
Normal view
-
apa.az
- Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
-
apa.az
- ABŞ, Ermənistan və Azərbaycan Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini bir daha təsdiq edib
-
apa.az
- Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
-
apa.az
- ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".

-
report.az
- Bu gündən Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
Bu gündən Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.
Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda bildirilib.

Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.
Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib. Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.
Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Yaponiya Baş naziri zəlzələ ilə bağlı həmrəyliyinə görə Azərbaycana təşəkkür edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.
"Report" xəbər verir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.
"Kumamoto zəlzələsi ilə əlaqədar bu günə qədər dünyanın bir çox ölkə və regionlarının sakinlərindən, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm", - baş nazir vurğulayıb.
S. Takaiçi Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib.
Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Prezidentin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qırğız Respublikasına dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb.
"Report" paylaşımı təqdim edir:

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir - RƏY
Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Qırğızıstan münasibətlərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir:
"Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi türk dövlətləri tərəfindən vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir.
Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin müntəzəm xarakter daşıması, həmçinin dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsi bu birliyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".
Deputat deyib ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib:
"Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir. "Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq" söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib".
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi olub:
"Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq qeyd etməliyik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Sadır Japarov bu əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək".
Onun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir:
"Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. Qırğızıstan Prezidentinin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. İmzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir".
Deputat bildirib ki, hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır:
"İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Prezident İlham Əliyevin bu səfəri zamanı 14 sənəd imzalanıb. Bunlar arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə imzaladıqları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni qeyd etmək istərdik. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir".
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir:
"Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib".

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.
"Report" xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola salıblar.

Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlıq müzakirə olunub
Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlıq müzakirə olunub.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, müzakirələr Milli Məclisin sədri Sahibə Qafarovanın Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşü zamanı baş tutub.
Həmçinin görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin Konfransının açılış mərasimindəki çıxışını yüksək qiymətləndirərək, çıxışda həmrəylik, dostluq və parlamentlərarası əməkdaşlığa dair səsləndirilən fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. O, Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb.
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirərək, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib.
Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
O qeyd edib ki, regional və beynəlxalq səviyyədə birgə fəaliyyətin davam etdirilməsi vacibdir. Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova Pan-Afrika Parlamentinin rəhbərliyini Azərbaycana səfərə dəvət edərək, bu səfərin qarşılıqlı əlaqələrin inkişafına və praktiki əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına (car) səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Bu barədə
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Parlamentin spikeri tədbirdə nitq söyləyib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Spiker bildirib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.
Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən spiker müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün burada ilk növbədə Azərbaycan parlamentini, eyni zamanda sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən S.Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.
Parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğuna dair qəti inamını ifadə edən parlamentin spikeri, mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkən S.Qafarova qeyd edib ki, qurum Afrikanın birliyi, inkişafı və qlobal mövqeyinin gücləndirilməsi baxışını parlament müstəvisində ifadə edir. Təşkilat həmçinin "Afrika Gündəliyi – 2063"-da təsbit olunmuş məqsədləri – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət edir.
Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayan spiker qeyd edib ki, rəsmi Bakı Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.
Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır. O vurğulayıb ki, Afrika artıq qlobal müzakirələrin sadəcə obyekti deyil, həmin müzakirələrin formalaşdırılmasına getdikcə daha çox töhfə verir. Bu baxımdan, Afrikanın artan rolunun beynəlxalq təsisatlarda, o cümlədən qlobal parlament institutlarında layiqincə əks olunmasının vacibliyi qeyd olunub.
Çıxışında çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişaf perspektivlərinə də toxunan Milli Məclisin sədri, müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.
S.Qafarova bildirib ki, həqiqi inklüzivlik bütün regionların yalnız beynəlxalq parlament platformalarında təmsil olunmasını deyil, həm də prioritetlərin müəyyənləşdirilməsi, ideyaların irəli sürülməsi və rəhbərliyin həyata keçirilməsi proseslərində bərabər iştirak imkanına malik olmasını nəzərdə tutur.
O vurğulayıb ki, bu baxımdan PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Spiker qeyd edib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da gücləndirmək imkanı əldə edə bilər. Onun sözlərinə görə, müasir dövrdə ehtiyac duyulan parlament çoxtərəfliliyi daha geniş təmsilçiliyə, daha sıx əlaqələndirilmiş əməkdaşlığa və bütün regionların reallıqlarına daha həssas yanaşmaya əsaslanmalıdır.
Çıxışının sonunda Milli Məclisin sədri S.Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasının vacibliyini vurğulayıb.

-
report.az
- Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, "Altın-Balalıq" sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.
Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.

Gürcüstanın Baş prokurorunun Azərbaycana səfəri başa çatıb
Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.
Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.
Həmçinin, nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Tarix muzeyi və Xalça muzeyi ilə tanış olublar.

Giorgi Xaindrava: Cənubi Qafqazda sülhün əldə olunmasında İlham Əliyevin rolu unikaldır
Təkcə regionda deyil, bütün dünyada baş verən mürəkkəb prosesləri nəzərə alsaq, Prezident İlham Əliyevin sülhdə rolu tamamilə unikaldır.
Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcü siyasi şərhçi Giorgi Xaindrava deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rolu təkcə Cənubi Qafqazda sülhün təmin olunmasına verdiyi töhfə ilə məhdudlaşmır:
"Bu, yalnız Qafqazda sülhün əldə olunması baxımından mühüm nailiyyət deyil. Eyni zamanda, Gürcüstanın və Azərbaycanın üzləşdiyi ağır dövrdən sonra postsovet məkanında Azərbaycanın inkişafı da cənab Əliyevin tamamilə unikal nailiyyətidir".
Siyasi şərhçi qeyd edib ki, Gürcüstanda Azərbaycanın inkişafını yaxından izləyirlər və bu siyasətin regionun sabitliyinə mühüm təsir göstərdiyini görürlər.
"Biz cənab Əliyevin siyasətinin Cənubi Qafqazda öz ölkəsinin inkişafına təsirini yüksək qiymətləndiririk və bunu hiss edirik. Azərbaycanın necə inkişaf etdiyini görürük. Təbii ki, ətrafımızda sülh olmasaydı, bu gün əldə etdiyimiz nəticələrə nail olmaq çətin olardı. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə rolu tamamilə unikaldır", - o vurğulayıb.
Xaindravanın fikrincə, Azərbaycan və Gürcüstanı birləşdirən əsas amillərdən biri hər iki ölkənin sülh siyasətinə eyni yanaşmasıdır:
"Düşünürəm ki, bizi birləşdirən əsas məqam ölkələrimizin sülh siyasətinə eyni cür yanaşması və onu eyni şəkildə qəbul etməsidir. Bu çox vacibdir. Deməli, Qafqazda sülhün əldə olunmasında əsas rol, əlbəttə ki, cənab İlham Əliyevə məxsusdur. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz".

-
report.az
- Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.
Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedən məktubda Maore Komitəsi fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.
"Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparmış, böyük itkilər və qurbanlar vermişlər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və "Fransanın suverenliyi" adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?", məktubda qeyd olunub.
Deputatların yanaşmasının müstəmləkəçilik faktının, həmin ərazilərin işğal prosesinin və yerli xalqların iradəsinin zorakılıq yolu ilə məhdudlaşdırılmasının tamamilə inkar edilməsi kimi vurğulanır:
"Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunmuşdur. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır".
Məktubda bildirilir ki, "Fransanın dənizaşırı əraziləri" adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur. Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər vardır. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir.
Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin "özünün" Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmişdir.
Qəmər adalarında milli azadlıq uğrunda aparılmış uzunmüddətli mübarizə 22 dekabr 1974-cü il tarixində öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu.
Məktubda həmçinin qeyd olunur ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır. Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib.
Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyəyə çatması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir.
Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz.
Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir.

-
report.az
- İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən töhfədir - RƏY
İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən töhfədir - RƏY
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının strateji gələcəyinə verilən yeni töhfədir. Dövlətlər sərhədlərlə millətlər isə birliklə böyüyür. Türk dünyasının gücü də məhz bu birliyin sarsılmazlığındadır.
Bu fikirləri "Report"a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını sürətləndirən mühüm hadisə kimi tarixə yazılır:
"Müttəfiqlik Münasibətləri haqqında Sazişin imzalanması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin daha yüksək hüquqi-siyasi müstəviyə yüksəlməsini təsdiqləyir. Mədəni yaxınlıq və ortaq dəyərlər dövlətlər arasında ən davamlı əməkdaşlığın əsasını təşkil edir. Azərbaycan və Qırğızıstan münasibətləri bu fikrin praktik təsdiqidir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulan əməkdaşlıq bu gün konkret siyasi qərarlar, iqtisadi layihələr və institusional mexanizmlərlə daha da möhkəmlənir.
Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində müəyyənləşdirilən yeni strateji gündəlik ticarət, qarşılıqlı investisiyalar, enerji, yaşıl iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, humanitar əməkdaşlıq və Qarabağın bərpası istiqamətlərini əhatə edir. Münasibətlər yalnız siyasi dialoqla deyil, real iqtisadi məzmunla zənginləşir. Bu əməkdaşlıq Mərkəzi Asiyanı Xəzər hövzəsi vasitəsilə Avropa bazarları ilə daha səmərəli şəkildə birləşdirən mühüm geoiqtisadi platformaya çevrilir".
X.Vəliyeva xatırladıb ki, Prezident İlham Əliyevin səfəri zamanı xüsusi vurğuladığı məsələlərdən biri də Qırğızıstanın Qarabağın bərpasına göstərdiyi qardaş dəstəyi oldu:
"Azərbaycan bu gün yalnız enerji və nəqliyyat layihələrinin müəllifi deyil, həm də Türk dövlətləri arasında həmrəyliyi gücləndirən təşəbbüslərin aparıcı iştirakçısıdır. Bu gün Bakı ilə Bişkek arasında qurulan müttəfiqlik modeli gələcəkdə iqtisadi inteqrasiyanın dərinləşməsinə, regional təhlükəsizliyin möhkəmlənməsinə və ortaq inkişaf məkanının genişlənməsinə xidmət edən nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir.
Azərbaycan və Qırğızıstan arasında möhkəmlənən müttəfiqlik münasibətləri təkcə iki qardaş dövlətin deyil, bütövlükdə Türk dünyasının ortaq gələcəyinə yazılan strateji uğur salnaməsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasi kursu Türk dünyasının birliyinə ardıcıl töhfələr verir".

Birinci "Mərkəzi Asiya-Azərbaycan" sammiti oktyabrın 8-də Türkmənistanda keçiriləcək
"Mərkəzi Asiya – Azərbaycan" formatında birinci sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək.
"Report"un Qırğızıstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.
Onun sözlərinə görə, birinci sammitin gündəliyinin layihəsi artıq hazırlanıb və formatın bütün iştirakçı dövlətlərinə göndərilib.
Berdiməhəmmədov qeyd edib ki, layihəyə əməkdaşlığın beş əsas istiqaməti daxil edilib.
"Biz beş əsas istiqaməti əhatə edən gündəlik layihəsini hazırlayaraq iştirakçı dövlətlərə göndərmişik. Bunlar sülh, sabitlik və təhlükəsizliklə bağlı aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması, Mərkəzi Asiya ölkələri və Azərbaycanın siyasi-diplomatik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizləri sahəsində əməkdaşlığın inkişafı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə üzrə birgə tədbirlər, Aral dənizinin bərpası üzrə səylərin əlaqələndirilməsi, eləcə də mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə və gənclər mübadiləsinin genişləndirilməsidir", - Berdiməhəmmədov qeyd edib.

Şavkat Mirziyoyev Azərbaycanın məşvərət görüşlərinə qoşulmasını yüksək qiymətləndirib
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına qoşulması qarşılıqlı əlaqəni keyfiyyətcə yeni makroregional səviyyəyə çıxarır.
"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiya – Azərbaycan" qeyri-rəsmi məşvərət görüşündə bildirib.
"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirəcək vahid inkişaf məkanı formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan tam şəkildə istifadə etmək və Avrasiyanın düz mərkəzində davamlı inkişaf, qarşılıqlı əlaqəlilik və mehriban qonşuluq üçün birgə səylərlə möhkəm əsaslar yaratmaq lazımdır", - o bildirib.

-
report.az
- Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək
Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək
Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yeni altıtərəfli əməkdaşlıq formatı region dövlətlərinin daha da yaxınlaşmasına kömək edəcək və əməkdaşlığa əlavə dinamika verəcək.
"Report"un müxbiri xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə bildirib.
"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu bu iclasda salamlamaqdan səmimi qəlbdən şadam", - Prezident bildirib.
Berdiməhəmmədov xatırladıb ki, ötən il Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə yekdil qərar qəbul edilib.
"Cənab İlham Heydər oğlu, icazə verin, Sizi və sizin simanızda Azərbaycanı bir daha təbrik edim", - dövlət başçısı qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Report" İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kasis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.
Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.
Qeyd olunub ki, federal nazirin səfəri payızda Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək regional turnenin ilk mərhələsi olacaq.

-
report.az
- Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib
Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib
Azərbaycanın Məşvərət görüşlərinin tamhüquqlu iştirakçısı kimi qoşulması qarşılıqlı fəaliyyətimizin yeni mərhələsinin başlanğıcı oldu.
"Report"un Çolpon-Ataya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.
Xəbər yenilənir

-
report.az
- İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib.
"Sadəcə olaraq 2023-cü ilin əvvəlindən bu günə qədər olan qarşılıqlı səfərlərin dinamikasını demək kifayətdir. Üç il yarım ərzində mən Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Həmkarlarım bu müddət ərzində Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib", - İ.Əliyev bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, bu formatın tamhüquqlu üzvü kimi məşvərət görüşündə ilk dəfə iştirak edir: "Sizi əmin etmək istəyirəm ki, Azərbaycan öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək".

-
report.az
- Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB-2
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB-2
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
"Report" xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Prezident İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşıladı.
Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.
Dövlət başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli həmkarlar.
Əvvəlcə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün dəvətə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Mən dünəndən Qırğızıstanda səfərdəyəm və ilk növbədə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara, həmçinin İssık-Kul gölünün ətrafındakı ərazinin necə dəyişməsinə, kurorta və beynəlxalq səviyyəli turizm istiqamətinə çevrilməsinə görə Qırğızıstan Prezidentini bir daha təbrik etmək istərdim.
Eyni zamanda, Qırğızıstanda dövlət səfərindəyəm. Bu gün həmkarım Sadır Nurqojoyeviç ilə ikitərəfli qarşılıqlı fəaliyyətimizin geniş gündəliyinə dair ətraflı müzakirələr apardıq. İkitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfi imzalandı. Amma imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir.
Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür.
Biz, həmçinin çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan tərəfindən inşa edilib. "Bakı" hoteli qonaqları qəbul etməyə hazırdır və şadam ki, biz bu böyük turizm mərkəzinin açılışında birlikdə iştirak edəcəyik.
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.
Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.
Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Sonra digər prezidentlər çıxış etdilər.
Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalandı.
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.
Qırğızıstan Prezidenti Sadır Japarov dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.
Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.
Dövlət başçısı İlham Əliyev görüşdə çıxış edib.
Sonra digər prezidentlər çıxış ediblər.
Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

-
report.az
- Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Çolpon-Ata şəhərində iyulun 31-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

-
report.az
- Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir
Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir
Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
Qırğızıstan dövlətinin başçısı vurğulayıb: "Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır".

-
report.az
- İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

-
report.az
- Sadır Japarov: Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi hadisədir
Sadır Japarov: Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi hadisədir
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
"Bugünkü danışıqların mühüm nəticəsi Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu, Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsindən xəbər verən həqiqətən də tarixi bir hadisədir", - S.Japarov bildirib.
O əlavə edib ki, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi, eləcə də qiymətli metalların dövriyyəsi sahələrini əhatə edən sanballı ikitərəfli sənədlər paketi imzalanıb:
"Ticari-iqtisadi qarşılıqlı fəaliyyətin ardıcıl inkişafını və qarşılıqlı ticarət dövriyyəsinin davamlı artımını qeyd etdik. İşgüzar əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün bundan sonra da əlverişli şərait yaratmaq barədə razılığa gəldik".

Prezident İlham Əliyev Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib
Müttəfiqlik münasibətləri – çox böyük məsuliyyətdir və biz bu məsuliyyətə hazırıq.
"Report"un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
"Bu gün biz sizinlə birlikdə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə olan birgə niyyətimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq. Biz bundan sonra da bütün təşəbbüslərdə, həm beynəlxalq platformalarda, həm ticari-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir-birimizi dəstəkləyəcəyik", - İlham Əliyev qeyd edib.
Dövlət başçısı həmçinin Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb.
"Report"un Qırğızıstana ezam olunan müxbirinin verdiyi məlumata əsasən, müqaviləni iki ölkənin prezidenti İlham Əliyev və Sadır Japarov imzalayıblar.
Bundan başqa dövlət başçıları arasında "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı" imzalanıb.

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər-YENİLƏNİB
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
"Report"un Qırğızıstana ezam olunan müxbiri xəbər verir ki, əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Sadır Japarovun bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.
Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.
Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.
Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.
İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.
Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.
Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, "ŞƏT+" Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək "Bişkek+25" ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.
Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.
Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.
Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan "Bakı" hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və "Bakı" adını daşıyır.
Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, "Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü" adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.
Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan və Qırğızıstan prezidentlərinin iyulun 31-də təltifolunma mərasimi keçirilib.
"Report"un Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.
Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.
Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif olunması qərarını qəbul etdim.
Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətli İlham Heydər oğlu, icazə verin, "Manas" ordenini Sizə təqdim edim.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.
Prezident Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim etdi.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram.
Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.
Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.
x x x
Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.
x x x
Çıxışına davam edən Prezident İlham Əliyev dedi: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.
Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.
İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – "Heydər Əliyev" ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin bu yüksək mükafatı Sizə təqdim edim.
x x x
Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Sadır Japarova təqdim etdi.
x x x
Prezident Sadır Japarov dedi: Hörmətli İlham Heydər oğlu.
İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - "Heydər Əliyev" ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.
Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.
Sizə təşəkkür edirəm. Sağ olun.
İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
"Report"un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim etdi.

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
"Report" xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.
"2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər.
"Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər.
"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər.
"Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər.
"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər.
"AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum"u "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər.
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
"Report"un Qırğızıstana ezm olunmuş müxbiri xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
"Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

-
report.az
- Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək".

-
report.az
- İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".

Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:
"Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər.

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB-2
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə iyulun 31-də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Sadır Japarov iclasda çıxış edib.
Prezident Sadır Japarovun çıxışı
-Hörmətli İlham Heydər oğlu.
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.
Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.
Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.
Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.
Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.
Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.
Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.
Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.
x x x
Sonra Azərbaycan Prezidenti çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.
Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.
Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.
Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.
Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu "Bakı" hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.
Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.
x x x
Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.
Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.
"Report" xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."
Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir.
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.
A.Hacızadə qeyd edib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.
Onun sözlərinə görə, apelyasiya instansiyasının qərarı da Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir:
"Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir".
Rəsmi Bakı Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

-
report.az
- İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, əvvəlcə "Issyk-Kul Golf Resort" kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.
Qolf Klub İssık-Kul gölünün sahilində "Issyk-Kul Golf Resort" çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.
Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.
Daha sonra dövlət başçıları "Issyk-Kul Golf Resort" kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər.

-
report.az
- Çolpon-Ata küçələrində Azərbaycan Prezidentinin səfərinə həsr olunmuş bannerlər quraşdırılıb
Çolpon-Ata küçələrində Azərbaycan Prezidentinin səfərinə həsr olunmuş bannerlər quraşdırılıb
İyulun 30-da Prezident İlham Əliyevin dövlət səfəri etdiyi Çolpon-Atada (Qırğızıstan) Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığına həsr olunmuş tematik bannerlər quraşdırılıb.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.
Bannerlərdə Azərbaycan və Qırğızıstan bayraqları, eləcə də qırğız və Azərbaycan dillərində yazı yerləşdirilib.
Həmin yazı belədir: "Mərkəzi Asiya və Azərbaycan: əməkdaşlıq üçün yeni imkanlar".

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.
Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
"Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

ADA Universiteti Efiopiyanın Xarici İşlər İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
ADA Universiteti ilə Efiopiyanın Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, Efiopiyanın Xarici İşlər İnstitutunda baş tutan imzalanma mərasimində Milli Məclisin sədri Sahibə Qafarova, Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.
Milli Məclis sədri "Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı" mövzusunda çıxış edərək vurğulayıb ki, iki ölkə arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Sahibə Qafarova Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsindən bəhs edərək "ASAN xidmət" modelinin Efiopiyada "MESOB" Xidmət Mərkəzi vasitəsilə uğurla tətbiqini qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib:
"Etimada, bilik və təcrübə mübadiləsinə əsaslanan tərəfdaşlıq birgə inkişaf və davamlı tərəqqinin əsasını təşkil edir. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universiteti rektor Hafiz Paşayevin rəhbərliyi ilə beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfələr verir. Bu baxımdan, ADA Universiteti ilə Efiopiyanın Xarici İşlər İnstitutu arasında bu gün imzalanmış Anlaşma Memorandumu elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.

İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.
Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycan Macarıstana yeni səfir təyin edib
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub. Eyni zamanda Xarici İşlər Nazirliyi sistemində, o cümlədən BMT yanında daimi nümayəndəlikdə və nazirliyin digər strukturlarında diplomatik fəaliyyət göstərib.

-
report.az
- Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi geri çağırılıb
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

-
report.az
- Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıb, Serbiyaya təyin olunub - ƏLAVƏ OLUNUB
Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıb, Serbiyaya təyin olunub - ƏLAVƏ OLUNUB
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, T.Tağızadə 2021-ci il iyulun 23-də Azərbaycanın Macarıstanda səfiri təyin olunmuşdu.

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

-
report.az
- Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub
Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir. Səfər çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.
Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.
Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tanış olublar.

-
report.az
- Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ölkəyə ekstradisiya edilib
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ölkəyə ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən daha bir şəxs Azərbaycana ekstradisiya edilib.
"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

-
report.az
- Gürcüstanın Baş prokuroru: Kamran Əliyevlə fikir mübadiləmiz iki ölkə arasında əməkdaşlığa töhvə verir
Gürcüstanın Baş prokuroru: Kamran Əliyevlə fikir mübadiləmiz iki ölkə arasında əməkdaşlığa töhvə verir
Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə aparılan fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığa töhvə verir.
Bu sözləri "Report"a açıqlamasında Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.
O bildirib ki, bu gün Azərbaycana səfər edib və Baş Prokurorluqda olub:
"Məni Azərbaycana dəvət etdiyinə görə Kamran Əliyevə təşəkkür edirəm. Bizim çox yaxın münasibətlərimiz var. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq mövcuddur. Bizim dostluğumuz iki ölkə arasında əməkdaşlığa töhfəsini verir. Rəsmi səfər çərçivəsində görüşlərimiz oldu. Fikir mübadiləsi apardıq. Bu da bizim ölkələr arasındakı əməkdaşlığa öz töhfəsini verir".
Giorgi Qvarakidze deyib ki, iki ölkə arasında həm əməkdaşlıq, həm də beynəlxalq yardım sahələri üzrə uğurlu göstəricilər var:
"Bu cür səfərlər iki ölkə arasında hüquq-mühafizə orqanları, prokurluqlar arasında əməkdaşlığa və xalqların dostluğuna töhfə verir".

-
report.az
- Azərbaycan və Gürcüstan cinayət yolu ilə əldə olunan əmlakın müəyyənləşməsi üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Gürcüstan cinayət yolu ilə əldə olunan əmlakın müəyyənləşməsi üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Gürcüstanın Baş prokurorları iki ölkə arasında cinayət yolu ilə əldə edilən əmlakın müəyyən edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər.
Bu barədə "Report"a Baş prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib. Bundan başqa, prokurorluq orqanları arasında formalaşmış əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin fevral ayında Tbilisiyə səfəri məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Giorgi Qvarakidze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, mövcud tərəfdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində bütün zəruri səylərin davam etdiriləcəyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti Azərbaycan Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qonaqlara, həmçinin prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin Gürcüstanın Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Mayya Tabaqari iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.
"Report" xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.
Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Ölkədə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.
Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.
Dövlət başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.
Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.
Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan və Yunanıstan iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb.
Görüş zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
"Bundan başqa, 2004-cü ildən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin Yunanıstan və Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rolu vurğulanıb", - məlumatda bildirilib.

-
report.az
- Azərbaycan "Ukrayna Dəmir Yolları"nın fəaliyyətini dəstəkləmək üçün 40 ton avadanlıq göndərib
Azərbaycan "Ukrayna Dəmir Yolları"nın fəaliyyətini dəstəkləmək üçün 40 ton avadanlıq göndərib
Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, avadanlıq ukraynalı dəmiryolçuların işinə dəstək olmaq və kritik infrastrukturun fəaliyyətini təmin etmək məqsədilə Energetika Nazirliyinin enerji habı vasitəsilə dəmir yolunun regional bölmələrindən birinə çatdırılıb.
"Demək olar ki, hər gün hab vasitəsilə Ukraynanın müxtəlif regionlarına yeni avadanlıq göndərilir. O, Rusiyanın daimi hücum təhlükəsi şəraitində həm enerji sektorunun, həm də digər kritik infrastruktur obyektlərinin fasiləsiz işini təmin etməyə kömək edir", - məlumatda bildirilib.
Nazirlik Ukraynaya göstərdiyi dəstəyə və kritik infrastrukturun möhkəmləndirilməsindəki yardımına görə Azərbaycana minnətdarlığını bildirib.

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində "The Judicial Crafting: Executive Judicial Training Programme" ("Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı") adlı beynəlxalq təlim keçirilib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri iştirak ediblər.
Təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın keçirilməsi barədə razılıq Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun cari ilin 14–15 may tarixlərində Pakistana səfəri zamanı əldə olunub. Təşəbbüs iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına xidmət edir.
Təlimdə Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Proqramda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri daxil olmaqla 20-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, əməkdaşlıq proqramı çərçivəsində növbəti beynəlxalq təlimin cari ilin oktyabr ayında Pakistan İslam Respublikasında keçirilməsi planlaşdırılır.
Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda xidmət müvəqqəti dayandırılıb
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda bəzi konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə baş konsulluğunun "X" hesabında paylaşım edilib.
Qeyd olunub ki, texniki səbəblərə görə hazırda bəzi konsulluq xidmətlərinin göstərilməsi mümkün deyil.
Konsulluq xidmətləri məqsədilə müraciət edəcək şəxslərin əvvəlcədən diplomatik nümayəndəliklə əlaqə saxlamalarının vacibliyi vurğulanıb.

-
report.az
- Sun Çjun: Azərbaycan sabitliyin möhkəmləndirilməsinə və regionun inkişafına əhəmiyyətli töhfə verib
Sun Çjun: Azərbaycan sabitliyin möhkəmləndirilməsinə və regionun inkişafına əhəmiyyətli töhfə verib
Çin Azərbaycanın regional qarşılıqlı əlaqəliliyin təşviqində və beynəlxalq əməkdaşlığın inkişafındakı fəal rolunu yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.
XƏBƏR YENİLƏNİR

Səfir: Çin müdafiə məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır
Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə mübadilə və əməkdaşlığı bundan sonra da genişləndirməyə, ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Diplomatın sözlərinə görə, hərbi əməkdaşlıq Bakı ilə Pekin arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Xəbər yenilənir

Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin bu gün də münasibətlərin inkişafı üçün mühüm təməl rolunu oynadığını qeyd edərək, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan səylər barədə məlumat verib.

-
report.az
- Qvadeluplu fəal: Fransanın dekolonizasiya çağırışlarını "daxili işlərə müdaxilə" adlandırması əsassızdır
Qvadeluplu fəal: Fransanın dekolonizasiya çağırışlarını "daxili işlərə müdaxilə" adlandırması əsassızdır
Qvadelupda fəaliyyət göstərən "MIR Guadeloupe" təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə və dekolonizasiya çağırışlarını "daxili işlərə qarışma" kimi təqdim etmək cəhdlərinə sərt cavab verib.
Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, o, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə - C-24-ə ayrı-ayrılıqda məktublar ünvanlayıb:
"Məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini "müdaxilə" kimi qələmə verməsi qətiyyətlə rədd edilir. Vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə, bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir".
Qeyd olunub ki, qvadeluplu siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməsi olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini "xarici müdaxilə" adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.
"Məktublarda Fransanın Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi "azad seçim" heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.
J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelup və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə "sanitar qalmaqal" kimi tanındığı vurğulanır", - məlumatda deyilir.
Həmçinin vurğulanıb ki, C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.
E.Makrona göndərilən məktubda isə Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelup, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.
"Qvadelup xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və BTQ-nin formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərini BMT səviyyəsinə daşımasına imkan yaradır", - məktubda yazılıb.
Qvadelupdan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik "daxili iş" adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

ONESXM Fransadan Sent-Martində müstəqillik üzrə referendumun keçirilməsini tələb edib
Fransa və Niderland tərəfindən iki hissəyə bölünərək faktiki işğal altında saxlanılan Sent-Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu ONESXM təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb.
Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Qeyd olunub ki, təşkilat Fransa Milli Assambleyasının üç deputatının Azərbaycanın və BTQ-nin dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransalı parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini "Fransanın daxili işlərinə qarışmaq" kimi qələmə verməsinə sərt reaksiya göstəriblər.
Bəyanatda vurğulanıb ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransanın daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi ("Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə") ilə tənzimlənir. Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran BTQ-nin missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.
Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan ONESXM rəsmi Parisin "fransız təbəəliyi" adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Sent-Martində xalqa tam müstəqillik üçün "bəli", yaxud "xeyr" seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.
BTQ-dən qeyd olunub ki, "ONESXM-in sözügedən bəyanatı Parisin təhdid, təzyiq və "daxili işlərə qarışma" bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil. Bildirilib ki, Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər.
BTQ-nin bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirdiyi vurğulanıb: "ONESXM-in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir".

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Qazaxıstana səfir təyin edilib.
Qeyd edək ki, A.Atamoğlanov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.
Ə.Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində çalışıb.

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin iyulun 16-dək bu vəzifəyə təyin edilmişdi.
Elxan Qəhrəman 2022-ci ilin avqustun 19-dək Azərbaycanın Küveytdəki səfiri olub.

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

-
report.az
- Azərbaycan və Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım müqaviləsi təsdiqlənib
Azərbaycan və Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım müqaviləsi təsdiqlənib
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı adıçəkilən müqavilənin təsdiqi ilə bağlı qanunu imzalayıb.
Qeyd edək ki, müqavilə bu ilin aprel ayının 25-də Qəbələ şəhərində imzalanıb.

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib
Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mirziyoyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan liderlərinin qəti siyasi iradəsi sayəsində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.
"Qarşılıqlı ticarətin həcmi 40 % artıb, birgə müəssisələrin sayı demək olar ki, 450-yə çatıb, yükdaşımaların həcmi isə iki dəfə artıb. Yaxın gələcəkdə Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması ilə bağlı qarşıya iddialı məqsəd qoyulub", - Prezident qeyd edib.
Həmçinin qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi qeyd edilib.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.
Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

-
apa.az
- Ceyhun Bayramov: Xaricdəki hərbi münaqişələrə qoşulmaq Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər
-
apa.az
- XİN: Münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır
-
apa.az
- XİN başçısı: İordaniya Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini dəstəkləyir
-
apa.az
- Ceyhun Bayramov: Azərbaycan və İordaniya potensiallarından istifadə edərək yaxın bölgələrə birgə çıxış təmin edə bilər
-
apa.az
- Azərbaycan XİN başçısı iordaniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
-
apa.az
- Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilir - FOTO
MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək
Milli Məclisin (MM) nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyasında iştirak edəcək.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iştirak məqsədilə Milli Məclisin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Tədbirdə "Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf" mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.
Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər iyulun 2-də başa çatacaq.

Azərbaycan XİN Cibutinin Müstəqillik Gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cibutini Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Təbrik mesajında Djibuti hökuməti və xalqına Müstəqillik Günü münasibətilə xoş arzular çatdırılıb.
"Müstəqillik Gününüz mübarək, Cibuti!" – deyə paylaşımda qeyd olunub.

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb.
Görüşdə, həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Nyu-York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəyə üzv seçilib.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.
Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.
Bununla yanaşı, ölkəmiz əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.
Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Report"un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazir ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan diplomatına təşəkkür edib.
Koşerbayev Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd edib və qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
"Diplomatik karyeranız ərzində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmiş və ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr vermişsiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında birbaşa iştirakçı oldunuz", - deyə o əlavə edib.
Azərbaycan səfiri Ağalar Atamoğlanov öz növbəsində Qazaxıstan tərəfinə missiyası zamanı göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.
Görüşün sonunda Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından səfirə Qazaxıstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi töhfəyə görə II dərəcəli "Dostık" ordenini təqdim edib.

Gürcü ekspert: Azərbaycanın sülh siyasəti Cənubi Qafqazın inkişafına töhfə verir
Azərbaycanın sülh və regional əməkdaşlıq siyasəti Cənubi Qafqazın inkişafında mühüm rol oynayır.
Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında Gürcüstanın tanınmış politoloqu, "Vahid Neytral Gürcüstan" partiyasının icraçı katibi Vato Şakarişvili deyib.
O bildirib ki, Cənubi Qafqazda sülh və sabitlik Gürcüstanın əsas prioritetlərindəndir.
V.Şakarişvilinin sözlərinə görə, regionda sabitlik yeni geosiyasi şəraitdə Cənubi Qafqaz ölkələrinin rolunun gücləndirilməsi və iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, Gürcüstan bu istiqamətdə fəal siyasət həyata keçirir və Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.
"Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması, eləcə də əməkdaşlıq platformalarının genişləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilməlidir. Bu siyasət Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edir", – deyə o bildirib.
Şakarişvili vurğulayıb ki, region ölkələri arasında əməkdaşlığın dərinləşməsi yeni iqtisadi imkanlar yaradır və bu, bütün Cənubi Qafqaz xalqlarının rifahına müsbət təsir göstərir.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri regional inteqrasiya proseslərinin güclənməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verir.

Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər. Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.
Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.
Nazirlər cari ilin sentyabr ayında "The European House – Ambrosetti" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Telefon danışığı zamanı həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Pinyo: Ursula fon der Lyayen Bakıdan sonra İrəvana yola düşəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Azərbaycana və Ermənistana səfər edəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Məlumata görə, o, iyulun 1-də Bakıda olacaq, daha sonra isə İrəvana yola düşəcək.
Pinyo qeyd edib ki, Cənubi Qafqaz ölkələrinə səfər Avropa İttifaqının regionda tərəfdaşlığı möhkəmləndirmək istəyini nümayiş etdirmək və Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olunmasında Aİ-nin dəstəyini ifadə etmək məqsədi daşıyır.
"Sülh, nəqliyyat əlaqəliliyi və iqtisadi inteqrasiya bu səfərin əsas mövzuları olacaq. Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafına xüsusi diqqət yetiriləcək", - o bildirib.
Avropa mediası qarşıdan gələn səfəri "İpək Yolu ilə səyahət" kimi səciyyələndirib. Mənbələr regionda Yaxın Şərqdəki müharibə səbəbindən əhəmiyyəti daha da artan "nəqliyyat əlaqəliliyinin və güc balansının dəyişməsinin" müzakirə olunmasının planlaşdırıldığını bildirirlər.
Ursula fon der Lyayenin bir sıra mühüm bəyanatlarla çıxış edəcəyi gözlənilir.

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək.
"Report"un məlumatına görə, bu barədə "AnewZ" telekanalı xəbər verir.

NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Avropa bürosunun nümayəndəliyə istinadən verdiyi məlumata görə, tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə köməkçisinin müavini səfir Kevin Hamilton, müttəfiq və tərəfdaş dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də digər yüksək səviyyəli qonaqlar iştirak edib.
Rəsmi qəbul zamanı çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə bu əlamətdar günün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fədakarlıqları və xidmətlərinə ehtiramın ifadə olunması, habelə müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin əhəmiyyətinin bir daha vurğulanması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
O bildirib ki, Azərbaycanın müstəqilliyi böyük fədakarlıqlar hesabına əldə olunmuş nailiyyətdir və onun qorunub saxlanılması güclü dövlət institutları, milli birlik və peşəkar silahlı qüvvələrdən asılıdır. Nümayəndəliyin başçısı müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, onun əsasını qoyduğu hərbi quruculuq siyasətinin Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və bunun nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.
C.Hüseynzadə Azərbaycanın məqsədlərinin təkcə suverenliyin bərpası ilə məhdudlaşmadığını, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə yönəldiyini qeyd edib və Vaşinqton Sammitində Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişi mühüm addım kimi qiymətləndirib. Dipıomat Azərbaycanın NATO ilə tərəfdaşlığının 30 ildən artıq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini, ölkənin NATO-nun rəhbərlik etdiyi əməliyyatlarına, xüsusilə Kosovo və Əfqanıstandakı missiyalara mühüm töhfələr verdiyini vurğulayıb.
Nümayəndəliyin başçısı, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri, eləcə də Avropa, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələri gücləndirən mühüm Avrasiya bağlantı mərkəzinə çevrildiyini qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov öz çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib.
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi qiymətləndirib.
"Azərbaycan ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib və bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir", - o qeyd edib.
Səfir Kevin Hamilton Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara verdiyi töhfələri, o cümlədən Əfqanıstandakı mühüm rolunu yüksək qiymətləndirib və müttəfiq qüvvələrin ölkədən təxliyəsi zamanı göstərdiyi dəstəyi xüsusi qeyd edib.
"Azərbaycan Əfqanıstanı tərk edən son tərəfdaş ölkə oldu", - o əlavə edib.
Hamilton, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. Bununla yanaşı, o, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olması ilə əldə edilmiş tarixi irəliləyişi alqışlayaraq, bunu regional sabitlik və təhlükəsizlik baxımından mühüm nailiyyət kimi dəyərləndirib.
Rəsmi qəbul çərçivəsində Azərbaycanın Alyansla tərəfdaşlığını, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi, eləcə də Azərbaycanın milli təamlarını əks etdirən ziyafət təşkil edilib.

Kevin Hamilton: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqazda - Şimali Atlantik Alyans üçün mühüm əhəmiyyət kəsb edən regionda NATO-nun etibarlı tərəfdaşıdır.
"Report"un Avropa bürosunun alyansın Brüsseldəki baş qərargahına istinadən xəbər verdiyi kimi, bu barədə NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycana ilk rəsmi səfəri çərçivəsində bəyan edib.
Xəbər yenilənir

-
report.az
- Dunkan Norman: Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir
Dunkan Norman: Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir
London Bakı ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır", - diplomat qeyd edib.

AQEM-in Baş katibi: Bu günün gəncləri dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır
Bu günün gəncləri inkişaf siyasətinin sadəcə faydalanan tərəfi deyil, daha dinc, firavan və dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır.
"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhərlər iqtisadi inkişafın, innovasiyanın və mədəni mübadilənin mərkəzinə çevrildiyi kimi, eyni zamanda ekoloji dayanıqlılıq, sosial inklüzivlik və ictimai sağlamlıqla bağlı ciddi çağırışlarla da üzləşirlər:
"Rəqəmsal dövrün nümayəndələri və dəyişikliklərin aparıcı qüvvəsi olan gənclər bu problemlərin həlli üçün innovativ yanaşmalar irəli sürmək, daha ağıllı, daha yaşıl və daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasına töhfə vermək potensialına malikdirlər".
K.Sarıbay həmçinin əlavə edib ki, Gənclər Şurasının görüşü milli təcrübələri bölüşmək üçün mühüm bir platformadır.
Baş katib bugünkü görüşün regionun ən iddialı şəhərsalma və yenidənqurma layihələrindən birinin Bakı Ağ şəhərində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib.

