar İlqar oğlu – əsgər

Məmmədov Vüsal Avtandil oğlu – əsgər

Məmmədov Vüsal Elşən oğlu – əsgər

Məmmədov Yasin İman oğlu – əsgər

Məmmədov Zəbiyulla Şahin oğlu – əsgər

Məmmədsalahov Kazım Sahib oğlu – əsgər

Məmmədyarov Mürvət Güloğlan oğlu – əsgər

Məmmədzadə Anar Nazim oğlu – əsgər

Məmmədzadə Kamran Fizuli oğlu – əsgər

Məmmədzadə Qüdrət Tofiq oğlu – əsgər

Məmmədzadə Toğrul Pərviz oğlu – əsgər

Mənəfli Əli Əflan oğlu – əsgər

Mənsimli İntiqam Rövşən oğlu – əsgər

Mərdanov Vaqif Ədalət oğlu – əsgər

Məsimov Əkbər Yunus oğlu – əsgər

Məsimov Rauf Qafar oğlu – əsgər

Mikayıllı Elgün Aqil oğlu – əsgər

Mikayılov Cəbrayıl Valeh oğlu – əsgər

Mikayılov Elvin Nizami oğlu – əsgər

Mikayılzadə Rəşad İlham oğlu – əsgər

Mirzaliyev Kamal Əjdər oğlu – əsgər

Mirzəyev Araz Namiq oğlu – əsgər

Mirzəyev Ceyhun Zirəddin oğlu – əsgər

Mirzəyev Elçin Maqsud oğlu – əsgər

Mirzəyev Eltun Vüqar oğlu – əsgər

Mirzəyev Elyar Cəlal oğlu – əsgər

Mirzəyev Hüseyn Elsevər oğlu – əsgər

Mirzəyev İbad Mansur oğlu – əsgər

Mirzəyev Kamran Araz oğlu – əsgər

Mirzəyev Məsud Fazil oğlu – əsgər

Mirzəyev Nuran Akif oğlu – əsgər

Mirzəyev Orxan Əli oğlu – əsgər

Mirzəyev Rasim Fətta oğlu – əsgər

Mirzəyev Şamil Afiq oğlu – əsgər

Mirzəyev Şirzad Mirzə oğlu – əsgər

Mirzəyev Ülvi Üzeyir oğlu – əsgər

Misirli Fərid Eldəniz oğlu – əsgər

Mollaçiyev Əhməd Rəcəb oğlu – əsgər

Mollayev İslam Şəmsəddin oğlu – əsgər

Mövlanov Vüqar Tumarxan oğlu – əsgər

Mövsümov Fərid Zakir oğlu – əsgər

Mövsümov Səyyad Mübariz oğlu – əsgər

Muxtarov Taleh Həşim oğlu – əsgər

Muradlı Tacir Hasil oğlu – əsgər

Muradov Elgün Etibar oğlu – əsgər

Muradov Elxan Murad oğlu – əsgər

Muradov Emin İbrahimağa oğlu – əsgər

Muradov Hüseyn Fərhad oğlu – əsgər

Muradov Kənan Cavid oğlu – əsgər

Muradov Nadir Əhməd oğlu – əsgər

Muradov Vüsal Əlifağa oğlu – əsgər

Murtuzayev Toğrul Tahir oğlu – əsgər

Murtuzov Mehdi Muxtar oğlu – əsgər

Murtuzov Məhəmməd Ramazan oğlu – əsgər

Musaoğlu Ataməli Seyidməmməd oğlu – əsgər

Musayev Ayxan Mehman oğlu – əsgər

Musayev Bayram Mehman oğlu – əsgər

Musayev Murad Polad oğlu – əsgər

Musayev Niyaməddin Zirəddin oğlu – əsgər

Musayev Ramiz Kamil oğlu – əsgər

Musayev Rüfət Ülfət oğlu – əsgər

Musayev Vüsal Zakir oğlu – əsgər

Musazadə Azər Çingiz oğlu – əsgər

Mustafayev Elməddin Məhəmməd oğlu – əsgər

Mustafayev Elnur Nəcəf oğlu – əsgər

Mustafayev Elvin Fuad oğlu – əsgər

Mustafayev Elvin Qiyas oğlu – əsgər

Mustafayev Əlizamin Baxış oğlu – əsgər

Mustafayev İsmayıl Elmar oğlu – əsgər

Mustafayev Merik Musa oğlu – əsgər

Mustafayev Nurlan Ağa oğlu – əsgər

Mustafayev Ömər Əbdül oğlu – əsgər

Mustafayev Rasim Ərziman oğlu – əsgər

Mustafayev Rüfət Zöhrab oğlu – əsgər

Mustafayev Samir Azər oğlu – əsgər

Mustafazadə Ceyhun Şükür oğlu – əsgər

Mustafazadə Taleh Qənimət oğlu – əsgər

Mürsəliyev Anar Səfər oğlu – əsgər

Mürsəlzadə Elməddin Cəsur oğlu – əsgər

Müseyibli Ülvi Şakir oğlu – əsgər

Mütəllimzadə Ağacavad Ələsgər oğlu – əsgər

Müzəffərli Kənan Azər oğlu – əsgər

Nadirli Kənan İlqar oğlu – əsgər

Nadirli Nadir Arzu oğlu – əsgər

Nadirov Rəşad Nadim oğlu – əsgər

Nadirov Siyasət Kamil oğlu – əsgər

Nağıyev Baloğlan Müdəhətoviç – əsgər

Nağıyev Əli Mehman oğlu – əsgər

Nağıyev Fərid Poladxan oğlu – əsgər

Nağıyev Nicat Azad oğlu – əsgər

Nağıyev Nicat İbrahim oğlu – əsgər

Nağıyev Şahlar Nüsrət oğlu – əsgər

Nağıyev Toğrul Həsənbala oğlu – əsgər

Namazov Xəyal Xudaverdi oğlu – əsgər

Namazov İsmət Nüsrət oğlu – əsgər

Namazov Təbriz Ələmdar oğlu – əsgər

Nəbiyev Nicat Ramil oğlu – əsgər

Nəbiyev Ruslan Muhuma oğlu – əsgər

Nəbiyev Yusif Elton oğlu – əsgər

Nəcəfli Oruc Rövşən oğlu – əsgər

Nəcəfov Bəhruz Əli oğlu – əsgər

Nəcəfov Elmin Saleh oğlu – əsgər

Nəcəfov Etibar Mehman oğlu – əsgər

Nəcəfov Əli Seyran oğlu – əsgər

Nəcəfov Fərid Fərman oğlu – əsgər

Nəcəfov Şamil Rəfi oğlu – əsgər

Nəcəfov Yusif Nadir oğlu – əsgər

Nərimanov İdris Nazim oğlu – əsgər

Nərimanzadə Ruslan İlqar oğlu – əsgər

Nəsibov Asəf Səfəralı oğlu – əsgər

Nəsibov Xaqani Aydın oğlu – əsgər

Nəsibov Nicat Nəriman oğlu – əsgər

Nəsibov Nicat Səməd oğlu – əsgər

Nəsirov Elçin Ramiz oğlu – əsgər

Nəsirov Elmir Zülfü oğlu – əsgər

Nəsirov Qara Eldəniz oğlu – əsgər

Nəsirov Nahid Əlizamin oğlu – əsgər

Nəsrullayev Rəşid Qəzənfər oğlu – əsgər

Nəzərli Vasif Zahid oğlu – əsgər

Nəzərov Ayaz Azər oğlu – əsgər

Nəzərov Elməddin İsmayıl oğlu – əsgər

Nəzərov Emin Zahir oğlu – əsgər

Niftalızadə Niyamin Xalıq oğlu – əsgər

Novruzəlizadə Orxan Elxan oğlu – əsgər

Novruzlu Pərviz Qorxmaz oğlu – əsgər

Novruzov Aqşin Şahin oğlu – əsgər

Novruzov Allahverdi Bəhram oğlu – əsgər

Novruzov Elçin Qismət oğlu – əsgər

Novruzov Elvin Ziyafət oğlu – əsgər

Novruzov Pərviz Natiq oğlu – əsgər

Novruzov Şəhnin Şahlar oğlu – əsgər

Nuhiyev Musa Nüsrət oğlu – əsgər

Nurəhmədov Ramin Marif oğlu – əsgər

Nurəliyev Elşən Rövşən oğlu – əsgər

Nuriyev Əfqan Rövşən oğlu – əsgər

Nuriyev Hikmət Mübariz oğlu – əsgər

Nuriyev Nofəl Xaliq oğlu – əsgər

Nuriyev Saleh Səxavət oğlu – əsgər

Nuriyev Vüqar Hafis oğlu – əsgər

Nurizadə Qalib Habil oğlu – əsgər

Nurməmmədov Nurlan Niyazi oğlu – əsgər

Nurməmmədov Ziya Zabil oğlu – əsgər

Nurullayev Elnur Fərhad oğlu – əsgər

Nuruzadə Elşən Əlisa oğlu – əsgər

Nuruzadə Nurlan Tofiq oğlu – əsgər

Nüsrətli Ceyhun Aqil oğlu – əsgər

Orucov Bayram Çərkəz oğlu – əsgər

Orucov Coşqun Oruc oğlu – əsgər

Orucov Kinyaz Zirəddin oğlu – əsgər

Orucov Şakir Bakir oğlu – əsgər

Orucov Ürfan Firdovsi oğlu – əsgər

Orucov Vüsal Xeyirbala oğlu – əsgər

Orucov Yunis Şaiq oğlu – əsgər

Osmanlı Teymur Saday oğlu – əsgər

Osmanov Ərzuman Kamran oğlu – əsgər

Osmanov Əyyub Azər oğlu – əsgər

Osmanov Məhəmməd Seymur oğlu – əsgər

Osmanov Nizami Elşad oğlu – əsgər

Osmanov Orxan Mənsur oğlu – əsgər

Ömərov Qoşqar Səxavət oğlu – əsgər

Paşayev Abdulla Sultan oğlu – əsgər

Paşayev Cavid Vəlican oğlu – əsgər

Paşayev Elgün İlham oğlu – əsgər

Paşayev Əvəz Telman oğlu – əsgər

Paşayev Firdovsi Afiq oğlu – əsgər

Paşayev Məhəbbət Vaqif oğlu – əsgər

Paşazadə Cavid Telman oğlu – əsgər

Pənahov Bəhrəm Xıdır oğlu – əsgər

Pənahov Roman Sərkər oğlu – əsgər

Pənahov Ülvi Nizami oğlu – əsgər

Putiyev Əhməd Şamil oğlu – əsgər

Rajapov Əmrah – əsgər

Ramazanlı İlqar Etibar oğlu – əsgər

Ramazanov Elxan Ramazan oğlu – əsgər

Ramazanov Rövşən Qardaşxan oğlu – əsgər

Ramazanov Vüsal Vahid oğlu – əsgər

Rəfibəyli Əbdülrza Şamməd oğlu – əsgər

Rəfiyev Seyfəl Musa oğlu – əsgər

Rəhimli Bəxtiyar Nəsimi oğlu – əsgər

Rəhimli Elcan Ədalət oğlu – əsgər

Rəhimli Xəyal Rahil oğlu – əsgər

Rəhimli Murad İlqar oğlu – əsgər

Rəhimli Orxan Rəşid oğlu – əsgər

Rəhimli Ömər Rəşad oğlu – əsgər

Rəhimli Tural Gəray oğlu – əsgər

Rəhimov Asif Həsrət oğlu – əsgər

Rəhimov Elnur Məmmədkərim oğlu – əsgər

Rəhimov Ruslan Tanrıvedi oğlu – əsgər

Rəhimov Sadiq Nadir oğlu – əsgər

Rəsulov Ağacan Əfsər oğlu – əsgər

Rəsulov Elxan Ayaz oğlu – əsgər

Rəsulov Xəzər Mail oğlu – əsgər

Rəsulov Nərman Fəzaim oğlu – əsgər

Rəsulov Sahil Sərvan oğlu – əsgər

Rəsulov Teymur Yavus oğlu – əsgər

Rəşidov Natiq Məmmədrza oğlu – əsgər

Rüstəmli Əmrah Natiq oğlu – əsgər

Rüstəmli Kənan Yalçın oğlu – əsgər

Rüstəmov Amil Bədrəddin oğlu – əsgər

Rüstəmov Arif Seymur oğlu – əsgər

Rüstəmov Basid İdris oğlu – əsgər

Rüstəmov Elnur İsmayıl oğlu – əsgər

Rüstəmov Emin Səid oğlu – əsgər

Rüstəmov Ələs Vidadi oğlu – əsgər

Rüstəmov Rövşən Orxan oğlu – əsgər

Rüstəmov Vüqar Kamil oğlu – əsgər

Rüstəmzadə Emin Firqət oğlu – əsgər

Rzayev Adil Akif oğlu – əsgər

Rzayev Amin Qurban oğlu – əsgər

Rzayev Bilal Novruz oğlu – əsgər

Rzayev Elxan Ariz oğlu – əsgər

Rzayev Əlirza Mehman oğlu – əsgər

Rzayev Hacırza Fikrət oğlu – əsgər

Rzayev Hüseyn Aslan oğlu – əsgər

Rzayev Kənan Əbdürrəhman oğlu – əsgər

Rzayev Qəhrəman Bəhmən oğlu – əsgər

Rzayev Məhəmmədnadir İlqar oğlu – əsgər

Rzayev Mirsafa Mircəlil oğlu – əsgər

Rzayev Nurlan Yusif oğlu – əsgər

Rzayev Vüsal Tofiq oğlu – əsgər

Rzazadə Mirməhəmmədəli Tərlan oğlu – əsgər

Rzazadə Murad Ağaməmməd oğlu – əsgər

Sadıxov Rahid Vahid oğlu – əsgər

Sadıqov Elgün Heydər oğlu – əsgər

Sadıqov Elnur Kərim oğlu – əsgər

Sadıqov Rəsul Həşim oğlu – əsgər

Sadıqov Rüfət Vaqif oğlu – əsgər

Sadıqov Surac Ədalət oğlu – əsgər

Sadıqov Vüqar İlqar oğlu – əsgər

Sadıqov Vüsal İsmayıl oğlu – əsgər

Salahov Kamil Mətləb oğlu – əsgər

Salahov Sərxan Həsənqulu oğlu – əsgər

Salamov Qorxmaz Bayram oğlu – əsgər

Salamov Vüsal Yəhya oğlu – əsgər

Salayev Amid Yadulla oğlu – əsgər

Salayev Elşən Fuad oğlu – əsgər

Salehov Orxan Fikrət oğlu – əsgər

Salıyev Əfsan İlkin oğlu – əsgər

Salmanov Aslan İsrafil oğlu – əsgər

Salmanov Azər Vəfadar oğlu – əsgər

Salmanov İsmayıl Rəhman oğlu – əsgər

Salmanov Paşa Həkim oğlu – əsgər

Salmanov Razik Telman oğlu – əsgər

Salmanzadə Pərvin Təbriz oğlu – əsgər

Salyayev Aqil Anar oğlu – əsgər

Sarıyev Tural İsmayıl oğlu – əsgər

Sarıyev Vüqar Fikrət oğlu – əsgər

Sarkayev Nəcməddin Əli oğlu – əsgər

Seyfullayev Sənan Mətləb oğlu – əsgər

Seyfullazadə Kamran Cəlal oğlu – əsgər

Seyidov Əli Rahin oğlu – əsgər

Seyidov Şahmar Fikrət oğlu – əsgər

Səfərçinov Xeyirbəy Cəlil oğlu – əsgər

Səfərəli Xəqani İlqar oğlu – əsgər

Səfərəliyev Rəşad Fərman oğlu – əsgər

Səfərli Amil Nizami oğlu – əsgər

Səfərli Əmrah Çingiz oğlu – əsgər

Səfərov Ceyhun Akif oğlu – əsgər

Səfərov Cəsarət Xaliq oğlu – əsgər

Səfərov Coşqun Əhməd oğlu – əsgər

Səfərov Əfəndi Cahangir oğlu – əsgər

Səfərov Əfqan Nadir oğlu – əsgər

Səfərov İntiqam Əlihüseyn oğlu – əsgər

Səfərov Mais Şakir oğlu – əsgər

Səfərov Məmmədağa Balakişi oğlu – əsgər

Səfərov Saleh İrzəxan oğlu – əsgər

Səfərov Tamerlan Cavad oğlu – əsgər

Səidov Ələddin Azər oğlu – əsgər

Səlimov Sənan Nasif oğlu – əsgər

Səlimzadə Ramil Raqif oğlu – əsgər

Səmədli Vüqar Vaqif oğlu – əsgər

Səmədov Elgün İlham oğlu – əsgər

Səmədov Kamran Ceyhun oğlu – əsgər

Səmədov Məhəmməd Niman oğlu – əsgər

Səmədov Məhərrəm Elxan oğlu – əsgər

Səmədov Sadiq İbrahim oğlu – əsgər

Səmədov Samir Mətləb oğlu – əsgər

Səmidov İkram Şirvan oğlu – əsgər

Səttarov Emin Ramin oğlu – əsgər

Solnsev Dmitriy Aleksandroviç – əsgər

Soltanlı Şahmar Qinyaz oğlu – əsgər

Soltanov Gəray Xəlil oğlu – əsgər

Soltanov Oruc Fərhad oğlu – əsgər

Sultanov Hüseyn Fərhad oğlu – əsgər

Sultanov Nurlan Yaşar oğlu – əsgər

Sultanov Səlim Sultan oğlu – əsgər

Sultanov Zaminəli Nazim oğlu – əsgər

Sultanzadə Niyaməddin Hüsaməddin oğlu – əsgər

Surxayev Yunis Rafik oğlu – əsgər

Süleymanlı Rəsul Kamil oğlu – əsgər

Süleymanov Asim Məhərrəm oğlu – əsgər

Süleymanov Azər Haqverdi oğlu – əsgər

Süleymanov Elçin Tehran oğlu – əsgər

Süleymanov Əyyub Rasim oğlu – əsgər

Süleymanov Fizuli Bahadur oğlu – əsgər

Süleymanov Həsən İsmayıl oğlu – əsgər

Süleymanov İsmayıl Kamal oğlu – əsgər

Süleymanov Mirsüleyman Aydın oğlu – əsgər

Süleymanov Samir Çingiz oğlu – əsgər

Süleymanov Səbuhi Ələkbər oğlu – əsgər

Şabanov Fuad Rasim oğlu – əsgər

Şabanov Kamran Elşən oğlu – əsgər

Şabanov Rüfət Rauf oğlu – əsgər

Şahbazlı Əlikram Novruz oğlu – əsgər

Şahbazov Aqif Hasif oğlu – əsgər

Şahbazov Sarvan Əliməhəmməd oğlu – əsgər

Şahbazov Şahbaz Mirzə oğlu – əsgər

Şahhüseynli Zeynal Füzuli oğlu – əsgər

Şahmalıyev Əzim Namiq oğlu – əsgər

Şahmarlı Elvin Malik oğlu – əsgər

Şahmarlı Vüsal Mərdan oğlu – əsgər

Şahverdiyev Böyükağa Savalan oğlu – əsgər

Şahvələdov İlyas Etibar oğlu – əsgər

Şamilov Fərid Mirzə oğlu – əsgər

Şeydayev Rəfail İldam oğlu – əsgər

Şərifov Turan Vidadi oğlu – əsgər

Şıxəliyev Nurəddin Əfrəddin oğlu – əsgər

Şıxəlizadə Emil Şahin oğlu – əsgər

Şıxıyev Orxan Raqif oğlu – əsgər

Şıxıyev Şahəli Əflatun oğlu – əsgər

Şıxızadə Tural Ətraf oğlu – əsgər

Şıxməmmədov Hikmət Azər oğlu – əsgər

Şıxməmmədov Natiq Zakir oğlu – əsgər

Şindiyev Elməddin Həmid oğlu – əsgər

Şirəlizadə Süleyman İlham oğlu – əsgər

Şirinli Nurlan Qədir oğlu – əsgər

Şirinov Ehtibar Fazil oğlu – əsgər

Şirinov Eldar Bağır oğlu – əsgər

Şirinov Kamil Altay oğlu – əsgər

Şirinov Orxan Elxan oğlu – əsgər

Şirinov Tale Qadir oğlu – əsgər

Şirinov Vüsal Novruz oğlu – əsgər

Şirinzadə Elnur Xalıqverdi oğlu – əsgər

Şirvani Həsənağa Bəhruz oğlu – əsgər

Şirvanov Davud Xeyrulla oğlu – əsgər

Şükürani Şükran Rüfət oğlu – əsgər

Şükürov Azər Cahid oğlu – əsgər

Şükürov Vüsal Zahir oğlu – əsgər

Tağıyev Allahverdi Əkbər oğlu – əsgər

Tağıyev Anar Zakir oğlu – əsgər

Tağıyev Elnur Aydın oğlu – əsgər

Tağıyev Elzamin Eyvaz oğlu – əsgər

Tağıyev Əkbər Məhəmməd oğlu – əsgər

Tağıyev Əli Aydın oğlu – əsgər

Tağıyev Əli Rahil oğlu – əsgər

Tağıyev Hüseyn Oqtay oğlu – əsgər

Tağıyev İmdad Rövşən oğlu – əsgər

Tağıyev Kamran Fikrət oğlu – əsgər

Tağıyev Nurağa Davud oğlu – əsgər

Tağıyev Pərviz Hafiz oğlu – əsgər

Tağıyev Röyal Tağı oğlu – əsgər

Tağıyev Səbuhi Gündüz oğlu – əsgər

Tağızadə Bəhruz Azər oğlu – əsgər

Tağızadə Dünyamin Ramin oğlu – əsgər

Tahirli Şahin Afat oğlu – əsgər

Tahirov Rəşid Loğman oğlu – əsgər

Talıbov Elməddin Məmməd oğlu – əsgər

Talıbov Məhəmməd Aydın oğlu – əsgər

Talıbov Şirnalı Aqil oğlu – əsgər

Talıbov Tahir İdris oğlu – əsgər

Tapdıqov Azad Azər oğlu – əsgər

Tarverdiyev Qurbət Rasim oğlu – əsgər

Teymurlu Orxan Şaiq oğlu – əsgər

Teymurov Fərid Fizuli oğlu – əsgər

Teymurov Mansur Elnur oğlu – əsgər

Teymurov Şaiq Vidadi oğlu – əsgər

Teymurov Vüsal Zakir oğlu – əsgər

Teymurzadə Nahid Üzeyir oğlu – əsgər

Təhməzov Cavid Əvəz oğlu – əsgər

Təhməzov Rəşad Qərib oğlu – əsgər

Təhməzov Rövşən Zahid oğlu – əsgər

Təhməzov Şəmsəddin Sərvər oğlu – əsgər

Turabov Rüstəm Fərman oğlu – əsgər

Ulubəyov Nurəhməd Hacıbəy oğlu – əsgər

Vahabov Yadigar Mahir oğlu – əsgər

Verdiyev Bəhman Dilqəm oğlu – əsgər

Verdiyev Elburus İlyas oğlu – əsgər

Verdiyev İsax Ədalətoviç – əsgər

Veyisov Kərəm Səttər oğlu – əsgər

Vəlixanov Rövşən Aydın oğlu – əsgər

Vəlişov Elməddin Fuad oğlu – əsgər

Vəliyev Anar Həmzə oğlu – əsgər

Vəliyev Ayxan Kamil oğlu – əsgər

Vəliyev Azər Vəli oğlu – əsgər

Vəliyev Balaqardaş Fərhad oğlu – əsgər

Vəliyev Əli Kamran oğlu – əsgər

Vəliyev Hidi Bəxtiyar oğlu – əsgər

Vəliyev İlkin Səfail oğlu – əsgər

Vəliyev Qoşqar Nuruş oğlu – əsgər

Vəliyev Məhəmməd Nail oğlu – əsgər

Vəliyev Murad Süleyman oğlu – əsgər

Vəliyev Nurlan Habil oğlu – əsgər

Vəliyev Oruc Ramiz oğlu – əsgər

Vəliyev Tural İlham oğlu – əsgər

Vəliyev Vüqar Emin oğlu – əsgər

Vəlizadə Kamran Əkpər oğlu – əsgər

Yaqubov Hümbət Mərhəmət oğlu – əsgər

Yaqubov Yaqub İlham oğlu – əsgər

Yaqubzadə Yaqub Eldəniz oğlu – əsgər

Yariyev Elsevər Qalib oğlu – əsgər

Yoldaşov Alim Mirzə oğlu – əsgər

Yunisli Elşən Fazil oğlu – əsgər

Yunisli Ruslan Elçin oğlu – əsgər

Yunisov Ramil Qardaşxan oğlu – əsgər

Yunusov Elgün Yedulla oğlu – əsgər

Yunusov Murad Bayram oğlu – əsgər

Yusibli Böyükağa Elbrus oğlu – əsgər

Yusifli Məhəmməd Rəhman oğlu – əsgər

Yusifov Ağaəli Vaqif oğlu – əsgər

Yusifov Anar Sərxan oğlu – əsgər

Yusifov Hüseyn İsaq oğlu – əsgər

Yusifov Kərim Həsrət oğlu – əsgər

Yusifov Münasib Mübariz oğlu – əsgər

Yusifov Taleh Gündüz oğlu – əsgər

Yusifov Taleh Valeh oğlu – əsgər

Yusif-zadə Ramil Adəm oğlu – əsgər

Yusubov Sabir Firdovsi oğlu – əsgər

Yüzbaşiyev Cavid Cavanşir oğlu – əsgər

Zahirov Nazim Həmzə oğlu – əsgər

Zalov Elçin İslam oğlu – əsgər

Zamanov Taleh Valeh oğlu – əsgər

Zamanov Vüqar İsmayıl oğlu – əsgər

Zeynallı Əsəd Ərziman oğlu – əsgər

Zeynallı Fikrət Akif oğlu – əsgər

Zeynallı Rəşad Qiyas oğlu – əsgər

Zeynalov Arzu Rövşən oğlu – əsgər

Zeynalov Elşən Zaman oğlu – əsgər

Zeynalov Əlsafa Elşad oğlu – əsgər

Zeynalov Nurlan Vasib oğlu – əsgər

Zeynalov Ramin Yasən oğlu – əsgər

Zeynalov Teymur Tağı oğlu – əsgər

Zeynalov Turqut Fikrət oğlu – əsgər

Zəkiyev Rameş Gülverdi oğlu – əsgər

Zərbəliyev Aşurəli Səfərəli oğlu – əsgər

Ziyadov Fəqan Ziyad oğlu – əsgər

Zülfüqarov Məlik Kamran oğlu – əsgər

Əliyev Rövşən İbrahim oğlu

İbadov Rafiq Baloğlan oğlu.

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Fərəcov Təvəkkül Seyfulla oğlu – polkovnik

Məmmədov Kamil Sədiyar oğlu – polkovnik

Hüseynov Emil Əli oğlu – kapitan

"Vətən uğrunda" medalı ilə

Məmmədov Şahin Oruc oğlu – kontr-admiral

Abdullayev Tural Zakir oğlu – polkovnik

Məmmədov Rəşad Ramiz oğlu – 1-ci dərəcəli kapitan

Bəkirov Fərid Cahangir oğlu – polkovnik-leytenant

Hüseynov Elşən Yaşar oğlu – polkovnik-leytenant

İbrahimov Qadir Telman oğlu – polkovnik-leytenant

Məşiyev Nofəl Ərəstun oğlu – mayor

Hacıməmmədov Şirxan Şöhrət oğlu – baş gizir

"Hərbi xidmətlərə görə" medalı ilə

Əliyev Fərid Əlibaba oğlu – general-mayor

Abdullayev Xəyyam Vaqif oğlu – polkovnik

Babayev Rəşad Tahir oğlu – polkovnik

Cahangirov Cavanşir Əlisahib oğlu – polkovnik

Çobanov Roman Salman oğlu – tibb xidməti polkovniki

Əhmədov Fuad Məhəmmədağa oğlu – 1-ci dərəcəli kapitan

Əsgərov Əvəz Zəbirşah oğlu – polkovnik

Qənbərov Rəşad Müştaba oğlu – polkovnik

Mədətov İsmayıl Səfər oğlu – polkovnik

Rizvanov Səməndər Səməd oğlu – polkovnik

Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik

Salayev Elçin Ələddin oğlu – polkovnik

Səfərov Anar Haqverdi oğlu – polkovnik

Vəliyev Gündüz İslam oğlu – polkovnik

Yaqubov Oruc İmran oğlu – polkovnik

Abdinov Tacirəddin Akif oğlu – polkovnik-leytenant

Baqiri Abduləli Məhəmmədəli oğlu – polkovnik-leytenant

Cavadov Əsədulla Yusif oğlu – polkovnik-leytenant

Kərimov İlqar Vaqif oğlu – polkovnik-leytenant

Qasımov Emil Xadim oğlu – ədliyyə polkovnik-leytenantı

Mehdiyev Rüstəm Süleyman oğlu – polkovnik-leytenant

Məmmədov Zamir Maarif oğlu – polkovnik-leytenant

Süleymanlı Elçin Səlimxan oğlu – polkovnik-leytenant

Şahverdiyev Xəyyam İkram oğlu – polkovnik-leytenant

Zayıdov Əziz Tahir oğlu – polkovnik-leytenant

Əməşov Rövşən Məmmədağa oğlu – mayor

Hacıyev Kənan Kamil oğlu – mayor

Hüseyinov Ramil İlham oğlu – mayor

Hüseynov Səbuhi Volodya oğlu – mayor

Məmmədov Əbil Alim oğlu – ədliyyə mayoru

Əkbərov Ceyhun İman oğlu – kapitan

Kavuzov Əhməd Mutalif oğlu – kapitan

Məmmədov Eldar Tapdıq oğlu – kapitan.

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyi, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılıaraq büdcə təşkilatı statusuna keçirilib.

Bundan başqa, fərmanla İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxslərinin MMC-lərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib

"Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında" 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol" təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Protokol 2025-ci il iyunun 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanıb

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nizamnadə qeyd olunub ki, Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin nizamnamə fondu 10 milyon 565 min 947 manat 36 qəpik təşkil edir.

Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 üzvdən - əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.

Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, "Tibbi sığorta haqqında" qanuna əsasən daxil olan icbari tibbi sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahənin inkişafını təmin etmək;

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək;

- əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;

- icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;

- strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;

- strukturuna daxil olan tibbi qiymətləndirmə komissiyaları vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirmək;

- əlilliyi olan şəxslərin Fərdi Reabilitasiya Proqramının tərtibi ilə bağlı çoxsahəli komissiyaların işində iştirak etmək;

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı, həmçinin "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar bəzi fərmanlar və sərəncamlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Xankəndidə müasir tibb mərkəzi istifadəyə verilib

Xankəndi şəhərində iyunun 25-də "Xankəndi Tibb Mərkəzi"nin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, tibb ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, bölgədə özəl səhiyyə sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan mərkəzdə ambulator qəbul, laborator diaqnostika, stomatologiya, psixologiya, pediatriya, kardiologiya, ginekologiya və digər tibbi xidmətlər göstəriləcək. Daha sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.

O da xüsusi vurğulanıb ki, tibb mərkəzinin fəaliyyətə başlaması bölgədə səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Tədbir çərçivəsində elmi-praktiki konfrans da keçirilib. Konfransda səhiyyənin inkişafı və müasir tibbi xidmətlərin təşkili ilə bağlı məruzələr dinlənilib, daha sonra panel müzakirələri aparılıb.

Ali Məhkəmə: Bəzi hallarda daşınmaz əmlak mülkiyyətçidən xəbərsiz başqa şəxslərin adına rəsmiləşdirilir

Məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda mənzil, fərdi yaşayış evi, torpaq sahəsi, qaraj və digər daşınmaz əmlak əsl mülkiyyətçinin xəbəri və razılığı olmadan saxta sənədlərlə başqa şəxslərin adına rəsmiləşdirilir.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, daha sonra həmin əmlak dövlət reyestrində aparılmış əsassız qeydiyyata əsaslanaraq üçüncü şəxslərə satılır.

Belə hallarda əsl mülkiyyətçi məhkəməyə müraciət etdikdə ilk növbədə sübut etməlidir ki, əmlak onun iradəsi olmadan və qanunsuz şəkildə əlindən çıxarılıb. Məsələn, onun adından saxta etibarnamə tərtib edilərək mənzil satılıbsa, bu fakt məhkəmədə təsdiq olunmalıdır.

Saxtakarlıq sübuta yetirilərsə, həmin satışın və onun əsasında aparılmış ilk özgəninkiləşdirməyə dair qeydiyyatın qeydiyyatın hüquqi əsasının olmadığı müəyyən edilir. Lakin bununla məsələ bitmir. Çünki əmlak sonradan başqa şəxslərə satılmış ola bilər.

Bu zaman əsl mülkiyyətçi əmlakı iki halda geri qaytara bilər:

1. Üçüncü şəxslərlə bağlanmış müqavilələr uydurma olduqda, yəni "vicdanlı əldə edən görüntüsü" yaratmaq məqsdi daşıdıqda;

2. Sonrakı alıcılar vicdanlı əldə edən olmadıqda və ya vicdanlılıq qanunla qorunmadıqda.

Ali Məhkəmənin açıqlamasına görə, bəzi hallarda alıcı ilə satıcı arasında bağlanmış müqavilə yalnız formal xarakter daşıyır. Belə vəziyyətlərdə əsas məqsəd "vicdanlı əldə edən görüntüsü" yaratmaq və əmlakın əsl mülkiyyətçiyə qaytarılmasının qarşısını almaq olur.

Bu niyyət aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər:

• əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması;

• buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi;

• buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması;

• buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi;

• əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi;

• buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi;

• cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması;

• əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.

Lakin Ali Məhkəmə vurğulayır ki, əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır.

Bununla yanaşı, istisna hallarda elə bir fakt mövcud ola bilər ki, təkbaşına həlledici əhəmiyyət daşısın. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi.

Bağlanmış müqavilələrin uydurma əqd olması, yəni "vicdanlı əldə edən görüntüsü" yaratmaq niyyəti ilə bağlanması sübuta yetirilərsə, iddia təmin olunur və əmlak əsl mülkiyyətçiyə geri qaytarılmaqla onun adına olan reyestr qeydi bərpa olunur.

Müqavilələrin uydurma olmadığı, yəni üçüncü şəxsin əmlakı əldə etmək niyyətinin həqiqi olduğu hallarda isə onun vicdanlı olub-olmaması ayrıca qiymətləndirilməlidir.

Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsassız olsa belə, əşya hüquqlarını dövlət reyestrində olan qeydə etimad edərək əldə etmiş şəxslərin vicdanlılığı qanunla qorunur. Ona görə də, əmlakı əldə edən şəxs vicdanlı olduqda əsl mülkiyyətçinin iddiası rədd edilir və əmlak vicdanlı əldə edəndə saxlanılır, əsl mülkiyyətçiyə isə ona vurulan zərərin əvəzini tələb etmək hüququ izah edilir.

Qanun yalnız iki halda əldə edəni vicdanlı hesab etmir:

1. özgəninkiləşdirənin adına aparılmış əsassız qeydə dair reyestrə etirazın daxil edilməsi;

2. əldə edənin reyestr qeydinin qeyri-dəqiq olduğunu bilməsi.

Əgər əsl mülkiyyətçi vaxtında reyestrə etiraz təqdim edibsə, bu halda üçüncü şəxsin vicdanlılığı istisna olunur və əmlak ona qaytarılır. Bunun üçün mülkiyyətçinin yalnız həmin etirazın təqdim olunduğunu sübut etməsi kifayətdir.

Əgər reyestrə etiraz edilməyibsə, bu zaman əsl mülkiyyətçi alıcının vicdanlı olmadığını sübut etməlidir. Bu, o hallarda baş verir ki, müqavilə formal xarakter daşımır və alıcının əmlakı almaq niyyəti realdır, lakin o, satıcının adına olan reyestr qeydinin əsassız olduğunu bilir və buna baxmayaraq sövdələşməni həyata keçirir.

Praktikada belə halları birbaşa sübut etmək çətin olur. Çünki əsl mülkiyyətçi sonrakı sövdələşmələrin iştirakçısı deyil və alıcının reyestrdəki qeydin düzgün olmadığını bildiyinə dair birbaşa məlumat əldə edə bilmir. Bu səbəbdən təqdim olunan sübutlar çox vaxt dolayı xarakter daşıyır.

Ali Məhkəmə qeyd edir ki, vicdanlılığın qiymətləndirilməsi zamanı birbaşa sübutlar olmadıqda dolayı sübutlardan istifadə mümkündür.

Lakin bunun üçün bir deyil, bir neçə dolayı sübut mövcud olmalı, onların etibarlılığı şübhə doğurmamalı, sübutlar bir-birini təsdiqləməli və bir-biri ilə uzlaşmalıdır. Belə sübutların məcmusu elə nəticə yaratmalıdır ki, alıcının qeydiyyatın əsassız olduğunu bildiyi qənaətindən başqa ağlabatan izah mümkün olmasın.

Eyni zamanda iddiaçı tərəfindən belə sübutlar təqdim edildikdə, əmlakı əldə edən üçüncü şəxs də prosessual fəallıq göstərməklə, həmin hallara dair öz münasibətini bildirə, onun vicdanlılığını şübhə altına almayan ağlabatan səbəbləri və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər.

Unutmaq olmaz ki, qanunvericiliyin məqsədi formal olaraq vicdanlı görünən şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qorumaqdır. Buna görə də belə mübahisələrin yalnız formal meyarlarla həll edilməsi qəbuledilməzdir. Əks yanaşma həm mülkiyyət hüququnun konstitusion müdafiə mexanizminə, həm də vicdanlı əldəetmə institutunun mahiyyətinə zidd olmaqla yanaşı, hüquqazidd yollarla başqalarının əmlakını ələ keçirmək istəyən şəxsləri təşviq edə bilər.

Beləliklə, yuxarıda qeyd olunan qaydada aparılan qiymətləndirmə əsasında alıcının vicdanlı olmağı sübuta yetirilməzsə, onun hüquqları qorunur və əsl mülkiyyətçinin iddiası rədd olunmaqla, ona düşdüyü zərərin əvəzini tələb etmək hüququ izah edilir.

Bununla belə, bəzi hallarda alıcı vicdanlı olsa belə, qanunverici onun hüquqlarını qorumur.

Vicdanlı əldəetmə qaydasının tətbiq edilmədiyi bəzi hallar

1. Ər-arvadın birgə mülkiyyəti

Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əmlak onların hər ikisinin razılığı olmadan satılıbsa, əqd etibarsız sayılır. Bu halda ilk alıcının vicdanlı olub-olmamasının əhəmiyyəti yoxdur. Lakin əmlak sonradan başqa şəxslərə də satılarsa, həmin şəxslərin vicdanlılığı qiymətləndirilməlidir.

2. İkili qeydiyyat halları

Əgər daşınmaz əmlak üzrə əvvəlki mülkiyyətçinin qeydiyyatı ləğv edilmədən eyni əmlak başqa şəxsin adına da qeydiyyata alınıbsa, sonrakı alıcılar vicdanlı əldəetmə qaydalarına istinad edə bilməzlər. Belə mübahisələr qeydiyyata əsas olan sənədlərin qanuniliyi və həqiqiliyi araşdırılmaqla həll edilməlidir.

3. Xüsusi mülkiyyətə verilə bilməyən əmlaklar

Qanunla xüsusi mülkiyyətdə olması mümkün olmayan daşınmaz əmlaklar üzrə alıcıların vicdanlılığı qorunmur. Məsələn, xüsusi mühafizə olunan təbiət əraziləri dövlətə məxsusdur və özgəninkiləşdirilə bilməz.

4. Əvəzsiz əldə edilən əmlaklar

Daşınmaz əmlakı əvəzsiz əqdlərlə (bağışlama və sair) əldə edən şəxslər vicdanlı əldəetmə institutunun qorumasından yararlana bilməzlər. Çünki bu institut əsasən əmlakı ödəniş qarşılığında əldə edən və iqtisadi dövriyyədə risk daşıyan şəxslərin hüquqlarını qorumaq məqsədi daşıyır. Buna görə də əvəzsiz əldə edən şəxslər əsl mülkiyyətçiyə qarşı üstün hüquqi mövqeyə malik olmurlar.

İƏT Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb - RƏY

Azərbaycan daim islam dövlətlərinin müxtəlif birliklərinə, qurumlarına xoş münasibət göstərib və onlara üzv olmağa çalışıb.

Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Azərbaycan SSRİ dağıldıqdan sonra İslam Konfransı Təşkilatına (İƏT) qoşulan ilk ölkələrdən idi:

"İslam Konfransı Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın uzun sürən və müxtəlif mərhələlərdən keçən bir əməkdaşlığı olub. Mən uzun müddət bu təşkilatlarda təmsil olunmuşam. Bir müddət İƏT, İKT-yə üzv ölkələrin mətbuat və informasiya nazirlərinin 1992-1995-ci illərdə görüşlərində, Misir və Suriyada keçirilən toplantılarda iştirak eləmişəm. Bu əməkdaşlığın müxtəlif məsələlərini izləmişəm. Xatırlayıram ki, İslam Konfransı Təşkilatının mətbuat nazirlərinin Suriyadakı görüşündə Qarabağ sözünü qətnaməyə saldırmaq üçün 4 dəfə çıxış eləmişəm. Azərbaycanın Qarabağ məsələsini Kəşmir, Bosniya, Şimali Kipr, Cənubi Kipr Cümhuriyyəti ilə bir sıraya salmaq istəyirdilər. Mən orada sübut elədim ki, bu tamam ayrıdır və bu məsələdə İKT sədrinin dəstəyi oldu. Həmin iclasda Qarabağ məsələsini ayrı bir cümlədə yazdırmağa nail olduq".

S.Rüstəmxanlı qeyd edib ki, sonralar Azərbaycana münasibət nisbətən dərinləşib:

"Toplantıların birində Qarabağla bağlı 28 maddədən ibarət qətnamə qəbul olunmuşdu. Bu, Azərbaycanı dəstəkləyən bir qətnamə idi. Amma ilk vaxtlarda İslam Əməkdaşlıq Təşkilatında hələ münaqişənin mahiyyəti barədə xəbərsiz idilər. Ermənistanın işğalçı olduğunu, Azərbaycanın torpaqlarının işğal olunduğunu bir sıra ölkələr qəbul etmirdilər. Təbii ki, bunların arasında Ermənistanla əlaqəsi olan ölkələr də var. Tədricən Azərbaycanın mövqeyi möhkəmləndi".

Xalq şairi qeyd edib ki, Azərbaycanın apardığı ardıcıl siyasətin önəmi var:

"İslam ölkələri, Qoşulmama Hərəkatına üzv ölkələrlə sıx əməkdaşlıq edilib. İƏT BMT-dən sonra ən böyük bir qurumdur və tərkibində 57 ölkəni birləşdirir. Məsələn, Rusiya islam ölkəsi deyil, amma 20 milyondan artıqçox müsəlman yaşayır. Bu səbəbdən də İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqına həmişə öz nümayəndələrini göndəriblər".

Partiya sədri bildirib ki, bu gün dəfələrlə İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycana gəlib:

"Təşkilatın nümayəndə heyətləri dəfələrlə Qarabağda olublar. İslam abidələrini necə dağıdıldığının şahidi olublar. Düşünürəm ki, real mənzərəni görəndən sonra Azərbaycanla əməkdaşlıq, bizə yardım meyli təşkilatda daha da güclənib. Növbəti görüşün də Bakıda keçirilməsi bunun bir əlamətidir".

"Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihəsi çərçivəsində ictimai müzakirə keçirilib

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin təşkil etdiyi "Müasir şəhərsalmada piyada təhlükəsizliyi" adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə deputatlar, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı piyada təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların və sürücülərin məsuliyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə danışılıb. İştirakçılar mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Tədbirin açılışında "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri şəhərsalma prosesində piyada təhlükəsizliyinin vacibliyindən danışaraq bu sahədə diqqət yetirilməli əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra nəqliyyat eksperti Elməddin Muradlı çıxış edərək piyada təhlükəsizliyi, yol hərəkətinin təşkili və maarifləndirmə tədbirlərinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Arzuxan Əlizadə çıxış edərək piyada təhlükəsizliyinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən və bu sahədə ictimai təşəbbüslərin rolundan danışıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli çıxışında piyadaların da üzərinə düşən məsuliyyətləri sadalayıb.

DYP nümayəndəsi qeyd edib ki, piyadaların yol hərəkəti qaydalarına laqeyd münasibəti yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri kimi qalır:

"Aparılan müşahidələr göstərir ki, piyadaların iştirakı ilə qeydə alınan qəzaların əksəriyyəti işıqlandırılmayan ərazilərdə, eləcə də nizamlanmayan piyada keçidlərində baş verir. Piyadaların hərəkət zamanı mobil telefondan və qulaqlıqlardan istifadə etməsi diqqətin yayınmasına, nəticədə isə ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxarır".

O vurğulayıb ki, qəzaların sayının azaldılması məqsədilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir: "Xüsusilə ibtidai siniflərdən başlayaraq məktəblərdə yol hərəkəti qaydalarına dair təlim və maarifləndirici proqramların keçirilməsi gələcəkdə daha məsuliyyətli hərəkət iştirakçılarının formalaşmasına töhfə verə bilər. Baş Dövlət Yol Polisi İdarəsi də mütəmadi olaraq sosial şəbəkələrdə maarifləndirici videolar paylaşır. Bu videoların əsas məqsədi vətəndaşları yol hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşmağa çağırmaq, onların diqqətini təhlükəsizlik məsələlərinə yönəltmək və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına dəstək olmaqdır"

İraq parlamentinin deputatı: Bu gün Türk xalqlarını bir-birinə bağlayan ortaq tarix, irs və folklordur

Türk xalqlarını bu gün bir-birinə bağlayan ortaq tarixdir.

"Report" xəbər verir ki, bunu İraq parlamentinin kərküklü deputat, "İraq Türkman Cəbhəsi"nin lideri Ərşad Salihi "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, bu gün Qarabağın azad olması, Azərbaycanın qürurla ayaqda durması dünya türklərinin də arzusu olub.

O vurğulayıb ki, bu gün ölkələrarası parlamentarilər arasında diplomatik əlaqələr var:

"Amma bu gün xalqlarımızı bir-birinə yaxın edən bizim irsimizdir, bu bizim folklorumuzdur, tariximizdir".

Avropada millətçiliyin güclənməsi İslamı birbaşa hədəfə çevirir – RƏY

Avropada da, digər qeyri-islam cəmiyyətlərində də islamofobiya antisemitizm qədər ciddi təhlükə kimi qəbul edilmir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Onun sözlərinə görə, dünyada nifrət aşılayan nə varsa, hamısına qarşı obyektiv münasibət sərgilənməlidir:

"Buna çox da əhəmiyyət verilmir. Təbii ki, bizim kimi, Türkiyə kimi ölkələr dəfələrlə bu istiqamətdə məsələləri gündəmə gətirirlər. Bununla nail olurlar ki, islamofobiya ilə bağlı məsələdə buna qarşı mübarizə də bütövlükdə Avropa məkanında, sənədlərdə, müəyyən müzakirələrdə yer alsın. Buna da müəyyən dərəcədə nail olunur. Amma bu, bütövlükdə cəmiyyətin tolerantlığı üçün kifayət etmir. Həmin cəmiyyətlərdə baxış bucağı dəyişməlidir. Təbii ki, bəzən İslam adı ilə çıxış edən ölkələrin, şəxslərin də günahı olur. Bunu necə tanıtmaqdan çox şey asılıdır".

Komitə sədri qeyd edib ki, bir çox hallarda Avropada yüksələn millətçilik, aşırı dinçilik görüşləri hədəfin bilavasitə İslama çevrilməsinə gətirib çıxarır:

"Sosial gərginliyin azalması üçün məqsədyönlü şəkildə miqrant adı ilə İslama hücumların genişlənməsinin şahidi oluruq. Həmin dövlətlərdə və yaxud digər formada buna qarşı mübarizə aparılması elementləri də var. Amma bu, bütövlükdə bütün dövlətləri bu məsələdə eyni həssaslıq göstərməyə sövq etmir. Bunlar sonradan ölkədə radikal əhval-ruhiyyənin gücləndirilməsinə gətirib çıxaran vəziyyətlə qarşılaşacaqlar və bunu anlamadılar".

Fazil Mustafa deyib ki, Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi 20-ci sessiyanın özünün də əsas qayəsi buna yönəlib:

"Sessiyada kifayət qədər dünyaya mesajlar verildi. Ölkə Prezidenti də hər dəfə görüşlərdə bu məsələni gündəmə gətirirdi. Eyni zamanda parlamentin sədri də bütün bu kimi tədbirlərdə parlament diplomatiyası ilə məsələni aktual olaraq gündəmdə saxlayır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik. Tipik olaraq, biz dünyəvi bir dövlətik. Biz islam dövləti deyilik, amma müsəlmanların çoxluqda yaşadığı bir ölkəyik. Ona görə də məsələlərdə biz həssaslıq göstərməliyik və bu istiqamətdə də çalışırıq. Bütövlükdə biz İslama qarşı anlayışları zəiflədə bilək".

Hökumət üzvlərinin iyulda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

"Report" cədvəli təqdim edir:

S/n

Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri

Qəbulun keçirildiyi

şəhər, rayon

Əhatə olunan

şəhər və rayonlar

Qəbulun keçirildiyi

gün

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Ramin Məmmədov

Şuşa

Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Ağdam, Xocavənd

01

Ədliyyə naziri

Fərid Əhmədov

Balakən

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ

03

Fövqəladə hallar naziri

Kəmaləddin Heydərov

Zaqatala

Zaqatala, Balakən

03

Gənclər və idman naziri

Fərid Qayıbov

Ağdam

Ağdam, Füzuli, Xocavənd

03

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Xaçmaz

Xaçmaz, Quba, Qusar

03

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov

Qazax

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy

03

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru

Azər Məmmədov

Qobustan

Qobustan, Şamaxı

03

Daxili işlər naziri

Vilayət Eyvazov

Lerik

Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı

07

İqtisadiyyat naziri

Mikayıl Cabbarov

Qax

Qax, Zaqatala

09

10.

Baş prokuror

Kamran Əliyev

Balakən

Balakən, Zaqatala, Qax

10

11.

Kənd təsərrüfatı naziri

Məcnun Məmmədov

Kəlbəcər

Kəlbəcər, Laçın

10

12.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Bahar Muradova

Sumqayıt

Sumqayıt, Qubadlı

10

13.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Anar Quliyev

Qax

Qax, Şəki, Oğuz, Qəbələ, Balakən, Zaqatala

10

14.

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Qoşqar Təhməzli

Şəki

Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən

10

15.

Baş prokuror

Kamran Əliyev

Samux

Samux, Göygöl, Daşkəsən

17

16.

Ekologiya və təbii sərvətlər naziri

Rəşad İsmayılov

Şəmkir

Şəmkir, Gədəbəy, Samux, Göygöl, Daşkəsən

17

17.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Zaur Mikayılov

Füzuli

Füzuli, Ağdam, Xocavənd

17

18.

"Azərişıq" ASC-nin sədri

Vüqar Əhmədov

Xankəndi

Xankəndi, Şuşa, Xocalı, Ağdərə

17

19.

Baş prokuror

Kamran Əliyev

Kəlbəcər

Kəlbəcər

21

20.

Energetika naziri

Pərviz Şahbazov

Goranboy

Goranboy, Gəncə, Naftalan, Yevlax, Samux, Göygöl, Tərtər

24

21.

Elm və təhsil naziri

Emin Əmrullayev

Saatlı

Saatlı, Sabirabad, İmişli

24

22.

Əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Əliyev

Zəngilan

Zəngilan, Cəbrayıl, Qubadlı

24

23.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri

Vüsal Nəsirli

Şuşa

Şuşa, Xankəndi, Xocalı, Ağdərə

24

24.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru

Anar Bayramov

Qobustan

Qobustan, Şamaxı

24

25.

"Azəristiliktəchizat" ASC-nin sədri

İlham Mirzəliyev

Ağstafa

Ağstafa, Qazax, Tovuz

24

26.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

Oğuz

Oğuz, Qəbələ

27

27.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Mürsəl İbrahimov

Goranboy

Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər

29

28

Mədəniyyət naziri

Adil Kərimli

Qusar

Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən

31

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

İşğal dövründə Azərbaycanın dini və mədəni irsi ağır dağıntılara məruz qalıb - RƏY

Ermənistanın işğalı dövründə Azərbaycanın şəhər və kəndləri ilə yanaşı, dini və mədəni irsi də məhv edilib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, işğal altında qalmış ərazilərimizdə mövcud olan 67 məsciddən 65-nin dağıdılması, təhqir edilməsi və yararsız vəziyyətə salınması təkcə xalqımıza qarşı deyil, İslam mədəni irsinə qarşı da hörmətsizliyin açıq təzahürü idi:

"Məscidlərin dağıdılması, tarixi və dini abidələrin məhv edilməsi həmin ərazilərdə həyata keçirilən vandalizm siyasətinin acı nəticələrindən biri kimi tarixdə qalacaq".

Deputat qeyd edib ki, bu gün isə Azərbaycan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq missiyasını uğurla həyata keçirir:

"Dövlətimizin diqqət və qayğısı ilə məscidlər, ziyarətgahlar, tarixi-mədəni abidələr bərpa olunur, illərlə susdurulmuş məkanlara yenidən həyat qayıdır. Qarabağda aparılan bərpa işləri sübut edir ki, Azərbaycan yalnız şəhər və kəndləri yenidən qurmur, eyni zamanda öz tarixi-mədəni irsini, mənəvi dəyərlərini və milli kimliyini də bərpa edir. Bu gün azad edilmiş torpaqlarımızda yüksələn hər bir məscid və bərpa olunan hər bir abidə dövlətimizin gücünün, xalqımızın iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzidir".

Ramin Məmmədov Şuşada vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 1-də Şuşa, Xankəndi şəhərləri, həmçinin Ağdam, Xocalı, Xocavənd və Ağdərə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Şuşa şəhərində baş tutacaq.

Xankəndi, Xocalı, Ağdərə, Şuşa, Xocavənd və Cəbrayıla köç çatıb - YENİLƏNİB-2

Növbəti köç karvanları Xocavənd, Cəbrayıl və Şuşaya çatıb.

"Report" xəbər verir ki, sakinlərə evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə 7 ailə - 28 nəfər, Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə 3 ailə - 14 nəfər köçürülüb.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrinə növbəti dəfə 44 ailə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə, 7 nəfər, Badara kəndinə 2 ailə, 5 nəfər, Xanabad kəndinə 2 ailə, 5 nəfər köçürülüb.

Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə də 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib.

Sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar.

Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürülüb.

Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçmiş məcburi köçkün: Şuşanı 5 yaşımda tərk etdim, dörd övladımla qayıdıram

Şuşanı 1992-ci ildə məcburi tərk etdik. O vaxt 5 yaşım vardı.

Bu sözləri "Report"a Şuşa sakini, keçmiş məcburi köçkün Zaur Xanəliyev deyib.

O, qeyd edib ki, Şuşa ilə bağlı arzuları tezliklə həyata keçir: "Sevincimizin hədd-hüdudu yoxdur. Allah Prezidentimizə uzun ömür versin. Bu sevinci bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Şuşa ilə bağlı arzularım çoxdur. Ora ailəm – həyat yoldaşım, dörd övladımla qayıdıram. Qaynaqçıyam, yurduma qayıdıb orada da bu peşəm üzrə işləyəcəyəm".

Qeyd edək ki, bu gün Şuşa, Xankəndi, Xocavənd, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürüləcək.

Şuşa sakini: Yurdumuza qayıtmağa çox sevinirik

Yurdumuza qayıtmağa çox sevinirik.

Bu sözləri "Report"a Şuşanın Böyük Qaladərəsi kəndinin sakini, keçmiş məcburi köçkün Səyyarə Xanəliyeva deyib.

O, bildirib ki, həyatının ən gözəl günlərindən birini yaşayır: "Şuşanı həyat yoldaşım, dörd övladımla tərk etməyə məcbur olmuşdum. Böyük Qaladərəsi kəndini tərk edəndə ortancıl oğlum Zaurun 5 yaşı vardı. İndi öz ailəsi ilə yurdumuza yola düşür.

Fəxr edirik. Övladlarım qürur hissi keçirirlər. Hökumətimiz sağ olsun ki, bizə bu sevinci bəxş etdi, hərtərəfli şərait yaratdı. Sevincimizin hüdudu yoxdur.

Ordumuzla fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də şəhid ailəsiyik, atam müharibədə şəhid olub. Allah bütün qazilərimizə can sağlığı versin".

Qeyd edək ki, bu gün Şuşa, Xankəndi, Xocavənd, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürüləcək.

Azərbaycanda yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb

Azərbaycanda 65 yaş və daha yuxarı yaşlı şəxslər ən çox Sumqayıt şəhərindədir. Onların sayı 44 415 nəfər təşkil edir.

"Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 min nəfərdir ki, bu da ölkə əhalisinin 10,6 %-ni təşkil edir.

Gəncə qeyd olunan yaş qrupuna daxil olan şəxslərin yaşadığı ikinci şəhərdir. Burada onların sayı 39 934 nəfər təşkil edir.

Bakının Xətai rayonu 39 081, Abşeron rayonu 38 794, Bakının Nəsimi rayonu 38 175 nəfərlə ilk beşlikdə yer alırlar.

Sabunçu rayonu 34 314 nəfərlə, Binəqədi rayonu 33 77 nəfərlə, Yasamal rayonu 31 302 nəfərlə, Suraxanı rayonu 27 210 nəfərlə, Lənkəran 23 769 nəfərlə müvafiq olaraq ilk onluqda yer alıblar.

Azərbaycanda 65 və daha yuxarı şəxslərin ən az yaşadığı 10 rayon isə belədir:

Xankəndi (485), Ağdərə (1207), Naftalan (1217), Xocavənd (1172), Xocalı (1492), Xızı (1825), Bakının Pirallahı rayonu (2618), Şuşa (2739), Daşkəsən (2956), Şahbuz (2989).