-
report.az
- Maqdalena Qrono: Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək
Maqdalena Qrono: Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional vəziyyəti, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Yenidən Bakıda olmaqdan və azərbaycanlı həmkarlarım, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.
Müzakirələrimiz regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat bağlantısı sahəsindəki imkanları, Azərbaycan-Ermənistan sülh prosesini, habelə Avropa İttifaqının Azərbaycan və Ermənistanla qarşıdan gələn yüksək səviyyəli qarşılıqlı fəaliyyətini əhatə edib", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.
Bakı və İrəvan arasındakı sülh prosesindən danışan Maqdalena Qrono qeyd edib ki, Azərbaycan rəsmiləri ilə görüşlər zamanı tərəflər davamlı sülh sazişinin bağlanması yolunda əldə edilmiş müsbət dinamikanı qoruyub saxlamağın vacibliyini təsdiqləyiblər.
"Biz iki ölkə arasında davamlı sülh yolunda tarixi nəticələrin əldə olunmuş dinamikasını qoruyub saxlamağın zəruriliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək", - o bildirib.

Muxtar Babayev Londonda iqlimlə bağlı tədbirdə diqqəti Xəzər dənizinə yönəldib
London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Böyük Britaniya Hökuməti və Millətlər Birliyi Katibliyinin ev sahibliyi etdiyi "Dalğa Üzərində: Mombasadan (Keniya) Antalyaya (Türkiyə) Okean-İqlim" adlı yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi tədbirdə iştirak edib.
"Dialoq COP31 ərəfəsində okean-iqlim gündəliyi üzrə prioritetləri formalaşdırmağa kömək etmək məqsədilə ardıcıl COP Sədrliklərini və beynəlxalq tərəfdaşları bir araya gətirib", - M. Babayev bildirib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təsirləri regionun hüdudlarından çox kənara çıxan yeni bir iqlim prioriteti kimi diqqəti Xəzər dənizinə yönəldərək, okean və su ilə bağlı çağırışların iqlim gündəliyində daha qabarıq şəkildə öz əksini tapmasının təmin edilməsinin vacibliyini vurğulayıb:
"Beynəlxalq əməkdaşlığın dayanıqlığın gücləndirilməsinə və iqlim maliyyəsinə əlçatanlığın yaxşılaşdırılmasına necə kömək edə biləcəyini nümayiş etdirərək, həssas ölkələrə, o cümlədən İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün COP29 Sədrliyi və Millətlər Birliyi tərəfdaşlığı vasitəsilə praktiki dəstəyin göstərilməsinin vacibliyini də qeyd etdim".

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub
Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Peru ilə Azərbaycan arasında dostluq və diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş bu musiqi gecəsini bizimlə bölüşdükləri üçün Azərbaycanın əziz dostlarına səmimi minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Peru ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü təbrik edib.

Əd-Duleymi: İraq Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan İraq Respublikası Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Feyhan Əd-Duleymi ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan və İraq arasında münasibətlərin ortaq dini və mədəni dəyərlərə əsaslandığı vurğulanıb.
S. Qafarova bildirib ki, hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirir. O, energetika, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib.
Tərəflər qanunverici orqanlar arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm platforma olduğu diqqətə çatdırılıb. Həmçinin Pİ və İƏTPİ çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.
Adnan Feyhan Əd-Duleymi İƏTPİ çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu bildirib.
Qonaq sessiyada müzakirə olunan mövzuların İslam dünyasını narahat edən aktual məsələlərin həllinə töhfə verdiyini, tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
Son illər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, Avropanın enerji təhlükəsizliyində artan rolu, ərazi bütövlüyünün bərpası və regional gücə çevrilməsi ölkəyə münasibətdə beynəlxalq siyasi müzakirələrin intensivləşməsinə səbəb olub.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurları dəstəkləyən qüvvələrlə yanaşı, xüsusilə ölkənin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı bəzi Avropa siyasi dairələri tərəfindən qərəzli siyasi kampaniyaların da şahidi olunur.
V. Rəhimzadə qeyd edib ki, Almaniya Bundestaqının deputatı və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sosial-demokratlar qrupunun rəhbərlərindən olan Frank Şvabe uzun illərdir Azərbaycana qarşı tənqidi mövqeyi ilə seçilən siyasətçilərdən biridir.
Onun fikrincə, F. Şvabenin Azərbaycana dair çıxışları sistemli xarakter daşıyır və müəyyən siyasi dairələrin maraqları ilə üst-üstə düşür:
"Müşahidələr göstərir ki, F. Şvabenin Azərbaycanla bağlı mövqeyi ardıcıl şəkildə tənqidi xarakter daşıyır. Bu baxımdan 2017-ci ildə 'European Strategic Intelligence and Security Center' tərəfindən yayımlanan 'The Armenian Connection' hesabatında bəzi Avropa siyasətçilərinin erməni təşkilatları ilə əlaqələrinə dair məlumatların yer alması diqqət çəkir. Həmin sənəddə Şvabenin də adı qeyd olunub".
Deputat bildirib ki, Şvabe tərəfindən səsləndirilən fikirlər bir sıra beynəlxalq və regional dairələrin Azərbaycana münasibətdə irəli sürdüyü mövqelərlə üst-üstə düşür.
V. Rəhimzadə hesab edir ki, insan hüquqları və demokratiya məsələlərində beynəlxalq təşkilatlar bütün ölkələrə münasibətdə eyni meyarlardan çıxış etməlidir:
"Əgər insan hüquqlarının müdafiəsi beynəlxalq təşkilatların əsas missiyasıdırsa, bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Avropa ölkələrinin özündə də hüququn aliliyi, miqrantların hüquqları, islamofobiya, antisemitizm və jurnalistlərin fəaliyyəti ilə bağlı müxtəlif problemlər mövcuddur. Bu məsələlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır".
Deputatın sözlərinə görə, son illərdə müxtəlif beynəlxalq qurumların hesabatlarında Avropa ölkələrində hüququn aliliyinin zəifləməsi, məhkəmə sisteminə siyasi təsirlər və ayrı-seçkilik halları ilə bağlı narahatlıqlar qeyd olunub.
V. Rəhimzadə AŞPA-nın fəaliyyətinə də toxunaraq bildirib ki, qurumun bəzi qərar və mövqeləri onun obyektivliyi ilə bağlı suallar yaradır:
"Beynəlxalq təşkilatların nüfuzu onların obyektivliyindən asılıdır. Əgər oxşar hadisələrə fərqli yanaşmalar nümayiş etdirilirsə, bu, həmin institutların fəaliyyətinə dair suallar doğurur".
Deputat qeyd edib ki, Azərbaycanın işğal dövründə üzləşdiyi humanitar problemlərə beynəlxalq təşkilatlar tərəfindən lazımi həssaslığın göstərilmədiyini düşünür. O, həmçinin 44 günlük Vətən müharibəsi dövründə bəzi beynəlxalq dairələrin nümayiş etdirdiyi mövqelərin də müzakirə mövzusu olduğunu bildirib.
V. Rəhimzadənin fikrincə, demokratiya və insan hüquqları universal dəyərlərdir və onların selektiv şəkildə tətbiqi beynəlxalq institutların etibarlılığına mənfi təsir göstərir:
"Qərəzli və selektiv yanaşmalar beynəlxalq təşkilatlara ictimai etimadın azalmasına səbəb olur. Bu baxımdan bütün ölkələrə münasibətdə vahid və ədalətli meyarların tətbiqi vacibdir".

Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub
Haaqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Niderland Krallığının XİN-i arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, viza siyasəti, əmək, daxili işlər, ədliyyə və hüquqi yardımın göstərilməsi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə edilib.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN Konsulluq idarəsinin rəisi Emil Səfərov, Niderland nümayəndə heyətinə isə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Konsulluq və viza məsələləri üzrə idarəsinin rəisi Jeron Roodenburq rəhbərlik edib.
Danışıqlar zamanı tərəflər konsulluq istiqaməti üzrə əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq mexanizminin yaradılmasına dair razılıq əldə ediblər.
Eyni zamanda, nümayəndə heyətinin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüş zamanı iki ölkə arasında miqrasiya, readmissiya və digər əlaqədar sahələr üzrə müzakirələr aparılıb və təcrübə mübadiləsi həyata keçirilib.
23 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının və Beynəlxalq Miqrasiya Təşkilatının Niderland Krallığında yerləşən ofislərinin rəhbərləri ilə görüşlər keçirib.
24 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (HCCH) Baş Katibi Kristof Bernaskoni tərəfindən qəbul edilib. Görüş çərçivəsində bu təşkilatın fəaliyyəti barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, Azərbaycanın HCCH-in qoşulduğu beynəlxalq konvensiyaların icrasına və təşkilatla ölkələr arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

-
report.az
- Afrika Qrupu parlament sədrləri Bakıda müzakirə edilən məsələləri yüksək qiymətləndiriblər
Afrika Qrupu parlament sədrləri Bakıda müzakirə edilən məsələləri yüksək qiymətləndiriblər
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) 20-ci sessiyası çərçivəsində Afrika Qrupu parlament sədrlərinin müavinləri ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Burkina Faso Federal Milli Şurasının sədr müavini Tarik Humayt Əl Tahir, Çad Senatının sədr müavini Mbank Hacivoli, Kot-d'İvuar Senatının sədr müavini Sakkoni Torri Sarra, Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini San Hafote Karamba və Mali Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Muhammedou Məhəmməd Osmani iştirak ediblər.
Görüşdə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, tədbirdə müzakirə edilən məsələlərin əhəmiyyəti qeyd edilib. İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer alan mesajlar yüksək qiymətləndirilib.
S. Qafarova Azərbaycanda multikulturalizm və tolerantlıq mühiti, eləcə də İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib.
Tərəflər parlamentlərin ölkələr və xalqlar arasında əlaqələrin inkişafındakı rolunu vurğulayıb, qanunverici orqanlar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Beynəlxalq parlament platformalarında, o cümlədən Pİ, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İƏTPİ çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanimlə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib və münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin və görüşlərin rolu vurğulanıb.
Söhbət zamanı Azərbaycan və Qətərin regional, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da vurğulanıb. Bildirilib ki, ölkələr BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində birgə fəaliyyət göstərir.
Görüşdə parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq bildirilib. Vurğulanıb ki, Qətər parlamenti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirak edir.
S. Qafarova bildirib ki, Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb. O, Azərbaycanın region ətrafında baş verən hadisələr fonunda Cənubi Qafqazda əmin-amanlığın qorunması üçün sülh gündəliyini dəstəklədiyini qeyd edib.
Qətər Dövlətinin Şura Məclisinin sədri İƏTPİ Konfransının 20-ci sessiyasının əhəmiyyətini qeyd edib.
Qonaq bildirib ki, iki ölkənin hökumətləri arasında iqtisadi, ticarət və texniki sahədə birgə komissiya uğurla fəaliyyət göstərir.
O, həmçinin Milli Məclisin nümayəndə heyətlərinin regional və beynəlxalq təşkilatlarda fəal iştirakını vurğulayıb və Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı qonaq Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Haaqada Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Haaqada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Niderland Krallığının XİN-i arasında siyasi məsləhətləşmələr keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.
Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı mövqelərini bölüşüblər.
Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F. Rzayev, həmçinin Niderlandın bir sıra rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən etibarən həyata keçirilir.
Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirib.
Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu deyib.
Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib.
Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.
Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da müzakirə olunub.
Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisi ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Şimali Kipr Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Pİ-nin təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib.
Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar.
S. Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.
Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib.

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.
Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:
"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
"Report" xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib və əlavə edib ki, görüşdə Azərbaycan və NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə edilmiş irəliləyiş qeyd olunub:
"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".

Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib
Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumat yenilənir...

Azərbaycan və Avropa İttifaqı ikitərəfli gündəliyi müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, habelə əldə edilmiş razılıqlar nəzərdən keçirilib.
Nazir müavini Elnur Məmmədov Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi üzrə son inkişaflar barədə qarşı tərəfi məlumatlandırıb. Sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməsinin, öhdəliklərin vaxtında yerinə yetirilməsinin və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin regional və beynəlxalq gündəlikdə yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

-
report.az
- Ceyhun Bayramov və Kuleba Azərbaycan–Ukrayna əməkdaşlığının cari gündəliyini müzakirə edib
Ceyhun Bayramov və Kuleba Azərbaycan–Ukrayna əməkdaşlığının cari gündəliyini müzakirə edib
Polşada keçirilən Ukraynanın Bərpası Konfransı (UCR2026) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının cari gündəliyi və gələcək perspektivləri müzakirə edilib.
Tərəflər ticarət və investisiya sahələri də daxil olmaqla əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də enerji, infrastruktur və yenidənqurma istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin, humanitar təşəbbüslər və iki ölkə arasında daha geniş əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər Azərbaycan və Ukrayna arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, regional sabitlik, dayanıqlı inkişaf və iqtisadi rifahın təmin olunmasına yönəlmiş səylərin dəstəklənməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Azərbaycan-Peru siyasi əlaqələrinin 30 illiyi qeyd olunur
Azərbaycanla Peru arasında bu gün diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiqik. Bu əlamətdar tarixi qeyd edərkən ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində mövqeyimizi bir daha təsdiqləyirik", - deyə məlumatda qeyd edilib.

Ceyhun Bayramov və Feridun Sinirlioğlu Azərbaycan–ATƏT əməkdaşlığını müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.
Belə ki, tərəflər Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edib:
"Cənubi Qafqazda formalaşan regional vəziyyət, davamlı sülh və sabitliyin təmin olunması üçün yaranmış tarixi imkan, həmçinin Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan yeni regional gündəliyin irəlilədilməsi istiqamətində səyləri barədə fikir mübadiləsi apardıq. Qarşılıqlı maraq doğuran məsələlər üzrə ATƏT ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə nazir bildirib.

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.
O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:
"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Azərbaycan İslam dünyasının nüfuzlu və fəal üzvlərindən biri kimi çıxış edir - RƏY
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan İslam dünyasının nüfuzlu və fəal üzvlərindən biri kimi çıxış edir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlə həm islam həmrəyliyinin möhkəmləndirilməsinə, həm də üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir:
"Azərbaycanın təşəbbüsləri İslam dünyasının ortaq maraqlarının müdafiəsinə xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə də şərait yaradır. İƏT Azərbaycanın milli maraqlarının müdafiəsində ən ardıcıl beynəlxalq platformalardan biri olub. Təşkilat uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamə və qərarlar qəbul edib. Xüsusilə, Ermənistanın təcavüzü ilə bağlı yaradılmış İƏT Təmas Qrupunun fəaliyyəti Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Bu baxımdan, İƏT-in siyasi dəstəyi Azərbaycan üçün vacib və mühüm olub".
Deputat qeyd edib ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində həyata keçirilən vandalizm aktları yalnız maddi irsə deyil, həm də İslam mədəniyyətinə qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilir:
"İşğal altında qalmış ərazilərdə yüzlərlə tarixi və dini abidə dağıdılıb, məscidlər təhqir olunub və mədəni irs sistemli şəkildə məhv edilib. 67 məsciddən 65-nin dağıdılması faktı bunun ən bariz nümunəsidir. Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirərək həm tarixi ədaləti bərpa edir, həm də İslam irsinin qorunmasına töhfə verir. Bu siyasət ölkəmizin multikultural və tolerant dəyərlərə sadiqliyinin göstəricisidir".
V.Qafarov qeyd edib ki, Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri də islamofobiyaya qarşı qlobal mübarizədir:
"Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara və İslam dininə qarşı ayrı-seçkilik, nifrət çağırışları və dini təhqirlərin artması ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəli tendensiyanı beynəlxalq təhlükəsizlik və mədəni dialoq üçün risk hesab edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hər hansı dinə qarşı nifrət və ayrı-seçkilik qəbuledilməzdir. Eyni zamanda, bəzi Qərb siyasi dairələrinin və beynəlxalq qurumların İslamı ekstremizm və terrorizmlə əlaqələndirməyə yönəlmiş qərəzli yanaşmaları tənqid edilir. Azərbaycanın mövqeyi dini və mədəni müxtəlifliyə hörmət prinsipinə əsaslanır".
Deputat Azərbaycanın İslam dünyasındakı nüfuzundan söz açıb:
"Ölkəmizin İslam dünyasında artan nüfuzu yalnız siyasi məsələlərlə məhdudlaşmır. Azərbaycan uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində fəal rol oynayır. Bakı şəhərində keçirilən beynəlxalq forumlar, humanitar tədbirlər və İƏT platformaları çərçivəsində təşkil olunan görüşlər ölkəmizin İslam dünyası ilə Qərb arasında körpü rolunu gücləndirir. Bu siyasət Azərbaycanın həm müsəlman ölkələri, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimad münasibətlərinin inkişafına xidmət edir".
O, həmçinin bildirib ki, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etməsi ölkənin İslam aləmində artan nüfuzunun və etimadının göstəricisidir:
"Bu sədrlik dövründə Azərbaycanın əsas məqsədi islam həmrəyliyinin daha da gücləndirilməsi, üzv dövlətlər arasında iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi, həmçinin dayanıqlı və inklüziv inkişaf naminə ortaq təşəbbüslərin təşviqi olacaq. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada fəal və məsuliyyətli aktor kimi mövqeyini daha da möhkəmləndirəcək. Ümumilikdə, Azərbaycan İƏT çərçivəsində həyata keçirdiyi siyasətlə həm milli maraqlarını müdafiə edir, həm də İslam dünyasının birliyinə və inkişafına töhfə verir. Ölkəmizin təşəbbüsləri regional sabitliyin, mədəni irsin qorunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacib elementlərindən biri kimi çıxış edir".

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.
Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, H.Quliyev 2012-ci ildə Azərbaycanın Özbəkistandakı səfiri təyin olunmuşdu.

Azərbaycan Ordusunun yaranma günü Berlində qeyd olunub
Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi və Silahlı Qüvvələrin hərbi attaşelik aparatı Berlində ziyafət təşkil edib.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Almaniya Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, Bundestaqın deputatları, səfirlər, müxtəlif ölkələrin Almaniyadakı hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev qeyd edib ki, həyata keçirilən islahatlar, müasir hazırlıq metodları və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti və peşəkarlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Nəsimi Ağayev Azərbaycan ilə Almaniya arasında uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətlərinin, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Bu il Almaniyada Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının fəaliyyətə başlamasının 20 illiyinin qeyd edildiyi vurğulanaraq, bunun müdafiə sahəsində əlaqələrin inkişafına töhfələri xüsusi vurğulanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi polkovnik Əhməd Qafarov bildirib ki, müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində vahid komandanlıq sistemi formalaşdırılıb və ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilıb.
Çıxışda, həmçinin Azərbaycanın qlobal təhlükəsizliyə mühüm töhfələr verdiyi, Almaniya ilə hərbi sahədə əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.

TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Niyyət Protokolu imzalanıb
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.
"Report" xəbər verir ki, protokolu TÜRKPA-nın Baş katibi Ramil Həsən və QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan imzalayıblar.
TÜRKPA Beynəlxalq Katibliyində keçirilən imzalama mərasimində çıxış edən Baş katib Qlobal Tolerantlıq və Sülh Şurası ilə münasibətlərə yüksək dəyər verdiyini bildirib. O, dostluğun, qarşılıqlı əməkdaşlığın, sülhün və əmin-amanlığın təşviqinə xidmət edən QTSŞ-nin bu günədək dünyanın 40-dan çox parlamenti və beynəlxalq təşkilatı ilə Niyyət Protokolu imzaladığını qeyd edib.
Baş katib vurğulayıb ki, parlament diplomatiyasının mühüm istiqamətlərindən biri olan beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafı baxımından bu sənəd faydalı və nümunəvi bir əməkdaşlıq modeli təşkil edir.
Birgə beynəlxalq konfransların təşkili və müxtəlif beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin vacibliyinə diqqət çəkən cənab Ahmed Bin Mohammad Al-Jarwan, imzalanmış sənədin TÜRKPA ilə münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Ramil Həsən isə bildirib ki, Niyyət Protokolu tərəflər arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə xidmət edən birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Azərbaycan XİN Venesuelaya başsağlığı verib
Azərbaycan XİN Venesuelaya başsağlığı verib
Biz Venesuelada baş verən, faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik.
Qurbanların ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik.
Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq.

-
report.az
- Haşim Kamil Mustafa: Türkman irsini qorumağın ən effektiv yolu milli kimliyə sahib çıxmaqdır
Haşim Kamil Mustafa: Türkman irsini qorumağın ən effektiv yolu milli kimliyə sahib çıxmaqdır
Türkman irsini qorumağın ən effektiv yolu dilə, tarixə və milli kimliyə sahib çıxmaqdır.
"Report" xəbər verir ki, bunu İraq Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, türkman irsinin yaşadılması üçün onun gələcək nəsillərə ötürülməsi qaçılmazdır: "Gənclərin bu sahəyə olan marağını artırmalı, türkman tarixini, mədəniyyətini yaşatmalıyıq".
Mərkəz sədri qeyd edib ki, digital platformalarda bu istiqamətdə maarifləndirmə tədbirləri genişləndirilməlidir: "Türkman irsini qorumağın ən effektiv yolu dilə, mədəniyyətə, milli kimliyə sahib çıxmaqdır".

-
report.az
- Xalid İsmayıl: Azərbaycan Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir
Xalid İsmayıl: Azərbaycan Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir
Azərbaycan Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm təşəbbüslərə çıxış edən ölkələrdən biridir.
"Report" xəbər verir ki, bunu Livandakı "Azərbaycan Evi"nin rəhbəri Xalid İsmayıl "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, türk xalqlarının ortaq mədəni irsi gələcək nəsillərə ötürülməlidir:
"Bu gün Bakıda ortaq gələcəyimizi müzakirə etmək üçün toplaşmışıq. Mədəni irsin gələcək nəsillərə ötürülməsi önəmlidir. Burada vətəndaş cəmiyyətinin rolu əsasdır".
X.İsmayıl qeyd edib ki, "Livan Azərbaycan Evi" iki ölkə arasında əlaqələrin inkişafı üçün davamlı səylər göstərir:
"Azərbaycan ilə Livan arasında dostluğun inkişafına, Azərbaycan həqiqətlərinin çatdırılmasına və Türk dünyasının müxtəlif icmaları arasında mədəni körpülərin qurulmasına çalışırıq. Qarşılıqlı əməkdaşlıq, mədəni rəngarənglik və gənclər arasında əlaqələrin genişləndirilməsinin ortaq gələcəyimizin əsas təməli olacağına inanırıq. Bu gün qarşıda duran əsas məsələlərdən biri də milli-mədəni irsimizin qorunmasını gücləndirməkdir".

Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək.
"Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, layihə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində həyata keçiriləcək:
"Eyni zamanda, Azərbaycanın təşkil etdiyi yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət olunub. Bütün bu inkişaflar Suriya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və hərbi əlaqələr və ticarət əlaqələrinin gündən-günə daha da gücləndiyini göstərməkdədir".

Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycanla Rusiyanının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.
Görüş əsnasında həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək.
"Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Suriyanın yanında olub:
"Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb. Azərbaycanın humanitar yardımları müharibə fəlakətlərin aradan qaldırılmasına mühüm töhfə verib. Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib".
Deputat bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərdə böyük önəm daşıyıb:
"Dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda, Suriyaya yeni dövründən sonra həyata keçirilən ilk prezident səfəri olub. Bu baxımdan səfər tarixi əhəmiyyətə malikdir".

İƏT ölkələri qarşılıqlı ticarət və investisiyalardakı maneələri aradan qaldırmağa çağırıb
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçıları inkişafa dəstək olmaq və İslam dünyasının qarşısında duran çoxsaylı çağırışların öhdəsindən gəlmək üçün İslam dövlətlərinin iqtisadi əməkdaşlığının, inteqrasiyasının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
"Report" xəbər verir ki, bu, konfransın yekunlarına əsasən qəbul edilmiş Bakı Bəyannaməsində öz əksini tapıb.
Sənəddə davamlı, şaxələndirilmiş, dayanıqlı və inklüziv iqtisadi artımın təşviqi, investisiyaların, sənaye əməkdaşlığının artırılması və regional istehsal-satış zəncirlərinin inkişafı yolu ilə İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə sadiqlik təsdiq edilib.
"Üzv dövlətlərin parlamentlərini İƏT çərçivəsində qarşılıqlı ticarət və investisiyalarda maneələrin aradan qaldırılmasına, ticarətin asanlaşdırılması üzrə tədbirlərin inkişafına, gömrük əməkdaşlığının genişləndirilməsinə və İƏT-in mövcud ticari-iqtisadi mexanizmlərinin effektiv şəkildə icrasına töhfə verməyə çağırırıq", - bəyanatda qeyd olunub.
XƏBƏR YENİLƏNİR

Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır
Azərbaycan dünən olduğu kimi, bu gün də ümumtürk irsinin qorunduğu əsas ünvandır.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, türkman irsi əsrlər boyu yaşadılmış, qorunmuş və bu günə daşınmış qiymətli ənənədir:
"Bu irsi qorumaq sadəcə keçmişi yaşatmaq deyil, həm də köklərimizdən güc alaraq gələcəyə uzanan körpünü möhkəmləndirmək deməkdir. Bu məsuliyyəti daşıyanlar, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarıdır. Dövlət müvafiq imkanlar yarada bilər, lakin irsin nəsildən-nəslə ötürülməsi üçün ictimai həmrəylik, təşəbbüskarlıq və əməkdaşlıq əsas şərtdir. Bu sahədə əldə olunan uğurlar da məhz belə bir əməkdaşlığın nəticəsidir".

-
report.az
- Ülvi Mehdiyev: Azərbaycanın dövlət xidmətləri modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Ülvi Mehdiyev: Azərbaycanın dövlət xidmətləri modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Azərbaycanın dövlət xidmətləri modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən BMT-nin Dövlət Xidməti Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2015-ci ildən etibarən forumda "ASAN xidmət" modeli ilə təmsil olunur və ölkənin bu intellektual brendi beynəlxalq ictimaiyyətə təqdim edilir.
"Xatırlatmaq istərdim ki, məhz 2015-ci ildə BMT-nin Dövlət Xidməti Forumunda Azərbaycanın "ASAN xidmət" modeli dövlət xidmətləri sahəsində dünyanın ən yaxşı təcrübəsi kimi birinci yerə layiq görülmüşdü. Həmçinin forum Qafqaz regionunda ilk dəfə 2019-cu ildə Azərbaycanda keçirilib", - deyə Ü.Mehdiyev qeyd edib.
O vurğulayıb ki, Tbilisidə keçirilən builki forum Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, ölkənin daha bir dövlət qurumu beynəlxalq mükafata layiq görülüb:
"Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı əldə etdiyi uğurlara verilən beynəlxalq və mötəbər qiymətdir. Forum çərçivəsində Azərbaycanın mükafat qazanması bizim üçün qürurverici hadisədir".
Agentlik sədri qeyd edib ki, BMT-nin Dövlət Xidməti Forumu dövlət xidmətləri sahəsində fəaliyyət göstərən ekspertləri, eləcə də müxtəlif ölkələrin müvafiq dövlət qurumlarını bir araya gətirən mühüm beynəlxalq platformadır.
Ü.Mehdiyevin sözlərinə görə, Azərbaycan modelinin bu platformada yüksək qiymətləndirilməsi ölkədə həyata keçirilən dövlət və sosial siyasətə, eləcə də bu sahədə aparılan islahatlara verilən beynəlxalq etimadın göstəricisidir.

-
report.az
- Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müxbir: Sevil Seymur
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdanskda Ukraynanın bərpası üzrə Konfrans çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.
Bu barədə "Report" Polşa Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.
Bundan başqa, nazirlər Ukraynaya dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin Cənubi Qafqazdakı vəziyyəti, regionda cərəyan edən prosesləri və baş verənlərin Azərbaycan tərəfindən qiymətləndirilməsini nəzərdən keçiriblər.

-
report.az
- İƏT Parlament İttifaqı Konfransının iştirakçıları İran və ABŞ arasındakı razılaşmaları alqışlayır
İƏT Parlament İttifaqı Konfransının iştirakçıları İran və ABŞ arasındakı razılaşmaları alqışlayır
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçıları İran və ABŞ arasında münaqişənin dayandırılması barədə son razılaşmanı alqışlayıblar.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən ikigünlük sessiyanın yekunlarına dair qəbul edilmiş bəyannamədə qeyd olunub.
"İran və ABŞ arasında münaqişənin dayandırılması barədə razılaşmanı alqışlayırıq. Regional, eləcə də beynəlxalq sülh və təhlükəsizlik naminə bu razılaşmanın tam icra olunacağına ümid etdiyimizi bildiririk", - sənəddə vurğulanıb.
Bundan əlavə, sessiya iştirakçıları müxtəlif ölkələrdə islamofobiyanın təzahürlərinin artması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
XƏBƏR YENİLƏNİR

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram".

Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilib - YENİLƏNİB
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.
"Report" xəbər verir ki, Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar" adlı panel müzakirəsi baş tutub.
Paneldə çıxış edən Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev deyib ki, İraqda türkmanların varlığı qədim dövrlərə gedib çıxır:
"Mən təklif edirəm ki, Kərkükşünaslıq fakültəsi təsis edilsin. Azərbaycan Ədəbiyyatı Muzeyində İraq-Türkman ədəbiyyatı ilə bağlı ekspozisiya yaradılsın. Dövlət Universitetlərində iraq-türkman gənclərinin təhsil alması üçün şərait yaradıla bilər. İraq-türkman ədəbiyyatının, mədəniyyətinin təbliğinə geniş yer verməlidir. Həmçinin Kərkükdə Azərbaycan adına qəzet açılmalıdır, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək üçün telekanal da açıla bilər. Əlavə olaraq düşünürəm ki, Kərkükdə Azərbaycan konsulluğunun açılması da məqsədəuyğundur".
İraqın Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili vurğulayıb ki, sözügedən istiqamətdə aparılan danışıqların nəticəsini görmək üçün artıq icra mərhələsinə keçilməlidir:
"Bu bizim gələcək nəsillərə ötürəcəyimiz miras üçün önəmlidir. Kərkükdə, İraqda və digər yerlərdə müxtəlif birgə layihələr yaradıla bilər".
O, Azərbaycan evinin Kərkükdə, Hələbdə açılacağına ümid etdiyini qeyd edib.
Paneldə çıxış edən Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan deyib ki, gələcək nəsillərə bu irs ötürülməlidir:
"Artıq muzeylərdən, kitablardan əlavə texnologiyadan istifadə edərək maarifləndirmə tədbiri həyata keçirilməlidir".
İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm öz çıxışı zamanı diaspora fəaliyyətinə toxunub:
"Bunun üçün QHT-lər də fəaliyyət göstərməlidir. Daha çox mübarizə aparmaq lazımdır".
Tədbir bədii hissə ilə başa çatıb.
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir.
"Report" xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar!" adlı paneldə türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul olunub
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında Bakı bəyannaməsi qəbul edilib.
"Report" xəbər verir ki, mətni Milli Məclisin deputatı Ceyhun Məmmədov oxuyub.
Tədbir iştirakçıları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyi bir daha təsdiq ediblər.
Qeyd olunub ki, İƏT Parlament İttifaqının parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə, ortaq dəyərlərin təşviqinə, dialoqun, qarşılıqlı anlaşmanın və qlobal çağırışların həllində birgə fəaliyyətin inkişafına töhfə verməyə davam edəcək.
Bəyannamədə Fələstin məsələsinin bütün İslam ümməti üçün mərkəzi əhəmiyyət daşıdığı və Fələstin xalqının hüquqlarına dəstək qeyd olunub. Sənəddə həmçinin artmaqda olan islamofobiya ilə bağlı dərin narahatlıq ifadə edilib, din və ya etiqad zəminində törədilən bütün zorakılıq aktları, nifrət nitqini və dini ayrı-seçkilikdən qaynaqlanan ekstremizm qətiyyətlə pislənilib.
Sessiya iştirakçıları beynəlxalq ictimaiyyəti milli və qlobal səviyyədə ekstremizm, nifrət nitqi, dinlərin təhqiri, mənfi stereotipləşdirmə və insanların dininə, etiqadına və ya etnik mənsubiyyətinə görə damğalanması ilə mübarizə aparmaq üçün təsirli tədbirlər görməyə çağırıblar.
Bəyannamədə Kipr türk müsəlmanlarının öz ayrılmaz hüquqlarını təmin etmək istiqamətində səylərinə dəstək bildirilib. Kipr probleminin danışıqlar yolu ilə, qarşılıqlı məqbul, ədalətli, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyi vurğulanıb. Həmçinin onlara tətbiq edilən ədalətsiz təcridin aradan qaldırılması məqsədilə Kipr türk müsəlmanları ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edilib.

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycandadır
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycanda səfərdədir.
Bu barədə "Report"a diplomatik mənbə məlumat verib.

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
"Report" xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.
Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib və bununla da sessiya işini yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası işini davam etdirir.
"Report" xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.
Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi sessiya bu gün yekunlaşacaq.

-
report.az
- Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonda beynəlxalq ictimaiyyətə tanıdılıb
Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonda beynəlxalq ictimaiyyətə tanıdılıb
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Report" xəbər verir ki, bu barədə BTQ-dən bildirilib.
Qeyd edilib ki, Konqresdə keçirilən bu tədbir azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və Qərbi Azərbaycan kökənli həmvətənlərimiz iştirak edib.
Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılmasının vacibliyini vurğulayıblar.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi və bu xüsusda qeyd olunan pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi tələb olunub.
Tədbiri ABŞ-də fəaliyyət göstərən erməni mediasının nümayəndələri, o cümlədən Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də zaldan izləyiblər. Lakin tədbirin gedişi zamanı hər hansı insident qeydə alınmayıb. Konfransda çıxış edən ABŞ-də yaşayan Qərbi Azərbaycan əsilli həmvətənlərimiz öz şəxsi hekayələrini və qaçqınlıq təcrübələrini bölüşərək, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların yaşadığı humanitar faciəni təqdim ediblər. Zikh icmasının nümayəndələri isə təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüququnun yalnız humanitar məsələ deyil, həm də fundamental insan hüququ və tarixi ədalətin bərpası məsələsi olduğunu vurğulayıblar. Eyni zamanda, tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Cammal və "Our Sister Our Brother" təşkilatının təsisçisi və baş icraçı direktoru Metyu Stevart çıxış edərək, etnik zəmində ayrı-seçkiliyin, məcburi didərginliyin və hüquq pozuntularının yolverilməzliyini qeyd etmiş, didərgin salınmış icmaların hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda eşidilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinə diqqət çəkiblər.
Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır. Sənəddə Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququna beynəlxalq dəstəyin göstərilməsi, onların əmlak hüquqlarının bərpası və mədəni irsinin qorunmasının vacibliyi qeyd edilir.
Bununla yanaşı, müraciətdə Zikh icmasının və Niderland müstəmləkəçiliyi altında olmuş ərazilərin xalqlarının hüquqları ilə bağlı narahatlıqlar da əksini tapır, bu məsələlərin ABŞ Konqresi diqqətə alınmasına çağırış olunur. Müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və universal insan hüquqlarının selektiv yanaşmalardan kənar, vahid və prinsipial əsaslarla müdafiəsinin vacibliyi vurğulanır.

XİN Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Sloveniya hökumətini və xalqını Dövlətçilik Günü münasibətilə təbrik edirik. Dövlətçilik Gününüz mübarək olsun, Sloveniya!", - deyə paylaşımda qeyd edilib.

"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən BMT-nin Dövlət Xidməti Forumunda iştirak etmək məqsədilə səfərdədir.
"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb.
Dövlət agentliyinin sədri sonra forumun açılış mərasimində iştirak edib. "Dövlət institutlarının transformasiyası: innovasiyanın, iştirakçılığın və inklüzivliyin inkişafı" mövzusuna həsr olunan tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua və müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Ü.Mehdiyev Forum çərçivəsində Şri-Lanka və Banqladeşin müvafiq sahə üzrə fəaliyyət göstərən nazirləri, eləcə də Gürcüstanın ədliyyə naziri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı "ASAN Xidmət" modelinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat təqdim olunub. Şri-Lanka və Banqladeş tərəfləri bu modelin öz ölkələrində tətbiqinə maraq göstərdiklərini bildiriblər.
Gürcüstanın ədliyyə naziri ilə keçirilən görüşdə isə forumun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklər çatdırılıb, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ü.Mehdiyevin Gürcüstana səfəri davam edir.

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
ABŞ Konqresində keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb.
Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir.
Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub.
Müraciətdə, həmçinin siqh icmasının hüquqları, eləcə də Aruba, Kurasao, Sent-Martin, Sint Eustatius və Saba xalqlarının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələlərə toxunulub. Konfrans iştirakçıları bu icmaların dini, mədəni və dil kimliklərini qorumaq, siyasi və konstitusion gələcəkləri barədə mövqelərini sərbəst ifadə etmək hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Hindistan hökuməti tərəfindən siqh icmasının nümayəndələrinə qarşı ayrı-seçkilik, təzyiq, fundamental azadlıqların məhdudlaşdırılması və transmilli repressiya iddialarının qərəzsiz və hərtərəfli araşdırılmasına çağırış edilib.
Konfrans iştirakçıları müraciətdə qaldırılan məsələlərin ABŞ Konqresində müzakirəyə çıxarılmasını xahiş edərək, xüsusilə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinə çağırıblar. Onlar Konqres üzvlərinin bu məsələlərlə bağlı cavab və dəstəyini gözlədiklərini bildiriblər.
Xatırladaq ki, Vaşinqtonda Konqres binasında "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.