Sözügedən qrup əhalinin iqtisadi zonalara bölgüsünə gəlincə, bu kateqoriyadan olanların sayına görə, ilk yerdə 298 079 nəfərlə Bakı şəhəri dayanır.

Abşeron-Xızı iqtisadi rayonu 85 034 nəfər, Lənkəran-Astara iqtisadi rayonu 84 398 nəfər, Mərkəzi Aran iqtisadi rayonu 72 972 nəfər, Qazax-Tovuz iqtisadi rayonu üzrə 71 725 nəfərlə ilk beşlikdə dayanır.

Bundan başqa, Qarabağ iqtisadi rayonunda 65 nə daha yuxarı vətəndaşların sayı 72 111 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 70 772 nəfər, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 68 134 nəfər, Quba-Xaçmaz iqtisadi rayonu 56 922 nəfər, Naxçıvan iqtisadi rayonu 49 838 nəfər, Şirvan-Salyan iqtisadi rayonu 49 122 nəfər, Mil-Muğan iqtisadi rayonu 46 879 nəfər Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 31 133 nəfər dayanır.

Yuxarıda adı çəkilən yaş qrupu üzrə ən az şəxs 29 221 nəfərlə Şərqi Zəngəzur iqtisadi rayonundadır.

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistanın Azərbaycandakı səfirliyi 25-26 iyun tarixində işləməyəcək.

"Report" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Qeyd edilib ki, 25 iyun Aşura günü, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar səfirlik fəaliyyət göstərməyəcək.

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.

Qeyd olunub ki, inzibati binada "Elektron Prokurorluq" informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hərbi prokurorluq orqanları Silahlı Qüvvələrlə sıx qarşılıqlı fəaliyyət şəraitində qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib.

Baş prokuror vurğulayıb ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğu siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən islahatlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, prokurorluq orqanlarının maddi-texniki təminatının gücləndirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi hüquq-mühafizə sistemində həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindəndir. İstifadəyə verilən yeni inzibati binanın iş proseslərinin çevikliyinin artırılmasına, vətəndaş müraciətlərinə daha operativ baxılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Kamran Əliyev həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkədə müasir və dayanıqlı infrastrukturun formalaşdırılmasına xüsusi təkan verir. O vurğulayıb ki, Bakı Hərbi Prokurorluğunun inzibati binası da müasir idarəetmə tələblərinə uyğun qurulmuş iş mühitinin nümunəsidir. Baş prokuror əməkdaşları yeni şəraitdən səmərəli istifadə etməyə, peşə hazırlığını daim artırmağa, fəaliyyətlərində qanunçuluq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalmağa çağıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev yaradılmış müasir iş şəraitinin hərbi prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri daha yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmələrinə xidmət edəcəyini bildirib.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakıda gələn həftə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, 29-30 iyunda olacaq konfrans Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" mövzusunda baş tutacaq.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində reallaşacaq elmi konfransın təşkilatçıları Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumudur.

Konfransda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, ölkəmizə dəvət olunmuş nüfuzlu türkoloq-alimlərin, eləcə də türk dövlətlərinin rəsmi nümayəndələrinin, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Konfransın açılış mərasimi və panel sessiyalar iyunun 29-da Heydər Əliyev Mərkəzində, bölmə iclasları iyunun 30-da BDU-da təşkil olunacaq.

Rizvan Nəbiyev: Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq hüquqi müstəvidə irəliləyir

Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq hüquqi müstəvidə irəliləyir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsi uzun müddət əsasən humanitar aspektdə müzakirə olunub:

"Artıq qayıdışın hüquqi baxımdan həlli istiqamətində BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasında çoxsaylı sənədlər yayılıb, həmçinin parlament diplomatiyası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində müvafiq sənədlər qəbul olunub. Qərbi azərbaycanlıların deportasiyasından sonra və Ermənistan müstəqillik əldə etdikdən sonra onlara vətəndaşlıq hüququ verilib".

R.Nəbiyev bildirib ki, 1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qəbul edilərkən Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüsə əsasən, Azərbaycan vətəndaşlığını alan və 1988–1992-ci illərdə ölkəyə qaçqın kimi gələn şəxslərin öz tarixi torpaqlarına qayıtmaq hüququ qorunub saxlanılıb:

"Məsələnin mürəkkəb tərəflərindən biri Ermənistan cəmiyyətində qayıdacaq azərbaycanlıların təhlükəsiz yaşayışının təmin edilməsidir. Çünki uzun illər ərzində azərbaycanlılara qarşı düşmən obrazı formalaşdırılıb və aparılan araşdırmalar bunun əsas səbəblərindən birinin Ermənistanın təhsil sistemində istifadə olunan dərsliklər olduğunu göstərir. Həmin dərsliklərdə uzun müddət kollektiv düşmən obrazının yaradılması bu gün də öz təsirini göstərməkdədir".

Zahid Cəfərov: Ermənistanın Qərbi azərbaycanlılara qarşı yürütdüyü siyasət soyqırımıdır

Ermənistanın Qərbi azərbaycanlılara qarşı bütün dövrlərdə həyata keçirdiyi siyasət soyqırımı kimi xarakterizə olunmalıdır.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, QAİ Hüquq Komissiyasının sədri Zahid Cəfərov "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu siyasət milli zəmində və müəyyən bir xalqı məhv etmək niyyəti üzərində qurulmuşdu:

"Soyqırımı anlayışı geniş məzmuna malikdir və özündə həm mənəvi, həm də fiziki məhv etməni ehtiva edir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, mənəvi məhv etmə bir çox hallarda fiziki məhv etmədən daha təhlükəli nəticələrə səbəb ola bilər. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi bu siyasət də müxtəlif dövrlərdə məhz milli zəmində aparılıb. Bu səbəbdən, Qərbi Azərbaycana qayıdış bizim həm hüququmuz, həm də mənəvi haqqımızdır. Biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq".

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-ü Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan torpaqlarında İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür:

"Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb. Müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir".

Eldar Namazov: Regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir

Cənubi Qafqaz regionunun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir.

"Report" xəbər verir ki, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın həm ərazi, həm əhali, həm iqtisadi, həm də hərbi güc və digər elementlər baxımından ən böyük dövlətidir:

"Cənubi Qafqaz elə bir regiondur ki, burada bir çox güclərin marağı var. Belə bir regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir. Onu da mütləq vurğulamaq lazımdır ki, Azərbaycanın potensialı regiondan daha böyükdür. Məsələn, Azərbaycanın Yaxın Şərqdə, Avropada təsiri buna bariz nümunədir".

Eldar Namazov bildirib ki, dövlətlərin gücünü müəyyənləşdirən amillər artıq dəyişib:

"Bu gün biz rəqəmsal dünyada yaşayırıq, hətta hərbi sahədə belə süni intellekt önəmli faktora çevrilməkdədir. Bu onu göstərir ki, dünya çox sürətli dəyişir, bu mənada, hər bir ölkə öz statusunu qorumaq üçün addımlar atmalıdır və Azərbaycan bunu edir".

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb

Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və notariat sistemi mühüm rol oynayır.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, bu iki institut bir-birini tamamlayaraq həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də mülki dövriyyənin təhlükəsiz və sabit şəkildə həyata keçirilməsinə xidmət edir. Ali Məhkəmənin Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında da vurğulanır ki, vicdanlı əldəetmə institutunun düzgün tətbiqi yalnız tərəflərin davranışlarından deyil, həm də reyestr və notariat sisteminin öz vəzifələrini lazımi qaydada yerinə yetirməsindən asılıdır.

Qeydiyyat orqanının əsas vəzifəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq, həmin hüquqların tanınmasını və qorunmasını təmin etməkdir. Dövlət reyestri təkcə məlumat bazası deyil, eyni zamanda ictimai etimad institutudur. Mülki dövriyyənin iştirakçıları əmlakla bağlı qərar qəbul edərkən reyestrdəki məlumatlara güvənirlər. Buna görə də reyestr orqanı yalnız sənədləri formal şəkildə qəbul edib qeydiyyat aparmaqla kifayətlənməməli, təqdim olunan sənədlərin hüquqi əsaslarını yoxlamalı, ziddiyyətli və ya şübhəli halları araşdırmalı, zərurət olduqda müvafiq tədbirlər görməlidir. Bu vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində şəxslərə zərər vurulduqda, qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yarana bilər.

Məhkəmə təcrübəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bir sıra problemlər müşahidə edilir. Bu hallar həm mülki dövriyyənin təhlükəsizliyinə, həm də mülkiyyətçilərin və əmlak əldə edən şəxslərin hüquqlarına birbaşa təsir göstərir. Xüsusilə aşağıdakı pozuntulara daha çox rast gəlinir:

· mülkiyyətçi olmayan şəxsin adına əsassız qeydiyyat aparılması;

· əmlakı qanuni əsaslarla əldə etmiş şəxslərin hüquqlarının qeydiyyatında gecikmələrin baş verməsi;

· eyni daşınmaz əmlak üzərində bir neçə şəxsin hüququnun qeydiyyata alınması (ikili qeydiyyat);

· daşınmaz əmlakla bağlı etirazların reyestrə daxil edilməməsi və ya vaxtında daxil edilməməsi.

Bu kimi hallar sonradan yaranan mübahisələrin əsas səbəblərindən biri olmaqla yanaşı, həm əsl mülkiyyətçilərin, həm də reyestr məlumatlarına etibar edərək əmlak əldə edən şəxslərin hüquqlarını risk altına qoya bilər.

Notarius müqaviləni təsdiq etməzdən əvvəl bir sıra vacib məsələləri yoxlamalıdır. İlk növbədə, əmlaka sərəncam verən şəxsin həmin əmlakı satmaq səlahiyyətinin olub-olmaması müəyyən edilməlidir. Bundan əlavə, əmlak üzərində ipoteka, girov, həbs və ya digər məhdudiyyətlərin olub-olmaması, həmçinin əmlakın nikah dövründə əldə edilib-edilməməsi araşdırılmalıdır. Reyestrdə əks olunan bu məlumatlar tərəflərə aydın şəkildə izah edilməlidir.

Lakin notariusun vəzifəsi yalnız formal yoxlama ilə məhdudlaşmır. Ali Məhkəmə vurğulayır ki, notarius tərəflərin həqiqi iradəsini və müqavilə bağlamaq niyyətini də müəyyən etməlidir. O, tərəflərin imzaladıqları sənədin hüquqi nəticələrini başa düşdüklərini dəqiqləşdirməli, hər hansı aldatma, təzyiq və ya hədə-qorxu əlamətləri aşkar etdikdə isə müqaviləni təsdiqləməməlidir.

Təcrübədə göstərir ki, bir sıra hallarda mülki dövriyyə iştirakçıları daxil olduqları hüquq münasibətini onun həqiqi məzmununa uyğun şəkildə rəsmiləşdirmirlər və ya rəsmiləşdirə bilmirlər. Bunun səbəblərindən biri tərəflərin hansı müqavilə növünə ehtiyac duyduqlarını hüquqi baxımdan dəqiq ifadə edə bilməmələridir. Digər hallarda isə qanunvericiliyə zidd olmayan, lakin notariat təcrübəsində geniş tətbiq olunmayan əqdlərin rəsmiləşdirilməsindən əsassız şəkildə imtina olunması ilə bağlıdır.

Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borcverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.

İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir.

Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır. Ali Məhkəmə vurğulayır ki, belə vəziyyətlərdə notarius formal yanaşma ilə kifayətlənməməli, tərəflərin həqiqi iradəsini və əldə etmək istədikləri hüquqi nəticəni aydınlaşdırmalı, səlahiyyətləri çərçivəsində zəruri addımları atmalı, lazım gəldikdə isə tərəflərə məqsədlərinə uyğun müqavilə növünü təklif edərək onun rəsmiləşdirilməsini təmin etməlidir.

Əmlak əməliyyatlarında mübahisələrə səbəb olan məsələlərdən biri də etibarnamələrdən istifadə edilməsidir.

Ali Məhkəmə qeyd edir ki, notarius hər dəfə etibarnamə əsasında əmlak satılarkən etibarnamə verən şəxslə yenidən əlaqə saxlamağa borclu deyil. Bununla belə, etibarnamə verilərkən həmin şəxsə etibarnamənin yarada biləcəyi hüquqi nəticələr ətraflı izah edilməlidir.

Eyni zamanda, notarius aparılan hüquqi əməliyyatın təmsil olunanın (mülkiyyətçinin) mənafeyinə zidd olmasına açıq şəkildə işarə edən halları aşkar etdikdə onun həqiqi iradəsinin müəyyən edilməsi üçün zəruri tədbirlər görməlidir. Məsələn, ər-arvadın nikah dövründə bir-birinə verdikləri etibarnamədən boşanmadan sonra istifadə olunması, daşınmaz əşyanın dəyərindən dəfələrlə ucuz qiymətə satılması və ya xarici ölkədə verilmiş fiziki etibarnamə əsasında daşınmaz əşyanın özgəninkiləşdirilməsi zamanı etibarnamə verən şəxslə telefonla, videogörüntü ilə danışmaqla və ya digər mümkün üsullarla onun həqiqi niyyəti müəyyən edilməlidir.

Əgər notarius əməliyyatın hüquqi baxımdan riskli olduğunu müəyyən edərsə, bu barədə alıcını məlumatlandırmalıdır. Risklər barədə xəbərdar edilməsinə baxmayaraq əməliyyatı davam etdirməkdə israr edən şəxs sonradan həmin risklərin nəticələrini özü daşımalı olacaq. Notarius öz vəzifələrini qəsdən və ya ehtiyatsızlıqdan lazımi qaydada yerinə yetirmədikdə və bunun nəticəsində şəxsə zərər vurulduqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki məsuliyyət daşıyır. Əgər zərərin yaranmasında başqa şəxslər də iştirak ediblərsə, birgə məsuliyyət yarana bilər. Bu halda zərərçəkmiş şəxs yalnız notariusa, yalnız digər məsul şəxslərə və ya onların hamısına qarşı eyni vaxtda iddia qaldıra bilər.

Notariusun peşə məsuliyyəti sığortalandığı hallarda isə zərərin ödənilməsi ilə bağlı tələb sığortaçıya qarşı da irəli sürülə bilər. Təcrübədə tərəflərin həqiqi niyyətlərini notariusdan gizlətdiyi hallar da olur. Əgər aldatma, hədə-qorxu və ya digər qanunsuz hallar tərəflər tərəfindən qəsdən gizlədilibsə və notariusun onları aşkar etməsi obyektiv olaraq mümkün olmayıbsa, sonradan həmin faktların üzə çıxması notarius üçün məsuliyyət yaratmır.

Notarius yalnız əvvəlcədən aşkar olan, bilməli olduğu və ya görə biləcəyi pozuntulara yol verdikdə məsuliyyət daşıyır.

Beləliklə, Ali Məhkəmənin mövqeyinə görə, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi həm də reyestr və notariat sisteminin fəaliyyətindən asılıdır. Reyestr orqanı hüquqların düzgün qeydiyyatını təmin etməli, notarius isə həm hüquqi vəziyyəti, həm də tərəflərin həqiqi iradəsini araşdırmalıdır. Bu vəzifələrin pozulması şəxslərə vurulmuş zərərin ödənilməsi ilə nəticələnə bilər.

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Salyanda qədim saxsı qab parçaları aşkar edilib

Salyan rayonunda qədim dövrə aid ola biləcəyi ehtimal olunan saxsı qab parçaları tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Şahin Məhərrəmov əkin sahəsində şum işləri apararkən üzərində müxtəlif naxış və ornamentlər olan bir neçə sirli saxsı qab parçası aşkar edib.

Tapılan parçaların yaşıl rəngli şirə ilə örtüldüyü və üzərinin incə naxışlarla bəzədildiyi bildirilib.

İlkin müşahidələrə əsasən, bu tapıntıların qədim yaşayış məskəninə və ya məişət mədəniyyətinə aid olması ehtimal edilir.

Hələlik saxsı parçalarının hansı tarixi dövrə məxsus olduğu məlum deyil.

Baş Qərvənddə tikinti işləri davam etdirilir

Ağdamın Baş Qərvənd kəndində 479 hektardan artıq ərazidə tikinti işləri davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Baş Qərvənddə yeni həyat addım-addım qurulur. 479 hektardan artıq ərazidə davam edən tikinti işləri gələcəyə olan inamın, doğma yurda qayıdış sevincinin və böyük ümidlərin təcəssümüdür", - paylaşımda deyilir.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub

Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin 2026-cı il üzrə ilk dayanacağı Şəki şəhəri olub.

"Report" xəbər verir ki, 2019-cu ildən etibarən reallaşdırılan layihə Gənclər Fondunun yaradılmasının 15 illiyinə həsr olunub və "Gənclərlə, gənclər üçün" şüarı altında keçirilir.

Layihənin məqsədi yaradılan imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma sahələrində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığının artırılmasıdır.

Layihə çərçivəsində xüsusi hazırlanmış açıq hava məkanında dövlət qurumları və özəl sektor nümayəndələri ilə görüşlər, təhsil və karyera imkanları, rəqəmsal bacarıqlar, vətənpərvərlik, sağlam həyat tərzi və yaradıcılığın inkişafı istiqamətində maarifləndirici sessiyalar təşkil olunub.

"Səyyar Gənclər Xidməti" layihəsi Şəkidə iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə bu il Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Laçın, Zəngilan və Füzuli rayonlarından olan 8 mindən çox gənci əhatə edəcək.

PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.

"Report" cədvəli təqdim edir:

Qəbulu aparan şəxs

Qəbul günü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Nağdəliyev Zeynal Səfər oğlu

1

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

İsmayılov Süleyman Abbas oğlu

2

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi

Həsənov Altay Tofiq oğlu

3,10,24

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri

Həsənov Kərəm Əvəz oğlu

3

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Əmirov Natiq Ərziman oğlu

6

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Ələsgərov Fuad Murtuz oğlu

7,21

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Əliyeva Fərəh Şirməmməd qızı

8

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Mövsümov Şahmar Arif oğlu

9

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Hərbi məsələlər şöbəsinin müdiri

Seyidov Fərid Mirmufid oğlu

10

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdiri

Hacıyev Hikmət Fərhad oğlu

13

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Məcidov Tələt Tahir oğlu

14

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Məmmədəliyev Yusuf Ülfət oğlu

15

Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi

Səttarov Orxan Rəcəb oğlu

16

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri

Vəliyev Ədalət Məqsəd oğlu

17

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi

20

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru

20

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin

xüsusi nümayəndəsi

Hüseynov Emin Zamin oğlu

22

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Kərimov Aydın Zöhrab oğlu

23

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Hacıyev Vahid Rasim oğlu

24

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məmmədov Məsim Əhməd oğlu

27

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Hacıyev Bəşir Qüdrət oğlu

28

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Yusubov Elçin Mustafa oğlu

29

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Kərimov Gündüz Hacı oğlu

31

* * *

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi

Usubov Ramil İdris oğlu

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncama əsasən aşağıdakı şəxslər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər:

"Tərəqqi" medalı ilə

Abdullayev Həbib Fərhad oğlu

Ağakərimov Akif Ağakərim oğlu

Ağayeva Aynurə Ərəstun qızı

Allahverdiyeva Rəvanə Çingiz qızı

Bəylərova Təranə Yunus qızı

Cabbarov Vilayət Hidayət oğlu

Əhmədova Azadə Hüseyn qızı

Ələsgərov Asəf Musa oğlu

Əliyev Baxşeyiş Əli oğlu

Əliyeva Ellada İdris qızı

Əmirbəyov Fərhad Fikrət oğlu

Əsgərova Gülnarə Mərdan qızı

Fərzəliyev Azər Şamil oğlu

Hacıyeva Nigar Akif qızı

Haxıyev Üfüq Gülağa oğlu

Həbibbəyli Ərəstü İsa oğlu

Həsənova Lalə Eyvaz qızı

Qədimli Elxan Mürvət oğlu

Qənbərov Yusif Bəybala oğlu

Quliyev Ruslan Namiq oğlu

Quliyev Üzeyir Çərkəz oğlu

Mahmudov Rüstəm Bəhruz oğlu

Məhərrəmov İsmayıl Əsgər oğlu

Məmmədov Anar Rəhim oğlu

Məmmədov Azər Xəlil oğlu

Mikayıllı Həbib Rasim oğlu

Musayev Cavid Xəlil oğlu

Nəbiyev Cahangir Şükür oğlu

Rəhimov Niyazi Süleyman oğlu

Rüstəmli Ruslan Rüstəm oğlu

Şıxəliyev Ceyhun Yavər oğlu

Tağıyev Mehman Nəriman oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Abasova Sonaxanım Həcibala qızı

Abbasov Şöləddin Ziyad oğlu

Abbasov Tural Nadir oğlu

Abbasov Yaqub Aman oğlu

Abdullayev İsrafil Qasım oğlu

Abdullayev Mehman İsrayıl oğlu

Abdullayev Rövşən Aslan oğlu

Abdullayeva Ülviyyə Bazim qızı

Abdullazadə Fəxrintac Səbuhi qızı

Abdullazadə Xaliq Nəriman oğlu

Adıgözəlov Akif Əlövsət oğlu

Adıgözəlov Şaiq Əli oğlu

Ağayeva Zöhrə Gəray qızı

Alışov Nəsib Bəhlul oğlu

Allahverdiyeva Nairə Əvəz qızı

Almazova Xatirə Əbil qızı

Aslanov Ramiz Rasim oğlu

Aslanov Şahin Müzahim oğlu

Babayeva Raifə Şəmil qızı

Bayramov Elşən Arif oğlu

Bayramov İqbal Musa oğlu

Bayramova Gülşən Nəriman qızı

Bəşirov Elşad Tofiq oğlu

Budaqova Sənəm Nəsib qızı

Cabbarlı Reqina Ruslan qızı

Cabbarlı Vüsal Daxil oğlu

Cavadov Ruslan Teyyub oğlu

Cavadova Gülnaz Təyyar qızı

Cavadzadə Cavid Bəylər oğlu

Dadaşova Xırdaxanım Rəcəb qızı

Dəmirova Xeyransa Alim qızı

Eyyubov Abuzər Veyis oğlu

Əhmədov Fariz Şöhrət oğlu

Əhmədova Həlilə İntiqam qızı

Əhməd-zadə Fərəh Aqil qızı

Əkbərova Rübabə Məmməd Bağır qızı

Əliyev Aqşin Qabil oğlu

Əliyev Altun Asəf oğlu

Əliyev Anar Telman oğlu

Əliyev Elşad Nizami oğlu

Əliyev Hasil Vahid oğlu

Əliyev İbrahim Müseyib oğlu

Əliyev Mikayıl Rafiq oğlu

Əliyev Şövqi İsfəndiyar oğlu

Əliyeva Leyla Məzahir qızı

Əliyeva Pərvanə Qorxmaz qızı

Əliyeva Səlbi Cavanşir qızı

Əliyeva Validə Avtandil qızı

Əliyeva Zəminə Ədil qızı

Əli-zadə Mir Kamal Qabil oğlu

Əmirbəyova Raidə Eldar qızı

Əmrahov Raqif Mustafa oğlu

Əmrəliyev Vüqar Şahlar oğlu

Əsədli Nərminə Ehsan qızı

Əsgərəlizadə Vəsilə Azər qızı

Əsgərov Tural Behbud oğlu

Əzizov Yalçın Saleh oğlu

Fərəcov Aqşin Rafiq oğlu

Fətullayev Əziz Əli oğlu

Hacıyev Ruslan Tofiq oğlu

Hacıyeva Gülnar Cəfərağa qızı

Hacıyeva Mərziyyə Rafiq qızı

Hacıyeva Rifaət Fikri qızı

Hacızadə Talıb Arif oğlu

Həsənov Fəxri Akif oğlu

Həsənova Afaq Hümmət qızı

Həsənova Fidan Fuad qızı

Həsənova Kəmalə Zal qızı

Həsənova Sevda Səlim qızı

Hüseynov Anar Eldar oğlu

Hüseynov Elnar Vaqif oğlu

Hüseynov Elnur Nadir oğlu

Hüseynov Ənvər Fuad oğlu

Hüseynov Fərid Elman oğlu

Hüseynov İdris Ağaxan oğlu

Hüseynov Ramil Vəkil oğlu

Hüseynov Tofiq Nəriman oğlu

Hüseynov Turan Biləndər oğlu

Hüseynova Səidə Oqtay qızı

Hüseynova Vüsalə Cabbar qızı

Hüseynzadə Elmar Əli Muxtar oğlu

Xəlilov Rauf Tofiq oğlu

Xəlilov Vüsal Mirzəcan oğlu

Xudaverdiyev Məhəmmədəli Bayram oğlu

Xudayev Ramin Əmrah oğlu

İbrahimli Vüsal Şəmil oğlu

İbrahimov Emin Dadaş oğlu

İbrahimova Hökümə Kamran qızı

İsgəndərov Ceyhun Əmirastan oğlu

İskəndərov Elşad Eldar oğlu

İskəndərov Şahin Əvəz oğlu

İsmayılova Səadət Teyyub qızı

Kazımov Elşən Zahid oğlu

Kərimov Kərim Rafiq oğlu

Kərimov Orxan Rafiq oğlu

Kərimov Şahin Rafael oğlu

Qafarlı İradə Süleyman qızı

Qarayev Azər Mədəd oğlu

Qarayev Əmrah Niyazi oğlu

Qasımlı İlqar Bəkir oğlu

Qasımov Lətif Cəfər oğlu

Qasımov Murad Arif oğlu

Qəhrəmanov Cəsarət Qəhrəman oğlu

Qəhrəmanov Qəhrəman Arif oğlu

Qənbərov Mürsəl Məhərrəm oğlu

Qəribov Şəmsi Allahverdi oğlu

Qocayev İlqar Sadıq oğlu

Quliyev Elşən Arif oğlu

Quliyev Etibar Abasqulu oğlu

Quliyeva Sevda Sevindik qızı

Quluyev Elməddin Əlihüseyn oğlu

Qurbanlı Jalə Kamal qızı

Qurbanov Ceyhun Museyib oğlu

Qurbanova Kəmalə Misir qızı

Qurbanova Svetlana Qəməddin qızı

Qurbanzadə Türkan Ədalət qızı

Qüdrətli Vəfa Kadil qızı

Mahmudov Müqalib Bədəl oğlu

Mahmudov Səbuhi Şahin oğlu

Mehrəliyev Elçin Əlövsət oğlu

Məhərrəmov Orxan Xalıqverdi oğlu

Məhərrəmova Ruqiyyə Namiq qızı

Məlikov Mahir Zakir oğlu

Məmişov Kənan Həmzağa oğlu

Məmmədəliyev Elçin İsgəndər oğlu

Məmmədli Fariz Tofiq oğlu

Məmmədov Azər Elman oğlu

Məmmədov Elvin Şaiq oğlu

Məmmədov Əzizağa Ağababa oğlu

Məmmədov Kənan Arif oğlu

Məmmədov Namiq Xanoğlan oğlu

Məmmədov Sabir İbrahim oğlu

Məmmədov Vəli Ramazan oğlu

Məmmədova Fəridə Elçin qızı

Məmmədova Sevinc Məmməd qızı

Məmmədova Şahanə Şahin qızı

Məmmədova Vüsalə Rafiq qızı

Məmtiyev Tofiq Rəhim oğlu

Mikayılova Gülər Sahib qızı

Mirzəyev Rasim Rafiq oğlu

Mirzəzadə Anar Fərhad oğlu

Mirzəzadə Ramil Xanış oğlu

Mövsümov Anar Ağabala oğlu

Muradova Təravət Məmməd qızı

Nağıyev Hicran Asif oğlu

Nəbiyev İlkin Məmmədzadə oğlu

Nəbiyev Qamət İsmayıl oğlu

Nəbizadə Nəbi Rafiq oğlu

Nərimanova Nuranə Fazil qızı

Nəsirov Hikmət Arif oğlu

Nəsirova Nərmin Natiq qızı

Niftəliyev Qüddəsər Sədiyar oğlu

Novruzov Cümşüd Musa oğlu

Orucova Arzu Məmməd qızı

Osmanov Müşfiq Məmməd oğlu

Ömərova Vəfa Kamal qızı

Paşayev Allahverdi Oktay oğlu

Paşayev Faqil Teymur oğlu

Paşayev Sənay Oktay oğlu

Paşayeva Arifə Xanlar qızı

Pənahlı Rüfət Akif oğlu

Pənahov İlqar Əsgər oğlu

Rəhimov Ayaz Süleyman oğlu

Rəhimov Azər Binnət oğlu

Rüstəmli Samir Famil oğlu

Rüstəmov Kamal Elbrus oğlu

Rzayev Rauf Zeynal oğlu

Salmanova Maral Saday qızı

Sarıyeva Aynel Əlövsət qızı

Səfərəli Gülşən Rüfət qızı

Səlimbəyli Zeynəb İsa qızı

Səlimova Pərvin Ədalət qızı

Səlimova Reyhan Aslan qızı

Səmədova Turan Zakir qızı

Səttar-zadə Müşfiq Sahib oğlu

Sıraczadə Elvira Vaqif qızı

Soltanov Fərid Rafael oğlu

Sultanov Emil Telman oğlu

Sultanov Samir Əzim oğlu

Sultanov Səməd Samir oğlu

Süleymanov Abbas Qurban oğlu

Süleymanov Anar Zakir oğlu

Şamıyeva Roza Rafiq qızı

Şamilov İlkin Həmid oğlu

Şəfiyev Asif Nəriman oğlu

Şəfiyev Bahadir Ataməli oğlu

Şükürov Şirxan Bayram oğlu

Tağıyev Şahmar Camal oğlu

Tağızadə Anar Abil oğlu

Tairquliyeva-Nağıyeva Arzu Ələmdar qızı

Teymurov Rasim İbrahim oğlu

Turabova Amalya Paşa qızı

Umudov Elvin Natiq oğlu

Vəliyev Barat İlandiyar oğlu

Vəliyev Fərid Əzizağa oğlu

Vəliyev Sənan Mahmud oğlu

Vəliyeva Nigar Ələddin qızı

Yusubov İsa Həsən oğlu

Yusupova Marina Əlimuradovna

Zeynalov Eldəniz Sabir oğlu

Zeynalov Rasim Aydın oğlu

Zeynalov Vəfadar Kamil oğlu

Zeynalova Nərmin Alim qızı.

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına "Mərd" adlı Qarabağ atını hədiyyə edib.

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda iyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş Prokurorluğun rəhbərliyi, prokurorluq orqanlarının struktur qurumlarında çalışan və veteran dövlət qulluqçuları iştirak ediblər.

Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, günün əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə, cinayətkarlığa qarşı mübarizəyə, insan hüquq və azadlıqlarının qorunmasına, sənəd dövriyyəsinin təşkilinə, insan resurslarının idarə olunmasına, maliyyə, informasiya texnologiyaları və digər istiqamətlər üzrə işlərin operativ və keyfiyyətli həyata keçirilməsinə mühüm töhfələr verirlər.

Qeyd olunub ki, ölkədə dövlət qulluqçularının sayı 27 min nəfərdir və onların 31,4 faizini qadınlar təşkil edir. Prokurorluq orqanlarında isə 624 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların da 39,4 faizi qadınlardır.

Tədbirdə çıxış edən dövlət qulluqçuları və veteranlar peşə fəaliyyətləri üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada Bülbülün ev-muzeyində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.

"Report" xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib.

Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.

Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar

İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.

"Report" xəbər verir ki, "Heydər Əliyev və Qarabağ" sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən "İz" filmi də nümayiş olunur.

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

"Report" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.

Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.

Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi "Paşa Holdinq"in dəstəyi ilə reallaşır.

Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

Prezident Kitabxanasında "Uşaqlar və hüquq" kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında "Uşaqlar və hüquq" kitabının təqdimatı keçirilib, vəsait kitabxanaya hədiyyə edilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kitabın uşaqların hüquqları barədə məlumatlılığının artırılmasına xidmət etdiyini söyləyib.

O qeyd edib ki, uşaqların hüquqlarının qorunması yalnız qanunvericilikdə deyil, insanların gündəlik həyatında və düşüncəsində də öz əksini tapmalıdır:

"Düşüncənin formalaşmasına təsir edən amillər çoxdur və təqdim olunan bu kitab da həmin vasitələrdən biridir. İnanıram ki, yalnız uşaqların deyil, böyüklər də oxuyacaq. Kitab uşaqların daha sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmalarına xidmət edəcək".

Kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov çıxışında vurğulayıb ki, başqasına qarşı ayrı-seçkiliyin yalnış olduğunu anlayırsa, küçəyə zibil atmağın məsuliyyət olduğunu dərk edirsə, dövlət rəmzlərinə hörmət etməyi vətəndaşlıq borcu olduğunu dərk edirsə, başqasının fikrinə hörmət etməyi bacarırsa, deməli, hüquq artıq onun həyatının bir hissəsinə çevrilib:

"Bizim məqsədimiz uşaqlara təkcə hüququ öyrətmək deyil, eyni zamanda hiss etdirməkdi. Vəsaiti hazırlayarkən uşaqlara həm də ədalət, empatiya, hörmət, məsuliyyət, birgə yaşayış mədəniyyəti kimi bir çox dəyərləri aşılamağa çalışmışıq. Kitabda məqsədimiz heç də bütün hüquqları əhatə etmək olmayıb. Məqsədimiz uşaqların gündəlik həyatda daha çox rast gəldikləri hüquqlar barədə onlara bilgi verməkdir".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva isə QHT-ləri ucqar bölgələrdə ailə-məişət, qadın və uşaq hüquqları ilə əlaqədar layihələrin və tədbirlərin artırılmasına çağırıb:

"Qrant layihələrin təqdimatı zamanı da ucqar ərazilərdə tədbirlərin icrasına daha çox fokuslanmaq lazımdır. Xahiş edirəm ki, QHT-lər regionlarda olan diqqəti artırsınlar. Bu, təkcə qrant layihələr çərçivəsində deyil, gündəlik fəaliyyətdə də yer almalıdır".

Qeyd edək ki, "Uşaqlar və hüquq" kitabında uşaqların yaş xüsusiyyətləri və anlama səviyyələri nəzərə alınaraq hüquqi biliklər bədii və həyati nümunələr əsasında hazırlanmış kiçik hekayələr vasitəsilə təqdim edilir.

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

"Report" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada gəzinti zamanı balaca sakinlərlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada gəzinti zamanı şəhərin balaca sakinləri ilə görüşüblər.

Bu barədə "Report" Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Dövlət başçısı İlham Əliyev balaca sakinlərlə səmimi söhbətindən sonra onlarla foto çəkdirib.

2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur

Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxarkən məlumat verilib.

Belə ki, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.

Dövlət qulluqçularının peşə bayramı: tarixi, əhəmiyyəti və müasir çağırışlar

Hər il iyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.

Bu əlamətdar gün dövlət idarəçiliyinin səmərəliliyinin təmin edilməsində, qanunların icrasında, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsində və dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətin ifadəsidir.

Qeyd edək ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər görülüb, yeni idarəetmə orqanları yaradılıb. Bu orqanların dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunu artırmaq, fəaliyyətini daha da səmərəli etmək üçün onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Ölkəmizdə hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan, Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"ya uyğun olaraq, 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması öz həllini tapır.

Dövlət qulluğu hər bir ölkənin idarəetmə sisteminin əsas sütunlarından biridir. Dövlətin qəbul etdiyi qərarların həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial-iqtisadi proqramların icrası məhz peşəkar və məsuliyyətli dövlət qulluqçularının fəaliyyəti sayəsində mümkün olur. Bu baxımdan, dövlət qulluqçuları dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayırlar.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması

Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılması Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri olub. Müstəqilliyin ilk illərində ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun formalaşdırılması və dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin əsas prinsiplərini müəyyənləşdirdi. Sonrakı dövrdə dövlət qulluğu sahəsində qanunvericilik bazası daha da təkmilləşdirildi. 2000-ci ildə "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsi Azərbaycanda peşəkar dövlət qulluğu institutunun inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Dövlət Qulluqçularının Peşə Bayramı Günü həm də 2001-ci il iyunun 23-də Azərbaycanın BMT Baş Assambleyasının dövlət qulluğu ilə bağlı qəbul etdiyi beynəlxalq sənədə qoşulması ilə əlaqələndirilir.

Dövlət qulluqçularının cəmiyyət qarşısında məsuliyyəti

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilib.

"Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir", - deyə dövlət başçısı bəyan edib.

Odur ki, dövlət qulluqçusu olmaq yalnız vəzifə tutmaq deyil, həm də böyük məsuliyyət daşımaq deməkdir. Dövlət qulluqçuları fəaliyyətlərində qanunçuluq, şəffaflıq, obyektivlik, peşəkarlıq və etik davranış prinsiplərinə əsaslanmalıdırlar. Onların əsas vəzifələri dövlət maraqlarını qorumaq, vətəndaşların müraciətlərinə həssas yanaşmaq və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdir.

Müasir dövrdə dövlət idarəçiliyində tələblər daha da artıb. Rəqəmsallaşma, elektron xidmətlər, innovativ idarəetmə mexanizmlərinin geniş tətbiqi dövlət qulluqçularından yeni bilik və bacarıqlar tələb edir. Buna görə də dövlət qulluğunda çalışan şəxslərin peşə hazırlığının artırılması, davamlı təlimlərə cəlb olunması və müasir idarəetmə metodlarının mənimsənilməsi xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində yeni mərhələ

Xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkədə dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Dövlət xidmətlərinin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər dövlət qulluğu sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaradıb. Xüsusilə, ASAN xidmət modeli dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına səbəb olub. Bu model xidmətlərin operativ, şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim olunmasını təmin edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan uğurlarından birinə çevrilib.

Dövlət qulluqçularının fəaliyyətində vətəndaşlara xidmət prinsipi ön plana çıxarılıb. Dövlət idarəçiliyində çeviklik, hesabatlılıq və effektivlik meyarlarının gücləndirilməsi ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.

Qarabağ və Şərqi Zəngəzurda dövlət qulluğunun yeni missiyası

Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra dövlət qulluqçularının üzərinə daha böyük vəzifələr düşüb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, dövlət xidmətlərinin təşkili, əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması dövlət qurumları və onların əməkdaşlarının fədakar fəaliyyətini tələb edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın güclü dövlət idarəçiliyi modelinin uğurlu nəticələrini nümayiş etdirir. Dövlət qulluqçuları Böyük Qayıdış proqramının icrasında, yeni yaşayış məntəqələrinin qurulmasında və sosial infrastrukturun formalaşdırılmasında mühüm rol oynayırlar.

Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bu gün - 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

"Report" xatırladır ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, dövlət qulluqçularının sayı 27,3 min nəfərdir.

Qeyd olunub ki, onların 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 3 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 2059 manat təşkil edib.

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir.

"Report" xəbər verir ki, bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb.

"23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının birinci günü başa çatıb.

"Report" xəbər verir ki, sessiya çərçivəsində Müsəlman İcmaları və Azlıqlar Komitəsinin 5-ci iclası keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Abdürrahim Dusak bildirib ki, Komitə yarandığı gündən bəri müsəlman icmalarının səsini beynəlxalq platformalara çatdırmağı, qarşılaşdıqları hüquq pozuntularını görünən etməyi və həll yönümlü parlament diplomatiyası mühitini formalaşdırmağı hədəfləyir.

O, Müsəlman İcmaları və Azlıqlar Komitəsinin hesabatını təqdim edib. Nəzərə çatdırıb ki, bu hesabat İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına üzv olmayan ölkələrdə yaşayan müsəlman icmalarının və azlıqların vəziyyətini yerindəcə araşdırmaq, qarşılaşdıqları problemləri müəyyən etmək, yaxşı təcrübə nümunələrini qeydə almaq və beynəlxalq həmrəylik imkanlarını gücləndirmək məqsədilə hazırlanıb.

İclasda İttifaqa üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə müsəlman icmalarının hüquqlarının müdafiəsi, dini və etnik azlıqların təhlükəsizliyi, sosial inteqrasiya və inklüziv cəmiyyətlərin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Komitənin müzakirələrində, həmçinin işğal olunmuş ərazilərdə dini və mədəni irsin qorunması, müsəlman icmalarına qarşı diskriminasiya halları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, komitə çərçivəsində İƏT məkanında və digər regionlarda multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsi, gənclərin və qadınların ictimai həyatda iştirakının artırılması, eləcə də sosial sabitlik və birgəyaşayışın təşviqi məsələləri də müzakirə olunub.

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün respublikadakı diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Hüseyn Quliyevi qəbul edib və iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə ona "Mehnat Shuhrati" ordenini təqdim edib.

Xatırladaq ki, müvafiq sərəncamla H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub. Sabah, iyunun 23-ü onun 80 yaşı tamam olur.

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" respublika elmi-praktiki konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" respublika elmi-praktiki konfransı keçirilib.

"Report" xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyin Azərbaycanın gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb.

Məruzədə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və birbaşa rəhbərliyi sayəsində dövlət idarəçiliyində rəqəmsal transformasiyanın dərinləşdiyi, müvafiq sahənin strateji əhəmiyyəti, kadr hazırlığının elmi potensialla dəstəkləndiyi, kibersuverenliyin təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirilib.

Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu qeyd edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edib, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb.

Tədbirdə həmçinin AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

Çıxışçılar artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar.

MEDİA:İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar açıq manipulyasiyadır

İyunun 5-də "middleeasteye.net" və "haaretz.com" informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiyadır.

"Report" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası "CNN"dən əsassız iddiaları sübut etməyi tələb edib.

"Report" xəbər verir ki, bu barədə komissiya bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, komissiya "CNN" transmilli media şirkətinin "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatının əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırır:

"İyunun 5-də "CNN" transmilli media şirkətinin "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatına yol verib.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu məlumatın Yaxın Şərqdə sülh prosesinə, habelə Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə yayıldığını və dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bəyan edir.

İlk növbədə qeyd olunmalıdır ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında "CNN" və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil.

Komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra "fürsətçi amplifikasiya" taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə "X", "Threads", "Facebook" və "Telegram" kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını alıb.

Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə "Soros Fondu"nun maliyyələşdirdiyi media layihələrdə fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir.

Müvafiq dövlət qurumlarımız tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, ölkəmizdə heç bir xarici dövlətin hərbi qüvvələri (qoşunları) və ya bazaları yoxdur və Azərbaycan Respublikasının ərazisindən üçüncü dövlətlərə qarşı hansısa qeyri-dost fəaliyyətlərin aparılması mümkün deyil.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya "CNN"-dən bu məqalənin əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırır.

Əks halda "CNN" doğrulanmamış və anonim mənbələrə söykənərək geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları, saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu oynadığını bir daha təsdiq etmiş olacaq".

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Azərbaycan Standartlaşdırma İnstitutunun 2026-cı il 26 may tarixli qərarı ilə "Məhkəmə ekspertizaları" standartlaşdırma üzrə Texniki Komitəsi (AZSTAND/TK 57) təsis edilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"da məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi qəbul edilib.

Yeni yaradılan Texniki Komitənin əsas fəaliyyət istiqamətlərinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan ISO və digər beynəlxalq standartların sistemli təhlili, dövlət standartları layihələrinin hazırlanması və peşəkar müzakirəsinin təşkili, onların aidiyyəti qurumlarla razılaşdırılması, qəbul edilmiş standartların dövlət reyestrinə və fonduna daxil edilməsi, habelə tətbiqini təmin edən metodiki sənədlərin işlənib hazırlanması daxildir.

Texniki Komitənin fəaliyyəti məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsinə, ekspertiza fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə töhfə verəcək.

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

2-ci dərəcəli "Əmək" ordeni ilə

Quliyev Zakir Bəybala oğlu

Məmmədov Etibar Kərim oğlu

3-cü dərəcəli "Əmək" ordeni ilə

Bəşirov Yaşar Miskin oğlu

Əliyev Siyah Əli oğlu

Fərzəliyev Mehrəli Məmməd oğlu

Qafarlı Adil Rzaquli oğlu

Nəsirov Əlizadə Vahid oğlu

Seyidov Mirkamil Miriş oğlu

"Tərəqqi" medalı ilə

Allahverdiyev Hüseyn Məmməd oğlu

Aşumova Nərminə Nazim qızı

Əhədi Yusif Məmmədağa oğlu

Əliyev Səxavət Qədimalı oğlu

Əliyev Taleh Həbulla oğlu

Həmidov Akif Dəyyam oğlu

Xanverdiyev İntiqam Yunus oğlu

Qasımov Zahid Süleyman oğlu

Qoçəliyev Vüsal Aslan oğlu

Paşayev Mehdi Paşa oğlu

Səfərov Emil Qanbay oğlu

Səmədov Vasif Abid oğlu

Vəliyev Yaşar Həsən oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Rüstəmov Oktay Musa oğlu.

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

CNN-in İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iyunun 5-də yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

Bildirilib ki, CNN özünün uydurduğu "mənbələrə" istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb:

"Dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edilir. Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib.

CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb".

Məlumata görə, dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan ərazisindən heç bir halda İrana qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır:

"Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik".

Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyunun 5-də Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a xidmətdən məlumat verilib.

Bildirilib ki, qəbulda 6 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib

Azərbaycanda təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı artıb və məsuliyyət dairəsi genişlənib.

"Report" xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırki İnzibati Xətalar Məcəlləsi 2016-cı ilin 1 mart tarixindən qüvvədə minib: "Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub. Ümumi balların sayı isə 54 olub. 2016-cı ildə sürücü sistemdəki bütün mümkün balların 37 faizini, yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi və bu nisbət o günün şərtlərinə tam mütənasib idi. Ancaq son 10 ildə yol hərəkət qaydaları, mikromobilliklə bağlı bir sıra hüquqi islahatlar keçirilib, dəyişikliklər olub və son 10 ildə balla qiymətləndirilən inzibati xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb".

Deputat vurğulayıb ki, həm xəta sayı, həm də ümumi bal həcmi təxminən iki dəfəyə yaxın artıb: "Demək, təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb və məsuliyyət dairəsi genişlənib. Ancaq limit yenə eynidir və bu o deməkdir ki, sürücü bu gün sistemdə bütün mümkün balların yalnız 22 %-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37 % olub. Və nəzərə alsaq ki, həmin orijinal 37 faizlik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır. Lakin məcəllənin çəkindirici qüvvəsini qorumaq, həm də cəzanın mütənasibliyini təmin etmək məqsədilə daha mühafizəkar mövqe tutaraq təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın. Yaxud yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir. Ancaq istənilən halda, bu məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırmalar aparmalıdır, təkliflər hazırlanmalıdır. Çünki bu təkcə limit məsələsi deyil, yeni yanaşma lazımdır. Və hazırda mediada belə bir səhv təəssürat formalaşdırılıb ki, bununla bağlı Milli Məclis hansısa bir layihə daxil olub və müzakirələr aparılır. Ona görə hesab edirəm ki, bununla bağlı, bu məsələ ilə bağlı məşğul olan, ixtisaslaşmış qurumlar təkliflər hazırlamalıdır, müzakirələr aparmalıdır".

Milli Observatoriya imtahandan azad olunan şəxslərin kateqoriyalarını elan edib

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil edilən imtahan prosesindən hansı namizədlərin azad olunduğu açıqlanıb.

"Report" xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər:

"Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, yüksəliş müsabiqəsinin finalçıları, həmçinin "Gənc Dost" könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildir".

F.Seyidşahqızı vurğulayıb ki, imtahan 100 dəqiqə davam edir:

"Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə – müsahibəyə buraxılırlar".

Mətbuat katibi onu da qeyd edib ki, müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluğu qiymətləndirilir.

Yasamal Rayon Prokurorluğunda "Açıq Qapı" günü keçirilib

Yasamal Rayon Prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə "Açıq Qapı" günü təşkil olunub.

"Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, habelə hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.

Tədbirdə çıxış edən Yasamal rayon prokuroru Elman Süleymanov qeyd edib ki, belə görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqun inkişafına, vətəndaşların hüquqi biliklərinin artırılmasına və prokurorluq orqanlarına ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir.

O, rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlər, vətəndaş müraciətlərinə baxılması mexanizmləri və qanunun aliliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında müasir idarəetmə prinsiplərinin tətbiqi, rəqəmsal transformasiya istiqamətində görülən işlər, "Elektron prokurorluq" informasiya sisteminin imkanları və ictimaiyyətlə kommunikasiyanın təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş yönümlülük, şəffaflıq və innovativ yanaşmalar əsas prioritetlər sırasındadır.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən iştirakçılara fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılar Yasamal rayon prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və fəaliyyəti barədə məlumat əldə ediblər. Həmçinin "Elektron prokurorluq" informasiya sisteminin funksional imkanları nümayiş etdirilib, müasir kriminalistik texnika və avadanlıqların istintaq prosesində istifadəsi barədə əyani təqdimat keçirilib.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb və xatirə fotoşəkli çəkdirilib.

Yasamal Rayon Prokurorluğunda əmək hüquqlarının müdafiəsinə dair seminar keçirilib

Yasamal Rayon Prokurorluğunun inzibati binasında "Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, seminarda prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.

Tədbirin əsas məqsədi əmək hüquqlarının müdafiəsi sahəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların əmək hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, habelə media və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və hüquqi maarifləndirmənin artırılması olub.

Seminarı giriş sözü ilə açan Yasamal rayon prokuroru Elman Süleymanov əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, əmək hüquqlarının pozulması hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən görülən tədbirlər və vətəndaş müraciətlərinə baxılması təcrübəsi barədə məlumat verib.

Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlərin ictimaiyyətə operativ və düzgün çatdırılmasının əhəmiyyətindən danışıb, media ilə səmərəli əməkdaşlığın və ictimai məlumatlandırmanın bu sahədə mühüm rol oynadığını qeyd edib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev isə əmək qanunvericiliyinin pozulması ilə bağlı müraciətlərə baxılması, əmək hüquqlarının bərpası istiqamətində görülən tədbirlər və prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi profilaktik fəaliyyət barədə məlumat verib.

Seminar çərçivəsində əmək hüquqlarının müdafiəsində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti, hüquqi maarifləndirmənin genişləndirilməsi və əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti müzakirə olunub.

Tədbir interaktiv formatda davam etdirilib, iştirakçılar mövzu ətrafında çıxış edərək suallar ünvanlayıb və fikir mübadiləsi aparıblar.

Natiq Qasımova həsr edilmiş "Düşmənə qarşı tək" filminin təqdimatı keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellektlə hazırlanmış "Düşmənə qarşı tək" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, "Bakı Media Mərkəzi"nin maliyyə dəstəyi ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri və qazilər, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən "Soy Production"un rəhbəri, Əməkdar artist Dilarə Əliyeva bildirib ki, "Düşmənə qarşı tək" şirkətin istehsal etdiyi sayca üçüncü süni intellekt filmidir. Onun sözlərinə görə, ekran işi süni intellekt texnologiyaları əsasında hazırlansa da, əsas məqsəd N. Qasımovun həyat yolunu və qəhrəmanlığını tamaşaçılara çatdırmaq olub.

D. Əliyeva qeyd edib ki, N. Qasımov vaxtilə Mingəçevir kinoteatrında kinomexanik çalışıb və kinoya böyük maraq göstərib. O, filmin təqdimatının qəhrəmanın xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn isə N. Qasımov haqqında film çəkməyin uzun illər arzuladığı layihələrdən biri olduğunu bildirib. O qeyd edib ki, filmdə əks olunan hadisələrin böyük hissəsi real faktlara əsaslanır və Xocalı faciəsi zamanı baş verən hadisələri özündə əks etdirir. S. Hüseyn süni intellekt vasitəsilə emosiyaların tamaşaçıya çatdırılmasının çətin olduğunu desə də, yaradıcı heyətin bu vəzifənin öhdəsindən gəldiyini bildirib.

Filmin redaktoru Fariz Əliyev çıxışında süni intellekt texnologiyalarının kino sahəsində yeni imkanlar yaratdığını vurğulayıb.

Daha sonra N. Qasımovun qardaşı Nofəl Qasımlı qəhrəmanla bağlı xatirələrini bölüşərək onun Vətənə sədaqətindən və göstərdiyi şücaətdən danışıb.

Tədbirin sonunda "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub.

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Naxçıvan şəhərində iyunun 5-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından qidalanan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.

Təmir işlərinin məqsədi yenidənqurma çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, həmçinin yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Bu səbəbdən iyunun 5-də saat 13:00-dan 15:00-dək Heydər Əliyev prospekti, Vüqar Qasımov və Afiyyəddin Cəlilov küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 16-da saat 10:00-da Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında baş tutacaq.

Qətər Əmiri İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".

Bir qrup din xadimi Qarabağ və Şərqi Zəngəzurdakı məscidləri ziyarət edib

Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar.

Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar, eləcə də işğaldan azad olunduqdan sonra həmin dini-mədəni irs nümunələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.

Ziyarətlərdə işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş tarixi-dini abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində dövlət tərəfindən görülən sistemli tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr icra olunur. Fondun dəstəyi ilə bölgədə yerləşən dini abidələrin, ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.

Azərbaycanın ən yaşlı sakini 136 yaşında ölüb

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib.

"Report"un Cənub bürosunun məlumatına görə, ölkənin ən yaşlı sakini olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Əslən Yardımlı rayonundan olan T.Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb, 4 övladı olub.

Şuşa və Xankəndidə arxeoloji qazıntılar üçün xüsusi proqram hazırlanır

Hazırda Şuşada və Xankəndidə ilkin kəşfiyyat işləri aparmaqla qazıntılar təşkil etmək üçün proqram yaradılır.

"Report" xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.

Onun sözlərinə görə, Şuşa və Xankəndi arxeoloji ekspedisiyası formalaşdırılır:

"İşğaldan azad olunmuş ərazilərdə ekspedisiya prosesini ləngidən səbəblərdən biri minaların çoxluğudur. Həmçinin bu bölgələrdə lazımı infrastruktur yoxdur. Hazırda beynəlxalq əməkdaşlıqlar edirik. Bu istiqamətdə işlərimiz davam etdiriləcək".

Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq

Ötən il Tağlar mağarasında tapılan neandertal insan qalığının analiz nəticələri bu il açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.

Onun sözlərinə görə, həmin arxeoloji fakt Yaponiyada analiz mərhələsindədir:

"Analiz nəticəsində onun yaşı, cinsi və s. müəyyən ediləcək. Bu fakt təsdiqlənərsə, 1968-ci ildə Azıx mağarasında tapılan ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".

Xatırladaq ki, ötən il Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə aparılan arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni paleontropoloji qalığı tapılıb.

Səbinə Əliyeva vətəndaşları qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyunun 3-də Bakı şəhərində növbəti qəbul keçirib.

Bu barədə "Report"a Ombudsman aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman müraciət etmiş şəxsləri fərdi qaydada qəbul edib, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən "916" Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Ramin Məmmədov: Azərbaycançılıq keçmişimizin mənəvi kodu və gələcəyimizin ideoloji yol xəritəsidir

Azərbaycançılıq ölkənin keçmişinin mənəvi kodu və gələcəyinin ideoloji yol xəritəsidir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə keçirilən "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və daha geniş şəkildə təbliği hər kəsin üzərinə düşən başlıca vəzifədir:

"Tarix boyu xalqımızın milli birlik və dövlət quruculuğu arzularını davam etdirən ideyalar müasir dövrdə Azərbaycançılıq məfkurəsində özünün ən dolğun ifadəsini tapıb. Azərbaycançılıq həm keçmişimizin mənəvi kodu, həm də gələcəyimizin ideoloji yol xəritəsidir. Etnik mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq bütün azərbaycanlıları vahid Vətən və dövlət mənafeyi ətrafında birləşdirən güclü platformadır.

Əldə olunan nəticələr göstərir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji xətt zamanın sınağından uğurla çıxıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və nailiyyətlərlə təkmilləşərək ölkəmizin hərtərəfli inkişafının, birliyimizin əsas dayaqlarından birinə çevrilib. Müasir dövrün çağırışları fonunda Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi, daha geniş şəkildə təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər birimizin üzərinə düşən başlıca vəzifədir. Biz milli düşüncəni hər bir xalqın inkişaf yolunu müəyyən edən və möhkəmləndirən əsas mənəvi-siyasi sistem kimi qəbul edirik".

Komitə sədri qeyd edib ki, bu gün ölkədə dini etiqad azadlığının təmin olunması milli-mənəvi dəyərlərə verilən yüksək önəmin göstəricisidir:

"Vahid milli məfkurə dövlətçilik əqidəsinin möhkəmləndirən güclü mexanizm rolunu oynayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, zəngin mədəni mühitdə formalaşmış inanc sisteminin mərkəzində məhz genetik şüurumuzu əks etdirən ideallar dayanır. Xalqımızın dərin tarixi keçmişinin qorunması, sistemli şəkildə öyrənilməsi və təbliğini nəzərdə tutun dövlət siyasətinin prioritetlərindən biri də din sahəsidir.

Azərbaycanda din ictimai həmrəyliyi möhkəmləndirən vacib amillərdən biri kimi çıxış edir. Eyni zamanda dini baxışların siyasi məqsədlər üçün sui-istifadəsinə qarşı ictimaiyyətdə qətiyyətli mövqe formalaşıb".

Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilib - YENİLƏNİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 4-də Şəkidə "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfrans təşkil olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın əvvəlindəı Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası xalqın birliyinin, dövlətçilik ənənələrinin, o cümlədən milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində müstəsna rol oynayır.

O qeyd edib ki, bu ideologiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə tolerantlıq mühitinin və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının tarixi inkişaf yolunda formalaşan milli birlik, dövlətçilik və vətənpərvərlik ideyaları bu gün Azərbaycançılıq məfkurəsində öz dolğun ifadəsini tapır. Aqeyd edib ki, Azərbaycançılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid dövlət maraqları ətrafında birləşdirən əsas ideoloji platformadır. Komitə sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilir.

Dövlət Komitəsinin sədri Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə yaradılan şərait və tarixi-dini abidələrin bərpasının dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi olduğunu deyib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun zəngin dini-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, tolerantlıq, qarşılıqlı hörmət və həmrəyliyin Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu dəyərlər Vətən müharibəsi dövründə xalqın nümayiş etdirdiyi birlik və dövlətə sədaqətdə öz parlaq ifadəsini tapıb. R.Məmmədov dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının və qarşılıqlı hörmət mühitinin Azərbaycançılıq məfkurəsinin uğurlu təcəssümü olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycançılıq ideologiyasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından etibarən formalaşaraq bir əsrdən artıq müddətdə xalqın milli kimliyinin, birliyinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından birinə çevrildiyini qeyd edib. O bildirib ki, müxtəlif tarixi sınaqlara baxmayaraq, bu ideologiya xalqın yaddaşında qorunub saxlanılıb, Azərbaycanın müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində mühüm rol oynayıb. Deputat, eyni zamanda, belə tədbirlərin cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının daha geniş təbliği və gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində tolerantlıq və multikulturalizm dəyərləri daha da möhkəmlənib, ölkə bu sahədə beynəlxalq miqyasda nümunə kimi tanınır. Deputat konfrans çərçivəsində müzakirə olunacaq mövzuların milli-mənəvi dəyərlərin qorunmasına və dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini də ifadə edib.

Tədbir "Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi" və "Ənənə, din və milli kimlik" mövzuları üzrə panel müzakirələrlə davam etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 4-də Şəkidə "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfrans təşkil olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Regional konfransın məqsədi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin ideoloji əsaslarını təşkil edən Azərbaycançılıq məfkurəsinin inkişafındakı müstəsna xidmətlərinin, bu ideologiyanın dövlətçilik ənənələri və mənəvi dəyərlərin qorunmasındakı rolunun təbliğidir.

Bununla yanaşı, konfransda Azərbaycançılıq ideologiyasının müasir dövrdə üzləşdiyi yeni çağırışlar, qloballaşma prosesləri və informasiya texnologiyalarının inkişafı şəraitində mənəvi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məsələləri ilə bağlı müzakirələr aparılacaq.

"Baku TV"də Böyük Qayıdışa həsr olunan yeni layihəyə start verilib

"Baku TV" Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən birinə həsr olunan yeni sənədli film layihəsinə start verib.

"Report" xəbər verir ki, "Gör nələri qaytarmışıq" adlanan layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin tarixi, strateji, iqtisadi və mədəni əhəmiyyəti, işğal nəticəsində Azərbaycanın hansı sərvətlərdən və dəyərlərdən məhrum qaldığı araşdırılır.

Layihə tamaşaçılara yalnız itkilərimizi deyil, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində geri qaytarılan torpaqları, sərvətləri, tarixi irsi və yenidən canlanan həyatı göstərməyi qarşısına məqsəd qoyur. Bu mənada film silsiləsi Azərbaycanın nələri itirdiyini və bu gün nələri geri qazandığını bir daha ortaya qoyur.

Layihənin ilk filmi "Gör nələri qaytarmışıq… Qarabağın şimal qapısı – Ağdərə" adlanır.

Film Ağdərənin zəngin təbiətindən, strateji əhəmiyyətindən, işğal illərində yaşadığı ağır taledən və Vətən müharibəsindən sonra başlayan yeni həyatından bəhs edir.

Sənədli filmdə Sərsəng su anbarı, Suqovuşan, Talış, Həsənriz, Çapar, İmarət-Qərvənd və digər yaşayış məntəqələri haqqında geniş məlumat təqdim edilir, bölgədə aparılan yenidənqurma işləri, həyata qayıdan kəndlər və doğma yurdlarına dönən sakinlərin hekayələri ekranlaşdırılır.

Layihənin əsas məqsədi yalnız azad edilmiş torpaqları göstərmək deyil. Məqsəd Azərbaycan xalqına və dünya ictimaiyyətinə bir daha xatırlatmaqdır ki, biz yalnız əraziləri yox, həm də tariximizi, yaddaşımızı, həyatımızı və gələcəyimizi geri qaytarmışıq.

Daha ətraflı videoda:

Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY

Azərbaycan Konstitusiyasının preambulasına əsasən, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali niyyətlərindən, ana qanunumuzun 12-ci maddəsinə görə isə ölkənin vətəndaşlarına layiqli həyat səviyyəsininin təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi təsbit olunub.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin mərkəzində hər zaman insan amili, Azərbaycan vətəndaşı, xüsusilə də doğma yurdundan didərgin salınmış məcburi köçkünlər dayanıb:

"Məhz bu prizmadan yanaşsaq, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"ndə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik layihəsi təkcə hüquqi-texniki tənzimləmə deyil, ölkəmizin son 30 ildə həyata keçirdiyi uğurlu, humanist və strateji siyasətin təntənəsi və hüquqi bazisin yeni dövrün reallıqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər".

O qeyd edib ki, Azərbaycan dövləti 30 ildən artıq bir dövrdə məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşıb, bu insanların bütün sferaları əhatələyən sosial müdafiəsinin fasiləsiz olaraq təmin olunması məqsədilə Milli Məclis tərəfindən 11 qanun, Prezident tərəfindən 2004–2019-cu illər ərzində 75 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul edilib:

"Həmçinin Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Bu çərçivədə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentin daim diqqət mərkəzində olub, 19 il əvvəl ölkədəki 12 çadır düşərgəsi və yük vaqonlarından ibarət qəsəbələr, 10 il öncə isə sonuncu fin tipli qəsəbə tamamilə ləğv edilib, 121 yeni qəsəbə və müasir yaşayış kompleksinin inşası ilə 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti müasir standartlara uyğunlaşdırılıb".

Deputat əlavə edib ki, işğal dövrü geridə qalıb, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb:

"Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də ifadə olunduğu kimi, Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması zəruri olduğu üçün Böyük Qayıdış Zəfərdən sonra qarşımızda duran ən büyük vəzifə kimi müəyyənləşib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı və artıq 80 mindən çox soydaşımızın Qarabağ və Şərqi Zəngəzura dayanıqlı və əbədi formada döndüyü şəraitdə xüsusi sosial dəstək mexanizmlərinin müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi və dövlətin sosial siyasətində "xüsusi müdafiə mexanizmlərindən dayanıqlı inteqrasiya modelinə" keçid reallaşır".

Yeni qanun layihəsi də ilk növbədə bu hədəflərə fokuslanıb və çoxşaxəli tezisləri, o cümlədən Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir. Məhz bu çərçivədə qanun layihəsi hazırkı unikal situasiyada vətəndaşlarımızın mülkiyyət hüququnun tam bərpası üçün çox sadə, eyni zamanda effektiv, çevik və fundamental model ortaya qoyaraq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu" yaradılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinə ediləcək dəyişikliklə bu Fonda daxil olan ev və mənzillər məcburi köçkünlərin köçürülməsi üçün istifadə olunacaq. Yeni mexanizm doğma yurdlarına qayıdan vətəndaşlarımızın dövlət tərəfindən təmin olunduğu ev və ya mənzil üzərində mülkiyyət hüququnun dərhal təmin edilməsinə imkan yaradır. Daha aydın dillə desək, həmin yaşayış sahəsi dərhal keçmiş məcburi köçkünlərin özəl mülkiyyətinə çevrilir.

Bəhruz Məhərrəmov əlavə edib ki, son 6 ilə yaxın bir dövrdə məcburi köçkün yox, "keçmiş məcburi köçkün" ifadəsinə haqlı olaraq daha çox üstünlük verilir və bu təbəqə üçün 30 il əvvəl müəyyən edilmiş və zamanla təkmilləşmiş hüquqi statusa yenidən baxılması, məcburi köçkün statusunun itirilməsi hallarının yeni şəraitə uyğun formada konkretləşməsi vacibdir:

"Bu mürəkkəb prosesə çox ədalətli və humanist yanaşmanın ehtiva olunduğu cari qanun layihəsi də nəzərdə tutur ki, şəxs işğaldan azad edilmiş ərazilərə köçürüldüyü andan, habelə dövlət tərəfindən təklif olunan yaşayış yerindən imtina etdiyi andan etibarən məcburi köçkün statusunu itirmiş sayılsın. Eyni zamanda qanun qüvvəyə minənədək artıq köçürülmüş şəxslər üçün isə status bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv olunsun.

Təbii ki, bu mərhələdə də həm keçmiş məcburi köçkünlərin mənzil hüquqları qorunur, həm də prosesin ləngiməməsi üçün ədalətli balansın tapılmasına xüsusi diqqət yetirilib və dövlətin köçürülmə ilə bağlı öhdəliyi vətəndaşa müəyyənləşdirilmiş ölçüdə yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab edilir.

Üstəlik, dövlət bu prosesdə də humanizm və sosial həssaslıq prinsiplərini rəhbər tutaraq, humanist mövqeyini qoruyaraq məcburi köçkünlər üçün güzəştlərin birdən-birə ləğv olunmasını məqbul hesab etməyərək, yeni yaşayış şəraitinə uyğunlaşmasına yumşaq keçid imkanı yaradan 3 illik keçid dövrü müəyyənləşdirir. Daha dəqiq desək, sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra daha 3 il müddətində davam edəcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə bu 3 illik müddət köçürüldükləri real tarixdən hesablanır. Habelə məcburi köçkün statusu ilə ödənişli əsaslarla ali məktəblərə qəbul olunmuş gənclərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi vətəndaş statusunu itirsə belə, təhsil müddətinin sonunadək davam etdiriləcək".

Deputat bildirib ki, BMT-yə üzv olan 40 dövlətin, o cümlədən Qətər, Livan, Monteneqro kimi ölkələrin ərazisindən daha böyük, həm də minalarla ciddi formada çirklənmiş bir əraziyə ləyaqətli və təhlükəsiz, habelə yüksək standartlara cavab verən formada həyat qaytarmaq, "Azərbaycan modeli"nin yaradılması təsadüf sayıla bilməz:

"İlham Əliyev qəti formada hesab edir ki, qayıdış formal xarakter daşımamalı, vətəndaşların əbədi məskunlaşması üçün hərtərəfli təhlükəsiz və layiqli yaşayış, müasir infrastruktur, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıqda ehtiva olunan əlverişli həyat şəraitinin yaradılması əsas direktiv olmalıdır. Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən ümumi sosial dəstək siyasəti də məhz bu prizmadan transformasiya edərək şəxsin statusundan asılı olmayan digər bütün sosial müdafiə mexanizmləri - ünvanlı sosial yardım, aktiv məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, eləcə də reabilitasiya və sosial inteqrasiya proqramları formasında ehtiyacı olan hər bir vətəndaş üçün əlçatanlığı qorunmaqla qüvvədə qalacaq".

Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

"Report"un məlumatına görə, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçib.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarılıb

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Həsən oğlu Axundov vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev bununla bağlı əmr imzalayıb.

Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər

Tarixi zəfərimizdən sonra indi də Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin şahidiyik. Hazırda bu qayıdış prosesi ilə birbaşa bağlı olan, strateji əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elman Nəsirov deyib.

"Bütün dünya görür ki, Azərbaycan qurucu dövlətdir. Hazırda geri qayıdan 85 min insanın arasında tələbələr, orada işləyən şəxslər və birbaşa daimi məskunlaşan sakinlər var. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas özəlliyi mənzillərin vətəndaşlara mülkiyyət hüququ ilə verilməsinin hüquqi baxımdan təsbit edilməsidir. Bu qanunla vətəndaşlarımız artıq tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər. Bu, olduqca vacib məsələdir.

Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir

Bu gün biz fəxarət hissi ilə qeyd edə bilərik ki, Böyük Qayıdış uğurla icra olunmaqdadır. Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə genişmiqyaslı bərpa-quruculuq işlərə aparılır.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, torpaqlarımız minalardan və partlamamış hərbi sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb. Burada qeyd olunduğu kimi, artıq 10 şəhər, 3 qəsəbə və 31 kənd olmaqla 44 yaşayış məntəqəsində Böyük Qayıdışa start verilib və 85 mindən çox soydaşımız artıq Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir.

Sədr müavini qeyd edib ki, bu gün təqdim olunan Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkəmizin hazırkı tarixi mərhələsində qarşımızda duran ən mühüm vəzifənin, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkələndirmək məqsədi daşıyır. Bu dəyişikliklər birbaşa işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların daimi məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.

Dövlət Komitəsinin sədr müavini: Böyük Qayıdış 5 milli prioritetdən biridir

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, eyni zamanda, yüz minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, dünya praktikasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biridir.

Səkinə Əliyeva: İllərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır

İşğaldan azad olunmuş ərazilərə qayıtma və mülkiyyət hüququnun verilməsi ayrıca hüquqi aktla, yəni Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş qayda ilə tənzimlənəcək. Əsas məsələ budur.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi rəisinin müavini Səkinə Əliyeva deyib.

O bildirib ki, Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin həqiqətən geniş mənəvi bir tərəfi var. Çünki illərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır.

Fuad Hüseynov: Məcburi köçkün və qaçqınlarımız ötən 30 il müddətində dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, iki dövlət proqramının icrası çərçivəsində məcburi köçkün və qaçqınlar üçün ölkəmizin 30 şəhər və rayonlarında 121 yeni qəsəbə və bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 62 min məcburi köçkün ailəsi, 300 mindən çox soydaşımız həmin qəsəbələrdə, yaşayış komplekslərində mənzillərlə təmin olunub. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.

Eyni zamanda, qanunvericilik sahəsində də çox mühüm addımlar atılıb. Qaçqınlardan fərqli olaraq ölkə daxilində köçürülmüş şəxslərlə bağlı beynəlxalq praktikada imperativ xarakter daşıyan heç bir beynəlxalq konvensiyası mövcud deyil və yeganə sənəd "Daxili yerdəyişmə üzrə rəhbər prinsiplərdir" ("Guiding Principles on Internal Displacement") ki, o da "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edildikdən sonra təsdiqlənib. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək ardıcılıqla davam etdirilib.

Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir

Dövlətimiz regionlarımızın, Qarabağın və Şərqi Zəngəzurun inkişafında çox böyük işlər görməkdədir. Müasir şəhərlərin, qəsəbələrin salınması və 30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir. Dəyərli bir dövr yaşayırıq. İnsanların qayıdışı, müvəqqəti sözündən xilas olması, əbədi olaraq öz ata-baba, dədə-baba torpaqlarına qayıdışı çox şərəflidir.

Deputat: Uğurla reallaşan Böyük Qayıdış ciddi tarixi hadisədir

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Bəhruz Məhərrəmov deyib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Bu qayıdış çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir tarixi hadisədir", deyə o bildirib.

Qərbi Azərbaycana qayıdış mövzusunda panel sessiya keçirilib

"Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfrans çərçivəsində "Qayıdış və regionun yeni sülh arxitekturası" adlı panel sessiya keçirilib.

"Report" xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Mišković deyib ki, dünyada hazırda baş verən müharibələr hər kəsə təsir edir.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım vurğulayıb ki, doğma torpağında didərgin düşmək bütün insanlar üçün ağır durumdur.

Şamil Ayrım Azərbaycan-Ermənistan arasında sülh prosesinə toxunaraq qeyd edib ki, sülh önəmlidir:

"Azərbaycan bu yöndə hərtərəfli addım atır. Beynəlxalq qanunlar da Qərbi Azərbaycana qayıdışı təsdiqləyir. Hazırda iki ölkə arasında sülh prosesində müsbət addımlara doğru irəliləyir. Azərbaycan və bölgə xalqları da bu sülhdən faydalanacaq. Bu səbəbdən sülh önəmlidir".

Qərbi Kaspi Universitenin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Şiraz Mehmood Xan Qeyd edib ki, Azərbaycan dünyanın müxtəlif sahələrində ticari fəaliyyətini həyata keçirir:

O qeyd edib ki çox mühüm bir yüksələn güc olan Azərbaycan, əslində, həm də bir keçid nöqtəsidir və Asiya ilə Qərbin kəsişməsində yerləşir:

"Azərbaycan təkcə Qərb ölkələrini enerji ilə təmin etmir və ya onlara bağlantı imkanları yaratmır. Azərbaycanda baş tutan böyük tədbirlər göstərir ki, bu ölkə yalnız yaxşı bir orta güc deyil, eyni zamanda dünyanın çox vacib ekoloji problemlərinə və şəhərsalma ilə bağlı mühüm məsələlərə də diqqət yetirir".

YENİLƏNİR

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh yönündə önəmli addımlar atdı:

" Sülhün özü ədalət deməkdir. Biz istəyirik ki, sülh uzunmüddətli olsun. Biz təhlükəsizliyi zəmanət altına almalıyıq".

Sessiya sual-cavabla davam edib.

Azay Quliyev: Yeni qanun layihəsi Azərbaycan vətəndaşının mülkiyyət hüququnun ən ali səviyyədə bərpasına xidmət edir

Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi sosial baxımdan çox önəmlidir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycan vətəndaşının konstitusion və mülkiyyət hüququnun ən ali səviyyədə bərqərar və bərpa olunması deməkdir:

"Yenə də dövlətimizin çox ağıllı və müdrik bir yanaşmasını görürük. Sosial tədbirlər həmin məcburi köçkünlük statusunun itirilməsi günündən sonra üç il müddətində davam edir. Bu, ondan xəbər verir ki, dövlətimiz yenə də vətəndaşlarına qucaq açır, sahib durur və qarşıda olan üç il müddətində onların ən müxtəlif sahədə sosial qayğı, məşğulluq tədbirləri ilə bərabər, bu statusu saxlayır".

Vüqar Bayramov: 2021-2025-ci illərdə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard 654 milyon manat ayrılıb

Vətən müharibəsində qazanılan Zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb. Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat , 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat xərclənib. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 2026-cı il öhdəliyi nəzərə alınmaqla 25 milyard manatdan çox vəsait ayrılır. Vətən müharibəsindən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir.

Böyük Qayıdış prosesində vətəndaş məmnunluğu və sosial təminat dövlət siyasətinin əsas prioritetidir

Azərbaycan dövləti hər zaman məcburi köçkün ailələrinin sosial müdafiəsini, rifahını və layiqli həyat şəraitinin təmin olunmasını prioritet vəzifələrdən biri kimi müəyyən edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş soydaşlarımız dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

O bildirib ki, bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı uğurla icra olunur. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən bu nəhəng fəaliyyətin, aparılan bu uğurlu dövlət siyasətinin əsas məqsədi 30 ildən artıq düşmən tapdağı altında qalan doğma torpaqlarımızı yenidən dirçəltməklə bərabər, vətəndaşlarımızın öz yurd-yuvalarında dayanıqlı məskunlaşmasını, məşğulluğunu və sosial-iqtisadi inteqrasiyasını təmin etməkdir.

Deputat qeyd edib ki, insan kapitalının gücləndirilməsini hədəfləyən dövlət siyasəti və bu siyasətdən irəli gələn yeni qanun layihəsi bunu deməyə əsas verir ki, dövlətin sosial dəstək siyasəti gələcəkdə də davam edəcək.

Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil imkanları və digər sosial müdafiə mexanizmləri bundan sonra da vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməyə davam edəcək. Böyük Qayıdış prosesində insan amili, vətəndaş məmnunluğu və sosial təminat dövlət siyasətinin əsas prioritetləri olaraq qalır. Məcburi köçkün statusu və ona tətbiq olunan sosial dəstək mexanizmlərinin qanunvericiliyə uyğun şəkildə yenidən tənzimlənməsi də məhz bu yeni reallıqların nəticəsidir. Məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışı yalnız tarixi ədalətin bərpası deyil, həm də sosial rifahın, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması deməkdir.

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir - TƏHLİL

Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini hər zaman öz siyasətinin prioritet istiqamətlərindən biri hesab edib.

"Report" AZƏRTAC-ın redaksiya məqaləsini təqdim edir:

Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub.

Humanitar böhran və dövlətin strateji prioritetləri

Məcburi köçkünlərin üzləşdiyi sosial, iqtisadi və digər humanitar problemlərin sistemli şəkildə həlli istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib və möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-2019-cü illərdə 75 Fərman və Sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Bu hüquqi bazanın mərkəzində dayanan əsas strateji sənədlərdən biri də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" olub. Bu proqram sonrakı illərdə icra olunacaq genişmiqyaslı layihələrin yol xəritəsini müəyyən edib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin ən böyük maliyyə tutumlu istiqaməti olub. Belə ki, 1990-cı illərin ağır mirası olan çadır düşərgələrinin və digər yararsız sığınacaqların mərhələli şəkildə ləğvi humanitar fəaliyyətin əsas hədəfinə çevrilmişdi. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edildi. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırıldı.

Məcburi köçkünlərin mənzil təminatının köklü həlli məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi tikilərək istifadəyə verildi. Görülən bu genişmiqyaslı tikinti-infrastruktur işləri nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox vətəndaşın mənzil-məişət şəraiti tamamilə yeniləndi və müasirləşdirildi.

Dövlət dəstəyi tədbirləri təkcə mənzil təminatı ilə məhdudlaşmadı, vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması üçün vahid aylıq müavinət də daxil olmaqla, çoxşaxəli sosial yardım alətləri tətbiq edildi. Xüsusilə insan kapitalının qorunması, məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanıldı. Bu sahədə tətbiq edilən güzəştlər gənclərin ali təhsildən kənarda qalmasının qarşısını aldı. Buna ən bariz nümunə kimi, 2025-2026-cı tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olunmuş 3923 məcburi köçkün statuslu tələbənin təhsil xərclərinin tamamilə dövlət büdcəsi hesabına qarşılanmasını göstərmək olar.

Postmünaqişə reallıqları və Böyük Qayıdış proqramı

Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra isə bu dövlət qayğısı, sadəcə, forma dəyişməyib, həm də mahiyyətcə daha böyük və keyfiyyətcə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətin ən mühüm strateji prioritetlərindən biri olan Böyük Qayıdış dövlət proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən müasir şəhərsalma standartlarına cavab verən, yaşıl enerji zonası elan edilmiş "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları sürətlə reallığa çevrilir. Bu, Böyük Qayıdışın ən mühüm və qürurverici tərəfi isə illərdir çiyinlərdə daşınan o ağır yükün – "məcburi köçkün" ifadəsinin artıq tarixə qovuşmasıdır. Çünki 30 il boyunca düşmən tapdağı altında inildəyən yurd yerlərimiz artıq azad nəfəs alır, viran qoyulmuş müqəddəs torpaqlarımız milli memarlıq üslubunda yenidən dirçəlir. Uzunmüddətli yurd həsrətinə son qoyaraq öz ata-baba ocaqlarına ləyaqətlə və təhlükəsiz şəraitdə qayıdan bu ailələrin hər biri üçün dövlətin bütün inzibati, texniki və maliyyə resursları maksimum səviyyədə səfərbər edilib.

Doğma yurduna ayaq basan hər bir vətəndaşın təkcə mənzil təminatı diqqətdə saxlanılmır, həm də yeni iş yerləri, geniş istehsalat və kənd təsərrüfatı potensialı yaradılır. Məhz bu tarixi Qələbə və torpaqlara qayıdış reallığı onu şərtləndirir ki, keçmiş məcburi köçkün statusu və indiyədək müvəqqəti xarakter daşımış xüsusi sosial dəstək mexanizmləri yeni dövrün tələblərinə, vətəndaşın mülkiyyətçi kimi güclənməsi fəlsəfəsinə uyğun olaraq müvafiq qanunvericilik çərçivəsində yenidən, daha mükəmməl formada tənzimlənsin.

Beləliklə, Azərbaycan dövləti öz vətəndaşını həm çətin sınaq dövründə tək qoymadı, həm də bu gün onların öz doğma yurdlarında firavan yaşayışını ən yüksək səviyyədə təmin etməkdədir. Dədə-baba yurdlarına qayıdan vətəndaşlar dövlət tərəfindən ən müasir standartlara cavab verən hazır yaşayış sahələri (mənzillər və fərdi evlər) ilə təmin olunurlar. Paralel olaraq, onların rahat, təhlükəsiz yaşayışı üçün zəruri olan bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, müasir xəstəxanalar, məktəblər və bağçalar sıfırdan yaradılır. İnfrastruktur layihələri ilə yanaşı, insanların yeni iqtisadi mühitə adaptasiyasını təmin etmək üçün məşğulluq proqramları və sosial xidmətlər də əlaqəli şəkildə həyata keçirilir. Ən əsası, vətəndaşların yeni yaşayış şəraitinə tam və rəvan uyğunlaşmasına dəstək göstərmək məqsədilə sosial müdafiə tədbirləri keçid dövründə də kəsilmədən, ardıcıl olaraq davam etdirilir.

Yeni hüquqi tənzimləmələr və keçid dövrünün idarə edilməsi

Azərbaycan dövlətinin sosial siyasət prioritetlərinə və mövcud qanunvericilik çərçivəsinə uyğun olaraq, işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir.

Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər məcburi köçkün statusuna bağlı olmayan sosial müdafiə mexanizmləri qüvvədə qalır.

Bu islahatlarla dövlətin sosial siyasətində müvəqqəti rejimdən dayanıqlı inteqrasiya modelinə keçid reallaşır. Dövlətin sosial müdafiə sistemi tək bir statusla məhdudlaşmır və çoxsəviyyəli mexanizmlərə əsaslanır. Bu səbəbdən, Böyük Qayıdış çərçivəsində vətəndaşların rifahı və sosial təminatı yenə də prioritet istiqamət olaraq qalır - statusun itirilməsindən asılı olmayaraq dövlətin məşğulluq proqramları, ünvanlı sosial yardım, mənzil təminatı, təhsil, səhiyyə dəstəyi, reabilitasiya və sosial-iqtisadi inteqrasiya mexanizmləri vasitəsilə ailələrə göstərilən genişmiqyaslı dəstək tədbirləri davamlı şəkildə qüvvədə saxlanılır.

Humanitar idarəçilikdən dayanıqlı inkişafa doğru

Məcburi köçkünlərlə bağlı həyata keçirilən bu hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Dövlətin sosial dəstək mexanizmlərinin yeni mərhələnin çağırışlarına uyğunlaşdırılması humanitar böhran idarəçiliyindən dayanıqlı və müasir inkişaf modelinə keçidin ən bariz göstəricisidir. Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün yeni reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır. Artıq əsas məqsəd vətəndaşların müvəqqəti məskunlaşma şəraitində deyil, öz doğma torpaqlarında dayanıqlı və firavan həyat qurmalarını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir yaşayış məntəqələri, geniş sosial infrastruktur və məşğulluq imkanları bu məqsədin uğurla həyata keçirildiyini göstərir. Eyni zamanda, keçid dövründə sosial müdafiə tədbirlərinin davam etdirilməsi dövlətin vətəndaş amilinə verdiyi yüksək dəyərin təzahürüdür. Bu yeni strateji mərhələdə doğma yurdlarına köçən vətəndaşların müasir standartlara cavab verən daimi yaşayış sahələri ilə tam təmin olunması dövlət siyasətinin mərkəzində dayanır. Beləliklə, Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışı deyil, həm də onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf perspektivlərinin təmin olunması deməkdir. Bu proses Azərbaycanın sosial dövlət modelinin gücünü və vətəndaşına göstərdiyi ardıcıl qayğını bir daha nümayiş etdirir.

Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur

Avropa İnsan Hüquqları Məhkəməsi zamanında məcburi köçkünlərin mülkiyyət hüququnun pozulması ilə bağlı qərarlar qəbul edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, amma onun icra mexanizmi məhz bu gün yaradılır:

"Xüsusi təyinatlı mənzil fondunun bu yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur. Bu, çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyət hüququnun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına tapşırılır".

O bildirib ki, bu, Azərbaycanda insan hüquqlarının təntənəsidir. Layihə konseptual baxımdan çox vacibdir, həm hüquqi, həm sosial müdafiə, həm insan hüquqları baxımdan olduqca əhəmiyyətlidir.

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

Zahid Oruc: "Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar

Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni Böyük Qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırki akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcək. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib Yüz İlin başlandığını göstərən əsas milli ideyadır.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, Mənzil Məcəlləsinə edilən dəyişikliklə yaradılacaq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu"na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.

"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq. Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər. Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir.

Komitə sədri qeyd edib ki, otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.

Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, bu gün müzakirəyə çıxarılan Mənzil Məcəlləyə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara təklif edilən dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut – İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaranacaq və bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Eyni zamanda, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşdiriləcək.

Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə, əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcək.

Komitə sədri qeyd edib ki, layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir.

Mövcud üç illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.

Bundan başqa, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir.

Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

VK sədri: Qərbi azərbaycanlıların deportasiyası faktları hüquqi müstəvidə araşdırılmalıdır

Qərbi azərbaycanlıların deportasiya faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi istiqamətində işlər davam etdirilməlidir.

"Report" xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdış hüququnu açıq şəkildə tanıyır:

"BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın bir sıra maddələri, həmçinin BМТ Baş Assambleyasının bir sıra qətnamələri sübut edir ki, öz ölkəsindən zorla qovulmuş hər bir şəxsin geri qayıtmaq hüququ vardır. Bu, güzəştə gedilə bilməyəcək, barışıq stolunda dəyişdiriləcək bir mövzu deyil. Bu, ayrılmaz bir insan hüququdur".

O qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda ədalətin tam bərpasının mümkün olduğunu nümayiş etdirib:

"Bu həm də Qərbi Azərbaycana qayıdış tələbinin beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanan legitimliyini daha da gücləndirib. Qərbi Azərbaycana qayıdış məsələsi artıq yalnız tarixi yaddaşın qorunması və ya hüquqların bərpası ilə məhdudlaşmır, o, Azərbaycan cəmiyyətinin gələcəyə baxışını formalaşdıran mühüm milli ideyalardan birinə çevrilib".

Anar Bağırov əlavə edib ki, deportasiyaya məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq hüquqi mexanizmlərdən və aidiyyəti beynəlxalq institutlardan daha fəal və səmərəli şəkildə istifadə olunmalıdır:

"Bu mövzu üzrə müqayisəli hüquqi tədqiqatların genişləndirilməsi vacibdir. Dünyanın müxtəlif regionlarında baş vermiş deportasiya və məcburi köçürülmə halları, eləcə də qayıdış hüququnun təmin edilməsi təcrübəsi dərindən öyrənilməli və əldə olunan nəticələrdən faydalanılmalıdır. Həmçinin gənc nəslin bu tarixi missiyaya daha fəal şəkildə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Qərbi Azərbaycana qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi və davamlılığının təmin edilməsi məhz onların fəallığından və bu ideyaya bağlılığından asılıdır".

Mətin Kərimli: Dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsi vacibdir

Dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsi vacibdir.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı birinci beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin inkişafı ölkənin gələcək tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Bu əlaqələr siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir. Eyni zamanda, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi Azərbaycan üçün xüsusi önəm daşıyır. Milli birlik xalqımızın gücünü artıran əsas amillərdən biridir".

Mətin Kərimli bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və ümumi məqsədlər ətrafında birləşməyə xidmət edir:

"Bu istiqamətdə görülən işlər xalqımızın həmrəyliyinin daha da güclənməsinə mühüm töhfə verir".

Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb

Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalayıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib:

"62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib".

Şamil Ayrım: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülh və hüquqa söykənir

Azərbaycan bu gün gücünü yalnız hərbi qüdrətindən deyil, həm də beynəlxalq hüquqa əsaslanan mövqeyindən alır.

"Report" xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi sadəcə coğrafi mübahisə deyil:

"Bu, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli, təhlükəsiz və şərəfli şəkildə qayıtmaq hüququ məsələsidir. Biz bilirik ki, bu gün Ermənistan adlandırılan ərazilərdə tarix boyu azərbaycanlılar yaşamışlar. İrəvandan Göyçəyə, Zəngəzurdan Dərələyəzə qədər uzanan bu coğrafiya bizim tarixi və mənəvi irsimizin ayrılmaz hissəsidir. Burada əcdadlarımızın məzarları, mədəniyyət izləri, xatirələri və kökləri mövcuddur".

O qeyd edib ki, bu gün Azərbaycanın bayrağı Qarabağda da dalğalanır:

"Bu yeni mərhələdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası intiqam deyil, hüquq və sülh əsaslarına söykənən bir yanaşmadır.

Bu yanaşmanın əsasında müharibə yox, insanların öz doğma yurdlarına ləyaqətli şəkildə qayıtmaq hüququ dayanır. Çünki insanlar doğulduqları torpaqlara dönmək istəyirlər. Çünki bir xalqın tarixi yaddaşını silmək mümkün deyil".

Şamil Ayrım deyib ki, Azərbaycanın ortaya qoyduğu siyasət revanşist siyasət deyil:

"Azərbaycan bu gün gücünü yalnız hərbi qüdrətindən deyil, həm də beynəlxalq hüquqa əsaslanan mövqeyindən alır".

Qərbi Azərbaycan İcması bu günə qədər beynəlxalq təşkilatlara 120 məktub ünvanlayıb

Bu günə qədər Qərbi Azərbaycan İcması müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlayıb.

"Report" xəbər verir ki, bunu İcma sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İcmanın 11 sənədi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb.

"İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkədə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər".

Əziz Ələkbərli: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların 12-nin üzərindən asfalt yollar çəkilib

Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların 12-nin üzərindən asfalt yollar çəkilib.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, İcma Ermənistana danışıqlar üçün dəfələrlə müraciət etsə də, heç bir müsbət cavab almayıb:

"Təkcə sonuncu deportasiya zamanı, yəni 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün, 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil".

Ə.Ələkbərli bildirib ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı 12-nin üzərindən asfalt yollar çəkildiyi müəyyənləşib:

"Bundan başqa, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib".

Elçin Babayev: Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği universitetlərin əsas missiyasıdır

Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği ali təhsil müəssisələrinin əsas missiyasıdır.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, hazırda Qərbi Azərbaycan torpaqlarından didərgin salınan soydaşların o tarixi torpaqlara qayıdışı əsas məsələlərdəndir:

"Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh gündəliyi bütövlükdə regionun gələcəyini müəyyən edən strateji seçimdir. Ona görə də Qərbi Azərbaycana qayıdış məsələsi qarşıdurma yox, sülh gündəliyinin bir hissəsi kimi təqdim olunur. Qayıdış ideyası revanşizm, münaqişənin davamı deyil, hüquqa söykənən tarixi ədalət çağırışı, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır".

Elçin Babayev bildirib ki, bu məsələdə milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür:

"Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır".

Rektor vurğulayıb ki, BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir:

"Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır".

Rektor: BDU-da Qərbi Azərbaycan həqiqətlərinin ortaya çıxarılması üçün tədqiqatlar aparılır

Bakı Dövlət Universitetində Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla ortaya çıxarılması üçün tədqiqatlar aparılır.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir dövrdə baş verənlər göstərir ki, ədalət hüquqi və diplomatik müstəvidə təmin edilə bilər:

"Azərbaycan da sülhsevər bir ölkə kimi bu səylərə sadiqliyini göstərir və bu istiqamətdə tədbirlər həyata keçirir. Ali təhsil müəssisələri, tədqiqat institutları da elmi həqiqətıərin üzə çıxarılmasına, dünyaya çatdırılmasına üstünlük verir".

O qeyd edib ki, Bakı Dövlət Universitetində Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla ortaya çıxarılması üçün tədqiqatlar aparılır:

"Müxtəlif fakültələrdə bu yöndə işlər aparılır. Çünki bu tarix, hüquq, sosial-psixoloji, ekoloji, coğrafi problemlərin vahid konteksdə araşdırılması ciddi səylər tələb edir".

Əziz Ələkbərli: Azərbaycan-Ermənistan danışıqları bölgədə sülhün bərqərar olmasına inam yaradır

Son illər Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar bölgədə sülhün əbədi bərqərar olmasına böyük inam yaradır.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu danışıqlara həmçinin tarixi Azərbaycan torpaqlarına qayıdış üçün bir imkan kimi baxılır.

Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan irsinin öyrənilməsi, tarixi həqiqətlərin xalqa və dünya ictimaiyyətinə çatdırılması QAİ-nin əsas hədəfi olaraq qalır.

Azərbaycanın yürütdüyü enerji siyasəti bir çox dövlətlər üçün uğurlu nümunə sayıla bilər - RƏY

Azərbaycanın yürütdüyü enerji siyasəti bir çox dövlətlər üçün uğurlu nümunə sayıla bilər.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq enerji xəritəsində xüsusi yer tutur:

"Son illərdə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə olan ehtiyacının artması fonunda Azərbaycanın rolu daha da əhəmiyyətli olub. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr yalnız iqtisadi layihələr deyil, həm də enerji təhlükəsizliyi layihələridir. Azərbaycan artıq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan birinə çevrilib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan enerji layihələri regionda sabitliyin möhkəmlənməsinə, dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın enerji diplomatiyası göstərir ki, təbii sərvətlər yalnız iqtisadi qazanc mənbəyi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik amilidir".

Deputat qeyd edib ki, müstəqillik dövründə enerji layihələrindən əldə olunan gəlirlərin idarə olunması Azərbaycanın inkişaf modelinin ən mühüm xüsusiyyətlərindən biri olub:

"Neft və qaz gəlirlərinin böyük hissəsinin sosial infrastrukturun yenilənməsinə, yolların, məktəblərin, xəstəxanaların tikintisinə, təhsil və səhiyyə sisteminin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi ölkənin davamlı inkişafını təmin edib. Dövlət Neft Fondu vasitəsilə formalaşdırılan şəffaf və uzunmüddətli idarəetmə mexanizmi təbii sərvətlərin gələcək nəsillərin maraqları nəzərə alınmaqla istifadəsinə imkan yaradıb. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər yalnız o zaman inkişaf amilinə çevrilə bilir ki, onlar milli maraqlara əsaslanan strateji siyasət çərçivəsində idarə olunsun. Bu model resurslarla zəngin olan bir çox ölkələr üçün vacib dərsdir. Çünki əsas məsələ sərvətlərin mövcudluğu deyil, həmin sərvətlərin dövlətçilik maraqlarına uyğun şəkildə xalqın rifahına və ölkənin gələcəyinə yönəldilməsidir".

V.Qafarov vurğulayıb ki, Azərbaycanın enerji siyasəti praqmatizm, milli maraqlar və məsuliyyətli idarəetmə prinsiplərinə söykənir:

"Dünya enerji sistemində baş verən dəyişikliklər fonunda ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də "yaşıl enerji" keçidinin fəal iştirakçısı kimi çıxış edir. Məhz bu balanslaşdırılmış yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırır, iqtisadi dayanıqlığını möhkəmləndirir və regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir".

Deputat əlavə edib ki, bu il "Bakı Enerji Həftəsi"nə ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi müraciətlər ünvanlaması təsadüfi hadisə deyil:

"Bu, ilk növbədə Azərbaycanın beynəlxalq enerji siyasətində qazandığı etimadın, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun və strateji tərəfdaş kimi nüfuzunun göstəricisidir. Dünyanın aparıcı siyasi liderlərinin Bakı Enerji Həftəsi kimi platformaya diqqət ayırması Azərbaycanın enerji sahəsində təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan aktora çevrildiyini təsdiqləyir. Bu müraciətlər həm də onu göstərir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu əldə etmiş Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini uğurla qurub".

V.Qafarov son illərdə dünyada neft və qaz sənayesinə qarşı geniş tənqid kampaniyalarının aparıldığını da diqqətə çatdırıb:

"Lakin son geosiyasi hadisələr, enerji böhranları və təchizat zəncirlərində yaranan problemlər göstərdi ki, dünya hələ uzun illər faydalı qazıntılar olmadan yaşaya bilməz. Reallıq ondan ibarətdir ki, enerji keçidi mərhələli prosesdir və bu keçid emosiyalarla deyil, praqmatik yanaşma ilə idarə olunmalıdır. Enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında düzgün balansın qorunması müasir dövlətlərin əsas vəzifələrindən biridir. Azərbaycan məhz bu balanslaşdırılmış yanaşmanı nümayiş etdirir. Bir tərəfdən ölkə neft və qaz ehtiyatlarından səmərəli istifadə edir, digər tərəfdən isə günəş, külək və digər bərpaolunan enerji mənbələrinə milyardlarla dollar həcmində investisiyaların cəlb olunmasına şərait yaradır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti göstərir ki, ənənəvi və "yaşıl enerji" bir-birini inkar edən deyil, tamamlayan istiqamətlərdir. Bu baxımdan ölkəmizin təcrübəsi bir çox dövlətlər üçün uğurlu nümunə hesab oluna bilər".

Vüqar Süleymanov GICHD nümayəndələri ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Əməliyyatlar rəhbəri Rori Loqan, Proqram menecerləri Pedro Basto və Stanislav Damyanoviçdən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan olan GICHD ilə ANAMA arasında ötən il imzalanmış "Azərbaycan Respublikasında Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Dəstəyin Təmin Edilməsinə dair" Anlaşma Memorandumunun icrası, eləcə də təlimlər, əməliyyatlar, standartlar, innovasiyalar və digər sahələrdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycana səfər çərçivəsində nümayəndə heyətinin ANAMA-nın Göygöl Təlim Mərkəzinin fəaliyyəti və minatəmizləmə əməliyyatları ilə yerində tanışlığı nəzərdə tutulub.

Milli Kibertəhlükəsizlik Agentliyi şəxsi məlumatların qanunsuz istifadəsinə dair şikayətləri araşdıracaq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxacaq və onları araşdıracaq.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan MKA-nın Nizamnaməsində qeyd olunub.

Nizamnaməyə əsasən Agentlik fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etməlidir.

Həmçinin dərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini həyata keçirməlidir.

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək

Azərbaycanda yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək .

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsində qeyd olunur.

Vurğulanıb ki, Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin tərkibi 4 üzvdən – rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanında dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmana əsasən, "ASAN xidmət"də şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışın verilməsini Səhiyyə Nazirliyi həyata keçirəcək.

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

- Azərbaycan Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- Agentliyin idarəetmə orqanlarının yaradılması;

- Agentliyin yenidən təşkili və ləğvi;

Nazirlər Kabineti Agentliyin dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməli və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Əliyeva Dost tv-nin efirində deyib.

Onun sözlərinə görə, bu statistika evliliyə müraciətlə bağlı qeydiyyat şöbələrindən və 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayına əsaslanır:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, məsələn, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279-a qədər azalıb. Əvvəlki illərdə biz təxminən 4 000 rəqəmini də görə bilirdik. Düzdür, yenə bu hallara rast gəlinir. Tam qarşısının alınması istiqamətində əlavə tədbirlər görülür".

Komitə rəsmisi qeyd edib ki, artıq cəmiyyətdə erkən nikahlara qarşı mənfi münasibət var və belə hallarda aidiyyəti qurumlara müraciətlər daxil olur:

"Bütün məsələləri dövlətin üzərinə qoymaq lazım deyil. Hər bir vətəndaşın bu prosesdə iştirakı çox vacibdir".

Prezident İlham Əliyevin enerji forumundakı çıxışı ölkənin strateji hədəflərini ortaya qoyub - RƏY

Prezident İlham Əliyevin 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı Azərbaycanın son otuz ildə həyata keçirdiyi enerji strategiyasının nəticələrini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri bir daha nümayiş etdirdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısının səsləndirdiyi fikirlər enerji sektorunun ölkənin iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və regional əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını göstərir:

"Bu gün Azərbaycan dünyanın mühüm enerji tərəfdaşlarından biridir. Ölkəmizin zəngin enerji ehtiyatları, etibarlı tərəfdaş imici, həyata keçirdiyi iri beynəlxalq layihələr və uzunmüddətli strateji yanaşması onu qlobal enerji xəritəsində xüsusi mövqeyə yüksəldib. Məhz uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan enerji resurslarını yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və regional sabitliyin mühüm amili kimi dəyərləndirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit və logistika mərkəzinə çevrilib. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji dəhlizləri ölkəmizin strateji əhəmiyyətini daha da artırıb".

Deputat xatırladıb ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir:

"TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin ildən-ilə gücləndiyini göstərir. Azərbaycan enerji resurslarının dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi layihələrlə regionlararası əməkdaşlığın genişlənməsinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir".

S.Salmanova həmçinin bildirib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, "yaşıl enerji" istiqamətində də mühüm layihələr həyata keçirərək qlobal enerji keçidinin fəal iştirakçısına çevrilir:

"Bərpaolunan enerji mənbələrinin inkişafı, günəş və külək enerjisi potensialının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və enerji istehsalının şaxələndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" zonası elan edilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu ərazilərdə həyata keçirilən layihələr ölkənin enerji balansının daha da güclənməsinə, ətraf mühitin qorunmasına və davamlı inkişaf məqsədlərinin reallaşmasına xidmət edir. Bu siyasət həm milli maraqların təmin olunmasına, həm də regional və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı gələcəkdə ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi üçün də geniş imkanlar yaradır".

Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, Azərbaycan möhkəm siyasi iradə və düşünülmüş strateji yanaşma nəticəsində bu gün dünyanın mühüm enerji mərkəzlərindən biri kimi beynəlxalq enerji gündəliyində öz mövqeyini daha da gücləndirir".

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, Böyük Britaniyanın "ICA Events" şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord çıxış edərək dedi:

-Sabahınız xeyir, Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, Zati-aliləri xanımlar və cənablar.

Təşkilat Komitəsi adından Sizi 31-ci "Bakı Enerji Həftəsi"ndə salamlamaqdan böyük şərəf duyuruq. Bu gün burada iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə olduqca minnətdarıq. Bu, tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi "Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi. Son üç onillikdə "Bakı Enerji Həftəsi" regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan "Şahdəniz" layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələnin əhəmiyyəti cari ildə həyata keçirilən proqram və müzakirələrdə öz əksini tapır.

Bildiyiniz kimi, bu il keçirilən "Bakı Enerji Həftəsi", həmçinin geniş beynəlxalq tədbirlər və yüksəksəviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir. 2026-cı ildə keçirilən tədbir yeni iştirakçılar və milli pavilyonlar da daxil olmaqla 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir.

Bu mühüm tədbirin uğurlu təşkilinə verdiyi davamlı dəstəyə və töhfəyə görə Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Dövlət Neft Şirkətinə, bütün dəyərli tərəfdaşlarımıza və sponsorlarımıza səmimi minnətdarlığımı bildirmək istəyirəm.

İcazə verin, bütün iştirakçıları 31-ci "Bakı Enerji Həftəsi"nin açılışı münasibətilə təbrik edim və sizə məhsuldar müzakirələr, görüşlər və həftə ərzində davamlı uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.

İndi isə mən böyük şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi tribunaya dəvət edirəm.

x x x

Sonra dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Sabahınız xeyir, xanımlar və cənablar.

Mən "Bakı Enerji Həftəsi"nin bütün iştirakçılarını salamlayıram, bu cür böyük tədbirə uğurlar arzu edirəm.

Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz" müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.

Bu bir daha göstərir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – "Bakı Enerji Həftəsi"ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.

Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.

Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.

Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.

Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.

Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.

Əminəm ki, ənənəvi olaraq "Bakı Enerji Həftəsi" bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır. Bir daha bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edir, "Bakı Enerji Həftəsi"nə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr çıxış edərək dedi:

-Sağ olun, Prezident Əliyev. Prezident Trampın rəhbərlik keyfiyyətləri ilə bağlı söylədiyiniz fikirlərə görə Sizə təşəkkürümüzü bildiririk və düşünürəm ki, Prezident Tramp və Dövlət katibi Rubio bundan çox məmnundur. Sizə uğurlar arzu edirik.

Hörmətli cənab Prezident, nazir Şahbazov, hörmətli Rövşən Nəcəf, nazirlər, xanımlar və cənablar.

Bu gün 31-ci "Bakı Enerji Həftəsi"ndə sizinlə burada olmaqdan çox məmnunam.

Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız "Əsrin müqaviləsi" bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi.

Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanmışdır. Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. İndi isə mən ABŞ Prezidenti Donald Trampın məktubunu oxumaq istərdim.

"Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci "Bakı Enerji Həftəsi"ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram.

Səmimiyyətlə,

Donald Tramp".

Kaleb Orr: Bir daha təşəkkür edirəm, cənab Prezident, hörmətli qonaqlar, sizə bu həftə işinizdə uğurlar arzulayıram.

x x x

Daha sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın "Bakı Enerji Həftəsi"nə məktubunu oxudu:

"Hörmətli iştirakçılar, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.

Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.

Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. "Şəfəq-Asiman" yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.

Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.

Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Bu fikirlərlə "Bakı Enerji Həftəsi"nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti".

Alparslan Bayraktar: Hörmətli Prezident Əliyev, hörmətli iştirakçılar. Bir daha "Bakı Enerji Həftəsi"nin açılışında sizin qarşınızda çıxış etməkdən çox məmnun olduğumu bildirirəm. Mən cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürümü bildirirəm ki, onlar bizə çox səmimi qonaqpərvərlik göstərdilər.

Bu gün biz məhz əlçatan və etibarlı enerjinin təchizatı haqqında danışırıq. Geosiyasi təlatümlər, regionumuzda müharibələr – bu, bizim vəziyyətimizi daha da çətinləşdirir və biz daim enerji sistemimizdə qlobal çətinlikləri görürük. Bu gün baş verən qlobal hadisələr bir daha bizə xatırlatdı ki, enerji təhlükəsizliyi bütün ölkələr üçün strateji prioritet olaraq qalır. Bu gün enerji təhlükəsizliyi sərvətlərə sırf çıxışla məhdudlaşmır, bu, həmçinin təchizatın etibarlılığı, əməliyyatların çevikliyi, bütün imkanların genişləndirilməsi və əməkdaşlıqla bağlıdır. Biz bu gün qarşımızda duran çağırışlara tab gətiririk. Lakin eyni zamanda, biz yeni meydana gələn, bəşəriyyətin üzləşdiyi çətinliklər və iqlim dəyişiklikləri ilə mübarizə aparırıq. Bütün bunlar bizim tərəfimizdən səylərin birləşdirilməsinə, düzgün və etibarlı şəkildə bütün ölçülər arasında tarazlığın tapılmasına imkan yaradır. Biz Türkiyə olaraq hesab edirik ki, burada asılılığımızı azaltmalıyıq və 2050-ci ildə xalis sıfır göstəricisinə nail olmaq planımızı vacib hesab edirik. Bu gün biz Türkiyənin bütün mövcud gücündən istifadə edirik və bütün Avropada beşinciyik, aparıcı mövqedəyik.

Eyni zamanda, biz Günəş enerjisinin daha geniş şəkildə istifadəsinə ümid bəsləyir, yeni enerji quruluşu üzərində işləyirik və daha müqavimətli, daha çevik, daha rəqəmsal formatda çalışan sistemlər qururuq. Təbii ki, bu gün təbii sərvətlər, enerji bizim bazarlarımızın əsasını təşkil edir və bir çox layihələr bundan asılıdır. Bu isə infrastrukturun genişləndirilməsindən, daha böyük sərmayələrin yatırılmasından və əlbəttə ki, qonşularımızla işbirliyinin qurulmasından keçir. Təbii ki, bu gün Türkiyə öz tərəfdaşları ilə iş sayəsində maye qaz və qaz bazarında da çox mühüm dayanıqlı mövqeyə malikdir. Əlbəttə, biz özümüzün qaz hasilatına gəldikdə, növbəti illər ərzində bu artacaq və ümid edirik ki, 7,5 milyard kubmetr həcminə çatacaq, eyni zamanda, bu ilin sonuna qədər biz "Ağ quyu" layihəsinin ilk mərhələsinin tamamlanmasına ümid edirik.

Hörmətli iştirakçılar, bu gün Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər çox gözəl bir nümunədir ki, əməkdaşlıq, strateji dəyər bütün region üçün təmin edilə bilər. Bizim tərəfdaşlığımız ümumi tariximizdə, qardaşlığımızda əks olunur və biz Avropanın enerji təhlükəsizliyinə birgə töhfə veririk.

Burada Zati-aliləri cənab Prezident Əliyev Bakı-Tbilisi-Ceyhan, TANAP və digər layihələri xatırlatdı. Bütün bunlar məhz regionda enerji quruluşunun təmin edilməsinə yönəlib ki, bu da əslində həm istehlakçılar, həm hasilatçılar, həm də tranzit ölkələr üçün çox mühüm bir nümunəyə çevrilmişdir. Hesab edirik ki, bizim əməkdaşlığımız bu hüdudlardan kənara çıxır. Türkiyə ilə Azərbaycan, həmçinin bərpaolunan elektrik enerjisinin nəql edilməsində və enerji dəhlizlərinin açılmasında əməkdaşlıq edir. Gürcüstanla, Bolqarıstanla və digər qonşularımızla əməkdaşlıq edirik. Biz istəyirik ki, həmin TANAP-ın elektrik variantını yaradaq. Şərq ilə Qərb arasındakı strateji mövqeyindən irəli gələrək Türkiyə bundan sonra da etibarlı tərəfdaş olaraq qalacaq və regionda enerji layihələrinin icrasına öz töhfəsini davam etdirəcək. Bu il ərzində nəzərdə tutulan işlərə gəldikdə, ümid edirik ki, Türkiyə, həmçinin iqlim sahəsində aparılan dialoqa öz töhfəsini verəcək.

Mən bir daha cənab Prezident Əliyevə və Azərbaycan Hökumətinə bu gün bizi qəbul etdiyinə görə təşəkkürümü bildirirəm ki, bizi belə mühüm məkanda ənənəvi tədbir çərçivəsində bir araya gətirib. Təşəkkür edirəm.

x x x

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri xanımlar və cənablar.

Mən böyük məmnunluq hissi ilə Birləşmiş Krallığı 31-ci "Bakı Enerji Həftəsi"ndə təmsil edirəm və ticarət komissarı kimi ezam olunmuşam.

İndi isə Baş nazir Kir Starmerin məktubunu oxumaq istəyirəm.

"Hörmətli Prezident Əliyev.

2026-cı ilin "Bakı Enerji Həftəsi"ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.

Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm.

Kir Starmer

Britaniyanın Baş naziri".

x x x

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə şöbəsinin rəhbəri Kristina Lobilla Borrero çıxış edərək dedi:

-Zati-aliləri.

Hörmətli nazirlər, hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Xəzər Neft və Qaz Sərgisinin açılışında sizinlə birlikdə olmaqdan şərəf duyuram.

Yaxın Şərqdəki mövcud böhran, enerji təhlükəsizliyi bir daha qlobal məsələləri ön plana çıxartdı. Rusiyanın Ukraynaya hücumunun doğurduğu kəskin təchizat böhranından yenicə çıxdıqdan sonra indi başqa bir böhranla qarşılaşırıq. Avropada bu, təchizat çatışmazlığı ilə deyil, dəyişkən qiymətlərlə müəyyən edilir.

Avropa İttifaqı 2050-ci ilə qədər dekarbonizasiya hədəflərimizə qətiyyətlə sadiqdir. Bu yolda irəlilədiyimiz dövrdə biz qazın xalis idxalçısıyıq və həm qiymət dəyişməsindən, həm də təchizat problemlərindən asılıyıq. Bu kontekstdə etibarlı tərəfdaşlar çox vacibdir. Azərbaycan enerji tərəfdaşı, Avropa İttifaqının daha geniş əlaqə və gündəliyinin bir hissəsi kimi mühüm rol oynayır. Buna görə də icazə verin, bu mühüm tədbir üçün hökumətləri, sənaye nümayəndələrini, investorları və texnologiya təminatçılarını bir araya gətirdiyi üçün Azərbaycana təşəkkürümü ifadə edim.

Uzun illərdir ki, bu forum enerji sektoru üçün vacib olan məsələləri gündəmə gətirir. Bunlar təkcə Xəzər regionu üçün deyil, həm də Avropa və daha geniş beynəlxalq enerji birliyi üçün mühüm məsələlərdir. Bakının uzun və möhtəşəm enerji tarixi var. Bununla yanaşı, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır. Avropa Komissiyası üçün bu görüş neft və qazın qlobal enerji təhlükəsizliyi, sənaye fəaliyyəti, nəqliyyat və enerji bazarlarının sabitliyində mühüm rol oynamağa davam etdiyi xüsusi bir vaxtda keçirilir. Azərbaycan və Xəzər regionu Avropanın enerji təchizatının etibarlılığını gücləndirməyə kömək edən Cənub Qaz Dəhlizi də daxil olmaqla bu səylərə əhəmiyyətli töhfə verib. Bu töhfə olduqca yüksək qiymətləndirilir. 2021-ci ildən etibarən Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını 40 faizdən çox artırıb. Bu ilin yanvarında Trans-Adriatik boru kəməri ilə 1,2 milyard kubmetr həcmində qaz çatdırılıb. Bu da 2026-cı ildə əlavə qaz tədarükü deməkdir.

Bu gün güclü enerji tərəfdaşlığı yalnız həcmlərlə ölçülmür. Onlar, həmçinin etibarlı təchizat, yüksək əməliyyat standartları, resurslardan səmərəli istifadə, şəffaf hüquqi çərçivələr və metan emissiyalarının azaldılması daxil olmaqla ətraf mühit göstəriciləri ilə ölçülür. Azərbaycanla əməkdaşlığımız bərpaolunan enerji mənbələri və interkonnektorlar sahəsində də genişlənir. Biz Xəzər- Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi planını diqqətlə izləyirik.

Xəzər regionu Cənubi Qafqaz və Avropa arasında gələcək bağlantıya aid daha geniş müzakirənin bir hissəsidir. Bu layihənin növbəti vacib addımı Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihələr çərçivəsində qiymətləndirilmənin aparılmasıdır. Bütün iştirakçı ölkələrin bu ilin sonuna doğru qarşılıqlı maraq doğuran layihə statusunu almaq üçün müraciət etmək niyyəti çox mühüm mərhələdir. Gələcəyə baxdıqda ən güclü enerji tərəfdaşlıqları bu günün etibarlılığını sabahın hazırlığı ilə birləşdirən tərəfdaşlıqlar olacaq. Bu, kommersiya baxımından əlverişli infrastruktur, proqnozlaşdırılabilən investisiya şərtləri, davamlı təchizat zəncirləri, həm də enerji təhlükəsizliyi və enerji keçidini dəstəkləyən texnologiyalar deməkdir.