-
report.az
- Azərbaycan və Seneqal nümayəndələri parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər
Azərbaycan və Seneqal nümayəndələri parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər
Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə deputat Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Seneqal Milli Assambleyasının deputatı, nümayəndə heyətinin rəhbəri Elhaci Ababakar Tambedu Azərbaycanda müşahidə edilən sabitlik və təhlükəsizlik mühitini yüksək dəyərləndirib. İki ölkə arasında əlaqələrin yalnız parlament sahəsində deyil, digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Elhaci Ababakar Tambedu Bakıda keçirilən İƏTPİ Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkil edildiyini, tədbirdə müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Söhbət zamanı deputatlar Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafının, habelə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycanla Seneqal arasında mövcud dostluq münasibətləri, parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq parlament platformalarında müntəzəm təmasların əməkdaşlığın inkişafına töhfə verdiyi söylənilib.
Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Azərbaycanla İran arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S. Qafarova İƏT Pİ-nin mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.
Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub. S. Qafarova ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub.
İran parlamentinin sədri göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.
Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.
Məhəmməd Baqir Qalibaf regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sinqh: Hindistan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır - YENİLƏNİB-4
Müstəmləkəçi dövlətlər qitələr boyunca süni sərhədlər çəkib, icmaları bir-birindən ayırıb, xalqları köçürüb və onları imperiyaların maraqlarına xidmət edən siyasi sistemlərə daxil edib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Kanadada "Sikh Federation International" təşkilatının hüquq müşaviri Virrinq Prabjot Sinqh Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bu gün bir çox yerlərdə formal müstəmləkə idarəçiliyi sona çatsa da, onun yaratdığı siyasi strukturlar hələ də qalmaqdadır", - o bildirib.
Sinqhin sözlərinə görə, Hindistan bunun nümunələrindən biridir.
"Müasir Hindistan dövləti Britaniya imperiyasının qurduğu inzibati sistem üzərində formalaşıb. 1947-ci ildə hakimiyyət təhvil verilsə də, müstəmləkə dövrünün bir çox idarəetmə mexanizmləri olduğu kimi saxlanılıb. Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların, o cümlədən sikhlərin, manipurluların və naqalıların öz müqəddəratını təyinetmə hüququnu tanımır. Halbuki bu hüquq beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. Sikh xalqının öz tarixi, vətəni, dili və siyasi kimliyi var. Biz sadəcə dini azlıq deyilik. Biz vaxtilə öz dövlətçiliyi və suverenliyi olmuş bir xalqıq", - o əlavə edib.
Virrinq Prabjotun sözlərinə görə, dekolonizasiya hakimiyyətin birindən digərinə keçməsi deyil, bu, xalqların öz siyasi gələcəyini müəyyən etmək imkanının tanınmasıdır: "Cənubi Asiyada davamlı sülhün yolu da məhz öz müqəddəratını təyinetmə hüququndan keçir. Əsas sual bu hüququn mövcud olub-olmaması deyil. Bu hüquq artıq tanınıb. Əsas sual beynəlxalq ictimaiyyətin bu prinsipi bütün xalqlara eyni şəkildə tətbiq edib-etməyəcəyidir".
Köləlik və transatlantik qul ticarəti bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Aruba Milli Köləlik İrsi Platformasının prezidenti Şirli Keyns Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Niderland BMT-də bu məsələ ilə bağlı keçirilən səsvermədə Aruba, Kurasao və Sent-Martinlə məsləhətləşmədə bitərəf qalıb.
"Əgər bizim səsimiz bu qədər mühüm məsələlərdə eşidilmirsə, o zaman Niderland necə Krallıqdan danışa bilər? Bizim tarixi travmalarımızla bağlı məsələlərdə belə söz haqqımız yoxdur. Mən bunu beynəlxalq hüququn seçici şəkildə tətbiq olunması hesab edirəm. Bu gün bizim keçmişimiz, ağrılarımız və tariximiz haqqında araşdırmaları əsasən Niderland institutları aparır",- o bildirib.
Bu gün müstəmləkəçilik keçmişdə öyrədildiyi formada görünmür, bəzən konstitusiyalar, nəzarət mexanizmləri, maliyyə nəzarəti və "muxtariyyət" kimi səslənən anlayışların arxasında gizlənir.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "One SXM" təşkilatının katibi, Sent-Martin hökumətinin keçmiş müşaviri Alston Lourens Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Karib dənizində yerləşən Sent-Martin adası bunun bariz nümunəsidir.
"Ada iki hissəyə bölünüb və iki fərqli müstəmləkə idarəçiliyinin təsiri altındadır. Buna baxmayaraq, burada yaşayan insanlar öz birliklərini, ortaq kimliklərini və ortaq gələcəklərini qoruyurlar. Bu gün də beynəlxalq münasibətlərə kim nəzarət edir? Krallıq. Son qərarı kim verir? Krallıq. Yerli hökumətlər isə yalnız müəyyən həddə qədər sərbəst hərəkət edə bilir. Əgər insanlar öz gələcəklərini təzyiq, asılılıq və qorxu olmadan müəyyən edə bilmirlərsə, bu tam öz müqəddəratını təyinetmə deyil. Muxtariyyət azadlıq demək deyil. Müxtəlif bayraqlar və hüquqi sistemlər ola bilər, amma məntiq eynidir: kiçik xalqlara yalnız böyük güc icazə verdiyi qədər öz işlərini idarə edə bilir",- o bildirib.
XX əsr boyu - 1905-ci ildən başlayaraq, 1991-ci ilə qədər qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıblar.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mövzunun müəyyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətə hələ də kifayət qədər düzgün çatdırılmasına imkan verilmir.
"Bakı Təşəbbüs Qrupu olaraq digər vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çağırış edərək bildiririk ki, 1991-ci ilə qədər davam edən etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qüvvələr və təşkilatlar beynəlxalq təşkilatlar qarşısında cavab versinlər", - o əlavə edib.
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edir.
Tədbir iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə, həmçinin müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılacaq.

Azərbaycan və Oman arasında əməkdaşlıq imkanları müzakirə edilib
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Görüşdə qanunverici orqanların beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub.
O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.
S. Qafarova Omanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.
Əl-Maavali İƏT-nin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin əsassız cavablarını rədd edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, "Dağlıq Qarabağdan köçürülmüş" ermənilərə dəstək, "erməni məhbuslarının taleyi və onların azad edilməsi", "erməni dini və mədəni irsi," "Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları", habelə "Azərbaycanda insan hüquqları" kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.
Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir.
Cavablarda Ermənistanın təhlükəsizliyi, "Dağlıq Qarabağdan olan ermənilər", "Azərbaycanda saxlanılan erməni əsilli şəxslər" kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur.
Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.
"Erməni əsirləri və saxlanılan şəxslər" barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.
Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin "erməni mədəni və dini irsi" ilə bağlı iddiaları şərh etməsi gülüncdür.
Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.
Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur.
MƏLUMAT YENİLƏNİR

İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə İranda müharibənin dayandırılmasını Azərbaycanda sevinc hissi ilə qarşılandığını deyib.
"Report"un məlumatına görə, dövlət başçısı bununla bağlı Azərbaycan tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.

-
report.az
- İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İran İslam Şurası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.
Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.
Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladı.
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd etdi.
Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin, eyni zamanda, ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxundu.
Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.
Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür etdi.
Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirdi. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirdi. Məhəmməd Baqir Qalibaf qeyd etdi ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olundu, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulandı.
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.

-
report.az
- Mahinur Özdemir Göktaş: Türkiyə və Azərbaycan Prezidentləri ailə institutunu strateji məsələ hesab edirlər
Mahinur Özdemir Göktaş: Türkiyə və Azərbaycan Prezidentləri ailə institutunu strateji məsələ hesab edirlər
Türkiyə və Azərbaycan Prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ailə institutunun gücləndirilməsini cəmiyyətin gələcəyi üçün strateji məsələ hesab etmələri və bu sahədə işə verdikləri əhəmiyyət ortaq iradəni, əməkdaşlığa dair güclü anlayışı nümayiş etdirir.
Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
O qeyd edib ki, bu məsələdə Türkiyə və Azərbaycan sıx dialoq qurub və əməkdaşlıq edir:
"Ailə institutu Türk dünyasının ortaq dəyərlərini və sosial əlaqələrini gücləndirən ən vacib elementlərdən biridir. Ailənin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı Azərbaycanla güclü ortaq bir baxışımız var".
O qeyd edib ki, ailəyə yönəlmiş əməkdaşlığın institusionallaşdırılmasına və TDT-nin himayəsində ortaq bir fəaliyyəti inkişaf etdirməyə böyük əhəmiyyət verirlər:
"TDT çərçivəsində Sosial Siyasətdən Məsul Nazirlərin Görüşlərinin həyata keçirilməsi və "Qloballaşan Dünyanın Risklərinə Qarşı Ailəmiz Gələcəyimizdir" mövzusunda TDT-nin Sosial Siyasətdən məsul nazirlərinini ilk görüşünün keçirilməsi türk dünyasında ailəyə yönəlmiş ortaq yanaşmanın inkişaf etdirilməsində mühüm mərhələlər olub. Bu kontekstdə, əsasən Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində "Türk dünyasnın ailə hədəfləri"nin yaradılması istiqamətində işimizi davam etdiririk".
Göktaş vurğulayıb ki, ailə institutunun qorunması və gücləndirilməsi, demoqrafik risklərə qarşı ortaq siyasətlərin hazırlanması və ailəyə uyğun təcrübələrin paylaşılması kimi məsələlərdə ortaq bir perspektiv yaratmağı hədəfləyirlər:
"Ailə strukturunun üzləşdiyi qlobal çətinliklər, demoqrafik transformasiyalar və sosial dəyişikliklər qarşısında ailə mərkəzli siyasətləri genişləndirmək və bu məsələ ilə bağlı beynəlxalq məlumatlılığı artırmaq üçün dost və qardaş ölkələrlə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik".
Azərbaycanla əməkdaşlığın davam etdirilməsi ilə planlara toxunan Göktaş vurğulayıb ki, növbəti dövr üçün yeni fəaliyyət planlarının yaradılması üzərində iş mövcud əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyən qarşılıqlı məsləhətləşmələr və qiymətləndirmələrlə uyğun olaraq davam edir:
"2026-cı ildə növbəti üç ili əhatə edən iki ayrı fəaliyyət planı imzalamağı hədəfləyirik. İnanıram ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq güclü əlaqələri daha da möhkəmləndirəcək və ortaq məqsədlərə doğru işimizə dəyərli töhfələr verəcək".

Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak üçün Polşaya gedib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Tariq Altayer: Mövcud çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını tələb edir
Mövcud çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını tələb edir
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, yaranmış şəraitdə əsas diqqət İslam ölkələrinin iqtisadi imkanlarının genişlənməsinə, beynəlxalq əməkdaşlığın və inteqrasiyanın möhkəmlənməsinə, hərtərəfli və gələcəyə hesablanmış layihələrin həyata keçirilməsinə yönəldilməlidir:
"Hazırda qarşıda duran əsas vəzifə təkcə mövcud böhranları həll etmək deyil, həm də mövcud çağırışları ölkələrin güclənməsinə yönəldə bilməkdir. Həmçinin indiki çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını və qarşıdurma risklərinin azaldılmasını tələb edir.
Eyni zamanda, hüquqi sistemdən kənara çıxmamaq, vətəndaşlara dəstəyin artırılması, BMT prinsiplərinə uyğun fəaliyyət göstərilməsi də mühüm tələblər sırasındadır. Bu məqsədlə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xalqların hərtərəfli inkişafının təmin olunması, əməkdaşlığın dərinləşdirilməsi və ərəb ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi vacibdir".
BƏƏ parlamentinin vitse-spikeri əlavə edib ki, davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün müxtəlif məsələlər üzrə əməkdaşlığın fəallaşdırılması zəruridir.

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.
Gələcəkdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğuladı.
Qəbula və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Numan Kurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edbi.
Qonaq Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, dövlətimizin başçısının tədbir iştirakçılarına ünvanlandığı müraciətin zəngin məzmunlu olduğu deyib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq, ölkələr arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirildi və bu, birgə sərvətimiz kimi qiymətləndirilib.
Ölkələr arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.
Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.

Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Konfransı keçirilib
Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin konfransında iştirak edib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, konfransda məhkəmələrə ictimai etimadın artırılması, məhkəmə müstəqilliyinin təmin edilməsi, məhkəmə proseslərində və məhkəmə aparatının fəaliyyətində süni intellekt texnologiyalarının hazırkı və gələcək tətbiqi, habelə məhkəmələrin ictimaiyyəti narahat edən məsələlərə münasibəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Çingiz Əsgərov Azərbaycanda həyata keçirilən hüquqi islahatlar, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, eləcə də məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Konfrans çərçivəsində iştirakçılar müxtəlif ölkələrin məhkəmə sistemlərində həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesləri və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində əldə olunan nəticələr barədə təcrübə mübadiləsi aparıblar. Müzakirələr zamanı müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran çağırışlar, ictimai etimadın gücləndirilməsi və yeni texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Konfransı 2011-ci ildən etibarən keçirilir və region ölkələrində aparılan məhkəmə islahatlarının müzakirəsi, habelə qabaqcıl təcrübələrin paylaşılması üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

-
report.az
- Şimali Kipr parlamentinin sədri: Adadakı problemin həlli iki suveren dövlətin tanınmasından keçir
Şimali Kipr parlamentinin sədri: Adadakı problemin həlli iki suveren dövlətin tanınmasından keçir
Kipr məsələsinin yeganə ədalətli və davamlı həlli yalnız adadakı mövcud reallıqların, yəni iki ayrı suveren dövlətin qəbul edilməsi ilə mümkündür.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Məclisinin sədri Ziya Öztürklər Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması davamlı həll üçün əsas və zəruridir:
"Kiprin yunan kəsiminin hakimiyyəti adada həll yoluna maneə törədərək Şimali Kiprlə tərəfdaşlığa girmək istəmədiyini dəfələrlə və açıq şəkildə nümayiş etdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan iki dövlətli həll" mövqeyini hər forumda dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk".

-
report.az
- "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" mövzusu müzakirə olunub
"Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" mövzusu müzakirə olunub
Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) təşəbbüsü ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar, QAİ üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
QAİ sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, Azərbaycan son onilliklər ərzində qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir.
Çıxışçılar son dövrlərdə regionda müşahidə olunan sülh təşəbbüslərinə də toxunublar.
Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa "Qaçqınlığın tarixi aspektləri (1828–1991-ci illər)" mövzusunda çıxış edərək Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya tarixindən və bu prosesin nəticələrindən bəhs edib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov "Qayıdışın hüquqi aspektləri" mövzusunda məruzə ilə çıxış edərək beynəlxalq hüququn qayıdış hüququnu tanıyan norma və prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev qayıdış məsələsinin ictimai rəydə yeri və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev isə qayıdış prosesinin siyasi-diplomatik aspektlərini təhlil edərək beynəlxalq müstəvidə aparılan fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Tədbirin yekununda Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, professor Vaqif Şadlinski çıxış edərək qaçqınlıq həyatı yaşamış bir şəxs kimi doğma yurdlara qayıdışla bağlı gözləntilərini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini və gələcək fəaliyyət üçün tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüquqla tanınan fundamental insan hüquqlarının təmin olunması məsələsidir.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına qovuşmasına və regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2000-ci il 4 dekabr tarixli qətnaməsinə əsasən, hər il iyunun 20-si dünyada qaçqınların problemlərinə diqqətin artırılması məqsədilə Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur.

-
report.az
- Fariz İsmayılzadə: Azərbaycan yeni regional təşkilatların yaradılmasında əsas təşəbbüskarlardandır
Fariz İsmayılzadə: Azərbaycan yeni regional təşkilatların yaradılmasında əsas təşəbbüskarlardandır
Azərbaycan yeni regional təşkilatların yaradılmasında əsas təşəbbüskarlardan biridir.
"Report" xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda "Azərbaycanın orta güc kimi regional və qlobal rolunun təzahürləri" adlı paneldə çıxışı zamanı deyib.
O bu kontekstdə Azərbaycan diplomatiyasının olduqca önəmli əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:
"Azərbaycan Cənubi Qafqazda sülh təşəbbüsünün yaradıcısı olmaqla yanaşı, onu inkişaf etdirən dövlətdir. Eləcə də Azərbaycanın bir çox münaqişələr üçün danışıqların mərkəzinə çevrildiyini də görürük. Bir sözlə, illər keçdikcə Azərbaycanın regionda sülhməramlı missiyası və mediatorluğu artır".
F.İsmayılzadə Azərbaycanın müxtəlif inkişaf proqramlarında iştirakını sülhə töhfə verən amil kimi dəyərləndirib.
"Azərbaycanın enerji və nəqliyyat siyasəti də bu gün beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Regiondakı gərginlik fonunda Azərbaycan hava nəqliyyatı məsələsində də önəmli faktor olduğunu isbat edib", - o vurğulayıb.

-
report.az
- Əziz Ələkbərli: Sülh danışıqları çərçivəsində Qərbi Azərbaycana qayıdış məsələsinə də aydınlıq gətirilməlidir
Əziz Ələkbərli: Sülh danışıqları çərçivəsində Qərbi Azərbaycana qayıdış məsələsinə də aydınlıq gətirilməlidir
Əgər insanlar öz doğma yurdlarına qayıtmaq imkanından məhrum edilərsə, bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağından danışmaq çətin olar.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, QAİ təkcə son deportasiya dövründə deyil, son iki yüz il ərzində tarixi torpaqlarında yaşamış soydaşların üzləşdiyi faciələri və Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır:
"İcma beynəlxalq hüquqa əsaslanaraq bu insanların hüquqlarının tanınmasını və təmin olunmasını beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən tələb edir. Bu gün Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Hesab edirik ki, bu danışıqlar çərçivəsində Qərbi Azərbaycan qaçqınlarının öz doğma torpaqlarına qayıdışı məsələsinə də aydınlıq gətirilməlidir".
Ə.Ələkbərli qeyd edib ki, bu, yalnız humanitar məsələ deyil, həm də beynəlxalq hüquqla təsbit olunmuş bir hüquqdur:
"Təəssüf ki, Ermənistan rəhbərliyi sülh prosesində müəyyən irəliləyişlərə baxmayaraq, Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıdışına hələ də mane olur. Beynəlxalq təşkilatlara və Ermənistan rəhbərliyinə ünvanladığımız müraciətlər isə indiyədək cavabsız qalıb".
QAİ sədri əlavə edib ki, sülhün əsas təminatlarından biri də xalqlar arasında birgəyaşayışın təmin edilməsidir:
"Ermənistan rəhbərliyi anlamalıdır ki, regionda formalaşmış yeni reallıqlarla hesablaşmaq zəruridir.
Qərbi Azərbaycan İcması olaraq biz sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın tərəfdarıyıq. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirik. Eyni zamanda, hesab edirik ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların öz doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır".

TBMM sədri: Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndiririk
Rəsmi Ankara Azərbaycanla Ermənistan arasında aparılan və mühüm irəliləyiş əldə olunan sülh danışıqlarını yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda gedən sülh prosesini sonadək dəstəkləyir:
"Ümid edirəm ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında davamlı və səmimi bir sülh bərqərar olacaq. Qiyamətədək bu torpaqlar, Qafqaz sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir bölgə kimi formalaşacaq".

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır
Türkiyə İran və ABŞ arasındakı danışıqların müsbət nəticələnməsini alqışlayır.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, razılaşmaya onun müddətinin sonunadək əməl olunacağına ümid edir:
"Ümid edirik ki, aparılan danışıqlar müsbət nəticə verəcək və ABŞ ilə İsrail tərəfindən həyata keçirilən bu müharibə tamamilə dayandırılaraq bölgədə əsl sülh mühiti təmin ediləcək".
YENİLƏNİR

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.
"Report" xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.
Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.
Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.
Sessiya iyunun 25-də başa çatacaq.

Sahibə Qafarova: İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir
Bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü oıan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, zəngin tarixi və mədəni irsi, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir:
"Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm dayanıqlı inkişaf istiqamətində göstərilən səylərə ciddi təsir göstərir və onları məhdudlaşdırır. Bu çətinliklərin öhdəsindən gəlmək və mövcud potensialını tam şəkildə reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə əsaslanan birlik və həmrəyliyinə ehtiyacı var".
S.Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqələrin gücləndiyi müasir dünyada müsəlman ölkələrinin birlikdə hərəkət etməsi, bir-birini dəstəkləməsi və ortaq məqsədlər naminə fəaliyyət göstərməsi heç vaxt indiki qədər vacib olmayıb:
"Parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynayırlar. Eyni inancı paylaşan dost və qardaş xalqların nümayəndələri olaraq biz ziddiyyət və parçalanmanı deyil, həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik".

Prezident: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ardıcıl dəstəyini daim hiss edib
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ardıcıl dəstəyini daim hiss edib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasından 35 il ötür:
"İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur.
Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk".

İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək
İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Dövlət başçısı müraciətində həmçinin İƏT-də Sədrliyin Azərbaycana keçəcəyini də vurğulayıb:
"2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhliz üçün vahid tarif modeli hazırlayır
Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyir.
"Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mediterranean Shipping Company" (MSC) şirkətinin vitse-prezidenti Eduard Ziqrist ilə görüşdə bildirib.
Onun sözlərinə görə, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflər bir sıra əsas infrastruktur layihələrini, o cümlədən Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsini, Azərbaycanla birlikdə dibdərinləşdirmə işlərinin aparılmasını, eləcə də Kurık limanının modernləşdirilməsini həyata keçirirlər.
Bununla yanaşı, tərəflər nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət konteynerləşdirmə səviyyəsinin artırılmasına yönəldilib ki, bunun da yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcəyi gözlənilir.
K.Tokayev dünyanın aparıcı konteyner daşıma şirkətlərindən birinin Qazaxıstan bazarında iştirakını yüksək qiymətləndirərək, bu gün Orta Dəhlizin inkişafının ölkə üçün strateji prioritet olduğunu qeyd edib.

-
report.az
- İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasına iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.

Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.
"Report" xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələri parlamentlərinin spikerləri və müavinləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.
Belə ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.
Sessiya iyunun 25-də başa çatacaq.

Fərid Şəfiyev: Azərbaycanın iqtisadi potensialı artıq regiondan kənarda da özünü göstərir
Azərbaycanın iqtisadi potensialı artıq Cənubi Qafqazdan kənarda da özünü göstərir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda açılış nitqi zamanı deyib.
Onun sözlərinə görə, orta güc konsepsiyası bir neçə elementi özündə birləşdirir ki, bunlardan başlıcası hərbi güc, iqtisadi potensial və digər faktorlardır:
"Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan nəinki ölkədaxili layihələr həyata keçirir, hətta regionətrafı, Şərqi və Cənubi Avropada, Yaxın Şərqdə, Orta Asiyada müxtəlif layihələr həyata keçirir. Yəni Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazdan kənarda özünü göstərir".

Londonda Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi müzakirə olunub
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişikliyinin ekosistemlərə, nəqliyyata, infrastruktura necə təsir edə biləcəyini nümayiş etdirir və bu, daha güclü regional əməkdaşlığın və davamlı fəaliyyətin əhəmiyyətini artırır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirələrdə deyib.
M. Babayevin sözlərinə görə, okeanlar və sahil ekosistemləri iqlimə davamlılıq, ərzaq təhlükəsizliyi, dolanışıq vasitələri, biomüxtəliflik və iqtisadi inkişaf üçün həlledici əhəmiyyətə malikdir.
"İqlim təsirləri gücləndikcə, öhdəliklərin praktiki fəaliyyətə çevrilməsi, xüsusən də həssas sahil və ada icmaları üçün təxirəsalınmaz xarakter alır", - o bildirib.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, COP29-un nəticələrinə əsaslanaraq və COP31-ə doğru irəliləyərkən, yerlərdə real nəticələr əldə etmək üçün davamlı icra, daha güclü tərəfdaşlıqlar və maliyyəyə daha geniş çıxış mühüm əhəmiyyət kəsb edəcək.

Tofiq Musayev UN80 nizamnaməsini imzalayıb
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev təşkilatın simvolik UN80 nizamnaməsini imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi simvolik UN80 Nizamnaməsini imzalayaraq, Azərbaycanın Nizamnamənin məqsəd və prinsiplərinə davamlı sadiqliyini, həmçinin səmərəli çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa sarsılmaz dəstəyini bir daha təsdiq edib", - paylaşımda bildirilib.
Qeyd edək ki, BMT-nin 80 illiyi və UN80 təşəbbüsü, qurumun quruluşunun 80-ci ildönümü münasibətilə təşkilatın baş katibi Antonio Quterreş tərəfindən başladılan qlobal islahat prosesidir. Məqsəd BMT-ni müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır.

Serbiyada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan rəsmi qəbul keçirilib
Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı ilə paytaxt Belqrad şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Azərbaycan Ordusunun tarixindən söz açıb. Diplomat 1990-cı illərin əvvəllərində Ermənistan hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə də diqqət çəkib:
"Bu təcavüz nəticəsində minlərlə insan qətlə yetirilib və ya hələ də itkin sayılır. 27 il ərzində həmin ölkə bütün işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb, ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində aparılan danışıqları mütəmadi olaraq pozub və ardıcıl hərbi təxribatlara əl atıb. 2020-ci ildə isə Azərbaycanın rəşadətli Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayaraq işğal olunmuş əraziləri azad edib. Ölkəmizin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən tam bərpa olunub".
Hərbi Attaşenin baş köməkçisi Cəfər Məmmədov isə çıxışında bildirib ki, ardıcıl modernləşmə siyasəti, qabaqcıl hərbi imkanlara yatırımlar və yüksək peşəkarlığa malik kadrların hazırlanması nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli hərbi təsisatlarından birinə çevrilib.
Onun sözlərinə görə, bu gün Azərbaycan regional sabitliyin, beynəlxalq təhlükəsizliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsinə fəal töhfə verməyə davam edir: "Bu əlamətdar günü qeyd edərkən Azərbaycanın sülhə, sabitliyə və konstruktiv beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyirik. Eyni zamanda, ölkəmizi müdafiə etməyə və qlobal təhlükəsizliyə töhfə verməyə daim hazır olan güclü və qüdrətli Silahlı Qüvvələrimizi inkişaf etdirmək əzmində olduğumuzu vurğulayırıq".
Qeyd edək ki, tədbirdə Serbiya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli hərbi nümayəndələri, eləcə də burada akkreditə olunmuş bir çox ölkələrin hərbi attaşeləri, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Kamil Xasiyev: İşğala son qoyulması Cənubi Qafqazda davamlı sülhə yol açıb
Hərbi işğala son qoyulması Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün aydın yol açıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.
"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrimiz ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün yenidən döyüş meydanında mübarizə aparmaq məcburiyyətində qalıb", - deyə o əlavə edib.
Diplomat 1990-cı illərin əvvəllərində Ermənistan hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə də diqqət çəkib:
"Bu təcavüz nəticəsində minlərlə insan qətlə yetirilib və ya hələ də itkin sayılır. 27 il ərzində həmin ölkə bütün qüvvələrini işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb. 2020-ci ildə Azərbaycanın rəşadətli Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayaraq işğal olunmuş əraziləri azad edib. Ölkənin ərazi bütövlüyü tam bərpa olunub".
K. Xasiyev söyləyib ki, son bir neçə il ərzində Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.
O, hərbi əməliyyatların başa çatmasından dərhal sonra Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdiyini xatırladıb: "Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş zamanı Birgə Bəyannamə imzalanıb və Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin layihəsi hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb".

Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq
Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universiteninin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
Beləliklə, Azərbaycan vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.
BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

-
report.az
- İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb.
"Report" xəbər verir ki, paylaşımda deyilir:
"Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir".
Türkmənistan xalqına ən xoş arzularla!

Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək
Serbiya müdafiə naziri Bratislav Qaşiçin 2026-ci ilin sonunda Azərbaycana səfər etməsi planlaşdırılır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.
"Biz cari ilin sonuna doğru nazir Qaşiçin Azərbaycana planlaşdırılan rəsmi səfərini səbirsizliklə gözləyirik", - diplomat vurğulayıb.
Səfir onu da qeyd edib ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlığın təməl daşlarından biridir:
"Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından və mühüm tərəfdaşlarından biridir. Ölkələrimiz arasında müdafiə və hərbi-texniki əməkdaşlıq son illər ərzində uğurla inkişaf etməkdədir. Azərbaycanın müdafiə nazirinin iki həftədən də az bir müddət əvvəl reallaşan rəsmi səfəri bu strateji sahədə əlaqələrin daha da güclənməsinə böyük töhfə verib".

Oman Sultanlığı Şura Məclisinin sədri Bakıda səfərdədir
Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, tədbirə qatılan bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

Muxtar Babayev: Enerji keçidinin növbəti mərhələsi icra ilə bağlıdır
Enerji keçidinin növbəti mərhələsi getdikcə daha çox icra məsələsi ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində COP31-IEA Yüksək Səviyyəli Enerji Keçidi Dialoqunda çıxışı zamanı deyib.
"Bərpa olunan enerjinin tətbiqi artmaqda davam etsə də, infrastruktur, şəbəkənin genişləndirilməsi və sistemin etibarlılığı kritik maneələrə çevrilir", - o əlavə edib.
M. Babayevin sözlərinə görə, enerji təhlükəsizliyi, əlçatanlıq və emissiyaların azaldılmasını yaxşılaşdıran daha böyük investisiya, sürətli tətbiq və praktiki həllər vasitəsilə iqlim ambisiyalarını real nəticələrə çevirmək vacibdir.
Müzakirələrdə icra məsələsinin getdikcə qlobal enerji keçidinin mərkəzi çağırışına çevrildiyi və bunun hökumətlər, sənaye, maliyyə institutları və beynəlxalq təşkilatlar arasında daha güclü əməkdaşlıq tələb etdiyi vurğulanıb.

Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib.
Bu barədə "Report"a TÜRKPA Beynəlxalq Katibliyindən məlumat verilib.
TÜRKPA Baş katibi Ramil Həsən bu ziyarətdən məmnunluğunu ifadə edib.
TÜRKPA Baş katibi Parlament sədrinə Təşkilatın son dövrdə həyata keçirdiyi fəaliyyət istiqamətləri və görülmüş işlər, həmçinin nəzərdə tutulmuş gələcək layihələr və atılacaq addımlar barədə ətraflı məlumat verib.
Türkiyə Parlamentinin sədri, öz növbəsində, TÜRKPA-nın son dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyəti dövründə də Təşkilata Türkiyə tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Kadir Yaman və Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov iştirak edib.
TBMM nümayəndə heyətinin tərkibinə TBMM üzvü, İstanbul millət vəkili (AK Parti), Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Çanaqqala millət vəkili (İYİ Parti), TBMM Rəyasət Heyətinin katib üzvü Rıdvan Uz, Nevşehir millət vəkili (AK Parti) Emre Çalışkan, Kütahya millət vəkili (MHP) Ahmet Erbaş, TBMM sədrinin Katibliyinin rəisi Aydın Demiröz, TBMM Xarici əlaqələr və protokol idarəsinin rəisi, Səfir Ahmet Aydın Doğan və TBMM sədrinin mətbuat müşaviri Ahmet Özgür daxil olub.

Azərbaycanın kiçik ada dövlətləri ilə yeni əməkdaşlıq sahəsi müzakirə edilib
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Millətlər Birliyinin Baş Katibi Şirli Ayorkor Botçvey ilə görüşüb.
"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Əməkdaşlığımız, İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə çıxışın yaxşılaşdırılmasını dəstəkləyən layihələrin ilk mərhələsinin işə salınması da daxil olmaqla, artıq praktiki nəticələr verir", - o yazıb.
M. Babayev bildirib ki, birgə fəaliyyətlərin növbəti mərhələsi üçün hazırlıqları, o cümlədən ədalətli enerji keçidi təşəbbüslərinə dəstəyi və SIDS-də (İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri) iqlim dəyişikliyindən təsirlənən mədəni irsin qorunmasına yönəlmiş yeni əməkdaşlıq sahəsi müzakirə edilib:
"Bu tərəfdaşlığın uğuruna əsaslanmağın, əlavə tərəfdaşlar və resurslar vasitəsilə onun təsirini genişləndirməyin və həssas ölkələr üçün praktiki nəticələr təmin etməyə davam etməyin vacibliyi barədə razılığa gəldik".

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında əlaqələrin daha da güclənməsində vacib rolu diqqətə çatdırılıb.
S. Qafarova ölkə və parlamentlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstəyinin əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
M. Talapa Parlament İttifaqı Konfransının əhəmiyyətini vurğulayıb və Azərbaycanın tədbirin təşkili ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının Baş Komitəsinin 27-ci sessiyası keçirilib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclis sədrinin müavini, İƏT Pİ-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov tədbirə sədrlik edib.
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İƏT olub.
Daha sonra çıxış edən İƏT Pİ-nin baş katibi Muhammed Xurayçi Niyass təşkilat çərçivəsində əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayıb.
Sonra gündəliyin məsələləri müzakirə olunub.
Əvvəlcə bir sıra təşkilati məsələlərə baxılıb. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov komitənin məruzəçisi seçilib.
Daha sonra sessiyanın gündəliyi və iş proqramı təsdiqlənib. Baş katibin hesabatı, İcraiyyə Komitəsi iclaslarının hesabatları dinlənilib və qəbul edilib. İclasda təşkilatın 2025-ci il üzrə maliyyə hesabatı da qəbul olunub, eləcə də növbəti il üçün büdcə layihələrinə baxılıb.
İclasda təşkilati məsələlər çərçivəsində İƏT Pİ Konfransının 20-ci sessiyasının yenilənmiş gündəliyinin layihəsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bununla da İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının ikinci günü başa çatıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycana səfəri başlayıb.
"Report" xəbər verir ki, bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.

Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Türkiyə XİN-də baş tutan görüşdə ölkələr arasında əməkdaşlıq və regional məsələlərin müzakirə olunduğu bildirilib.

Azərbaycan və Afrika İttifaqı birgə sammitin keçirilməsini planlaşdırır
Afrika İttifaqı və Azərbaycan əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə sammitin keçirilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf və Azərbaycanın Efiopiyadakı səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibovun görüşünün yekunları üzrə Afrika İttifaqının "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Tərəflər Afrika İttifaqı və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini, o cümlədən əməkdaşlığın genişləndirilməsi üçün Afrika İttifaqı və Azərbaycan sammitinin keçirilməsi perspektivini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Danışıqlar zamanı həmçinin dövlət qulluğu və dövlət sektorunda islahatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Təcrübə, qabaqcıl metodların mübadiləsinə və institusional potensialın artırılmasına xüsusi diqqət yetirilib.
Bundan əlavə, tərəflər aktual beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi üzrə fikir mübadiləsi aparıb, dialoqun, diplomatiyanın və mübahisələrin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıblar.

"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
Azərbaycan son illərdə fəal xarici siyasət, enerji və nəqliyyat diplomatiyasının inkişafı, hərbi potensialın artırılması və qlobal təşəbbüslərdə iştirakı sayəsində beynəlxalq arenada mövqelərini möhkəmləndirib və orta güc statusunu formalaşdırıb.
"Report" xəbər verir ki, bu barədə "EU Reporter"in məqaləsində bildirilib.
Məqalə müəllifləri Azərbaycanın orta güc kimi qiymətləndirilməsinə əsas verən başlıca amillər sırasında ölkənin fəal və çoxşaxəli xarici siyasətini qeyd edirlər. Qeyd olunub ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və BMT də daxil olmaqla, beynəlxalq platformalarda nəzərəçarpacaq rol oynayır.
Məqalədə vurğulanıb ki, rəsmi Bakının xarici siyasət kursu həm regional, həm də qlobal səviyyələrdə sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın möhkəmləndirilməsinə yönəlib.
"Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakı, beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüsləri və regional əməkdaşlıq layihələri onun beynəlxalq sistemin konstruktiv iştirakçısı kimi mövqelərini möhkəmləndirir. Eyni zamanda, Ermənistanla davamlı sülhün əldə olunması istiqamətindəki səylər Azərbaycanın regional siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Beləliklə, orta güc kimi ölkənin xarici siyasəti yalnız milli maraqların qorunmasına deyil, həm də Cənubi Qafqazda və onun xaricində sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir", - nəşrdə qeyd olunub.
Müəllif Azərbaycanın geostrateji mövqeyinə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, ölkə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir, bu da onun beynəlxalq logistikada əhəmiyyətini xeyli artırır.
"Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələr Azərbaycanın regional nəqliyyat-logistika habı kimi rolunu gücləndirir", - məqalədə bildirilib.
Azərbaycanın beynəlxalq təsirinin ən mühüm alətləri sırasında "EU Reporter" enerji diplomatiyasını da qeyd edir. Vurğulanıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələrinin icrası sayəsində enerji təhlükəsizliyi sahəsində Avropanın əsas tərəfdaşlarından birinə çevrilib.
"Xüsusilə Rusiya–Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqının enerji tədarükünün diversifikasiyası siyasəti üçün Azərbaycanın əhəmiyyəti xeyli artıb. Bundan əlavə, Azərbaycan regionda ən güclü hərbi potensiallardan birinə malikdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbə və ölkənin ərazi bütövlüyünün bərpası onun hərbi imkanlarını və strateji çəkisini əhəmiyyətli dərəcədə gücləndirib. Hərbi qüdrətin və diplomatik potensialın vəhdəti Azərbaycanın orta güc kimi statusunu möhkəmləndirən əsas amillərdən biri olaraq qalır", - materialda bildirilib.

-
report.az
- Niger parlamentinin sədri: Azərbaycanın enerji resursları ilə bağlı təcrübəsindən istifadədə maraqlıyıq
Niger parlamentinin sədri: Azərbaycanın enerji resursları ilə bağlı təcrübəsindən istifadədə maraqlıyıq
Niger Azərbaycanın enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Milli Məclis sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə ölkələr və parlamentlər arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qanunverici orqanlarımızın beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub. O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.
Spiker Sahibə Qafarova qonağa 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Parlament Şəbəkəsi 5 il ərzində həm institusional inkişaf, həm də beynəlxalq nüfuzunun artması baxımından böyük inkişaf yolu keçib.
Mamoudu Haruna Cinqarey Azərbaycanın əldə etdiyi nailiyyətləri təqdir edərək deyib ki, bir çox ölkələr onilliklər ərzində belə Azərbaycanın son illərdə qazandığı uğurlara nail ola bilməyiblər.
Məsləhət Şurasının sədri Nigerin Azərbaycan və Milli Məclis ilə münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu söyləyərək ölkənin bir çox sahələrdə, o cümlədən enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıb.

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.
"Report" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

-
report.az
- İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxıblar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxıblar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
"Report" xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi.
Bildirildi ki, məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - ƏLAVƏ OLUNUB
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə "Report"a diplomatik mənbə məlumat verib.
"O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.
Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.
Öz növbəsində, Qrononun ofisindən "Report"un Avropa bürosuna bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.

-
report.az
- Vaşinqtonda Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan beynəlxalq konfrans keçiriləcək
Vaşinqtonda Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan beynəlxalq konfrans keçiriləcək
Vaşinqtonda, ABŞ Konqresini binasında (Kapitol Hill) iyunun 24-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bu barədə "Report"a BTQ-dən məlumat verilib.
Bildirilib ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbir olacaq.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edəcəklər.
Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri müzakirə olunacaq.

-
report.az
- İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
"Report" xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan dövlət başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib.
Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar.
Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

-
report.az
- Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa gəzintisindən videogörüntü paylaşıb
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa gəzintisindən videogörüntü paylaşıb
Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
"İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir", - o qeyd edib.

2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova məlumat verərkən bildirib.
O, həmçinin, ali qonağı 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları haqqında da məlumatlandırıb.
E.Hüseynov vurğulayıb ki, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.
Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonundadır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Musa Kulaklıkaya: Azərbaycan İƏT-in fəaliyyətinə mühüm töhfə verir
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) həm aktivliyi, həm də maliyyə dəstəyi ilə mühüm şəkildə yardım edən üzv ölkələrdən biridir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında ölkənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya bildirib.
2015-2019-cu illərdə İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru, İƏT-də Baş katibin İnzibati və Maliyyə Məsələləri üzrə müavini vəzifələrində çalışmış M.Kulaklıkaya deyib ki, islam aləmindəki bu fəaliyyəti dönəmində Azərbaycanın fəal dəstəkçi olduğuna şahidlik edib:
"İyunun 22-dən Bakıda İƏT-ə üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının öz işinə başlaması da bunu deməyə əsas verir. Azərbaycan fəal üzv olaraq İslam Əməkdaşlıq Təşkilatı Zirvəsinə də ev sahibliyi edəcək. Azərbaycanın şəhərləri zaman-zaman islam dünyasının müxtəlif sahələr üzrə paytaxtları elan edilir. Məsələn, şəhərlər İslam Mədəniyyət Paytaxtı, Gənclər Paytaxtı, Turizm Paytaxtı kimi statuslar qazanaraq bu beynəlxalq təşkilatın mühüm layihələrində ön sıralarda yer alır. Bununla da həm öz potensialını dünyaya tanıdır, həm də digər müsəlman ölkələri üçün nümunə olur.
Ona görə də Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı daxilində və ümumilikdə, islam dünyasında xüsusi əhəmiyyətə malik dövlətdir. Biz hər zaman qardaş Azərbaycanın müsbət və konstruktiv yanaşmalarını görmüşük".
İƏT-də Azərbaycan-Türkiyə əməkdaşlığının da uğurlu nəticələr verdiyini vurğulayan Türkiyə rəsmisi deyib ki, hər iki ölkə bu qurumla bağlı qərarlarda da həmrəylik nümayiş etdirir:
"Azərbaycanla Türkiyə bütün sahələrdə birgə əməkdaşlıqdan, həmrəylikdən uğurlu nəticələr qazanır, İslam Əməkdaşlıq Təşkilatında da bu həmrəyliyin davam edəcəyinə inanıram".
Qeyd edək ki, Ankarada iyunun 22-dən 25-dək Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurasına sədrliyi çərçivəsində, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsi altında dördgünlük "Gələcək naminə müttəfiqlik – 2026" proqramı təşkil edilib. Musa Kulaklıkaya bu tədbirdə islam coğrafiyasında qadınların fəaliyyəti və liderliyi mövzusunda çıxış edib.

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Giyoma təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".

Türkmənistan Prezidenti Füzulidə səfərdədir
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
"Report" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.

Azərbaycan XİN Lüksemburqu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqu təbrik edib.
"Report" xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.
"Lüksemburq Böyük Hersoqluğunun Milli Günü münasibətilə Lüksemburq Hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.

-
report.az
- Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz feysbuk səhifəsində yazıb.
Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyası çərçivəsində baş tutub. "Görüş zamanı Məhəmməd Qayat krallığın ərazi bütövlüyünə və onun Mərakeş Saxarası üzərindəki suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O, həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni təkan verilməsinin vacibliyini də vurğulayıb", - A.Embarş yazıb.

-
report.az
- Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib
Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də şəhərsalma və tikinti sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub:
"Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərinə Türkmənistanın göstərdiyi dəstək yüksək qiymətləndirilib. Füzuli şəhərində inşa edilən məscidin xalqlarımız arasında dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin növbəti təzahürü olduğu vurğulanıb".

-
report.az
- Azərbaycan - Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan - Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə, regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.
Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
XİN başçıları həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

Azərbaycan ilə BƏƏ-nin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, əlaqələrin genişlənməsində iki ölkə liderləri arasında münasibətlərin mühüm rolu, qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə səfəri və "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi məmnunluqla vurğulanıb.
Azərbaycan və BƏƏ-nin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rol oynadığı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx təmasların, mütəmadi görüşlərin bu əlaqələrin daha da inkişafını şərtləndirdiyi bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin APA, İƏT Pİ kimi təşkilatlarda fəal əməkdaşlıq əlaqələri qabardılıb.
Görüşdə İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası haqqında da fikir mübadiləsi aparılaraq, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub.

Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunaraq, təşkilatın Bakıda keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.
"Report" xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.
"Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi "DQR" adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.
Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. "Azərbaycanla ‘DQR" arasında təmas xətti", eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu bildirilib.
Görüş zamanı Azərbaycanın məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 22-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə İordaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi vurğulanıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Görüşdə Azərbaycan ilə İordaniya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

-
report.az
- Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir
Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir
Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.
Dövlət başçısı deyib ki, belə olan halda hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir.

Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Dostlug" neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.
Qeyd edək ki, hədiyyə edilən "Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.
Tankerin dedveyti 7875 ton, ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir.

-
report.az
- Azərbaycan və Türkmənistan Şərq-Qərb xətti üzrə dəhlizlərin yaradılmasında sıx əməkdaşlıq edəcək
Azərbaycan və Türkmənistan Şərq-Qərb xətti üzrə dəhlizlərin yaradılmasında sıx əməkdaşlıq edəcək
Azərbaycan və Türkmənistan öz ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılıq əldə edib.
"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən deyib.
"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu təsdiqlədik. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - Sərdar Berdiməhəmmədov qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevlə iqtisadi-ticari əməkdaşlıq da ətraflı müzakirə olunub.
Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.

-
report.az
- Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyəti daha da əlaqələndirəcək
Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyəti daha da əlaqələndirəcək
Azərbaycan və Türkmənistan birgə səylər nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətini daha da əlaqələndirmək barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.
Prezident vurğulayıb ki, bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışılıb:
"İki ölkə arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil".
Dövlət başçısı deyib ki, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait iki ölkənin səylərini birləşdirməyə imkan verməzdi:
"Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".

İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini deyib.
"Report" xəbər verir ki, dövlət başçısı bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən bildirib.
İlham Əliyev türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik edib:
"Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik".

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də mətbuata bəyanatlarla çıxış ediblər.
"Report" xəbər verir ki, əvvəlcə dövlət başçısı bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Sərdar Qurbanquluyeviç, hörmətli qonaqlar, əziz dostlar. Əziz qonağımızı - dövlət səfərində olan Türkmənistan Prezidentini salamlamaqdan bir daha şadam.
Dəvətimi qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.
Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.
Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.
Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.
Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.
Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.
Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.
Hörmətli cənab Prezident, Sizi bir daha salamlayıram və əziz qardaşım Arkadağa və Türkmənistanın bütün xalqına ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.
x x x
Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, qonaqpərvərliyə və birgə iş üçün yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi, təkbətək və geniş tərkibdə görüşlər zamanı ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğunu deyib.
İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən ali qonaq ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb.
"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirib.
Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.
Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq dedi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.
"Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrin və xalqların uzunmüddətli maraqlarına cavab verir", - deyə Sərdar Berdiməhəmmədov vurğulayıb.
İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirib.
"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə edib.
Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələri və xalqları əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıb.
"Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir", - deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də mətbuata bəyanatlarla çıxış ediblər.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

-
report.az
- Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin fəallaşdırılması təklif olunub
Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin fəallaşdırılması təklif olunub
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.
"Report" xəbər verir ki, o, bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı danışıb.
Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkələr həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir.
Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını deyib.

-
report.az
- Sərdar Berdiməhəmmədov: Xəzər Ekoloji Təşəbbüsü məsələsində Azərbaycanın dəstəyinə ümid bəsləyirik
Sərdar Berdiməhəmmədov: Xəzər Ekoloji Təşəbbüsü məsələsində Azərbaycanın dəstəyinə ümid bəsləyirik
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini vurğulayıb.
"Report" xəbər verir ki, o, bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı danışıb.
Türkmənistan Prezidenti Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunaraq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.
"Report"un məlumatına görə, Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.

İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.
"Report" xəbər verir ki, Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlət başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib.
Dövlət başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirib.
Prezident İlham Əliyev ölkələr arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu, münasibətlərin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirib.
Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkədə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğulayıb.
Xalqları ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu deyib.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlət başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını deyib. Bu xüsusda Azərbaycan Prezidenti qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.
x x x
Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirib.
Türkmənistanla Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx əlaqələrin qurulduğunu, yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin uğurlu inkişafında mühüm rol oynadığını vurğulayan Sərdar Berdiməhəmmədov ötən il türkmən xalqının Milli Liderinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkmənistana səfərlərini xatırladaraq, bu görüşlərin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdiyini dedi.
Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.
Prezident iqtisadi-ticari əməkdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu deyərək, ticarət dövriyyəsində müsbət dinamikanı yüksək qiymətləndirdi. Ali qonaq ölkələr arasında mövcud potensialın daha da səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxunub.
Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğuladı ki, ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir. Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını deyib.
Türkmənistan Prezidenti, həmçinin neft-qaz, kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Sərdar Berdiməhəmmədov ölkələr arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin davam etdiyini vurğuladı. Bu xüsusda qarşılıqlı Mədəniyyət Günlərinin, festivalların, sərgilərin və digər tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Ali qonaq hazırda həyata keçirilən mühüm mənəvi layihələrdən birinə - Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.
Türkmənistan Prezidenti səfərinin ölkələr arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirib, dövlət başçısına fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzulayıb.
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Sahibə Qafarova iordaniyalı həmkarı ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, geniştərkibli görüşdə S.Qafarova iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin sədri iki ölkə arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin də məmnunluq doğurduğunu qeyd edib.
M.T.S.Əl-Qadi öz növbəsində parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb.
O, bu səfərin və Milli Məclisin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

-
report.az
- Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF 13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Report"un məlumatına görə, Anaklaudia Rossbax bununla bağlı dövlət başçına ünvanlandığı məktubunda qeyd edib:
"WUF13-ə misilsiz uğurla ev sahibliyi etdiyinizə görə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) adından Sizə və hökumətinizə ən dərin minnətdarlığımı bildirirəm. WUF13 dünya miqyasında mənzil icması və UN-Habitat üçün mühüm mərhələ oldu. Forum dünya üzrə rekord sayda iştirakçını bir araya gətirdi. Onlar davamlı şəhərsalmanın inkişafında irəliləyişə sadiq olan milli və yerli hökumətləri, vətəndaş cəmiyyətini, akademik dairələri, özəl sektoru, gənclər qruplarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri təmsil edirdilər.
WUF13, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçirilən ilk Ümumdünya Şəhərsalma Forumu Sessiyası kimi tarixi əhəmiyyət kəsb etdi. WUF13-ün uğurla keçirilməsi Azərbaycan Hökumətinin və xalqının güclü öhdəliyini, rəhbərliyini və qonaqpərvərliyini əks etdirir. UN-Habitat ilə Azərbaycan arasında sıx əməkdaşlıq Sessiyanın bütün substantiv, operativ və logistik sahələrdə səmərəli şəkildə hazırlanmasını və təşkilini təmin etmək baxımından həlledici rol oynadı.
WUF13 bir sıra iddialı nəticələrlə yadda qaldı, o cümlədən "Bakı Fəaliyyətə Çağırış" və Nazirlər Görüşünün yekun sənədi (Sədrlərin Xülasəsi), həmçinin Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük "Urban Expo" sərgisi təşkil etdi. WUF13, həmçinin WUF Akademiyası, Biznes və İnnovasiya Mərkəzi və Təcrübə Mərkəzi kimi bir çox yeni və innovativ təşəbbüslər təqdim etdi ki, bu da WUF-un zəngin dialoq, bilik mübadiləsi, tərəfdaşlıqlar və praktiki şəhərsalma həlləri platforması kimi mövqeyini daha da gücləndirdi.
WUF13-ün bu nəticələri və təcrübəsi qlobal əməkdaşlığın gücləndirilməsinə, Yeni Şəhər Gündəliyinin və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının irəlilədilməsinə yol açdı və çox vacib töhfə verdi.
WUF13, həmçinin mühüm irslər qoydu. Bunlara gələcək Ümumdünya Şəhərsalma Forumu sessiyaları üçün operativ bələdçinin hazırlanmasına töhfə verəcək "WUF13 Bakı Standartları", habelə Bakı Şəhərsalma Mükafatı daxildir".

-
apa.az
- Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
-
apa.az
- Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
-
report.az
- XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
"Report" xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər.
XİN-in məlumatda vurğuanıb ki, yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Bildirilib ki, eyni zamanda, Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
"Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin Azərbaycana gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə nazirlik qeyd edib.

-
report.az
- Anar Bağırov: Yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyi yaradılacaq
Anar Bağırov: Yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyi yaradılacaq
Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov yaxın gələcəkdə türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına və bu təşəbbüsün hüquq sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə o, Azərbaycanda səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Sədr qeyd edib ki, Türk dövlətlərinin vəkillik institutları arasında münasibətlərin dinamik şəkildə inkişaf edir.
Son illər VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verən Anar Bağırov Azərbaycanda vəkillik institutunun keçdiyi inkişaf yolundan, Kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilindən, maliyyə müstəqilliyinin təmin olunması və elektron xidmətlərin geniş tətbiqindən bəhs edib.
Eskişehir Barosunun başqanı Barış Günaydın Azərbaycanla hüquq sahəsində formalaşmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, hər iki qurum arasında qardaşlaşmış büro münasibətlərinin qurulmasına dair protokolun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib, bu təşəbbüsün peşəkar təcrübə mübadiləsinin genişlənməsinə, habelə vəkillər arasında əlaqələrin möhkəmlənməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.
Qars Barosunun başqanı Necat Yağcın isə çıxışında Azərbaycan və Türkiyə vəkillik institutları arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Necat Yağcın gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə, vəkillər arasında peşəkar əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə tədbir və təlimlərin keçirilməsinə ümid etdiyini bildirərək, bu istiqamətdə əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
İspaniyanın paytaxtı Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
"Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.
Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

-
report.az
- Elçin Qasımov: Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq - EKSKLÜZİV
Elçin Qasımov: Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq - EKSKLÜZİV
Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri çərçivəsində Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalamağı planlaşdırır.
Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.
"Hazırda Slovakiya Prezidentinin rəsmi səfəri çərçivəsində də bir sıra layihələr nəzərdən keçirilir. Buna görə də məhz iqtisadi əməkdaşlıq üçün bir çox sənədlər imzalamağı planlaşdırırıq", - səfir qeyd edib.
Azərbaycan qazının tədarükü üzrə 10 illik müqaviləyə dair danışıqlar məsələsinə münasibət bildirən səfir qeyd edib ki, hazırda danışıqlar Slovakiyanın dövlət qaz şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ekspertlər səviyyəsində aparılır.
O həmçinin qeyd edib ki, birgə iri layihələrdən biri Slovakiya şirkətlərinin iştirakı ilə Qarabağda kəndin salınmasıdır:
"Əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız da genişlənir".
Xatırladaq ki, Slovakiya Prezidenti Peter Pelleqrini iyulda Azərbaycana səfər etməyi planlaşdırır.

-
report.az
- Mariyana Kuyundziç: Aİ Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin il sonunadək təsdiqlənəcəyinə ümid edir - EKSKLÜZİV
Mariyana Kuyundziç: Aİ Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin il sonunadək təsdiqlənəcəyinə ümid edir - EKSKLÜZİV
Avropa İttifaqı (Aİ) Azərbaycanla "Tərəfdaşlıq Prioritetləri"nin mətninin ilin sonunadək təsdiqlənəcəyinə ümid edir.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ "Tərəfdaşlıq Prioritetləri"nin mətninin razılaşdırılmasını ilkin olaraq başa çatdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmən bərpa ediblər:
"Sənəd Brüsselə göndəriləcək, bundan sonra onun təsdiqlənməsi ilə bağlı uzunmüddətli prosedur həyata keçiriləcək, lakin biz bu prosesi cari ilin sonunadək başa çatdırmağa ümid edirik".
M.Kuyundziç həmçinin deyib ki, tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqlar artıq başlayıb:
"Söhbət razılaşdırılması vaxt tələb edən, kifayət qədər böyük həcmə malik çərçivə sənədindən gedir. İstənilən çərçivə sazişində olduğu kimi, bu da normal danışıqlar prosesidir".

-
report.az
- Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcək
Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcək
Azərbaycanın Türkmənistandakı səfirliyi Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri münasibətilə qəbul təşkil edib.
Bu barədə "Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tarixi əhəmiyyətindən danışıb.
O qeyd edib ki, cəmi 23 ay kimi qısa mövcudluq müddətinə baxmayaraq, Şərqdə ilk demokratik respublika olan AXC Azərbaycan xalqının müstəqilliyə və dövlətçiliyə can atmasını nümayiş etdirib.
Q.Gözəlov vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında sabitlik və inkişaf yoluna qədəm qoyub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə dayanıqlı inkişafı davam etdirir və güclü dövlət kimi öz mövqelərini möhkəmləndirir.
XƏBƏR YENİLƏNİR

Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir
Avropa İttifaqı (Aİ) hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorudur.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Avropa şəhərciyi - 2026" tədbirinin açılışında bildirib.
Onun sözlərinə görə, bu il Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd edir:
"Biz 1996-cı ildən əhəmiyyətli nəticələr əldə etmişik. Kənd təsərrüfatı və biznesin inkişafından tutmuş səhiyyə, təhsil, ətraf mühitin mühafizəsi və bir çox digər istiqamətlərə qədər ən müxtəlif sahələrdə yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmağı ilə qürur duyur. Biz tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiqik".
O qeyd edib ki, "Avropa şəhərciyi" Avropaya açılan xüsusi bir pəncərədir və azərbaycanlılara Aİ və onun fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir.
Tədbir Heydər Əliyev meydanında keçirilir. Ziyarətçilər üçün yaradıcı kollektivlərin çıxışları, interaktiv tədbirlər, viktorinalar, müsabiqələr, stolüstü oyunlar, uşaq proqramları və Avropa İttifaqı ölkələrinin təqdimatlarını özündə cəmləşdirən zəngin mədəni və təhsil proqramı hazırlanıb.
"Avropa şəhərciyi" çərçivəsində qonaqlar həmçinin Aİ-yə üzv dövlətlərin pavilyonlarına baş çəkə, onların mədəniyyəti, adət-ənənələri və Azərbaycanla əməkdaşlıq istiqamətləri ilə tanış ola bilərlər. Aİ nümayəndəliyi ilə yanaşı, tədbirdə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç iştirak edir.

-
report.az
- Mariyana Kuyundziç: Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə məhsuldar danışıqlar aparıb
Mariyana Kuyundziç: Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə məhsuldar danışıqlar aparıb
Avropa İttifaqı (Aİ) və Azərbaycan bu həftə yeni strateji tərəfdaşlıq sazişi üzrə məhsuldar danışıqlar raundu keçirib.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə bildirib.
XƏBƏR YENİLƏNİR

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm".

Azərbaycan XİN İsveçi təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveç Krallığını milli bayramı münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"İsveç Krallığının Milli Günü münasibətilə İsveç hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirik", - deyə payaşımda qeyd edilib.

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
Avropa İttifaqı (Aİ) - Qərbi Balkan ölkələri Sammiti çərçivəsində inkişaf planı, genişlənmə məsələsi müzakirə olunub.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Sammitindən sonra Tivatda Aİ Şurasının Prezidenti Antonio Koşta və Monteneqro Prezidenti Yakov Milatoviç ilə birlikdə keçirilən mətbuat konfransında deyib.
"Hamımız Qərbi Balkanların Avropa İttifaqına aid olduğunu təsdiqləyirik, bu, çox aydındır. Bu, yalnız gələcək vəd deyil, bizim etdiyimiz strateji bir seçimdir. Biz bu seçimi investisiyalar, daha sıx əməkdaşlıq və əlbəttə ki, birlikdə irəliləmək inamı vasitəsilə həyata keçiririk. Sammit çərçivəsin, əsasən, iki mövzunu müzakirə etdik. Birincisi inkişaf planı, ikincisi isə genişlənmə idi. İnkişaf planı ona görə vacibdir ki, bu, artıq müxtəlif sektorlar üzrə vahid bazara mərhələli inteqrasiyanı təmin edir. Biz vahid bazarın sektorlarını Qərbi Balkan şirkətləri üçün açırıq. Bunun müqabilində Qərbi Balkan ölkələri bərabər fayda şəraiti yaratmaq üçün islahatlar aparmalıdır".
AK Prezidenti hesab edir ki, bunlar çox konkret və praktik addımlardır:
"İndiyədək biz 675 milyon avro həcmində investisiya ayırmışıq. Növbəti tranş isə 540 milyon avro təşkil edir. Məsələn, bu vəsait 75 min ev təsərrüfatı üçün yüksək sürətli internet, dəmir yolunun elektrikləşdirilməsi və ya məktəbəqədər təhsil yerlərinin yaradılması kimi layihələrə yönəldilir. Bununla yanaşı, bu layihələr Qərbi Balkan biznes mühitinə də ciddi təsir göstərir. Məsələn, SEPA – Vahid Avro Ödəniş Məkanı artıq Qərbi Balkanların dörd ölkəsində tətbiq olunub".

Monteneqro Aİ-nin 28-ci üzvü olmaq üçün konkret "Yol xəritəsi" hazırlayıb
Monteneqronun 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzv dövlətinə çevrilməsi məqsədi milli layihəyə çevrilib.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitindən sonra Tivatda Aİ Şurası Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birlikdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün Monteneqro üçün böyük bir gündür:
"Avropa İttifaqı – Qərbi Balkan ölkələri Sammitinə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu tədbir ölkəmizin müasir tarixində ən mühüm diplomatik toplantı kimi yadda qalacaq. İlk dəfədir ki, Avropa İttifaqına üzv dövlətlərin liderləri, Avropa institutlarının rəhbərləri, eləcə də Qərbi Balkanlardakı tərəfdaşlarımız Monteneqroda bir araya gəliblər. Müstəqilliyimizi bərpa etdikdən sonra baş tutan bu görüşə xüsusi tarixi əhəmiyyət qazandıran da məhz budur. Bu gün isə Monteneqro Avropanı öz torpağında bir araya gətirir. Bu, seçdiyimiz yolun, nümayiş etdirdiyimiz siyasi yetkinliyin və üzərimizə götürdüyümüz məsuliyyətin güclü mesajı və təsdiqidir".
Prezidentin sözlərinə görə, sammit göstərir ki, genişlənmə siyasəti yenidən Avropa İttifaqının strateji prioritetinə çevrilib:
"O, Qərbi Balkanların Avropa perspektivinin canlı, etibarlı və əlçatan olduğunu nümayiş etdirən güclü bir mesaj verir. Monteneqro üçün bu, böyük etimadın göstəricisi olmaqla yanaşı, daha böyük məsuliyyət deməkdir. 2023-cü ildə keçirilən prezident və parlament seçkiləri Monteneqronun Avropa yoluna yeni təkan, yeni enerji və yenilənmiş etibarlılıq gətirdi. Həmin vaxtdan etibarən Monteneqronun 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzv dövlətinə çevrilməsi məqsədi milli layihəyə çevrilib. Bu layihənin dəqiq vaxt qrafiki, aydın yol xəritəsi və konkret məsuliyyət mexanizmi var".

Azərbaycan və UNEP arasında ətraf mühit sahəsində əməkdaşlıq müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson ilə görüşüb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq gündəliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın qlobal iqlim fəaliyyətinə verdiyi töhfələr, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələr, habelə yaşıl enerji keçidi və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. UNEP rəhbəri İnqer Anderson Azərbaycanın iqlim gündəliyinin irəlilədilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və ətraf mühit sahəsində çoxtərəfli səylərə verdiyi töhfələri yüksək qiymətləndirib.
Tərəflər COP29 irsinin təşviqi, iqlim maliyyələşdirilməsi, dayanıqlı şəhərlər, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və biomüxtəliflik sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. UNEP ilə Azərbaycan arasında birgə layihələrin və praktiki əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı həmçinin Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsinin əhəmiyyəti qeyd olunub, bu çərçivədə qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
Ceyhun Bayramov işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə vurulmuş ciddi zərər, o cümlədən meşələrin kütləvi şəkildə qırılması, təbii sərvətlərin qeyri-qanuni istismarı, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji tarazlığın pozulması barədə məlumat verib. Bununla yanaşı, mina təhdidinin insanların təhlükəsizliyinə, ətraf mühitə və bərpa-quruculuq prosesinə yaratdığı maneələr diqqətə çatdırılıb.
Nazir Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı narahatlığını ifadə edərək, bu prosesin regionun ekosisteminə, biomüxtəlifliyinə, sahilyanı ərazilərə və iqtisadi fəaliyyətə göstərdiyi mənfi təsirlərə diqqət çəkib. O, sözügedən problemin həlli istiqamətində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, elmi əsaslı yanaşmaların tətbiqinin və birgə səylərin əhəmiyyətini vurğulayıb. UNEP tərəfindən hazırlanmış "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabatın faydaları qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Şimali Makedoniya Azərbaycanla bir çox sahələrdə birgə təşəbbüsləri genişləndirəcək
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah arzularımı çatdırım.
Əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməyə, həmçinin təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığı genişləndirməyə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəyik.
Dünyanın üzləşdiyi geosiyasi çətinliklər dövründə beynəlxalq təşkilatlarda iştirakımızla qlobal sülhə və sabitliyə birgə töhfə verəcəyimizə qəti şəkildə inanıram.
Zati-aliləri, bu inamla və Sizin ölkəmizə səfər etməyiniz arzusu ilə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-
report.az
- Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək
Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir.
"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.
Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm", - təbrikdə bildirilib.

Koşta: Avropa İttifaqı Qərbi Balkan regionuna davamlı dəstəyini davam etdirəcək
Monteneqronun Avropa İttifaqı (Aİ) yolunda uğuru vacibdir, çünki bu, genişlənmə prosesinin real xarakter aldığını göstərir və bu səbəblə Aİ dəstəyini davam etdirəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Aİ Şurası Prezidenti Antonio Koşta Tivatda Aİ-Qərbi Balkan ölkələri sammitində deyib.
O qeyd edib ki, Brüsseldə keçirilən son sammitdən cəmi altı ay sonra yenidən görüşmək münasibətlərə göstərilən diqqəti təsdiqləyir və əldə olunan irəliləyişi qiymətləndirməyə imkan yaradır.

Aİ Naxçıvan dəmir yolunun bərpasını əsas investisiya layihələrindən biri adlandırıb
Avropa İttifaqı (Aİ) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri kimi nəzərdən keçirir.
"Report"un Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifiqində bildirib.
Xəbər yenilənir

Aİ nümayəndəsi: Gəncədəki layihələr Azərbaycan və Aİ-nin ümumi məqsədlərini əks etdirir
Avropa İttifaqı (Aİ) Azərbaycanda səhiyyə, ekologiya, şəhər infrastrukturu və nəqliyyat sahələrində, o cümlədən Gəncə şəhərində layihələr həyata keçirir.
"Report"un Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov mətbuat brifinqində bildirib.
Məlumat yenilənir...

Küveyt Əmiri İlham Əliyevi təbrik edib
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi təbrik edib.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.
Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah arzularımı bildirirəm".

Xorvatiyanın Baş naziri: Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır
Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır və Xorvatiyanın da enerji tərəfdaşıdır.
Bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan Xorvatiya Baş naziri Andrey Plenkoviç "Report"un Balkan bürosuna açıqlamasında deyib.
O qeyd edib ki, enerji marşrutları, xüsusilə də Orta Dəhliz çərçivəsindəki marşrutlar bütün Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyi baxımından son dərəcə vacibdir:
"Azərbaycan və digər Qafqaz ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri bu sahədə mühüm rol oynayırlar. Buna görə də Xorvatiyanın həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri enerji sahəsində əməkdaşlığı getdikcə genişlənir və inkişaf edir".

Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə "News.ru" məlumat yayıb.
Xəbər yenilənir....

-
report.az
- Mariyana Kuyundziç: Aİ-nin Azərbaycanla 30 illik tərəfdaşlığı çərçivəsində yüzlərlə layihə həyata keçirilib
Mariyana Kuyundziç: Aİ-nin Azərbaycanla 30 illik tərəfdaşlığı çərçivəsində yüzlərlə layihə həyata keçirilib
Avropa İttifaqı (Aİ) və Azərbaycan 30 il ərzində əməkdaşlığın inkişafında əhəmiyyətli nəticələr əldə edib.
"Report"un Gəncəyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Aİ Gənclər Müsabiqəsi" (EU Youth Competition) çərçivəsində bildirib.
Diplomat xatırladıb ki, bu il Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd edir.
"1996-cı ildən bəri biz əhəmiyyətli nəticələr əldə edə bilmişik. Bu dövr ərzində kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, ətraf mühitin qorunması və bir çox digər sahələrdə yüzlərlə layihə həyata keçirilib. Minlərlə tələbə Erasmus+ proqramı vasitəsilə Avropada təhsil almaq imkanı qazanıb", - səfir deyib.
Kuyundziç həmçinin Azərbaycan və Aİ ölkələrinin cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, məhz belə tədbirlər və birgə təşəbbüslər sayəsində gənclər bir-birindən öyrənir və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.
Diplomatın sözlərinə görə, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı seçilib, həmçinin on il əvvəl elə bu şəhərdə "Avropa şəhərciyi" tədbiri keçirilib.
Bundan başqa, səfir tədbir iştirakçılarını oktyabrın 10-11-də Bakıda keçiriləcək təhsil sərgisini ziyarət etməyə dəvət edib.

Rumen Radev Azərbaycana yenidən səfər etmək niyyətindədir - EKSKLÜZİV
Bolqarıstanın Baş naziri Rumen Radev yenidən Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Bu barədə "Report"un Balkan bürosuna Radev Tivatda açıqlama verib.
"Ölkənizə səfər etmək üçün çalışacağam. Azərbaycan getmək istədiyim ən yaxşı yerlərdən biridir. Sizin gözəl ölkəniz var, burada çoxlu dostlar var və bolqarlar Azərbaycanda işləyərək iqtisadiyyata və idmanın inkişafına töhfə verirlər. Yenidən getmək istərdim. Azərbaycan bizim üçün dost ölkədir", - o qeyd edib.
Baş nazir vurğulayıb ki, Sofiya Bakı ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır:
"Azərbaycanla münasibətlərimizin dərinləşməsinə çox şadıq. Sizi əmin edə bilərəm ki, bugünkü iclasın (Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələrinin Tivatdakı Zirvə toplantısı - red.) qərarları da Azərbaycanla münasibətlərin inkişafını əks etdirəcək. Bolqarıstan Aİ və Azərbaycan arasında münasibətlərin gələcək inkişafının fəal tərəfdarıdır".
Radev həmçinin energetika sahəsində əməkdaşlığa toxunaraq əlavə edib ki, Bolqarıstan Azərbaycandan sabit təbii qaz tədarükünü yüksək qiymətləndirir.
"Bu razılaşma çox yaxşı işləyir. Bundan başqa, Azərbaycandan Gürcüstan və Türkiyədan, Bolqarıstandan keçməklə "yaşıl enerji dəhlizi"nin reallaşmasını gözləyirik. Biz bu layihə üzərində fəal işləyirik. Mən həmçinin Bolqarıstanın yaxşı dostu olan Prezident İlham Əliyevlə məzmunlu müzakirələr apardım. Ümid edirəm ki, biz birlikdə bu layihənin reallaşmasını görəcəyik", - o deyib.

Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddiaları tamamilə əsassız hesab edir və onları qətiyyətlə rədd edir.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələni şərh edərkən deyib.
O qeyd edib ki, həmin məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib:
"Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir".
XİN nümayəndəsi əlavə edib:
"Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.
Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir. CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik".

-
report.az
- XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb
Azov dənizində mayın 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, heyətdə ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub:
"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".
Məlumatda qeyd olunub ki, hazırda, məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir:
"Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq".

-
report.az
- Səfir: Azərbaycan minifutbol komandası yüksək oyun nümayiş etdirib və bu uğura tam layiq olub
Səfir: Azərbaycan minifutbol komandası yüksək oyun nümayiş etdirib və bu uğura tam layiq olub
Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev Azərbaycan milli komandasını minifutbol üzrə Avropa çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Azərbaycan millisi finalda Ukrayna komandasını məğlub edərək ikinci dəfə Avropa çempionu olub.
"Komanda bütün turnir boyu yüksək səviyyəli oyun nümayiş etdirib və bu uğura tam layiq olub", - səfir vurğulayıb.
O, həmçinin Azərbaycan Minifutbol Federasiyasını və onun prezidenti Orxan Məmmədovu, eləcə də Slovakiyada yaşayan azərbaycanlıları təbrik edərək, milli komandaya göstərdikləri fəal dəstəyə görə onlara təşəkkür edib.
Səfir Azərbaycan millisinə və Minifutbol Federasiyasına yeni qələbələr və nailiyyətlər arzulayıb.

-
report.az
- UN-Habitat: Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ekoloji gündəmə ciddi münasibətin göstəricisidir
UN-Habitat: Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ekoloji gündəmə ciddi münasibətin göstəricisidir
Azərbaycan hökumətinin COP29, WUF13 kimi tədbirlərə ev sahibliyi hüquqi və ekoloji gündəmlərin qarşısının alınmasına nə qədər ciddi yanaşdığını nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirə videomüraciətində deyib.
Onun sözlərinə görə, yerli əhali davamlı şəhər inkişafının əsas sütunu kimi mənzil məsələsini önə çıxarır və inklüziv, əlçatan, iqtisadi baxımdan sərfəli və yerli şəraitə uyğun həllərə doğru çağırışı edir:
"Bu yanaşma təbiətə əsaslanan həllərə yeni öhdəlik, daha yaşıl şəhər məkanları üçün sağlam ekosistemlərin yaradılması və dayanıqlığın gücləndirilməsini tələb edir. Beləliklə, insan məskənləri təkcə ətraf mühitə təsiri azaltmır, həm də dayanıqlı icmalar qurur".

Slovakiyanın səfiri: Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm
Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Minifutbol üzrə Azərbaycan millisini qızıl medal münasibətilə təbrik edirəm. Çempion titulunun Slovakiyada qazanılması xüsusilə xoşdur. Layiqli qələbədir", - o yazıb.

Antonio Quterreş karbon emissiyalarının kəskin azaldılmasına çağırış edib
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) hökumətlərlə birlikdə çalışaraq insanların həyatını xilas etməyə, qorumağa və iqtisadiyyatları gücləndirməyə sadiqdir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirə videomüraciətində deyib.
Onun sözlərinə görə, karbon emissiyaları kəskin şəkildə azaldılmalı, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməlidir:
"Daha dayanıqlı və daha ucuz enerji həllərini tətbiq etməli və real enerji təhlükəsizliyini təmin etməliyik. Vurğulamaq istəyirəm ki, buna nail olmağın ən sürətli və ən sərfəli yolu artıq məlumdur və işlək həllər mövcuddur. Meşələrin, torpaqların və dənizlərin qorunması, icmaların hər il daha da dağıdıcı təsir göstərən iqlim dəyişikliklərinə uyğunlaşmasına kömək edilməsi vacibdir".

-
report.az
- Babiş: Çexiya Azərbaycanla qazla bağlı bütün razılaşmaları həyata keçirmək niyyətindədir - EKSKLÜZİV
Babiş: Çexiya Azərbaycanla qazla bağlı bütün razılaşmaları həyata keçirmək niyyətindədir - EKSKLÜZİV
Çexiyanın Baş naziri Andrey Babiş Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan nefti və qazının Ukrayna ərazisindən nəqli məsələsini müzakirə edib.
Bu barədə Baş nazir "Report"un Balkan bürosuna müsahibəsində bildirib.
"İrəvanda görüşümüz zamanı (Avropa Siyasi Birliyinin sammitində, - red.), Prezident Zelenskidən Azərbaycan nefti və qazının Ukrayna ərazisindən nəqlinə icazə verib-verməyəcəyini soruşdum. O, bunun mümkün olduğunu söylədi", - Babiş deyib.
O qeyd edib ki, Çexiya Azərbaycanla qaz tədarükünə dair əldə olunmuş "bütün razılaşmaları yerinə yetirməlidir.
"Hazırda Azərbaycan nefti və qazına böyük tələbat var və biz əvvəllər əldə etdiyimiz razılaşmaları həyata keçirməyə çalışırıq. Bu, bizim üçün vacibdir, çünki yanacağı Bratislavadakı neft emalı zavodundan (Macarıstanın MOL qrupuna məxsusdur - red.) alırıq. Çexiya yanacağın təxminən 30 %-ni idxal edir, buna görə də bu xammalın tədarükü böyük əhəmiyyət kəsb edir", - Babiş vurğulayıb.

-
report.az
- İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Hörmətli iştirakçılar,
Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir.
XXI əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən-ilə artan dağıdıcı fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların deqradasiyası, çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz tədbirlər tələb edən proseslərdir.
Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır.
Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk.
Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir.
Təmiz ətraf mühit və "yaşıl artım" hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.
Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir.
Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisidə məruz qalmış və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün də ciddi ekoloji ziyan vurmaqda davam edir.
Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək.
Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır.
Hörmətli iştirakçılar,
"Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə" qlobal çağırış adı altında keçirilən builki Ümumdünya Ətraf Mühit Günü iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır.
Bu gün iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün mühüm platforma təmin etmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən "Bakı sıçrayışı" tarixi qərarlarla yadda qaldı.
COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən genişmiqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir "Bakı Fəaliyyətə Çağırış" sənədinin qəbul edilməsi ilə nəticələnmişdir. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil təminatı üçün konkret addımların atılmasına zərurət olduğu vurğulanır.
Azərbaycan gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras qoymaq məqsədilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq edərək qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol oynamağa davam edəcək.
Tədbirin işinə uğurlar arzulayıram".
Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.

Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Tacikistandakı Səfirliyi Düşənbədə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir, Tacikistan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Azamşo Şarifi, Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Qayrat Əzizzadə, Tacikistan hökumətinin və parlamentinin, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Düşənbədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri, həmçinin Tacikistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edib.
Diplomat 108 il əvvəl müsəlman Şərqində yaradılan ilk demokratik, hüquqi, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb.
Səfir həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətləri, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunda xüsusi rolunu, eləcə də bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Ə.Əskərov vurğulayıb ki, bu gün Azərbaycan öz mövqelərini möhkəmləndirib, siyasi, iqtisadi və hərbi qüdrətə sahib olub, eləcə də beynəlxalq arenada yüksək nüfuz qazanıb.
Çıxışı zamanı diplomat həmçinin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirildiyini qeyd edib. O vurğulayıb ki, bu, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisidir.
Səfir iştirakçıları Azərbaycanın azad edilmiş ərazilərində aparılan tikinti-bərpa işlərinin gedişatı barədə məlumatlandırıb.
Ə.Əskərov həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər ilə bağlı məsələyə və bu gün Azərbaycanın hələ də üzləşdiyi mina təhlükəsinə toxunub.
İkitərəfli münasibətlərdən danışan diplomat vurğulayıb ki, dövlət başçıları arasındakı xüsusi və etimada əsaslanan münasibətlər Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafına güclü təkan verir.
Ziyafətdə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Doston Xolovun ifasında Azərbaycan musiqiləri səsləndirilib, Azərbaycan-Tacikistan münasibətlərinə həsr olunan sərgi təqdim edilib, ölkə ilə bağlı videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib.

Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
Pakistan Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün keçirilməsində oynadığı rolu yüksək qiymətləndirir.
"Report"un məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Putin: Rusiyanın Azərbaycanla yaxşı münasibətləri qorunub saxlanılır
Rusiya və Azərbaycan münasibətləri həmişə çox yaxşı olub, və belə də qalmağa davam edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
"Rusiya Federasiyası və Azərbaycan münasibətlərini çox yaxşı qiymətləndirirəm. Bizim Azərbaycanla xoş münasibətlərimiz həmişə olub və indi də belədir. Həm iqtisadiyyatda, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl strateji qarşılıqlı fəaliyyət haqqında müqavilə imzaladıq. Bu münasibətlər də beləcə inkişaf edir ", - Rusiya lideri qeyd edib.