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı bu ruhda - açıqlıq, praqmatizm, qarşılıqlı fayda, təhlükəsiz, əlverişli və getdikcə dayanıqlı enerji təmin etmək barədə ortaq öhdəliklə davam etdirmək istəyir. Bugünkü tədbir müxtəlif sahələrdə bu iddiaları həyata keçirə biləcək şəxsləri bir araya gətirib. Bütün iştirakçılara sərgi və tədbirlərdə uğurlar arzulayır, tərəfdaşlıqları və müzakirələri səbirsizliklə gözləyirəm.

Təşəkkür edirəm.

x x x

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Filip Mşelbila çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Hörmətli nazirlər, beynəlxalq təşkilatların rəhbərləri.

Xanımlar və cənablar.

Adı müasir enerji sənayesinin təməlinə yazılmış bu tarixi şəhərdə bu il "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxış etmək mənim üçün böyük şərəfdir. İcazə verin, əvvəlcə Azərbaycan hökumətini və xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə ürəkdən təbrik edim. Zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana davamlı inkişaf, dayanıqlılıq və uğurlar arzulayıram.

Bakı müasir neft sənayesinin yarandığı yerlərdən biri kimi geniş miqyasda tanınır. Qlobal enerji dövrünün mühüm bir fəsli bu torpaqdan başlayır. Bu gün Azərbaycan bu uzun enerji tarixində yeni bir fəsil yazır. Neftdən təbii qaza və indi də bərpaolunan enerji mənbələrinə qədər Azərbaycan enerji lideri kimi yerində dayanmadığını göstərir. Burada söhbət dəyişikliklərə uyğunlaşmaqdan, gələcəyə investisiya qoymaqdan, bazarları birləşdirməkdən və etimad yaratmaqdan gedir. Qeyd olunduğu kimi, hazırda Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur və bu, Azərbaycanı təchiz etdiyi bazarların sayına görə dünyanın aparıcı ölkəsinə çevirir. Qaz İxrac Edən Ölkələr Forumunda biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk. Aparıcı təbii qaz ixracatçılarından biri kimi Azərbaycan istehsalçı ölkələr arasında dialoqa dəyərli təcrübə gətirir. Bu əməkdaşlığın regional və beynəlxalq qaz bazarlarında artan rolunu əks etdirən şəkildə daha da dərinləşməsini görməkdən şərəf duyarıq.

Forum hazırda qlobal qaz ehtiyatlarının təxminən 70 faizini, bazara çıxarılan qaz istehsalının isə 40 faizindən çoxunu və qlobal LNG ixracının yarısını təmin edən aparıcı ölkələri bir araya gətirir. Bu kollektiv çəki ilə yanaşı, konstruktiv dialoqu təşviq etmək, maraqlı tərəflərimiz arasında məlumatlı qərarqəbuletməni dəstəkləmək, qlobal enerji təhlükəsizliyində, davamlı inkişafda və inklüziv enerji keçidlərində təbii qazın rolunun real sübuta əsaslanan anlaşılmasına töhfə vermək məsuliyyəti də var. Bu yaxınlarda biz 2025-ci il üzrə dünyada təbii qazla bağlı hesabat dərc etmişdik və bunun beş əsas məqamını qeyd etmək istərdim. Birincisi, təbii qaz beynəlxalq enerji qarışmasında öz rolunu artırır. Qlobal səviyyədə 2055-ci ilə qədər təbii qaza tələbat artacaq. Beləliklə, təbii qazın qlobal enerji qarışığında payı 23 faizdən 26 faizədək artacaq. İkinci məsələ, elektrik enerjisinin istehsalıdır. Bu, təbii qaza olan tələbatın əsas şərtidir. Elektrik enerjisində təbii qazın rolu 22 faizdən 2055-ci ilə qədər 32 faizə qədər artacaq ki, bu da tələbatın ciddi artımı deməkdir. Beləliklə, sabit təchizat, yüksək səviyyədə elektrik sistemləri üçün sabit qaz təchizatı lazımdır. Üçüncüsü, tələbatın artımı. Tələbatın artımı əsasən inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. Asiya və Sakit Okean bölgəsi, Yaxın Şərq, Avrasiya və Afrikada qaza daha çox tələb olacaq. Asiya və Sakit Okean hövzəsində yerləşən ölkələrin tələbatı qlobal səviyyədə qaza tələbatı kəskin şəkildə artıracaq. Bu, iqtisadi artım, sənayeləşmə və elektrik enerjisinə olan tələbatla şərtlənir. Təchizat məsələsi. Təbii qazla bağlı təchizat marşrutları dəyişir. Yaxın Şərqdə, Avrasiyada və Afrikada artım təxminən 80 faizə bərabərdir və bu, kəskin artım deməkdir. Bazarlar hazırda istiqamətini dəyişməkdədir. Bu regionlar qlobal tələbatın artımının mərkəzinə çevriləcək ki, bu, təchizat marşrutlarına da təsir göstərəcək. Beşinci məsələ, qazın çeşididir. LNG və digərləri bir-birindən fərqlənir. Hazırda qlobal səviyyədə 2024-cü ildə olan tələbatın üçdəbiri qədərində artmasını görürük. LNG hazırda ticarət olunan qazın üçdə ikisini təşkil edir və onun növbəti mərhələlərdə ikiqat artması gözlənilir.

Xanımlar və cənablar, qeyri-müəyyənlik mərhələlərində biz enerjiyə olan tələbatın davamlı artdığını görürük və bu reallıq enerji təhlükəsizliyinin yalnız qısamüddətli reaksiyalarla təmin oluna bilməyəcəyini bir daha xatırladır. Bu uzunmüddətli baxış vaxtında həyata keçirilən investisiyalar, dayanıqlı infrastruktur, şaxələndirilmiş marşrutlar, bazarlar və istehsalçılar, istehlakçılar və tranzit ölkələri arasında dayanıqlı əməkdaşlıq yolu ilə qurulmalıdır. Təbii qaz üçün bu əməkdaşlıq vacibdir və beləliklə, həm tələb, həm də təklif sahəsində əməkdaşlıq güclənəcək. Gələcəyin enerji təhlükəsizliyi yalnız resursların mövcudluğundan deyil, həmçinin istehsalçıların və istehlakçıların müştərək öhdəliyindən asılı olacaq ki, onlar birlikdə bu resursları etibarlı, əlçatan və dayanıqlı şəkildə bazarlara çatdırsınlar. Buna görə də təbii qaz və bərpaolunan enerji bir-birini tamamlayır. Forumun baxışına görə, onlar balanslı, real, ədalətli və inklüziv enerji keçidləri prosesində tərəfdaşlardır. Bərpaolunan enerji mənbələri sürətlə genişlənməyə davam edəcək. Təbii qaz isə müasir enerji sistemləri tərəfindən tələb olunan çevikliyi, etibarlılığı və dayanıqlığı təmin edəcək. Artıq təbii qaz bunu edir və bu dəyişkənliyi tənzimləyir.

Azərbaycan bu "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir. Bərpaolunan enerji potensialının genişləndirilməsi daxili qaz yanmasının istifadəsini azalda, iqtisadi artımı dəstəkləyə və təbii qazın regional, beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməsi üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, enerjinin resurslardan bazarlara səmərəli şəkildə ötürülməsini təmin etmək üçün qaz infrastrukturu, qarşılıqlı əlaqələr və uzunmüddətli əməkdaşlıq vacib amil olaraq qalır. Bu ruhu nəzərə alaraq, "Bakı Enerji Həftəsi" dünyanın hər tərəfi və beynəlxalq dialoq, beynəlxalq əməkdaşlıq, digər həllərin əldə olunması üçün mühüm bir platformadır. Bu mühüm toplantının keçirilməsinə görə Azərbaycan hökumətinə və təşkilatçılara təşəkkür edir, "Bakı Enerji Həftəsi"nə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

x x x

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli nazirlər. Sabahınız xeyirli olsun! Bu gün Bakı Enerji Həftəsinin açılışında sizinlə birlikdə olmaqdan böyük məmnuniyyət duyuram. Bizi belə bir mühüm məqamda bir araya gətirdikləri üçün əziz dostum, Azərbaycanın energetika naziri Pərviz Şahbazova səmimi minnətdarlığımı bildirirəm. Çünki o, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında bu tədbirləri, həmçinin bizim burada iştirakımızı təşkil etmişdir.

Hörmətli dostlar, enerji təhlükəsizliyi qlobal bir məsələdir və o, artıq geosiyasi şoklara qarşı həssas olan yanacaq növlərindən asılı qala bilməz. Ən təhlükəsiz enerji daxili bazarda rəqabətədavamlı olan və geosiyasi dəyişikliklərə məruz qalmadan yerli imkanlar hesabına istehsal edilə bilən enerjidir. Son hadisələr enerji bazarlarındakı böhranın dünyanın hər yerində iqtisadiyyatlar, sənaye və ev təsərrüfatları arasında nə qədər tez əks-səda verə biləcəyini bizə xatırlatmış oldu. Bu, hökumətlər və sənaye üçün aydın prioriteti vurğulayır: ölkələr etibarlı, əlverişli, yerli mənbələrdən əldə edilə bilən, bərpaolunan enerjiyə keçidi sürətləndirməlidirlər, eyni zamanda, qeyri-müəyyən dünyada rəqabət qabiliyyətlərini gücləndirməlidirlər. Bu kontekstdə biz müasir dövrün ən kəskin enerji böhranını yaşayırıq və bunun fərqli şərhləri var. Bildiyiniz kimi, fərqli-fərqli həllər irəli sürülür. Lakin həmin həllər tarixdə olan enerji böhranları zamanı keçərli idi. Dünya isə dəyişməkdədir və biz bu dəyişkən dünyaya hazır olmalıyıq. Biz qısamüddətli həllər təklif edirik və çalışırıq ki, yeni enerji sisteminə keçidi daha da sürətləndirək. Lakin bu, heç də asan deyil. IRENA bu yaxınlarda dayanıqlığı gücləndirmək və uzunmüddətli enerji təhlükəsizliyini artırmaq üçün strateji tədbirləri müəyyən edən siyasi məsləhətləşmələrə dair sənəd dərc etdi və ismarış aydındır. Üç müddətdə fəaliyyətə və tədbirlərə ehtiyac var. Qısamüddətli prioritet miqyası dəyişmək, enerji səmərəliliyini artırmaqdır. Orta müddətdə isə biz əlaqələri gücləndirməliyik. Nəhayət, uzun müddətdə biz enerji sistemlərini daha təhlükəsiz etməli, sənaye və maliyyə arasında daha güclü uyğunlaşma yolu ilə təhlükəsiz enerji sistemləri qurmalıyıq.

Regionlar fərqli reallıqlarla üzləşsələr də, ortaq prioritetlərimiz aydındır: 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə, enerji səmərəliliyini isə iki dəfə artırmaq, həmçinin şəbəkələrin, anbarların və dayanıqlı yanacaq növlərinin inkişafı üzrə öhdəlikləri irəli aparmaq. Bu gündəliyin aktuallığı, xüsusilə sürətli iqtisadi artım və infrastruktur inkişafı dövrünü yaşayan bölgələrdə özünü aydın büruzə verir. Mərkəzi Asiyada bol təbii sərvətlər və geniş bərpaolunan enerji potensialı mövcuddur. Onun strateji mövqeyi, qonşu bölgələri birləşdirən yaşıl enerji dəhlizlərinin yaradılması səyləri artım üçün geniş imkanlar vəd edir. Bu baxımdan Azərbaycanın liderliyini xüsusilə qeyd etmişəm. 2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edirəm. Həmçinin Azərbaycanın 2026-cı il üçün şuramızın üzvü və 2027-ci ildə XVII IRENA Assambleyasının sədr müavini olmaqla, IRENA-nın idarəetməsində fəal rolunu vurğulamaq istərdim.

Bundan əlavə, Azərbaycan Bakıda keçirilən COP29-da IRENA-nın Mərkəzi Asiyada bərpaolunan enerji üzrə sürətləndirilmiş tərəfdaşlığının - APRECA adlanan tərəfdaşlığın başlanmasında əsas rol oynamışdır. Növbəti COP-un ev sahibi olaraq, Türkiyədən olan dostlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə edilən uğurları daha da inkişaf etdirmək niyyətindəyik. Biz COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi dövründə Bakıda qazanılan nailiyyətləri daha da irəli aparmaq istəyirik. APRECA artan investisiya, daha güclü regional qarşılıqlı əlaqə və davamlı artım yolu ilə enerji keçidini inkişaf etdirməyə çalışır. Bizə maliyyələşdirilməsi üçün 1600-dən çox layihə daxil olub və çıxışımın sonunda istərdim qeyd edim ki, keçən il 700 giqavat bərpaolunan enerji potensialı yaradılmışdır. Bu, həmçinin effektivlik, potensialın artırılması deməkdir. Bizim bir il ərzində yaratdığımız elektrik enerjisi potensialı, nüvə enerjisinin 70 il ərzində yaratdığı ümumi potensiala bərabərdir. Beləliklə, biz öz potensialımızı artırmalıyıq. Son beş ildə elektrik enerjisinin əldə olunması üçün 90 faizə yaxın bərpaolunan enerjidən, mənbələrdən istifadə edilib. Odur ki, enerji sistemi dəyişməkdədir. Bunu dəfələrlə ictimaiyyət qarşısında demişəm, sual ondan ibarət deyil ki, bərpaolunan enerji tamamilə təmizdir. Sosial baxımdan bəlkə də bu, daha məqbul hesab olunacaq. Çünki biz yeni iş yerləri yaradırıq, investisiyalar cəlb edirik. Lakin ən önəmli məqam odur ki, gələcək iqtisadiyyatların rəqabət qabiliyyəti birbaşa enerji sistemlərinin potensialından və bu sistemlərin sənayeni ən aşağı qiymətlə elektrik enerjisi ilə təmin edə bilməsindən asılı olacaq. Bu isə bərpaolunan enerji olmadan mümkün deyil.

Təşəkkür edirəm.

X X X

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident Əliyev.

Xanımlar və cənablar, hörmətli qonaqlar, nazirlər, dostlar.

Bir daha Azərbaycana qayıtmaq, yaşadığın bir ölkəyə qayıtmaq çox xoşdur və xüsusilə bu tədbir çərçivəsində. Biz burada AÇG-də ilk kommersiya qaz hasilatını qeyd etmək üçün görüşmüşdük. Bundan əlavə, daha geniş mənada bir insanın baxışı sayəsində buradayıq. Ümummilli Lider Heydər Əliyevin illər əvvəl üzləşdiyi çətinlik bu idi: müstəqilliyini yeni bərpa etmiş ölkə və onun enerji resursları sözsüz ki, yenilənməli, modernləşməli idi və Azərbaycan böyük enerji ixrac edən ölkə kimi öz layiqli yerinə qayıtmalı idi. Plan ondan ibarət idi ki, kapital və təcrübə gətirilsin, bu sənaye sıfırdan qurulsun. Bu baxış bp-ni 32 il əvvəl Bakıya gətirmişdir və biz o vaxtı "Əsrin müqaviləsi"ni imzaladıq. O vaxtdan bəri AÇG-dən ixrac üçün təxminən 4,6 milyard barel neft hasil edilmişdir. Birlikdə bacarıqlı işçi qüvvəsi yaratmışıq. bp-nin Azərbaycandakı komandasının 90 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı üfüq xətti daha da yüksəlib və daha da parlaqdır. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təməl daşına çevrilib. Bu da mənə bu layihə ilə əlaqədar sizin qarşınızda çıxış etmək üçün əsas yaradır. AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması doğrudan da böyük hadisədir. Çünki əvvəllər - biz Hasilatın Pay Bölgüsü Sazişini imzalayanda bazarlar və infrastruktur hələ mövcud deyildi. İndi isə iki il əvvəl imzaladığımız əlavə sənəd əsasında 4,6 trilyon kub hasil edə bilirik. Beləliklə, bizim heyətlərimizin və əməkdaşlarımızın birgə işini qeyd etmək istəyirəm.

AÇG dünyanın ən böyük yataqlarından biri olaraq nəhəng və mürəkkəb yataqdır. Qeyri-səmt qazı neftin üstündəki və altındakı təbəqələrdə mövcuddur. Gözəl bir xəbər - daha dərin yataqların dibində qaz və su arasında nazik bir neft kanalı aşkar etmişik. Bütün bunlar böyük texniki bacarıqlar tələb edir. Yeni qaz sistemlərinin mövcud neft infrastrukturu ilə inteqrasiyası üfüqi qazma və qabaqcıl geoidarəetmə kimi mürəkkəb texnologiyalar vasitəsilə mümkündür. Bu proses tamamilə təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir. Bütün bunlar təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir. Buna görə də bp-Azərbaycan komandasına, SOCAR-a, AÇG layihəsindəki tərəfdaşlarımıza, yüzlərlə yerli və beynəlxalq podratçımıza səmimi qəlbdən təşəkkürümü ifadə edirəm. Bu, doğrudan da əsl həqiqi komanda işidir. Həmçinin Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürümü çatdırmaq istəyirəm.

Neft və qaz hər hansı millət üçün bir nemətdir. Lakin bu, heç vaxt təkbaşına kifayət deyil. Böyük karbohidrogen sektoru səbir və investisiya qoymağa hazırlıq tələb edir. Yalnız illik büdcə dövrləri ilə deyil, onillik üfüqlərlə düşünmək lazımdır və Azərbaycan bunu bacardı. Vizyona malik rəhbərlik, SOCAR-la parlaq tərəfdaşlıq və ağıllı tənzimləmə. Bunlar daha çox bareli hasil etməyə imkan verdi.

Gələcəyə baxaq. Bizim çox sabit bir boru kəmərlərimiz var və onlar Xəzər dənizindən resurslar daşıyır. Həmçinin "Şahdəniz" kompressiya layihəmiz var. Hazırda yerli istehsal müəssisələri platformanı inşa edir. AÇG-nin ilk sualtı birləşdiricisi olan "Qarabağ" yatağı var. Həmçinin bu, Xəzərdə ilk dəfə boru kəmərləri və kabelləri vahid dəstə halında çatdıracaq. Həmçinin Cəbrayılda Günəş elektrik enerjisi layihəmiz var ki, bu, Səngəçal terminalının elektrikləşdirilməsinə və ixrac üçün qaza qənaətə kömək edəcək. Biz, həmçinin universitetlərlə, müxtəlif qurumlarla enerjidən başqa, ətraf mühit sahəsində də layihələr reallaşdırırıq. Bu da gələcəyimiz üçün çox vacibdir. Eyni zamanda, Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır. İnanıram ki, bu rol Mərkəzi Asiyadakı istehsalı Avropa və ondan kənardakı bazarlara çatdırmaq üçün daha da artacaq.

Bu yaxınlarda Özbəkistanda SOCAR tərəfindən idarə olunan altı blok üzrə ilk Pay Bölgüsü Sazişini imzalamışıq. bp, həmçinin Qazaxıstanda qiymətləndirmə və prosessual olaraq inkişaf etdirmə barədə razılıq əldə edib. Eyni zamanda, biz güclü, uzunmüddətli tərəfdaşlıqların yaradılmasını bilirik və birlikdə daha çox məsələlərə nail ola bilərik.

Zati-aliləri, xanımlar və cənablar, bizi qarşıda böyük iş gözləyir, amma bu gün mərasimdir - biz yeni qaz hasilatını, AÇG üçün yeni imkanları qeyd edirik. Bu, böyük yatağın potensialı haqqında bizə daha çox məlumat verəcək yeni bir mərhələdir. Həmçinin xalqınızın bacarığını, ölkənizlə bp arasındakı dostluğu, istedadları və komanda işini qeyd edirik. Heç vaxt unutmamalıyıq ki, bunun əsasında nə dayanır. Bu, hər yerdə işığın yanmasına, dünyanı hərəkətlə təmin etməyə və inkişaf etdirməyə aparan bir yoldur. Biz bunu heç zaman unutmamalıyıq.

Təşəkkür edirəm.

X X X

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli qonaqlar. Bu gün biz yeni fəslin açılışının şahidi oluruq. Bu, "Azəri-Çıraq-Günəşli" yatağının tarixinin növbəti mərhələsidir, ilk sərbəst təbii qaz hasilatının başlanması mərasimidir. Bu layihə fundamental olaraq yeni mərhələyə keçid alır və strateji dəyər yaradacaq. Bu, AÇG-nin inkişafında strateji mərhələdir və inteqrasiya olunmuş bir layihənin çərçivəsi olacaq, Azərbaycan üçün yeni imkanlar açacaq, tərəfdaşlar üçün yeni imkanlar vəd edəcək. AÇG illər boyu vacib mənbə kimi tanınıb və beləliklə, ilk sərbəst təbii qaz hasilatının başlanması bir daha onu nümayiş etdirir ki, bu layihə geniş potensiala malikdir, uzunmüddətli enerji təhlükəsizliyinə öz töhfəsini verir və Azərbaycanın qlobal enerji bazarında rolunu gücləndirir.

Hörmətli qonaqlar, eyni zamanda, yeni mərhələnin başlanması bir daha Azərbaycanın artan potensialını nümayiş etdirir, yataqların optimizasiyasını və dənizdə aparılan əməliyyatların gücləndirilməsini göstərir. Beləliklə, Azərbaycan bu istiqamətdə uzunmüddətli resursların bərpası üçün dərin təcrübəyə malikdir və bu yeni mərhələ mövcud infrastrukturun səmərəli istifadəsi nəticəsində mümkün olmuşdur - müasir texnologiyalarla və onların dənizdə tətbiqi ilə. Bu, həm də iqtisadi baxımdan layihənin uzunmüddətli dayanıqlığını təmin edəcək. Enerji bazarlarının, enerji təhlükəsizliyinin və təchizat zəncirlərinin çətinliklə üzləşdiyi dövrdə Azərbaycan özünü etibarlı, uzunmüddətli və məsuliyyətli enerji təchizatçısı kimi nümayiş etdirir.

Xanımlar və cənablar, bu gün qeyd etdiyimiz nailiyyət güclü baxışın təcəssümüdür və beynəlxalq əməkdaşlıq nəticəsində mümkün olmuşdur. İstərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Zati-ailələri cənab İlham Əliyevə səmimi-qəlbdən təşəkkürümüzü bildirim. Bu layihə onun dəstəyi, strateji baxışı və davamlı diqqəti nəticəsində mümkün olmuşdur. Bu, Azərbaycanın uzunmüddətli enerji sektorunun inkişafını təmin edəcək. Bu, sözsüz ki, bizim üçün böyük bir öhdəlik və məsuliyyətdir. Biz cənab Prezidentin rəhbərliyi ilə həm şirkətin, həm də sektorun inkişafını təmin etməliyik. Bu, Azərbaycan şirkəti olan SOCAR-ı beynəlxalq şirkətə çevirəcək, eyni zamanda, çox mühüm regional enerji və qaz layihələrinin icrasına dəstək olacaq.

Bütün beynəlxalq tərəfdaşlara və maraqlı tərəflərə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Mühəndislərə, geoloqlara, texniklərə və bütün mütəxəssislərə ki, onların səyləri nəticəsində biz bu mühüm mərhələyə çatmışıq. AÇG-dən ilk sərbəst təbii qazın hasilatı - bu, yalnız texnoloji nailiyyət deyil. Bu göstərir ki, AÇG 30 il ərzində müvəffəqiyyətli hasilatla bərabər, yenə də strateji dəyər yaratmaqdadır və Azərbaycanın uzunmüddətli inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Diqqətiniz üçün təşəkkür edirəm.

X X X

Sonra "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi.

x x x

Daha sonra sənədlərin imzalanması mərasimi oldu.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron", "ADNOC International Project Co 1 RSC Limited" və "BOTAŞ Boru Hatları İle Petrol Taşıma A.Ş." arasında Abşeron yatağından təbii qazın alqı-satqısına dair Saziş"i SOCAR-ın prezidenti Rövşən Nəcəf, BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Abdulvahit Fidan, "TotalEnergies" şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi və XRG-nin beynəlxalq qaz üzrə prezidenti Mohammed Al Aryani imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın "Elektroprivreda Srbije" (EPS) dövlət enerji şirkəti arasında Serbiyada Niş qaz-turbinli elektrik stansiyası layihəsi üzrə Niyyət Protokolu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Duşan Jivkoviç imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Shell Overseas Holdings Ltd" arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Shell" şirkətinin satınalmalar, aktivlərin satışı və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Valid Hadi imzaladılar.

"SOCAR Trading Gas & Power" SARL ilə "Azienda Autonoma Di Stato Per I Servizi Pubblici" (AASS) arasında təbii qazın tədarükü və qəbulu ilə bağlı Baş Saziş"i "SOCAR Trading Gas & Power" SARL şirkəti adından SOCAR-ın prezidenti Rövşən Nəcəf və AASS-nin baş direktoru Marsello Forsellini imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Comstock Resources, Inc". (COMSTOCK) arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Comstock Resources, Inc."in maliyyə və investorlarla əlaqələr üzrə vitse-prezidenti Ron Mills imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "J.P. Morgan Securities Plc" arasında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "J.P. Morgan Securities Plc" adından qurumun Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə kreditlər və strukturlaşdırılmış kreditlər üzrə vitse-prezidenti Martinas Saltenis imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Chevron Caspian Exploration B.V." arasında Birgə Tədqiqat Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Chevron Caspian Exploration B.V."in Avrasiya biznesi üzrə prezidenti Derek Magness imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Apollo Capital Management L.P." arasında Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "SOCAR Türkiye Enerji A.Ş", "SOCAR CASPIAN HOLDING" LTD və "AP CASPIAN ISSUER" MMC arasında İnvestisiyaya Dəstək Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Apollo Capital Management, L.P."nin kredit və əsas strukturlaşdırılmış maliyyə üzrə baş meneceri Conatan Bar imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Corc Vaşinqton Universiteti arasında Əməkdaşlıq üzrə Niyyət Məktubu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və Corc Vaşinqton Universitetinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova imzaladılar.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Haimaker.ai Inc." şirkəti arasında süni intellekt buludunun inkişafı üzrə Əməkdaşlıq Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Haimaker.ai Inc"in baş icraçı direktoru Su Le imzaladılar.

"Kritik mineralların və nadir torpaqların mədəni və emalı sahəsində təchizatın təminatı üzrə Azərbaycan-Amerika Birləşmiş Ştatları Çərçivəsi"ni Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzaladılar.

x x x

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzaladı.

x x x

Sonra dövlətimizin başçısı sərgilərlə tanış oldu.

İyunun 3-dək davam edəcək "Bakı Enerji Həftəsi" Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən olaraq, qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə əsası qoyulmuş "Caspian Oil and Gas" sərgisinin məntiqi davamı olan bu tədbir təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşıb.

"Bakı Enerji Həftəsi" özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum".

Uzun illərdir ki, "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir.

Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Almaniya və Rusiya "Bakı Enerji Həftəsi"ndə milli pavilyonlarla təmsil olunurlar. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir.

Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir.

Regionun ən böyük enerji şirkəti - "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti" – SOCAR axtarış-kəşfiyyat, hasilat, nəql, emal, kimya məhsullarının istehsalı, marketinq, yanacağın pərakəndə satışı, qaz paylanması və bərpaolunan enerji mənbələrinin inkişafı ilə məşğul olur. SOCAR dünyanın 15-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət şanlı neft və qaz irsimizi innovativ texnologiyalarla genişləndirir. SOCAR yerli, regional və beynəlxalq kontekstdə davamlı inkişafa və enerji təhlükəsizliyinə uğurla töhfə verir. 2035-ci ilə qədər Korporativ Strategiyaya əsasən SOCAR-ın uzunmüddətli hədəfləri rəqəmsallaşma, innovasiya və yaşıl enerjiyə keçid yolu ilə fəaliyyətini inkişaf etdirən müasir enerji şirkəti olmaqdır.

Qlobal enerji şirkəti olan "bp Azərbaycan" ölkəmizin enerji sektorunda ən iri beynəlxalq tərəfdaşlardan biridir və Xəzər dənizində yerləşən əsas neft-qaz yataqlarının operatorudur. Şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının və "Şahdəniz" qaz-kondensat yatağının operatoru kimi fəaliyyət göstərir. Hasil olunan karbohidrogenlər bp-nin region üzrə strateji mərkəzi hesab olunan Səngəçal terminalında emal edilir və Bakı–Tbilisi–Ceyhan (BTC), Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə beynəlxalq bazarlara nəql olunur. Şirkət hazırda AÇG-də ACE platforması, "Şahdəniz Compression" layihəsi, "Şəfəq-Asiman" strukturu, həmçinin platformaların elektrikləşdirilməsi və yaşıl enerji istiqamətində layihələr həyata keçirir. bp Azərbaycanda yerli kadrların inkişafına da xüsusi diqqət ayırır. "bp Azərbaycan"ın işçilərinin böyük hissəsini yerli mütəxəssislər təşkil edir.

"TotalEnergies" neft-qaz, LNG, bərpaolunan enerji və elektrik enerjisi sahələrində Fransanın ən iri enerji şirkətlərindən biridir. Şirkət ölkəmizin əsas beynəlxalq enerji tərəfdaşları sırasında Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. "TotalEnergies" Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir və Abşeron qaz-kondensat yatağının əsas iştirakçılarından biridir. Şirkət bu yataqda 35 faiz paya sahibdir və layihəni SOCAR ilə birlikdə həyata keçirir. Abşeron yatağının birinci fazası üzrə hasilata 2023-cü ilin iyulunda başlanılıb. Hazırda hasilat gücü gündəlik 4 milyon kubmetr qaz, həmçinin 13 min barel kondensat təşkil edir. Bu qaz Azərbaycanın daxili bazarına yönləndirilir. 2025-ci ildə tərəfdaşlar yatağın tammiqyaslı işlənməsi üzrə ilkin texniki layihələndirmə mərhələsinə start veriblər. Layihənin növbəti mərhələsində maksimum hasilat dövründə əlavə 110 min barel neft ekvivalenti həcmində gündəlik hasilat nəzərdə tutulur. Şirkət, eyni zamanda, Azərbaycanda enerji keçidi, dekarbonizasiya və yaşıl enerji istiqamətində əməkdaşlığı genişləndirir.

Səudiyyə Ərəbistanı Krallığının "Acwa" bərpaolunan enerji şirkəti dəniz suyunun duzsuzlaşdırılması sahəsində dünyanın ən böyük özəl operatorlarından olaraq, yaşıl hidrogen texnologiyaları və qlobal enerji transformasiyası sahəsində aparıcı şirkətlərdən biridir. 2004-cü ildə yaradılmış "Acwa" hazırda Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya daxil olmaqla 15 ölkədə fəaliyyət göstərir. Şirkətin portfelinə enerji və su sahəsində ümumi investisiya dəyəri 117 milyard ABŞ dollarından çox olan 100-dən artıq layihə daxildir. Azərbaycanda "Acwa" əsasən yaşıl enerji istiqamətində fəaliyyət göstərir və ölkənin enerji keçidi strategiyasının əsas beynəlxalq tərəfdaşlarından biridir. Şirkət Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə külək elektrik stansiyasının investorudur. Bu layihə Azərbaycanın ilk iri xarici investisiyalı bərpaolunan enerji layihələrindəndir. "Acwa", həmçinin SOCAR ilə birlikdə Xəzər dənizində külək enerjisi və yaşıl hidrogen layihələri üzrə əməkdaşlıq edir.

Amerika Birləşmiş Ştatlarının "SLB" şirkəti enerji sahəsində qlobal texnoloji şirkətdir. Dünyanın ən iri neft-mədən xidmətləri və enerji texnologiyaları şirkətlərindən biri kimi "SLB" bir əsrdən artıq müddətdə sənayenin ən mürəkkəb çağırışlarını texnoloji yeniliklərə çevirərək enerji sektorunda lider mövqeyini qoruyub saxlayır. Bu gün "SLB" neft-qaz yataqlarının kəşfiyyatı, qazma, quyu tamamlama, geofizika, rəqəmsal texnologiyalar və enerji keçidi həlləri sahələrində çalışır. Şirkət Azərbaycanda uzun illərdir fəaliyyət göstərir və AÇG, Şahdəniz kimi iri layihələrdə əsas texnoloji tərəfdaşlardandır. "SLB" bp və SOCAR ilə əməkdaşlıq çərçivəsində qazma, texniki xidmət, avtomatlaşdırma və rəqəmsal həllər təqdim edir. Son illərdə şirkət emissiyaların azaldılması, rəqəmsallaşma və dayanıqlı enerji texnologiyalarına da xüsusi diqqət yetirir.

ADNOC-un beynəlxalq enerji investisiya şirkəti olan Birləşmiş Ərəb Əmirliklərinin "XRG" şirkəti təbii qaz, kimya sənayesi və enerji həlləri sahələrində qlobal portfel formalaşdırıb. 2024-cü ildə yaradılan şirkət hazırda LNG, qaz infrastrukturu, aşağıkarbonlu enerji, yaşıl hidrogen və enerji transformasiyası istiqamətlərində fəaliyyətini genişləndirir. Azərbaycanda ADNOC-un regional əməkdaşlıq strategiyasının bir hissəsi kimi SOCAR ilə enerji keçidi, qaz infrastrukturu və aşağıkarbonlu layihələr üzrə əməkdaşlığı inkişaf etdirən şirkət qlobal enerji bazarında strateji mövqeyini möhkəmləndirir.

Özbəkistanın milli neft-qaz şirkəti və Mərkəzi Asiyanın ən böyük dövlət enerji qurumlarından biri olan "Uzbekneftegaz" neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, emalı, neft-kimya məhsullarının istehsalı və enerji infrastrukturu sahələrində fəaliyyət göstərir. Son illərdə qaz emalı, neft-kimya və enerji səmərəliliyi layihələrinə böyük investisiyalar yatıran "Uzbekneftegaz" beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Şirkət Azərbaycanda əsasən regional enerji əməkdaşlığı və beynəlxalq enerji platformaları çərçivəsində iştirak edir, SOCAR və digər şirkətlərlə təcrübə mübadiləsi və enerji layihələri üzrə tərəfdaşlığı möhkəmləndirir.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin bu gün dünya üzrə layihə portfelinin ümumi gücü 50 GVt-dan çoxdur. Şirkət 2030-cu ilə qədər bu göstəricini 100 GVt-a çatdırmağı planlaşdırır. Hazırda qlobal enerji keçidinin aparıcı iştirakçılarından biri olan "Masdar" Azərbaycanda yaşıl enerji sahəsində ən fəal beynəlxalq tərəfdaşlardandır. Şirkət ölkənin ilk iri sənaye miqyaslı Günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının investorudur. "Masdar" ölkəmizin yaşıl enerji strategiyasının əsas tərəfdaşlarından biri kimi SOCAR və Azərbaycan Hökuməti ilə birlikdə ümumi gücü bir neçə giqavat olan Günəş və külək enerjisi layihələrinin inkişafı istiqamətində əməkdaşlıq edir.

Çinin 1973-cü ildə təsis edilmiş "China Petroleum Pipeline Engineering" şirkəti neft və qaz boru kəmərlərinin tikintisini həyata keçirir. Şirkət, eyni zamanda, enerjinin saxlanması və nəqli infrastrukturu sahəsində ixtisaslaşıb və Çində uzunmüddətli boru kəmərləri üzrə ümumi iş həcminin 70 faizindən çoxunu icra edir. O, elmi-tədqiqat, layihələndirmə, məsləhət, tikinti və istismar daxil olmaqla tam sənaye zənciri üzrə fəaliyyət göstərir. Şirkətin beynəlxalq fəaliyyəti 50-dən çox ölkəni əhatə edir və əsas istiqamətlərinə neft-qaz boru kəmərləri, kompressor stansiyaları, LNG terminalları və enerji infrastrukturu layihələri daxildir. Hazırda şirkət potensial tərəfdaş kimi SOCAR ilə əməkdaşlığın qurulmasını nəzərdən keçirir.

Türkiyənin milli neft şirkəti "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) qlobal enerji şirkəti olaraq karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində 70 ildən çox təcrübəyə malikdir. Şirkət Azərbaycan, İraq, Liviya, Pakistan, Somali və digər ölkələrdə fəaliyyət göstərən geniş beynəlxalq layihələr portfeli ilə neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, qazma işləri və enerji layihələrinin idarə olunması ilə məşğuldur. Şirkət Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir və "Şahdəniz", "Azəri-Çıraq-Günəşli", "Cənubi Qafqaz Boru Kəməri", "Bakı–Tbilisi–Ceyhan" və "Şəfəq-Asiman" layihələrində iştirak payına malikdir. Şirkət Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının inkişafında mühüm rol oynamaqla, regionun enerji təhlükəsizliyi üçün mühüm layihələrdə iştirak edir, dayanıqlı inkişaf və ətraf mühitə məsuliyyət prinsipini uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.

İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir, xanımlar və cənablar.

Mən "Bakı Enerji Həftəsi"nin bütün iştirakçılarını salamlayıram, bu cür böyük tədbirə uğurlar arzu edirəm.

Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz-1" müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.

Bu bir daha göstərir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – "Bakı Enerji Həftəsi"ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.

Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.

Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.

Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.

Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.

Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.

Əminəm ki, ənənəvi olaraq "Bakı Enerji Həftəsi" bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır. Bir daha bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edir, "Bakı Enerji Həftəsi"nə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr çıxış edərək dedi:

- Sağ olun, Prezident Əliyev. Prezident Trampın rəhbərlik keyfiyyətləri ilə bağlı söylədiyiniz fikirlərə görə Sizə təşəkkürümüzü bildiririk və düşünürəm ki, Prezident Tramp və Dövlət katibi Rubio bundan çox məmnundur. Sizə uğurlar arzu edirik.

Hörmətli cənab Prezident, nazir Şahbazov, hörmətli Rövşən Nəcəf, nazirlər, xanımlar və cənablar.

Bu gün 31-ci "Bakı Enerji Həftəsi"ndə sizinlə burada olmaqdan çox məmnunam.

Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız "Əsrin müqaviləsi" bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi.

Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanmışdır. Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. İndi isə mən ABŞ Prezidenti Donald Trampın məktubunu oxumaq istərdim.

"Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci "Bakı Enerji Həftəsi"ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram.

Səmimiyyətlə,

Donald Tramp".

Kaleb Orr: Bir daha təşəkkür edirəm, cənab Prezident, hörmətli qonaqlar, sizə bu həftə işinizdə uğurlar arzulayıram.

x x x

Daha sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın "Bakı Enerji Həftəsi"nə məktubunu oxudu:

"Hörmətli iştirakçılar, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.

Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.

Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. "Şəfəq-Asiman" yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.

Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.

Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Bu fikirlərlə "Bakı Enerji Həftəsi"nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti".

x x x

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri xanımlar və cənablar.

Mən böyük məmnunluq hissi ilə Birləşmiş Krallığı 31-ci "Bakı Enerji Həftəsi"ndə təmsil edirəm və ticarət komissarı kimi ezam olunmuşam.

İndi isə Baş nazir Kir Starmerin məktubunu oxumaq istəyirəm.

"Hörmətli Prezident Əliyev.

2026-cı ilin "Bakı Enerji Həftəsi"ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.

Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm.

Kir Starmer

Britaniyanın Baş naziri".

x x x

Tədbir digər çıxışlarla davam edib.

Sonra "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi.

Daha sonra bir sıra sənədlər imzalanıb.

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzalayıb.

Dövlət başçısı sərgilərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir.

"Report" xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir.

"Report" xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edir.

Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir - RƏY

Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir.

Bunu "Report"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin "Bakı Enerji Həftəsi" iştirakçılarına müraciətlər ünvanlaması tədbirin əhəmiyyətini, eləcə də Azərbaycanın nə qədər önəmli və xüsusi mövqeyə malik olduğunu bir daha göstərdi:

"Bu müraciətlər Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlərin və ölkəmizin artan nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır, etibarlı tərəfdaş və strateji müttəfiqlərdən biri kimi qəbul edilir. Enerji məsələlərinə münasibətdə müxtəlif tənqidlər və məhdudlaşdırıcı yanaşmalar müşahidə olunsa da, yenidən enerji təhlükəsizliyi məsələsinin ön plana çıxdığını gördük. Bütün hallarda ənənəvi enerji resurslarından istifadə ilə "yaşıl enerji" arasında balansın necə qurulması mühüm məsələdir".

C.Məmmədov bildirib ki, hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirdiyi siyasət unikal bir nümunə və modeldir:

"Azərbaycanın enerji strategiyası təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində tutduğu mövqe və həyata keçirdiyi fəaliyyətlərin qlobal enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyəti var. Bu rol gündən-günə daha da möhkəmlənir və artır. Müxtəlif dövrlərdə neft və qaz layihələrindən əldə olunan gəlirlər Azərbaycanın inkişafına yönəldilib. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub, daha sonra isə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib".

Milli Məclisin üzvü vurğulayıb ki, neft və qaz gəlirlərinin sosial infrastrukturun qurulmasına, təhsilin, səhiyyənin inkişafına və ordu quruculuğuna yönəldilməsi Azərbaycana zəfər qazandırdı:

"Bu siyasət ölkədə yeni inkişaf və təhsil infrastrukturunun təməlini qoydu. Bu gün Azərbaycan enerji kapitalını, neft kapitalını insan kapitalına çevirə bilən azsaylı ölkələrdən biridir. Bu, Azərbaycanın tarixi uğuru və tarixi nailiyyətidir. Dünyanın bir çox ölkələri bu uğuru yüksək qiymətləndirir və dəyərləndirirlər. Azərbaycan bu prosesə özünün çox vacib və mühüm töhfəsini verir, bu istiqamətdə uzaqgörən və ardıcıl müstəqil siyasət həyata keçirir, mühüm tədbirlər görür. Bu həm ölkəmizin nüfuzunu gücləndirir, həm də dövlətimizin bu sahədə inkişafını təmin edir. Eyni zamanda, Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirir və möhkəmləndirir. Bu gün Azərbaycanın atdığı addımlar və həyata keçirdiyi tədbirlər məhz buna hesablanıb. Təbii ki, burada uzaqgörən və müdrik siyasətin rolu böyükdür".

Azərbaycanın WUF13 kimi tədbirlərdə təcrübəsi var, töhfəsini verməyə hazırdır - RƏY

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi böyük tədbirlərin keçirilməsində təcrübəsi var və öz töhfəsini verməyə hazırdır.

Bu fikri "Report"a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, Azərbaycan forumda qaldırılan məsələlərə öz mövqeyini bildirib və bundan sonra da bəzi dövlətlərlə əməkdaşlığa hazır olduğunu sessiyada nümayiş etdirib:

"Şəhərsalma problemləri dialoq formatında xüsusi sessiyalar çərçivəsində müzakirə olunub. Yenə də bir sıra mövqelər səsləndirilərək sonrakı əməkdaşlığın vacibliyi qeyd edilib. Nümayəndə heyətlərinin üzvləri tərəfindən Bakının tədbirə ev sahibliyinə yüksək səviyyədə hazır olduğu xüsusi qeyd edilib.

Şəhərsalma və urbanizasiya ilə əlaqədar hər bir ölkənin öz xüsusiyyətləri var. Məsələn, Azərbaycanda Qarabağ müharibəsindən sonra mina təhlükəsi hələ də qalmaqdadır. Biz problemi tam həll etməyə çalışırıq. Burada beynəlxalq təşkilatların da dəstəyi lazımdır. Çünki minalarla çirkləndirmə təhlükəsizliyə ciddi risklər yaradır. Azərbaycan bununla əlaqədar bir sıra ölkələrlə əməkdaşlığa çağırışlar da edib".

F. Sadıqov hesab edir ki, "Bakı Fəaliyyətə Çağırış" sənədində urbisid anlayışına xüsusi diqqət ayrılması da mühüm məqamlardan biridir:

"Çünki müharibələr zamanı şəhərlərin, yaşayış məntəqələrinin, mədəni irsin məqsədli şəkildə dağıdılması beynəlxalq təhlükəsizlik və humanitar hüquq məsələsidir. Tamamilə haqlı olaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə üzləşdiyi genişmiqyaslı dağıntılar fonunda mövzunun sessiyada və qlobal miqyasda gündəmə gətirməklə gələcəkdə oxşar hallara beynəlxalq reaksiyanın daha sürətli olmasını görmək istəyir.

WUF13-də 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150 nazir, 130 şəhər meri, BMT baş katibinin müavini və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər. Bu da tədbirin yüksək səviyyədə qəbul edildiyinin göstəricisidir".

Tovuz sakini: Kim minadan yayına biləcəyini düşünürsə, ciddi şəkildə yanılır

Kim minadan yayına biləcəyini düşünürsə, ciddi şəkildə yanılır.

"Report" xəbər verir ki, bunu Tovuz rayonunun Qoşa kənd sakini, mina qurbanı Tamam Cəfərova "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

O, gəncliyinin ən gözəl çağında mina partlayışının qurbanı olduğunu bildirib:

"Tovuzun Qoşa kəndində doğulmuşam. Heyvan otararkən gəncliyimin ən gözəl çağında minaya düşmüşəm. Hazırda dərzilik fəaliyyəti ilə məşğulam. Layihə çərçivəsində mənə naxışvurma aparatı təqdim olunub. Bu dəstək peşə fəaliyyətimi genişləndirməyə imkan yaradıb".

T.Cəfərova Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu vurğulayaraq vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:

"Kim minadan yayına biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Mina böyük bəladır, onun üzərinə getmək olmaz".

Əli Məsimli: Gender əməkhaqqı fərqi azalsa da, tikinti və maliyyə sektorlarında problem qalır

Əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 % təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 %-nə çatıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, müsbət tendensiyadır:

"Amma bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 %-ni, maliyyə sektorunda isə 56 %-ni təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır".

Spikeri Sahibə Qafarova deputatın səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, kişilərin və qadınların əməkhaqqında fərqlərin olmasına dövlət sektorunda deyil, özəl sektorda rast gəlinirdi:

"Milli Məclis bu haqda qanunvericiliyə dəyişikliyi qəbul etdikdə də suallar ortaya çıxdı. Ona görə də bu mövzuda danışarkən qadın və kişilərin əməkhaqqında fərqlərin dövlət sektoruna aid olmadığını vurğulamaq mütləqdir".

Zərərçəkən: Minalardan tam təmizlənməmiş ərazilərə girmək həyati təhlükə yaradır

Minalardan tam təmizlənməmiş ərazilərə girmək həyati təhlükə yaradır.

"Report" xəbər verir ki, bunu mina qurbanlarından biri olan Arif Quliyev "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

O, vətəndaşlara müraciət edərək təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini söyləyib:

"Minalardan tam təmizlənməmiş ərazilərə daxil olmayın! Təhlükəsizlik qaydalarına əməl etmək hər kəs üçün həyati əhəmiyyət daşıyır".

A.Quliyev xatırladıb ki, 2021-ci ildə Ağdam rayonu ərazisində təsərrüfat işləri ilə məşğul olarkən mina partlayışının qurbanı olub.

"Layihə çərçivəsində mənə 10 baş qoyun verildi. Bu dəstək təsərrüfatımı inkişaf etdirməyə imkan yaradıb".

Mina qurbanı: Təhlükə ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır

Mina təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır.

"Report" xəbər verir ki, bunu keçmiş polis əməkdaşı İlham Salmanov "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

O, nə vaxtsa minaya düşəcəyinə inanmadığını, lakin bir gün belə bir aqibətlə üzləşdiyini bildirib:

"Mən mina partlayışı nəticəsində sağ ayağımın üçdəbir hissəsini itirmişəm. İcra olunan bu layihə çərçivəsində mənə beş baş qoyun verilib".

Keçmiş polis əməkdaşı insanların mina təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb:

"Mina gözəgörünməz düşməndir. Heç kim xəbərdarlıqları gözardı etməsin. Mina təhlükəsi hələ də mövcuddur və hər bir insan bu məsələdə son dərəcə ehtiyatlı olmalıdır".

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib.

"Report" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

H.Səfixanov qeyd edib ki, layihə çərçivəsində Füzuli, Ağdam, Ağcabədi, Tovuz və Tərtərdə yaşayan 52 mina qurbanları ilə görüşlər keçirilib:

"Onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib. Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib. Onlardan biri qadın, 11-i kişidir. Onlardan öz istəklərinə uyğun avadanlıqlar yerli bazardan alınaraq təhvil verilib".

Onun sözlərinə görə, layihə Koreyanın maliyyə dəstəyi ilə icra olunub:

"Layihənin məqsədi Azərbaycanda minalardan zərərçəkmiş şəxslərin həyata adaptasiya olması, əmək fəaliyyətinin bərpasına yönəlib".

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-də 08:00-da DİN Daxili Qoşunların Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Qoşqar Təhməzli Zəngilanda vətəndaşları qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-si saat 11:00-da "Ağalı" hotelində (Zəngilan şəhəri) Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Bəhruz Məhərrəmov "arvad" anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edib

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "arvad" anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edib.

"Report"un məlumatına görə, o, bu təkliflə parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı çıxış edib.

O hesab edir ki, həmin anlayışla bağlı qanunvericiliyə, gələcəkdə isə Konstitusiyaya dəyişiklik edilməsi məqsədəuyğun olar:

"Qadınlar özlərinə bu cür müraciəti doğru hesab etmirlər. Qanunvericilikdə qadını hələ də "arvad" adlandırırıq. Ola bilsin, nə zamansa bu qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar".

Bahar Muradova: Azərbaycan gender bərabərliyini sosial siyasətin ayrılmaz hissəsi hesab edir

Azərbaycan gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.

B.Muradova qeyd edib ki, Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib.

O vurğulayıb ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədə hazırlanıb.

Məlumat yenilənir....

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda uğurla keçirilməsi Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin müsbət nəticəsidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısı forumun açılış mərasimindəki çıxışında Bakıda və ölkənin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı:

"Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşıb, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları tətbiq edir".

Sədr vurğulayıb ki, bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir:

"Qarabağda və Şərqi Zəngəzurda sadəcə yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə Şəhərsalma və Memarlıq İli elan olunub. Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur".

XƏBƏR YENİLƏNİR

FHN Qəbələdə texniki təhlükəsizliyə həsr olunan seminar-müşavirə keçirib

Qəbələ rayonunda "Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib

"Report" un Şimal-qərb bürosu xəbər verir ki, seminar-müşavirə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda "Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda keçirilib.

Tədbiri giriş sözü ilə açan FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Ruslan Ağamirzəyev respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Agentliyin digər rəis müavini İsmayıl Nəsirov isə çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə "Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı" mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

YENİLƏNİR

Hökumət üzvlərinin iyunda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

"Report" cədvəli təqdim edir:

S/n

Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri

Qəbulun keçirildiyi şəhər, rayon

Əhatə olunan şəhər və rayonlar

Qəbulun keçirildiyi gün

Fövqəladə hallar naziri

Kəmaləddin Heydərov

Abşeron

Abşeron, Zəngilan

02

Daxili işlər naziri

Vilayət Eyvazov

Qazax

Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa

04

Gənclər və idman naziri

Fərid Qayıbov

Salyan

Salyan, Neftçala

04

Baş prokuror

Kamran Əliyev

Şəmkir

Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax

05

Ədliyyə naziri

Fərid Əhmədov

Zəngilan

Zəngilan, Cəbrayıl, Qubadlı

05

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Mürsəl İbrahimov

Ağsu

Ağsu, İsmayıllı, Şamaxı, Qobustan

05

Dövlət Gömrük Komitəsinin sədri

Şahin Bağırov

Xankəndi

Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Xocavənd, Laçın

08

Ekologiya və təbii sərvətlər naziri

Rəşad İsmayılov

Naxçıvan

Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur

11

İqtisadiyyat naziri

Mikayıl Cabbarov

Qəbələ

Qəbələ, İsmayıllı

11

10.

"Azərişıq" ASC-nin sədri

Vüqar Əhmədov

Qax

Qax, Zaqatala

11

11.

Elm və təhsil naziri

Emin Əmrullayev

Gəncə

Gəncə, Samux, Kəlbəcər

12

12.

Kənd təsərrüfatı naziri

Məcnun Məmmədov

Lerik

Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad

12

13.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Bahar Muradova

Şuşa

Şuşa

12

14.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Anar Quliyev

Şamaxı

Şamaxı, İsmayıllı, Qobustan

12

15.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru

Azər Məmmədov

Cəbrayıl

Cəbrayıl, Qubadlı, Zəngilan

12

16.

Baş prokuror

Kamran Əliyev

Naxçıvan

Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur

16

17.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Ramin Məmmədov

Lerik

Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad

16

18.

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Qoşqar Təhməzli

Zəngilan

Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər

17

19.

Əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Əliyev

Salyan

Salyan, Neftçala

19

20.

Mədəniyyət naziri

Adil Kərimli

Şuşa

Şuşa

19

21.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Rövşən Rzayev

Kəlbəcər

Kəlbəcər, Laçın

19

22.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Zaur Mikayılov

Zaqatala

Zaqatala, Balakən

19

23.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru

Anar Bayramov

Şuşa

Şuşa

24

24.

Energetika naziri

Pərviz Şahbazov

Ağdam

Ağdam, Füzuli, Xocavənd

25

25.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri

Vüsal Nəsirli

Zaqatala

Zaqatala, Balakən, Qax

25

26.

"Azəristiliktəchizat" ASC-nin sədri

İlham Mirzəliyev

Şamaxı

Şamaxı, Qobustan

25

27.

Rəqəmsal inkişaf və nəqliyyat naziri

Rəşad Nəbiyev

Ağdam

Ağdam, Füzuli, Xocavənd

29

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib

Bakı – Tbilisi – Bakı marşrutu üzrə Azərbaycana səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilmişdir.

Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya baş idarələri (idarələri) və ya "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələrinə müraciət edə, eləcə də Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yol stansiyasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilmişdir. Qatarın stansiyada dayanacağı müddət ərzində Bakı – Tbilisi – Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.

MƏLUMAT YENİLƏNİR...

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Report"a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, BDYPİ bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır:

"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar".

Qeyd olunub ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar.

Ağdama qayıdan sakin: Bu anı böyük həyəcanla gözləmişik

"Bu anı böyük həyəcanla gözləmişik. Çox şadam, artıq doğma evimizdə yaşayacağıq".

Bu fikirləri "Report"a açıqlamasında Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Mamedov Məhəmməd deyib.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə və doğma yurdlarına qayıtmalarına göstərilən imkana görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib.

Ağdam şəhər sakini, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib, yaralı hərbçilərə şəfa, şəhidlərimizə isə rəhmət diləyib.

Köç karvanı Ağdam şəhərinə çatıb, evlərin açarları təqdim edilib - YENİLƏNİB-2

Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

"Report" xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

"Report" xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçmiş məcburi köçkün: Ağdamda elə gəzməliyik ki, şəhidlərin ruhu inciməsin

"Biz Ağdamda elə gəzməliyik ki, şəhidlərin ruhu inciməsin".

Bu fikirləri "Report"a açıqlamasında Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Məmmədova Nuridə səsləndirib.

"Hazırda sevinc, qürur hisləri keçirirəm. Ali Baş Komandan İlham Əliyev bizə hünər və yaşamaq eşqi verdi. Məcburi köçkün düşəndə 25 yaşım var idi, dünən 64 yaşıma keçmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin ki, bu sevinci bizə yaşatdılar. Çox sevincli və həyəcanlı gündür", - deyə o əlavə edib.

Samir Şərifov: Ramil İmranov dövlətçilik prinsiplərini hər zaman əsas götürən diplomat idi

Ramil İmranov dövlətçilik prinsiplərini hər zaman əsas götürən diplomat idi.

Bunu "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun bu gün Göyçay rayonunda keçirilən dəfn mərasimində iştirak edən xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

Nazir müavini mərhumu dövlət maraqlarını qətiyyətlə müdafiə edən diplomat kimi dəyərləndirib:

"Ramil İmranov uzun müddət Xarici İşlər Nazirliyində çalışıb və müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərində peşəkarlıqla fəaliyyət göstərib. O, hər zaman dövlətçilik prinsiplərini əsas götürən, ölkənin mənafeyini qoruyan diplomat idi. Ətrafındakı insanlara münasibətdə nəzakətli davranışı ilə seçilib. Allah ona rəhmət eləsin. Ramil İmranovun ailəsinin, doğmalarının yanındayıq".

FHN-in Akademiyasında 28 May - Müstəqillik Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May –Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın milli dövlətçilik tarixinin parlaq səhifələrindən biridir və bu tarixi gün ölkədə böyük ehtiramla qeyd edilir. Onun sözlərinə görə, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində olan xalqın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi.

F.Mehbalıyev qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan F.Mehbalıyev bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb, qısa müddət ərzində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.

E.Nəsirov Azərbaycanın müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb.

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

"Report" xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İlham Əliyev: Anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın

Bu gün anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, may ayında Bakıda hər halda belə yağışın yağmasını xatırlamır:

"Məndən yaşlı olan insanlar da, yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın".

Dövlət başçısı: 10 su anbarının yenidən qurulması layihəsi icra edilir

Su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bu istiqamətdə bir çox önəmli layihələrin icra edildiyinə diqqət çəkib.

"Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq".

Prezident qeyd edib ki, vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi:

"O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək. Şirvan kanalı. Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək".

İlham Əliyev Qarabağdakı kanalların bərpasına da toxunub:

"Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər".

Prezident: Soyuducu anbarların tutumu 500 min ton olmalıdır

Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib..

O bildirib ki, onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb:

"Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır".

İlham Əliyev: Azərbaycan özünü mal əti ilə 84 % təmin edir

Azərbaycan özünün şəkəri tələbatını 102 faiz təmin edir və 96 min ton ixrac edir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

O bildirib ki, Azərbaycan özünün mal ətini 84 faiz təmin edir:

"Mal əti 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti 94 faiz, istehsal 88, idxal 5 min tondur. Yumurta 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min tondur. Bitki yağları ilə özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min tondur. Kərə yağı 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min tondur".

Prezident qeyd edib ki, Çay 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxındır:

"Duzu Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min tondur. Un 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min tondur. Makaron məmulatları daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faizdir. Şəkəri özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər".

İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik

Azərbaycan cəmi 55 % səviyyəsində özünü buğda ilə təmin edir və əfsuslar olsun ki, bu əmsal artmır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı istehsal ilə bağlı təminetmə əmsalı və bəzi rəqəmlərə toxunub:

"Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".

Prezident vurğulayıb ki, digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir:

"Özümüzü 95 % təmin edirik və idxal da çox cüzidir. Dənli paxlalar. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.

İlham Əliyev eyni zamanda tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsi ilə bağlı vəziyyətin müsbət olduğunu qeyd edib:

"Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton".

Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq

Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, rəqəmlər təqribən 80-90 % səviyyəsindədir:

"Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır".

İlham Əliyev hökumətə tapşırıb ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər:

"Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq".

İlham Əliyev: Azərbaycan nəinki özünü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edir

Karbamid zavodunun fəaliyyəti nəticəsində Azərbaycan nəinki özünü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, ancaq bu, cəmi bir növ gübrədir: "Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir".

Ölkə başçısı vurğulayıb ki, bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır: "Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik".

İlham Əliyev: Son 20 ildə kənd təsərrüfatı ilə bağlı texnika parkını yenidən formalaşdırdıq

Son 20 il ərzində faktiki olaraq texnika parkı tamamilə yenidən formalaşdırılıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə də çox böyük işlər görülüb:

"Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq".

Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub:

"Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq".

Prezident qeyd edib ki, eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalı, həm də təşviq etməliyik:

"Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır".

İlham Əliyev: Dövlət dəstəyi sayəsində pambıq istehsalı 20 min tondan 360 min tona yüksəlib

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident bildirib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir:

"Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər də verilir".

İlham Əliyev vurğulayıb ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib:

"Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb.

Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olub".

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun:

"Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir".

İlham Əliyev: Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 %-dir

Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılıb:

"Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə gedib. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olub. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilib, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilib.

WUF13 həm Azərbaycan, həm də dünya üçün vacib əhəmiyyətli hadisə oldu - RƏY

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) həm Azərbaycan, həm də dünya üçün vacib əhəmiyyətli hadisə oldu.

Bu fikri "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, forumda da qeyd edildiyi kimi hazırda dünya sürətli urbanizasiya proseslərini yaşayır, kəndlərdən şəhərlərə köç sürətlənib:

"Son onilliklər ərzində bu, iri şəhərlər, aqlomerasiyalar, inkişafda olan ölkələr üçün müəyyən problemlər yaradıb. Çünki həmin şəhərlərin və yaxud şəhər tipli qəsəbələrin infrastrukturu sıxlığa hesablanmayıb.

Yollar, yaşayış obyektləri, evlərin əlçatanlığə və s. artan miqrasiyaya uyğun gəlmir və nəticə etibarilə böyük problemlər yaradır. Problemlərin həlli üçün müəyyən proqramlar hazırlanmalı, çıxışlar müəyyən olunmalıdır. Xüsusilə, inkişafda olan ölkələr üçün vəsait çatışmazlığı böhranı daha da dərinləşdirir. WUF13-də iştirakçılar bütün bunlara cavab tapmağa çalışdılar".

İ. Vəlizadənin fikrincə, Azərbaycanın burada təcrübəsi önəmlidir:

"Çünki hazırda ölkəmizdə müxtəlif - həm Bakı, həm digər şəhər və qəsəbələr üçün baş plan qəbul olunub, yeni, müasir şəhərsalma tələblərinə uyğun qaydalar müəyyənləşir. Düzdür, bu proses də kifayət qədər mürəkkəbdir, lakin hər halda Azərbaycan üçün artıq müəyyən yanaşmalar uğurla həyata keçirilir.

Bəzi ölkələr, regionlarda müharibələr baş verir və bunun acı nəticələri şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdılmasıdır. Cəmiyyətlərin qarşısında çox vacib bir məsələ dayanır: müharibələr bitdikdən sonra həmin əraziləri necə bərpa etmək olar, həyata necə qaytarmaq olar? Bununla bağlı fikir mübadiləsində də Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Çünki Azərbaycanın 30 ilə yaxın bir müddətdə əraziləri erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, şəhərlər, qəsəbələr tamamilə yer üzərindən silinib. Onların təzədən onların bərpası üçün yüksək vəsait ayrılıb, böyük işlər görülür".

Politoloq onu da əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma təcrübəsi "UN-HABİTAT"ın hazırladığı tövsiyə və təkliflərdə müsbət nümunə kimi öz əksini tapacaq:

"Ölkəmizə müxtəlif təcrübəli mütəxəssislərin gəlməsi, fikir mübadiləsinin aparılması, Azərbaycandakı vəziyyətlə yerində tanış olması ölkəmiz üçün də əhəmiyyətli olacaq. Onların tövsiyələri də bizim gələcək şəhərsalma təcrübələrimizdə yer alacaq".

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub - YENİLƏNİB

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

Böyük Qaladərəsi kənd sakini: Bu gün 34 ildən sonra doğma kəndimizə köçürük

Şuşa rayonunun Böyük Qaladərəsi kənd sakini İsmayıl Abbasov 34 ildən sonra doğma kəndlərinə köçdüklərini söyləyib.

O, "Report"a açıqlamasında bildirib ki, Böyük Qaladərəsi kəndinə ilkin mərhələdə 14 ailə köçür:

"Bu köçün davamlı olacağına inananıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün 34 ildən sonra doğma kəndimizə köçürük".

Qeyd edək ki, Şuşanın Böyük Qaladərəsi kəndinə mayın 25-də ilk köç karvanı yola salınıb. Köç edən sakinlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ötən həftə 2092 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 18-dən 24-nə qədər qədər 33 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 416 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2092 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB 2

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə yola salınan ilk köç karvanı çatıb, evlərin açarları sakinlərə təqdim edilib.

"Report" xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə yola salınan ilk köç karvanı çatıb.

"Report" xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Nazir müavini: Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir

Süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlərlə üz-üzədir.

"Dil dövlətçiliyin əsas atributlarından biridir. Məktəb təhsili dillərin qorunması və inkişafında əsas rol oynayır. Ailə və valideynlər isə bu istiqamətdə prioritet mənbədir. Valideynin vəzifəsi ana dilinin zənginliyini uşaqlara aşılamaqdır".

Nazir müavini çıxışının yekununda qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən böyük vasitədir.

İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması nitq mədəniyyəti ilə bağlıdır

Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, dil xalqın milli kimliyinin pasportudur:

"Bu mənada, inkişaf etmiş cəmiyyətlərdə ana dilinə qayğı və diqqət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu konteksdə təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir".

Akademik Azərbaycanı dilinin inkişafı istiqamətində hələ XX əsrin əvvəllərində atılan addımları bir sıra ölkələr hələ indi təkrarladıqlarını vurğulayıb.

İ.Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasını daha çox nitq mədəniyyəti ilə əlaqələndirib:

"Bu mənada, hər kəs ana dilinin zəngin imkanlarından istifadə etməklə bu saflığı qorumalıdır. İstər məişətdə, istər audioriyalarda, istərsə də ekranda Azərbayclan dilinə məsuliyyətlə yanaşmaq hamının borcudur".

O, hazırda AMEA səviyyəsində Azərbaycan dilinin qrammatikasına aid silsilə nəşrlərin həyata keçirildiyinə də diqqət çəkib.

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində Müstəqillik Günü münasibətilə konsert təşkil edilib

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

"Report" xəbər verir ki, konserti Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva izləyiblər.

Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər.

Gənc istedadların təqdim etdiyi bu zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa verdikləri real töhfənin göstəricisidir.

Növbəti köç Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

"Report" xəbər verir ki, Şükürbəyli kəndi bu gün 119 ailə olmaqla, 535 nəfəri qarşılayıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

"Report" xəbər verir ki, Şükürbəyli kəndi bu gün 119 ailə olmaqla, 535 nəfəri qarşılayıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və "İP TV" şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə, 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçmiş məcburi köçkün: Cəbrayılı həyat yoldaşımla tərk etmişdim, nəvəmlə qayıdıram

Cəbrayılı həyat yoldaşım, oğlumla tərk etmişdim, indi nəvəmlə qayıdıram.

"Report"un məlumatına görə, bunu Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Sabir Bəbirov deyib.

S.Bəbirov bu günü çoxdan arzuladığını bildirib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günü bizə yaşatdılar. Allah Prezidentimizin canını sağ, ömrünü uzun eləsin.

Kəndimiz işğaldan azad olunandan sonra yurdumuza getmişəm. Özüm Cəbrayıl rayonunda işlə təmin olunmuşam. Uzun müddət idi ki, köçəcəyimiz günü gözləyirdik. Şükür, bu günü gördük".

Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürüləcək.

Şükürbəyli sakini: Çox sevincliyik, evimizə köçür, yurdumuza qayıdırıq

Çox sevincliyik, evimizə köçürük, yurdumuza qayıdırıq.

Bu sözləri "Report"a Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini, keçmiş məcburi köçkün Zeynəb Quliyeva deyib.

O, bildirib ki, həyatının ən gözəl günlərindən birini yaşayır:

"Allah Prezidentimizə uzun ömür bəxş etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mənim bacım, xalam oğlu da müharibədə şəhid oldu.

Cəbrayılı 35 yaşımda tərk etmişəm, 70 yaşımda qayıdıram. Yurduma həyat yoldaşımla oğlumla, qızımla, birlikdə dönürəm. Bundan gözəl gün olarmı?".

Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürüləcək.

WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY

WUF13 çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın şəhər inkişafı ilə bağlı təcrübələrinin bölüşülməsi çoxtərəfli diplomatiyaya verilən töhfənin nəticəsi idi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakıda rekord göstəricilərlə baş tutub və davamlı urbanizasiya sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrilib:

"Forumun əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" idi. Mənzil yalnız əsas ehtiyac deyil, həm də insan ləyaqətinin, sosial inklüzivliyin, iqtisadi imkanların və iqlim dayanıqlığının təməlidir. Forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Liderlərin Bəyanatı seqmenti keçirildi. Tədbirdə 27 dövlət və hökumət başçısı iştirak etdi ki, bu da davamlı şəhərsalma və adekvat mənzil məsələlərinə yüksək siyasi dəstəyi nümayiş etdirdi. Azərbaycanın ev sahibi kimi təqdim etdiyi təcrübə xüsusi maraq doğurdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və "Böyük Qayıdış" proqramı beynəlxalq səviyyədə postmünaqişə dövrü üçün nümunəvi model kimi qiymətləndirildi. Azərbaycan öz daxili resursları hesabına sıfırdan 12 şəhər və 300-dən çox kənd inşa edir. Azərbaycan əsrlərlə formalaşmış zəngin memarlıq və mədəni irsə malikdir və ölkə sürətli urbanizasiya ilə yanaşı, milli memarlıq kimliyinin qorunmasına xüsusi önəm verir. Bu kontekstdə 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunub".

Pərvanə Vəliyevanın sözlərinə görə, forumun mühüm irslərindən biri də Azərbaycan və UN-Habitat tərəfindən birgə təsis olunan "Bakı Urban Mükafatı" olub:

"Bu mükafat Dünya Şəhər Forumu çərçivəsində təqdim olunan ilk xüsusi mükafat kimi innovasiya, beynəlxalq əməkdaşlıq və davamlı urbanizasiya sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir. WUF13 çərçivəsində qəbul olunan "Bakı Fəaliyyətə Çağırış" sənədi qlobal mənzil böhranına qarşı təcili və birgə fəaliyyət çağırışı etdi. Mənzil böhranı tək bir tərəfin həll edə biləcəyi məsələ deyil - bu, kollektiv məsuliyyət və əlaqələndirilmiş fəaliyyət tələb edir. Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi. Bu gün şəhərlərdə yaşayan hər dörd uşaqdan biri qeyri-rəsmi yaşayış məntəqələrində böyüyür. Mənzil problemi milyonlarla gəncin gələcəyinə, təhlükəsizliyinə və imkanlarına birbaşa təsir göstərir. Gənclər mənzili yalnız yaşayış yeri deyil, ləyaqət, təhlükəsizlik və aidiyyət qapısı kimi qiymətləndirdilər. Mənzil siyasəti təhsil, səhiyyə, təhlükəsizlik və iqtisadi imkanlarla əlaqəli şəkildə qurulmalıdır".

O vurğulayıb ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 %-ni gənclər təşkil edəcək və bu səbəbdən bugünkü qərarlar gələcək nəsillərin həyat keyfiyyətini müəyyənləşdirəcək:

"Bakı Fəaliyyətə Çağırış" sənədi inklüziv və çoxtərəfli proses nəticəsində hazırlanıb. Sənədin hazırlanmasında qadınlar, uşaqlar, gənclər, yaşlılar, əlilliyi olan şəxslər, yerli və regional hakimiyyətlər, parlament üzvləri, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor nümayəndələri iştirak edib. Sənədin əsas mesajı ondan ibarətdir ki, qlobal mənzil böhranı artıq kritik həddə çatıb və bu böhran təsadüfi deyil, sistemli idarəetmə və struktur problemlərinin nəticəsidir. Yekun sənəd kimi yayılan "Chairs Summary" sənədində Azərbaycan hökumətinə yüksək peşəkarlıqla ev sahibliyinə və təşkilatçılığa görə BMT tərəfindən təşəkkür ifadə edildi. Azərbaycanın şəhər inkişafı ilə bağlı gördüyü unikal işlər var və forum çərçivəsində keçirilən 400-dən çox tədbirin, demək olar, əksəriyyətində bu təcrübə bölüşüldü, yüksək rəğbətlə qarşılandı. Bu, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi böyük töhfə idi və qlobal şəhər gündəliyi ölkəmizdə yazıldı. Bundan sonra Azərbaycan bu məsələdə də istinad nöqtəsi olacaq".

Deputat qeyd edib ki, bu ilin iyul ayında BMT Baş Assambleyasının yeni şəhər gündəliyi ilə bağlı aralıq hesabatı qəbul ediləcək və orada Bakıda əldə olunan nailiyyət vurğulanacaq.

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.

Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.

Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.

Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

İlham Əliyevin "yaşıl enerji" və davamlı şəhər inkişafı təşəbbüsləri dünya miqyasında dəstək görür - RƏY

WUF13-də qəbul edilən "Sədrin Xülasəsi" sənədində Azərbaycan Prezidentinin uzaqgörənliyinin vurğulanması qlobal problemlərin həll olunmasına verdiyi töhfələrdən irəli gəlir.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tarixə çevrilib:

"Bu forumda həm WUF13-ün, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin yeni tarixi yazılmış oldu. Dünyanın ən böyük tədbirlərindən biri hesab olunan bu beynəlxalq tədbirə rekord sayda iştirakçı qatılmışdı. Elə baş tutan sessiyada, həm də dünyanın qlobal problemlərindən biri olan şəhərsalma və urbanizasiya problemlərinin həll edilməsi ilə bağlı da ilk dəfə bu səviyyədə ölkələr arasında əməkdaşlıq təşəbbüsləri nümayiş etdirildi, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirildi. Azərbaycanın bu forumda beynəlxalq təşkilatlara necə yüksək səviyyəli ev sahibliyi etməyi diqqət çəkmiş oldu. WUF13 sessiyasında bir sıra ilklər də baş verdi. Burada "Sədrin Xülasəsi" sənədi qəbul edildi. Bu sənədi qəbul edərkən dünyanın 70-dən çox ölkəsindən nazir və nazir müavinləri iştirak etdi. Qeyd edildi ki, 176 ölkədən gələn 57 mindən çox iştirakçının qatıldığı bu tədbir, WUF tarixində Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası kimi yadda qaldı".

Deputat deyib ki, bu, ilk növbədə ev sahibi ölkənin və onun liderinin beynəlxalq münasibətlər sistemindəki nüfuzu ilə bağlıdır:

"Tədbir Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) təşkilatçılığı altında həyata keçirilsə də, tədbirin hansı səviyyədə baş tutması ev sahibliyi edən ölkənin dövlət başçısının digər ölkələrin dövlət başçıları ilə əlaqələri kontekstində ortaya çıxır. "Sədrin Xülasəsi" sənədində Azərbaycan Prezidentinin uzaqgörənliyinin və liderliyinin vurğulanması da bundan irəli gəlir. Azərbaycan BMT üzvü kimi bu təşkilatın dünyada qlobal problemlərin həll olunmasında daha səmərəli və daha funksional olması üçün vaxtaşırı təşəbbüslərlə çıxış edir".

Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin BMT ilə bağlı səsləndirdiyi fikirləri BMT-Azərbaycan dialoqunu daha da dərinləşdirir və strateji edir:

"Çünki istənilən halda hər hansı bir beynəlxalq təşkilatın və ya dövlətin idarə olunması üçün ideyalar, təşəbbüslər və onların icra mexanizmi olmalıdır. Azərbaycan da hazırda məhz bu kontekstdə, real, rasional müstəvidə BMT ilə əməkdaşlıq edir. Bu, gələcəkdə BMT-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə və şaxələnməsinə gətirib çıxaracaq. Azərbaycan bu tədbirlərə ev sahibliyi etməklə, əslində həm də Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən belə tədbirlərin yeni keyfiyyətini təyin edən bir ölkəyə çevrilir".

Şərurda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksinin açılışı olub

Şərur rayonunun Düdəngə kəndində Vətən uğrunda canlarını fəda etmiş polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub.

"Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, o cümlədən şərurlu döyüşçülərin şücaətindən danışıblar.

Qeyd olunub ki, polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun timsalında bütün şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsil üçün örnəkdir və onların xatirəsi daim ehtiramla anılacaq.

Tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Sonda şəhidlərin xatirəsinə həsr olunmuş bulaq-abidə kompleksinin açılışı olub, abidə önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkdirilib.

Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun paytaxtına çevrilməklə, qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

O bildirib ki, mayın 17-22-si tarixlərini əhatə edən həftə Azərbaycan üçün tarixi bir dövrə çevrildi: "Forumda ilkin olaraq 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi barədə məlumat yer almış, lakin tədbirin sonuna yaxın dəqiqləşmiş məlumatda 57 000-dən çox iştirakçının tədbirə qatıldığı məlum oldu. Bu rəqəmlərlə Bakı Forumu Ümumdünya Şəhərsalma Forumu tarixinin ən kütləvi sessiyası olmaqla yanaşı, 2024-cü ilin noyabrında Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkəmizdə baş tutmuş ikinci ən böyük beynəlxalq tədbir oldu. Məhz 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahəyə verilən xüsusi önəmin göstəricisi kimi qiymətləndirilməlidir. Həmçinin, işğaldan azad olunmuş şəhərlərimizdə Ağdamda, Zəngilanda və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi, post-münaqişə dövründə dayanıqlı yaşayış məkanlarının formalaşdırılması yolunda mühüm addımlardır".

Depuat Forum çərçivəsində Azərbaycanın bir sıra təşəbbüsünə diqqət çəkib: "Belə ki, 19 may tarixdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və 116 ölkənin QHT-lərini birləşdirən "Qlobal Cənub QHT Platforması" ilə tərəfdaşlıqla Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq "WUF13 QHT Forumu" keçirildi və BMT rəsmiləri bunu tarixi hadisə adlandırdı. 3,5 hektar ərazidə qurulmuş "Urban Expo" sərgisi 66 ölkədən 217 təşkilatı bir araya gətirərək, Bakını qlobal şəhərsalma innovasiyaları və startaplarının qovuşağına çevirdi. WUF13 çərçivəsində beynəlxalq media nümayəndələri üçün Şamaxıya media turu da təşkil olundu - bu, xarici jurnalistlərə Azərbaycanın regional şəhərsalma siyasəti ilə daha dərindən tanış olmaq imkanı verdi".

Deputat bildirib ki, WUF13-ün Azərbaycana verdiyi strateji dividentləri bir neçə istiqamətdə dəyərləndirmək mümkündür: "Öncə, bu Forumun Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin yalnız böyük tədbirlərə ev sahibliyi edən dövlət deyil, qlobal problemlərə innovativ həllər təklif edən strateji və etibarlı tərəfdaşa çevrildiyinin sübutu hesab edilə bilər. İkincisi "Bakı Fəaliyyətə Çağırışı" sənədinin qəbul olunması qeyd edilməlidir. Forumun yekun nəticələri və "Bakı Fəaliyyətə Çağırışı" sənədinin 2026-cı ilin iyulunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına mühüm töhfə verəcəyi gözlənilir. Üçüncüsü, postmünaqişə bərpa modelinin qlobal miqyasda təqdir edilməsidir. Belə ki, Azərbaycanın post-münaqişə bərpası sahəsindəki təşəbbüsü WUF13-ün "Bakı Fəaliyyətə Çağırışı" adlı yekun sənədində də dəstəkləndi. Və nəhayət, bu Forum diplomatik əlaqələrin genişlənməsi üçün əhəmiyyətli bir imkana çevrildi. Forum boyunca dünya liderləri və tanınmış siyasətçilərlə aparılan dialoqlar Azərbaycanın qlobal şəhərsalma gündəliyinin formalaşmasında aktiv rolunu bir daha təsdiqlədi".

"Ümumiyyətlə, WUF13-ün uğurları sırasında ən azı üç məqamı xüsusilə vurğulaya bilərik - Azərbaycan rekord iştirakçı sayı ilə dünya şəhərsalma strategiyasının mərkəzinə çevrildi; Qarabağ və Şərqi Zəngəzurun bərpa modeli beynəlxalq sənədlərə daxil edilərək qlobal nümunə kimi təqdir edildi və ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumu tarixində WUF13 QHT Forumu kimi yeni bir format təsis edildi.

Bütün bunlar isə Prezident İlham Əliyevin liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın yalnız beynəlxalq tədbirlərin keçirildiyi coğrafi məkana deyil, qlobal gündəliyin formalaşdırıldığı strateji platformaya çevrildiyinin danılmaz sübutudur", - Z.Şükürov əlavə edib.​​​​​​​​​

Lənkəranda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin (RM) təşkilatçılığı ilə Lənkəran rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimdə FHN Cənub RM-in rəisi polkovnik Müsəddiq Əsədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyət və 43 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

İlham Əliyev: WUF13 çərçivəsində aparılmış hərtərəfli müzakirələr iki mühüm yekun sənədlə nəticələndi

WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədlə nəticələndi.

"Report" xəbər verir ki, bu bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.

"Təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhər Forumu kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi.

WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi - Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı", - paylaşımda bildirilib.

Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur

Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.

"WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi - Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən güclü şəkildə tanınmasından qürur duyuruq. Bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli nümunə kimi qeyd olunub", - dövlət başçısının paylaşımında bildirilib.

WUF13-ün Bakıda keçirilməsi İlham Əliyevin beynəlxalq əməkdaşlıq strategiyasının davamıdır - RƏY

Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın artan nüfuzunun növbəti təsdiqi oldu.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum miqyasına görə bu günədək keçirilmiş ən geniş tədbir kimi tarixə düşdü. COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 Azərbaycanın qlobal həmrəylik, çoxtərəfli əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq üçün etibarlı platforma statusunu bir daha nümayiş etdirdi.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyildi:

"Bu qərar Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və qlobal təşəbbüslərə verdiyi töhfələrin məntiqi nəticəsi idi. Müasir dünyada böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün yalnız inkişaf etmiş infrastruktur kifayət etmir. Bunun üçün siyasi sabitlik, təhlükəsizlik, təşkilati məsələlərlə bağlı peşəkarlıq, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq və yüksək idarəçilik qabiliyyəti tələb olunur. Azərbaycan bütün bu meyarlara cavab verən ölkə kimi artıq özünü dəfələrlə sübut edib. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, Qoşulmama Hərəkatının Zirvə görüşü, beynəlxalq idman yarışları, enerji forumları və nəhayət COP29 kimi qlobal tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarının yüksək səviyyəsini bütün dünyaya nümayiş etdirib. WUF13 də bu uğurlu ənənənin davamı oldu".

Səbinə Salmanova bildirib ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Prezident İlham Əliyevin uzaqgörən siyasəti və strateji liderliyi dayanır:

"Son illərdə həyata keçirilən ardıcıl islahatlar, genişmiqyaslı infrastruktur layihələri, iqtisadi modernləşmə proqramları və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizi regionun lider dövlətinə çevirməklə yanaşı, qlobal miqyasda da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yalnız enerji sahəsində deyil, nəqliyyat, logistika, rəqəmsal transformasiya, yaşıl enerji və şəhərsalma istiqamətlərində də mühüm nailiyyətlər əldə edib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünya Azərbaycanın təcrübəsini öyrənir, ölkəmizin həyata keçirdiyi layihələri müasir inkişaf modeli kimi qiymətləndirir. BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan WUF13-ün Azərbaycanaəda keçirilməsi də beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf strategiyasına verdiyi yüksək qiymətin təzahürüdür".

Deputat qeyd edib ki, forum çərçivəsində ən çox maraq doğuran mövzulardan biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramları oldu:

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq beynəlxalq ekspertlər tərəfindən müasir şəhərsalma və dayanıqlı inkişaf nümunəsi kimi qiymətləndirilir. Otuz ilə yaxın müddətdə sistemli şəkildə dağıdılmış şəhər və kəndlərin qısa zaman ərzində yenidən qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, yaşıl enerji əsaslı infrastrukturun yaradılması, müasir nəqliyyat şəbəkələrinin qurulması və insanların doğma torpaqlarına qayıdışının təmin olunması dünya praktikasında nadir rast gəlinən uğurlu nümunələrdəndir. Bu gün Zəngilan, Laçın, Füzuli, Şuşa, Xankəndi və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan sadəcə dağıdılmış əraziləri bərpa etmir, gələcəyin şəhərlərini və yaşayış məkanlarını qurur. WUF13-ün Bakıda keçirilməsi İlham Əliyevin beynəlxalq əməkdaşlıq strategiyasının davamıdır. Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının və dövlət siyasətinin real nəticəsidir. Əgər bir vaxtlar Qarabağ və Şərqi Zəngəzur dağıntılar məkanı kimi tanınırdısa, bu gün həmin ərazilər innovativ şəhərsalma, ekoloji dayanıqlılıq və müasir idarəetmə prinsiplərinin tətbiq olunduğu nümunəvi inkişaf regionuna çevrilməkdədir".

Parlamentari sonda vurğulayıb ki, WUF13-ün uğurla keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqidir:

"Forum göstərdi ki, Azərbaycan yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində də mühüm rol oynayan məsuliyyətli dövlətdir. Bakının dünya urbanizasiya gündəminin əsas müzakirə meydanına çevrilməsi, minlərlə iştirakçının ölkəmizə səfəri, aparılan müzakirələr və əldə olunan nəticələr Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və dünyada artan nüfuzunun parlaq göstəricisidir.Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan bu gün həm quruculuq, həm inkişaf, həm də beynəlxalq əməkdaşlıq modeli kimi qəbul olunur. WUF13 isə bu reallığın növbəti təsdiqi olmaqla ölkəmizin qlobal nüfuz salnaməsinə yazılmış daha bir mühüm uğur səhifəsidir".

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi – qlobal şəhərsalma gündəliyi Bakıda formalaşır - RƏY

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu, strateji baxışını və qlobal proseslərdə artan rolunu bir daha dünyaya nümayiş etdirdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum həm iştirakçı sayına, həm müzakirə olunan mövzuların əhatəsinə, həm də beynəlxalq əməkdaşlıq baxımından urbanizasiya tarixinin ən möhtəşəm platformalarından biri kimi yadda qalıb.

Onun sözlərinə görə, COP29-dan sonra ölkədə keçirilən ən böyük beynəlxalq tədbir kimi WUF13 göstərdi ki, Azərbaycan artıq təkcə regional mərkəz statusu ilə kifayətlənmədiyini qeyd edib.

O bildirib ki, qlobal gündəliyin formalaşdığı əsas siyasi və humanitar platformalardan birinə çevrilib:

"Bakı bu gün Şərqlə Qərbi birləşdirən mühüm coğrafi məkan olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və strateji tərəfdaşlığın təşviq olunduğu nüfuzlu bir paytaxt kimi qəbul olunur.

Bu uğurun təməlində Prezident İlham Əliyevin uzaqgörən və prinsipial dövlət siyasəti dayanır. Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi, ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək nüfuz, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar diplomatiya və dayanıqlı inkişaf sahələrində əldə olunan nailiyyətlər məhz dövlət başçısının qətiyyətli siyasətinin nəticəsidir.

Prezidentin rəhbərliyi ilə həyata keçirilən müasir şəhərsalma siyasəti artıq beynəlxalq platformalarda xüsusi maraq doğurur. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları müasir urbanizasiya yanaşmasının ən uğurlu nümunələri sırasında göstərilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq prosesi postmünaqişə dövründə dayanıqlı inkişaf modelinin praktik təcəssümünə çevrilib".

Fatma Yıldırım deyib ki, WUF13 çərçivəsində aparılan müzakirələrdə müasir şəhərlər artıq yalnız yaşayış məkanı anlayışı ilə məhdudlaşmır:

"Bu gün şəhərlər iqtisadi inkişafın, sosial inklüzivliyin, texnoloji innovasiyanın, ekoloji təhlükəsizliyin və insan rifahının əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan da bu istiqamətdə həm nəzəri yanaşmaları, həm də real təcrübəsi ilə beynəlxalq platformalarda diqqət çəkən ölkələr sırasında yer alır.

Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin, BMT institutları ilə səmərəli əməkdaşlığının və ölkəmizə göstərilən yüksək etimadın açıq ifadəsidir. Eyni zamanda WUF13 Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar idarəçilik modelini və yüksək təşkilati potensialını bir daha nümayiş etdirdi".

Deputat deyib ki, müasir dövrdə dünya urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və dayanıqlı inkişaf kimi mühüm çağırışlarla üz-üzədir:

"Azərbaycan isə bu proseslərdə fəal təşəbbüslərlə çıxış edən, beynəlxalq əməkdaşlığa töhfə verən və qlobal məsuliyyəti bölüşən nüfuzlu dövlət kimi çıxış edir. WUF13 də məhz bu baxımdan ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirən mühüm platformaya çevrildi.

Hesab edirəm ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu, strateji baxışını və qlobal proseslərdə artan rolunu bir daha dünyaya nümayiş etdirdi. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum həm iştirakçı sayına, həm müzakirə olunan mövzuların əhatəsinə, həm də beynəlxalq əməkdaşlıq baxımından urbanizasiya tarixinin ən möhtəşəm platformalarından biri kimi yadda qaldı.

COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbir kimi WUF13 göstərdi ki, Azərbaycan artıq təkcə regional mərkəz statusu ilə kifayətlənmir, eyni zamanda qlobal gündəliyin formalaşdığı əsas siyasi və humanitar platformalardan birinə çevrilib. Bakı bu gün Şərqlə Qərbi birləşdirən mühüm coğrafi məkan olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və strateji tərəfdaşlığın təşviq olunduğu nüfuzlu bir paytaxt kimi qəbul olunur".

Deputatın sözlərinə görə, bu uğurun təməlində Prezident İlham Əliyevin uzaqgörən və prinsipial dövlət siyasəti dayanır:

"Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi, ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək nüfuz, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar diplomatiya və dayanıqlı inkişaf sahələrində əldə olunan nailiyyətlər məhz dövlət başçısının qətiyyətli siyasətinin nəticəsidir.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müasir şəhərsalma siyasəti artıq beynəlxalq platformalarda xüsusi maraq doğurur. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları müasir urbanizasiya yanaşmasının ən uğurlu nümunələri sırasında göstərilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq prosesi postmünaqişə dövründə dayanıqlı inkişaf modelinin praktik təcəssümünə çevrilib.

WUF13 çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, müasir şəhərlər artıq yalnız yaşayış məkanı anlayışı ilə məhdudlaşmır. Bu gün şəhərlər iqtisadi inkişafın, sosial inklüzivliyin, texnoloji innovasiyanın, ekoloji təhlükəsizliyin və insan rifahının əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan da bu istiqamətdə həm nəzəri yanaşmaları, həm də real təcrübəsi ilə beynəlxalq platformalarda diqqət çəkən ölkələr sırasında yer alır".

Fatma Yıldırım qeyd edib ki, forumun məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin, BMT institutları ilə səmərəli əməkdaşlığının və ölkəmizə göstərilən yüksək etimadın açıq ifadəsidir:

"WUF13 Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar idarəçilik modelini və yüksək təşkilati potensialını bir daha nümayiş etdirdi.

Müasir dövrdə dünya urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və dayanıqlı inkişaf kimi mühüm çağırışlarla üz-üzədir. Azərbaycan isə bu proseslərdə fəal təşəbbüslərlə çıxış edən, beynəlxalq əməkdaşlığa töhfə verən və qlobal məsuliyyəti bölüşən nüfuzlu dövlət kimi çıxış edir. WUF13 də məhz bu baxımdan ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirən mühüm platformaya çevrildi.

Hesab edirəm, WUF13-ün yekunu göstərdi ki, Bakı artıq qlobal urbanizasiya dialoqunda aparıcı platformalardan birinə çevrilib. Eyni zamanda, Azərbaycanın təqdim etdiyi şəhərsalma yanaşmaları və dayanıqlı inkişaf modeli beynəlxalq səviyyədə yüksək dəyərləndirildi".

Şəhidin əmisi oğlu: Rəşadət yaralansa da, müalicəsini yarımçıq qoyub yenidən cəbhəyə yollanmışdı

Rəşadət döyüşlərin birində yaralansa da, müailcəsini yarımçıq qoyub yenidən cəbhəyə yollanmışdı.

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında nəşinin qalıqları mayın 22-də Bərdədə dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyevin əmisi oğlu Fəzail Piriyev deyib.

O, Rəşadətin müharibənin ilk vaxtlarından döyüşlərdə iştirak etdiyini vurğulayıb:

"Rəşadət əmimin doqquz uşaqlı ailəsində sonbeşik idi. O, müharibənin ilk vaxtlarından Laçın, Ağdam, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdamda döyüşlərin birində yaralansa da, müalicəsini yarlmçıq qoyaraq hospitaldan birbaşa cəbhəyə yollanmışdı. 1994-cü ilin fevralında Kəlbəcərin Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin neçə ildən sonra tapılaraq dəfn olunması ilə gözümüz yoldan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Rəvan Həsənov: Urbanizasiya prosesində inklüzivlik və mədəni irs qorunmalıdır

Urbanizasiya insanların kimliyinin, dini dəyərlərinin, tarixi və mədəni irsinin qorunması ilə paralel şəkildə həyata keçirilməlidir.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli xalqların hüquqları üzrə dəyirmi masa"da çıxışında deyib.

Onun sözlərinə görə, müasir dövrdə şəhərlərin yalnız texnoloji və memarlıq deyil, eyni zamanda, sosial və mədəni baxımdan da inklüziv şəkildə formalaşdırılması vacibdir:

"Urbanizasiya insanların kimliyinin, dini dəyərlərinin, tarixi və mədəni irsinin qorunması ilə paralel həyata keçirilməlidir. Yerli xalqların hüquqlarının qorunması bu gün beynəlxalq ictimaiyyət qarşısında duran ən mühüm məsələlərdən biridir. Yerli xalqlar bəşəriyyətin mədəni yaddaşının, tarixi irsinin daşıyıcılarıdır. Bu baxımdan onların hüquqlarının qorunması yalnız hüquqi və siyasi məsələ deyil, həm də mənəvi və humanitar məsuliyyətdir".

İcraçı direktor Azərbaycanın şəhərsalma siyasətində inklüzivlik prinsipinə verilən önəmi də diqqətə çatdırıb:

"Həm Bakı şəhərində, həm də digər regionlarda həyata keçirilən layihələr zamanı müxtəlif etnik icmaların mədəniyyəti və dini inancları nəzərə alınır, tarixi və dini abidələrin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Tarixi və dini abidələrin bərpası, mədəni irsin qorunması və müxtəlif inanc sahiblərinin özlərini təhlükəsiz və rahat hiss edə biləcəkləri sosial mühitin formalaşdırılması Azərbaycanın şəhərsalma siyasətinin ayrılmaz hissəsidir".

R.Həsənov həmçinin bildirib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır:

"Əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir. Azərbaycanın həyata keçirdiyi layihələr də məhz bu prinsiplərə əsaslanır, müxtəlif etnik icmaların, fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin harmonik birgəyaşayışını təşviq edir. İnklüziv şəhər inkişafı yalnız qarşılıqlı hörmət, sosial ədalət və mədəni müxtəlifliyə verilən dəyər əsasında mümkün ola bilər".

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinləyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov mayın 22-də Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 3 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 23 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Emin Hüseynov: Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesini heç bir dəstək olmadan həyata keçiririk

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesini heç bir dəstək olmadan həyata keçirir.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günədək dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə 25 milyard manatdan çox vəsait ayrılıb:

"Azərbaycan Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma prosesini yalnız öz gücünə, heç bir beynəlxalq təşkilatın maliyyə dəstəyi olmadan həyata keçirir".

Şuşa və Naxçıvandan Davamlı İnkişaf Məqsədlərinin lokallaşması üzrə strukturlaşdırılma başlayıb

Şuşa və Naxçıvanda Davamlı İnkişaf Məqsədlərinin (SDG) lokallaşması üzrə strukturlaşdırılmış prosesə başlanılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün strateji ətraf mühitin qiymətləndirilməsi vasitəsi kimi" sessiyada deyib.

Onun sözlərinə görə, qlobal SDG hədəflərinin 83 %-i hələ də yerinə yetirilməyib:

"SDG-lərin şəhər planlaşdırmasına və siyasətinə inteqrasiyası seçim deyil, zərurətdir. Azərbaycan 4 Könüllü Milli Hesabat təqdim edib, 50-dən çox dövlət proqramını və strategiyasını SDG hədəfləri ilə uyğunlaşdırıb və milli səviyyədə institusional koordinasiya mexanizmləri yaradıb. Ən vacibi isə Şuşa və Naxçıvanda SDG lokallaşması üzrə strukturlaşdırılmış prosesə başlanılıb. Bu proses qlobal öhdəlikləri yerli nəticələrə çevirir: daha inklüziv şəhər planlaşdırması, sübuta əsaslanan yerli idarəetmə, daha yaxşı infrastruktur, daha güclü iqlim dayanıqlığı və təkmilləşdirilmiş ictimai xidmətlər".

H.Hüseynov bildirib ki, Azərbaycanın milli gündəliyi "yaşıl inkişaf", bərpa olunan enerji, enerji keçidi, iqlim dayanıqlığı və "ağıllı şəhər" inkişafına əsaslanır:

"Bərpa olunan enerji 2026-cı ilə qədər elektrik istehsalının 24 %-nə çatdırılacaq və rəqəmsal infrastruktur artıq ölkənin 95 %-ni əhatə edir".

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Xocavənd şəhərinə qayıdan daha 17 ailəyə evlərinin açarları təqdim olunub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə (65 nəfər) köçürülüb.

Qeyd edək ki, açarların təqdim olunması mərasimində ANAMA-nın sakinləri mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırıblar, onlara müvafiq bukletlər paylanılıb.

Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Xocavəndə daha 17 ailənin daimi qayıdışı təmin olunub.

Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə daha 17 ailə (65 nəfər) yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bununla Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək

Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək.

"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Zəfərdən sonra bu dəhlizin reallaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlanılıb.

"Dəhlizin avtomobil yolu hissəsi hazırda tikinti mərhələsinin yekununa yaxınlaşır. Eyni zamanda dəmir yolu xətti də tamamlanmaq üzrədir. Bundan əlavə, Araz çayı üzərində Azərbaycanla İranı birləşdirəcək körpünün tikintisi də başa çatmaq üzrədir. Beləliklə, bu layihə regional nəqliyyat və logistika inteqrasiyasının mühüm elementinə çevrilir".

Xüsusi nümayəndə qeyd edib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan verəcək və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq. "Bununla yanaşı, artıq fəaliyyət göstərən Zəngilan Beynəlxalq Hava Limanı təyyarələri qəbul edir və bu da yük daşımalarının çevikliyini, əlaqəliliyi, eləcə də investorlar və biznes üçün əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Xüsusilə maraqlı məqamlardan biri odur ki, dəhliz tam başa çatmadan belə logistika və sənaye şirkətlərinin böyük marağını müşahidə edirik. Hesab edirik ki, investorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları aydın şəkildə anlayırlar".

XƏBƏR YENİLƏNİR

Vahid Hacıyev: Məcburi köçkünlərin ləyaqətlə geri qayıtması əsas hədəflərdəndir

Məcburi köçkünlərin öz yurdlarına ləyaqətlə və uzunmüddətli təhlükəsizlik hissi ilə qayıda bilməsi əsas məqsədlərdən biridir.

"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, regionda günəş enerjisi potensialı kifayət qədər yüksəkdir və binalarda əsasən günəş panellərindən istifadə edilir:

"Biz Qarabağ və Şərqi Zəngəzurda yalnız tikinti ilə kifayətlənmirik. Eyni zamanda, həmin kəndlərin düzgün idarə olunmasını da təmin edirik. Bu məqsədlə gündəlik istifadə etdiyimiz sistemlərdən biri GIS platforması əsasında qurulan ağıllı idarəetmə sistemidir. Bütün kənd və şəhərlər bu sistemə inteqrasiya olunub və biz evlərdən tutmuş qaz xətlərinə qədər lazım olan hər şeyi nəzarətdə saxlaya bilirik".

Xüsusi nümayəndə həmçinin bildirib ki, bütün torpaq sahələri, binalar, yollar və kommunal xətlər dəqiq koordinatlarla rəqəmsal xəritələşdirilib:

"Bu sistem daha sürətli qərar qəbul etməyə imkan verir və gələcək inkişaf prosesinin daha səmərəli idarə olunmasına kömək edir. Eyni zamanda, qurumlar arasında koordinasiyanı gücləndirir və yeni ssenarilərə uyğun dəyişikliklərin birbaşa sistem üzərindən tətbiqinə şərait yaradır".

Vahid Hacıyev: Mina problemi əsas çağırışlardan biri olaraq qalır

Mina problemi əsas çağırışlardan biri olaraq qalır.

"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda minalar hələ də mövcuddur və təhlükə yaratmaqda davam edir:

"Bununla belə, insanların yaşadığı ərazilər kifayət qədər təhlükəsizdir. Amma mina problemi əsas çağırışlardan biri olaraq qalır və insanların təhlükəsizliyini təmin edən, minaların ətraf mühitə təsirini azaldan minatəmizləyənlər hazırda yorulmadan çalışırlar".

Xüsusi nümayəndə "Böyük Qayıdış" proqramının prioritetlərinə də diqqət çəkib:

"Məqsəd dayanıqlı məskunlaşmanı təmin etməkdir. Bizim də qarşımıza qoyulan əsas prioritet məhz dayanıqlı məskunlaşmanın yaradılması idi. Bu isə yalnız evlərin tikilməsi demək deyil, insanların ləyaqət və rifah içində yaşayacağı infrastrukturun qurulması deməkdir".

Emin Hüseynov: Ağdamın 60, Füzulinin 78, Xocavənd ərazisinin isə 16 faizi minalardan təmizlənib

Son beş ildə Ağdam rayonunun təxminən 60, Füzuli rayonunun təxminən 78, Xocavənd rayonu ərazisinin isə təxminən 16 faizi minalardan təmizlənib.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun təxminən 78 faizi və Xocavənd rayonunun isə təxminən 16 faizi minalardan təmizlənib:

"Mina problemi bu bölgə üçün fundamental xarakter daşıyır və bunun yaxın zamanda tamamilə aradan qalxacağı ilə bağlı heç bir illüziyamız yoxdur. Bu problem mövcud olmaqda davam edəcək və biz minaların ətrafımızda olması reallığı ilə yaşamağın və bununla mübarizə aparmağın yollarını tapmalı olacağıq. Biz buna qarşı daim diqqətli olmalı, ehtiyatlı davranmalı və insanlarımızın təhlükəsizliyini prioritet etməliyik".

Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.

Keniyalı nümayəndə: İnkişaf uğrunda mübarizə aparan Afrika xalqları müxtəlif problemlərlə üzləşirlər

İnkişaf uğrunda mübarizə aparan Afrika xalqları müxtəlif problemlərlə üzləşirlər.

"Report" xəbər verir ki, bunu Keniya təmsilçisi Kristin Kandie Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərcivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.

O qeyd edib ki, Afrikada insanların əksəriyyətinin əsas problemi yaşayış yeri ilə bağlıdır:

"Biz kifayət qədər əziyyət çəkmişik. Hələ məskunlaşmamışdan əvvəl belə, iqlim dəyişikliyinin reallıqlarını bilirdik. Bu vəziyyət azalan resurslar, şəxsi maraqlar uğrunda yaranan real münaqişə səviyyəsinə çatıb. Çünki siyasətlər bizim reallıqlarımıza uyğun gəlmir. Siyasətlərə baxanda görürsünüz ki, onlar bizi gücləndirmək əvəzinə, zəiflədir. Nəticədə Afrika xalqları olaraq bizim kollektiv səsimizi eşitdirməyimiz çox çətinləşir. Afrikada məcburi köçkünlük, çoxlu münaqişələr var, çətin şərait, məktəbə gedə bilməyən uşaqlar, yoxsulluq var. İnsan hüquqları və inkişaf uğrunda mübarizə apararkən bizi sıxan daha bir çox problemlə üz-üzəyik".

Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır

Azərbaycan şəhərlər və yaşayış məskənləri salarkən təhlükəsizliyi xüsusilə diqqətdə saxlayır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların şəhərsalma və iqlim məsələlərində iştirakı prioritetlərdəndir:

"Azərbaycan bu məsələlərdə dəstək verməyə hazırdır. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq da çox önəmlidir. Qadınlar üçün bərabərliyin təmin olunması istiqamətində çoxsaylı layihələr hazırlana bilər. Bu məsələlərdə əməkdaşlığa hazırıq".

ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib

2020-ci ilin noyabr ayından etibarən, azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib, 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır:

"Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir".

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisinə baxıblar.

"Report" xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın, o cümlədən müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.

Onlar ziyarətçilər və iştirakçılar ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlər zamanı 8 dil üzrə sinxron tərcümə təmin ediləcək.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, tədbirlər BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, iki hektar sahəni əhatə edən zonada "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir:

"Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər".

Deputat: Azərbaycan Cənubi Qafqazda önəmli tərəfdaşdır

Azərbaycan Cənubi Qafqaz regionunda önəmli tərəfdaşdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Ermənistanda bir neçə həftə sonra keçiriləcək parlament seçkiləri böyük şansdır:

"Burada yeni Ermənistan vizyonu qurulur. Hazırkı Ermənistan özünü sülh tərəfdarı kimi göstərir. Lakin bu ölkənin daxilində də sülhə qarşı olan qüvvələr var. Azərbaycana qarşı qətnamələr qəbul edilir, burada da əsas iştirakçılar erməni lobbisidir. Məqsəd də sülh prosesinə ziyan vurmaqdır".

Deputat qeyd edib ki, bundan əlavə regionda, Cənubi Qafqaza daxil olmaq istəyən digər qüvvələr var:

"Buna səbəb isə Cənubi Qafqazın inkişafıdır. Bu coğrafi məkana təsir etmək istəyirlər. Bu prosesdə Azərbaycan önəmli partnyor kimi görsənir. Azərbaycan özünə inamlı ölkədir. Azərbaycan xarici basqılarından çəkinən ölkə deyil. Prezident İlham Əliyevin bu məsələdə mövqeyi bəllidir. Azərbaycanı bu regionda etibarlı bir mərkəzə çevirməkdir".

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

"Report" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.

Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

"Urban Expo zonası" isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 178 ölkədən 30 mindən çox iştirakçı tədbirə qatılacağını təsdiqləyib. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xocavənd sakini: Doğma ocaqda yaşayıb-yaratmaqla valideynlərimizin ruhunu şad edəcəyik

Sakinlər doğma ocaqlarında yaşayıb-yaratmaqla valideynlərinin ruhunu şad edəcəklər.

Bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında Xocavənd kənd sakini Məhbubə İbrahimova deyib.

O, ömrünün qalan hissəsini ata-baba yurdunda yaşamaq istədiyini vurğulayıb:

"Artıq 51 yaşamındayam, doğma ocağımıza qayıtdığımız üçün inanılmaz dərəcədə xoşbəxtəm. Kaş ata-anam da bu sevincli günlərimizi görəydi... İnanıram ki, öz yurdumuzda yaşayıb-yaratmaqla valideynlərimizin ruhunu şad edəcəyik".

Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir

Bakıda yerüstü və yeraltı piyada keçidlərindəki eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilir.

Bu barədə "Report"a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən eskalator və mexanizmlər Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək

Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.

"Yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluğla quraşdırılmış, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq. Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olacaq.

Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə istehsal edilir. Buna görə də, avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də, quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək", - məlumatda vurğulanıb.

Xocavənd rayonuna köçürülən daha 18 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB-2

Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara köçürülən daha 18 ailəyə evlərinin açarları təqdim edilib.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülüb.

Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara yola salınan 18 ailədən ibarət növbəti köç karvanları rayon mərkəzinə çatıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə qayıdan sakinlər ölkənin müxtəlif yerlərində məskunlaşmış ailələrdir.

Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.

Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.

Tural Gəncəliyev: Avropa Parlamenti ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı "cəzalandırmaq" istəyir

AŞPA və Avropa Parlamenti kimi institutlar ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı "cəzalandırmaq" istəyir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasındakı çıxışında deyib.

O qeyd edib ki, təxminən 30 il ərzində ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və ikiüzlülüyün simvoluna çevrilmişdi:

"Öncə qeyd edim ki, Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə bir nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş siyasi hökm idi. Ümummilli Lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyinin və regional gələcəyinin şərtlərini özünün müəyyən etdiyi mərhələyə keçib. ATƏT-in Minsk qrupunun artıq rəsmi şəkildə ləğv olunaraq de-yure fəaliyyətini dayandırdığı bir vaxtda açıq demək olar ki, onun məqsədi heç vaxt münaqişəni həll etmək olmayıb. Həmsədrlər yalnız vəziyyəti dondurmağa və işğalı legitimləşdirməyə çalışır, xalqımıza isə guya bu münaqişənin "hərbi həlli yoxdur" fikrini təlqin edirdilər. Bu, psixoloji təzyiq forması idi. Otuz il davam edən "diplomatik turizm" dövründə vasitəçilər bölgəmizdən işğalçı qüvvələrin bir əsgərini belə çıxarmadılar. Şəhərlərimiz yer üzündən silinərkən, məscidlərimiz xarabalığa çevrilərkən onlar susurdular".

Deputatın fikrincə, Prezidentin bəyanatına xüsusi kəskinlik verən məqam ləğv edilmiş qrupun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın nüvə dövlətləri, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması idi:

"Dünyada böyük gücə malik olmalarına baxmayaraq, onlar otuz il ərzində öz qəbul etdikləri qətnamələri belə görməzlikdən gəldilər. Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq: böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında presedent yaratdı - biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını silahlı güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün AŞPA və Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək, əsassız sanksiyalar tətbiq etməyə çalışaraq bizi "cəzalandırmağa" cəhd göstərirlər".

Hazırda Zəngilanda xarabalıqların yerində yeni geoiqtisadi qovşaq qurulduğunu xatırladan T.Gəncəliyev bildirib ki, Prezident bu rayonun beynəlxalq nəqliyyat habına çevriləcəyini bəyan etdi:

"Bu yeni memarlığın əsas elementi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Zəngəzur dəhlizi olacaq. Bu, bizim şərtlərimizlə qurulan sülhdür. Biz artıq bizə status-kvonun diktə edilməsinə imkan verməyəcəyik. Cənubi Qafqazın xaricdən idarə olunması dövrü başa çatıb. Azərbaycan sübut etdi ki, ədalət sözlə deyil, əməli addımlarla bərpa olunur. Dünyaya mesajımız son dərəcə aydındır: biz sülhə hazırıq, əməkdaşlıq gündəliyi təklif edirik, lakin Ermənistanda revanşizm ideyaları yaşadığı müddətdə ayıq-sayıq qalacağıq. Zəngilan bu gün öz torpağına dağıtmaq üçün deyil, qurmaq üçün qayıdan qanuni sahibin simvoludur".

MƏLUMAT YENİLƏNİR

DTX-nin əməkdaşları "Heydər zirvəsi"nə yürüş təşkil edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə ənənəvi yürüş təşkil olunub.

Bu barədə "Report"a DTX-dən məlumat verilib.

Bİldirilib ki, mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda "Heydər zirvəsi"nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mayın əvvəlindən 2 129 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 1-dən 11-dək 20 tank əleyhinə mina, 71 piyada əleyhinə mina, 440 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Ötən həftə 2129 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 22-də Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşların Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 12 - 14 may tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Naxçıvanda mayın pensiyaları ödənilib

Naxçıvanda may ayının pensiya ödənişləri başa çatdırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, ödənişlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülür. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ağdam və Xocavənd sakinləri Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüblər

Ağdamdan 17 yaşından çıxan sakin 33 ildən sonra doğma yurduna qayıtdığı üçün sevincli idi.

"Report" xəbər verir ki, bunu Ağdam şəhərinə yola salınan Namiq Cabbarov deyib.

"Ağdamdan çıxanda 17-18 (19 – red.) yaşım var idi, şükürlər olsun ki, 33 ildən sonra gözəl, doğma Ağdamıma qayıdıram", - o bildirib.

Hazırda 52 yaşı olan Namiq Cabbarov Ağdama beş nəfərdən ibarət ailəsi ilə qayıdır.

Şövkət Xəlilova da Ağdama qayıdanlar arasında idi: "Necə sevincliyəmsə, fikrimi dilə gətirə bilmirəm. Xocalı soyqırımının gecəsi idi, iki uşağımın əlindən tutub çıxdım. İndi həmin uşaqlarla - nəvəli, nəticəli gedirəm".

Anar Tahirov isə 1992-ci ildə Xocavəndin Qaradağlı kəndindən məcburi köçkün düşüb. "Oradan çıxanda beş yaşım var idi", - Anar Tahirov deyib və əlavə edib ki, uşaqlıqdan ayrı düşdüyü doğma yurduna qayıtmağı səbrsizliklə gözləyir.

Qeyd edək ki, bu gün Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınır.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə Azərbaycan xalqını ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkənin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Tədbirdə Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir Ulu Öndərin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib.

Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə müvəqqəti icraçı təyin olunub

Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Nurlan Fətəliyev həmin vəzifələrin müvəqqəti icraçısı təyin olunub.

WUF13 Təşkilat Komitəsinin iclası keçirilib, hazırlıq işlərinin başa çatdırılması barədə tapşırıqlar verilib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, WUF13-ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Samir Nuriyev WUF13-ün Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Cari 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin WUF13-ün əhəmiyyətini daha da artırdığı qeyd olunub. Belə ki, Forumun bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsi kimi çıxış etdiyi diqqətə çatdırılıb.

Samir Nuriyev Forumda iştirak üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin Forumun siyasi və substantiv baxımdan əsas yeniliklərindən biri olduğunu, bu toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyini diqqətə çatdırıb.

Liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 Nazirlər Görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq Xüsusi Sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlığın xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilati-logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, WUF13-ün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib.

Samir Nuriyev WUF13-ə hazırlıq prosesinin yekun mərhələsində aidiyyəti qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar verib.

Böyük Qayıdış prosesi haqqında 19 ölkənin diplomatına məlumat verilib

Böyük Qayıdış prosesi haqqında 19 ölkənin yeni təyin olunmuş 20 yüksək vəzifəli diplomatına məlumat verilib.

"Report" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov "Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış" mövzusunda mühazirə ilə çıxış edib.

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb.

Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi bir model təqdim etməkdədir.

Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib.

Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən "Bura mənim evimdir" sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayını nümayiş etdirən video çarxlar nümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb.

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişikliklər təsdiqlənib

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişikliklər təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişikliyi imzalayıb.

Dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna dəyişikliklərə görə isə əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Belə ki, "Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir".

Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM

Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslərə Prezident mükafatı verilib:

Abbasova Mətanət Nizami qızı

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Mətləb Fətəli oğlu

Abdullayeva Xurşid Lütfəli qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Axundov Əbülfəz Dadaş oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Aşurov Mustafa Əhməd oğlu

Atakişiyeva Mətanət Ağazair qızı

Babayeva İnarə Əhməd qızı

Bayramov Təyyar Allahverdi oğlu

Behbudov Əşrəf Məhərrəm oğlu

Canbaxşiyev Səməd Canbağış oğlu

Cəbrayılov Elşən Şahin oğlu

Cəfərov Rasim Valeh oğlu

Cəfərov Samir Qadir oğlu

Cəfərzadə Fatimə Üzeyir qızı

Dubovitskaya Mariya Aleksandrovna

Eres Mətanət İslam qızı

Eyvazova Ayan Fuad qızı

Əfəndi Elçin Fərahim oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Əhmədov Elşad Eldar oğlu

Əhmədov İbrahim Çingiz oğlu

Əhmədov İlyas Əhməd oğlu

Əkbərov Mir Qabil Qafil oğlu

Əliyev Abdulqəni Zəhmət oğlu

Əliyev Fərid Fərhad oğlu

Əliyeva Arzu Qurban qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Ülviyyə Fərhad qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Əli Oqtay oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmiraslanlı Rəvanə Bahadur qızı

Əsədov İlham Əsəd oğlu

Əsədova Məleykə Əlifağa qızı

Əsgərov Əsgər Əkbər oğlu

Əskərov Emil Firuzəddin oğlu

Əzizov Əzizağa Ağayar oğlu

Ferştandt Anton Sergeyeviç

Fətullayev Aslan Miri oğlu

Gözəlova Maytab Valeh qızı

Hacıbabayev Elşən Atababa oğlu

Hacıyev Əli Yusif oğlu

Hacıyev Fuad Əhəd oğlu

Hacıyev Hacı Şamil oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyev Vüqar Aydın oğlu

Hacıyeva Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Heybətov Anar Mithət oğlu

Heydərova Elnarə Rafiq qızı

Həsənquliyev Kazım Feyruz oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Nicat Yusif oğlu

Həsənov Zaman Hüseyn oğlu

Hüseynli Anar Vaqif oğlu

Hüseynli Rauf Eyyub oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova Fəridə Malik qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xanəhmədov Səməd Budaq oğlu

Xanlarov Habil Tehran oğlu

Xəlilov Səbuhi Ağababa oğlu

Xəlilzadə Rüfət Eldar oğlu

İbrahimov Cavid Zəfər oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Şəhla İbrahim qızı

İsmayılov Vilayət Hidayət oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimova Nərgiz Faiq qızı

Klimaşeva Bella Vladislavovna

Kuxmazova Yulizana Şəfiyevna

Qarayev Elnar Cəfər oğlu

Qədiyev Seymur Ağaddin oğlu

Qəhrəmanov Abbas Əhməd oğlu

Qəribova Nargilə Dursun qızı

Qubadov Ceyhun Şahbala oğlu

Qulamov Samir Ceyhun oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Kamran Yusif oğlu

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanova Gülzar Qurban qızı

Qurbanova Pərvanə Yaqub qızı

Mansurov Elxan Bəhram oğlu

Mansurova Səriyyə Mansur qızı

Mehdiyev İlkin İsgəndər oğlu

Mehdiyeva İrina Yurmiz qızı

Mehdiyeva Şarud Mehdi qızı

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədov Anar Vaqif oğlu

Məmmədov Asim Fərman oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Emil Əfrasiyab oğlu

Məmmədov Məmməd Əvəz oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədova Dinara Bəxtiyar qızı

Məmmədova Lalə Mirzəli qızı

Mikayılov Anar Şamil oğlu

Mikayılov Mikayıl Şamil oğlu

Miltıx Aleksey Leonidoviç

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəzadə Nicat Qərib oğlu

Musabəyli Nuridə Musa qızı

Mustafayev Arzu Əhməd oğlu

Nəbiyev Cəbrayıl Fərrux oğlu

Novruzov Əfsər Dilavər oğlu

Nuriyeva Sədaqət Məmmədağa qızı

Orucova Almaz Ədil qızı

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Fuad Tacəddin oğlu

Osmanova Ayla Bəhram qızı

Ömərov Gümrah Rza oğlu

Poladov Əkram Nicad oğlu

Rəcəbli Məmməd Qüdrət oğlu

Rəcəbli Vidadi Həsən oğlu

Rəhimov Teymur Əsgər oğlu

Rüstəmov Elşən Mərdan oğlu

Rzayev Ramin Sultan oğlu

Rzayeva Sevinc Əziz ağa qızı

Rzayeva Vəfa Əliseyran qızı

Salahov Əbülfət Yusif oğlu

Salamov İqrar Zakir oğlu

Seyidova Ceyla Uran qızı

Səfərova Kəmalə Mazanovna

Səlimli Mirbala Seyidəsgər oğlu

Səlimov Ruslan Xanbala oğlu

Səmədov Şükür Hacıbala oğlu

Səttərova Günay Nazim qızı

Süleymanova Ulduz İbrahim qızı

Şioşvili Leri Qiorqiyeviç

Şirinov Aslan Adil oğlu

Vəliyev Ramiz Hidayət oğlu

Vəliyeva Ləman Vəli qızı

Yahyayev Taleh Saleh oğlu

Yəhyayev Elgün Hafiz oğlu

Yusifova Təranə Əbülfəz qızı

Zeynalov Azər Zeynalabdın oğlu

Zeynalov Cümşüd Nəriman oğlu

Zəki Mehriban Mürvət qızı.

Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Fərid Qayıbov İmişlidə sakinləri qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov İmişli şəhərində Saatlı, Sabirabad və İmişli rayon sakinlərini qəbul edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, İmişli Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib keçirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 216 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Turqay Hüseynov: Bugünkü imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır

Bu gün vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır.

"Report" xəbər verir ki, bunu Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hüquq fakültələrini hər il təxminən 600 nəfər bitirir:

"Vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir. Vəkillik peşəsində gəlirin əvvəlcədən dəqiq planlaşdırılması mümkün olmasa da, hüquqşünaslar yenə də bu sahəyə maraq göstərirlər. Bu isə peşənin nüfuzunun artması, müstəqil fəaliyyət imkanları və ixtisaslaşma perspektivləri ilə əlaqələndirilir".

T.Hüseynov qeyd edib ki, həm namizədlərin sayı, həm də imtahan nəticələrinin keyfiyyəti artmaqdadır:

"Əvvəlki illərdə imtahandan keçid faizi 25-40 faiz arasında dəyişirdisə, son imtahanda bu göstərici təxminən 50 faizə yaxın olub. Bu isə namizədlərin imtahana daha ciddi hazırlaşdığını göstərən əsas amillərdən biri kimi qiymətləndirilir".

Anar Bağırov: Bu gün imtahanda rekord sayda namizəd iştirak edir

Bu gün Dövlət İmtahan Mərkəzində keçirilən vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsində rekord sayda şəxs iştirak edir.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov jurnalislətə açıqlamasında deyib.

Sədr müqayisə üçün qeyd edib ki, ötən ilin noyabrında keçirilən imtahanda 400-dən bir qədər çox namizəd iştirak etmişdi:

"Bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı imtahanda 540 namizəd iştirak edir. Bu göstərici son illərin, xüsusilə də, 2018-ci ildən bəri ən yüksək nəticələrdən biri hesab olunur".

A.Bağırov qadın namizədlərin sayında da artım müşahidə olunduğunu vurğulayıb:

"Vəkillik sahəsində islahatlar davam edir və yeni nəsil hüquqşünasların eləcə də qadınların bu sahəyə marağı peşənin daha da müasirləşməsinə töhfə verir".

Hakim Aygün Qurbanova: Məhkəmə istədiyi cəzanı verə bilməz

Məhkəmə istədiyi cəzanı verə bilməz, yalnız qanunun müəyyən etdiyi çərçivədə qərar qəbul edir.

"Report" xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova deyib.

Onun sözlərinə görə, bəzi hallarda cəmiyyət verilən cəzanı ya həddindən artıq yüngül, ya da çox ağır hesab edir:

"Bu yanaşma da emosional reaksiyalardan qaynaqlanır. Məhkəmələr qərar qəbul edərkən hisslərə deyil, hüququn tələblərinə əsaslanır. Cəmiyyət hadisələrə daha çox ağrı, qəzəb, empatiya və qorxu hissləri ilə yanaşır. Məhkəmənin əsas vəzifəsi isə cəmiyyətin gözləntiləri ilə hüququn tələbləri arasında düzgün balansı qorumaqdır. Bu balansın əsas dayaqlarından biri qanunilik prinsipidir. Məhkəmə istənilən cəzanı tətbiq edə bilməz və yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə qərar qəbul edir. Həmin çərçivə isə cəmiyyətin maraqları nəzərə alınmaqla müəyyənləşdirilir".

A.Qurbanova bildirib ki, cəza təyin edilərkən əsas prinsiplərdən biri də ədalət və mütənasiblikdir:

"Məhkəmə yalnız nəticəyə deyil, cinayətin törədilmə şəraitinə, təqsirin formasına, şəxsin əvvəlki həyat tərzinə və hadisədən sonrakı davranışına da hüquqi qiymət verir. Məhz bu amillər cəzanın həqiqi ölçüsünü müəyyən edir".

Hakim vurğulayıb ki, Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, cəza təyin edilərkən formal yanaşmaya yol verilməməli, hər bir iş fərdi qaydada araşdırılmalıdır:

"Bəzi hallarda məhkəmə şəxsin ilk dəfə cinayət törətməsini, peşmançılıq hissini və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq daha yüngül cəza tətbiq edə bilər. Digər hallarda isə cinayətin planlaşdırılması, residiv halları və əməlin yüksək ictimai təhlükəliliyi daha sərt hüquqi nəticələrə səbəb olur. Məhkəmə qərarlarının əsaslandırılması ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Əgər hökm aydın, məntiqli və hüquqi baxımdan əsaslandırılmışdırsa, cəmiyyət onu daha asan qəbul edir. İnsanlar yalnız nəticəni deyil, həmin nəticənin arxasında duran hüquqi səbəbləri də görməlidir".

A.Qurbanova hüquqi dövlətdə ədalətin emosiyalarla deyil, qanun və sübutlarla müəyyən olunduğunu da diqqətə çatdırıb:

"Məhkəmə cəzanı cəmiyyətin emosiyalarına görə deyil, qanunun və ədalətin tələblərinə uyğun təyin edir. Əsl balans da məhz burada qurulur".

"E-Hüquqşünas" məlumat portalı təqdim edilib

Hüquq və İnsan Haqları İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində ərsəyə gətirdiyi yeni elektron platformanı – www.e-huquqshunas.az saytı ictimaiyyətə təqdim edib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri iştirak ediblər.

Belə ki, saytda ölkədə hüquq sahəsində həyata keçirilən genişmiqyaslı islahatlara dəstək məqsədilə yaradılmış bu elektron platformada normativ hüquqi aktlar, qanun layihələri, qanunvericilikdəki yeniliklər, hüquqşünaslarla müsahibələr, hüquq ədəbiyyatı və digər məlumatlar yerləşdirilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, "E-Hüquqşünas" layihəsi hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq.

O qeyd edib ki, müasir dövrün tələblərinə uyğun hazırlanmış bu platforma hüquqi informasiyanın operativ, etibarlı və dolğunluğunu təmin edən innovativ bir resurs kimi çıxış edəcək.

"E-Hüquqşünas" yalnız informasiya platforması deyil, eyni zamanda hüquqi biliklərin vahid məkanda cəmləndiyi müasir intellektual mühitdir.

M.Quluzadənin sözlərinə görə, portalın istifadəyə verilməsi hüquqi məlumatların əlçatanlığının artırılması istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, hüquqşünaslar, dövlət qurumları və bu sahənin mütəxəssisləri arasında məlumat mübadiləsinin daha səmərəli təşkilinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və ölkədə hüquqi ekosistemin daha çevik və inteqrasiya olunmuş şəkildə inkişafına güclü təkan verəcək.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə İnstitutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətləri, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır.

Həmçinin A.Poladov bildirib ki, belə layihələr hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirir.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur.

Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim olunub.

MƏLUMAT YENİLƏNİR

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda vətəndaş qəbulu keçirəcək.

"Report" xəbər verir ki, qəbul mayın 22-si saat 10:00-a planlaşdırılıb.

Vətəndaş qəbulu Biləsuvarda, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Xidmət rəisi Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Vəkilliyə qəbul üzrə test imtahanında 315 nəfər uğur qazanıb - YENİLƏNİB

Vəkillər Kollegiyası (VK) Dövlət İmtahan Mərkəzi ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanında 315 nəfər uğur qazanıb.

"Report" xəbər verir ki, uğur qazanan namizədlərdən biri Naxçıvan Muxtar Respublikasının VK-sına sənəd verən şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 540 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Namizədlərin 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. İştirakçıların 6,7 faizi xarici, 93,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0,4 faizini təşkil edir.

Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

MƏLUMAT YENİLƏNİR...

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası (MR) Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə mayın 7-də növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

"Report" xəbər verir ki, test mərhələsində iştirak üçün ümumilikdə 540 namizəd müraciət edib.

İştirakçıların 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. Namizədlərin 93,3 faizi yerli, 6,7 faizi isə xarici ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. İştirakçıların 71 faizi 40 yaşadək olan şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan MR üzrə müraciət edənlər namizədlərin ümumi sayının 0,4 faizini təşkil edir.

Eyni zamanda, imtahanda iştirak edən 540 namizədin 420-si (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120-si (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9-u ədliyyə sistemində, 5-i daxili işlər orqanlarında, 1-i prokurorluqda, 60-ı isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Qeyd edək ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil olunub. Saat 10:00-da başlayan imtahanın müddəti 3 saatdır və proses VK ilə DİM-in birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.

Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub. İmtahanda keçid balı 60 olaraq müəyyən edilib. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra operativ şəkildə elan olunacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin media təmsilçiləri müşahidəçi qismində cəlb olunublar.

Şuşadakı "Yuxarı Gövhər ağa" məscidi və Ağdam "Cümə" məscidinə yeni imam müavinləri təyin olunub

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Ramin Məmmədovun müvafiq əmrlərinə əsasən, rotasiya qaydasında Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər ağa" məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin "Cümə" məscidinə eyni vəzifəyə təyin edilib.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.

Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib

Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, yayılan məlumatlarda guya dövlət ittihamını müdafiə edən prokuror tərəfindən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi istənilib.

"Bununla bağlı bildiririk ki, qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir. Dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsi, iş üzrə toplanmış sübutların məcmusu və cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla onun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib.

Media nümayəndələri və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yanlış məlumatların yayılmamasına çağırırıq", - deyə məlumatda qeyd olunub.

Mingəçevir sakini: WUF13-ün şəhərimizdə keçirilməsi olduqca maraqlı və sevindirici haldır

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Mingəçevirdə keçirilməsi olduqca maraqlı və sevindirici haldır.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Mingəçevir səhər sakini Aydan Əhmədzadə deyib.

Onun sözlərinə görə, WUF13 haqqında sakinlərin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevirdə keçirilən "WUF13 Festivalı"nda xeyli sayda gənc iştirak edir:

"Belə bir tədbirin bölgədə təşkil olunması diqqətimizi çəkdi. Festival çərçivəsində müxtəlif əyləncəli oyunlar təşkil edilmişdi və bu oyunlar xüsusilə gənclər üçün çox maraqlı idi. Eyni zamanda, fotosessiya üçün xüsusi və kreativ məkanlar qurulmuşdu ki, bu da iştirakçılara xoş anlar yaşamağa imkan verdi. Biz də gənclər olaraq həm bu oyunlarda iştirak etdik, həm maraqlı şəkillər çəkdirdik. Həmçinin müxtəlif hədiyyələr qazandıq. Ümumilikdə təəssüratlarımız çox yüksəkdir".

A.Əhmədzadə Mingəçevirdə şəhərsalma ilə bağlı daha çox yeniliklər görmək istədiyini vurğulayıb:

"Mingəçevir "Gənclər şəhəri" kimi tanınır. Belə bir festivalın məhz bu şəhərdə keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Mingəçevir müasir şəhərdir və biz istəyərdik ki, burada şəhərsalma ilə bağlı daha çox yeniliklər həyata keçirilsin. Xüsusilə də şəhərin Kür çayı sahilində yerləşməsini nəzərə alaraq, arzu edərdik ki, gələcəkdə həmin ərazilərdə yeni layihələr və inkişaf yönümlü təşəbbüslər daha da genişləndirilsin".

Şəhər sakini Səbinə Quliyeva da "Report"a açıqlamasında festivalın onda xoş təəssürat yaratdığını qeyd edib.

"Burada əsasən gənclər və uşaqlar üçün müxtəlif əyləncələrin təşkil olunduğunu görürəm və bu da tədbiri daha maraqlı edir. Bu festivala gəlməkdə əsas məqsədim məlumatlanmaqdır. Xüsusilə şəhərsalma forumu çərçivəsində Mingəçevir üçün hansı yeni layihələrin nəzərdə tutulduğunu öyrənmək istəyirəm. Bu cür yeniliklər haqqında məlumat əldə etmək bizim üçün çox maraqlı və xoşdur".

Daha bir müsahib Əlizamin Səfərov "Report"a bildirib ki, bu festivalda iştirak etmək onun üçün çox xoşdur və bir tələbə üçün bu, gündəlik rejimdən fərqli bir dəyişiklikdir:

"Adətən dərs və ev arasında vaxt keçiririk, amma belə festivalların Mingəçevir şəhərində təşkil olunması bizi həqiqətən sevindirir. Burada həm yeni məlumatlar öyrənirik, həm də vaxtımızı səmərəli və maraqlı keçiririk. Qeyd etmək istərdim ki, təkcə paytaxtda deyil, regionlarda da bu cür tədbirlərin və festivalların keçirilməsi biz gənclər üçün çox önəmlidir. Bu, bizə xoş təəssüratlar bəxş edir və sosial baxımdan daha aktiv olmağımıza imkan yaradır".

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib.

"Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanıb.

Zelenski İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib.

"Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb",- məlumatda qeyd olunub.

Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB

Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

"Report" xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Mingəçevir şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib

Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda baş tutur.

"WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib. Həmçinin o sakinlərin vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.

Tədbir proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılması nəzərdə tutulub.

Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir

Hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

"DYP bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda qeyd olunub.

Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.

"Report"un yerli bürosu xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.

Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

Qəzanın aradan qaldırılmasından sonra su təchizatının bərpası təmin olunacaq.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

Konstitusiya Məhkəməsində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Report"a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli Liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikanın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.

Sədr Fərhad Abdullayev Azərbaycançılıq ideyasının müasir dövrdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi naminə mühüm işlər həyata keçirdiyini, məhz onun rəhbərliyi ilə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyularaq inkişaf etdirildiyini vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkədə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikanı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenleyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəni müxtəlif tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini, dahi şəxsiyyətin müdrikliyinin, milli maraqlara sadiqliyinin və siyasi iradəsinin xalqın tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışan Səbinə Əliyeva vurğulayıb ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüdür.

Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi ilə respublikada aparılan məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.

Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr xalqın rifahı üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatların bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirildiyini vurğulayıb.

Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib

İnzibati Xətalar Məcəlləsinə "İCMAL" informasiya sistemi ilə bağlı dəyişiklik, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsi təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı məcəlləyə edilmiş müvafiq dəyişikliyi imzalayıb.

Sənədə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edir.

"İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.

Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.

Qanuna əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.

Bundan başqa, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməyəcək.

İnzibati Xətalar Məcəlləsinə bir neçə yeni maddə əlavə olunub.

Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.

Bundan başqa, dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.

Məcəlləyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

Həmçinin əlavə edilən yeni 388-3-cü maddəyə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma, yəni foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyі, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayan şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində mühüm dəyişikliklər edilib. Həmin maddədə dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq 400 manatdan 8000 manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.

Sənədə əsasən, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Bundan başqa, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunan 3-cü bəndə əsasən, müvafiq əməli ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.

Qanunda edilən digər dəyişiklik dilənçiliklə məşğul olma əməlinin artıq avaralıq hesab edilməməsi və Məcəlləyə ayrıca "Dilənçiliklə məşğul olma" adlı 523-1-ci maddənin əlavə edilməsindən ibarətdir.

Maddədə qeyd edilir ki, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin "Xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1500 manat məbləğində cərimə ediləcək.

Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.

İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqqında dəyişiklik təsdiqlənib

İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, əvvəlki qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliyi imzalayıb.

Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənədə görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbə sakinləri sosial müdafiə tədbirləri ilə maarifləndirilib

Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.

İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur

Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, sadəcə, hansısa obyekt müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edir:

"Məsələn, reklam edilir ki, tədris kursu "Montin"də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu özüm araşdırmışam. Ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Milli Məclis yanında Toponimiya komissiyası ciddi araşdırır. Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndini Çənlibel etdik. Halbuki ikisi də türk mənşəlidir. Yəni, kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər".

Almaniya qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsi Azərbaycana təhvil verəcək

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Şamilov Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

"Belə ki, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb", - məlumatda qeyd olunub.

Hazırda Elşən Şamilovun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Bakıda hotellərin WUF13-ə hazırlığı yoxlanılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirib.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.

Keçirilmiş təlimlərdə şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş hoteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib".

WUF13-ün əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub

Bakıda mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq.

Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

· Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

· Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası

· Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı

· İqlim və mənzil siyasəti arasındakı əlaqə

· Mənzil təminatının sosial və iqtisadi təsiri

· Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

· Mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində

· WUF13 ev sahibi ölkənin xüsusi sessiyası

· Sağlam evlərin nəbzi

· Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya)

· Şəhərlər oyun məkanı kimi

· Mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış

· Tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru

· "Təmas xətlərindən" hekayələr: Şəhər iqlim irsinin inkişafı

· Kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, "mavi" iqtisadiyyat və dayanıqlı turizm

· WUF13 xüsusi yekun sessiyası

Assambleyalar: kollektiv səslərin gücü

Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcəkdir.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir. Buraya Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları, yaşlı şəxslərin hüquqları daxildir.

Sakin: Şəkidə WUF13 Festivalının keçirilməsi bizi çox sevindirir

Şəkidə WUF13 Festivalının keçirilməsi bizi çox sevindirir.

Bunu "Report"un yerli bürosuna Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə mayın 5-də Şəkidə keçirilən WUF13 Festivalında iştirak edən şəhər sakini Kənan Həmidov deyib.

O, şəhərdə aparılan abadlıq işlərini xüsusi vurğulayıb:

"Həqiqətən də Şəkidə şəhərsalma davam edir, yollarda abadlıq işləri aparılır. Bununla yanaşı, şəhərdə qədimlik də qorunub saxlanılır. Biz Şəkinin inkişafına görə çox məmnunuq. Buna görə də Prezident İlham Əliyevə minnətdaram. Festival əla təşkil olunub. Tədbirə tamaşa etmək üçün öz övladımla qatılmışam. İstəyərəm ki, belə festivallar Şəki şəhəri üçün daimi olsun".

İlham Əliyev: Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan lideri ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Mehriban Əliyeva Bakıda keçirilən sərgilərlə tanışlıqdan videogörüntü paylaşıb

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb.

"Report" həmin paylaşımı təqdim edir:

Sakin: Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir

Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə mayın 5-də Şəkidə keçirilən WUF13 Festivalında iştirak edən şəhər sakini Aynurə Yusubova bildirib.

O, təşkilatçılığı yüksək səviyyədə qiymətləndirib:

"Festival Azərbaycanın dilbər guşələrindən biri olan Şəki şəhərində keçirilir. Çox sevindirici haldır ki, biz bu festivalda iştirak edirik. Bildiyiniz kimi, Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir. Bu qədim dövrlərdən ənənəvi şəkildə davam edir. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi şəhərimiz üçün gələcəkdə çox böyük yeniliklərə səbəb olacaq".

Şəkidə WUF13 Festivalı keçirilib

Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də WUF13 Festivalı keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirin ictimai proqramı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.

Minlərlə iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Şəki şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm mərhələdir - RƏY

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

O bildirib ki, səfərlə bağlı Prezident İlham Əliyevin verdiyi bəyanat siyasi, iqtisadi, enerji, hərbi-texniki və humanitar sahələri əhatə edən çoxşaxəli strateji əməkdaşlığın mahiyyətini və perspektivlərini ümumiləşdirir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrini ikitərəfli münasibətlərin əsas sütunu kimi təqdim edir:

"Həmin sənədlər formal diplomatik akt olmaqdan daha çox, əlaqələrin mahiyyətini, inkişaf istiqamətlərini və qarşılıqlı öhdəlikləri müəyyən edən siyasi çərçivə rolunu oynayır. Prezidentin ifadə etdiyi kimi, sənədlərdə "təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır". Bu fikir tərəflər arasında əldə olunmuş razılaşmaların praktik müstəvidə ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Diplomatik baxımdan diqqət çəkən məqamlardan biri də Corcia Meloninin Ermənistandan birbaşa Azərbaycana gəlməsinin xüsusi vurğulanmasıdır. Prezident bu addımı "xüsusi rəmzi məna" daşıyan və Azərbaycana göstərilən hörmətin ifadəsi kimi dəyərləndirir. Bu vurğu regional siyasi kontekstdə Bakının öz strateji çəkisini və siyasi nüfuzunu açıq şəkildə nümayiş etdirdiyini göstərir".

Deputat vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın miqyası konkret statistik göstəricilər vasitəsilə təqdim olunur:

"İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 12 milyard dollara çatması, eləcə də Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar investisiya yatırması münasibətlərin dərinliyini nümayiş etdirən əsas faktorlardır".

A. Kərimlinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr də ayrıca diqqət çəkir. İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə 23 layihədə iştirak etməsi Azərbaycanın bərpa və yenidənqurma siyasətinin beynəlxalq biznes üçün cəlbedici platformaya çevrildiyini göstərən mühüm göstəricidir:

"Enerji məsələləri bəyanatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin açıqladığı rəqəmlərə görə, Azərbaycanın 2025-ci ildə ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilib. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və İtaliyanın enerji təminatında strateji tərəfdaş mövqeyinə malik olduğunu nümayiş etdirir".

Prezidentin bəyanatında "yeni əməkdaşlıq sahəsi" kimi təqdim olunan hərbi-texniki əməkdaşlığı diqqətə çatdıran deputatın fikrincə, görüşün ən diqqətçəkən istiqamətlərindən biri məhz budur. Azər Kərimli bildirib ki, burada söhbət yalnız silah alqı-satqısından deyil, birgə layihələrin həyata keçirilməsindən, ortaq istehsalın təşkilindən və texnologiya transferindən gedir:

"İtaliya texnologiyası ilə Azərbaycan maliyyə və istehsal imkanlarının birləşdirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafına yönəlmiş müasir əməkdaşlıq modelini əks etdirir. Prezidentin bu istiqaməti "ümidverici" kimi xarakterizə etməsi göstərir ki, hərbi-texniki sahə gələcəkdə strateji tərəfdaşlığın mühüm dayaqlarından birinə çevrilə bilər.

Deputat onu da əlavə edib ki, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–İtaliya münasibətlərinin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur:

"Bəyanatın strukturunda siyasi çərçivədən iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən hərbi-texniki tərəfdaşlığa, oradan isə humanitar əlaqələrə doğru məntiqi ardıcıllıq müşahidə olunur. Bu isə münasibətlərin sistemli və uzunmüddətli strateji xarakter daşıdığını göstərir.

Corcia Meloninin Ermənistandan birbaşa Azərbaycana gəlməsinə verilən xüsusi vurğu Bakının regional siyasi kontekstdə artan nüfuzunu və strateji əhəmiyyətini ifadə edir. Ticarət dövriyyəsi, enerji əməkdaşlığı, investisiya həcmi və İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti münasibətlərin yalnız siyasi bəyanatlar üzərində deyil, real iqtisadi və strateji maraqlar əsasında inkişaf etdiyini sübut edir.

Mahiyyət etibarilə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri olan İtaliya ilə münasibətlərini siyasi, iqtisadi, enerji, texnoloji və humanitar istiqamətləri birləşdirən çoxqatlı strateji tərəfdaşlıq modeli əsasında inkişaf etdirməkdə qətiyyətli olduğunu nümayiş etdirir".

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri təsdiq edib.

Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

"Təhsil haqqında" Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanunun keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, Komitə sədrinin qəbulu mayın 14-ü saat 11:00-dan etibarən Xızı rayonundakı Heydər Əliyev Mərkəzində planlaşdırılıb.

Bildirilib ki, qəbulda Xızı və Siyəzən rayon sakinlərinin müraciətlərinə baxılacaq.

İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 5-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

"Report" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.

Bildirilib ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

"Caspian Agro Week" sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı" kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri nümayiş olunur.

"InterFood Azerbaijan" sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim edilir.

Əsas yeniliklərdən biri indiyədək "Caspian Agro" kimi tanınan sərginin bu ildən "Caspian Agro Week" konsepti çərçivəsində təşkil olunmasıdır. Sərgi ilə yanaşı, konfrans və forumlar, həmçinin innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq.

Dövlət başçısı və birinci xanım "Azərsun Holdinq" şirkətinin stendinə baxıblar. Şirkət "tarladan süfrəyə" prinsipi ilə fəaliyyət göstərərək müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. "Azərsun Holdinq"in fəaliyyəti bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır.

Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik "Agro Dairy" aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xammalın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar-sənaye ekosistemi formalaşdırıb. "Torpaqdan süfrəyədək" prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir.

Almaniyanın "Holmer" şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. "Holmer" innovativ şirkət olmaqla, texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir.

İtaliyanın "New Holland" şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. "New Holland" kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq, fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Rusiyanın "PhosAgro" şirkəti dünyada fosfatəsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti, eyni zamanda, yüksəkkeyfiyyətli fosfat süxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və ammoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfatəsaslı gübrə istehsalçısı olan bu şirkət, həmçinin ən böyük yüksəkkeyfiyyətli fosfat süxuru istehsalçısıdır.

Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik "Azera Holdinq" əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik Holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan "Fruitland" şirkəti Azərbaycanda ilk dəfə "Agroland" və "BinəAgro" şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir.

Sərgidə iştirak edən Türkiyənin "Favo Agro" şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. "Favo Agro" kənd təsərrüfatı texnikası ilə yanaşı, suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət, həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.

Qeyd edildi ki, "Made in Azerbaijan" brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik, həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, "Aqrar sahədə süni zəka", "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada, eyni zamanda, "ağıllı" kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar var.

Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmaq mümkündür. Bundan başqa, hər il təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək.

Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.

Sərgidə İspaniyanın "Industrıas Davıd" şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım "Gürcüstan Milli Qrupu"nun stendində də oldular. Həmişə olduğu kimi, bu dəfə də Gürcüstan sərgidə iştiraka böyük maraq göstərir. Bu ölkədən 10-a yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir.

Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin "AFI Projects" şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatların yenidən qurulması sahəsində xidmətlər təqdim edir. "AFI Projects" həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir.

"İtaliya Respublikasının Milli Qrupu"nun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, budəfəki sərgilərdə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkəti iştirak edir.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan "Az Agromila" şirkəti yeni nəsil gübrə və biopestisit sektorunda uğurla fəaliyyət göstərir. Müasir texnologiyalar təqdim edən şirkət istixana, meyvə-tərəvəz və açıq sahə də daxil olmaqla, kənd təsərrüfatının bütün sahələrində xidmət göstərir.

Niderland Krallığı da sərgiyə böyük maraq göstərir. Bu ölkə sərgidə milli stendlə təmsil olunur. Niderland şirkətləri öz kənd təsərrüfatı məhsullarını burada nümayiş etdirir. Stenddə toxumlar, güllər, istixana üçün avadanlıqlar və digər qida və kənd təsərrüfatı məhsulları təqdim olunur.

Məlumat verildi ki, yerli aqrar şirkət olan "Amofresh" Azərbaycanda münbit torpaqlarda fəaliyyət göstərir, ənənə ilə müasir innovasiyaları birləşdirir. Şirkət ekoloji təmiz regionlarda "Amofresh" brendi altında premium meyvə və tərəvəzlərin becərilməsi ilə məşğuldur. İstehsalın bütün mərhələlərində yüksək keyfiyyətin və təbii dadın təmin olunmasına çalışır.

"METAK" da kənd təsərrüfatı məhsulları istehsal edən yerli şirkətdir. Şirkətin stendində intensiv bağ modeli nümayiş olunur. Bu model il ərzində salınmış intensiv bağın struktur və quruluşuna tam uyğun şəkildə hazırlanıb, ziyarətçilərə bu texnologiyanın üstünlüklərini yerindəcə vizual şəkildə təqdim edir.

İranın "Khazar Electric" şirkəti innovativ həllərə əsaslanaraq kənd təsərrüfatı və tullantıların emalı avadanlıqlarını istehsal edir. Məhsul çeşidinə taxılqurutma, inkubator, kəsimxana, quşçuluq avadanlıqları daxildir.

"Absheron Olive Garden" MMC zeytun yağı və süfrəlik zeytun məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunub, müasir texnologiyalar tətbiq edilir və məhsulun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Sərgidə maraq doğuran stendlərdən biri də "Şirvan Aqro" heyvandarlıq kompleksinə aiddir. Kompleks ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan müəssisədir. "Şirvan Aqro" Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq komplekslərindən biridir.

Hazırda "Meysəri" markası ilə tanınan "Şirvan Şərabları" müəssisəsi Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndində yerləşir. O, ölkəmizdə Avropa İttifaqı tərəfindən sertifikat almış ilk orqanik şərab istehsalçısıdır.

Belarus bu dəfə də sərgilərdə fəal iştirak edir. Bu ölkənin şirkətləri qida məhsulları təqdim edirlər. Belarusun sərgidə ümumilikdə 11 şirkəti təmsil olunur. Qeyd olunub ki, bu ölkə 10 ildən çoxdur sərgilərdə iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə KOB-ların bazarlara çıxışına dəstək üçün xüsusi stend təşkil olunub. Stenddə 10-a yaxın KOB subyekti tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran və pendir kimi məhsullar nümayiş etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə yaradılmış Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyərək, kiçik və orta biznes subyektlərinə bir sıra xidmətlər göstərir, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir.

"Braziliya Federativ Respublikasının Milli Qrupu"nun stendində ziyarətçilərə əsasən kənd təsərrüfatı məhsulları təqdim edilir. Braziliya pavilyonunda bu ölkənin ət istehsalçısı və ixracatçısı şirkəti məhsullarını nümayiş etdirir. Bundan başqa, Braziliya qəhvəsi istehsal edən müəssisənin məhsulları da sərgidə maraqla qarşılanır.

İndoneziya da sərgiyə maraq göstərən ölkələr sırasındadır. Bu ölkə tədbirə milli stendlə qatılıb. "İndoneziya Milli Qrupu"nun stendində əsasən qəhvə və qənnadı məhsulları təqdim edilir.

Sərgidə Afrika ölkələrinin birgə iştirakı ilə təşkil edilən AFAZ (Africa-Azerbaijan Cooperation) ilk dəfə öz stendi ilə təmsil olunur. Bu stenddə isə Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiyadan olan şirkətlər məhsullarını təqdim edir.

Sonra dövlətimizin başçısı və birinci xanım Bakı Ekspo Mərkəzinin həyətində müxtəlif ölkələrin şirkətlərin kənd təsərrüfatı texnikası ilə tanış oldular.

Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri olan "Caspian Agro Week" və "InterFood Azerbaijan" bu iki sahədə beynəlxalq əməkdaşlıq, innovasiya və yeni biznes əlaqələrinin inkişafına xidmət edən mühüm platformadır. Bu illər ərzində sərgilər milli brend kimi dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində mühüm yer tutub.

Sərgi həftəsi çərçivəsində kənd təsərrüfatında innovativ həllər, aqrotexnologiyalar, "ağıllı" kənd təsərrüfatı sistemləri, qida emalı texnologiyaları, qida təhlükəsizliyi, logistika və ixrac imkanları üzrə qabaqcıl məhsul və xidmətlər nümayiş etdiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin təşviqinə və aqrar-qida sektorunda yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 5-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" ilə tanış olublar.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

FHN Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev xatirələrdə" adlı tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş FHN Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən FHN Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda onun zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkə beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Sonra mərasim bədii hissə ilə davam etdirilib.

Daha sonra tədbir iştirakçıları FHN-in Sumqayıt Regional Mərkəzi və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər.

Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxış keçirilib.

Sonda tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə Mərkəzin ərazisində 103 ədəd ağac, habelə müxtəlif gül kolları və dekorativ bitkilər əkilib, eyni zamanda güllərdən ibarət 103 rəqəmini əks etdirən kompozisiya yaradılıb.

Mərasim Ulu Öndərin 103 illiyi şərəfinə 103 ədəd helium şarının havaya buraxılması ilə yekunlaşıb.

Qarabağda PUA ilə hündür bitki örtüyü olan ərazilərin topoqrafik planlarının çıxarılması üzrə təlim keçirilib

LİDAR cihazı ilə (işıq şüaları ilə məsafəölçən sistem) təchiz olunmuş pilotsuz uçuş aparatları (PUA) vasitəsi ilə Qarabağda sıx və hündür bitki örtüyü olan ərazilərdə topoqrafik planların çıxarılması təlimi keçirilib.

Bu barədə "Report"a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi Qarabağın Dəmir dövrünə aid kurqanlarının və onların ətrafında yerləşən yaşayış yerlərinin Coğrafi İnformasiya Sistemləri (GIS) vasitəsilə öyrənilməsi və bu abidələrin rəqəmsal xəritələrinin hazırlanmasıdır. Bu yanaşma kurqanlar və yaşayış yerlərinin harada və hansı şəraitdə yerləşdiyini daha aydın göstərməyə, onların təbii mühitlə əlaqəsini anlamağa imkan verir. Eyni zamanda, bu məlumatlar gələcəkdə yeni arxeoloji abidələrin aşkar edilə biləcəyi ərazilərin müəyyən olunmasına da yardım edəcək.

Həmçinin, alimlərin əldə etdikləri bilik və bacarıqlar layihənin növbəti mərhələlərində rəqəmsal metodların daha effektiv tətbiqinə imkan yaradacaq.

May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib.

Bildirilib ki, 4-26 may tarixində Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada və Xudatda, 4-15 may tarixində Xızıda, 4-21 may tarixində Ağdamda, 19-26 may tarixində Xırdalanda və 25-26 may tarixində Zəngilanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

"Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Xızı, Beyləqan və Zəngilanda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Avropalı liderlər ədalətli davranmalıdırlar, onların bizə ehtiyacı var - RƏY

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycan həqiqətlərinin Avropa məkanına çatdırılması, Ermənistanla münasibətlərin normallaşması istiqamətində ölkənin atdığı konkret addımlar barədə Avropa liderlərinin məlumatlandırılması baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, İrəvanda keçirilən tədbirdə dövlət başçısının çıxışı, uzun illərin düşmənçiliyinə, ağır itkilərə rəğmən, Azərbaycan xalqının sülhsevər obrazının formalaşmasında əhəmiyyətli rol oynadı:

"Bunu şərtləndirən səbəblər kimi ötən ilki zirvə toplantısında növbəti toplantının İrəvanda keçirilməsi barədə Azərbaycan Prezidentinin razılıq verməsi, sülh müqaviləsinin imzalanmadığı şəraitdə, tranzit yük daşımalarının təşkili, neft məhsullarının Ermənistana satışını göstərmək olar. Bütün bunlar beynəlxalq ictimaiyyətdə razılıqla qarşılanır.

Digər tərəfdən, Prezidentin haqlı olaraq, sülhə mane olan bəzi Avropa təsisatlarını, konkret olaraq Avropa parlamentinin, "Avronest" parlament assambleyasının ünvanına tənqidlər səsləndirməsi, vaxtında və yerində atılmış addımlardır. Eyni zamanda həmin təşkilatların iç üzlərinin ifşa olunması, demokratiya pərdəsinə bürünərək müxtəlif diaspora və lobbi təşkilatlarının maraqlarına xidmət etmələri qəbul edilməzdir.

Cəmi beş il ərzində, Azərbaycana qarşı 14 qətnamənin çıxarılması, qərəzdən başqa bir şey deyil. Məsələ ondadır ki, həmin Avropalı parlamentarilərilərin bir neçəsi, müxtəlif "mükafatlar" müqabilində qanunsuz lobbi fəaliyyətləri məşğul olduqlarına görə cinayət məsuliyyətinə cəlb olunublar. Bəziləri barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib, həbsxanaya göndərilib".

Deputat vurğulayıb ki, ölkə başçısının həmin satılmış siyasətçiləri, ksenofobiyada, islamofobiyada, antisemitizmdə, irqi ayrı-seçkilikdə ittiham etməsi həqiqətdir:

"Sadalananlar, əfsus ki, bugünkü Avropanın reallıqlarıdır. Bizim Avropa İttifaqı və Avropa Komissiyası ilə sistemli əməkdaşlıq münasibətlərimiz mövcuddur. Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli rol oynayır. Şərqlə Qərb arasında ticari əməkdaşılığın inkişafı üçün ölkəmizin nəqliyyat-logistika imkanlarından istifadə olunur. Rusiya-Ukrayna, İran-ABŞ-İsrail müharibələri fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti birə on artır. Hesab edirəm ki, avropalı liderlər Azərbaycan siyasətində ikili standartlardan əl çəkməli, hörmətlə yanaşmalı, ədalətli davranmalıdırlar. Onların bizə ehtiyacı var".

Avroparlamentin qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə məqsədi daşıyır - RƏY

Avropa Parlamentinin 2026-cı il aprelin 30-da qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli, reallığı əks etdirməyən, regional sülh prosesinə zərbə vurmaq məqsədi güdür və hansı maraqların əsasında hazırlandığı sənədin adında özünü aydın şəkildə nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Avropa Parlamentinin "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı sözügedən qətnaməsi açıq-aşkar İrəvana dəstəyin ifadəsi, Azərbaycana qarşı əsassız ittiham və böhtanların məcmusudur:

"Belə sənədlərin qəbulunda Avropa Parlamentinin məqsədi və məramı özlüyündə aydındır. Qurumun Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ölkəmizə qarşı bu qərəzli qətnamə Avropa Parlamenti tərəfindən qəbul edilən ilk sənəd deyil.

Qətnamə müəllifləri Cənubi Qafqazda yaranmış yeni reallıqları görməzdən gələrək erməni lobbisinin maraqlarını əsas götürüblər. Mayın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun diqqətinə çatdırılıb və qurum tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizlə bağlı əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olunub. Qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Aİ arasında münasibətlərin perspektivlərinə zərbə vurduğu xüsusi qeyd olunub".

Deputat vurğulayıb ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və bu kimi çağırışlar Azərbaycanın daxili işlərinə müdaxilədən başaq bir şey deyil:

"Avropa Parlamenti regionun reallıqlarını bildiyi halda maraqlarına uyğun olaraq Azərbaycana qarşı törədilən təcavüz və vandalizm aktlarını görmək istəmir, ya da onları dərindən öyrənmədən, birtərəfli, yalan və absurd məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır. Belə olan təqdirdə inamdan, qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bu qərəzli yanaşma Azərbaycan-Aİ münasibətlərinə də təsir göstərməyə bilməz. Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç XİN-ə çağırılarkən bu məsələ xüsusi diqqətə çatdırılıb. Azərbaycan-Aİ münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb".

V. Rəhimzadə bildirib ki, Azərbaycan hər zaman əməkdaşlıq, sülh, təhlükəsizlik tərəfdarı olub. Hazırda ölkəmiz təkmil sülh və enerji təcrübəsi ilə dünyanın diqqətindədir:

"İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bunun üçün Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu, eləcə də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanmasını xatırlatmaq kifayətdir.

Bu baxımdan Avropa Parlamenti daha məsuliyyətli, ədalətli mövqe tutmalı, hazırda yeni mərhələyə daxil olan münasibətlərə xələl gətirəcək addımlar atmamalıdır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox meyillərin geniş yayıldığı bir vaxtda Avropa Parlamentinin bu mənfi meyillərlə mübarizə aparmaq əvəzinə obyektivlikdən uzaq, qərəzli qətnamələr qəbul etməsi qurumun nə qədər acınacaqlı vəziyyətə düşdüyünün göstəricisidir. Anti-Azərbaycan xarakterli bu qətnamənin real faktlara deyil, ölkəmizin əleyhinə olan qüvvələrin qərəzli maraqlarından qaynaqlanan təxribat və qarayaxma ssenarisi əsasında korrupsionerlər tərfindən hazırlandığı birmənalıdır".

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi, vətəndaş müraciətlərinin operativ cavablandırılması məqsədilə "Qaynar xətt" xidmətinin fəaliyyəti, proqram təminatının təkmilləşdirilməsi və peşəkarlığın artırılması, 2026-cı ilin dövlət büdcəsindən Dövlət Komitəsinə ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli və şəffaf istifadəsi, Qərbi Azərbaycan məsələsi ilə bağlı fəaliyyətə dair "Tədbirlər Planı"nın icra vəziyyəti və digər məsələlər müzakirəyə çıxarılıb.

Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Avropa Parlamenti, AŞPA-nın Azərbaycana qarşı siyasəti nəinki qərəzli, hətta açıq düşmənçilikdir - RƏY

Prezident İlham Əliyevin İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxışda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının əsl mahiyyəti, siyasi iflası ilə bağlı söylədiyi fikirlər xüsusi əhəmiyyətə malikdir.

Bunu "Report"a açıqlamasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli və düşmən mövqeyinin səbəbini Avropa dövlətlərinin liderlərinin açıq bildirdi:

"Prezidentin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən, Ermənistanın işğalına son qoyduqdan sonra sözügedən qurumların ölkəmizin əldə etdiyi nailiyyətlərə qarşı sərgilədiyi haqsız və düşmən mövqe ilə bağlı söylədiyi fikirlər əhəmiyyətlidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdiyinə, Ermənistanın işğalına son qoyduğuna görə ölkəmiz bu iki qurum tərəfindən heç bir reallığa və obyektivliyə sığmayan siyasətlə üzləşib. Bu siyasət nəinki qərəzlidir, hətta açıq düşmənçilik, ayrı-seçkilik, beynəlxalq hüquqa, eləcə də bu qurumların nizamnamələrinin tələblərinə tam ziddir. Bu mesajın və iradın çox güclü siyasi təsiri var. Çünki bunlar Avropa dövlətlərinin liderlərinin Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında səsləndirildi".

Deputat qeyd edib ki, İlham Əliyev bir daha göstərdi ki, heç kim, heç bir beynəlxalq qurum Azərbaycanın milli maraqlarını heçə saya bilməz:

"Heç kim ölkəmizlə ultimatum dilində danışa, təzyiq göstərə, şantaj və böhtan yolu ilə nəyəsə nail ola bilməz. İndiyə qədər bu cür hücumlara adekvat cavab vermişik və bundan sonra da belə olacaq. Mayın 1-də Milli Məclisin bu haqsızlıq və ikiüzlülüyə cavab olaraq Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlamaq barədə rəsmi qərarı buna bariz sübutdur".

A.Quliyev vurğulayıb ki, Azərbaycan bütün bu təxribatlara baxmayaraq Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcək:

"Prezident Ermənistan–Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etdi. Yəni, Avropa Komissiyası Avropa Parlamentindən açıq şəkildə fərqləndirildi ki, bu da bəzi dairələrin, xüsusilə enerji məsələsində münasibətlərin korlanmasında maraqlı olanların planlarının pozulması deməkdir. Bütövlükdə, hesab edirəm ki, Prezidentin açıqlaması bir daha göstərdi ki, bu cür yarıtmaz və pozucu siyasət yürüdən qurumlarla Azərbaycanın əməkdaşlıqdan imtina etməsi ölkəmiz üçün heç bir itki deyil. Onsuz da bizə lazım olan məqamlarda onlardan heç bir ədalətli mövqe və ya dəstək görməmişik. Torpaqlarımızı azad etdikdən və regionda geosiyasi vəziyyəti, güc balansını öz xeyrimizə dəyişdikdən sonra bu cür dəyərsizləşmiş qurumlara ehtiyac yoxdur. Qoy, artıq bundan sonra iflasa uğramış təşkilatlar özləri düşünsünlər: nə itirdilər, nə qazandılar. Hər halda, itirən Avropa Parlamenti və AŞ PA oldu".

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

Azərbaycanın bir qrup xalçaçısı "Tərəqqi" medalı ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təltif edilən xalçaçılar:

Ağalıyeva Neva Şahpələng qızı

Babayeva Aidə Elman qızı

Babayeva Ceyhunə Zakir qızı

Eyyubova Raya Şahvələd qızı

Əbilova Nazilə Əlisəfa qızı

Əhmədova Şəfiqə Məzəddin qızı

Əkbərova İradə Xanağa qızı

Ələkbərova Vüsalə Mərifət qızı

Əsgərova Kəmalə Sərdar qızı

Həsənova Xaliqə Yelmar qızı

Hüseynova Dilşad Mahmud qızı

Qənbərova Nargilə Əliağa qızı

Qurbanova Sədaqət Əmir qızı

Nəsirova Jalə Abduləli qızı

Nuriyev Əlisafa İdris oğlu

Özbəkova Gülgəz Mətləbulla qızı

Rəhimova Nailə Allahverdi qızı

Şahmuradova Alisa Sadıq qızı.

Müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub - RƏY

Luis Okamponun erməni lobbisinin maliyyəsi ilə layihələr icra etməsi artıq məlumdur. O, sosial mediada qarayaxma kampaniyalarının təşkili ilə bağlı təcrübələrini COP29 zamanı da Azərbaycana qarşı tətbiq edib.

Bununla bağlı "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O qeyd edib ki, kampaniyanın əsas məqsədləri ölkənin nüfuzunu aşağı salmaq, tədbirin Bakıda keçirilməsinin qarşısını almaq, xarici ölkə rəsmilərini iştirakdan çəkindirmək, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək və ölkəmizdə həbsdə olan erməniəsilli müharibə cinayətkarlarının azad olunmasına nail olmaq idi:

"Kampaniya öncədən müəyyən edilmiş saatlarda, hazırlanmış materiallarla, verilən həştəqlər, tezislər üzrə mütəmadi aparılırdı. Bu da sistemli və şəbəkələşmiş yanaşmanın əsas sübutu idi. Sistemli və şəbəkəli yanaşmanın digər bariz sübutları Okamponun hər hansı "X" postunu paylaşan zaman mesaj qutusuna avtomatik olaraq kampaniyada fəaliyyətlə bağlı sistemli iştirak üçün hansı mərhələ və istiqamətlərdən – həştəqlərdən, ifadələrdən, mesajlardan istifadə olunması barədə, əlavə olaraq digər "tapşırıqlar" göndərilirdi.

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo şəbəkədə əsas görünən üz, tezislərin hazırlanmasında, paylanmasında ön cəbhədə iştirak edən şəxsdir".

Deputat vurğulayıb ki, Okampo 2024-cü il sentyabrın 6-da "armenianweekly.com" vebsaytına verdiyi eksklüziv müsahibədə bir qrup erməni əsilli şəxslərin onu bu kampaniyaya başçılıq etməsinə dəvət etdiyini etiraf etmişdi:

"Okamponu birbaşa bu kampaniyaya başçılıq etməyə dəvət edən Mario Nalpatian olub. Mario Nalpatian Daşnaksütyun partiyasının üzvü, ANCA təşkilatının vitse-prezidentidir. Bu da özlüyündə Okamponun birbaşa "ANCA"dan tapşırıq aldığını və separatçılığı dəstəklədiyini sübut edir.

Rəqəmsal dünya necə döyüş meydanına çevrildi? Xarici qüvvələr bilir ki, bu gün ölkələrdə ictimai rəyə təsir etmək çətin deyil, sadəcə sosial mediadakı süni intellekt botlarıyla o ölkənin daxilində həssas mövzuları qızışdırırlar. İnsanları bir-birinə düşmən edirlər. Alqoritmlər də onsuz da insanı ən çox qəzəbləndirən məzmunu göstərməyə proqramlaşıb. Beləliklə, ölkənin institutlarına inamı zəiflətməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu gün nizamlanması olduqca çətin olan süni intellektlə bu, mümkündür".

P.Vəliyeva onu da əlavə edib ki, Avropa parlamenti daxilində üçüncü tərəflərin mövqelərini səsləndirən maraq qrupları və lobbiçilər fəaliyyət göstərir:

"Son illərdə baş vermiş müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub. Bu qalmaqallar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanı müəyyən məsələlər üzrə ittiham edən bəzi deputatlar sonradan özləri istintaqa cəlb olunmuşlar. Bu faktlar institutun özünün etibarlılığını itirdiyini və daxildə müəyyən problemlərlə üzləşdiyini göstərir. Eyni zamanda, zaman-zaman Rusiya ilə şübhəli əlaqələrin ifşası bu qurumun nüfuzuna xələl gətirir.

Bu gün seçici qarşısında heç bir məsuliyyəti olmayan, seçkidə uğursuz olmuş siyasətçilərin yığma komandası olan Avropa Parlamentinin də Okampo kimi siyasi alətlərlə iş birliyinin olması daha bir korrupsiya skandalıdır. Avropa İttifaqına üzv ölkələr bu cür əməlləri qətiyyətlə qınamalı, Argentina parlamenti bu cür rüşvət cinayətlərinə qarışmış, digər dövlətlərin daxili işlərinə qarışmağa cəhd edən şəbəkənin baş icraçısı Argentina vətəndaşı Luis Moreno Okamponun əməllərinin araşdırılmasına çağırışlar etməlidir".

Qeyd edək ki, Minval Politika BMT Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun süni intellektdən (Sİ) istifadə etməklə Azərbaycana qarşı qaralama kampaniyası keçirmək planları ilə bağlı video və audio yazılarını dərc etməyə davam edir. Son yayılan deşifrələrdən belə nəticə çıxır ki, Okampo və onun şərikləri Azərbaycana qarşı dipfeyklərin və digər texnoloji manipulyasiya alətlərinin iştirak etdiyi mexanizmləri yerləşdirməyi planlaşıblar.

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.

Ramin Məmmədov: Zəngəzur yolu tarixi yaddaşımızın davamı və gələcəyə uzanan körpüdür

Zəngəzur yolu Azərbaycan xalqının tarixi yaddaşının davamı və gələcəyə uzanan körpüdür.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfransdakı çıxışında deyib.

O bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan belə mühüm tədbirlərin keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edib ki, konfransın əsas məqsədi tarixi yaddaş ilə müasir reallıqlar arasında mənəvi körpü qurmaq, ortaq kimliyi və milli-mənəvi dəyərləri daha dərindən anlamaqdır.

R.Məmmədovun sözlərinə görə, Naxçıvan ərazisi Azərbaycan tarixinin keşməkeşli, lakin şərəfli yolunun canlı şahididir. Əlincə qalasının mübarizə ruhunu, Möminəxatun türbəsinin zəngin mədəni irsi, Əshabi-Kəhf mağarasının isə dərin mənəvi dəyərləri təcəssüm etdirdiyini vurğulayan komitə sədri bildirib ki, bu torpaqları dəyərli edən həm də xalqın çətin dövrlərdə nümayiş etdirdiyi müdriklik və cəsarətdir.

O diqqətə çatdırıb ki, Azərbaycanın müstəqillik tarixində Naxçıvanın xüsusi rolu olub və üçrəngli dövlət bayrağı uzun fasilədən sonra ilk dəfə məhz burada dalğalandırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başlatdığı siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Komitə sədri vurğulayıb ki, qloballaşma və informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması və qorunması daha da aktuallaşıb. Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin dini etiqad azadlığının təmininə, milli-mənəvi dəyərlərin qorunmasına və radikalizmə qarşı mübarizəyə xidmət etdiyi qeyd olunub.

Multikulturalizm və tolerantlığın cəmiyyətin əsas dayaqlarından biri olduğu bildirilib.

R.Məmmədov çıxışında "Zəngəzur yolu"nun əhəmiyyətinə də toxunaraq bildirib ki, bu layihə yalnız nəqliyyat xətti deyil, həm də tarixi bağların bərpasına, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və mənəvi inteqrasiyanın güclənməsinə xidmət edir.

Onun sözlərinə görə, bu yol ortaq dəyərlərin daha geniş coğrafiyada möhkəmlənməsinə və milli-dini kimliyin qorunmasına yeni imkanlar yaradacaq.

Sonda qeyd edib ki, din xadimlərinin əsas missiyası zərərli ideoloji təsirlərə qarşı maarifləndirici fəaliyyətin gücləndirilməsi, sağlam düşüncə tərzinin təşviqi və milli həmrəyliyin möhkəmləndirilməsidir.

Həbs qətimkan tədbirləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunub

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəllənin 148.6-cı və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçirilir

Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans təşkil olunub.

"Report"un yerli bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkədə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədir.

Konfransda öncə nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Qeyd edək ki, səfər xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq tarixi və mədəni dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də sağlam dini mühitin təşviqi məqsədi daşıyır.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də ölkəmizə səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş katib Martin Çunqonqu və xanımı Stella Çunqonqu Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə digər rəsmi şəxslər qarşılayıblar.

"Bakı Marafonu 2026"nın start və finişində konsert olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" idman hadisəsi olmaqla yanaşı, maraqlı əyləncə proqramı ilə də yadda qalıb.

"Report" xəbər verir ki, marafonun start nöqtəsi - Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olub. Hər iki nöqtədə konsert proqramı təqdim edilib.

Bu il start nöqtəsinin fan zonasında həm qaçışçılar, həm də yarışı izləməyə gələn qonaqlar üçün axşam saatlarınadək maraqlı anlar yaşadılıb.

Startdakı fan zonada açıq havada sevilən ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konsertdə məşhur müğənnilərin ifaları səslənib.

Finiş nöqtəsi - Sea Breeze ərazisində də qaliblərin mükafatlandırma mərasimi DJ və musiqi qruplarının çıxışları ilə müşayiət olunub.

"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.

"Report" xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.

Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.

Ardınca xatirə şəkili çəkdirilib.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il "Bakı Marafonu" ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.

Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün mayın 4-dən 18-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 mayda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib.

"Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləyə qalib gəl" şüarı ilə keçirilən Bakı Marafonunda böyük coşqu hissi ilə iştirak ediblər. Həmrəyliyi və sağlam həyat tərzi üçün atılan hər addımda bir yerdəyik", - paylaşımda qeyd olunub.

Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub

Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ailələrə mənzillərinin açarları təqdim olunub.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib.

Ağdamda qaz təchizatı sistemlərinin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib

Ağdam rayonunda qaz təchizatı sistemlərinin təhlükəsizliyinə həsr olunmuş tədbir təşkil edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, "Enerji təhlükəsizliyi görüşü: qaz təchizatında texniki etibarlılıq" adlı tədbir Fövqəladə Hallar Nazirliyi (FHN), "Azəriqaz" İstehsalat Birliyi (İB) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd enerji sektorunda təhlükəsizliyin sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın artırılması, potensial risklərin kompleks idarə edilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.

Tədbirdə qaz şəbəkələrində təhlükəsizlik riskləri, texniki istismar və preventiv xidmət tədbirləri, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin sənaye fəaliyyətinə inteqrasiyası, habelə dövlət qurumları ilə özəl sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual mövzular ekspertlər tərəfindən praktiki təcrübələr və real nümunələr əsasında dəyərləndirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər də daxil olmaqla 50-yə yaxın nümayəndə iştirak edib.