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Monteneqeo Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, uzunmüddətli və qısamüddətli viza müraciətçiləri artıq Abu-Dabi, Dubay və Bakıdakı "VFS Global" mərkəzlərində müraciətlərini daha rahat şəkildə təqdim edə bilərlər.
Xatırladaq ki, iyunun 1-də Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu Balkan ölkəsinə giriş vizası alması üçün zəruri qaydalar barədə məlumat yayıb. Bildirilib ki, həm turist, həm də iş vizaları üçün sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan vətəndaşları "VFS Global" viza mərkəzinə müraciət etməli olacaqlar.

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Polad Murad oğlu Babayevin yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.
Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Dominikandakı səfirliyindən məlumat verilib.
Qəbulda fəxri qonaq qismində Dominikanın iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrəxarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes, həmçinin, Dominikan XİN-in, parlamentin, eləcə də müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, bu ölkənin aparıcı mətbu orqanlarından biri olan "Listin Diario" qəzetinin, həmçinin, digər KİV və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikası və Dominikan Respublikasının Dövlət himnləri səsləndirilib.
Dövlət himnlərinin ardınca ölkəmizin iqamətgahı Havana şəhəri olmaqla Dominikandakı səfiri Ruslan Rzayev çıxış edərək, ilk dəfə olaraq Dominikanın paytaxtı Santo-Dominqo şəhərində keçirilən qəbulun önəmindən danışıb. Diplomat 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Çox qısa zaman, cəmi 23 ay mövcud olmuş bu Respublikanın xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.
R.Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.
Səfir Azərbaycanın son illərdə COP29, Qoşulmama Hərəkatı, Avropa Oyunları, MDB Oyunları və Formula1 kimi mötəbər beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyini, bu xüsusda 17-22 may tarixlərində ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Dominikan əlaqələri haqqında danışan R.Rzayev ölkəmizin Dominikanla münasibətlərə diqqət ayırdığını, məhz bu səbəbdən ilk dəfə olaraq 2025-ci ildə Azərbaycan səfirliyinin bu ölkəyə akkreditə olunduğunu vurğulayıb. Diplomat Azərbaycanın kiçik ada ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, son müddətdə ikitərəfli təmaslarda müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.
Sonra fəxri qonaq qismində iştirak edən xarici işlər nazirinin iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə müavini Huqo Fransisko Rivera Fernandes Dominikanda ilk dəfə olaraq Azərbaycanın Müstəqillik Günü il bağlı qəbulun keçirilməsi ilə əlaqədar hökumət adından təşəkkürünü ifadə edib. O, Dominikan hökuməti və Xarici İşlər Nazirliyinin adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. H.Rivera ikitərəfli təmaslardakı müsbət dinamikanın məmnunluq doğurduğunu, istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ticarət, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə iki ölkəarasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar "İçərişəhər: Canlı şəhər irsi" sərgisi nümayiş olunub.

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Məlumat yenilənir...

Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü qeyd olunub
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.
Onun sözlərinə görə, AXC-nin cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu hadisə Azərbaycan xalqının tarixində mühüm bir səhifə olub və müasir Azərbaycan Respublikası onun qanuni varisidir.
Diplomat vurğulayıb ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ciddi çağırışlarla üzləşib. O, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edib.
A. Atamoğlanov bildirib ki, bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfirin sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyin qarantı, eləcə də qlobal enerji və nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir.
Çıxışının sonunda A. Atamoğlanov dəstəyə görə hər kəsə təşəkkür edib.

Nuri Quliyev Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsulları açıqlayıb
Rusiyanın Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsulları tədarükünün həcmi orta hesabla ildə təqribən 800 milyon dollar təşkil edir.
"Report" xəbər verir ki, bu barədə "Rusiya İxrac Mərkəzi" SC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev "Made in Russia" ziyafətinin açılışında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, məhz aqrar-sənaye kompleksi və qida sənayesi məhsulları Rusiyanın Azərbaycana ixracının əsas hərəkətverici qüvvəsi olaraq qalır.
"Statistika çox dəqiq elmdir və o göstərir ki, Rusiyanın Azərbaycana ixracının lokomotivi, şübhəsiz ki, kənd təsərrüfatı və qida məhsullarıdır. Orta hesabla hər il Rusiya ixracının təqribən 800 milyon dolları Azərbaycan Respublikasının payına düşür", - o qeyd edib.

-
report.az
- Adam Xakimov: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri olaraq qalır
Adam Xakimov: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri olaraq qalır
Zəngilanda imzalanmış hökumətlərarası sənəd Azərbaycan və Rusiya arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir.
Bu barədə "Report"a müsahibəsində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov bildirib.
"Bu yaxınlarda Zəngilanda Azərbaycan və Rusiya arasında hökumətlərarası sənəd imzalanıb. Bu sənəddə biz bütün strateji istiqamətləri qeyd etdik. İmzalanmanın məhz Zəngilanda baş tutması bizim üçün çox əlamətdar idi", - o deyib.
Xakimovun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri olaraq qalır.
O vurğulayıb ki, Azərbaycandakı Rusiya biznesi üçün prioritetlərdən biri mövcudluğun genişləndirilməsi, o cümlədən Rusiya şirkətlərinin azad edilmiş ərazilərdəki fəaliyyəti olacaq.
Xakimovun sözlərinə görə, Azərbaycanın sənaye parkları, texnoparkları və xüsusi iqtisadi zonaları Rusiya tərəfindən istehsalın lokallaşdırılması və məhsulların daha sonra xarici bazarlara ixracı üçün mühüm meydançalar kimi nəzərdən keçirilir.

-
report.az
- Ceyhun Bayramov qırğızıstanlı həmkarını ölkəsinin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Ceyhun Bayramov qırğızıstanlı həmkarını ölkəsinin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.
Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
A. Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. C. Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.
Nazirlər Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin və səylərin son gedişatı, həmçinin ikitərəfli əlaqələrlə bağlı məsələlər barədə danışıb, fikir mübadiləsi aparıblar.

Xorvatiyanın müftüsü Azərbaycanın bu ölkədəki səfirliyində olub
Xorvatiya İslam Cəmiyyəti Ali Şurasının sədri Əziz Əfəndi Həsənoviç Azərbaycanın bu ölkədəki səfirliyində olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.
"Xorvatiya İslam İcması Məşihatının sədri, müfti doktor Əziz Əfəndi Həsənoviçi Səfirlikdə qəbul etməkdən məmnun oldum", - o qeyd edib.
Azərbaycan və Xorvatiyadakı multikulturalizm ənənələri barədə ətraflı fikir mübadiləsi aparılıb:
"Hörmətli müfti Xorvatiya hökuməti tərəfindən İslam icmasına göstərilən dəstək barədə danışıb. Mən Azərbaycanın müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və hörmətə verdiyi əhəmiyyət barədə məlumat verdim. Birgə xeyriyyə layihələrinin perspektivlərini ətraflı müzakirə etdik".

-
report.az
- Azərbaycan ilə Braziliya arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan ilə Braziliya arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı səfir B. Klinql etimadnaməsinin surətini C. Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu çərçivədə, iqlim gündəliyi və COP prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Səmərqənddə İsveçrənin dövlət katibi və Federal Ətraf Mühit İdarəsinin direktoru Katrin Şnebergerlə görüşüb.
"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Səmərqənddə keçirilən 8-ci GEF Assambleyası çərçivəsində İsveçrənin Dövlət katibi və Federal Ətraf Mühit İdarəsinin direktoru xanım Katrin Şnebergerlə məhsuldar müzakirə apardıq", - o yazıb.
"Eco Expo Central Asia 2026 and 8th GEF Assembly"nin Mərkəzi Asiya və İsveçrə Seçki Dairəsinin prioritetləri, o cümlədən GEF tərəfindən dəstəklənən layihələrin icrasındakı irəliləyiş, regional ətraf mühit çağırışlarını və qarşıdan gələn GEF vəsaitlərinin yenidən doldurulması dövrü üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Regional ətraf mühit və iqlim çağırışlarının həllində GEF resurslarının səmərəliliyinin, əlçatanlığının və təsirinin artırılması müzakirə olunub.

Qətər Əmiri İlham Əliyevi təbrik edib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".

-
report.az
- Kuçma: Ukrayna Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir
Kuçma: Ukrayna Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevi 28 may - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Mən Azərbaycana - bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.
Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.
Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm".

Küveyt vəliəhdi İlham Əliyevi təbrik edib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Prezident İlham Əliyevi təbrik edib.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

-
report.az
- ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərliyi İlham Əliyevi təbrik edib
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərliyi İlham Əliyevi təbrik edib
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darof Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı və Amerika yəhudi icması adından 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.
Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu tarixi mərhələnin əhəmiyyətini və onun yaratdığı parlamentli idarəetmənin, hüquq bərabərliyinin və inklüzivliyin davamlı irsini dəyərləndiririk. Xüsusilə 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi nümayəndəsinin də yer alması Azərbaycanda uzunmüddətli birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin sübutudur.
Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq. Azərbaycandan ölkənin uzunmüddətli dini tolerantlıq ənənəsinin, qədim tarixinin və zəngin mədəni irsinin, səfərimiz boyunca gördüyümüz mehribanlığın və qonaqpərvərliyin bizdə yaratdığı dərin təəssüratla qayıtdıq.
Cənab Prezident, bu əlamətdar milli bayram münasibətilə Azərbaycan Respublikasının və onun xalqının davamlı firavanlığı, təhlükəsizliyi və uğurları ilə bağlı ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik. Gələcəkdə icmalarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".

Qaluzin: Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib
Rusiya prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəflənib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.
"Bunu Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verəcəyindən çıxış edərək demək istərdim. Rusiya tərəfinin Azərbaycan Respublikası ilə bütün əlaqələr kompleksinin ardıcıl inkişafına dair prinsipial mövqeyi dəyişməzdir. Odur ki, biz əlaqələrimizin inkişafında əldə edilmiş tempi azaltmaq niyyətində deyilik", - o qeyd edib.

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
BƏoin Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
Qeyd olunub ki, "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə Azərbaycanın BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.
Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.
Həmçinin Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir iki ölkə arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Ziyarət çərçivəsində həmçinin C.Hüseynzadə Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb.
Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Ukrayna və Böyük Britaniya Bakıda əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edib
Ukrayna və Böyük Britaniya ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, təhlükəsizlik və humanitar sahədə müasir çağırışları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında məlumat verib.

Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi imzalana bilər.
"Report" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev və Kareliyanın başçısı Artur Parfençikov arasında keçirilən görüşdə müzakirə edilib.
Danışıqlar zamanı tərəflər qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına xüsusi diqqət yetiriblər. Qeyd olunub ki, Kareliya xarici iqtisadi əməkdaşlığın cənub və şərq istiqamətlərini fəal şəkildə inkişaf etdirir, Azərbaycan isə Rusiyanın regionları ilə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.
"Hazırda Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi baxılma mərhələsindədir", - diplomatik nümayəndəlikdən əlavə ediblər.

AHİK sədri Sahib Məmmədov Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.
Sessiyada çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov bildirib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu siyasətin tərkib hissəsi kimi, ölkədə əmək hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə sistemli və məqsədyönlü tədbirlər görülür, normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilir, beynəlxalq əmək standartlarının tətbiqi genişləndirilir.
Konfederasiya sədri qeyd edib ki, sözügedən prioritetlər həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri ilə tam uzlaşır. O, AHİK-in əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşlığın inkişafı sahəsində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, yeni imzalanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial-iqtisadi və əmək münasibətləri sahəsində qarşılıqlı öhdəlikləri, razılaşdırılmış mövqeləri və birgə fəaliyyət istiqamətlərini müəyyən edən mühüm sənəddir.
Sahib Məmmədov vurğulayıb ki, AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən həm həmkarlar ittifaqları üzvlərinə, həm də üzv olmayan şəxslərə əmək hüquqları ilə bağlı ödənişsiz hüquqi məsləhət xidmətləri göstərilir. Eyni zamanda Konfederasiya Azərbaycan ilə BƏT arasında imzalanmış "2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın icrasında fəal iştirak edir və əmək hüquqlarının müdafiəsi, sosial dialoqun inkişafı və layiqli əməyin təşviqi istiqamətində həyata keçirilən tədbirlərə töhfə verir.
Gender bərabərliyi sahəsində görülən işlərdən bəhs edən Konfederasiya sədri qadınların idarəetmə və qərarqəbuletmə proseslərində iştirakının artırılması, iş yerlərində bərabər imkanların yaradılması və inklüziv əmək mühitinin təşviqi istiqamətində ardıcıl fəaliyyət həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, AHİK-də bu istiqamət üzrə müvafiq struktur bölmənin yaradılması gender məsələlərinə institusional yanaşmanın gücləndirilməsinə və "Azərbaycan Respublikasında gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı"nın icrasına mühüm dəstək verir.
Çıxış zamanı sosial dialoqun inkişafı, Sosial-İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, BƏT-in 187 saylı Konvensiyasının ratifikasiyası, eləcə də əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib. Sahib Məmmədov bu tədbirlərin əmək münasibətlərinin daha səmərəli tənzimlənməsinə, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial tərəfdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

-
report.az
- Ramil Həsən: BMT TŞ-də təmsilçilik Qırğızıstanın sülh istiqamətində rolunu daha da artıracaq
Ramil Həsən: BMT TŞ-də təmsilçilik Qırğızıstanın sülh istiqamətində rolunu daha da artıracaq
TÜRKPA Baş katibi Ramil Həsən Qırğızıstanı ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasında təmsilçilik Qırğızıstanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində rolunu daha da artıracaq.
O bildirib ki, Qırğızıstanın qeyri-daimi üzv seçilməsi həmçinin Şuranın fəaliyyətinə mühüm töhfələr verəcək.
"Bu mühüm nailiyyət beynəlxalq ictimaiyyətin Qırğızıstanın çoxtərəfli diplomatiyaya, beynəlxalq hüququn prinsiplərinə, sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə verdiyi töhfələrə yüksək etimadının bariz təzahürüdür. TÜRKPA olaraq bu əlamətdar hadisənin qardaş Qırğız xalqının rifahına və ölkənin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcəyinə inanır, Türk dövlətlərinin Qırğız Respublikasına davamlı dəstəyini bir daha təsdiq edirik", - deyə o qeyd edib.

Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Misir və Azərbaycan neft-qaz sahəsində uzunmüddətli tərəfdaşlıq imkanlarını öyrənirlər.
"Report" xəbər verir ki, bu barədə "ECO FIN Agency" Misirin Neft Nazirliyinə istinadən məlumat yayıb.
Bu mövzuda danışıqlar Bakı Enerji Həftəsi çərçivəsində Misirin neft naziri Karim Badavi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov arasında keçirilən görüş zamanı baş tutub.
Məlumatda bildirilib ki, müzakirələr iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın aktivləşdirilməsinə və miqyasının genişləndirilməsinə yönəlib.
K.Badavi Misirdə inkişaf etmiş neft emalı, nəqli, saxlanması və ixracı infrastrukturuna diqqət çəkərək, bu aktivləri əməkdaşlığın genişləndirilməsi üçün əsas kimi təqdim edib.
Nazir, həmçinin karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı sahəsində investisiya imkanlarını qeyd edib, eləcə də SOCAR-ı Misir bazarında iştirakını genişləndirməyə dəvət edib.
Qeyd olunub ki, bu görüş martın 31-də Qahirədə "Egypt Energy Show" (EGYPES) sərgisi çərçivəsində imzalanmış çərçivə sazişinin davamı olub. Saziş mayeləşdirilmiş təbii qazın, neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və ixtisasartırma da daxil olmaqla bir neçə əməkdaşlıq sahəsini əhatə edir.

-
report.az
- Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bu il Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açılıb.
Görüşdə həmçinin TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

-
report.az
- DFC TRIPP şirkətinin yaradılması da daxil olmaqla 2,5 milyard dollarlıq investisiyaları təsdiqləyib
DFC TRIPP şirkətinin yaradılması da daxil olmaqla 2,5 milyard dollarlıq investisiyaları təsdiqləyib
ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) Direktorlar Şurası "TRIPP Development Company" şirkətinin yaradılmasının dəstəklənməsi də daxil olmaqla, ümumi məbləği 2,5 milyard dollar olan bir sıra yeni strateji investisiyaları təsdiqləyib.
Bu barədə Report DFC-yə istinadən xəbər verir.
Məlumata görə, təsdiqlənmiş layihələrə arasında Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və birgə rifah vasitəsilə sülhün möhkəmləndirilməsi təşəbbüsü daxildir.

Azərbaycan Kiqali Düzəlişinin icrası üçün milli hazırlıq işlərini davam etdirir
Azərbaycan Kiqali Düzəlişinin icrası üçün milli hazırlıq işlərini davam etdirir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Özbəkistanın Səmərqənd şəhərində Qlobal Ekologiya Fondunun (QƏF) VIII Assambleyası çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) yan tədbirində iştirakına dair "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Artan soyutma tələbatı getdikcə həm iqlim, həm də inkişaf çağırışına çevrilməkdədir və bu, enerji səmərəliliyi, davamlı şəhər inkişafı və müasir soyutma texnologiyaları istiqamətində daha güclü səylər tələb edir", - o qeyd edib.
M. Babayev əlavə edib ki, COP29-dan sonra iqlim prosesləri icra və tətbiq mərhələsinə doğru irəlilədikcə davamlı soyutmaya keçidi dəstəkləmək üçün regional əməkdaşlıq, texnologiya transferi, investisiyalar və praktiki icra vacibdir:
"Azərbaycan 2025-ci ildə Kiqali Düzəlişini ratifikasiya edib və hazırda onun icrası üçün milli hazırlıq işlərini irəli aparır".
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ildə "Ozon qatını dağıdan maddələr haqqında" Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişini təsdiqləyib.

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq
TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.
"Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə Dövlət Departamentinin fəaliyyətinin son 16-17 ayı əhəmiyyətli uğurların və davam edən mürəkkəb beynəlxalq çağırışların vəhdəti ilə xarakterizə olunur.
"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu - TRIPP-i yaradan memorandumla yekunlaşıb", - o bildirib.
Rubio həmçinin xatırladıb ki, ABŞ bir sıra münaqişələrin, o cümlədən Hindistan və Pakistan arasındakı gərginliyin həllində iştirak edib və orada nüvə dövlətləri arasında genişmiqyaslı müharibənin qarşısını almaq mümkün olub. O həmçinin Tailand və Kamboca arasındakı münaqişələrin nizamlanmasında ABŞ-nin rolunu qeyd edib, eləcə də Qəzzada müharibənin başa çatdığını və qalan bütün girovların azad edildiyini bildirib.
Xatırladaq ki, mayın 26-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib
Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Bəhreynin XİN rəhbəri yeni təyin olunmuş azərbaycanlı diplomatı salamlayıb və ona uğurlar arzulayıb. Əl-Zəyani, həmçinin Bəhreynin Azərbaycanla dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu təsdiqləyib.
Öz növbəsində C. Hüseynov bu vəzifəyə təyin olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan-Bəhreyn münasibətlərinin müxtəlif sahələrdə inkişafının müsbət dinamikasını qeyd edib. O, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu vurğulayıb.

-
report.az
- Muxtar Babayev: Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində səylər davam edir
Muxtar Babayev: Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində səylər davam edir
İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, havanın çirklənməsi, torpaqların deqradasiyası və resurs səmərəliliyi də daxil olmaqla, ortaq ətraf mühit çağırışlarının həllində praktiki və icrayönümlü regional əməkdaşlığın əhəmiyyəti artıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Özbəkistanın Səmərqənd şəhərində Ətraf Mühit üzrə 6-cı Nazirlər Toplantısında deyib.
"Bakıda keçirilən COP29-da, region miqyasında daha dayanıqlı və resurs baxımından səmərəli iqtisadiyyatlara ədalətli keçidi dəstəkləmək məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi ilə birlikdə resurs səmərəliliyi və dairəvi iqtisadiyyat üzrə RESCUE Təşəbbüsünü başlatdıq", - o bildirib.
M. Babayev Azərbaycanın Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində səylərini inkişaf etdirdiyini də qeyd edib.

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.
Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyətləri təmsil edir.
Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra görüşlər keçirib. Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri Bürosunun (ACTRAV) direktoru Oliver Röpke ilə görüşdə işçilərin hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, gender bərabərliyinin təşviqi, birgə təlim proqramları və institusional potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub.
Konfederasiya sədri Sahib Məmmədov BƏT-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanın BƏT-in 60 konvensiyasını və bir protokolunu ratifikasiya etməsi ölkədə beynəlxalq əmək standartlarının tətbiqinə və əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsinə verilən önəmin göstəricisidir. Bütün bunlar isə AHİK-lə BƏT arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Görüşdə AHİK və ACTRAV arasında 2025-ci ildə təhsil sahəsində imzalanmış Əməkdaşlıq haqqında Bəyannamədən irəli gələn məsələlərin icrası, həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
AHİK nümayəndələri tədbir çərçivəsində Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Sergey Bızovla da görüşüblər.
Görüşdə Azərbaycan və Ukraynanın həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin olunması sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli saziş layihəsi haqqında danışıqlar aparılıb
2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.
Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu illəri əhatə edən Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.
Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri Aİ-dən olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.
Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.
XİN ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil Nazirliklərinin, habelə Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin nümayəndələri iştirak ediblər.

Dankan Norman Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, görüş zamanı səfir D. Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.
Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
C. Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov deyib.
O bildirib ki, artıq bir neçə ildir Ukrayna tərəfindən bir qrup uşaq Azərbaycana səfər edir:
"Bu gün də artıq növbəti qrup Azərbaycan səfəri planlaşdırıb və artıq onlar ölkəmizə gəliblər. 10 gün ərzində olacaq bu proqram çərçivəsində Ukraynalı uşaqlar həm Bakı, həm də Qəbələ şəhərlərində öz asudə vaxtlarını səmərəli keçirəcəklər, reabilitasiya proqramlarında icra olunacaqlar. Bundan sonra da Ukraynanın 30 uşağının Azərbaycana gəlməsi planlaşdırılır. Onlar iki gün ərzində Bakı şəhərində olacaqlar. Bakı şəhərində olduqları müddət ərzində onlar müxtəlif art-terapiyalardan, yoqa məşğələlərindən mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb olunacaqlar və onların həm sosial-psixoloji və eyni zamanda asudə vaxtlarının səmərəli keçirilməsi həyata keçiriləcək".
Pərviz Səfərov əlavə edib ki, daha sonra uşaqlar Qəbələ şəhərindəki Uşaq Reabilitasiya Mərkəzində olacaqlar:
"Bu müddət ərzində də onların həm tibbi reabilitasiyaları, eyni zamanda sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçiriləcək. Həmçinin, Azərbaycanda olduğu müddət ərzində uşaqlara Azərbaycanın qədim tarixi, mədəni irsi, mədəni tədbirləri haqqında məlumat veriləcək və Azərbaycan haqqında kifayət qədər məlumatlar əldə edəcəklər. Bu artıq bizim silsilə növbəti tədbirlərimizdən biridir. Bundan sonra da bu tədbirlərin olması nəzərdə tutulur".

Yuri Qusev: Kiyev ukraynalı uşaqlara dəstəyinə görə Azərbaycana minnətdardır
Ukrayna Mariupoldan olan və reabilitasiya üçün Azərbaycana gələn uşaqlara göstərilən dəstəyi yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
"Bu gün bizə Mariupoldan olan ukraynalı uşaqların daha bir qrupu qoşulur. Bu uşaqlar müharibəni görüblər. Biz ölkələrimizi və uşaqları birləşdirən bu vacib proqrama görə Azərbaycan hökumətinin, bütün xalqının dəstəyini yüksək qiymətləndiririk", - o qeyd edib.

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək
Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
Məlumat yenilənir...

Bakı və Brüssel Tərəfdaşlıq Prioritetlərinin mətnini razılaşdırıb
Avropa İttifaqı (Aİ) və Azərbaycan Tərəfdaşlıq Prioritetlərinin mətnini razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Tərəfdaşlığın 30 illiyi ilə əlaqədar Bakıda Aİ və Azərbaycan arasında məhsuldar danışıqlar keçirilib. Tərəflər "Tərəfdaşlıq Prioritetləri"nin mətnini ilkin olaraq razılaşdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmi olaraq bərpa ediblər. Diqqət mərkəzimizdə - dialoqun gücləndirilməsi, əlaqələrin və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi dayanır", - məlumatda bildirilib.

-
report.az
- Kanadanın analitik mərkəzi: ABŞ Azərbaycana Xəzər regionunun enerji qapısı kimi önəm verir
Kanadanın analitik mərkəzi: ABŞ Azərbaycana Xəzər regionunun enerji qapısı kimi önəm verir
Birləşmiş Ştatlar və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb. Bununla yanaşı, Vaşinqton Azərbaycanın Mərkəzi Asiya və Xəzər regionunu Avropa və dünya bazarları ilə birləşdirən əsas tranzit enerji qovşağına çevrilməsi ilə bağlı daha geniş strateji təşəbbüs çərçivəsində ölkənin enerji sektorunda iştirakını dərinləşdirmək niyyətində olduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Kanadanın aparıcı "QUATRO" analitik mərkəzinin məqaləsində deyilir.
Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ-nin dövlət katibinin köməkçisi Kaleb Orr tərəfindən təmsil olunduğu Bakı Enerji Həftəsi çərçivəsində imzalanmış sazişlər sabitliyi pozan münaqişələr fonunda həm Rusiyadan, həm də Fars körfəzindən yan keçən enerji dəhlizlərinin artan strateji əhəmiyyətini əks etdirir.
"ABŞ və Azərbaycan arasında enerji tərəfdaşlığının əsasını ABŞ-nin ən böyük neft-qaz şirkətlərinin iştirakı təşkil edir. "ExxonMobil" şirkəti ötən il Bakı Enerji Həftəsi zamanı yeni geoloji kəşfiyyat imkanlarına dair anlaşma memorandumu imzaladıqdan sonra mühüm tərəfdaş olaraq qalır. Öz növbəsində, "Chevron" Vaşinqtonun birbaşa dəstəyi ilə builki tədbir zamanı yeni kəşfiyyat sazişi imzalayıb. Bu şirkətlərin iştirakı ABŞ-nin Azərbaycanın karbohidrogen ehtiyatlarına kommersiya marağının yenidən canlandığını göstərir", - məqalədə bildirilir.
Müəlliflər qeyd edirlər ki, bəyanatın ən mühüm elementi Kaleb Orr tərəfindən səsləndirilən strateji konsepsiya olub. Onun sözlərinə görə, Vaşinqton Avropaya və dünyanın digər regionlarına enerji resurslarının tədarükü üçün Orta Dəhlizin mərkəzi qovşağı kimi Azərbaycanın rolunun gücləndirilməsinə kömək etmək niyyətindədir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz Rusiya və İrandan yan keçməklə Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən ticarət, nəqliyyat və enerji yoludur.
Ukraynadakı müharibənin Rusiyanın bir çox tranzit marşrutlarının işini pozması, Fars körfəzindəki münaqişənin isə Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə dəniz daşımalarında fasilələrə səbəb olması nəticəsində onun strateji əhəmiyyəti kəskin şəkildə artıb", - məqalədə qeyd olunur.
ABŞ-nin Azərbaycana və Orta Dəhlizə olan marağının əsasında dayanan geosiyasi məntiq indiki şəraitdə olduqca inandırıcı görünür. Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya boru kəməri qazından asılılıqdan imtina edən və eyni zamanda Fars körfəzindəki münaqişə səbəbindən LNG və neft məhsullarının tədarükündə fasilələrlə üzləşən Avropanın nə Moskvadan, nə də Yaxın Şərqin qeyri-sabit dəniz yollarından asılı olmayan şaxələndirilmiş enerji mənbələrinə kəskin ehtiyacı var.
Xəzər dənizinin karbohidrogen ehtiyatlarına malik olan və Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarları ilə birləşdirən marşrut üzərində strateji mövqe tutan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün məhz həmin zəruri alternativ tədarük yolunu təklif edir.
8 milyard dollar məbləğində kommersiya sazişləri təkcə enerji investisiyalarını əhatə etmir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov energetika, investisiyalar, regional bağlantı və süni intellekti həm ölkənin ambisiyalarını, həm də Vaşinqtonun daha geniş strateji maraqlarını əks etdirən əsas əməkdaşlıq istiqamətləri adlandırıb.
Müəlliflər qeyd edirlər ki, tərəfdaşlıq ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevral ayında Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində inkişaf edir ki, bu da enerji və kommersiya sazişlərinin ayrı-ayrı kommersiya sövdələşmələri deyil, məqsədyönlü strateji yaxınlaşmanın bir hissəsi olduğunu göstərir.
"ABŞ və Azərbaycan arasında münasibətlərin səviyyəsinin rəsmi strateji tərəfdaşlıq formatına qədər yüksəlməsi Vaşinqtonun Qafqaz və Xəzər regionunun enerji dəhlizləri və tədarük zəncirlərinin təhlükəsizliyi uğrunda daha geniş rəqabətin əsas arenalarından birinə çevrildiyini dərk etməsini əks etdirir.
Tərəfdaşlığın dərinləşməsi vaxtı Fars körfəzindəki münaqişənin strateji nəticələri ilə qırılmaz şəkildə bağlıdır. Müharibə Fars körfəzi vasitəsilə enerji resurslarının tədarük marşrutlarının həssaslığını nümayiş etdirdi və bu regiondan tamamilə yan keçən alternativ yolların axtarışını sürətləndirdi", - məqalədə bildirilir.

Roma Papası İlham Əliyevi təbrik edib
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.
Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq,
hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.
Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm".

-
report.az
- Fərhad Abdullayev: Azərbaycan və Keniya arasında əlaqələr son illər dinamik şəkildə inkişaf edir
Fərhad Abdullayev: Azərbaycan və Keniya arasında əlaqələr son illər dinamik şəkildə inkişaf edir
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Keniya Ali Məhkəməsinin sədri Marta Koomenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a məhkəmədən məlumat verilib.
Bildirilib ki, Fərhad Abdullayev Azərbaycan və Keniya arasında əlaqələrin son illər dinamik şəkildə inkişafının məmnunluq doğurduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sədr may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşünün ölkələrimiz arasında bir sıra sahələrdə Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Marta Koome qeyd edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasında, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin rəqəmsallaşdırılması prosesi ilə tanışlıq maraqlıdır. O, Keniya Ali Məhkəməsinin fəaliyyəti barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Xanım sədr başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfəri çərçivəsində Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, bölgənin sosial-iqtisadi inkişafını və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində görülən tədbirləri yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.
Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Görüşdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

-
report.az
- Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
Niderlandın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və ölkənin Xarici İşlər Nazirliyinin əlaqəlilik məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfərləri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə görüşlər keçiriblər.
Bu barədə "Report" Niderlandın Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Bildirilib ki, səfər çərçivəsində əlaqəlilik və energetika sahəsində əməkdaşlıq müzakirə edilib.
Diplomatik nümayəndəlikdən bildiriblər ki, xüsusi nümayəndələr Azərbaycan və Niderland arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etmək üçün Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, eləcə də Energetika Nazirliyinin nümayəndələri ilə görüşüblər.
"Danışıqların diqqət mərkəzində təmiz enerji, nəqliyyat əlaqəliliyi, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, dəniz fəaliyyəti, innovasiyalar və Orta Dəhlizin rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyət imkanları yer alıb", - səfirliyin məlumatında bildirilib.
Bundan başqa, səfər çərçivəsində xüsusi nümayəndələr aparıcı analitik mərkəzlərlə və Orta Dəhliz boyu fəaliyyət göstərən Azərbaycan və Niderland şirkətlərinin nümayəndələri ilə də görüşüblər.
Tərəflər regiondakı geosiyasi prosesləri, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini, eləcə də Yaxın Şərqdəki böhranın regional nəqliyyat əlaqəliliyinə təsirini müzakirə ediblər.

Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
Ukrayna Azərbaycanla enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsində yazıb.

BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar
Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report" xəbər verir ki, sənədi BTQ-in icraçı direktoru Abbas Abbasov və Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinqh imzalayıblar.
XƏBƏR YENİLƏNİR

-
apa.az
- Zikh Federasiyası: Bakı Təşəbbüs Qrupu sayəsində səsimizi qlobal auditoriyaya çatdıra bilirik
-
apa.az
- İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək
-
report.az
- Abbas Abbasov: BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlığa dair memorandum imzalayacaq
Abbas Abbasov: BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlığa dair memorandum imzalayacaq
Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası tərəflər arasında akademik əməkdaşlığı tənzimləyəcək əməkdaşlıq memorandumu imzalayacaqlar.
"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə bildirib.
"Biz (BTQ - red.) bu memorandum da daxil olmaqla institusional və sənədlə təsbit edilmiş mexanizmlər vasitəsilə etnik azlıqların hüquqlarının müdafiəsini gücləndirmək qərarına gəldik", - o qeyd edib.
Xəbər yenilənir

Robb Batler: ÜST-nin Azərbaycanla əməkdaşlığı konkret nəticələr verir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanla əməkdaşlığı artıq konkret nəticələr verir.
"Report" xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ÜST Azərbaycanla münasibətlərə böyük dəyər verir:
"Əməkdaşlığımız artıq konkret nəticələr verir. Son bir ildə ÜST ölkənin immunizasiya məlumat sisteminin rəqəmsallaşdırılmasına dəstək göstərib və bütün ölkə üzrə soyuq zəncir avadanlıqlarının (peyvəndlərin və temperatur həssaslığı olan digər tibbi məhsulların saxlandığı soyuducuların, dondurucuların və nəqliyyat konteynerlərinin temperaturunun fasiləsiz izlənməsi - red) real vaxt rejimində monitorinqini mümkün edib".
ÜST rəsmisi qeyd edib ki, həmçinin təcili tibbi yardım qruplarının yaradılmasına dəstək verilir və onların beynəlxalq akkreditasiyasının bu ilin sonunadək əldə olunacağı gözlənilir:
"Eyni zamanda yeni peyvənd təqviminə uyğun olaraq tibb və tibb bacılığı məktəblərinin kurikulumlarının yenilənməsi istiqamətində qurumlarla sıx əməkdaşlıq edirik. Bu, gələcəkdə səhiyyə işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün mühüm addımdır. Azərbaycan həmçinin həbsxanalarda vərəmlə mübarizə üzrə yeganə ÜST əməkdaşlıq mərkəzinə ev sahibliyi edir və bu sahədə yalnız milli deyil, qlobal bilik və təcrübənin inkişafına da töhfə verir".

-
report.az
- Moninder Sinqh: Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu ilə sazişlər imzalanacağına ümid edir
Moninder Sinqh: Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu ilə sazişlər imzalanacağına ümid edir
Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu (BTQ) və Azərbaycanla sazişlərin imzalanacağına ümid edir.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinq Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Xəbər yenilənir

ÜST rəsmisi: Azərbaycan səhiyyənin rəqəmsallaşdırılmasında regional liderdir
Azərbaycan səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı rola malikdir.
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal səhiyyə sahəsində qurduğu sistem təsadüf nəticəsində yaranmayıb:
"Bu, Səhiyyə Nazirliyinin və ölkə rəhbərliyinin hər bir vətəndaş üçün səhiyyə xidmətlərini daha effektiv etmək istiqamətində məqsədyönlü və davamlı siyasi iradəsinin nəticəsidir".
ÜST rəsmisi qeyd edib ki, Tibbi Rəqəmsal Əkiz Sistemi də müasir səhiyyənin əsas problemlərindən birini həll etməyi hədəfləyir:
"Tibbi məlumatlar çox vaxt müxtəlif qurumlar və şöbələr arasında parçalanmış vəziyyətdə olur ki, bu da həkimlərin məlumatları görmək imkanlarını, planlaşdırıcıların qərarvermə imkanlarını və xəstələrin xidmət təcrübəsini məhdudlaşdırır. Elektron sağlamlıq qeydlərini şəxsi sağlamlıq məlumatları, teleradiologiya, qəbul sistemləri və analitik alətlərlə vahid, standartlara əsaslanan platformada birləşdirməklə bu platforma daha əlaqəli, hər bir insanın ehtiyaclarına daha çevik cavab verən səhiyyə sistemi yaradır".

-
report.az
- Basset Sinqh: 1984-cü ildə zikhlərə qarşı törədilmiş hadisələr soyqırımı kimi təsnif edilməlidir
Basset Sinqh: 1984-cü ildə zikhlərə qarşı törədilmiş hadisələr soyqırımı kimi təsnif edilməlidir
1984-cü ildə zikh icmasına qarşı baş verən hadisələr soyqırımı kimi təsnif edilməlidir.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Zikh Federasiyasının (ABŞ) nümayəndəsi Basset Sinqh bildirib.
Xəbər yenilənir

Anita Lal: Hindistanın repressiyaları təkcə zikhlərə deyil, digər icmalara da toxunur
Hindistandakı transmilli repressiyalar problemi təkcə zikhlərə deyil, həm də dalitlər və müsəlmanlar da daxil olmaqla digər icmalara toxunur.
"Report" xəbər verir ki, bunu ABŞ-nin dalit icmasının nümayəndəsi Anita Lal Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 1984-cü il hadisələri Hindistanda azlıq nümayəndələrinin təqib edilməsinin ilk halı deyil:
"1984-cü il hadisələri xalqımızın başına belə bir işin gəldiyi ilk hal deyildi. O vaxtdan bəri transmilli repressiya formaları sərhədləri aşaraq davam edir - özü də təkcə zikhlərə qarşı deyil, həm də dalitlərə, müsəlmanlara və Hindistan hökuməti ilə razılaşmadığını bildirən hər kəsə qarşı. Buna görə də, bu məsələlər ətrafında dialoqu inkişaf etdirmək, eləcə də transmilli təzyiq qorxusuna görə əsas hüquqlarından məhrum edilmiş dünyadakı yüz milyonlarla insana azadlıq və ədalət şansı verərək irəli getmək son dərəcə vacibdir".
A.Lalın sözlərinə görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirdə iştirak etmək onun üçün ilk belə təcrübə olub:
"Biz Bakı Təşəbbüs Qrupuna və Azərbaycan hökumətinə bizi sadəcə qəbul etdiklərinə görə yox, həm də bu mövzunu müzakirə etmək üçün platforma təqdim etdiklərinə görə təşəkkür edirik. Təqdim edilmiş platformanı, diqqəti və əməkdaşlıq imkanını yüksək qiymətləndirirəm".

Sidhu Dabindercit Sinqh: 1984-cü ilin iyun hadisələri zikhlərə qarşı soyqırımı aktıdır
1984-cü ilin iyununda Amritsarda baş verən hadisələr zikhlərə qarşı soyqırımı aktıdır və BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası çərçivəsində nəzərdən keçirilməlidir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya Zikh Federasiyasının icraçı direktoru Sidhu Dabindercit Sinqh Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.
S.Sinqh xatırladıb ki, BMT-nin 1948-ci il tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasına əsasən, soyqırımı milli, etnik, irqi və ya dini qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş qəsdən törədilən hərəkətlər kimi müəyyən edilir.
XƏBƏR YENİLƏNİR

Şamil Ayrım: Qərbi Azərbaycan məsələsi Türk dünyasının ortaq yaddaşının bir hissəsidir
Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanın deyil, eyni zamanda, Türk dünyasının ortaq yaddaşının və mübarizəsinin bir hissəsidir.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, əsas məsələlərdən biri bu tarixi düzgün şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır:
"Mustafa Kamal Atatürkün çox mühüm bir sözü var: "Milləti ən çətin şəraitdə ayaqda saxlayan şey onun tarixinə və kimliyinə bağlılığıdır". Bu gün Qərbi Azərbaycan məsələsi də məhz belə bir tarix və kimlik məsələsidir. Hər şeydən əvvəl Qərbi Azərbaycan məsələsini düzgün şəkildə anlatmaqdır. Bunun üçün çalışırıq və fəaliyyət göstəririk. Bu məsələ təkcə Azərbaycanın deyil, eyni zamanda, Türk dünyasının ortaq yaddaşının və mübarizəsinin bir hissəsidir".
Şamil Ayrım bildirib ki, insanların öz doğma torpaqlarına təhlükəsiz, şərəfli və dinc şəkildə qayıtması bölgədə davamlı sülhə nail olmağın ən möhkəm təməllərindən biridir:
"Çünki Qərbi Azərbaycandan didərgin düşmüş insanların hekayəsi yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq insanlıq məsələsidir".

Azərbaycan və Belarus iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib
Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib.
Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar. Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.
Belarusa səfər çərçivəsində Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu "Perşı Regional Ticarət Mərkəzi" ilə tanış olub. Azərbaycan Ticarət Evində "Made in Azerbaijan" brendi altında təqdim olunan məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
"Perşı" ticarət mərkəzində Belarusun müxtəlif regionlarında istehsal olunan məhsullara baxış keçirən Baş nazirin müavini yerli istehsalın təşviqi və ticarət infrastrukturunun inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Belarusun Nazirlər Kabinetində görüş zamanı Azərbaycan nümayəndə heyətini salamlayan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji "artım nöqtələri" kimi vacib rol oynayır. Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.
A.Turçin sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.
Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edib.
Forumda çıxış edən Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan və Belarus arasında münasibətlərin zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O qeyd edib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.
N.Petkeviç sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindən olduğunu vurğulayıb. Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri də müzakirə olunub.
İclasda çıxış edən Samir Şərifov vurğulayıb ki, Azərbaycan-Belarus münasibətləri dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir. O qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların icrasının təmin edilməsində mühüm rol oynayır.
S.Şərifov bildirib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon ABŞ dollarına çatıb. Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
S.Şərifov Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu platforma Azərbaycan məhsullarının Belarus bazarında təşviqinə, ixracın genişlənməsinə və biznes əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində traktor, yük avtomobili, kommunal və xüsusi texnika istehsalını uğurla davam etdirir.
Tərəflər həmçinin Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
İclasda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub. Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 faizdən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti və idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə "POJSNAB" arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə , imzalanıb.
İclasın yekununda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə qətiyyətlərini bir daha təsdiqləyiblər.
Növbəti, 17-ci Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Moninder Sinqh Hindistanı zikhlərin fiziki məhvinə çalışmaqda ittiham edib
Hindistan dövləti zikhlərin xalq olaraq ya fiziki məhvinə, ya da assimilyasiyasına - dilini, mədəniyyətini, irsini və inancını məhv etməyə çalışır.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Zikhlər Federasiyasının sədri Moninder Sinqh "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.
Xəbər yenilənir

Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Sahibə Qafarova abidənin önünə gül dəstələri düzüb.
Spiker Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

-
report.az
- Federasiya rəhbəri: Azərbaycan və Zikh xalqını azadlıq uğrunda mübarizə təcrübəsi birləşdirir
Federasiya rəhbəri: Azərbaycan və Zikh xalqını azadlıq uğrunda mübarizə təcrübəsi birləşdirir
Zikh xalqının Bakı şəhəri ilə dərin tarixi əlaqələri var, "Atəşgah" məbədində onların dilində, eləcə də zəndavi dilində yazılar qorunub saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinqh Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.
Federasiyanın rəhbəri Azərbaycanla beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən geniş spektrli məsələlər üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
"Biz bu ölkənin xalqı ilə bu gün dünyanı dəyişdirən mühüm qlobal məsələlər üzrə əməkdaşlıq imkanını alqışlayırıq. Dünya sürətlə dəyişir, geosiyasi əlaqələr transformasiya olunur. O artıq hətta iki il əvvəlki kimi deyil və iki ildən sonra da tamamilə fərqli olacaq. Yeni tərəfdaşların, həmrəyliyin və dinc yanaşı yaşama yollarının axtarışı müasir dövrün əsas çağırışlarından birinə çevrilir", - o vurğulayıb.

-
report.az
- Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir
Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir
Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.
Tədbirdə həmçinin Zikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Zikh və Dalit diasporalarının nümayəndələri və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunacaq.
Eyni zamanda repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılacaq.

Azərbaycan və Serbiya parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.
Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir.
O, ölkələr arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Ana Brnabiç iki ölkənin parlamentləri arasındakı münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə iqtisadi və siyasi sahələrlə yanaşı, humanitar istiqamətdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı parlamentlərin qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirini qeyd edən spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan, xüsusilə ölkələrimizin ərazi bütövlüyü, suverenlik məsələlərində bir-birini dəstəkləməsindən məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.
Görüşdə parlamentlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Gələn il Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır
Belarusda 2027-ci ildə Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq son illərdə fəal şəkildə inkişaf edir.
"2024-cü ildə biz Belarusun Mədəniyyət Günlərini öz ölkəmizdə qəbul etdik. Gələn il Azərbaycanın Mədəniyyət Günlərini Belarusda keçirmək barədə planlar var", - S.Şərifov qeyd edib.

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Mariupol şəhərindən qaçqın düşən ailələrin övladlarının yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin müşaviri Fərid Babayev də iştirak edib.
Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov isə vurğulayıb ki, bu gün 30-dan çox uşaq yola salınır:
"Bu gün burada olmaq, mariupollu uşaqların ilk qrupunu Azərbaycana yola salmaq mənim üçün böyük şərəfdir. Uşaqlar reabilitasiyadan keçəcəklər və buna görə Azərbaycana təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Biz bunu son dərəcə yüksək qiymətləndiririk"-deyə, o, əlavə edib.
Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçəcək.
Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Minskdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb
Belarusun paytaxtı Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər imzalanıb.
"Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.
Daha sonra Belarusun Milli Statistika Komitəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Belarusun Milli Statistika Komitəsinin sədri İnna Medvedeva və Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov imza atıblar.
Tədbir çərçivəsində həmçinin Belarusun İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2026–2030-cu illəri əhatə edən bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədi Belarusun idman naziri Sergey Kovalçuk və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təsdiqləyiblər.
Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üzrə əməkdaşlıq proqramı – "Yol xəritəsi" də imzalanıb. Sənədə Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov imza atıblar.
Bundan əlavə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "POJSNAB" MMC-si arasında 21 ədəd yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə imzalanıb. Müqaviləni "POJSNAB" MMC-nin direktor vəzifəsini icra edən Sergey Zaxareviç və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.
Qeyd edək ki, sənədlər Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanıb və iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla kanadalı həmkarı Anita Anand arasında telefon danışığı aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
A. Anand Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq, Kanada tərəfinin Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
C. Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib.
Telefon danışığı zamanı yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, regionda mövcud vəziyyət, münaqişədən sonrakı dövrün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub. C. Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğal və onun nəticələri barədə məlumat verib, hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən səylərdən bəhs edib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılıb və A. Anand bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu səhər mən Azərbaycanın xarici işlər naziri C. Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - o yazıb.
Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı proseslər və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.

Türkiyəli deputatlar Milli Məclisdə olublar
İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb
"Azərbaycan parlamentində olmaqdan məmnunluğunu ifadə edən TBMM-in Müraciət komitəsinin sədri Sunay Karamık parlamentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi, qanunverici orqanların aidiyyəti komitələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb", – məlumatda bildirilib.
O, Türkiyə parlamentində vətəndaşlardan daxil olan ərizə, şikayət və müraciətlərin araşdırılması istiqamətində görülən işlərdən, vətəndaş məmnuniyyətinin artırılması mexanizmlərindən söhbət açıb.
Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, TBMM-in Müraciət komitəsinin sədr müavini Ahmet Salih Dal, komitənin üzvləri Ahmet Baran Yazgan, Abdürrahim Dusak, Ahmet Ersagun Yücel, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi, habelə qanunvericilik fəaliyyətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.
Həmçinin, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün və digər rəsmi şəxslər iştirak ediblər.

Pezeşkian: İranın və Azərbaycanın xalqları çoxsaylı ortaqlıqlara malikdirlər
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər.
"Report" xəbər verir ki, bu fikirlər İran Prezidenti Məsud Pezeşkianın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd olunub.
İran Prezidentinin təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik.
Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və əmin-amanlıq arzulayıram".

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, İƏT Baş katibinin təbrik məktubunda deyilir:
"Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. Təşkilatımız üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və bu dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Kaleb Orr: Vaşinqton Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsinə ümid edir
Azərbaycan dünyanın ən mühüm enerji resursları istehsalçılarından biridir və Birləşmiş Ştatlar bu tərəfdaşlıqdan böyük fayda əldə edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"Hesab edirik ki, bu gün Azərbaycan dünyanın ən mühüm enerji resursları istehsalçılarından biridir və Birləşmiş Ştatlar bu tərəfdaşlıqdan əhəmiyyətli faydalar əldə edir. Yaxın illərdə bu münasibətlərin xeyli genişlənəcəyini və möhkəmlənəcəyini gözləyirik", - o bildirib.
Xəbər yenilənir

-
report.az
- Muxtar Babayev Qretel Agilarla iqlimə dair çağırışların həllində regional əməkdaşlığı müzakirə edib
Muxtar Babayev Qretel Agilarla iqlimə dair çağırışların həllində regional əməkdaşlığı müzakirə edib
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilarla görüşüb.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
Görüşdə biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası, iqlim dayanıqlılığının artırılması və regional ekoloji təşəbbüslər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları, o cümlədən region üzrə birgə layihələr və tərəfdaşlıqlar müzakirə edilib.
Həmçinin iqlim və təbiətlə bağlı qarşılıqlı əlaqəli çağırışların həllində regional əməkdaşlığın getdikcə artan əhəmiyyəti barədə fikir mübadiləsi aparılb.

-
report.az
- Kaleb Orr: ABŞ və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb
Kaleb Orr: ABŞ və Azərbaycan dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalayıb
ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhə sadiqliyi və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasına şərait yaradıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Xəbər yenilənir...

Kaleb Orr: Bakı və Vaşinqton ikitərəfli ticarətin genişləndirilməsinə sadiqdir
ABŞ və Azərbaycan ticarət, biznes və investisiya sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiqdir.
"Report"un məlumatına görə, bunu ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Xəbər yenilənir

-
report.az
- Belarusun Baş naziri: Azərbaycanla bütün məsələləri hökumətlərarası komissiya çərçivəsində həll edirik
Belarusun Baş naziri: Azərbaycanla bütün məsələləri hökumətlərarası komissiya çərçivəsində həll edirik
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan və Belarus arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.
"Report"un müxbirinin Minskdən verdiyi məlumata əsasən, o, bu barədə Azərbaycanın Baş nazirinin birinci müavini Samir Şərifovla görüşündə deyib.
Aleksandr Turçin qeyd edib ki, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası qarşıya çıxan məsələlərin operativ həllində mühüm rol oynayır.
"Komissiyamızın işinin səmərəliyini onun nəticələrinə əsasən qiymətləndirmək olar. Qarşıya çıxan bütün məsələlər məhz komissiya səviyyəsində həll olunur. Biz bu məsələləri nə baş nazirlərin, nə də dövlət başçılarının səviyyəsinə çıxarmağa ehtiyac duymuruq", – Belarus hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, Belarus və Azərbaycanı uzun illərə söykənən etibarlı dostluq münasibətləri birləşdirir və bu münasibətlərin möhkəmlənməsində prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun xüsusi rolu var.
A.Turçin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmaların icrası hökumətlər qarşısında duran əsas vəzifələrdən biridir. O bildirib ki, müzakirə olunan layihələrin əksəriyyəti artıq həyata keçirilir və ya icra mərhələsindədir.
Baş nazir Azərbaycan ərazisində yaradılan birgə istehsal müəssisələrinin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, lift istehsalı, maşınqayırma və digər sənaye sahələrində əməkdaşlıq uğurla davam edir.
Aleksandr Turçin kommunal texnika sahəsində əməkdaşlığı xüsusi vurğulayaraq, Azərbaycanda zibildaşıyan maşınlar, yanğınsöndürmə və digər xüsusi təyinatlı texnikaların istehsalı və tədarükü istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
Belarusun Baş naziri bildirib ki, "Belaqro-2026" sərgisi və hökumətlərarası komissiyanın iclası çərçivəsində aparılan müzakirələr iki ölkə arasında yeni layihələrin və əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına imkan yaradacaq.

Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Xəbər yenilənir

Dövlət Departamenti: Azərbaycanla münasibətlər ABŞ-nin prioritetləri sırasındadır
ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün əsas prioritetlərdən biridir.
Report-un məlumatına görə, bu barədə ABŞ Dövlət Katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.

Milli Məclisdə zikh icmasının hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilib
Milli Məclisdə Beynəlxalq Zikh Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycanın qanunverici orqanı bu kimi beynəlxalq platformalarla əməkdaşlığa və insan hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə böyük önəm verir.
Qeyd edilib ki, Azərbaycan tarix boyu işğal, etnik təmizləmə, soyqırımı və insan hüquqlarının pozulması kimi ağır sınaqlarla üzləşib. Bu səbəbdən ölkəmiz müxtəlif regionlarda hüquqları pozulan xalqların, etnik və dini icmaların problemlərinə həssas yanaşır, onların beynəlxalq hüquq çərçivəsində apardıqları dinc mübarizəyə mənəvi dəstək göstərir.
Kanada Zikh Federasiyasının sədri Moninder Singh onlara göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, Beynəlxalq Zikh Federasiyası zikh icmasının hüquqlarının müdafiəsi və dünya üzrə siqh diasporunun maraqlarının təmsil olunması istiqamətində mühüm fəaliyyət həyata keçirir.
O, iki xalqın tarixində oxşar faciələrin yaşandığını qeyd edərək, bu səbəbdən bir-birini daha yaxşı anladığını və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüşdə Milli Məclisin deputatları Razi Nurullayev, Azər Allahverənov, Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Beynəlxalq Zikh Federasiyasının üzvləri çıxış ediblər.
Söhbət zamanı sülh dialoqunun əhəmiyyəti, insan hüquqlarının müdafiəsi, dini azadlıqların təmin olunması, etnik və dini icmaların hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Natalya Petkeviç: Bakı və Minsk arasındakı münasibətlər zamanın sınağından çıxıb
Belarus və Azərbaycanı zamanın sınağından çıxmış dostluq münasibətləri birləşdirir.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Belarusun Baş nazirinin müavini Natalya Petkeviç Belarus-Azərbaycan biznes forumunda bildirib.
"Belarus və Azərbaycanı həmişə sadəcə sıx ticari-iqtisadi və ya siyasi münasibətlər deyil, həqiqətən də zamanın sınağından çıxmış dostluq münasibətləri birləşdirib", - N.Petkeviç qeyd edib.
O vurğulayıb ki, ölkələr arasındakı münasibətlər zamanın sınağından çıxıb və ən əlverişli şəkildə formalaşır.
N.Petkeviç qeyd edib ki, iqtisadi göstəricilər də qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə dair potensialı nümayiş etdirir: "Dövlət başçılarımızın qarşımıza ticarət dövriyyəmizi bir milyard dollara çatdırmaq kimi iddialı bir vəzifə qoyması o deməkdir ki, bizim potensialımız var. Lakin hələ görüləcək işlərimiz çoxdur".
O vurğulayıb ki, Bakı və Minsk artıq indidən müxtəlif aspektləri əhatə edən dövlətlərarası əməkdaşlıqla qürur duya bilər:
"Biz hökumət səviyyəsindəki həmkarlarımızla və azərbaycanlı həmkarım Samir Şərifovla əlaqələrimizin möhkəmləndirilməsi üçün əsas götürdüyümüz istiqamətlər, yəni birgə müəssisələrin yaradılması, sənaye əməkdaşlığı barədə bir çox müzakilər aparmışıq".

-
report.az
- Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər
Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər
Azərbaycanın Baş naziri Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardımlara və mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə olunub.

ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə "Report" ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
"Dövlət Katibinin Köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib", - paylaşımda bildirilib.

-
report.az
- Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər
Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, nazirlər Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Nazirlər siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya, enerji, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək və səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu istiqamətdə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İqor Qarafuliç missiyasının başa çatması ilə bağlı Azərbaycana minnətdarlığını bildirib
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin vəzifələrini icra edən İqor Qarafuliç ölkədəki missiyası başa çatması ilə bağlı Azərbaycana minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İqor Qarafuliç Azərbaycan hökumətinə, tərəfdaşlarına, BMT-nin Ölkə Komandasındakı həmkarlarına, eləcə də ölkədə işlədiyi dövrdə onu qəbul edən və dəstəkləyən hər kəsə səmimi minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, 2026-cı ilin yanvarında Vladanka Andreyevanın missiyası başa çatdıqdan sonra İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi təyin edilmişdi.
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinə isə Dmitri Şlapaçenko təyin olunub, o, iyulun 1-də öz vəzifələrinin icrasına başlayacaq.

Samir Şərifov Minskdə Qələbə abidəsini ziyarət edib
Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanında Qələbə abidəsini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabienti məlumat yayıb.
Bildirilib ki, ziyarət Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarusa rəsmi səfər çərçivəsində baş tutub.
Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.

İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır
İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellaya İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə ünvanladığı məktubda deyilir.
"Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk", - təbrikdə deyilir.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşıda duran əsas məsələlərdəndir.

İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellayanı təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk.
Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür.
Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir. Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir.
Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və rifah arzulayıram".

-
report.az
- İlham Əliyevin karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir - RƏY
İlham Əliyevin karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir - RƏY
"Bakı Enerji Həftəsi"nin açılışında Prezident İlham Əliyevin çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə mühüm mesajları ehtiva edir.
Bunu "Report"a deputat Zaur Şükürov deyib.
Onun fikrincə, Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir:
"Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Amma bugünkü reallığa nəzər yetirdikdə, vəziyyətin tamamilə fərqli olduğunu görürük. Enerji siyasətlərində ənənəvi qazıntı yanacağından imtinanı prioritet hesab edən ölkələr enerji çatışmamazlığı ilə üzləşərək yeni mənbələr axtarışındadırlar".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında yer alan digər vacib məsələ isə karbohidrogen və bərpaolunan enerji strategiyalarını bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan iki istiqamət kimi təqdim edilməsidir.
"Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayətdir. Lakin üzərimizə düşən məsuliyyətin bərpaolunan enerji mənbələrinə də sərmayə yatırmağı tələb etdiyini nəzərə alaraq, bu istiqamətdə investor şirkətlər üçün ötən əsrin 90-cı illərindəki neft şirkətlərinə yaradılan imkanlara bənzər əlverişli şərait formalaşdırılmışdır", - o deyib.
Z.Şükürov vurğulayıb ki, qarşıdan gələn illərdə Azərbaycan Avropaya "yaşıl enerji" ixracatında mühüm layihələrə imza atacaq. Belə ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək.
"Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Bununla yanaşı, Mərkəzi Asiyadakı tərəfdaşlarla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işlər aparılır".
Deputatın fikrincə, təqdirəlayiq haldır ki, Türkiyə, ABŞ, Böyük Britaniya kimi dövlətlərin liderlərinin ünvanladıqları məktublarda da, əvvəllər xəyal kimi görünən bir çox meqalayihənin uğurla həyata keçirildiyi, qlobal qeyri-müəyyənlik dövründə beynəlxalq enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında və dayanıqlı mövqenin gücləndirilməsində Azərbaycanın çox mühüm tərəfdaş olduğu qeyd edilir və bu nailiyyətin ölkənin, şəxsən Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin sübutu kimi qiymətləndirilir.
"Qeyd edilənlər Azərbaycanın nəinki beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa çevrildiyinin sübutudur, eyni zamanda öz milli maraqlarına söykənən və tərəfdaş dövlətlərlə səmərəli, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri formalaşdırmaq bacarığının bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, məhz bu siyasətin nəticəsində qarşıdakı illərdə daha böyük uğurlara şahidlik edəcəyik".

Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb
ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.
Bu barədə "Report" xəbər verir.
Xəbər yenilənir

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Milli Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında post paylaşıb.

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasına səfərə gəlib.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar.
Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub. Burada Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Ticarət Evində nümayiş olunan məhsullarla tanış olub, onların Belarusda tanıdılması və satış perspektivləri ilə maraqlanıb.
Qeyd edək ki, S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusa səfəri üç gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, eləcə də bir sıra yüksək səviyyəli görüşlərin təşkili nəzərdə tutulur.

-
report.az
- ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin köməkçisinin müavini və ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun həmsədri Sonata Koulter ilə görüşüb və ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və 2 iyun tarixində Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, görüşdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
C.Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.
Ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xəttlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik edib
Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu üvanlayıb.
"Report" məktubu təqdim edir:
"Hörmətli Prezident, əziz Qardaş.
Nikaraqua Respublikasının Barışıq və Milli Birlik Hökuməti və xalqı adından, həmçinin öz adımızdan Sizi, qardaş Azərbaycan Respublikasının xalqını və Hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Biz hörmətli Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu dəyərləndirir, ölkənizin suverenliyinə, tərəqqi və rifah yoluna hörmətimizi bir daha ifadə edirik.
Mübarək və əbədi azad Nikaraquamızdan xalqlarımızı və hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət prinsipi əsasında daha da möhkəmləndirmək iradəmizi bir daha təsdiqləyirik.
Cənab Prezident, əziz Qardaş, Sizə və dost Azərbaycan xalqına davamlı sülh, tərəqqi və yeni qələbələr arzulayır, ən səmimi qardaşlıq salamlarımızı qəbul etməyinizi xahiş edirik".

Thonqlun Sisulit: Laos ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan çox məmnunam
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Laos Xalq Demokratik Respublikası xalqı adından və öz adımdan
Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.
Son illərdə Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıqdan çox məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və yaxşı səviyyədə olan əməkdaşlıq gələcək illərdə xalqlarımızın qarşılıqlı faydası, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Abdelmacid Tebbun Əlcəzairin Azərbaycanla əməkdaşlığa sadiqliyini təsdiqləyib
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Zati-aliləri, əziz Qardaşım.
Qardaş Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğumu bildirirəm. Qardaş xalqlarımızın qarşılıqlı mənafeyinə xidmət naminə bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni zirvələrə yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiqliyimi bir daha təsdiq edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub
Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub.
"Report" xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm", - deyə məktubda vurğulanıb.

Edqars Rinkeviçs: Latviya-Azərbaycan dostluq münasibətlərini yüksək qiymətləndirirəm
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək.
Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı. Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm.
Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Polşa Prezidenti Karol Navrotski İlham Əliyevi təbrik edib
Polşa Prezidenti Karol Navrotski azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" təbrik məktubunu təqdim edir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və öz adımdan ölkənizə, xalqınıza və şəxsən Sizə ən səmimi təbriklərimi, uğurlar və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa Respublikası ilə Azərbaycan Respublikasını ənənəvi dostluq əlaqələri və dinamik inkişaf edən əməkdaşlıq birləşdirir. Sizi əmin etmək istəyirəm ki, Polşa bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə, əməkdaşlığın bütün sahələrini əhatə etməsinə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində daim hazırdır.
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Polşa üçün mühüm tərəfdaş olaraq qalır və dünyada baş verən ciddi geosiyasi dəyişikliklər fonunda əməkdaşlığımızın əhəmiyyəti daha da arta bilər. Bunu nəzərə alaraq, Sizi münasib hesab etdiyiniz vaxtda Varşavada qarşılamağı səbirsizliklə gözləyirəm.
Bir daha milli bayram münasibətilə bütün Azərbaycan vətəndaşlarını səmimi-qəlbdən təbrik edirəm. Ölkənizin gələcək inkişafı, suverenliyinin möhkəmləndirilməsi və regionda mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində Sizə yeni uğurlar arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb
Azərbaycan ilə Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr yaradılıb.
Bu barədə "Report"a Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
ABŞ-nin Nyu-Yorka şəhərində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev ilə mikroneziyalı həmkarı Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb:
"Birgə Kommünikedə Azərbaycan ilə Mikroneziya və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.
Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlayıblar".

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib.
"Report" xəbər verir ki, bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur.
ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.

Sahibə Qafarova Serbiyada səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiyaya işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında spikeri Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etməkdir.

"Planet FM" növbəti beynəlxalq tədbirin rəsmi media tərəfdaşıdır
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək Forumda "Ağıllı Şəhər Texnologiyaları və Prosesləri" ("Smart City Technology and Processes") mövzusunda müzakirələrin aparılması planlaşdırılır.
Forumun rəsmi media tərəfdaşı Azərbaycanın ilk elmi-maarifləndirici radiosu "Planet FM"dir (88.7 FM).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilib.
Bu il həmçinin, ölkəmizdə BMT-nin ən böyük tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirildi. Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumunun əsas mövzusunun "Ağıllı şəhərlər: onların planlaşdırılması, qurulması, inkişaf etdirilməsi və bu sahədə çalışacaq peşəkar mütəxəssislərin hazırlanması" olması da təsadüfən seçilməyib.
Ağıllı şəhərlərin qurulması və davamlı şəkildə idarə olunması yalnız texnoloji infrastrukturun yaradılması ilə məhdudlaşmır, bu proses, eyni zamanda, həmin sistemləri layihələndirən, tətbiq edən, idarə edən və təkmilləşdirən ixtisaslı insan resurslarının hazırlanmasını tələb edir.
Tədbirdə Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Almaniyanın nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçiləri də iştirak edəcəklər.

Monteneqro Prezidenti ilin sonunda Azərbaycana səfər edəcək
İlin sonunda Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Yakov Milatoviçin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.
"Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik", - Monteneqro Prezidenti vurğulayıb.

-
report.az
- Yakov Milatoviç: Azərbaycanla ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurulub
Yakov Milatoviç: Azərbaycanla ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurulub
Monteneqronun Prezidenti Yakov Milatoviç azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Ölkənizə və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzulayıram.
Monteneqro və Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət, etimad və anlaşma əsasında qurulmuş ənənəvi dostluq münasibətlərinin inkişaf etdiyini vurğulamaqdan xüsusi məmnunluq duyuram. Ölkələrimiz ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurub və inkişaf etdirib. Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımızın qarşılıqlı rifahı naminə bu əlaqələri daha da inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik. Həmçinin inanıram ki, Monteneqro ilə Azərbaycan Respublikası arasındakı tərəfdaşlıq və dostluq münasibətləri konstruktiv əməkdaşlığın və səmimi ikitərəfli münasibətlərin nümunəsi olaraq daha da möhkəmlənəcək.
Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-
report.az
- Cio Kristofoli: BP SOCAR ilə uzunmüddətli tərəfdaşlığının yeni əməkdaşlıq imkanları yaradacağına əmindir
Cio Kristofoli: BP SOCAR ilə uzunmüddətli tərəfdaşlığının yeni əməkdaşlıq imkanları yaradacağına əmindir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
BP şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.
Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.
BP olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.
Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

-
report.az
- İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır
İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.
Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.
Cənab Prezident, ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram".

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib
Böyük Britaniyanın Azərbaycana təyin olunan yeni səfiri Duncan Norman ölkəyə gəlib.
"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
"Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir. Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.

Malayziya Kralı İlham Əliyevi təbrik edib
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaq. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".

İlham Əliyev: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənməyə davam edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.
Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.
İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı-Tbilisi-Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Böyük Kəsik dəmir yolu stansiyasında miqrasiya xidmətləri göstərməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə qurumun yaydığı müraciətdə qeyd olunub.
Bildirilib ki, qatarın stansiyada dayanacağı müddət ərzində Bakı-Tbilisi-Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan vətəndaşlarının və ölkəyə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı mayın 25-i saat 00:00-dan etibarən bərpa edilib.
Xatırladaq ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Nazirlər Kabinetinin qərarına əsasən Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək DMX-nin regional miqrasiya baş idarələri (idarələri) və ya "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələrinə müraciət edə, eləcə də Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.

İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Pakistanda Səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Demokratik Respublikasının keçdiyi müstəqillik yolundan bəhs edib.
O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ADR dövründə parlament, hökumət və dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb və demokratik ənənələrin əsası qoyulub.
Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz suverenliyini qoruyub saxlayıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diplomat Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Pakistan bir-birini həm ikitərəfli münasibətlərdə, həm də regional və beynəlxalq platformalarda daim dəstəkləyir.
Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani isə çıxışında iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Pakistan beynəlxalq platformalarda bir-birini ənənəvi olaraq dəstəkləyir.
Tədbirin sonunda 28 May – Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş rəmzi tort kəsilib, xatirə şəkilləri çəkdirilib.

WUF13 Azərbaycanın beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma oldu - RƏY
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma oldu.
Bunu "Report"a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, hər bir beynəlxalq tədbir ölkəyə və şəhərə yeni təcrübə qazandırır:
"Bakının yenidən yüksəksəviyyəli beynəlxalq tədbirlərin ünvanına çevrilməsi sevindiricidir. WUF13-ün qazandırdığı töhfələr sırasına gənclərin beynəlxalq təcrübə qazanması, könüllülük hərəkatının genişlənməsi, nəqliyyatın xüsusi rejimdə fəaliyyəti istiqamətində təcrübə və s. daxildir. Bu cür tədbirlər ölkəmizin tanınması yönündə ciddi töhfələr verir".
R.Ağamirzəyev həmçinin bildirib ki, Azərbaycan, demək olar, İkinci Dünya müharibəsindən sonra ən geniş tikinti meydançasına sahib olan ölkədir:
"Çünki azad edilmiş ərazilər, yerlə-yeksan edilmiş torpaqlar yenidən qurulur və bu, böyük bir təcrübə deməkdir. Bu təcrübəni bölüşmək üçün WUF13 yaxşı platformadır. Dünya şəhərləri hazırda ekoloji, həmçinin iqlim dəyişikliyinin riskləri ilə üz-üzədir. Azərbaycan və onun ətrafında olan bölgə ölkələri də riskləri real olaraq hiss edir. Səs kirliliyi, ekoloji kirlilik, tıxac problemi, böyük şəhərlərə meyillilik, urbanizasiyanın təsirlərinin həlli, nəqliyyatın transformasiyası və s. imkanların yaradılmasının müzakirəsi baxımından forum əhəmiyyətli idi. WUF13 fikir alış-verişi etmək, öz təcrübəsini bölüşmək, digər şəhərlərin təcrübəsini eşitmək üçün yaxşı platforma oldu".
Ekspert vurğulayıb ki, COP29 və WUF13 dövründə əsas diqqətçəkən məsələlərdən biri inklüzivlikdir:
"Tədbirlərin keçirildiyi yerlərdə inklüzivlik tam təmin olunub. Bunu edən isə azərbaycanlı mütəxəssislər olublar. Bu təcrübəni şəhərlərimizə də tətbiq etmək, əlçatanlığı təmin etmək lazımdır. Fiziki hərəkət məhdudluğu olan şəxslərin sosiallaşmasına, cəmiyyətə inteqrasiyasına bu cür addımlar müsbət töhfə verir".
R.Ağamirzəyev qeyd edib ki, Azərbaycan turizm potensialı yüksək ölkədir:
"Amma turistlərin də hərəkət etdiyi piyada marşrutunun genişləndirilməsinə, piyadaların önündəki baryerlərin aradan qaldırılmasına, eyni səviyyəli keçidlərin sayının artırılmasına ehtiyac var. İnsanlar rahat gəzib, yolu bir tərəfdən digər tərəfə rahat keçmək üçün uzun məsafə qət etməməlidirlər. WUF13-də tətbiq olunan standartlar ümumi şəhərlərə tədbiq edilməlidir. Bax, bu, bir irs yarada bilər".

Yaponiya Azərbaycanla enerji əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bəyan edib
Sabit enerji təchizatının təmin edilməsinin artan əhəmiyyətini nəzərə alaraq, Yaponiya ilə Azərbaycan arasında iqtisadi sahədə, xüsusən enerji sektorunda əməkdaşlıq getdikcə daha çox aktuallıq qazanır.
"Report" Yaponiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu bu ölkənin xarici işlər nazirinin parlament üzrə müavini Tomoaki Şimada Tokioda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bəyan edib.
"Mən qeyd etdim ki, biz ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, o cümlədən dostluğun əsası kimi idman və mədəniyyət sahələrində mübadilələrə əsaslanaraq əlaqələrimizin genişlənməsinə töhfə vermək niyyətindəyik", - Şimada bildirib.

-
report.az
- Nazir müavini: Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası iqtisadi və turizm əlaqələrini gücləndirəcək
Nazir müavini: Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası iqtisadi və turizm əlaqələrini gücləndirəcək
Bakı–Tbilisi–Bakı sərnişin qatarının 6 illik fasilədən sonra bərpası iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafına töhfə verəcək.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani jurnalistlərə bildirib.
O qeyd edib ki, iki ölkənin paytaxtları – Bakı və Tbilisi arasında dəmir yolu əlaqəsinin yenidən bərpa olunması simvolik əhəmiyyət daşıyır.
"Ölkəmizin Müstəqillik Günü münasibətilə sizi təbrik edirəm. Simvolikdir ki, 6 illik fasilədən sonra ilk dəfə iki paytaxt arasında dəmir yolu əlaqəsi bərpa olunur. Bu, iki şəhərin yenidən birbaşa birləşməsi deməkdir", – deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, bu addım həm iqtisadi inkişafı, həm də turizm axınlarının artmasını dəstəkləyəcək və ölkələr arasında əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.
Qeyd edək ki, bu gün Gürcüatanda mütəqillik günüdür.

Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə edilib
Azərbaycan Respublikasının Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşü baş tutub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Rusiya-Azərbaycan gündəliyindəki cari məsələlər ətrafında fikir mübadiləsi aparan diplomatlar qarşıdan gələn yüksək səviyyəli əlaqələri, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
"Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi də daxil olmaqla, çoxşaxəli Rusiya-Azərbaycan müttəfiqliyinin daha da gücləndirilməsi üçün məhsuldar birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəlik ifadə edilib", - deyə məlumatda qeyd olunub.

İqor Babuşkin Müstəqillik Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Hörmətli Mehriban Arif qızı.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının milli birliyinin, suverenliyinin və davamlı inkişafının rəmzi olan bu bayram, eyni zamanda dövlətçilik ənənələrinə hörməti, sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması istiqamətində səyləri əks etdirir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və doğma ölkənin firavanlığı naminə görülən işlərdə yeni müvəffəqiyyətlər arzu edirəm".

Həştərxanın qubernatoru : Azərbaycan Rusiyanın tərəfdaşı olaraq qalır
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ən dərin ehtiramımı ifadə edirəm.
Azərbaycanın suverenliyinin, milli birliyinin və ardıcıl inkişafının təcəssümü olan bu bayram dövlətçilik ənənələrinə hörməti və sabitliyin möhkəmləndirilməsi, firavanlığın təmin edilməsinə yönəlmiş səyləri əks etdirir.
Azərbaycan Respublikası bütün qarşılıqlı fəaliyyət istiqamətləri üzrə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və olaraq qalır.
Həştərxan vilayəti ilə Azərbaycan arasında formalaşmış dostluq əlaqələrini yüksək qiymətləndirir və regionumuzla çoxşaxəli qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.
Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və doğma ölkənin daha da inkişafı naminə həyata keçirilən işlərdə yeni nailiyyətlər arzulayıram".

Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram
Keniya Prezidenti Uillyam Samoei Ruto Müstəqillik Günü ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Zati-aliləri.
Keniya Respublikasının Hökuməti və xalqı adından, eləcə də öz adımdan Sizə və Azərbaycan xalqına ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının azadlıq, müstəqillik və milli birlik əzmini təcəssüm etdirir.
Bu əlamətdar bayramı qeyd edərkən, xalqlarımızın qarşılıqlı faydası naminə tərəfdaşlığımızı daha yüksək strateji səviyyələrə qaldırmaq üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğumu bir daha təsdiqləyirəm.
Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsinə görə Sizi təbrik edirəm. Əminəm ki, Forumun nəticələrinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.
Azərbaycana səfərim zamanı keçirdiyimiz görüşlər ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni təkan verəcəkdir.
Zati-alinizi bir daha bu tarixi gün münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidentini təbrik edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidentini təbrik edib.
"Report" təbrik məktubunu təqdim edir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq dialoqa, çoxtərəfli əməkdaşlığa və qlobal əlaqələrə mühüm töhfə verərək öz rolunu gücləndirməkdə davam edir. Ölkənin sürətli inkişafı və artan beynəlxalq mövqeyi xalqınız üçün qürur mənbəyidir və eyni zamanda dünyanın hər yerində Azərbaycanın dostlarını sevindirir.
Həmçinin Sizi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda uğurlu təşkili münasibətilə təbrik edirik. Bu Forum bir daha Azərbaycanın dövrümüzün ən aktual problemlərinin həllinə həsr olunmuş qlobal toplantılara ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirdi.
Bu ilin mart ayında keçirilən XIII Qlobal Bakı Forumunda Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini qlobal problemlərin həllində fəal iştirak etməyə çağırmışdınız. Buna uyğun olaraq Mərkəz Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı müzakirələrdə 15-dən çox üzvünün fəal iştirakı ilə Foruma töhfə verməkdən şərəf duyur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə davamlı dəstəyinizə və artan qlobal qeyri-müəyyənlik dövründə dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Zati-aliləri, ən yüksək ehtiramımızı və Azərbaycan Respublikasına, onun xalqına davamlı sülh, firavanlıq və uğurlar arzularımızı qəbul etməyinizi xahiş edirik.
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Mariya Fernanda Espinoza
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri,
2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri
Romano Prodi
1996-1998, 2006-2008-ci illərdə İtaliya Respublikasının Baş naziri,
1999-2004-cü illərdə Avropa Komissiyasının sədri
Boris Tadiç
2004-2012-ci illərdə Serbiya Respublikasının Prezidenti
Şarl Mişel
Avropa Şurasının fəxri prezidenti,
2014-2019-cu illərdə Belçika Krallığının Baş naziri
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi
Benita Ferrero-Valdner
2000-2004-cü illərdə Avstriya Respublikasının xarici işlər naziri
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti
Volkan Bozkır
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri
Jan Baderşneyder
"Fortescue Ltd" şirkətinin Direktorlar Şurasının üzvü,
"ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiya Respublikasının Prezidenti
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Borut Pahor
2012-2022-ci illərdə Sloveniya Respublikasının Prezidenti
Kolinda Qrabar-Kitaroviç
2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti
Valdis Zatlers
2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti
Mladen İvaniç
2014-2015, 2016-2017-ci illərdə Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri
Ekmələddin İhsanoğlu
2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi
Çaba Koroşi
BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri
Milisa Pjanoviç-Durisiç
2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri
Dimitris Avramopulos
2014-2019-cu illərdə miqrasiya, daxili işlər və
vətəndaşlıq üzrə Avropa komissarı
Laimdota Strauyuma
2014-2016-cı illərdə Latviya Respublikasının Baş naziri
Kyel Maqne Bondevik
1997-2000-ci, 2001-2005-ci illərdə Norveç Krallığının Baş naziri".

Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram.
Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır.
Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram.
Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

"Afrikada ASAN xidmət modeli" mövzusunda təqdimat baş tutub
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlığı ilə hər il beynəlxalq səviyyədə qeyd edilən "Afrika Günü"nə həsr olunmuş konfrans keçirilib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
"Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda keçirilən konfransda Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Azərbaycanla Afrika ölkələri arasında parlamentlərarası əlaqələr üzrə Milli Məclisin işçi qruplarının sədrləri, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər, eləcə də ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin artan geosiyasi və iqtisadi əhəmiyyətindən bəhs edərək Azərbaycan-Afrika ölkələri arasında siyasi səviyyədə yüksək səviyyəli təmasların son illərdə xüsusilə artdığını, iqtisadi istiqamətdə böyük artım vəd edən potensialın mövcud olduğunu vurğulayıb.
Həmçinin humanitar sahədə əməkdaşlıq istiqamətlərinə toxunan Y. Rəfiyev Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə həyata keçirilmiş layihələrə və Ulu Öndər Heydər Əliyev adını daşıyan beynəlxalq təqaüd proqramı çərçivəsində afrikalı gənclər üçün təklif olunan təhsil imkanlarına diqqət çəkib.
Daha sonra, Azərbaycanın elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, BDU-nun rektoru Elçin Babayev, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, diplomatik korpusun duayeni Adil Embarş çıxış ediblər. Bununla yanaşı, açılış mərasimində Afrika Birliyi Komissiyasının sədri Mahmud Əli Yusifin video müraciəti nümayiş etdirilib.
Konfrans çərçivəsində "Azərbaycan–Afrika münasibətləri: mövcud vəziyyət və strateji imkanlar", habelə "2063 Gündəliyi və Afrikanın inkişaf edən beynəlxalq münasibətlər sistemində rolu" mövzularında iki panel müzakirəsi keçirilib.
Sözügedən müzakirələrdə Somali, Mərakeş, Əlcəzair, Sudan və Esvatinin səfirləri, Azərbaycanın Efiopiya və Keniyadakı səfirləri, Uqanda və Tanzaniyanın XİN rəsmiləri, habelə Milli Məclisin Əlcəzair və Keniya ilə parlamentlərarası işçi qruplarının sədrləri iştirak ediblər.
Bununla yanaşı, tədbir zamanı "Afrikada ASAN xidmət modeli" mövzusunda təqdimat baş tutub.
Konfransda afrikalı tələbələrin ifasında mədəni proqram, Afrika qitəsinin tarixinə dair xüsusi video təqdim edilib.
Konfrans proqramı çərçivəsində təşkil olunmuş sərgidə Prezident İlham Əliyevin Afrikalı liderlərlə görüşlərini, eləcə də digər yüksək səviyyəli təmasları əks etdirən foto-şəkillər nümayiş etdirilib.
Konfransın bağlanış mərasimində çıxış edən Qvineya-Bisau Respublikasının beynəlxalq əməkdaşlıq və icmalar üzrə nazir müavini Fatumata Jau Azərbaycanla Afrika ölkələri arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.

Azərbaycanın Müstəqillik Günü Minskdə təntənəli şəkildə qeyd edilib
Azərbaycanın Müstəqillik Günü Minskdə təntənəli şəkildə qeyd edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyi "X" sosial şəbəkə hesabında yazıb.
"Minskdə Belarus Baş nazirinin müavini Aleksandr Terexovun, diplomatik korpus, dövlət qurumları, MDB İcraiyyə Komitəsi nümayəndələrinin, eləcə də ictimai, mədəni, elmi, işgüzar dairələrin, Azərbaycan diasporunun, tələbələrin və KİV-in iştirakı ilə 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib", - paylaşımda bildirilib.

Omanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Maskat şəhərində Azərbaycanın Oman Sultanlığındakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edilib.
Bu barədə "Report"a Azərbaycanın Oman Sultanlığındakı səfirliyindən məlumat verilib.
Tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ticarət, sənaye və investisiyaların təşviqi naziri Ənvər bin Hilal bin Həmdun Əl-Cəbri, Oman dövlət və hökumət rəsmiləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının təmsilçiləri, iş adamları və media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan və Oman dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən səfir Rəşad İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan-Oman münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını və tarixi-mədəni irsini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqi proqramı təqdim edilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və xatirə hədiyyələri təqdim olunub.

Estoniya Prezidenti: Azərbaycanla tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm
Estoniya Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.
Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb.
Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək məqsədlərə uğurla nail olacaq.
Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən sevinir.
Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına müstəsna əhəmiyyət veririk.
Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə bundan sonra da kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

-
report.az
- Nursultan Nazarbayev İlham Əliyevi Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib
Nursultan Nazarbayev İlham Əliyevi Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib
Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qurban bayramının dövlət bayramı ilə üst-üstə düşməsi rəmzi məna daşıyır. Qoy, bütün müsəlmanların xeyirxahlıqla dolu olan bu böyük bayramı bəşəriyyəti yüksək mənəvi dəyərlərə çatdırsın, ona Uca Yaradanın mərhəmətini və şəfqətini nəsib etsin.
Qardaş Azərbaycan xalqına davamlı sürətli inkişaf və firavanlıq diləyir, həmçinin Sizin rəhbərliyinizlə qarşıda duran bütün məqsədlərə nail olunması ilə bağlı ən xoş arzularımı ifadə edirəm.
Ümidvaram ki, Sizinlə qurduğumuz qarşılıqlı hörmət uzun illər davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayramlar münasibətilə Sizə möhkəm cansağlığı, böyük uğurlar, Azərbaycan xalqına isə həmişə sülh və tərəqqi arzulayıram.
Ən xoş arzularla".

Tbilisidə Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə qəbul keçirilib
Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, hökumət üzvləri, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Çıxış edən Faiq Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və qeyd edib ki, Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası çərçivəsində ilk qatar ki ölkə arasında əməkdaşlığın inkişafının göstəricisidir.
Diplomat həmçinin Azərbaycan və Gürcüstanın ortaq tarixi dəyərlərə malik olduğunu, regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərdiyini bildirib.
Şalva Papuaşvili isə çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
O vurğulayıb ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət, suverenlik və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir.

Belarus Azərbaycanla strateji tərəfdaşlığın inkişafında maraqlıdır
Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.
Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram".

Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Moldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" məktubu təqdim edir:
Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Tacikistan Prezidenti: Konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.
Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.
Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.
Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".

Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz həmkarım.
Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Mixeil Kavelaşvili
Gürcüstanın Prezidenti

Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib
Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib.
"Report" məktubu təqdim edir:
"Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!".

İlham Əliyev Si Cinpinə başsağlığı verib
Hörmətli cənab Sədr,
Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2026-cı il

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdi - RƏY
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdi.
Bu barədə "Report"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, sessiya Azərbaycanın necə dövlət modelini təqdim etmək istədiyini göstərən platformaya çevirilib:
"Azərbaycan tədbirdə öz şəhərsalma baxışını, postmünaqişə bərpa modelini nümayiş etdirib. Sessiya zamanı Azərbaycanın təqdim etdiyi əsas istiqamətlərdən biri müasir şəhərsalma ilə tarixi mədəni irsin qorunmasında balans məsələsi idi. Dünyanın bir çox ölkəsində urbanizasiya prosesi şəhərlərin yaddaşını zəiflədir, tarixi irsdən uzaqlaşma baş verir. Nəticədə müasir şəhərlər yaranır, keçmiş unudulur. Azərbaycanda İçərişəhər, Şuşa və digər tarixi şəhərlərə yanaşmalar göstərir ki, şəhər sadəcə kommunikasiya sistemi deyil, həm də kollektiv yaddaşdır".
Ə.Nuriyev deyib ki, WUF13-də diqqətçəkən əsas mövzulardan biri də işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri idi:
"İştirakçılar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini görəndə bunu bütöv dövlət səfərbərliyi modeli kimi qiymətləndirdilər. Yenidənqurma işlərində həm tarixi irs qorunur, həm də müasir yanaşmalardan istifadə edilir. "Böyük Qayıdış" proqramı da tədbir çərçivəsində diqqətçəkən məqamlardan oldu. Burada əsas məsələ təhlükəsiz və davamlı yaşayış mühitinin yaradılmasıdır. Digər xüsusi məqam "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası, Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji, yaşıl nəqliyyat və davamlı infrastruktur elementlərinin tətbiqi beynəlxalq ekspertlər tərəfindən xüsusi maraqla qarşılandı. Bu model bir çox postmünaqişə regionları üçün də nümunə olacaq".
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri həmçinin sessiya çərçivəsində "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" təşəbbüsünün də xüsusi diqqət çəkdiyini söyləyib:
"Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə hava keyfiyyəti və "yaşıl infrastruktur" məsələsi WUF13-ün gündəliyinin daimi hissəsinə çevrildi. Bu, şəhərsalmaya yeni baxış idi. Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) təsis olunması da Azərbaycanın sessiyanın gündəliyində fəal rol almaq niyyətini göstərir. Bu addım Azərbaycanı yalnız iştirakçı yox, həm də təşəbbüskar ölkə kimi diqqətdə saxlayır".
Ə.Nuriyev vurğulayıb ki, WUF13-ün uğurlu təşkilindən sonra Azərbaycana beynəlxalq etimadın artdığı hiss olunur:
"Bu cür tədbirlərdə əsas logistika deyil, koordinasiya, idarəetmə çevikliyi, beynəlxalq əməkdaşlarla işləmə bacarığı həlledici rol oynayır. COP29-dan sonra WUF13-ün uğurlu təşkili göstərdi ki, Azərbaycan qlobal platformaların təşkilində ciddi təcrübəyə malikdir. Prezident İlham Əliyevin forumun açılışı zamanı çıxışı xüsusi qeyd edilməlidir. Burada şəhərsalmaya yeni baxış, Azərbaycanın tarixi coğrafiyasında baş verən proseslər, keçmiş, bu gün, gələcəklə bağlı dövlət başçısının baxışları dünya şəhərsalmasına töhfə kimi də qiymətləndirmək olar. WUF-un gələcək sessiyalarında Azərbaycanın təcrübələrinə müraciət olunması da gözləniləndir".

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək
Azərbaycan və Latviya Daxili İşlər Nazirlikləri (DİN) əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.
Fərmanla bu ilin aprel ayının 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiqlənib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərəcək.

Si Cinpin: Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır
Çinin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.
Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bizim birgə planlaşdırmamız və rəhbərliyimiz ilə Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib, müxtəlif sahələrdə əməkdaşlıq böyük nəticələr verib. Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyədə ikitərəfli əlaqələrin dinamikasının gücləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram".

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.
Fərmanla bu ilin fevral ayının 15-də Belqrad şəhərində imzalanmış saziş təsdiqlənib.
Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətinə bildiriş göndərəcək.

-
report.az
- Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

Vladimir Putin: Azərbaycan dünya arenasında layiqli hörmət qazanıb
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb.
Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik. Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə əmin-amanlıq və tərəqqi arzulayıram".

WUF13 Azərbaycanın artan diplomatik və təşkilatçılıq potensialını ortaya qoydu - RƏY
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın getdikcə güclənən diplomatik imkanlarını və təşkilatçılıq bacarığını aydın şəkildə nümayiş etdirdi.
Bu barədə "Report"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, sessiya yüksək keyfiyyətlə təşkil edilmişdi:
"Azərbaycan bu cür böyük tədbirlərin həyata keçirilməsində qabaqcıl metodlardan yararlanır. Ölkəmiz dörd il müddətində Qoşulmama Hərəkatına rəhbərlik edərək əhəmiyyətli uğurlar əldə edib. Bu yenilikçi addımların, innovativ yanaşmaların və irəliləyişçi ideyaların bəhrəsi idi. Azərbaycan diplomatiyası bu sahədə artıq ciddi təcrübə toplayıb. Bizim elitamız bu kimi məsələlərdə səfərbər olmaq qabiliyyətinə malikdir. Biz Qoşulmama Hərəkatına sədrlik dövründə parlamentlərarası şəbəkə qura bildik, qeyri-hökumət təşkilatları üçün yeni platformaların formalaşmasına şərait yaratdıq".
T.Abbasov deyib ki, Azərbaycan WUF13-də də siyasi elitalar və xalq diplomatiyasının təmsilçilərinin prosesə qoşulduğu format təqdim etdi:
"Bu tədbirlərin keçirilməsi baxımından artıq Azərbaycan məktəbindən söhbət açmaq mümkündür. Həmçinin WUF13 çərçivəsində Bakıdan kənarda 9 şəhərdə festivallar reallaşdırıldı. İştirakçılar Azərbaycanın bölgələri ilə yaxından tanış olma imkanı qazandılar. Bu, olduqca gözəl bir yanaşma idi. Meksikada keçiriləcək növbəti sessiya Azərbaycanın nümunəsindən faydalı təcrübə əldə etdi".
Politoloq vurğulayıb ki, WUF13 mükəmməl nümunə yaradıb və öz əhəmiyyətli izini buraxıb:
"Ümumdünya Şəhərsalma Forumu 2000-ci illərin əvvəlindən etibarən təşkil olunur. Əgər Azərbaycanın bu istiqamətdə bacarığı, təcrübəsi və innovativ gedişləri mövcud olmasaydı, belə bir tədbirin keçirilməsi bizə tapşırılmazdı. Biz dünyaya tədbirin necə təşkil olunacağını göstərdik. Biz sübut etdik ki, bacarıqlı millətik, yenilikçi yanaşmaları tətbiq etmək bizim üçün əngəl deyil. Azərbaycan həm COP29, həm də WUF13-də öz artan potensialını ortaya qoydu. Biz dünya miqyasında orta gücün nəyi ifadə etdiyini əməli şəkildə isbat edirik. Azərbaycan nümayiş etdirir ki, bizim imkanlarımız dinamik xarakter daşıyır, biz həm nəzəri, həm də praktiki qabiliyyətlərimizi daim inkişaf etdiririk".

Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır
Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Tsiv-Qombori Milli Parkının yaradılması ilə bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib.
"Report"un yerli bürosu xəbər verir ki, layihəni Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia təqdim edib.
Sənədə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati ərazilərində, ümumilikdə, 21 min 761 hektar sahədə Tsiv-Qombori Milli Parkı yaradılacaq. Layihə həmçinin Siqnaqi Təbiət Qoruğunun və Tsiv-Qombori Qoruq Landşaftının təsis edilməsini nəzərdə tutur.
Söhbət Gürcüstanın Azərbaycanın sərhədinə yaxın yerləşən Kaxeti bölgəsində yeni qorunan təbiət ərazilərinin yaradılmasından gedir.
Rəsmi məlumata görə, yeni milli parkın yaradılmasında əsas məqsəd biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və regionda ekoturizmin inkişafıdır.
Bildirilib ki, Tsiv-Qombori Milli Parkı və Siqnaqi Təbiət Qoruğu Gürcüstanın Qorunan Ərazilər Agentliyi tərəfindən idarə olunacaq. Tsiv-Qombori qorunan landşaft zonasının idarəçiliyi isə Qurcaani bələdiyyəsinə həvalə ediləcək.
Qanun layihəsi ölkə parlamentinin plenar iclasına tövsiyə olunub.

-
report.az
- Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım,
Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində
Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.
Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan "Bir millət, iki dövlət" prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.
İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm".

Ellen Maduhu: Afrika BMT Təhlükəsizlik Şurasında daimi yerlərə malik olmalıdır
Afrika BMT Təhlükəsizlik Şurasında daimi yerlərə, həmçinin Beynəlxalq Valyuta Fondunda və Dünya Bankında daha əhəmiyyətli səs hüququna malik olmalıdır.
"Report"un məlumatına görə, bu barədə Tanzaniyanın Xarici İşlər və Şərqi Afrika Əməkdaşlığı Nazirliyinin Departament direktoru Ellen Maduhu Bakıda "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda keçirilən konfransda bəyan edib.
Xəbər yenilənir

-
report.az
- Sultan Hacıyev: Azərbaycan və Afrika ölkələri tərəfdaşlığın genişləndirilməsi üçün potensiala malikdir
Sultan Hacıyev: Azərbaycan və Afrika ölkələri tərəfdaşlığın genişləndirilməsi üçün potensiala malikdir
Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı mövcud potensialın qarşılıqlı şəkildə tamamlanması prinsipinə əsaslanır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Bakıda keçirilən "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.
Diplomatın sözlərinə görə, bir çox Afrika ölkələri artıq əhəmiyyətli uğurlar nümayiş etdirir və faktiki olaraq hətta ən çətin şəraitdə belə nələrə nail olmağın mümkünlüyünə dair nümunə göstərirlər.
XƏBƏR YENİLƏNİR

-
report.az
- Afrikaya irimiqyaslı layihələrin həyata keçirilməsi üçün 1,6 trilyon dollara yaxın investisiya lazımdır
Afrikaya irimiqyaslı layihələrin həyata keçirilməsi üçün 1,6 trilyon dollara yaxın investisiya lazımdır
Afrikaya genişmiqyaslı infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi üçün təxminən 1,6 trilyon dollar investisiya lazımdır.
"Report"un məlumatına görə, bunu Sudanın Azərbaycandakı səfiri Anas Əltayeb Əlqeylani Mustafa Bakıda " Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda konfransda bildirib.
Xəbər yenilənir

Avropada Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığına töhfəsi yüksək qiymətləndirilib
Lüksenburq şəhərində Avropa Hakimlər Assosiasiyasının növbəti illik toplantısı keçirilib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev iştirak ediblər.
Açılış mərasimi 39 ölkənin nümayəndələrinin iştirakı ilə Avropa İttifaqı Ədalət Məhkəməsində keçirilib. Ötən il Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Asambleyasının Bakıda yüksək səviyyədə keçirildiyinə görə təşkilatın rəhbərliyi tərəfindən Azərbaycan tərəfinə təşəkkür bildirilib.
Daha sonra Assosiyasiyanın işçi qruplarının məruzələri dinlənilərək, üzv dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti və müstəqilliyinin təminatı ilə bağlı mövcud vəziyyət müzakirə olunub.
Polşada Konstitusiya Məhkəməsinin bir sıra hakimlərinin fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılmasının, Yunanıstanda məhkəməyə hörmətsizlik hallarının qarşısının alınmasının vacibliyinə dair müvafiq qətnamələr qəbul edilib.
Eyni zamanda Macarıstan, Litva, Rumıniya və bir sıra digər dövlətlərdə hakimlərin müstəqilliyi ilə bağlı mövcud problemlərin narahatlıq doğurduğu xüsusilə vurğulanıb.
Asambleyada həmçinin Avropa Hüquq Akademiyasının, Avropa Məhkəmə Şuraları Şəbəkəsinin və Avropa Ədliyyə Təlim Şəbəkəsinin rəhbər heyətlərinin təqdimatları dinlənilib.
Tədbir çərçivəsində təşkilatın rəhbər heyətinin Lüksemburq Böyük Hersoqu V Giyom tərəfindən qəbulu, habelə iştirakçıların Avropa İttifaqı Ədalət Məhkəməsinin fəaliyyəti ilə tanışlığı həyata keçirilib.

-
report.az
- Zəkiyə İğil: Afrikanı yardım alan tərəf kimi deyil, strateji tərəfdaş kimi qəbul etmək lazımdır
Zəkiyə İğil: Afrikanı yardım alan tərəf kimi deyil, strateji tərəfdaş kimi qəbul etmək lazımdır
Afrikaya artıq yalnız yardım prizmasından baxılmamalıdır - daha çox, strateji tərəfdaş və imkanlar qitəsi kimi baxılmalıdır.
"Report" xəbər verir ki, bu barədə Əlcəzairin Azərbaycandakı səfiri Zakiya İğil Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar" tədbirində bildirib.
XƏBƏR YENİLƏNİR

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
"Report" xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.
"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Anım Günü (Memorial Day) ABŞ-də hər il may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır. Bir çox amerikalı həmin gün qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlara qatılmaqla qeyd edirlər. ABŞ şəhərlərində hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə paradlar keçirilir.

Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 may tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər çərçivəsində 26 may tarixlərində Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Şahin İsmayılov: Azərbaycan Afrika ölkələri ilə siyasi dialoqu intensivləşdirib
Parlament diplomatiyası Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının mühüm istiqamətinə çevrilib.
"Report"un məlumatına görə, bunu Milli Məclisin Azərbaycan–Əlcəzair parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Şahin İsmayılov bu gün Bakıda keçirilən "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.
Xəbər yenilənir

-
report.az
- Mnqomezulu: Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi Afrikanın inkişafına töhfə verə bilər
Mnqomezulu: Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi Afrikanın inkişafına töhfə verə bilər
Azərbaycanın texnoloji inkişafı və rəqəmsal transformasiya sahəsindəki təcrübəsi Afrika ölkələrinin dayanıqlı inkişafı üçün mühüm imkanlar açır.
"Report"un məlumatına görə, bunu Esvatininin Azərbaycandakı qeyri-rezident səfiri Sibusisive Mnqomezulu Bakıda "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.
Xəbər yenilənir

-
report.az
- Ruslan Nəsibov: Azərbaycan afrikalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Ruslan Nəsibov: Azərbaycan afrikalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Azərbaycan həm ikitərəfli, həm də regional və çoxtərəfli səviyyələrdə afrikalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov Bakıda "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" konfransında bildirib.
Səfir vurğulayıb ki, Afrika ilə münasibətlərin möhkəmləndirilməsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi mühüm rol oynayıb.
Xəbər yenilənir

Azərbaycan XİN Argentinanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Argentinanı Milli Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Argentina xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Argentina!", - paylaşımda qeyd olunub.

Yalçın Rəfiyev: Azərbaycan Afrikada diplomatik mövcudluğunu davamlı genişləndirir
Son üç ildə Azərbaycan və Afrika ölkələri arasında 30-dan çox yüksək səviyyəli səfər həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə bildirib.
"Son illər Azərbaycan, Afrika İttifaqı və regionun ayrı-ayrı ölkələri arasında əməkdaşlıq xüsusilə dinamik inkişaf edir. Ötən üç il ərzində 30-dan çox yüksək səviyyəli qarşılıqlı səfər baş tutub. Bir çox Afrika dövlətlərinin liderləri həm rəsmi ikitərəfli səfərlər, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycana səfər ediblər", - o qeyd edib.
XƏBƏR YENİLƏNİR

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram".

-
report.az
- Dahir Fidou: Somali və Azərbaycan mədəniyyətləri və ticarət yollarını birləşdirən dövlətlərdir
Dahir Fidou: Somali və Azərbaycan mədəniyyətləri və ticarət yollarını birləşdirən dövlətlərdir
Somali Azərbaycanla əməkdaşlığı qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq imkanlara əsaslanan perspektivli istiqamət kimi nəzərdən keçirir.
"Report"un məlumatına görə, bunu Somalinin Azərbaycandakı səfiri Abdinur Dahir Fidou "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.
Fidounun sözlərinə görə, bu gün Afrika və Azərbaycanın yaxınlaşmasına kömək edən üç əsas amil mövcuddur.
Xəbər yenilənir

İlham Əliyev İordaniya Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Səfir: Uqanda və Azərbaycan böyük əməkdaşlıq potensialına malikdir
Uqandanın qəhvə ixracatçıları ilə Azərbaycan tərəfi arasında birbaşa əlaqələrin qurulması hər iki ölkəyə ticarətdən birbaşa fayda əldə etməyə imkan verəcək.
"Report" xəbər verir ki, bu barədə Uqandanın Nyu-Yorkda BMT yanındakı səfiri Adoniya Ayebare "Afrika Günü": "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" konfransındakı onlayn çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Uqanda qəhvəsini üçüncü tərəflər vasitəsilə alır ki, diplomatın fikrincə, bunu dəyişdirmək lazımdır.
XƏBƏR YENİLƏNİR

Səfir: Afrika və Azərbaycan arasında strateji tərəfdaşlıq üçün böyük potensial var
Afrika və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur.
"Report" xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Bakıda "Afrika Günü": "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" tədbirində bildirib.
"Afrika ilə Azərbaycan suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa sadiqlik, çoxtərəfliliyin dəstəklənməsi və əməkdaşlığın inkişafı da daxil olmaqla, mühüm prinsipləri və ümumi istəkləri bölüşür. Biz əminik ki, təlim, energetika, nəqliyyat əlaqəsi və logistika, təhsil, turizm, innovasiyalar və texnoloji əməkdaşlıq kimi sahələrdə Afrika və Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur", - səfir qeyd edib.
XƏBƏR YENİLƏNİR

Elçin Babayev: Azərbaycan və Afrika ölkələri təhsil sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Afrika ölkələri son illərdə ali təhsil, elmi tədqiqatlar, diplomatiya və gənclərin mübadiləsi sahələrində əməkdaşlığı fəal şəkildə genişləndirirlər.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda deyib.
Onun sözlərinə görə, universitet Azərbaycan və Afrika ölkələri arasında məzmunlu dialoq və uzunmüddətli tərəfdaşlıq üçün mühüm platformaya çevrilmiş konfransda iştirak etməkdən qürur duyur.
XƏBƏR YENİLƏNİR

Mahmud Əli Yusuf: Afrika beynəlxalq arenada mövqelərini möhkəmləndirir
Afrikanın beynəlxalq arenada mövqeləri möhkəmlənməyə davam edir.
"Report" xəbər verir ki, bunu Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf Bakıda keçirilən "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda tədbirin iştirakçılarına videomüraciətində bəyan edib.
Xəbər yenilənir

-
report.az
- Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
Afrika ölkələrindən olan tələbələr müxtəlif təhsil proqramları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində Azərbaycan hökumətinin dəstəyini alırlar.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar"a həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, illər sonra Azərbaycanda təhsil almış əcnəbi tələbələr dostluğu, əldə etdikləri təcrübəni və burada yaşadıqları qonaqpərvərlik hissini xatırlayacaqlar: "Bu, bəlkə də, hər hansı bir ölkənin edə biləcəyi ən dəyərli sərmayədir. Bir Azərbaycan vətəndaşı olaraq mən həm də fəxr edirəm ki, bir çox afrikalı tələbələr təqaüd proqramları ilə Azərbaycana təhsil almağa gəlirlər".
XƏBƏR YENİLƏNİR

Azərbaycan 3 il ərzində Afrika ölkələri ilə ticarət dövriyyəsini 4 dəfəyə yaxın artırıb
Azərbaycan ilə Afrika ölkələri arasında ticarət dövriyyəsi 2023-cü ildəki 150 milyon dollardan 2025-ci ildə 580 milyon dollara yüksəlib.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.
Xəbər yenilənir

Kənan Kərimzadə: Bu gün Azərbaycanda Afrikadan olan 360-dan çox tələbə təhsil alır
Bu gün 40 Afrika ölkəsindən 360-dan çox tələbə Azərbaycan universitetlərində təhsil alır.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə sıx və fəal olub.
XƏBƏR YENİLƏNİR

-
report.az
- Yalçın Rəfiyev: Azərbaycan Mərkəzi Afrika Respublikası ilə diplomatik münasibətlər qurmağı planlaşdırır
Yalçın Rəfiyev: Azərbaycan Mərkəzi Afrika Respublikası ilə diplomatik münasibətlər qurmağı planlaşdırır
Azərbaycan bu ilin payızında diplomatik münasibətlər qurmaq üçün Mərkəzi Afrika Respublikası ilə danışıqlara başlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.
Münasibətlərin dinamikasından danışan nazir müavini xatırladıb ki, ötən ildən bəri Azərbaycan Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirib.
"Respublikanın qurumlararası nümayəndə heyətlərinin iştirakı ilə beş hökumət missiyası təşkil edilib. Bu gün Azərbaycan bir ölkə - artıq sentyabr ayında müvafiq danışıqlara başlamağı planlaşdırdığımız Mərkəzi Afrika Respublikası istisna olmaqla, bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir", - nazir müavini bildirib.

XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir.
"Report" xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika Günü münasibətilə "X"-də etdiyi paylaşımda qeyd olunub.
"Afrika Günü münasibətilə Afrika qitəsinin hökumətlərini və xalqlarını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Ticarət, təhsil, enerji, dayanıqlı inkişaf və humanitar təşəbbüslər daxil olmaqla müxtəlif sahələrdə Afrika tərəfdaşlarımızla əməkdaşlığımızı yüksək qiymətləndirir, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.
Afrika Günü mübarək!", - məlumatda vurğulanıb.

Yalçın Rəfiyev: Afrika imkanlar və əməkdaşlıq məkanıdır
Azərbaycan üçün Afrika - uzaq qitə deyil, imkanlar və əməkdaşlıq məkanıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika Günü 2026: "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son bir ildə Azərbaycanın bu qitə ilə daha çox dinamikası olub.
Xəbər yenilənir...

Buxarestdə Azərbaycanın mədəniyyət nümunələri təqdim edilib
Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və Buxarestdəki Amerika Məktəbinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ziyarətçilər Azərbaycanın zəngin ənənəvi mətbəxini, məşhur çay mədəniyyətimizi və milli masa oyunlarını nümayiş etdirən interaktiv stendlə tanış olmuşlar", - paylaşımda qeyd olunub.

Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub
Almaniyanın Axen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan "CHIO Aachen" çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.
Federasiyadan "Report"a bildirilib ki, yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.
Qeyd olunub ki, tədbir çərçivəsində təşkil olunanxüsusi "Horse & Symphony" proqramında və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxış edib.
Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.
Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.
"Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub.

Azərbaycan XİN Eritreyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Eritreyanı Milli Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Eritreya Dövlətinin Milli Günü münasibətilə Eritreya Hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq" - paylaşımda bildirilib.

-
report.az
- Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində ən böyük beynəlxalq platformalardan birinə ev sahibliyi etməsi Azərbaycanın artıq qlobal, bəşəri əhəmiyyətli problemlərin müzakirə olunduğu məkanlardan birinə çevrildiyini nümayiş etdirir.
Bunu "Report"a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, burada söhbət yalnız şəhərsalma və memarlıqdan getmir: "Müasir dünyada şəhərlər artıq iqtisadiyyatın, təhlükəsizliyin, sosial sabitliyin və hətta geosiyasi rəqabətin əsas məkanına çevrilib. Ona görə də urbanizasiya ilə bağlı müzakirələr çoxdan texniki ekspert debatlarının sərhədlərini keçib və dövlətlərin strateji gündəliyinin tərkib hissəsinə çevrilib. WUF13-də iştirak edən dövlət və hökumət başçılarının, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin sayı da məhz bunu təsdiqləyir. Əgər bir neçə il əvvəl urbanistika daha çox memarların, layihəçilərin və texniki mütəxəssislərin müzakirə sahəsi sayılırdısa, indi bu mövzu artıq siyasi qərarların mərkəzində dayanır.
Forumun əsas mövzusunun "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" başlığı altında müəyyənləşməsi də təsadüfi seçim deyil. Çünki dünya artıq dərin mənzil və urbanizasiya böhranı ilə üz-üzədir. BMT-nin açıqladığı rəqəmlər göstərir ki, milyardlarla insan layiqli yaşayış imkanlarından məhrumdur. Bu statistika sadəcə sosial problemin göstəricisi deyil. Bu, gələcəkdə siyasi sabitliyə, miqrasiya proseslərinə, sosial qarşıdurmalara və humanitar böhranlara birbaşa təsir göstərəcək problemlərdir. Başqa sözlə, şəhərlərin necə idarə olunacağı artıq yalnız memarlıq məsələsi deyil, qlobal təhlükəsizlik məsələsidir".
Deputat bu səbəbdən, Bakıda qəbul edilən "Bakı fəaliyyətə çağırışı" sənədin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Məncə, bu sənədin əsas fərqi ondadır ki, burada ümumi niyyət bəyanatlarından daha çox konkret öhdəliklər və praktiki yanaşmalar ön plana çıxır. Əlçatan mənzil siyasəti, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, inklüziv urbanizasiya, münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası kimi məsələlərin vahid çərçivədə təqdim olunması da təsadüfi deyil. Çünki XXI əsrin şəhərləri artıq ayrı-ayrı problemlərlə deyil, bir-biri ilə sıx bağlı böhranlarla qarşı-qarşıyadır".
E.Mirzəbəylinin fikrincə WUF13-ün Bakıda keçirilməsi də təsadüfi seçim deyil: "Son illərdə Azərbaycan ardıcıl şəkildə özünü etibarlı beynəlxalq platforma kimi təqdim edir. COP29-un Bakıda keçirilməsindən sonra WUF13-ə ev sahibliyi artıq ayrı-ayrı hadisələrin təsadüfi üst-üstə düşməsi kimi görünmür. Burada sistemli dövlət strategiyası açıq şəkildə nəzərə çarpır. Azərbaycan yalnız enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində deyil, qlobal humanitar və inkişaf gündəliyində də yüksək səviyyədə iştirak etmək və prosesə töhfə vermək məharətini, qlobal gündəmi istiqamətləndirmək potensialını nümayiş etdirir. Bu prosesin daha bir mühüm tərəfi var. Azərbaycan urbanizasiya və postmünaqişə bərpası ilə bağlı dünya üçün real praktik modelə sahibdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi faktiki olaraq sıfırdan yeni şəhər və kəndlərin qurulması deməkdir. Burada söhbət təkcə dağıdılmış infrastrukturu bərpa etməkdən getmir. Paralel şəkildə "ağıllı şəhər", "yaşıl enerji", rəqəmsal idarəetmə və dayanıqlı yaşayış konsepsiyaları tətbiq olunur. Dünyanın müxtəlif regionlarında münaqişələrdən sonra bərpa problemləri yaşayan ölkələr üçün bu təcrübə ciddi maraq doğurur".
"Bakı qlobal siyasi və humanitar dialoqun yeni mərkəzlərindən birinə çevrilib. COP29 və WUF13-ü bunu təsdiqləyən iki böyük beynəlxalq hadisə hesab etmək olar. Ən vacib məqam isə budur ki, Azərbaycan bu platformalarda yalnız ev sahibi kimi çıxış etmir, ölkəmiz eyni zamanda öz baxışını, inkişaf modelini və gələcəklə bağlı yanaşmasını məharətlə, yüksək peşəkarlıqla təqdim etməyi bacarır. "Bakı fəaliyyətə çağırışı"nın adında Azərbaycan paytaxtının yer alması da sırf simvolik nüans deyil. Bu, Azərbaycanın artıq qlobal qərarların formalaşdığı siyasi və humanitar məkanın iştirakçısına çevrildiyinin göstəricisidir. Müasir dünyada belə status təsadüfən qazanılmır. Bunun arxasında uzunmüddətli strategiya, siyasi iradə və beynəlxalq etimad dayanır",- deputat əlavə edib.

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.
Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.
Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.

Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəhbəri Qeka Qeladze ilə görüş keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Qeka Qeladzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeka Qeladze isə Azərbaycan və Gürcüstanın təhlükəsizlik qurumları arasında formalaşmış sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu tərəfdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.
Tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərini, təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Görüşdə regional təhlükəsizliyin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb
Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.
"Report" xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.
M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Bakıda WUF13 zamanı BMT Baş katibi vəzifəsinə namizəd olan Rebeka Qrinspenlə COP31 ərəfəsində iqlim və inkişaf prioritetlərinin bir-biri ilə sıx uzlaşmasını təmin etməklə yanaşı, adaptasiya maliyyəsinin artırılması və icra dəstəyinin gücləndirilməsi zərurətini müzakirə etdik".

WUF13 qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi - RƏY
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkənin gündən-günə artan beynəlxalq nüfuzunu, qlobal proseslərdə fəal iştirakını, şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətini beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O xatırladıb ki, mayın 17-dən 22-dək Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Hökumətinin təşkilatçılığı ilə "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçirilən və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilən WUF13-ə ev sahibliyi edib:
"Forum artıq öz işini başa çatdırsa da, təbii ki, bundan sonrakı mərhələdə onun hansı nəticələrlə tarixə yazıldığı, bu mötəbər beynəlxalq tədbirin qlobal səviyyədə hansı imkanları açdığı, həmçinin ölkəmizin dünya miqyasında dayanıqlı və təhlükəsiz şəhər modelinin müəyyənləşdirilməsinə töhfələri ətraflı şəkildə təhlil ediləcək. Necə ki, Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransının uğurlu nəticələri, növbəti COP-lara təqdim etdiyi təcrübələr bu gün də təhlil edilməkdədir.
Forumun regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun nümayişi oldu. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal urbanizasiya problemlərinin müzakirəsi və həlli yollarının tapılması baxımından tarixi hadisə kimi yadda qaldı. İlk diqqətçəkən məqam 176 ölkədən 57000-dən çox nümayəndənin qatıldığı Forumda iştirakçı sayının rekord həddə olması idi. Bu, Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası olub".
Deputat qeyd edib ki, iştirakçıların sayının rekord həddə çatması ilk olaraq ölkələrin şəhərsalma məsələsinə xüsusi diqqət göstərdiyini təsdiqləyir:
"Bakı bir daha qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfliliyi təşviq edən vacib platforma rolunu oynadı. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29 iqlim konfransından sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Hər iki tədbir Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi.
Hazırda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın vacibliyi əsasdır. Azərbaycanın dünyada əməkdaşlıq və dialoq məkanı kimi tanınması, nüfuz qazanması tədbir iştirakçılarının rəylərində də özünün aydın ifadəsini tapdı. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olması, həmçinin Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi tarixə yazıldığı xüsusi qeyd edildi.
Forum çərçivəsində keçirilən tədbirlərdə iştirakçılar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını Münxen Təhlükəsizlik Konfransı və Davos Forumu ilə müqayisə edərək WUF13-ün daha səmimi, açıq və konstruktiv müzakirə mühiti ilə fərqləndiyini bildirdilər. Şübhəsiz, bütün bu uğurların əsasında Azərbaycanın liderliyini qoruması, zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində fəal iştirakı və üzərinə götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək, müəyyənləşdirilən vəzifələri real addımları ilə təsdiqləmək hədəfi dayanır".
V.Rəhimzadənin sözlərinə görə, belə mötəbər tədbirlərə ev sahibliyi etmək böyük uğur olmaqla yanaşı, eyni zamanda, məsuliyyətdir:
"Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında da bu reallığı diqqətə çatdırdı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Eyni zamanda, bu əminlik də ifadə edildi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bu sessiya qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi. Forum çərçivəsində səsləndirilən fikirlərdə də bu məqam vurğulandı ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə təhlükəsiz və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Urbanizasiya problemi hazırda əksər ölkələr üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni vəziyyət yaradıb".
Deputat vurğulayıb ki, Forum çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası əsas məqamlardan biri olub:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində baş tuturdu. 27 ölkənin dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Liderlər Sammitindəki çıxışlarda Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi. İlk dəfə olaraq Forum çərçivəsində belə bir sessiyanın təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini artırdı".
Deputat əlavə edib ki, Azərbaycan Forumun gündəliyinə əhəmiyyətli dərəcədə töhfə verdi və unikal təcrübəsini paylaşdı:
"Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədim arxitektura ənənələrinin qorunması əsasdır. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi prioritetdir".

-
report.az
- İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.
"Azərbaycan daha bir mühüm qlobal tədbirə - WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.
Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən BMT-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik", - paylaşımda vurğulanıb.