İştirakçılar tərəfindən bölgədə formalaşan yeni sənaye mühitində təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Xocalının dörd kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Qeyd edək ki, sözügedən kəndlərə köçürülən ailələr müasir standartlar əsasında yenidən bərpa edilən öz evlərində məskunlaşıblar.

Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Ailələrə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatlar barədə məlumat verilib, məlumatlandırıcı bukletlər paylanıb.

Bu mərhələdə Xocalının Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Təzəbinəyə 3 (15 nəfər), Xanyurdu kəndinə isə 4 ailənin (25 nəfər) qayıdışı təmin edilib.

Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.

Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.

Azərbaycan məhkəmələrində monitorinqin aparılması qaydaları təsdiqlənib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, "Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları" layihəsi təsdiq olunub.

Sonra Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.

Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin qiymətləndirilməsi barədə Şura üzvlərini məlumatlandırıb.

İclasda kadr məsələlərinə, Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi və intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda 52-ci cağırış Milli Assambleyasına (birpalatalı parlament) növbədənkənar seçkilər başlayıb.

"Report" xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 8:00-a qədər fəaliyyət göstərəcək.

Ölkə daxilindəki seçki məntəqələri ilə yanaşı, Bolqarıstan vətəndaşları dünyanın 55 ölkəsində də səs verəcək.

Son beş ildə səkkizinci dəfə təşkil olunan səsvermə ixtisaslaşdırılmış səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq.

Təxminən 6,5 milyon insan səs vermək hüququna malikdir, lakin təxminən 3,3 milyon seçicinin seçkilərdə iştirak edəcəyi gözlənilir.

Seçkilərdə 24 siyasi qrupun nümayəndələri iştirak edir: 14 partiya və 10 koalisiyanın nümayəndələri. Bundan başqa 240 yer uğrunda 4786 namizəd mübarizə aparır. İlk qeyri-rəsmi səsvermə nəticələri yerli vaxtla saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq.

Sorğulara əsasən, keçmiş Prezident Rumen Radev tərəfindən yaradılmış yeni siyasi ittifaq ön sıralarda qərarlaşıb. Bununla yanaşı, Boyko Borisovun rəhbərlik etdiyi GERB partiyası və islahatçı qüvvələr də əsas rəqiblər kimi çıxış edir.

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib

Milli Məclisin deputatı Mixail Zabelinin sədrliyi ilə Azərbaycan Rus İcmasının ümumi hesabat-seçki yığıncağı keçirilib.

"Report" xəbər verir ki, bu barədə icmanın sosial şəbəkə hesablarında məlumat yayılıb.

Mixail Zabelin hesabat məruzəsi ilə çıxış edib. Əsas istiqamətlər üzrə fəaliyyət haqqında sədrin birinci müavini Anastasiya Lavrina, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova, eləcə də Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina məlumat veriblər.

Gənclərin ictimai və mədəni həyata cəlb edilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və ənənələrin qorunub saxlanılmasına yönəlmiş Azərbaycanın Rus İcması nəzdindəki Rus Gəncləri Assosiasiyasının fəaliyyəti ayrıca qeyd edilib.

Həmçinin icmanın Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın gücləndirilməsinə, cəmiyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında dostluq ənənələrinin qorunmasına verdiyi mühüm töhfə vurğulanıb.

Müzakirələrin yekunlarına əsasən Azərbaycanın Rus İcmasının hesabat-seçki yığıncağının qətnaməsi yekdilliklə qəbul edilib.

Daha sonra icmanın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə yolu ilə Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib.

Bundan sonra İcmanın Respublika Şurasının üzvlərinin və sədr müavinlərinin seçilməsi baş tutub. Sədrin birinci müavinləri Anastasiya Lavrina və Vitali Kovalyov, sədr müavini vəzifələrinə Lyubov Yakunina və Dmitri Kozin seçiliblər.

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti aprelin 18-də Xankəndidə ətraf ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Cümhuriyyəti Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərində aparılan quruculuq işləri, Zəfər parkı, Zəfər meydanı, Qarabağ Universiteti və Xankəndi Məhkəmə Kompleksi ilə də tanış olub.

Qonaqlara bölgədə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və regionun dayanıqlı inkişafına yönəlmiş tədbirlər barədə də məlumat verilib. Mehmet Fatih Belviranlı da öz növbəsində Azərbaycanla Türkiyə arasında mövcud olan strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə, o cümlədən hüquq və məhkəmə sistemləri üzrə əməkdaşlıq istiqamətində də uğurla inkişaf edir.

Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlərə əsaslanır. Dövlət başçıları səviyyəsində formalaşmış yüksək etimad və qarşılıqlı dəstək prinsipi iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Bu kontekstdə məhkəmə-hüquq sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və institusional inkişaf istiqamətində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi xüsusi önəm daşıyır. Sonda vurğulanıb ki, Azərbaycan–Türkiyə qardaşlığı regional sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına mühüm töhfə verir və bu münasibətlər gələcəkdə də dinamik şəkildə inkişaf edəcək.

Sumqayıtda qanunsuz tikili sökülür

Sumqayıt şəhəri Nəsimi adlanan mədəniyyət və istirahət parkının ərazisində qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülülür.

"Report"un yerli bürosu məlumat verir ki,s öküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi ərəfindən həyata keçirilir.

Məlumata görə, artıq ərazidə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin mərhələli şəkildə demontajı aparılır.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.

XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında post paylaşıb.

"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdıldıqdan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edilərək qətlə yetirildi. Daha 14 nəfər isə girov götürüldü. Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Belə ağır insanlıq əleyhinə cinayətlər heç vaxt unudulmamalıdır. Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən "Report"a verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.

Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.

BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.

"Report" xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 33 il ötür.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 sakini isə girov götürüblər. Hücum zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.

Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.

Konstitusiya Məhkəməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.

"Report" Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 62-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və 522.6-cı maddəsində nəzərdə tutulan "sonuncu yaşayış yeri" anlayışlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb, müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:

- təqsirləndirilən şəxs Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;

- Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş "cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan" ifadəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Hakim və vəkillərin etik davranışı mövzusunda məlumat sessiyası keçirilib

Hakimliyə və vəkilliyə namizədlər, hüquqşünaslar, vəkillər, həmçinin məhkəmə və digər dövlət qurumlarında çalışan hüquqşünas mütəxəssislər üçün "Hakimlərin və vəkillərin etik davranış qaydaları" mövzusunda məlumat sessiyası keçirilib.

Bu barədə "Report"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, sessiya Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək, hüquq sistemində etik davranış prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, hakim və vəkillərin peşə fəaliyyətində yüksək etik standartlara riayət olunması ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir göstərir.

Sessiyada çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli hakimlərin etik davranış qaydaları, peşə fəaliyyətinin əsas prinsipləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verib. Sonra Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev vəkillərin etik davranış qaydalarına dair təqdimatla çıxış edərək, vəkilin ona müraciət edən şəxslərlə münasibətləri, məhkəmə və digər orqanlarla qarşılıqlı əlaqələri, həmçinin peşəkar münasibətlərin qurulması və davamlı inkişafının əhəmiyyəti barədə danışıb.

Məlumat sessiyasının davamında Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və İnstitutun Ekspert Şurasının üzvü, sabiq hakim Səadət Bəktaşi iştirakçılar tərəfindən verilən hakimlərin və vəkillərin fəaliyyətində rast gəlinən etik pozuntulara dair sualları cavablandırıblar.

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb.

Parlamentdən "Report"a verilən məlumata görə, gündəliyə 8 məsələ daxildir.

Onlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib.

"Report" xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb.

O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb:

"Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin əsas sütunu kimi, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–İran–Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu regionlarla daha geniş əməkdaşlıqlara qədər bu səylər institusionallaşdırılmış regional əməkdaşlığın sabitlik və rifah gətirə biləcəyini nümayiş etdirir".

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.

Nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 17-dən may ayının 18-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"nı, eləcə də dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək "Dövlət icra məmurları" bölməsindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10409, 10416, 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb

"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.

Naxçıvan əhalisinin sayı 1365 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, 1 mart 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1365 nəfər və ya 0,3 faiz artaraq 472534 nəfər olub.

Ali Məhkəmə: Borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etmək risklər yaradır

Borcun təminatı üçün borcverənə daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsini təminat kimi vermək risklərə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.

İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.

Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır.

Bu cür risklərlə üzləşməmək üçün borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək, qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək, bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək, zərurət olduqda hüquqşünas məsləhəti almaq tövsiyə olunur.

Nəticə olaraq, borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər.

Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır.

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.

Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

"Report"un yerli bürosunun məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edilib

Hikmət Baba oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.

Ramin Məmmədov: Azad edilmiş ərazilərdə məscidlərin bərpası mənəvi yaddaşın dirçəldilməsi üçün əhəmiyyətlidir

İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, ziyarətgahların və digər dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdamın Çəmənli kəndi "Cümşüd" məscidi və Xındırıstan kənd məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu, təkcə maddi-mədəni irsin bərpası deyil, eyni zamanda tarixi ədalətin bərpası və xalqımızın mənəvi yaddaşının dirçəldilməsi kimi mühüm əhəmiyyət daşıyır.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin qorunmasıdır.

Ramin Məmmədov vurğulayıb ki, qloballaşma və informasiya axınının sürətlə artdığı bir dövrdə cəmiyyətin mənəvi dayaqlarının möhkəmləndirilməsi aktuallıq kəsb edir:

"Bu baxımdan din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların maarifləndirici fəaliyyəti dini biliklərin cəmiyyətə düzgün, balanslı və aydın şəkildə çatdırılması ilə yanaşı, milli kimliyin, mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir".

Sağlam dini mühitin qorunmasının dövlətçiliyimizin möhkəmləndirilməsinin vacib amillərindən biri olduğunu qeyd edən Dövlət Komitəsinin sədri gənclərlə işin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Keçirilən görüşlərin bölgələrdə dini fəaliyyətin yerində qiymətləndirilməsi, din xadimləri ilə birbaşa ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Din xadimləri çıxışlarında dini sahəyə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, ölkədə dini azadlıqların təmin olunması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək dəyərləndirdiklərini vurğulayıblar.

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub.

50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub.

Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul edib.

Səbinə Salmanova: Müasir məktəblər gənclərin inkişafı üçündür

Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılıb. Müasir məktəblər, innovativ tədris metodları, beynəlxalq təcrübəyə əsaslanan proqramlar gənclərin hərtərəfli inkişafına xidmət edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıtda abituriyentlər üçün keçirilən "Uğura doğru bir addım" adlı tədbirdə deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar təşəbbüslər, xüsusilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafına yönəlmiş layihələr gənclərin daha keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır:

"Uğura gedən yol heç vaxt asan olmur. Bu yol zəhmət, səbir, intizam və ən əsası özünə inam tələb edir. Əziz abituriyentlərimiz, bəzən yorula, çətinliklərlə qarşılaşa bilərsiniz. Lakin unutmayın ki, hər bir çətinlik sizi daha da gücləndirir, məqsədinizə bir addım da yaxınlaşdırır. Əsas odur ki, heç vaxt geri çəkilməyəsiniz, ruhdan düşməyəsiniz. Çünki uğuru yalnız sona qədər mübarizə aparanlar əldə edir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Zaur Şükürov isə abituriyentlərə müraciət edərək bildirib ki, qarşıda duran imtahan mərhələsi onların həyatında mühüm dönüş nöqtəsidir. Onun sözlərinə görə, uğur əldə etmək istəyən hər bir abituriyent vaxtını düzgün planlaşdırmalı, gündəlik hazırlıq rejiminə ciddi yanaşmalı və qarşıya qoyduğu hədəflərə addım-addım irəliləməlidir.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, xüsusilə gənclərin inkişafına yönəlmiş tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə Sumqayıt şəhərində son illər ərzində təhsil infrastrukturunun gücləndirilməsi, yeni məktəblərin tikintisi və mövcud təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev çıxışında şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin uğurlarından da bəhs edib. O qeyd edib ki, Sumqayıt şəhərində məktəblərin fəaliyyəti ildən-ilə daha da təkmilləşir, tədrisin keyfiyyəti yüksəlir və bu da öz növbəsində şagirdlərin hər il yüksək nəticələr göstərməsində öz əksini tapır.

Çıxışlardan sonra mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunub. Seminar çərçivəsində imtahan həyəcanı, psixoloji gərginlik, düzgün planlama və motivasiyanın qorunması kimi hər bir abituriyent üçün vacib olan mövzular ətrafında geniş müzakirələr aparılıb.

Fuad Nağıyev: Türk dövlətlərinin Qarabağda turizmin inkişaf etdirilməsində rolu xüsusi əhəmiyyət daşıyır

Son illərdə Azərbaycan turizm sahəsində çox ciddi və müsbət inkişaf dinamikası nümayiş etdirir, turizmin inkişaf etdirilməsi üzrə geniş tədbirlər həyata keçirilir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu inkişafın yeni və strateji mərhələsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm dövriyyəsinə daxil edilməsidir:

"Regionda mədəni turizm, ekoturizm, sağlamlıq və termal turizm kimi sahələrin inkişafı üçün zəngin potensial mövcuddur. Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda turizm prioritet inkişaf istiqamətlərindən biri kimi çıxış edir. Qarabağda beynəlxalq hava limanlarının, dəmir yolunun istifadəyə verilməsi, müasir avtomobil yolları, tunellər və logistika xətlərinin yaradılması turizmin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır".

Agentlik sədri qeyd edib ki, paralel olaraq turizm infrastrukturunun inkişaf etdirilməsi üçün müxtəlif layihələr icra olunur:

"Cari dövr üçün Qarabağda 11 hotel, 31 alternativ yerləşmə vasitəsi fəaliyyətdədir. Hazırda yerli və xarici turistlərin bölgəyə səfərləri "Yolumuz Qarabağa" platforması vasitəsilə tənzimlənir ki, bu da təhlükəsizliklə yanaşı, turizm təcrübəsinin effektiv idarə olunmasına imkan yaradır".

F.Nağıyev əlavə edib ki, türk dövlətlərinin Qarabağda turizmin inkişaf etdirilməsində rolu xüsusi əhəmiyyət daşıyır:

"Bu mənada ilk olaraq "Türk dünyası turizm marşrutu" ortaq turizm marşrutlarının formalaşdırılması geniş imkanlar aça bilər. İnvestisiya və maliyyə əməkdaşlığı layihələri vasitəsilə Qarabağda yüksək keyfiyyətli turizm infrastrukturu formalaşdırıla bilər. Bu baxımdan Qarabağda əlverişli investisiya mühiti və uzunmüddətli inkişaf perspektivləri mövcuddur".

"Orta Dəhliz çərçivəsində nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, birgə tur paketlərin hazırlanması və hava əlaqələrinin inkişafı regionun əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir. Eləcə də insan kapitalının inkişafı, turizm təhsili, xidmət standartları və destinasiya idarəçiliyi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Ortaq mədəni irs və dəyərlər əsasında formalaşan layihələr Qarabağı yalnız bir turizm məkanı deyil, eyni zamanda Türk dünyasının ortaq mədəni platformasına çevirə bilər. Nəticə etibarilə Qarabağ regionunun turizmə açılması yalnız milli deyil, həm də regional miqyasda yeni bir inkişaf modelidir. Bu model dayanıqlılıq, innovasiya və əməkdaşlıq prinsiplərinə əsaslanaraq gələcəkdə daha geniş coğrafiyada tətbiq oluna biləcək nümunə rolunu oynaya bilər", - Agentlik sədri vurğulayıb.

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişikliləri imzalayıb.

Qeyd edilib ki, vətəndaşlar ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Əvvəlki qanuna əsasən, bu, 3 gün idi.

Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

Sənədə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.

Uşaq hüquqları ilə bağlı bir neçə qanuna dəyişikliklər təsdiqlənib

"Uşaq hüquqları haqqında" yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham ƏLiyev bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlara dəyişiklikləri imzalayıb.

"Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilib.

Həmçinin, uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilib.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma "Media haqqında" qanunda da olacaq.

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydın mexanizmlərin müəyyən edilməsi məqsədi ilə "Uşaq hüquqları haqqında" qanuna xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək "Sosial xidmət haqqında" qanuna və "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə yeni normalar daxil edilib. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.

Son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilib. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası var. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilib.

Həmçinin uyğunlaşdırma məqsədilə Ailə Məcəlləsində, "Sosial xidmət haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında" və "Bədən tərbiyəsi və idman haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklər edilib.

"Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib

"Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.

Qanunda ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.

Həmçinin yeni qanunda zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir.

Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir.

Sənəddə "erkən evlilik" ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır.

Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur.

Həmçinin yeni qanunda hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur.

Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni sənədə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.

Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Müşahidə Şurasının iclası keçirilib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Qeyd olunub ki, iclasda Mərkəzin və Hüquq və İnsan Haqları İnstitutunun gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib.

Çıxış edən Müşahidə Şurasının sədri Gündüz Kərimov bildirib ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının həyata keçirilməsi və onların optimallaşdırılması üzrə tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib.

Bunun davamı olaraq 2026-cı ildə bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar imzalanmış, həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləğləri artırılıb, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri yenidən müəyyən edilib.

Göstərilənlərlə əlaqədar Mərkəzin və İnstitutun strukturu, işçilərinin say həddi, əməyin ödənişi fondu, optimal təşkilati-hüquqi formanın seçimi, habelə xərclərin azaldılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb və Şura üzvləri tərəfindən qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Müşahidə Şurası tərəfindən Mərkəzin və İnstitutun dövlət büdcəsindən asılılığının azaldılması məqsədilə xərclərinin optimallaşdırılması, o cümlədən təşkilati-hüquqi formalarının dəyişdirilməklə yenidən təşkil olunmasının mümkünlüyü barədə təkliflər nəzərdən keçirilib və bununla bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, İnstitutun ştat sayı, strukturu və fəaliyyəti üzrə xərclərinin optimallaşdırılması məqsədilə funksiyaları oxşar olan bir sıra vəzifələrin birləşdirilməsi yolu ilə daha səmərəli strukturun formalaşdırılmasının zəruriliyi qeyd olunub.

Bu çərçivədə Müşahidə Şurası tərəfindən İnstitutun yeni strukturunun təsdiq olunması kimi optimallaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Azərbaycanda 3 məntəqə üzrə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır

Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 698 xəstə müalicə alır.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-mart ayları üzrə məlumatında qeyd olunub.

Bildirilib ki, 2026 ilin yanvar-mart ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olub ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Səbinə Əliyeva vətəndaşları qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Səbinə Əliyeva müraciət edən vətəndaşları fərdi qaydada qəbul edib, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb.

Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən "916" Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Ağdamda dövlət-din münasibətlərində hüquqi mexanizmlər mövzusunda regional konfrans keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfrans keçirilir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edir.

Konfransın məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlərin müzakirəsindən ibarətdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində "Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" və "Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi" mövzular üzrə panellər də təşkil olunacaq.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.

"Report" xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarında əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və sair. Alimin "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.

Zərifə Əliyevanın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: "Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır".

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət" kitabında oxuyuruq: "Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.

Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi".

Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirilib

Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən "Facebook" sosial şəbəkəsində şəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialar paylaşılıb.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, həmçinin Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.

"Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilib".

Bildirilib ki, Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib:

"Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib. Komitədə fəaliyyət göstərən "Daimi Məskunlaşma Komissiyası"nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb".

Dövlət Komitəsi qeyd edib ki, bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd ediblər.

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır", - deyə bildirilib.

İqtisadi Şuranın iclasında sahibkarların problemləri müzakirə olunub

Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, keçirilən iclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun məruzəsi dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olunub

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan MR-in qanun ləğv edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qərar muxtar respublika Ali Məclisinin aprelin 10-da keçirilən iclasında qəbul olunub.

Müzakirə zamanı qeyd edilib ki, "Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Bu səbəbdən, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Daha sonra müvafiq qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Naxçıvan MR hökumətinin illik hesabatı qəbul edilib

Naxçıvan Muxtar Respublikası (MR) hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qərar muxtar respublika Ali Məclisinin aprelin 10-da keçirilən iclasında qəbul olunub.

Ali Məclisin Naxçıvan MR Baş naziri Cabbar Musayev Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.

Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıb, hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı deputatlar 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını bildirib, sual, təklif və qeydlərini səsləndiriblər.

İclasda Baş nazir deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin qərarı səsə qoyularaq qəbul edilib.

Tarixi abidələrdə təbii eroziya ilə mübarizə: Dünya təcrübəsi və İçərişəhər nümunəsi

Ötən gün Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız yağıntılar nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

"Report" xəbər verir ki, hazırda aşınma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən operativ tədbirlər görülür.

İlkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib. Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.

Bərpa işlərinə Avstriyadan dəvət olunmuş mütəxəssislərin cəlb edilməsi də bu prosesə göstərilən yüksək diqqət və beynəlxalq təcrübəyə əsaslanan yanaşmanın göstəricisidir. Bu, Qala divarlarının qorunmasının yalnız yerli deyil, həm də peşəkar və qlobal standartlara uyğun şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.

Tarixi abidələrə baxanda bəzən unuduruq ki, onlar "donmuş keçmiş" deyil, əksinə zamanla "yaşayan" strukturlardır. Ona görə də İçərişəhərin Qala divarlarında müşahidə olunan qismən aşınmanı tarixi memarlığın təbii həyat dövrünün bir hissəsi kimi dəyərləndirmək daha doğrudur.

Əslində dünya təcrübəsinə baxsaq, belə hallar heç də nadir deyil. Məsələn, 2019-cu ildə Parisdə Notre-Dame de Paris katedralında bədbəxt hadisə nəticəsində baş verən yanğın səbəbindən 850 illik qotik binanın damı və əsas qülləsi dağıldı. Bu hadisə fonunda bütün Avropada tarixi irsin necə həssas və müdafiəyə ehtiyacı olan bir sahə olduğu aydınlaşdı. Maraqlısı da odur ki, sözügedən hadisə təşvişə səbəb olmadı. Əksinə, həmin yanğınla genişmiqyaslı, elmi əsaslı və mərhələli bərpa prosesinin başlanğıcına zəmin yarandı.

Bundan başqa İkinci Dünya müharibəsi zamanı Almaniyanın Drezden şəhərindəki Frauenkirxa kilsəsi 1945-ci ildə dağıdılmışdı. Şəhərə atılmış 650 mindən artıq dağıdıcı bomba nəticəsində şəhərdə temperatur yüksəlmiş və bu zaman kilsə daxilində təxminən 1000 selsi dərəcədən artıq istilik yaranmışdı. Tamamilə dağılan kilsə onilliklər sonra tarixi sənədlər və orijinal daşlardan istifadə olunaraq yenidən bərpa edildi. Hətta bu layihə Avropada tarixi irsin "yenidən dirildilməsi"nin ən uğurlu nümunələrindən biri kimi də qəbul edilir.

Bu fakt onu göstərir ki, tarixi abidələrdə baş verən ən ağır dağıntılar belə onların sonu deyil. Drezden təcrübəsində olduğu kimi, tamamilə məhv olmuş bir memarlıq nümunəsi belə uzun illər sonra elmi sənədlər, arxiv materialları və orijinal daşların qorunub saxlanılmış hissələri əsasında yenidən bərpa oluna bilir. Bu, tarixi irsə yanaşmada "bərpaedici yenidənqurma" prinsipinin nə qədər önəmli olduğunu ortaya qoyur.

Eyni məntiqi İçərişəhərdə Qala divarlarında müşahidə olunan aşınma halları ilə əlaqələndirmək olar. Burada məqsəd dağıntı sonrası yenidən qurma deyil, mövcud strukturun qorunması və onun tarixi dəyərinin itirilmədən gələcəyə ötürülməsidir.

Həmçinin Giza Böyük Piramidası da dünyanın ən qədim və ən möhtəşəm memarlıq abidələrindən biri olmaqla yanaşı, təbii təsirlərə qarşı ən uzunömürlü "yaşayan struktur" nümunələrindən hesab olunur. Minilliklər boyu Misirin sərt səhralıq iqlimi bu abidəyə davamlı şəkildə təsir göstərib. Güclü küləklər, qum fırtınaları, yüksək temperatur fərqləri və rütubətin dəyişməsi piramidanın xarici daş səthlərində aşınma və eroziya prosesini qaçılmaz edib.

Xüsusilə qum hissəciklərinin daimi sürtünməsi nəticəsində daşların səthində cilalanma və mikroskopik parçalanmalar müşahidə olunur. Gündüz və gecə temperatur fərqləri isə daş bloklarda genişlənmə və daralma proseslərini sürətləndirərək zamanla kiçik çatların yaranmasına səbəb olur. Bu proseslər min illər ərzində yavaş, amma davamlı şəkildə gedərək abidənin səth quruluşunu dəyişib.

Lakin piramidalar təbii təsirlərlə baş-başa buraxılmır. Müasir dövrdə Misir hökuməti və beynəlxalq mütəxəssislər tərəfindən abidənin qorunması üçün davamlı monitorinq aparılır. Buraya struktur sabitliyinin izlənməsi, zədələnmiş daş blokların qiymətləndirilməsi və turist axınının yaratdığı əlavə təzyiqin nəzarətdə saxlanılması daxildir. Nəticədə abidənin tarixi orijinallığı qorunaraq mümkün qədər uzun müddət sabit vəziyyətdə saxlanılır.

Bu baxımdan Giza Piramidası göstərir ki, ən möhkəm və minilliklərə tab gətirmiş tikililər belə təbii proseslərdən tam sığortalanmayıb.

Eyni yanaşmanı İtaliyada Kolizey, Çin Səddi kimi minillik tarixi olan abidələrdə də görürük. Bu tikililər əsrlərdir həm təbii aşınma, həm seysmik təsirlər, həm də şəhər mühitinin yaratdığı təzyiqlərlə üz-üzədir. Amma həmin tikililərdə heç vaxt birdəfəlik bərpa işləri aparılmayıb. Çin Səddi də minlərlə kilometrə yayıldığı üçün onun müxtəlif hissələrinin vəziyyəti eyni olmadığından bəzi bölmələr tam bərpa olunub turistlər üçün açıq şəkildə qorunur, bəzi hissələr isə illərlə baxımsız qaldığı üçün təbii aşınmaya məruz qalır. Buna görə də Çin dövləti son onilliklərdə abidənin qorunması üçün sistemli konservasiya proqramları həyata keçirir.

Azərbaycan təcrübəsi də bu baxımdan tamamilə eyni məntiqə söykənir. İçərişəhər və Şirvanşahlar Sarayı kimi abidələrdə aparılan bərpa işləri illərdir planlı şəkildə, mərhələli yanaşma ilə həyata keçirilir. Burada əsas məqsəd heç vaxt "sürətli nəticə" deyil, tarixi daşın, memarlıq ruhunun və orijinallığın qorunmasıdır. Aşınma baş verən sahələrdə ayrıca texniki qiymətləndirmə keçirilir. Növbəti mərhələlərdə artıq zədələnmiş hissələrin təmiri və bərpası prioritetə çevrilir.

Burada əsas məsələ baş verən kiçik aşınma deyil, həmin aşınmanın səbəbinin araşdırılması, abidənin ümumi vəziyyətinə təsirinin ölçülməsi və gələcəkdə daha böyük zədələrin qarşısının alınması üçün görülən planlı tədbirlərdir. Bu baxımdan mütəxəssislərimiz tarixi abidələrin zədələnməməsi istiqamətində mübarizə aparmaq əvəzinə onların düzgün şəkildə qorunması və uyğun şəkildə bərpa olunması üçün addımlar atılar.

Ən önəmlisi isə bu proseslərin nəzarət altında, məsuliyyətsizlikdən uzaq baş tutmasıdır. Hazırda Bakının mərkəzində peşəkar monitorinq, mərhələli konservasiya və beynəlxalq təcrübəyə əsaslanan yanaşma sayəsində hər bir detal diqqətlə izlənilir və lazım olan müdaxilələr vaxtında həyata keçirilir. Bu da onu göstərir ki, məqsəd sadəcə abidəni qorumaq deyil, onu orijinallığını itirmədən gələcək nəsillərə ötürməkdir.

Tarixi abidələrin taleyi uzunmüddətli elmi yanaşma və davamlı qoruma siyasəti ilə müəyyən olunur. İçərişəhər isə bu baxımdan təkcə Bakının deyil, ümumilikdə regionun ən sistemli qorunan mədəni irs nümunələrindən biri olaraq öz tarixi mövcudluğunu bu gün də qoruyub saxlayır.

FHN "Memarlıq və Şəhərsalma İli" çərçivəsində videokonfrans təşkil edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən "Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri " mövzusunda videokonfrans təşkil olunub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təşkilatçılığı ilə "Memarlıq və Şəhərsalma İli" çərçivəsində baş tutan tədbirdə tikinti fəaliyyətinin subyektləri – nazirliklərin, dövlət komitə və agentliklərinin, yerli icra hakimiyyəti orqanlarının Memarlıq və tikinti şöbələrinin nümayəndələri, aparıcı layihə təşkilatlarının mütəxəssisləri, tikinti materialları istehsalçıları, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər. Sayca ikinci dəfə təşkil olunan videokonfransa, ümumilikdə 330 mütəxəssis qatılıb.

Tədbiri giriş sözü ilə açan FHN TTNDA-nın rəis müavini Bəxtiyar Tağıyev iştirakçıları salamlayaraq bildirib ki, dərin tarixi kökləri və ənənələri olan Azərbaycanın tikinti sahəsi ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafında böyük rol oynayaraq, bu gün də əhəmiyyətli dəyişikliklər, institusional islahatlar və dövlət dəstəyi sayəsində müsbət dinamika nümayiş etdirir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə iqtisadiyyatın digər sahələri kimi, tikinti kompleksinin də canlanmasına əvəzolunmaz töhfələr verib, ölkədə geniş tikinti potensialının yaradılmasına, tikinti-quraşdırma işlərinin keyfiyyətinin xeyli yüksəldilməsinə və icra müddətlərinin azaldılmasına nail olub. Tikinti sahəsində əldə olunan nailiyyətlərin kökündə Ümummilli Liderin konseptual yanaşması, gərgin əməyi və uzaqgörən siyasətinin dayandığını vurğulayan Bəxtiyar Tağıyev dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində ölkə ərazisində tikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını və bu sahənin prioritet sahələrdən birinə çevrildiyini qeyd edib.

Natiq əlavə edib ki, müasir dövrdə tikinti obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi baxımından ekspertiza müəssisəsinin, layihəçilərin və tikinti fəaliyyətinin digər subyektlərinin üzərinə böyük vəzifələr düşür, onların özünəinam və məsuliyyət hissəsini artırır. Bəxtiyar Tağıyev, həmçinin Agentlik tərəfindən həyata keçirilən tikintiyə nəzarət tədbirləri, ekspertizası aparılmış layihə-smeta sənədlərinə bilavasitə tikinti prosesində əməl olunması, tikintidə yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları barədə məlumat və tövsiyələr verib.

Sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli çıxış edərək bildirib ki, "Şəhərsalma və Memarlıq ili" çərçivəsində keçirilən bu tədbirdə yerli mütəxəssislərin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir və müzakirəyə çıxarılan məsələlərin geniş müzakirəsi üçün imkan yaradır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsindəki Zəfərin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını diqqətə çatdıran Təyyar Hüseynli Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

O, qeyd edib ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı tikinti obyektlərinin texniki tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində mühüm işlər görərək ölkənin tikinti kompleksinin inkişafına öz töhfələrini verib. Layihələndirmənin tikinti fəaliyyətinin ən vacib mərhələlərindən biri olduğunu diqqətə çatdıran Təyyar Hüseynli tikinti layihələrinin tərtibat səviyyəsinin daim yüksəldilməsi zərurətini vurğulayıb.

Bildirib ki, ekspertiza müəssisəsində layihə-smeta sənədlərinə rəy verilməsinin operativliyini təmin etmək və tikinti fəaliyyətinin subyektləri ilə səmərəli qarşılıqlı əlaqənin təşkili istiqamətində innovativ yeniliklər tətbiq edilib. Ekspertiza İdarəsində baxılan tikinti layihələri barədə statistik məlumatları diqqətə çatdıran Təyyar Hüseynli tikinti obyektlərinin layihələndirilməsində optimallaşdırma işlərinin aparıldığını vurğulayıb. Natiq tikinti layihələrinin ümumi tərtibat səviyyəsinə toxunub, layihələndirmədə müsbət təcrübəni və məqbul texniki həlləri, layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurları və onların tikinti obyektlərinin gələcək istismarına gözlənilən mənfi təsirlərini qeyd edib.

Videokonfransda Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin şöbə müdirləri və aparıcı mütəxəssisləri layihələndirmə fəaliyyətinin hüquqi və normativ bazası, baş plan və memarlıq həlləri, konstruksiyaların hesablanmasında proqram təminatı məhsulları, yol tikintisi, enerji effektivliyi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması, tikintidə qiymətqoyma və smeta normalaşdırılması, ekspertiza prosesində sənəd dövriyyəsi və digər əlaqəli mövzularda təqdimatlar ediblər. Həmçinin, ölkənin tikinti sektorunun inkişaf templərini və Ekspertiza İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.

Sonda videokonfrans iştirakçılarına 10 Aprel – İnşaatçılar Günü ilə əlaqədar təbrik ünvanlanıb.

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb.

Təltif olunan əməkdaşlar aşağıdakılardır:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

Kamran Əliyev Bakının Nizami rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev aprelin 10-da Bakı şəhəri Nizami rayon prokurorluğunun inzibati binasında Nizami rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Azərbaycanda istilik təchizatı şəbəkələri üzrə yeni tələblər təsdiqlənib

Nazirlər Kabineti "İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"i təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Tələblər "İstilik təchizatı haqqında" qanuna əsasən hazırlanıb.

Şəbəkənin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında mühafizə zonaları müəyyənləşdirilir.

Şəbəkənin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və istismarı Qanunun tələbləri nəzərə alınmaqla "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna, Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Şəbəkənin mühafizəsi paylayıcı tərəfindən həyata keçirilir.

Tələblər qüvvəyə minənədək ərazisində şəbəkələr yerləşən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Şəbəkələrin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri Tələblərə əməl etməlidirlər.

Şəbəkənin tikintisi, genişləndirilməsi və istismarı, həmçinin mühafizə zonasının yaradılması məqsədilə ayrılan torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.

Hüquqi və fiziki şəxslər onlara məxsus ərazidən keçən şəbəkənin toxunulmazlığını, istismarı və təmir-bərpa işlərinin aparılması ilə bağlı şəraitin yaradılmasını təmin etməlidirlər.

Tələblərdə istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.

İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş aşınmasının bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub.

"Report" xəbər verir ki, bunu"Aztv"-yə müsahibəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin üzvü Aytac Əlisultanlı deyib.

A.Əlisultanlı onu da qeyd edib ki, mütəxəssislər İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində də uğurla fəaliyyət göstəriblər:

"Xarici memarlar İçərşəhər ərazisində illər ərzində tarixi memarlıq abidələrinin bərpası istiqamətində fəaliyyət göstəriblər. Həmin tikililərə həm ölkə, həm də dünya üçün əhəmiyyətli abidələr aiddir".

Onun sözlərinə görə, ilkin nəticələrin aradan qaldırılması üçün hazırda müvəqqəti möhkəmləndirilmə işləri aparılır:

"Bu işlər bir neçə günə yekunlaşacaq. Növbəti mərhələdə texniki mühəndis və tarixi qiymətləndirilmə aparılacaq. Bu işlərdən sonra isə əsaslı bərpa-konservasiya işlərinə başlanılacaq. Son mərhələ inşaatda ən çox vaxt tələb edən iş olduğuna görə, proses bir neçə ilə qədər çəkə bilər".

Xatırladaq ki, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayı artırıla bilər

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur.

"Report" xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin:

"Çünki bəzi nikah bağlanandan sonra şəxslərin narkoloji asılılığının olduğu ortaya çıxır. Bu ailə planlanmasında problem yaratmaqla bərabər boşanmaya da səbəb ola bilir. Narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsi boşanmaların sayının azalmasına da səbəb ola bilər".

İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

"Report"un məlumatına görə, bu barədə İdarənin Mətbuat Xidmətindən bildirilib.

TDT ölkələrinin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Niyyət Protokolu imzalanıb.

"Report" xəbər verir ki, imzalanma Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında olub.

Sənəd türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması niyyətini əks etdirir.

Protokol çərçivəsində tərəflər birgə tədbirlərin təşkili, potensialın gücləndirilməsi və bilik mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, test tapşırıqlarının hazırlanması və nəticələrin qiymətləndirilməsində süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi aparacaqlar.

Eyni zamanda elmi əsaslara və beynəlxalq təcrübəyə uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqi, türk dillərinin təşviqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.

Vüsal Hüseynov beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevlə görüş keçirib.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Vüsal Hüseynov bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində DMX-nin fəaliyyət istiqamətləri ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və qaliblərin ixtisaslarına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq.

Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində yaradılan imkanlara və səmimi qəbula görə Xidmət rəisinə təşəkkürlərini bildirib, proqram çərçivəsində gözləntilərini bölüşüblər.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi başlanılıb

Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla Nəsir Nəsirlinin qeyd edilən vəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyə mülkiyyətində olan ümumilikdə 13 ha torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən məcburi qiymətləndirilməklə orta bazar qiymətindən az olmamaq şərti ilə satmalı olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin tələblərə zidd olaraq dəyərindən aşağı satılması nəticəsində bələdiyyəyə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib.

Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-qarabag@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Slovakiya Ombudsmanı Bakıda miqrantların və istintaq altında olanların saxlanma şəraiti ilə tanış olub - YENİLƏNİB

Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisə barədə ətraflı məlumat verilib, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, kitabxanasına və digər yerlərə baxış keçirilib.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də müəssisənin korpuslarına, tibb məntəqəsinə, yeməkxanasına və digər obyektlərinə baxış keçirilib.

Yekunda iki ölkənin qanunvericiliyinin və beynəlxalq aktların müddəalarının müqayisəsinə əsaslanan müzakirələr aparılıb.

Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində olub.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, səfər zamanı qonaqları Azərbaycanın Oombudsman Aparatının əməkdaşları müşayiət ediblər.

DMX-nin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qonaqlara müvəqqəti yerləşdirmə mərkəzlərinin müasir standartlara uyğun qurulmuş fəaliyyəti, mərkəzlərdə yerləşdirilən şəxslərin hüquq və vəzifələri, onların yerləşdirilməsi və saxlanılması qaydaları, müvafiq prosedurlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, saxlanma şəraiti, yaşayış binaları və tibb otaqları, görüş və istirahət sahələri, həmçinin yeməkxana ilə tanış olublar. Səfər zamanı nümayəndə heyəti mərkəzdə yerləşdirilən şəxslərlə də görüşüb.

Azərbaycan və Slovakiya arasında hüquqi əməkdaşlığın perspektivləri müzakirə edilib

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə F.Abdullayev Azərbaycan ilə Slovakiya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.

O, Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkədə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və insan hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

Sədr Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

R.Dobrovodski isə iki ölkə arasında əlaqələrin, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafının vacibliyini bildirib.

O, insan hüquqlarının qorunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Son illərin münaqişələri fonunda Azərbaycanın hərbi-siyasi nəticəsi fərqli model kimi diqqət çəkir - RƏY

Son illərdə qlobal təhlükəsizlik mühiti daha çox uzunmüddətli və qeyri-müəyyən münaqişələrlə xarakterizə olunur və Rusiya–Ukrayna müharibəsi, eləcə də İran–ABŞ–İsrail gərginliyi kimi proseslər göstərir ki, müasir müharibələr adətən uzanır, çoxsaylı aktorları cəlb edir və aydın nəticə ilə yekunlaşmır.

Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, bu fonda Azərbaycanın 2020-ci ildə 44 gün ərzində əldə etdiyi hərbi-siyasi nəticə və 2023-cü ilin sentyabrında cəmi bir günə başa çatan antiterror əməliyyatı fərqli bir model kimi diqqət çəkir və bu modelin əsasını təşkil edən amillərin təhlili müasir münaqişələrin mahiyyətini anlamaq üçün vacibdir:

"Azərbaycanın uğurunun əsas səbəblərindən biri müharibə məqsədlərinin konkret və dəqiq olması idi. Çünki Bakı geniş geosiyasi dəyişikliklər deyil, beynəlxalq hüquqla tanınmış ərazilər üzərində suverenliyin bərpasını hədəfləmişdi və bu da həm hərbi planlaşdırmanı sadələşdirdi, həm də əməliyyatların uzanmasının qarşısını aldı. Məqsədin dəqiqliyi resursların düzgün yönləndirilməsinə və qısa müddətdə nəticə əldə olunmasına imkan yaratdı ki, bu da uzunmüddətli müharibələrdən fərqli olaraq "sürətli qələbə modeli"nin əsas xüsusiyyətlərindən biridir".

Deputat qeyd edib ki, bu nəticə spontan deyil, uzun illər aparılan sistemli hazırlığın məhsuludur:

"Enerji gəlirləri hesabına ordunun modernləşdirilməsi, yeni texnologiyaların alınması və tətbiqi, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması Azərbaycan ordusuna keyfiyyət üstünlüyü qazandırmışdı. Xüsusilə pilotsuz uçuş aparatlarının, dəqiq zərbə sistemlərinin və real vaxt rejimində kəşfiyyat imkanlarının inteqrasiyası döyüş meydanında yeni taktiki üstünlük yaratdı və bu texnologiyalar klassik müdafiə sistemlərini effektivsiz hala gətirdi. Burada əsas məqam yalnız texnologiyanın mövcudluğu deyil, onun düzgün doktrina ilə tətbiqi idi".

V.Qafarov qarşı tərəfin struktur zəifliklərinin də nəticəyə ciddi təsir göstərdiyini vurğulayıb:

"Ermənistan ordusu köhnə hərbi yanaşmaya və statik müdafiə sistemlərinə arxalanırdı və bu sistemlər müasir texnologiyalar qarşısında dayanıqlı olmadı. Üstəlik, siyasi qeyri-sabitlik və resurs məhdudluğu hərbi idarəetmənin effektivliyini azaltdı və xüsusilə 2023-cü ildə Qarabağdakı separatçı strukturların həm logistik, həm də siyasi baxımdan zəif vəziyyətdə olması əməliyyatın sürətli nəticələnməsinə şərait yaratdı".

Deputat qeyd edib ki, bütün bu proseslərdə Prezident İlham Əliyevin liderliyi xüsusi əhəmiyyət kəsb edib:

"Çünki o, uzunmüddətli strateji xətti qoruyaraq Qarabağ məsələsini dövlət siyasətinin əsas prioriteti kimi saxladı və bu istiqamətdə ardıcıl hazırlıq həyata keçirdi. Prezident İlham Əliyevin siyasi iradəsi müharibə dövründə qərarvermənin sürətində və koordinasiyasında özünü göstərdi, belə ki, siyasi, diplomatik və hərbi addımlar vahid strategiya çərçivəsində həyata keçirildi. Eyni zamanda, Prezident İlham Əliyevin ən mühüm uğurlarından biri hərbi qələbəni siyasi nəticəyə çevirmək bacarığı idi. 2020-ci ildə əldə olunan hərbi qələbə dərhal siyasi müstəvidə möhkəmləndirildi və bu da qələbənin davamlılığını təmin etdi".

Deputat bildirib ki, nəticə etibarilə, Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin bir günlük antiterror əməliyyatında əldə etdiyi sürətli qələbə bir amilin deyil, kompleks faktorların sintezinin nəticəsi idi:

"Bu faktorlar arasında hərbi modernizasiya, texnoloji üstünlük, strateji tərəfdaşlıqlar, düzgün zamanlama və rəqibin zəiflikləri mühüm yer tutur. Prezident İlham Əliyevin liderliyi isə bu amilləri bir sistem daxilində birləşdirən əsas element kimi çıxış edərək hərbi uğurun siyasi nəticəyə çevrilməsini təmin etdi. Beləliklə Azərbaycan müasir münaqişələr fonunda fərqli və effektiv bir model ortaya qoydu".

Qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb

Azərbaycanda qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.

Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.

Əziz dostlar!

Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"

Bu ilin birinci rübündə 367 nəfər Azərbaycandan deportasiya edilib

Bu ilin yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bundan başqa Avropadan Azərbaycana mart ayında 75 nəfər readmissiya olunub.

Ümumilikdə birinci rüb ərzində Avropadan Azərbaycana readmissiya edilən şəxslərin sayı 154 nəfər ( yanvarda 38, fevralda 41 nəfər) təşki edib.

Komitə rəsmisi: "Parlayan Ziya" layihəsi iki mərəhələdə həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi çərçivəsində növbəti görüş Gəncə Dövlət Milli Dram Teatrında təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, əhali ilə keçirilən görüş zamanı ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında çıxış ediblər, iştirakçıların suallarını cavablandırdılar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva çıxışında bu gündən etibarən, "Parlayan Ziya" maarifləndirici layihəyə start verildiyini vurğulayıb:

"Layihənin əsas məqsədi ziyalılar tərəfindən bölgələrə səfərlərin təşkili, yerli əhali ilə maarifləndirici görüşlərin keçirilməsi və müxtəlif mövzular ətrafında müzakirələrin aparılmasıdır".

Onun sözlərinə görə, layihə çərçivəsində uşaqların özünütərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği, eləcə də valideyn məsuliyyətinin artırılması kimi mühüm məsələlərə diqqət yetirilir:

"Eyni zamanda, ziyalılar tərəfindən öz fəaliyyətləri və nailiyyətləri ilə bağlı əhalinin məlumatlandırılması işi nümunəvi formada təbliğ edilir. Bu gün layihənin ilk tədbiri Gəncədə baş tutdu. Bunun da xüsusi simvolik əhəmiyyəti var. Bildiyiniz kimi, Gəncə hər zaman öz ziyalıları və mütəfəkkirləri ilə seçilən bölgələrimizdən biri olub".

Komitə rəsmisi layihənin iki mərhələdən ibarət olduğunu qeyd edib:

"Birinci mərhələdə "Parlayan Ziya" layihəsi çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən ziyalılardan ibarət Əlaqələndirici Şura yaradılıb. Bu şura gələcəkdə bölgədə analoji maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsini təmin edəcək".

Bildirilib ki, "Parlayan ZİYA" layihəsinin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Gəncə şəhərində region ziyalılarının iştirakı ilə dəyirmi masa təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.

İki hissədən ibarət olan görüşün birincisi bölgə ziyalılarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətində baş tutub.

Görüş zamanı region üzrə yerli əlaqələndirici şura yaradılıb.

"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib

"ASAN xidmət"in "ASAN AI Hub" platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən iki iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər.

"Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı "İndi al, sonra ödə" (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi" mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, "YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip" çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.

Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar. İlk çağırışlar "Digital Umbrella" ilə əməkdaşlıq çərçivəsində elan edilib.

Xatırladaq ki, "ASAN AI Hub"ın məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və akademiya arasında effektiv əməkdaşlığı gücləndirir.

Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur. Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.

Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənib

Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Məlumat yenilənir...

Azərbaycandakı bütün siyasi partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib

Azərbaycanda qeydiyyata alınmış bütün siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı MSK açıqlayıb.

Qeyd edilib ki, pariyaların maliyyə hesabatları qurumun rəsmi saytına yerləşdirilib.

Cari ilin ilk rübündə Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb

2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub.

Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb - EKSKLÜZİV

Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bu barədə "Report"un sorğusunca cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

İlham Əliyev: Mina problemi Qarabağda bərpa və quruculuq işlərinin aparılmasını ləngidir

İşğaldan azad edilmiş ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edərkən deyib.

Onun sözlərinə görə, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib.

Dövlət başçısı Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını da bildirib.

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olub

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildiirlib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılmışdır. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

"Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi İdarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis ilə mayın 5-8-də keçiriləcək II Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq işlərini müzakirə edib.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, videoformatda baş tutan görüşdə xidmət rəisi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası üzrə "Çempion ölkə" qismində ölkənın həyata keçirdiyi fəaliyyətlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Həmçinin, o, II Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq istiqamətində görülən işləri də diqqətə çatdırıb.

Conatan Prentis Azərbaycanın Qlobal Paktın icrası üzrə atdığı addımları xüsusi qeyd edərək bununla bağlı fikirlərini bölüşüb, eləcə də Foruma hazırlıq mərhələsində uğurlar arzulayıb.

Görüşdə ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu ilə əlaqədar milli, regional və qlobal səviyyədə həyata keçirilən tədbirlər, eləcə də Azərbaycanın 2026-cı il üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri kimi rolu barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan Ali Məclisində ombudsman haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 10 aprel tarixində keçiriləcək beşinci iclasının gündəliyi müəyyənləşdirilib.

"Report"un yerli bürosunun məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinləniləcək.

Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.

Gündəliyə daxil edilən digər məsələ "Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə" qərar layihəsi ilə bağlıdır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxılacaq.

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək öz ehtiramlarını nümayiş etdiriblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini, həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərək burada yaradılmış şərait və xidməti fəaliyyətlərlə maraqlanıblar.

Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Şəxsi Heyət Baş İdarəsində olaraq "Şəxsi Heyət Elektron Məlumat Sistemi" ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və informasiya texnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitə texnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdə tutulub.

Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyəti üçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədə brifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

"Hər xatirəsi Vətəndir" layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, "Ədliyyə Könüllüləri" İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən "Hər xatirəsi Vətəndir" layihəsi uğurla başa çatıb.

"Report" xəbər verir ki, layihə çərçivəsində 44 şəhid ailəsi üzvü tərəfindən təqdim olunmuş esselər toplanaraq kitab halında nəşr edilib.

Bununla bağlı keçirilən tədbirdə Gənclər Fondunun, Ədliyyə Nazirliyinin və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri çıxış ediblər. Çıxışlarda şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub, onların xatirəsinin daim yaşayacağı və gənclər üçün nümunə olduğu vurğulanıb. Həmçinin bildirilib ki, bu cür layihələr vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli dəyərlərin təbliğinə xidmət edir.

Tədbirin sonunda şəhid ailə üzvlərinin qələmə aldığı esselərdən ibarət kitabın təqdimatı keçirilib, iştirakçıların hər biri sertifikat və müxtəlif hədiyyələrlə təltif olunub, birgə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihə Vətən Müharibəsi qəhrəmanı Anar Şükürovun oğlu Ümid Şükürlünün Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsində qalib gələn ideyası əsasında həyata keçirilib.

Beynəlxalq Təlim Mərkəzində hər il 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzində hər il 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Mərkəzin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılışı zamanı məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin də hazırlanması planlaşdırılır.

Azərbaycan və Slovakiya ombudsmanları əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiyanın Ombudsmanı Robert Dobrovodski ilə insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Robert Dobrovodskinin Azərbaycana səfəri çərçivəsində Səbinə Əliyeva ilə görüşündə Ombudsman Azərbaycan və Slovakiya dövlətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu məmnunluqla qeyd edib.

Səbinə Əliyeva iki ölkənin Ombudsman təsisatları arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini vurğulayıb.

Slovakiyanın Ombudsmanı Robert Dobrovodski Azərbaycanın müsbət təcrübəsinin öz ölkəsində tətbiqi ilə bağlı bir sıra məsələlərin mümkünlüyünü qeyd edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən "A320/A321 NEO CEET" tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi Ramil Hüseynzadə ilə görüş keçirib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı səhiyyə sistemində həyata keçirilən yeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiya və kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Teymur Musayev səhiyyə sahəsində aparılan yeniliklərin uğurla tətbiqində təşəbbüskar və peşəkar kadrların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş çərçivəsində idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və innovativ həllərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.

Virtual tor: Dünya ölkələri və Azərbaycan uşaqları kibertəhdidlərdən qorumağa çalışır - ŞƏRH

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması dünya ölkələri üçün prioritet məsələlərdən birinə çevrilir. Avropadan tutmuş, Amerikaya qədər ölkələr bu məsələnin aktuallığını və əhəmiyyətini başa düşür və müvafiq addımlar atmağa başlayırlar.

Bir neçə gün əvvəl Fransada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsi Senatda təsdiqlənib. Bununla da Fransa belə bir qadağa tətbiq edən ilk Avropa ölkəsi olub. Qanunun sürətləndirilmiş qaydada qəbulu və sentyabrın 1-dən, yeni dərs ilindən etibarən tətbiqi nəzərdə tutulur. Qanunun icazə verilən yaş həddinə uyğun olmayan uşaqların mövcud sosial media hesablarının deaktiv edilməsi üçün 31 dekabra qədər vaxt veriləcək.

Qəbul edilmiş qanuna əsasən yetkinlik yaşına çatmayanların fiziki, zehni və ya mənəvi inkişafına zərərli hesab edilən platformaların siyahısı aidiyyəti dövlət qurumu tərəfindən müəyyənləşdiriləcək, digər platformalardan istifadə isə yalnız valideyn razılığı ilə mümkün olacaq. Bunlar üçün ciddi yaş yoxlaması tətbiq ediləcək. Qadağa təhsil və elmi kataloqları və ya ensiklopedik məlumat platformalarını əhatə etməyəcək.

Fransa prezidenti Emanuel Makronun prosesi şəxsi nəzarətinə götürməsi isə rəsmi Parisin məsələyə nə qədər ciddi əhəmiyyət verdiyini göstərir.

Sosial sorğuların nəticələrinə görə hökumətin bu addımını Fransa ictimaiyyəti də dəstəkləyir. Hələ iki il bundan əvvəl Harris Interactive şirkətinin keçirdiyi ictimai rəy sorğusunda iştirak etmiş fransalıların 73%-I uşaqların sosial mediadan istifadəsinin əleyhinə çıxıb.

Görünən odur ki, respondentlərin bu narahatlığı heç də əsassız deyil. Fransanın ictimai səhiyyə orqanı artıq 2025-ci ildə TikTok, Snapchat və İnstaqram kimi sosial şəbəkələrin yeniyetmələr, xüsusən də qızlar üçün potensial zərərli olduğunu bildiriblər.

Onlar arasında sosial mediadan asılılıq göstəricisi isə kifayət qədər yüksəkdir – araşdırmalara görə, 11-18 yaşlı oğlan və qızların təxminən 60-70 faizi faizi sosial mediadan istifadəçisidir. Üstəlik hər iki yeniyetmədən biri bir gündə sosial mediada 5 saata yaxın vaxt keçirir.

Problem digər Avropa ölkələrinə də xas olduğu üçün Avropa Parlamenti Fransanın sosial mediadan istifadə üçün yaş həddi müəyyən etməsini dəstəkləyib. Qurum hələ 2025-ci ilin sonlarında digər Avropa ölkələrini də belə bir limit tətbiq etməyə çağırıb.

Uşaqların sosial mediadan istifadəsindən narahatlıq ifadə edən və buna qarşı mübarizə aparmağa çalışan ölkələrin coğrafiyası təkcə Avropa ilə bitmir. Ötən ilin sonunda Avstraliya dünyada ilk dəfə olaraq yaşı 16-dan aşağı olanuşaqların sosial media platformalarına girişinə məhdudiyyət tətbiq edib.

Avstriya, Almaniya, Danimarka, İspaniya, Norveç, Yunanıstan, Hindistan, İndoneziya, Malayziya kimi ölkələr isə qadağa tətbiqini nəzərdən keçirən ölkələr sırasındadır.

İnkişaf etmiş ölkələrdə belə hüquqi qadağaların tətbiqi məsələnin ciddiliyinin sübutudur. Uşaqların, valideynlərin, ümumilikdə ictimaiyyətin rəqəmsal risklər barədə maarifləndirilməsi, sosial media platformalarındakı məzmunların təhlükəsizliyinin təmin olunması vacidbir ki, uşaqlar 15 yaşa çatdıqda platformalardan daha hazırlıqlı, səmərəli və təhlükəsiz istifadə edə bilsinlər.

Bu gün sosial media platformaları bəzən uşaqları onların valideynlərindən daha yaxşı tanıyır. Onlar kommersiya məqsədləri üçün istifadəçini daha çox cəlb etməyi, şəbəkədə keçirdiyi vaxtı maksimum dərəcədə artırmağı hədəfləyir və bu məqsədlə xüsusi alqoritmlər vasitəsilə istifadəçinin maraq dairəsini, zövqünü, vərdişlərini, seçimini dərindən öyrənir. Daha sonra həmin istifadəçiyə, onun davranışına uyğun mövzularda reklamlar satır.

Bu platformalar cəlbediciliyi artıran strategiyalar, manipulyativ və yüksək dərəcədə fərdiləşdirilmiş məzmun təqdim edən alqoritmlər tətbiq edirlər. Sadə dillə desək, az qala fikrimizdən keçənləri oxuyurlar.

Bu alqoritmlər xüsusən də psixoloji cəhətdən tam yetişməmiş yeniyetmələrin sağlamlığına çoxsaylı mənfi təsirlər göstərir. Bu sırada psixoloji asılılıq və gərginlik, yuxu pozuntuları kimi fəsadları göstərmək mümkündür. Bir çox hallarda yeniyetmələr sosial şəbəkələrdə izlədikləri dəbdəbəli həyat və parıltılı görüntülərlə özünü müqayisə edir və nəticədə özgüvəni aşağı düşür, riskli davranışlar formalaşır, kiberzorakılığa məruz qalmaq ehtimalı artır.

Bu təhdidlərin Azərbaycandan da yan keçmədiyi göz qabağındadır. Əminliklə demək olar ki, əgər Fransa cəmiyyətində respondentlərin 73 faizi 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə qarşı çıxırsa, Azərbaycanda bu problemdən narahat olanların sayı daha çoxdur.

Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı fevralın 27-də "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamla uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilir. Sənəddə qeyd olunur ki, internetdə uşaqlar üçün təhlükəsiz mühit yaratmaq, kiberzorakılığın qarşısını almaq və rəqəmsal savadlılığı artırmaq əsas hədəflərdən biridir. Dövlət tərəfindən uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı yeni sənədlər qəbul edilib. Uşaqların sosial şəbəkələrdə və internet platformalarında zərərli məzmunlardan (kiberzorakılıq, uyğunsuz məzmun) qorunması üçün mexanizmlərin gücləndirilməsi, rəqəmsal mühitdə uşaqların qorunması istiqamətində ekspert qrupları tərəfindən monitorinqlərin aparılması və təhsil komitələrinin fəaliyyəti də Sərəncamda əks olunub. Rəqəmsal təhlükəsizlik, yeni dövrün çağırışlarına cavab verən tədbirlər planı da nəzərdə tutulub.

Eyni zamanda sənəd yalnız məhdudlaşdırıcı xarakter daşımır, həm də tənzimləyici və inkişafetdirici funksiyanı yerinə yetirir. Məqsəd də bəllidir - sosial şəbəkələrdən istifadəni qadağan etmək deyil, onların istifadəsini hüquqi, texnoloji və pedaqoji mexanizmlərlə təhlükəsiz müstəviyə gətirməkdir.

Bu gün rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində uşaqlar erkən yaşlardan internet mühitinə daxil olur, sosial media platformaları onların həyatının ayrılmaz hissəsinə çevrilir. Bu isə onları yuxarıda sadaladığımız təhdidlərlə üz-üzə qoyur - uşaqların yaşlarına uyğun gəlməyən məzmunla tanış olma riskləri, kibertəhlükəsizlik problemləri, kiberzorakılıq və manipulyativ təsirlər, şəxsi məlumatların ələ keçirilməsi və s. Diqqət etsək, hər gün bu təhlükələrlə bağlı xeyli nümunənin şahidi oluruq.

Konstitusiyaya görə uşaqların təhlükəsizliyini təmin etmək dövlətin öhdəliyi sayılır. İndiki halda əsas məqsəd, uşağın diqqətini qorumaq, psixi sağlamlığı gücləndirmək, rəqəmsal asılılığı azaltmaq, tədrisin keyfiyyətini artırmaq olmalıdır.

Bu səbəbdən ictimai səhiyyə problemlərinə uyğun olaraq sosial media platformalarının idarəetmə çərçivəsi müəyyənləşdirilməli, onların iş prinsipləri nəzərdən keçirilməlidir. Məsələn, manipulyativ interfeys üsullarından istifadə edilməməlidir. Bundan əlavə ekstremal davranış, qumar oyunları, lazımsız və həddini aşan pəhrizlər, pornoqrafiya və nifrət məzmunlu məlumatlar, təqib və zorakılığın bütün formaları kimi zərərli məzmunun yayılmasına qarşı tədbirlər görülməlidir. İnsanların sosial şəbəkə hesabından istifadə müddətini artırmağa, onların maraqlarını öyrənib tövsiyyələrin dairəsini genişləndirməyə hesablanmış alqoritmlərin qarşısı alınmalıdır.

Əks halda bizi gələcəkdə psixi sağlamlığı yerində olmayan, zorakılığa meylli, aqressiv, natamamlıq komplekslərindən əziyyət çəkən, özgüvəni olmayan, bir sözlə, xəstə cəmiyyət gözləyir.

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib:

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.

Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur.

Sübutların yalnız mövcud olması kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər.

Mülki prosessual qanunvericiliyə əsasən, sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Sübuta ehtiyac sonradan yaranarsa - Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki, şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər: məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

Vəkillər Kollegiyasından bir vəkil xaric edilib

Vəkillər Kollegiyasından bir vəkil xaric edilib və bir vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Kollegiyadan "Report"a verilən məlumata görə, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətini iclasında qərar verilib.

Bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda iclasda "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Maliyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Qərbi Azərbaycan Xronikası: Boznəli kəndi XIX əsrin əvvəllərində ləğv edilib

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, bu gün Ermənistan adlanan ərazinin tarixən Azərbaycan torpaqları olması heç kim üçün sirr deyil: "Coğrafi məkan olan Qərbi Azərbaycan qəsb edildikdən sonra ermənilər burada yerləşdirilib və bu torpaqlarda adından tutmuş mədəniyyətinə qədər hər şey oğurlanaraq dəyişdirilib".

Bozgöy - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda kənd adıdır və 1978-ci ildə kəndin adı dəyişdirilib Markahovit qoyulub.

Boznəli - Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində kənd adıdır. Qafqazın 5 verstlik xəritəsində adı Bozlu formasında qeyd edilib. Kənd XIX əsrin əvvəllərində ləğv edilib.

Boyaqçı - İrəvan şəhərində məhəllə adıdır.

Bora dağı - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Yuxarı Kilsə kəndində dağ adıdır.

Borçalı arxı - Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda Tona çayından çəkilən arx adıdır.

Bostan tala - Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonun Yuxarı Ağdan ərazisində yerləşən qışlaq adıdır və XX əsrin 30-cu illərində ləğv edilib.

Daha ətraflı videoda:

Ağdaban qətliamından 34 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.

"Report" xatırladır ki, erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 34 il ötür.

130 evdən ibarət Ağdaban kəndi həmin gün tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Vəkillər Kollegiyasının sədri yeni təyin olunan hakimlər üçün icbari tədris keçib

Aprelin 7-də Ədliyyə Akademiyasında yeni təyin edilən hakimlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov tərəfindən "Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu" mövzusu tədris olunub.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Kollegiya sədri son illər VK-da həyata keçirilən islahatlar, vəkillik institutunun inkişaf istiqamətləri və qarşıda duran mühüm hədəflər barədə ətraflı məlumat verib.

Anar Bağırov icbari tədrisin əhəmiyyətinə toxunaraq, hakimlərin peşə fəaliyyətində nəzəri biliklərin davamlı şəkildə artırılmasının, praktiki bacarıqların inkişaf etdirilməsinin və beynəlxalq təcrübənin mənimsənilməsinin vacibliyini vurğulayıb.

Həmçinin sədr son illərdə vəkillərin sayında müşahidə olunan artımı diqqətə çatdıraraq bildirib ki, vəkillik institutu artıq məhkəmə hakimiyyəti üçün mühüm və etibarlı kadr mənbəyinə çevrilib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan keçmiş vəkillərin öz bilik və təcrübələri ilə məhkəmə-hüquq islahatlarına mühüm töhfə verəcəklərinə əminliyini ifadə edib.

Bununla yanaşı, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr qeyd edib ki, həmin yeniliklər vəkillik institutunun institusional əsaslarının daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun təşkilinə xidmət edir.

Tədris çərçivəsində qeyri-prosessual münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması, eləcə də hakim-vəkil münasibətlərinin etik aspektləri ətraflı şəkildə izah edilib. Eyni zamanda vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş məlumat təqdim edilib.

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant

"Vətən uğrunda" medalı ilə

Babayev Elmar Elxan oğlu – mayor

İsmayılov Nicat Əbülfəz oğlu – mayor

Quliyev Rüfət Qüdrət oğlu – mayor

Mədətov Fərid Fikrət oğlu – mayor

Babazadə Vaqif Elçin oğlu – kapitan

Səmədov Mədət Fərzulla oğlu – kapitan

İbrahimov Vüsal Cümşüd oğlu – baş leytenant

Ağabalayev Vazeh Xanbala oğlu – leytenant

Ağayev Yaşar Təvəkkül oğlu – ehtiyatda olan baş miçman

Əmranov Rəşad Murtuzəli oğlu – ehtiyatda olan baş miçman

İmamverdiyev Aqil Əzim oğlu – gizir

Novruzlu Səbuhi Rövşən oğlu – çavuş

"İgidliyə görə" medalı ilə

Quliyev Şəhriyar İlqar oğlu – polkovnik-leytenant

Quliyev Elnur Əlifağa oğlu – mayor

Mirzəyev Hikmət Elçin oğlu – mayor

Əhmədov Emin Seymur oğlu – leytenant

İbrahimli Tacəddin Əmirullah oğlu – gizir

İsmayılov Oqtay Şahsuvar oğlu – gizir

Quliyev Vaqif İbrahim oğlu – gizir

"Hərbi xidmətlərə görə" medalı ilə

Daşdəmirov Vilayət Allahyar oğlu – mayor

Muradov Zaman Muqabil oğlu – mayor

Alxasov Taleh Aydın oğlu – kapitan

Salmanov Tərlan Babək oğlu – kapitan

Abdullayev Rövşən Əhədulla oğlu – gizir

Ağayev Şəmsəddin Əsədulla oğlu – gizir

Babayev İlknur Ramiz oğlu – gizir

Dostalılı Dostalı Şirvan oğlu – gizir

Əliyev Şahin Məhəmməd oğlu – gizir

Xəlilzadə Bəşir Məhəmməd oğlu – gizir

İslamov Emin Bəxtiyar oğlu – gizir

Qurbanzadə Ülvi Babaquli oğlu – gizir

Mərdənov Cəmil Omar oğlu – istefada olan gizir

Muxtarov Kamal Qismət oğlu – gizir

Nuriyev Toğrul Əhliman oğlu – gizir

Yolçiyev Bəşir Qoca oğlu – gizir

Həsənov İsmayıl Bəhlul oğlu – baş çavuş

Nəhmədov Xəzər Sabir oğlu – çavuş

Necəfov Üzeyir Hacı oğlu – ehtiyatda olan kiçik çavuş

Süleymanov Afiq Ziyafət oğlu – kiçik çavuş

Sadıqov Vüsal İbrahim oğlu – əsgər.

Azad edilmiş ərazilərdə mina təhlükəsinə həsr olunan tədbir keçirilib

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Gənclər Fondunun tərəfdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının təşəbbüsü ilə "Böyük Qayıdış naminə təhlükəsiz gələcək" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirin məqsədi Azərbaycanda mina təhlükəsinə diqqətin artırılması, eləcə də gənclər arasında mina təhlükəsi ilə bağlı məlumatlandırma işinin gücləndirilməsidir.

Tədbirdə çıxış edən Gənclər Fondu icraçı direktorunun müavini Ceyhun Hüseynov qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanda yeni mərhələ başlayıb:

"Azad olunan torpaqlarımız gündən-günə inkişaf edir. Bu gün mintəmizləyənlərin səyləri ilə ərazilərimiz minalardan təmizlənir. Xüsusilə qeyd etmək istərdim ki, gənclərin azad olunmuş ərazilərin inkişafında böyük rolu var".

ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov deyib ki, mina illər boyu insanların həyatını, arzularını və gələcək planlarını girov saxlayan "görünməz müharibə"nin qalıqlarıdır:

"Son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub".

Aparat rəhbəri çərçivəsində azad olunmuş ərazilərdə mina prosesləri ilə bağlı rəqəmlərə diqqət çəkib.

O qeyd edib ki, Vətən müharibəsindən (noyabr 2020) bu günədək baş vermiş 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib:

"Onlardan 72 nəfəri həyatını itirib. 349 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb".

Rauf Hüseynov, həmçinin bildirib ki, ANAMA və prosesə cəlb olunmuş digər tərəfdaş qurumlar tərəfindən 10 noyabr 2020-ci il tarixindən bu günədək 262 026 hektar ərazi təmizlənmiş, 246 585 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Milli Məclisin deputatı Qaya Məmmədovun çıxışında deyib ki, gənclər minatəmizləmə prosesinə xüsusi diqqət yetirməlidirlər:

" Xüsusilə də mühəndislik ixtisasında təhsil alanlar. Daha az maliyyətlə mina təmizlənməsi ilə bağlı innovativ layihələr hazırlamaq mümkündür.

Çünki ərazilərin minalardan təmizlənməsi olduqca böyük maliyyə tələb edən bir prosesdir".

"Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxışı zamanı mina təhlükəsinə diqqət çəkib:

"Partlamamış hərbi sursatların, mina təhlükəsizliyi ilə bağlı proseslərdə gənclər bu işə cəlb olunub. Əhalinin maarifləndirilməsi üçün gənclərin bilik və bacarıqlarının artırılması üçün çalışırıq. Qarabağın gələcək inkişafı üçün gənclərin fəallığına dəstək verməkdir".

Forumun ikinci hissəsində panel müzakirə təşkil olunub. Müzakirədə ANAMA-nın Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı və ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin əməkdaşı, minadan zərərçəkmiş şəxs Həsənəli Əliyev iştirak ediblər.

Spikerlər müzakirədə postmünaqişə dövründə təhlükəsiz mühitin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, mina təhlükəsinin yaratdığı fəsadlar, gənclərin və könüllülərin mina təhlükəsinə qarşı mübarizədə əsas hərəkətverici qüvvə olması, maarifləndirmə layihələri barədə fikir mübadiləsi aparıblar.

MƏLUMAT YENİLƏNİR

ANAMA rəsmisi: Mina hadisələrinin əksəriyyəti vətəndaşların təhlükəsizliyə riayət etməməsindən baş verir

Təhlükəsizlik tədbirlərinə baxmayaraq, mina hadisələrinin əksəriyyəti vətəndaşların təhlükəsizliyə riayət etməməsi səbəbindən baş verir.

"Report" xəbər verir ki, bunu ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov "Böyük Qayıdış naminə təhlükəsiz gələcək" adlı tədbirdə deyib.

O qeyd edib ki, mina və partlamamış hərbi sursatlar yalnız fiziki maneə deyil:

"Onlar illər boyu insanların həyatını, arzularını və gələcək planlarını girov saxlayan "görünməz müharibə"nin qalıqlarıdır. Mövcud rəqəmlər bu təhlükənin miqyasını bütün ağrısı ilə göz önünə qoyur. Son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub. Vətən müharibəsindən (2020-ci ilin noyabr ayından) bu günədək baş vermiş 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib. Onlardan 72 nəfəri həyatını itirib. 349 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb".

O əlavə edib ki, ANAMA və prosesə cəlb olunmuş digər tərəfdaş qurumlar tərəfindən Vətən müharibəsindən sonra bu günədək 262 min 26 hektar ərazi təmizlənib, 246 min 585 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ötən il Azərbaycanda bələdiyyələrin gəliri 5,2 % artıb

Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 3,3 milyon manata (5,2 %) yaxın artaraq 65,6 milyon manatı keçib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7,2 milyon manat (26,5%) çox olub.

Ümumi yerli büdcə gəlirlərinin 35,3%-ni təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16,4% artaraq 23 milyon manatı ötüb.

Qeyd edək ki, ötən il bələdiyyələrə dövlət büdcəsindən 7,5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.

Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına dəyişikliklə bağlı layihə təsdiq edilib

Ali Məhkəməsi Plenumunun 2026-ci il aprelin 6-da növbəti iclası keçirilib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda "Azərbaycan Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirə olunaraq təsdiq edilib.

Həmçinin Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair Plenumun qərar layihələrinin müzakirəsi aparılıb.

Sonra 2025-ci ildə Bakı Kommersiya Məhkəməsində, eləcə də Gəncə Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim edilib.

"Report"un Xocavəndə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 33 ailə (142 nəfər) köçürülüb.

Onlar həm çox mənzilli binalara, həm də yenidən bərpa edilən evlərinə yerləşiblər.

Açarların təqdim edilməsindən sonra ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizliyi qaydaları haqqında məlumat veriblər.

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

"Report"un Xocavəndə ezam edilmiş əməkdaşı xəbər verir ki, ailələri Xocavənd şəhərində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu mərhələdə şəhərə 33 ailənin (142 nəfər) qayıdışı təmin edilib.

Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.

Qeyd edək ki, bu köç də daxil olmaqla Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.

Bakının WUF 13-ə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzundan xəbər verir - RƏY

Gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal siyasi-iqtisadi gündəliyin mühüm platformalarından biri kimi çıxış edir.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, BMT-nin təşəbbüsü ilə keçirilən bu forum sürətli urbanizasiya, iqlim dəyişiklikləri və sosial bərabərsizlik kimi çağırışların müzakirə olunduğu ən böyük beynəlxalq platformadır:

"Bu tədbir dünyanın müxtəlif ölkələrindən minlərlə insanı - siyasətçiləri, ekspertləri, memarları və investorları bir araya gətirir. Burada əsas məqsəd şəhərləri daha rahat, təhlükəsiz və insanyönümlü etməkdir".

Siyasi şərhçi vurğulayıb ki, bu forumun mərkəzində duran əsas problem isə günümüzün ən əsas çağırışlarındandır: əhalinin böyük hissəsi şəhərlərdə yaşayır və bu proses davam etdikcə mənzil çatışmazlığı, sosial bərabərsizlik və infrastruktur böhranı dərinləşir.

"Hesablamalara görə, milyardlarla insan qeyri-adekvat yaşayış şəraitində yaşayır və bu, urbanizasiyanın mərkəzi probleminə çevrilib. Bu kontekstdə forumun əsas mövzusu - təhlükəsiz, dayanıqlı şəhərlər qurmaq - artıq təkcə humanitar deyil, həm də geosiyasi məsələ kimi qəbul olunur. Bugünkü çağırışların mahiyyəti yalnız tikinti və planlaşdırma ilə məhdudlaşmır. Xüsusilə ağıllı şəhər modelləri, yaşıl enerji infrastrukturu əsas faktorlara çevrilir. Bu baxımdan forum həm də yeni texnoloji və iqtisadi əməkdaşlıq platforması rolunu oynayır", - o deyib.

Ü. Zülfiqar bildirib ki, Bakının bu tədbirə ev sahibliyi etməsi bir daha Azərbaycanın qlobal gündəmdə mövqeyi və nüfuzundan xəbər verir:

"Xüsusilə Qarabağda həyata keçirilən və artıq kifayət qədər diqqət mərkəzində olan ağıllı şəhər və kənd layihələri Azərbaycanın forum çərçivəsində təqdim edəcəyi əsas modellərdən biri olacaq.

Digər mühüm məqam ondan ibarətdir ki, bu forumda konkret şəhər modelləri, texnologiyalar və investisiya layihələri müzakirə olunacaq.

Eyni zamanda, forum inkişaf etməkdə olan ölkələr üçün mühüm mesaj platformasıdır. Çünki urbanizasiya problemlərinin böyük hissəsi məhz bu ölkələr üçün əsas çağırışdır. Müasir yanaşma ondan ibarətdir ki, şəhərlər artıq yalnız yaşayış məkanı deyil, dünyanın gələcəyini müəyyən edən əsas platformaya çevrilir".

Qusarda növbəti Səyyar ASAN xidmət fəaliyyətə başlayıb

Səyyar ASAN xidmət avtobusu növbəti dəfə Qusar rayonunda fəaliyyətə başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Səyyar Asan xidmət avtobusu şəhərin Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir.

Qeyd olunub ki, Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 321 mindən çox, 2025-ci il ərzində isə 173 200-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir.

Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

FHN: Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirilib

Fövqəladə Hallar Nazirliyinin (АРТ) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz davam etdirilib.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edək ki, fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, eləcə də Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Gəncə haqqında hazırlanmış video paylaşıb.

"Report"un məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dən aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata görə, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, Hindistanın 238, Omanın 84, İndoneziyanın 68, İranın 136, İtaliyanın 44, Əlcəzairin 57, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniyanın 10, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 9, Sudanın 8, Venesuelanın 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Anar Bağırov: Vəkilliyə namizədlərin icbari təlimində iştirak edən 69 namizədin 22-si qadındır

Vəkilliyə namizədlərin icbari təlimində iştirak edən 69 namizədin 22-si qadındır.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin icbari təliminin başlaması ilə bağlı keçirilən tədbirdə bildirib.

Sədr təlimə başlayan 69 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 22-si qadın, 47-i isə kişidir:

"Namizədlərin 48 nəfəri, yəni 71 % faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Təlim iştirakçılarının 87 faizi paytaxtdan, 13 faizi isə regionlardan müraciət edənlərdir".

Qeyd edək ki, bu gün Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb.

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, general-mayor aprelin 24-ü saat 10:00-da Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 20 aprel 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Ötən həftə 2278 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə martın 30-dan aprelin 5-dək 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina, 2254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2278.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Xarici İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış mümkündür.

BŞİH: Bakıda intensiv yağışlar fəsadlar törədib, qurumlar gücləndirilmiş rejimdə işləyir

Aprelin 4-dən başlayaraq ölkə ərazisində müşahidə olunan intensiv xarakterli yağıntılar bir sıra fəsadlar törədib.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "Report"a verilən məlumata görə, bu günlərdə BŞİH və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər.

Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər. İntensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

Hazırda yağıntılı hava şəraitinin davam etməsi paytaxt yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir.

Adil Əliyev Suraxanıda yağışın fəsad törətdiyi ərazilərə baxış keçirib

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Əliyev müavinləri, Suraxanı Rayon MKTB-nin rəisi, Suraxanı Sukanal İdarəsinin və digər qurumların əməkdaşları ilə birgə rayon ərazisində yağışın fəsad törətdiyi ərazilərə baxış keçirib.

"Report" xəbər verir ki, RİH başçısı atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə yerində tanış olub.

A. Əliyev yağış sularının toplaşdığı ərazilərdə mövcud problemlərin tez zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib, əlavə nasos motorlarının, həmçinin texnikaların əraziyə cəlb olunması üçün göstərişlər verib.

Qeyd edilib ki, hazırda Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsində yağışın fəsadlarının tamamilə aradan qaldırılması üçün RİH tərəfindən 330 metr iri diametrli borular, beton lyuklar, dəmir yağış barmaqlıqlar alınıb və Suraxanı Sukanal İdarəsinin işçiləri tərəfindən ərazidə drenaj xəttinin çəkilməsi işləri aparılır.

Gəncədə xəstəxanaya verilən 13 yaşlı qız uşaq müəssisəsinə yerləşdiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ailəsi ilə birgə yaşamaq istəməyən və sığınacağa yerləşmək istədiyini bildirən 13 yaşlı Gəncə şəhər sakininin mövcud vəziyyətini qiymətləndirib.

Qurumdan "Report"a verilən məlumata görə, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.

İlham Əliyev: Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcək

Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında deyib.

Dövlət başçısı qeyd edib ki, yaxın zamanlarda növbəti humanitar yardım göndəriləcək.

Hərbi həkim komissiyasının sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Bakıda Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək

Bu ilin iyul ayında Azərbaycanın ev sahibliyi edəcəyi "Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclasında məlumat verilib.

İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin daha da artırılması üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın, habelə digər tədbirlər planlarının icra vəziyyətinin müsbət qiymətləndirildiyini bildirib.

S.Şərifov əlavə edib ki, müvafiq tədbirlərin davamlılığının təmin edilməsi üçün tezliklə yeni fəaliyyət planının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır.

İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyəti ilə bağlı mövcud vəziyyət müzakirə edilib və bu reyestrin fəaliyyətinin təmin edilməsi ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib.

Bundan əlavə, iclasda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı" layihəsi müzakirə edilib. Milli Fəaliyyət Planı layihəsində nəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanları tərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədri tərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

İclasda həmçinin bu ilin iyul ayında Azərbaycanın ev sahibliyi edəcəyi "Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının keçirilməsi ilə bağlı" İş planı üzrə görülən işlərə dair hesabat dinlənilib, habelə Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər üzrə müzakirələr aparılıb.

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Bakı şəhərində Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Baş konsulluq idarəsinin rəhbəri Baxodur Safarzoda rəhbərlik edib.

Görüşdə Tacikistanın Azərbaycandakı səfiri Ilxom Abduraxmon, həmçinin Azərbaycanın Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında ədliyyə, təhsil, əmək, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Tacikistan Respublikasının nümayəndə heyətini qəbul edib.

Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.

Nazir qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib. Görüşdə həmçinin vurğulanıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

Qaliblər Mentorluq Proqramının onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib, bu çərçivədə əldə etdikləri bilik və təcrübənin praktiki baxımdan əhəmiyyətini vurğulayıblar.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

İşğaldan intibaha: Kəlbəcərə Böyük qayıdışın növbəti mərhələsi

Bu gün Kəlbəcər rayonuna növbəti köç karvanı yola salınıb. Daha 27 ailə (113 nəfər) yenidən doğma yurd-yuvalarına qayıdıb, Böyük qayıdışın bir parçasına çevrilib. Bununla da Kəlbəcərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 ailə (680 nəfər) qayıdışı təmin olunub. Beləcə əzəmətli dağların qoynundan boy göstərən azad, abad Kəlbəcərdə sakinlərin ayaq səsləri, körpə qığıltıları çoxalmaqda, bir zamanlar həsrət və intizarla baxdığımız Kəlbəcərə isə həyat qayıtmaqdadır.

Bu böyük yolçuluğun təməli isə keçən ilin 21 avqustunda qoyulub. Məhz bu tarixdə azad olunduqdan sonra Kəlbəcər rayonuna ilk köç karvanı baş tutub.

Azərbaycan dövlətinin bütöv Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Kəlbəcərdə də həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri sayəsində rayonun siması yenidən bərpa olunur, bina-bina, məhəllə-məhəllə inşa edilir. Müasir infrastruktur layihələri, yeni yollar, dağları yarıb keçən tunellər, inşa edilən yaşayış massivləri rayonun simasını tamamilə dəyişir.

Aparılan bu cür genişmiqyaslı və sürətli bərpa-quruculuq işlərinin yekununu isə indidən təxmin etmək heç də çətin deyil: Kəlbəcər regionun ən müasir və turistik guşələrindən birinə çevriləcək.

Məhz bugünkü tarixdə növbəti 30 ailənin ata-baba yurdlarına qayıtmasının isə həm də bir başqa simvolik mənası var. Bu tarix bizə heç də uzaq olmayan keçmişdən, 90-cı illərin o qan-qadalı, ədalət hayqırtılarımızın bütün dünyaya səs saldığı günlərdən tanışdır. 2 aprel 1993-cü il Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunduğu tarixdir.

Kəlbəcərin işğalı nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Əlverişli mövqeyinə görə Kəlbəcər rayonunun işğalı o zaman üçün, heç şübhəsiz, Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Əlbəttə, geriyə baxanda, 1993-cü ilin 2 apreli ilə müqayisədə 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşımız, Şuşa zəfərimiz, Qarabağ zəfərimiz, eləcə də həmin ilin 25 noyabrında Kəlbəcərin əzəli və əbədi sahiblərinə qayıtması tarix olaraq bizə daha yaxındır. Amma müstəqillik əldə etdikdən sonra başımızın üstünü alan qara buludlardan, Xocalıda, Ağdabanda, Başlıbeldə çəkdiklərimizdən sonra yaxşı bilirik ki, tarixi heç bir halda unutmaq və unutdurmaq olmaz.

Bu günün Qarabağı sülh və tərəqqi şəraitində yaşamaq üçün qurulur, dirçəlir, abadlaşdırılır. Böyük Qarabağ zəfərinin memarı Prezident İlham Əliyev həm də azad olunduqdan sonrakı bərpa proseslərinin, eləcə də Azərbaycan-Ermənistan arasındakı qurulmaqda olan sülhün yaradıcısı, memarıdır.

Beləcə həm hərb, həm infrastruktur, həm də diplomatiya meydanında qazandığımız zəfərlərin fonunda 2 aprel tarixini həm də dirçəliş və doğma ocağa, yurd-yuvaya dönüş günü kimi qeyd edirik. Bu isə, şübhəsiz, Azərbaycan xalqının sarsılmaz iradəsinin, eləcə də səbrinin təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu böyük missiya Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirir. Məhz bu siyasətin ən bariz nəticələrindən birini Kəlbəcərin bugünkü siması ilə görürük: Kəlbəcər artıq intibahın, tərəqqinin və Böyük qayıdışın ən işıqlı mərkəzlərindən biridir.

İşığımız sönməsin!

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək.

Bununla bağlı "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul aprelin 10-u, saat 10:00-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında baş tutacaq.

Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətlərinə baxılacaq.

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır, heç bir problem və anlaşılmazlıq yoxdur.

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən sonda səsləndirib.

Görüşün yekununda çıxış edən Prezident İlham Əliyev deyib:

"Bu gün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq.

Bir məsələni də qeyd etmək istərdim. Bizim təşkilatımızın nadirliyi haqqında mən artıq giriş sözümdə fikirlərimi bildirdim. Bir məsələyə də toxunmaq istərdim, o da çox önəmlidir. Çünki təşkilata üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır. Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında nadir bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var.

Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birincisi, bizim birliyimiz, ortaq etnik köklərimiz, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımızdır. Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir amilə çeviririk. Əminəm ki, bu gün müzakirə olunan və sizin toplantınızda müzakirə ediləcək məsələlər təşkilatımızın gücünü daha da artıracaq".

İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də Azərbaycanın yanında qardaş ölkələrdir

Qarabağın bərpasında ilk xarici sərmayələr qardaş ölkələrdən gəlib.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

Dövlət başçısı Qarabağın bərpasında qardaş ölkələrin dəstəyinə görə minnətdarlığını bildirib:

"Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib".

"Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində "Azərbaycan məhəlləsi" tikilib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə biz bu "Azərbaycan məhəlləsi"nin açılışını da qeyd etmişdik", - Dövlət başçısı qeyd edib.

TDT hökumət başçılarının görüşünün birgə bəyanatı - TAM MƏTN

Bakıda, "Gülüstan" sarayında keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda birgə bəyanat qəbul edib.

"Report" bəyanatın mətnini təqdim edir:

"Türk Dövlətləri Təşkilatının Hökumət Başçıları/Vitse-Prezidentinin İkinci Görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kiprin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər.

TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar;

Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər;

Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar;

2025-ci il 7 oktyabr tarixində Qəbələdə "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd edib, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıblar;

Bu çərçivədə, 7 mart 2026-cı il tarixində İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirmiş, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndiriblər;

Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar;

Türk Dünyası Baxış-2040 sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə ediblər;

Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildiriblər;

Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər;

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar;

Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər;

Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər;

Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə ediblər;

Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamış və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırıblar;

Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləyiblər;

Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləyiblər;

İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd etmiş və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər;

Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləyiblər;

Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləyiblər;

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıblar;

TDT Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləyiblər;

Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlayıblar;

Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildirmişlər. Bəyanat Bakıda ingilis dilində qəbul edilib.

Bakıda iki prospektin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar bir sıra yollarda sıxlıq müşahidə olunur

Bakının Nərimanov rayonunda iki prospektin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar bir sıra yollarda sıxlıq müşahidə olunur.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən "Koroğlu" meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar" dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi "20 Yanvar" metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Kəlbəcərə yeni köçürülən sakinlərə mənzillərin açarları təqdim edilib – YENİLƏNİB-2

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Prezidentin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə şəhərə 113 nəfərdən ibarət 27 ailənin qayıdışı təmin olunub.

Kəlbəcərə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 27 ailənin (113 nəfər) qayıdışı təmin edilib.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qərb bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (113 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Tapqaraqoyunlu sakini: Aprel döyüşlərindən sonra düşmən postları kənddən uzaqlaşdırıldı

Aprel döyüşlərindən sonra düşmən postları Tapqaraqoyunlu kəndindən uzaqlaşdırıldı.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında aprelin 2-də 10 illiyi qeyd olunan Aprel döyüşlərini dəyərləndirən Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Məhəmməd Mustafayev deyib.

Bu gün Azərbaycan tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Təmas xəttində yerləşdiyi üçün uzun illər ərzində erməni silahlı birləşmələrinin atəşinə məruz qalan Tapqaraqoyunlu kəndi də həmin döyüşlərin əhatə dairəsinə daxil idi. Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi uğur sayəsində erməni atəşi altında olan Tapqaraqoyunlunun vəziyyəti sabitləşdi, düşmən postları kənddən nisbətən uzaqlaşdırıldı. Bu isə kənddə həyatın axarını dəyişməyə başladı, sakinlər illər sonra ilk dəfə daha rahat nəfəs ala bildilər.

2016-cı il Aprel döyüşlərinin onların həyatını müsbətə doğru dəyişdiyini vurğulayan kənd sakini Məhəmməd Mustafayev həmin günləri belə xatırlayır:

"Aprel döyüşləri bizim kəndimiz üçün çox böyük əhəmiyyət daşıyırdı. Bu döyüşlərdən sonra düşmən postları geri çəkildi və biz bir az da olsa rahat yaşamağa başladıq. Ondan əvvəl isə kəndimiz tez-tez atəşə tutulurdu. Buna baxmayaraq, biz bir gün də olsun kəndimizi tərk etmədik, ordumuzu tək qoymadıq".

Kəndin digər sakini Sevinc Abbasova isə Aprel döyüşlərini daha böyük bir prosesin başlanğıcı kimi qiymətləndirib:

"Aprel döyüşləri bizim kənd üçün çox vacib idi. O döyüşlər sanki sonradan baş verən 44 günlük Vətən müharibəsi üçün bir təkan oldu. On il əvvəlki döyüşlərdən sonra kəndimizdə həyat xeyli rahatlaşdı. Artıq düşmən əvvəlki kimi yüksək mövqelərdən kəndi atəşə tuta bilmirdi".

Bununla belə, həm Aprel döyüşləri zamanı, həm də Vətən müharibəsi dövründə Tapqaraqoyunlu kəndi ciddi zərər gördü. İntensiv artilleriya zərbələri nəticəsində kənddəki evlərə ciddi ziyan dəysə də, sonrakı dövrdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində dağılan evlər yenidən tikildi, kənd əvvəlki həyatına qayıtdı.

Hazırda Tapqaraqoyunlu kəndində həyat öz axarı ilə davam edir. Əkin sahələrində işlər görülür, sakinlər təsərrüfatları ilə məşğul olur, uşaqlar təhlükəsiz şəraitdə böyüyür. Bir vaxtlar atəş səslərinin susmadığı bu kənd indi dirçəlişin və dözümlülüyün simvoluna çevrilib.

Baş nazir: Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır:

"Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyat və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir".

Əli Əsədov: TDT-nin inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin nəticəsidir

Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir:

"Dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, təhlükəsizlik risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır. Xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir. Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır. Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir. Məhz onların ardıcıl səyləri Təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir".

Kəlbəcər sakini: Ağlayaraq çıxdığımız yerlərə indi gülə-gülə qayıdırıq

Böyük Qayıdış prosesi çərçivəsində Kəlbəcərə qayıtmağa hazırlaşan rayon sakinləri ağlayaraq çıxdıqları yerlərə indi gülə-gülə qayıtdıqlarını deyiblər.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün Kəlbəcər şəhərinə 6-cı köç karvanı yola salınacaq.

Köç edənlər Bakı, Gəncə şəhərlərində, həmçinin Bərdə, Samux və digər rayonlarda məskunlaşmış sakinlərdir. Bu köçlə yola salınan keçmiş məcburi köçkünlərə Kəlbəcər şəhəri birinci yaşayış məhəlləsində inşa edilmiş evlərinin açarları təqdim olunacaq.

Rayon sakini Qabil Şamilov uzun illərdən sonra doğma yurda qayıtmağın həyəcanını yaşadıqlarını vurğulayıb:

"Bu günə min şükür olsun, həm sevinir, həm də kövrəlirəm. Oradan ağlaya-ağlaya çıxmışdıq, indi gülə-gülə gedəcəyik".

Digər sakin Səfurə Atakişiyeva isə sevincdən normal yata da bilmədiklərini qeyd edib:

"Həqiqətən, rayondan çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Altı aylıq körpə ilə üç gün Murovda qaldıq, çarəsizlikdən uşağa qar yedirirdim. İndi həmin oğluma Kəlbəcərdə ev veriblər. Qayıtmağımıza görə o qədər sevinirəm ki, normal yuxu da yata bilmirəm".

Qeyd edək ki, köç karvanı Tərtər rayonundan yola düşəcək.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

"Report" xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib.

Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Altı keçmiş hakim vəkil olmaq üçün müsahibə mərhələsini uğurla başa vurub

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə şifahi müsahibə mərhələsini keçmiş 6 hakim uğurla keçib.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Şifahi imtahanda müvəffəqiyyət qazanmış əvvəllər hakim olmuş namizədlərin siyahısı:

1. Tağızadə Mirzə Nəsib oğlu

2. Pənahov Füzuli Novruzəli oğlu

3. Kərimov Novruz Ağakərim oğlu

4. Hüseynov Cavid İbadulla oğlu

5. Sadıqov Anar Böyükkişi oğlu

6. Abdullayev Coşqun Şamil oğlu

Dövlət Komitəsi yanında İctimai Şuranın iclası olub, Böyük Qayıdış prosesi müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin cari vəziyyəti, vətəndaşların müraciətlərinin cavablandırılması və gələcək fəaliyyət planı geniş müzakirə olunub.

İclasda İctimai Şuranın sədri Anar Xəlilovun cari fəaliyyət dövründə görülən işlər barədə hesabatı dinlənilib.

Belə ki, işğaldan azad edilmiş ərazilərə qayıtmaq istəyən vətəndaşlardan daxil olan müraciətlərin qeydiyyatı və cavablandırılması mexanizmləri nəzərdən keçirilib, qayıdış zamanı sosial ədalət prinsiplərinin qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin köç prosesi ilə bağlı yaranan sualların yerində cavablandırılması üçün keçirilən görüşlərin səmərəliliyi qeyd edilib.

İclasda iştirak edən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirərək, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin vacibliyinə toxunub. O bildirib ki, İctimai Şura üzvlərinin rəy və təklifləri qayıdış prosesinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Fuad Hüseynov həmçinin qurumun gələcək hədəflərindən və qarşıda duran strateji vəzifələrdən danışıb.

Ötən ay 5 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 5336.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq

Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər görüləcək.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılmasıdır.

Nazirlər Kabineti "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmalı, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizmi müəyyən olunmalıdır.

Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal-emal-son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulması təmin edilməlidir:

- elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması;

- alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması;

Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçirilməlidir.

"Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin aktivləri "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına veriləcək.

Bundan başqa, kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görülməlidir.

Elektron siqaretə qadağa qüvvəyə minir: Cərimələr hansı məhsullara aiddir?

Bu gündən etibarən Azərbaycanda elektron siqaretlər qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna edilmiş dəyişiklik 2026-cı il aprelin 1-dən qüvvəyə minir. Uyğunlaşdırma çərçivəsində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

Qanunvericiliyə edilən bu dəyişiklik mahiyyət etibarilə cəmiyyət tərəfindən müsbət qarşılansa da, bəzi suallara səbəb olub. Məsələn, elektron siqaret dedikdə, konkret hansı məhsullar nəzərdə tutulur? Və ya bu qadağa xüsusi cihaz vasitəsilə qızdırılaraq çəkilən tütün çubuqlarına da aiddirmi?

Dünyada elektron siqaret istifadəsi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Onların təxminən 15 milyonu yeniyetmədir. Elektron siqaretlərin, əslində, siqareti tərgitmək istəyənlər üçün nəzərdə tutulduğu deyilsə də, reallıqda heç vaxt siqaret çəkməyən yeniyetmələrin belə bu cihazların aludəçisinə çevrildiyini görürük.

Dünyada 40-dan çox ölkə elektron siqaretləri qadağan edib, bir çox Avropa ölkəsində onun reklam və satışı məhdudlaşdırılıb. Bəzi ölkələr isə bu siqaretlərin yalnız reseptlə satışına icazə verir, dadlandırıcıları qadağan edir, ictimai yerlərdə istifadəni məhdudlaşdırır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda elektron siqaretlərdən istifadə ilə bağlı ayrıca statistika aparılmadığından istifadəçilərin sayı barədə dəqiq danışmaq çətindir. Lakin sosioloq Naib Niftəliyev "Report"a açıqlamasında qeyd edib ki, son dövrlərdə ölkədə siqaretin, o cümlədən elektron siqaretin toksik təsirlərinə məruz qalanların sayı artmaqdadır: "Azərbaycan cəmiyyətində siqaretdən istifadə edənlərin əksəriyyəti kişilər olsa da, qadınların və yeniyetmələrin də sayı getdikcə artır".

Sosioloq elektron siqaretlərin tamamilə satışdan yığışdırılmasını doğru qərar hesab edir: "Hazırda insanların sosial şəbəkələr vasitəsilə geniş azadlıq mühiti var. Ona görə sanksiya tətbiq edilmədikdə insanlar özlərini məsuliyyətdən kənarda hiss edə bilərlər. Bu səbəbdən cərimə və məhdudiyyətlərin tətbiqi mütləqdir. Bu, cəmiyyətin sağlamlığına yönəlmiş bir addımdır. Qadağalarla bərabər, sosial və hüquqi maarifləndirmə işləri də aparılmalıdır. Çünki bütün hallarda məhdudiyyətləri müxtəlif yollarla, gizli məkanlarda aşmağa çalışan insanlar olacaq. Bu səbəbdən insanlar hüquqi cəhətdən də maariflənməlidir".

Milli Məclisdə elektron siqaretlərin qadağası ilə bağlı ilk dəfə təkliflə çıxış edən deputat Fazil Mustafa "Report"a bildirilib ki, bu məsələ tütün məhsullarının istehlakı, qadağan olunmuş yerlərdə istifadəsi ilə paralel nəzərdə tutulub: "Elektron siqaretlər digərlərindən fərqlidir. Ona görə də bununla bağlı bəzi qanunların qüvvəyə minməsində ehtiyac var idi. Təbii ki, hansısa bir qanun qəbul olunursa, onun sanksiyaları da mütləq olmalıdır. Nəticədə elektron siqaretlərin hər hansı bir şəkildə istehsalı, satışı və istehlakı bütövlükdə qadağan olunub. Sabahdan etibarən kimsə satış məqsədilə elektron siqaretlər gətirəcəksə, yaxud da istifadə edəcəksə, mütləq məsuliyyətlə qarşılaşacaq".

Elektron siqaretlər asılılıq yaradır

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva isə "Report"a açıqlamasında qeyd edib ki, qadağaların tətbiqi nəticəsində gələcəkdə nikotin asılılığı olan şəxslərin və tütünə bağlı ağciyər xəstəliklərinin sayı ciddi şəkildə artmayacaq: "Elmi araşdırmalar göstərir ki, elektron siqaret müxtəlif dadlandırıcılarla "zərərsiz" kimi təqdim olunduğundan, yanlış təbliğatı daha çox aparıldığından yeniyetmələrin ondan istifadəyə meyli artır. Nəticədə gələcəkdə potensial asılı şəxslərə çevrilirlər. Düşünürəm ki, bu sahədə maarifləndirmənin artırılmasına böyük ehtiyac var. Xüsusilə, gənclər, yeniyetmələr arasında bunun zərərlərinin davamlı təbliğatı aparılmalıdır".

P.Vəliyeva əlavə edib ki, bu gün elektron siqaretlərin qadağan olunması məsələsi bir çox ölkələrin gündəliyindədir. Son bir ildə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan parlamentlərində də elektron siqaretlər müzakirə edilib və qadağası ilə bağlı qanun qəbul olunub".

Pulmonoloq Əlizamin Sadıqov isə bizimlə söhbətində deyib ki, elektron siqaretlərin müxtəlif xəstəliklərə səbəb olma riski daha böyükdür: "Qeyd etmək lazımdır ki, qızdırılan tütün məmulatı və ya ənənəvi siqaretlərdə nikotinin miqdarı müəyyən qədər dozalandığı halda, elektron siqaretlərdə bu miqdarı dəqiq tənzimləmək çətindir. Bu səbəbdən elektron siqaretdən istifadə edən şəxs daha yüksək dozada nikotin qəbul edə bilər. Bundan əlavə, təxminən 30 faiz insan həm elektron, həm də ənənəvi siqaretdən eyni vaxtda istifadə edir ki, bu da sağlamlıq üçün daha böyük risk yaradır".

Ə.Sadıqov onu da bildirib ki, elektron siqaretlərdən istifadə yeniyetmələrdə mental vəziyyətdə dəyişikliklərə, əsəbilik, aqressiya və depressiyaya səbəb ola bilər: "Yaşlı insanlarda isə xroniki xəstəliklərin, xüsusilə, bronxial astmanın kəskinləşməsi müşahidə oluna bilər. Hamilələrdə elektron siqaretlər dölün inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, respirator xəstəliklərin yaranması, tənəffüs yolları infeksiyalarına həssaslığın artması, yuxarı tənəffüs yollarının qıcıqlanması, ürək-damar və beyin-damar xəstəliklərinin inkişaf riski də mövcuddur.

Qızdırılan tütün elektron siqaret deyil

"Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Elektron siqaretlər zahirən qızdırılan tütün məmulatları ilə oxşar olsa da, mahiyyətcə fərqli kateqoriyalara daxildir.

Hüquqşünaş Şamil Paşayev "Report"a açıqlamasında bildirib ki, qızdırılan tütün elektron siqaret hesab edilmədiyi üçün onun istifadəsinə görə cərimə yoxdur. "Qanunda göstərilib ki, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) tütün məmulatı hesab edilir. Qızdırılan tütün çubuqları tütün məmulatı hesab edildiyindən onlar "elektron" siqaret kimi xarakterizə edilmir və məsuliyyət yaratmır", - o qeyd edib.

Hüquqşünas əlavə edib ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satılması və saxlanılması halları olarsa, müsadirə ediləcək və fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4 min manatdan 5 min manatadək cərimələnəcəklər.

Elektron siqaretlərə yönələn daha sərt yanaşma onların sürətlə yayılması və yeni istifadəçi kütləsi yaratması ilə bağlıdır. Qızdırılan tütün məmulatlarının qadağan edilməməsi isə zərərin idarə olunması siyasətinin bir hissəsidir. Ekspertlər bildirirlər ki, qızdırılan tütün siqaretdən tam imtina edə bilməyənlər üçün daha az zərərli alternativdir.

Ötən ay Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Mart ayı ərzində Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Həmçinin vurğulanıb ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır

Bu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2025-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

"Report"un xəbərinə görə, qanunvericiliyə əsasən, təqdim edilən hesabatlar MSK tərəfindən araşdırılacaq.

Bu gündən etibarən hesabat verən partiyaların siyahısı və təqdim etdiyi hesabatlar MSK-nın saytında yerləşdiriləcək.

Xatırladaq ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

"Report"un məlumatına görə, sözügedən Xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə "ATV", "GünAz TV" və "MTV" telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.

Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olunub

Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə qeyd olunub.

Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.

Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.

Qərbi Azərbaycan Xronikası: Ermənilər Boz Kaha və Bozkosa kəndlərini xarabalığa çevirib

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Bozyoxuş necə Musaelyan oldu?" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozyoxuş, Boz Kaha, Bozkosa toponimi və oronimi haqqında söz açılır.

Bildirilir ki, azərbaycanlıların tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılması danılmaz faktdır: "Məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olub".

Bozyoxuş - Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan rayonda kənd, aşırım və dağ adıdır. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olan kəndin adı 1946-cı ildə dəyişdirilib Musaelyan qoyulub.

Boz Kaha - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Rayondakı Qarnidzor kəndindən 3 kilometr şimal-şərqdə yerləşib və xarabalığa çevrilib.

Bozkosa - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayonda kənd olub. Kənddə 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunub və kənd xarabalığa çevrilib.

Daha ətraflı linkdə:

Kəlbəcər sakini: Tunel qarşısında qətliam ailəmizin həyatında ən dəhşətli və unudulmaz gündür

Kəlbəcəri 13 yaşı olarkən tərk edərkən erməni əsirliyinə düşən rayon sakini Azər Qurbanov 1993-cü il martın 31-ni ailəsinin həyatında ən dəhşətli və unudulmaz gün sayır.

"Report" xatırladır ki, 31 mart Kəlbəcər tarixinin ağrılı və unudulmaz günlərindən – tunel qırğınının növbəti ildönümüdür.

1993-cü ilin bu günündə Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən tunelin qarşısında erməni hərbçiləri tərəfindən qətliam törədilib.

Sakinlər doğma yurdlarını tərk etməyə məcbur olduqları zaman erməni silahlı birləşmələrinin pusqusuna düşüblər. Dinc əhaliyə qarşı törədilən bu hücum nəticəsində onlarla günahsız insan – qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib.

Azər Qurbanov həmin günü xatırlayaraq bildirib ki, həmin gün anası və atası onları – iki qız, dörd oğlan olmaqla altı övladı – xilas etmək ümidi ilə qohumlarının yük maşını ilə yola salıblar, özləri isə kəndi dağ yolu ilə tərk etməli idilər:

"Biz təhlükədən uzaqlaşdığımızı düşünürdük. Lakin tuneldən çıxarkən erməni silahlı birləşmələri tərəfindən pusquya düşdük. Bizdən irəlidə gedən avtomobil vuruldu. Ardınca isə bizim olduğumuz maşın atəşə tutuldu".

O deyib ki, həmin hücum zamanı üç yaşlı bacısı ağır yaralanıb, o özü isə ciddi güllə yaraları alıb:

"İki qardaşım elə həmin ərazidə itkin düşdü – bu günə qədər onlardan heç bir xəbər yoxdur. Mən yaralı halda üç yaşlı bacımı qucağıma alıb oradan uzaqlaşmağa çalışdım. Lakin aldığım ağır yaralara görə huşumu itirdim və əsir düşdüm. Ayılanda mənə bacımın artıq həyatını itirdiyini və oradaca dəfn olunduğunu dedilər".

A.Qurbanov bildirib ki, bu acı xatirənin üstündən illər keçsə də, ürəyində silinməz iz qoyub.

Kəlbəcər sakini bildirib ki, əsirlikdə 3 ay 15 gün qaldıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə geri qaytarılıb.

Artıq Kəlbəcər azad olunandan sonra faciə qurbanlarının hər il bu əraziyə gəlir öz qətlə yetirilən və itkin düşən yaxınlarını yad edirlər.

Bu faciə təkcə bir kəndin, bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir.

NDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yad edilib

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələri tərəfindən çəkilmiş 31 Mart soyqırımı ilə bağlı 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.

Ardınca Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, 31 Mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin bir hissəsi idi. Rektor qeyd edib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla faciəyə ilk dəfə dəqiq siyasi qiymət verilib. II Qarabağ müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək öz gücünü təsdiq etdiyini, soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Abdulla Mustafayev bildirib ki, Türkmənçay müqaviləsindən sonra ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb, "Böyük Ermənistan" xülyasını reallaşdırmağa çalışıblar. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Zəngəzur və digər bölgələrdə erməni silahlı birləşmələri 50 mindən artıq azərbaycanlını qətlə yetirib, on minlərlə insanı isə doğma yurdlarından didərgin salıblar.

"Azərbaycanın yeni və ən yeni tarixi" ixtisası üzrə I kurs magistrant Əsmər Hüseynzadə çıxışında 31 Mart soyqırımının tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib. Vurğulayıb ki, bu qanlı faciə zamanı ermənilər uşaq, qadın və yaşlı fərqi qoymadan dinc əhaliyə qarşı amansız qırğınlar törədib, insanları kəsici və deşici alətlərlə qətlə yetirib, hətta diri-diri yandırıblar, memarlıq abidələrini, yaşayış məntəqələrini dağıdıblar.

Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx izlənilib.

Məhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşib

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov aprelin 3-ü saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə 02.04.2026-cı il tarixədək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.

Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyekti kimi tanınmayacaq

Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Patent haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənədə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.

"Patent haqqında" qanuna beynəlxalq standartlara uyğun yeni dəyişikliklər qüvvəyə minib

"Patent haqqında" qanuna beynəlxalq təcrübəyə uyğun olaraq bir sıra yeni anlayışların daxil edilməsi təsdiqlənib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanuna dəyişikliyi imzalayıb.

Sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanuna görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi nəzərdə tutulur.

Həmçinin, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər.

Sənədə əsasən, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəklər.

Dəyişiklik ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını özündə ehtiva edir.

Beləliklə, qanun:

- ölkədə ixtira və patent fəallığını yüksəldəcək;

- patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;

- ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək;

- Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;

- əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib.

Prezident təqaüdü minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödəniləcək:

- dul arvadına (ərinə), valideynlərinə;

- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;

Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödəniləcək.

Azərbaycan Prezidentinin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün ödəniləcək.

Xocavənd sakini: Ömrümün qalan hissəsini nəvələrimlə qayğısız yaşamaq istəyirəm

Xocavənd şəhərinə qayıdan Sabir Kərimov ömrünün qalan hissəsini nəvələri ilə firavan və qayğısız yaşamaq istəyir.

O, "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında kədərli xatirələrlə zəngin olan yaxın keçmişə bir daha qayıtmaq istəmədiklərini deyib.

S.Kərimov yenidən Xocavəndə qayıtmağın sakinlərə böyük qürur hissi yaşatdığını vurğulayıb:

"Ədalətin bərpa olunması hamımızı sevindirib. Ermənilərin bir zamanlar Azərbaycana qarşı məkrli planlar hazırladıqları yerləri bu gün sürətlə bərpa edir, abadlaşdırırıq. Bundan böyük nə xoşbəxtlik ola bilər? Ömrümün qalan hissəsini doğma el-obada nəvələrimlə firavan və qayğısız yaşamaq istəyirəm".

Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 64 (253 nəfər), rayona isə ümumilikdə 201 ailənin (762 nəfər) daimi qayıdışı təmin edilib.

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report"un Füzuliyə ezam edilən əməkdaşı xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edir.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək xüsusi icra məmurları vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 1-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə "Xüsusi icra məmurları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak üçün Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Qulluğa qəbul" bölməsində "Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə" hissəsinə daxil olaraq "Müraciət et" vasitəsilə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"nı, eləcə də xüsusi icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək "Xüsusi icra məmurları" bölməsindən əldə etmək mümkündür.

Kamran Əliyev Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev aprelin 3-də, saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və Yevlax rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Məlumatda vurğulanıb ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

"Report"un məlumatına görə, soyqırım hadisəsindən 108 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.

Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.

31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir - RƏY

1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından didərgin salmışlar:

"1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmamalıdır. Bu qanlı olaylar həm də Azərbaycanın yaşayış məntəqələrinin vandallara xas olan üsullarla dağıdılması, maddi mədəniyyət abidələrinin, məscid və qəbiristanlıqların yerlə-yeksan edilməsi kimi antibəşəri cinayətlər olaraq tarixin yaddaşına həkk edilməlidir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər".

O, qeyd edib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən məqamları üzə çıxır: "Aparılan araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb.

Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib".

V.Rəhimzadə vurğulayıb ki, tarix faktlara əsaslanır, saxtakarlığı sevmir: "Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas hədəflərdən biri təbii ki, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması, tarximizin saxtalaşdırılmasına yol verilməməsi oldu. Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayarkən ilk görüşünün məhz ziyalılarla olması da özündə mühüm çağırışları ehtiva etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində tariximizin hər bir səhifəsinin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması əsas prioritetlər sırasında oldu".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə, Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı:

"Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına dair Sərəncam imzaladı".

V. Rəhimzadə vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi: "Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı. Hazırda suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövləti informasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün qətiyyət nümayiş etdirir, səylərini artırır.

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyəanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilmişdir.

1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olmuş, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşmüşdür.

Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz iz qoymuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olmuşdur.

1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilmiş, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Həmin dövrdə törədilmiş qırğınların miqyasını və amansızlığını Quba şəhərində sonradan aşkarlanmış kütləvi məzarlıq və çoxsaylı insan qalıqları əyani şəkildə təsdiqləyir. Bu faktlar insanların yalnız milli mənsubiyyətinə - azərbaycanlı olduqlarına görə sistemli şəkildə hədəfə alındığını və kütləvi şəkildə qətlə yetirildiyini açıq şəkildə göstərir.

Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.

1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməmişdir.

Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı faktlarına siyasi-hüquqi qiymət verilməsi, eləcə də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin tanınması və ədalətin bərpası gələcəkdə insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması baxımından çox mühümdür.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdır".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib

Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib

Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə bu gün genişmiqyaslı daxili iməcilik keçirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səhər saatlarından Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.

Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.

"Report" xəbər verir ki, əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə qoyulub.

Qeyd edək ki, Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.

BŞİH-də müşavirə: Eldar Əzizov bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığını qeyd edib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, icra başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda, bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib.

Aparılan monitoriqlərin nəticələri kimi yağışdan ən çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında Rayon İcra Hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirirlib.

Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməcliyin keçirilməsi qərara alınıb.

Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb.

Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".

Qərbi Azərbaycan Xronikası: Novruzdan 13 gün sonra "yalan yuma" mərasimi keçirilir

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Baku TV"də "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda cıdır tamaşalarından söz açıb.

O, gilas yetişənə qədər bayramlaşmaq adətinin mənası, kosa-keçəl mərasimi qədim türk təfəkkürünün hansı qatlarını üzə çıxarması, Novruzdan sonra suya danışılan yalanların sirri, eləcə də səməninin niyə məhz axar suya atılması ilə bağlı suallara aydınlıq gətirib.

A.Cəfərova bildirib ki, Qərbi Azərbaycanda cıdır tamaşaları Novruzda güc nümayişi anlamı daşıyır: "Novruzdan 13 gün sonra "yalan yuma" mərasimi keçirilir. Novruzun gizli ayinləri və suya danışılan yalanların sirri böyükdür. Qərbi azərbaycanlıların Novruz süfrəsində fərqli dadlar və mənalar olur. Buğakar pirində 40 gecə yatmaq inancının mənası ziyarətgahda gerçəkləşən arzu ritualıdır."

Daha ətraflı linkdə:

Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Qeyd edilib ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Həmçinin yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri, Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət qaydası izah olunub.

Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

FHN bayram günlərində sürücüləri avtomobillərini nizamsız parklamamağa çağırıb

Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.

"Report" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Bildirilib ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

"Qeyd olunanlarla bağlı FHN bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir", - məlumatda qeyd olunub.

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.

Azəriqaz İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna bildirilib ki, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.

Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.

Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.

Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib

Şamaxı Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 23-də Şamaxıda açılışı olan "Şirvan Aqro" heyvandarlıq kompleksinin əməkdaşları ilə görüşündə bəhs edib.

"Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına kompleks barədə məlumat verdi.

Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.

Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.

Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.

Bura ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük "Karusel" tipli süd sağımı, həmçinin "Paralel" sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün "AfiCollar" elektron boyunbağlarından istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, "Dry Age" otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

x x x

Sonra dövlət başçısı müəssisənin əməkdaşları ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.

Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.

Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.

Bu bayram günlərində belə müəssisənin açılışı əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.

Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.

Müəssisənin əməkdaşları: Çox sağ olun.

x x x

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

❌