Səmərqənddə TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib
Özbəkistanın Səmərqənd şəhərində 21–22 may 2026-cı il tarixlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbir ötən il Bakıda keçirilmiş TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclasında qəbul olunmuş qərara uyğun olaraq baş tutub.
Tədbirdə Azərbaycanı Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın məhkəmə idarəetməsi sahəsində məsul ali qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
İclasda çıxış edən İnam Kərimov müasir dövrdə məhkəmə sistemlərinin rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və institusional dayanıqlılığın gücləndirilməsi kimi yeni çağırışlarla üzləşdiyini bildirib. Bu baxımdan, TDT-yə üzv dövlətlərin məhkəmə şuraları arasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Çıxış zamanı Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə də məlumat verilib.
Bildirilib ki, müstəqil, şəffaf və əlçatan məhkəmə sisteminin formalaşdırılması ölkədə həyata keçirilən islahatların əsas prioritet istiqamətlərindən biridir. Hakimlərin etik davranış standartlarının yüksəldilməsi, peşəkarlığının artırılması və intizam mexanizmlərinin təkmilləşdirilməsi məhkəmə hakimiyyətinə ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumunun imzalanması məhkəmə sisteminə ictimai etimadın gücləndirilməsi, ortaq etik dəyərlərin təşviqi və əməkdaşlığın inkişafı baxımından mühüm addımdır.
Qeyd olunub ki, hakimlərin müstəqillik, qərəzsizlik, dürüstlük və şəffaflıq prinsiplərinə sadiqliyi ədalət mühakiməsinin əsas təminatlarından biridir. Tədbirin sonunda təşkilata üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumu imzalanıb. Səfər çərçivəsində İnam Kərimov Özbəkistan Respublikası Ali Məhkəmə Şurasının sədri Holmumin Yodgorovla da ikitərəfli görüş keçirib.
Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər məhkəmə idarəçiliyi, hakimlərin hazırlanması, etik standartların tətbiqi və rəqəmsal həllərin məhkəmə sistemində istifadəsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Çinə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq.
Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq", - XİN-dən qeyd olunub.
Qeyd edək ki, Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə çatıb.

WUF13-ün Təşkilat Komitəsi tədbirin maraqlı anlarını əks etdirən video paylaşıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycan Təşkilat Komitəsi tədbirin maraqlı anlarını əks etdirən video paylaşıb.
"Report" xəbər verir ki, paylaşım "Ev sahibi ölkənin videosu - Azərbaycan: WUF13-dən önəmli anlar" başlığı ilə edilib.
Təşkilat Komitəsinin "X" hesabındakı videonu təqdim edirik:

-
report.az
- Belqradda Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri gələcək əməkdaşlığı müzakirə ediblər
Belqradda Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri gələcək əməkdaşlığı müzakirə ediblər
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan və Türkiyə səfirliklərinin Təhsil Müşavirliklərinin nümayəndələri arasında görüş keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, Türkiyə səfirliyində baş tutan görüş çərçivəsində Türkiyə və Azərbaycan arasında ortaq dil, mədəniyyət və tarixi dəyərlər üzərində qurulan əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı qarşılıqlı mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
"Global South NGO Platform"un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı "Bakı Bəyannaməsi" hazırlanıb. Sənəd WUF13-də iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub. "Bakı Bəyannaməsi"ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb.
"Report" xəbər verir ki, sənəddə deyilir:
"Biz - WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri olaraq aşağıdakıları bəyan edirik:
- Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik edirik. Forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin prioritetləri sırasına daxil etdi;
- dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunədir. Bu xüsusda biz "Azərbaycan təcrübəsi"nin dünyanın postmünaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını təklif edirik;
- WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir;
- müxtəlif ölkələrdən 1 000-dən çox QHT-ni özündə birləşdirən Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal həmrəylik aktı kimi çıxış edir. Biz "UN Habitat"ı bu təşəbbüsü dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti tərəfdaşı kimi tanımağa və bu modeli gələcək Forumların daimi komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik Mərkəzinin yaradılmasını təklif edirik;
- Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı, davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq;
- Qarşıdakı WUF sessiyalarının WUF13 təcrübəsinə əsaslanan birgə əməliyyat qaydalarının hazırlanması ilə bağlı Niyyət Məktubundan irəli gələrək, "Bakı Standartı"na uyğun təşkil olunmasını təşviq edirik".
Qeyd edək ki, "Bakı Bəyannaməsi" "Global South NGO Platform"un (GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə cari il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş "WUF13 NGO Forum"dan üç gün sonra qəbul edilib. 800-ə yaxın xarici və yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş "WUF13 NGO Forum"dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub. "WUF13 NGO Forum"un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib "Global South NGO Platform"u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. "UN-Habitat"ın İdarə Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə "Bandunq prinsipləri" yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

-
report.az
- D-8: WUF13-ün uğuru Azərbaycanın mühüm beynəlxalq platforma kimi artan nüfuzunu gücləndirib
D-8: WUF13-ün uğuru Azərbaycanın mühüm beynəlxalq platforma kimi artan nüfuzunu gücləndirib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilməsi 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransının təşkilindən sonra Azərbaycan üçün daha bir mühüm qlobal mərhələ oldu.
"Report" xəbər verir ki, bu barədə İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmudun Azərbaycana səfərinin yekunları üzrə bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, S.Mahmud 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra WUF13-də iştirak etmək üçün Azərbaycana ilk rəsmi səfərini edib.
"WUF13-ün uğurla keçirilməsi COP29-un uğurundan sonra Azərbaycan üçün daha bir mühüm qlobal mərhələ oldu və ölkənin iqlim fəaliyyəti, dayanıqlı inkişaf və şəhər transformasiyası məsələləri üzrə beynəlxalq çoxtərəfli dialoq üçün mühüm platforma kimi artan nüfuzunu daha da gücləndirdi", - bəyanatda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, səfər çərçivəsində baş katib forum çərçivəsində təşkil edilmiş D-8-in energetika və şəhər inkişafı üzrə yüksəksəviyyəli dialoqunda iştirak edib. "Forum dayanıqlı, inklüziv və ekoloji cəhətdən dayanıqlı şəhərlərin gələcəyini müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarını, nazirləri, merləri, beynəlxalq və regional təşkilatların nümayəndələrini, urbanistika üzrə ekspertləri və inkişaf proseslərinin iştirakçılarını bir araya gətirdi", - D-8-dən qeyd olunub.
S.Mahmud forumdakı çıxışında regionda innovasiyaları və qabaqcıl təcrübə mübadiləsini stimullaşdırmaq üçün "D-8-in ilin dayanıqlı şəhəri", "D-8-in yaşıl paytaxtı" və "D-8-in təmiz enerji paytaxtı" statuslarının verilməsi ilə bağlı təşəbbüslərin nəzərdən keçirilməsini təklif edib.
Səfərin əsas yekunlarından biri Bakıda enerji və iqlim, nəqliyyat və media sahələrində D-8-in üç qabaqcıl təcrübə mərkəzinin yaradılmasında irəliləyişin təsdiqlənməsi oldu.
Bəyanatda vurğulanır ki, bu mərkəzlər Cənub-Cənub xətti üzrə əməkdaşlığın, siyasi dialoqun, tədqiqat mübadiləsinin və innovasiyaların gücləndirilməsi, habelə bərpa olunan enerji, nəqliyyat əlaqəliliyi, media, iqlim dayanıqlılığı və dayanıqlı şəhər inkişafı sahələrində potensialın artırılması üçün praktiki platformalara çevriləcək.
Səfər zamanı D-8-in baş katibi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazov daxil olmaqla, Azərbaycanın rəsmi şəxsləri ilə yüksəksəviyyəli görüşlər keçirib. Tərəflər Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafını, təşkilatın Cakartada keçiriləcək 12-ci sammitinə hazırlığı, eləcə də Bakıda D-8-in Enerji və İqlim Mərkəzinin fəaliyyətə başlamasını və 2026-cı il iyunun 1-də Bakıda keçiriləcək D-8 energetika nazirlərinin ilk görüşünə hazırlığı müzakirə ediblər.
Həmçinin Azərbaycanın Medianın İnkişaf Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılovla görüş keçirilib, tərəflər media sahəsində qabaqcıl təcrübə Mərkəzinin tezliklə fəaliyyətə başlaması və D-8 üzv dövlətləri arasında media əməkdaşlığının daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Ümumilikdə, bəyanatda qeyd olunur ki, səfər zamanı aparılan danışıqlar Azərbaycanın D-8 üzvlüyünə verdiyi yüksək prioriteti və fəal rolunu nümayiş etdirib.

-
report.az
- WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb
WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb.
"Report" xəbər verir ki, 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.
Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.
"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.
Forumun əsas nəticəsi isə "Bakı Fəaliyyətə Çağırışı" (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.
Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.
Bununla yanaşı, Forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və post-münaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.
WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri" (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan post-münaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.
Beləliklə, WUF13 Bakının dövlətləri, şəhərləri və beynəlxalq təşkilatları inklüziv, təhlükəsiz və yaşanıla bilən şəhərlərin qurulması məqsədi ətrafında bir araya gətirən mühüm qlobal dialoq platforması olduğunu bir daha təsdiqləyib.
Forumun yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırışı" sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.
Ümumilikdə isə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.
Eyni zamanda, Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.
Həmçinin Nazirlər Görüşünün yekunlarına dair "Sədrin Xülasəsi" (Chair Summary) sənədində şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Sənədə WUF13 çərçivəsində Bakıda aparılan müzakirələrin Yeni Şəhər Gündəliyinin icrasına və qlobal mənzil böhranının həlli istiqamətində praktiki fəaliyyətlərin təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

-
report.az
- Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib
Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunu olaraq qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da və nazirlər görüşünün sənədində Azərbaycanın irəli sürdüyü "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri paketi" (4SRP) təşəbbüsü dəstəklənib.
"Report" xəbər verir ki, yüksək səviyyəli görüşün xülasəsində nazirlərin "WUF13 çərçivəsində Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi (Bakı Mərkəzi) ilə birgə hazırladığı təşəbbüsünü alqışladıqları qeyd olunub.
Bildirilib ki, qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə əsas tövsiyələri özündə əks etdirən "Bakı Fəaliyyətə Çağırış" da 4SRP təşəbbüsünün əsas məqsədlərini təsdiqləyir:
"Biz yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi və nəticə etibarilə məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq".
Qeyd edək ki, təşəbbüs 2026-cı il mayın 19-da WUF13 çərçivəsində keçirilmiş yüksək səviyyəli panel zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülüb.
Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlara cavab olaraq inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.
Təşəbbüs tərəfdaşlarının vurğuladığı kimi, sözügedən yanaşmaları ehtiva edəcək beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, post-münaqişə şəraitində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi üzrə təcrübəsindən geniş istifadə olunacaq.
Eyni zamanda, təşəbbüs postmünaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, eləcə də iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

WUF13 Azərbaycanın inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqdimatıdır - RƏY
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakıda keçirilməsi Azərbaycanın çoxşaxəli inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqdimatıdır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.
Onun sözlərinə görə, tədbir çərçivəsində Bakı şəhərsalma mədəniyyəti və memarlıq irsinin mühüm platformalarından biri kimi qlobal diqqət mərkəzinə çevrilib:
"Azərbaycan urbanizasiya ilə tarixi-mədəni irsin qorunması arasında tarazlığı qorumağı bacaran nadir ölkələrdəndir. Ölkəmizin bu mövzuda dünyaya sərgiləyəcəyi zəngin təcrübəsi var. Bu gün dünyanın bir çox şəhərləri sürətli urbanizasiya səbəbindən tarixi simasını və mədəni ruhunu itirmək təhlükəsi ilə üzləşir. Bizim şəhərlərimiz isə inkişafla tarixi yaddaş arasında incə tarazlığı qoruyaraq modernləşməni milli-mədəni irsin davamı ilə uzlaşdırmağı bacaran nadir şəhərlər sırasında yer alır. Dövlət başçısının forumun açılışındakı çıxışında "Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz". Əslində bu fikirlər dövlətimizin nəinki, memarlığa yanaşmasını, həm də ümumilikdə siyasətinin fəlsəfəsini əks etdirir: Yəni, köklərimizə, dövlətçilik ənənələrimizə bağlı qalaraq müasir dünyaya açılmaq".
G.Əfəndiyeva həmçinin bildirib ki, Azərbaycan Prezidenti çıxışı boyunca mədəniyyətdən, şəhərsalma və memarlıqdan danışsa da, əslində eyni zamanda, milli kimlikdən, tarixdən danışdı:
"Dövlət başçısı çoxəsrlik şəhərlərimizi, o cümlədən Şamaxını, Naxçıvanı, Gəncəni, Şəkini, Şuşanı dahi şəxsiyyətlərimizin doğulduğu, mədəni ənənələrimizinin formalaşdığı mərkəzlər kimi böyük ustalıqla tanıtdı, təbliğ etdi. Bu isə Azərbaycanın maddi-mənəvi dəyərlərinin, qədim dövlətçilik irsinin qlobal auditoriyaya çatdırılması baxımından çox dərin siyasi məna daşıyır. Çünki, şəhər həm də yaddaşdır, həm siyasətdir, həm kimlikdir, həm də tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir".
Milli Məclisin üzvü vurğulayıb ki, uzun illər erməni işğalı altında qalan, dağıdılan, yerlə-yeksan edilən Qarabağın şəhərləri bu gün dövlətin iradəsi, gücü ilə yenidən qurulur, dirçəldilir:
"Şəhərlərimizin əvvəlki siması bərpa edilir. Bu, ölkəmizin yenidənqurma əzminin fövqündə dayanan, Qarabağın tarixi kimliyini və onun əzəli sakinlərinin bu torpaqlarla bağlılığını aydın şəkildə ifadə edən bir gerçəklikdir. Prezidentin dediyi kimi, "Məhz torpağın yiyələri bu cür davranırlar". Bu yanaşma şəhərsalmanı milli dəyərlərin davamı kimi daha geniş kontekstdə dərk etməyə imkan yaradır. Ona görə də forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır".

WUF13 qlobal mənzil maliyyələşdirilməsi sistemlərini islah etməyə çağırıb
Mövcud mənzil maliyyələşdirilməsi sistemləri milyonlarla insan üçün pərakəndə və əlçatmaz olaraq qalır, kreditlərə qeyri-bərabər çıxış və məhdud dövlət investisiyaları isə mənzil bərabərsizliyini və məkan təcridini gücləndirməyə davam edir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da qeyd olunur.
Sənəddə qeyd olunub ki, mövcud mənzil maliyyələşdirməsi mexanizmləri bir çox hallarda aztəminatlı ailələrə və icmalara çatmır.
Çağırış müəllifləri bələdiyyə maliyyəsinin gücləndirilməsi, maliyyə muxtariyyətinin genişləndirilməsi və gəlir formalaşdırma strategiyalarının inkişaf etdirilməsi vasitəsilə inklüzivliyi artırmaq və dəstəyin miqyasını genişləndirmək məqsədilə bütün mənzil maliyyələşdirməsi zəncirinin yenidən nəzərdən keçirilməsi tərəfdarı kimi çıxış ediblər.
Sənəddə həmçinin inkişaf banklarına və özəl sektora kreditə çıxışın genişləndirilməsinə və ərazi xüsusiyyətlərini nəzərə alan, əhalinin ən çox ehtiyacı olan qruplarına yönəlmiş proqnozlaşdırıla bilən uzunmüddətli maliyyə mexanizmlərinin yaradılmasına prioritet diqqət yetirməklə bağlı çağırış yer alır.
Bundan əlavə, "Bakı Fəaliyyətə Çağırış"da risklərin qiymətləndirilməsi və idarə edilməsi, ünvanlı subsidiyalaşdırma, kreditlərə çıxışın genişləndirilməsi və qarışıq maliyyələşdirmə üzrə yeni mexanizmlərin işlənib hazırlanması üçün özəl sektorun milli və yerli hakimiyyət orqanları, mərkəzi banklar, maliyyə institutları və ictimai əmanət strukturları ilə əməkdaşlığının zəruriliyi vurğulanır.
Parlamentarilər və milli xəzinədarlıqlar müxtəlif mənzil yanaşmalarını nəzərə almaqla dövlət subsidiyalarını şaxələndirməyə, həmçinin özəl və ictimai əmanətləri daha fəal şəkildə cəlb etməyə çağırılıblar.
Sənəddə həmçinin qeyd olunub ki, pərakəndə planlaşdırma sistemləri mənzili torpaqdan, infrastrukturdan, nəqliyyatdan, gəlir mənbələrindən və baza xidmətlərindən ayıraraq məkan bərabərsizliyini və şəhərlərin səmərəsiz böyüməsini gücləndirməkdə davam edir.
Bununla əlaqədar olaraq, çağırış müəllifləri bərabərlik, inklüzivlik, məkan ədaləti və şəhər hüququna vurğu edərək, mənzil siyasətini daha geniş ərazi və şəhər strategiyalarına daxil edən planlaşdırmaya dair inteqrasiya olunmuş və sistemli yanaşmaların tərəfdarı kimi çıxış ediblər.
Vurğulanıb ki, bu cür yanaşmaların həyata keçirilməsi qərarların birgə işlənib hazırlanması üçün yerli hakimiyyət orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, yerli icma hərəkatlarının və özəl sektorun imkanlarının genişləndirilməsi vasitəsilə icra edilməlidir.

WUF13 iqlimə davamlı mənzil sistemləri yaratmağa çağırıb
İqlim dəyişikliklərinin nəticələri mənzil təhlükəsizliyi problemini və əhalinin məcburi köçünü daha da gücləndirir, xüsusilə də sosial, iqtisadi və ekoloji qeyri-sabitliklə üzləşən icmalara ciddi təsir göstərir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da bildirilir.
Sənəddə qeyd olunub ki, təkrarlanan daşqınlar, quraqlıqlar, biomüxtəlifliyin itirilməsi, ətraf mühitin çirklənməsi, həddindən artıq istilər və havanın keyfiyyətinin pisləşməsi əhalinin sağlamlığına, ekosistemlərə, yaşayış vasitələri mənbələrinə və ümumi həyat keyfiyyətinə dağıdıcı təsir göstərir.
Çağırışın müəllifləri vurğulayıblar ki, iqlim dəyişiklikləri ərazilərin yaşayış üçün yararlılığına mənfi təsir göstərir və şəhərlərdə, eləcə də regionlarda mənzil sistemlərinə təzyiqi artırır.
Bununla əlaqədar olaraq, sənəd iqlim dayanıqlılığını gücləndirə, biomüxtəlifliyi qoruya və ətraf mühitə mənfi təsiri azalda bilən mənzil sistemlərinin yaradılmasına çağırır.
Çağırışın mətninə görə, buna iqlim ədaləti prinsiplərinə əsaslanan və ekoloji cəhətdən məsuliyyətli şəhərsalma və planlaşdırma tərəfindən dəstəklənən təbiətyönümlü həllər, yerli icmaların təşəbbüsləri və yerli şəraitə uyğunlaşdırılmış yanaşmalar vasitəsilə nail olmaq təklif edilir.
Sənəddə həmçinin milli və yerli hakimiyyət orqanlarının dayanıqlı infrastruktur, bərpa olunan enerji, əsas xidmətlər, təbii fəlakətlərə hazırlıq və onların qarşısının alınması, məşğulluğun təmin edilməsi və sosial əlaqələrin dəstəklənməsi sahələrindəki fəaliyyətləri ilə yanaşı, icmaların özləri tərəfindən həyata keçirilən lokallaşdırılmış, köklü və ənənəvi təcrübələrin gücləndirilməsinə dair çağırış da yer alır.

Paraqvay Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Paraqvay Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Paraqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram.
Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini diləyirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı və dərin hörmətimi bir daha ifadə edirəm".

-
report.az
- "Bakı Fəaliyyətə Çağırış": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir
"Bakı Fəaliyyətə Çağırış": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası üzrə təcrübəsi dünyada müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunələrindən biridir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da deyilir.
Sənəddə humanitar cavab tədbirlərini, bərpanı və uzunmüddətli inkişafı özündə birləşdirən mənzil sahəsindəki kompleks yanaşmaların zəruriliyi vurğulanıb.
Qeyd edilib ki, ailələr, ayrı-ayrı şəxslər və məcburi köçkünlər tez-tez təhlükəli və ya yararsız mənzil şəraitində yaşamaq məcburiyyətində qalırlar, bu da sonrakı yerdəyişmə, təhlükə və sosial təcrid risklərini artırır.
Bununla əlaqədar olaraq, sənəd qeyri-sabit və münaqişədən sonrakı şəraitdə şəhərlərin iqlimə davamlı və insanyönümlü bərpasına, eləcə də inkişaf və iqlim sahəsində maliyyələşdirilməyə çıxışın genişləndirilməsinə çağırır.
Sənədin mətninə əsasən, milli və yerli hakimiyyət orqanları, humanitar və inkişaf təşkilatları, eləcə də beynəlxalq qurumlar yaşayış yerlərinin və kritik mülki infrastrukturun qorunmasını təmin etməli, yerdəyişmələrin və dağıntıların qarşısının alınması mexanizmlərini gücləndirməli və bu tədbirlərə səmərəli riayət olunmasına zəmanət verməlidirlər.
"Dünyada artıq müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunələri, o cümlədən ev sahibi olan ölkənin - Azərbaycanın təcrübəsi mövcuddur", - "Bakı Fəaliyyətə Çağırış"da bildirilib.
Sənəd həmçinin prioritet olaraq bərpa və yenidənqurmanı, gələcəkdə isə məcburi köçkünlərin öz evlərinə qayıdışını nəzərdə tutan əlaqələndirilmiş yanaşmaya çağırır.

"Bakı Fəaliyyətə Çağırış" Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığı üçün yeni imkanlar açır
Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına əsasən qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış" Cənub-Cənub və Şimal-Cənub xətti üzrə əməkdaşlığın yeni formaları üçün imkanlar açır.
"Report" xəbər verir ki, bu barədə çağırışın mətnində deyilir.
Sənədə əsasən, Ümumdünya Şəhərsalma Forumunun yekunları 2030-cu ildən sonrakı qlobal gündəliyin formalaşdırılması üçün izlənilə bilən öhdəlikləri, uğurlu proqram və layihələrin sənədləşdirilməsini, eləcə də praktiki icra mexanizmlərinin mübadiləsini özündə ehtiva etməlidir.
Sənəddə həmçinin bildirilib ki, yerli və milli proseslər mənzil gündəliyi ətrafında siyasi dinamikanın gücləndirilməsinə kömək edir.
Xüsusilə, Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun sənədləri, İkinci Afrika Şəhərlər Forumunun Nayrobi Bəyannaməsi və əlçatan, inklüziv və iqlim dəyişikliklərinə davamlı mənzil məsələlərinə həsr olunmuş digər regional sazişlər qeyd edilir.
"Bakı Fəaliyyətə Çağırış" həmçinin Cənub-Cənub və Şimal-Cənub xətti üzrə yeni əməkdaşlıq, təlim və qarşılıqlı fəaliyyət formaları üçün imkanlar açır", - sənəddə bildirilib.

"Bakı Fəaliyyətə Çağırış" növbəti onilliyi "fəaliyyət onilliyi"nə çevirməyi təklif edib
Qlobal mənzil böhranı kompleks mənzil siyasətinə, maraqlı tərəflərin çoxtərəfli qarşılıqlı fəaliyyətinə, dayanıqlı maliyyələşdirməyə və hesabatlılıq mexanizmlərinin gücləndirilməsinə əsaslanan təcili və əlaqələndirilmiş cavab tələb edir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına əsasən qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış"da deyilir.
Sənəddə qeyd olunub ki, mənzil böhranının ümumi cəhətlərinə baxmayaraq, hər bir rayon, şəhər, ölkə və regionun özünəməxsus xüsusiyyətləri var, buna görə də problemin miqyasını tam anlamaq üçün yerli və milli kontekstlər həlledici əhəmiyyətə malikdir.
"Bu sənədin əsasında maraqlı tərəflərin təşkil olunmuş çoxtərəfli fəaliyyətləri, konkret şərtlər nəzərə alınmaqla uzunmüddətli maliyyələşdirmə, həyata keçirmə potensialının gücləndirilməsi, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyaları və ölçülə bilən hesabatlılıq mexanizmləri ilə dəstəklənən kompleks mənzil siyasəti prinsiplərini rəhbər tutaraq mənzil təminatını yenidən prioritetə çevirmək çağırışı dayanır", - sənəddə bildirilib.
Çağırışın müəllifləri mənzil sahəsindəki beynəlxalq öhdəlikləri - adekvat mənzilin fundamental insan hüququ kimi tanınmasından tutmuş "Habitat" proseslərinin, 2030-cu ilədək Gündəliyin və Gələcək naminə Paktın həyata keçirilməsinə qədər olan öhdəlikləri xatırladaraq, "diaqnostikadan fəaliyyətə" keçidin zəruriliyini vurğulayıblar.
Yeni Şəhər Gündəliyinin onilliyində sənəd üzv dövlətləri onun həyata keçirilməsini sürətləndirməyə və qlobal mənzil böhranının aradan qaldırılmasında UN-Habitat-ın əlaqələndirici rolunu gücləndirməyə çağırır.
"Bakı Fəaliyyətə Çağırış"da qeyd olunub ki, UN-Habitat-ın 2026–2029-cu illər üçün Strateji Planı mənzil sahəsindəki fəaliyyətlərin, o cümlədən hamı üçün adekvat mənzil məsələsi üzrə ekspertlərin Açıq Tərkibli Hökumətlərarası İşçi Qrupu (OEWG-H) vasitəsilə sürətləndirilməsi üçün əsas ola bilər.
Üzv dövlətlərə və maraqlı tərəflərə bu qrupun işində fəal iştirak etmək, ekspertlər və praktiklər irəli sürmək, həmçinin kifayət qədər təmsil olunmayan əhali qruplarının inklüziv iştirakını təmin etmək tövsiyə olunur.
Sənəddə həmçinin növbəti onilliyi və Ümumdünya Şəhərsalma Forumunun sonrakı beş sessiyasını "Yeni Şəhər Gündəliyi"nin həyata keçirilməsini sürətləndirmək və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində ölçülə bilən tərəqqiyə nail olmaq üzrə "fəaliyyət onilliyinə" çevirmək imkanı vurğulanır.

Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək".

-
report.az
- Baş direktor: ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur
Baş direktor: ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur.
ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır.
Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

"Bakı Fəaliyyətə Çağırış"da innovativ WUF13-ə görə Azərbaycana təşəkkür edilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyət Çağırış"da WUF tarixində ən böyük və ən innovativ forumlardan birinin keçirilməsinə görə Azərbaycan hökumətinə xüsusi minnətdarlıq ifadə olunub.
"Report" xəbər verir ki, sənəddə "Bakı Fəaliyyət Çağırış"ın WUF13 ərəfəsində aparılmış aylarla davam edən işin və maraqlı tərəflərlə geniş məsləhətləşmələrin nəticəsi olduğu vurğulanır.
Sənədin müəllifləri əldə olunan irəliləyişi qeyd edərək, WUF çərçivəsində bu yanaşmanın daimi praktikaya çevrilməsinə çağırıblar. Onlar forumdan əvvəl və sonra məsləhətləşmələrin aparılmasını, bütün maraqlı tərəflərlə sistemli əməkdaşlıq mexanizminin qurulmasını və bunun vasitəsilə davamlılıqla hesabatlılığın təmin edilməsini vacib sayırlar.
"Biz 176 ölkədən 58 mindən çox insanın iştirakı ilə keçirilən və bununla da onu bugünkü günə qədərki ən böyük WUF forumuna çevirən yenilikçi WUF13-ə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - sənəddə qeyd olunub.
Bildirilib ki, tarixdə ilk dəfə olaraq ev sahibi olan ölkənin təşəbbüsü ilə Liderlərin Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib.
Bundan əlavə, tədbirdə yüzdən çox nazir, BMT Baş katibinin müavini və digər yüksəkvəzifəli nümayəndələr iştirak ediblər.
Sənəddə WUF13-ün əsas yenilikləri sırasında Bakı Şəhər Mükafatı, Biznes və İnnovasiyalar Mərkəzi, WUF Akademiyasının kampusu və Təcrübələr Habı qeyd edilib.

Bəhreyn Kralı İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm.
Hörmətlə,
Həməd bin İsa Al Xəlifə
Bəhreynin Kralı

BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".
Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" qəbul edilib - TAM MƏTN
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) fəaliyyətə yönəlmiş xarakterindən ilhamlanan "Bakı Fəaliyyətə Çağırış" sənədi kollektiv, birgə hazırlanmış, ədalətli və inklüziv bir prosesin nəticəsidir.
"Report" xəbər verir ki, bu sənəd idarəetmənin müxtəlif sektorları və səviyyələri üzrə maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, qadınlar, yaşlılar, uşaqlar və gənclər, yerli xalqlar, mütəxəssislər, akademik dairələr, tədqiqatçılar, yerli və regional hakimiyyət orqanları, əlilliyi olan şəxslər, parlament üzvləri, özəl sektor və mənzil təminatı dəyər zəncirində çalışan digər iştirakçıların müxtəlif töhfələrini özündə ehtiva edir.
Bu sənəd Ümumdünya Şəhərsalma Forumundan əvvəl hərtərəfli maraqlı tərəflərlə aparılan kompleks məsləhətləşmələrin ilkin prosesi boyunca aylarla davam edən fəaliyyətin nəticəsidir. Biz bu irəliləyişi alqışlayır və ona sevinirik, bunu davamlılığı və hesabatlılığı təmin etmək üçün müntəzəm çoxtərəfli iştirak mexanizmini əsas götürərək əvvəlki və sonrakı məsləhətləşmələrlə birlikdə WUF dövrü ərzində standart təcrübə kimi qəbul olunmasına çağırış edirik.
176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı və bu günə qədər keçirilən ən böyük WUF tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə səmimi minnətdarlığımızı bildiririk. Tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı, yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksək səviyyəli bir neçə rəsmi şəxs Liderlər Sammitində iştirak edib. WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir.
PREAMBULA
Qlobal mənzil böhranı kritik həddə çatır. Bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə uğursuzluqlarının nəticəsidir. Bu, polikrizis mülkiyyətdən məhrumetmə, müstəmləkəçilik, irqçilik, bərabərsizlik və digər tarixi, cari kontekstlərlə əlaqəli mürəkkəb, bir-biri ilə əlaqəli amillərdən qaynaqlanır.
Dünyada təxminən 3,4 milyard insan adekvat mənzil təminatından məhrumdur.
Ev, sadəcə, dörd divardan ibarət bir bina deyil. Bu, ləyaqət, kimlik və ən əsası isə təhlükəsiz gələcək üçün bir təməldir. Bu, ictimai məkanlar, məktəblər, səhiyyə müəssisələri və s. kimi digər ictimai obyektlərin və xidmətlərlə əlaqəli bir sistemin əsas elementidir. Buna görə də mənzil sosial və ekoloji funksiyasına görə qəbul edilməli və şəhər hüququ, sosial müdafiə və iqtisadi artım üçün daha geniş bir vizyona inteqrasiya olunmuş inkişaf gündəliyinin mərkəzində duran insan hüququ kimi prioritetləşdirilməlidir.
● Bütün dünyada mənzillərin maliyyələşdirilməsi və əmtəələşdirilməsi şəhər bərabərsizliyini və yoxsulluğu dərinləşdirir. Evlər əlçatmaz olur, bu da gentrifikasiya və məkan bərabərsizliyini, evsizliyi artıran qısamüddətli kirayələrin çoxalması ilə daha da çətinləşir;
● Zəif torpaq idarəetməsi və planlaşdırma sistemləri məkan seqreqasiyası, infrastruktur bərabərsizliyi və genişlənmədən qaynaqlanan bir çox şəhər və mənzil problemlərinin mərkəzində dayanır ki, bu da tez-tez bazar spekulyasiyasına və insanların yaşayış yerlərini dəyişməsinə səbəb olur;
● Qlobal və milli öhdəliklərə baxmayaraq, mənzil üçün dövlət maliyyəsi azalır və ənənəvi maliyyə parçalanmış, qısamüddətli və mənzil tikintisinin planlaşdırıldığı, xidmət göstərildiyi, təkmilləşdirildiyi, tikildiyi və idarə edildiyi ərazilərlə zəif əlaqəli olaraq qalır;
● Yerli və regional hökumətlər şəhər transformasiyasının ön sıralarında dayanır, çox vaxt şəhər və mənzil böhranını həll etmək üçün mandata, imkana, yaxud resurslara malik olmurlar;
● Münaqişə, müharibə və urbisid məktəblər, xəstəxanalar, ictimai obyektlər, evlər kimi mülki infrastruktur sahələrinə birbaşa təsir göstərir və insanların tez-tez qaçqın, yaxud məcburi köçkün kimi evsiz qalmasına səbəb olur;
● Şəhər mərkəzləri, meqapolislər və ikinci dərəcəli şəhərlər demoqrafik baxımdan sürətlə dəyişir. Onların əksəriyyəti əlilliyi olan şəxsləri, gəncləri, uşaqları, qadınları, yerli xalqları və yaşlıları dəstəkləyən, onlara qayğı göstərən nəsillərarası mənzil sistemlərinə olan tələbatı ödəmək üçün mübarizə aparır;
● Dünyada məcburi köçürülmələr artaraq birbaşa köçürülməyə və mənzil böhranının daha da ağırlaşmasına səbəb olur. Bir evin sökülməsini görmək yalnız şəxsi əşyaların itirilməsi deyil, həm də uzunmüddətli zehni, emosional və fiziki travma deməkdir;
● Dünyada şəhərlər güclü daşqınlar, şəhərin istilik dalğası və pis hava keyfiyyəti daxil olmaqla iqlim dəyişmələrinin təsirinə məruz qalır. Qeyri-adekvat mənzil şəraitində yaşayan ailələr dəyişən iqlimin qeyri-mütənasib təsirləri ilə üzləşirlər;
● Tarixən qadınlar qayğı yükünü daşıyıblar və bu gün də mənzil, əmlak mülkiyyəti, məşğulluq, əsas xidmətlər, mobillik və digər məsələlərlə bağlı struktur maneələrlə üzləşirlər;
● İqtisadi böhran və buna səbəb olan digər amillər ailələri və fərdləri misli görünməmiş sürətlə evsiz qoyur. Bir çox şəhərlərdə evsizliyə görə cinayət məsuliyyətinə cəlb etməyi seçirlər, ancaq bu problemin həll yolları və alternativ yollarla bağlı təkliflər azdır;
● Dünyada mənzil təminatı su və sanitariya, elektrik enerjisi, bağlantı, ictimai xidmətlər, təhsil, səhiyyə və təmiz hava kimi daha geniş iqtisadi və infrastruktur sistemlərinə lazımi səviyyədə inteqrasiya olunmur. İnfrastrukturun və təməl xidmətlərin əlaqələndirilməməsi, texniki xidmət göstərilməməsi və maliyyələşdirilməməsi mənzil çatışmazlığının təsirlərini daha da kəskinləşdirir;
● Beton kimi tikinti və inşaat materiallarından, aşağı karbonlu alternativlərdən, ənənəvi və yerli tikinti üsullarından istifadə qlobal istixana qazı tullantılarının təxminən üçdəbirini təşkil edir;
● Qeyri-adekvat peşəkar potensial, məlumatlar və faktlar çox vaxt zəif qərarqəbuletmə prosesinə səbəb olur, istismarçı təcrübələri və korrupsiyanı təşviq edir.
Bu ortaq xüsusiyyətlərə baxmayaraq, hər bir məhəllə, şəhər, ölkə, region və qitə fərqlidir. Bu böhranın həqiqi mahiyyətini anlamaq üçün yerli və milli konteksti öyrənmək vacibdir.
Bu qlobal çağırışın miqyası qətiyyətli, razılaşdırılmış və təxirəsalınmaz cavab təbirləri tələb edir. Bu Fəaliyyətə Çağırışın mərkəzində mənzil məsələlərinin yenidən prioritetləşdirilməsi, inteqrasiya olunmuş mənzil siyasətlərinin idarə edilməsi, mütəşəkkil çoxtərəfli fəaliyyət, uzunmüddətli maliyyələşdirmə, təkmilləşdirilmiş icra potensialı, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyası və ölçüləbilən hesabatlılıq mexanizmləri ilə dəstəklənməsi tələb olunur.
DİAQNOZDAN FƏALİYYƏTƏ KEÇİD
Biz beynəlxalq səviyyədə tanınan insan hüququ kimi Adekvat Mənzil Təminatının qəbul edilməsindən tutmuş Yaşayış Mühiti Proseslərinə, 2030-cu il Gündəliyinə və Gələcək Paktına qədər mənzil məsələlərində çoxtərəfli fəaliyyətə gətirib çıxaran davamlı öhdəlikləri yüksək qiymətəndiririk. Yeni Şəhər Gündəliyinin 10-cu ildönümünü qeyd etdiyimiz bir ildə üzv dövlətləri qlobal mənzil böhranının daha səmərəli həlli üçün icranı sürətləndirməyə və BMT-nin Məskunlaşma Proqramının tərəfdaşlıq və koordinasiya kimi hərəkətverici funksiyasını gücləndirməyə çağırırıq.
BMT-nin Məskunlaşma Proqramının 2026-2029-cu illərdə Strateji Planı hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu vasitəsilə mənzil məsələlərində fəaliyyətin sürətləndirilməsi məqsədilə bir proqram təqdim edir. Üzv dövlətlər və maraqlı tərəflər işçi qrupunda fəal iştiraka, ekspertlərin və mütəxəssislərin namizədliyini irəli sürməyə və az təmsil olunan qrupların daxil edilməsini təmin etməklə inklüziv iştirakın təşviqinə çağırılırlar.
Növbəti onilliyi və sonrakı beş WUF sessiyasını (2026-2036) Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün Fəaliyyət onilliyi kimi təqdim etmək baxımından gözəl bir fürsət yaranır. WUF-un nəticələri izləniləbilən öhdəlikləri əhatə etməli, uğurlu proqramları və layihələri sənədləşdirməli, 2030-cu ildən sonrakı gündəliyin hazırlanmasında nəzərə alınmaq üçün icra yollarını paylaşmalıdır.
Regional və milli proseslər mənzil gündəliyində güclü siyasi dinamika yaratmağa kömək edir. Yeni Şəhər Gündəliyinin Nazirlər İclasının xülasəsi, İkinci Afrika Şəhər Forumunun Nayrobi Bəyannaməsi (aprel 2026) və s. adekvat, əlverişli, inklüziv və iqlimədayanıqlı mənzil məsələlərində iddialı prioritetləri müəyyənləşdirir. Bu sənəd, həmçinin Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığının öyrənilməsinin və əməkdaşlığın yeni formalarının mümkünlüyünü təqdim edir.
Bu fəaliyyətə çağırışlar üç sahəyə bölünür: mənzil böhranının əsas hüquqlarını və hərəkətverici amilləri qəbul etmək, onun birbaşa təzahürlərinə qarşı tədbirlər görmək və hər kəsə ədalətli, inklüziv, dayanıqlı və davamlı gələcək üçün mənzil sistemlərini dəyişdirmək.
ƏSAS HÜQUQLARIN VƏ HƏRƏKƏTVERİCİ AMİLLƏRİN QƏBUL EDİLMƏSİ
1. İnsan hüquqlarını qoruyun, onlara hörmət edin və onları təmin edin!
Müxtəlif kontekstlərdə mənzil hüquq kimi deyil, əmtəə kimi qəbul olunmağa davam edir, evlərin sökülməsi, münaqişələr və köçürülmələr ləyaqətə, təhlükəsizliyə və yaşayış təsərrüfatlarına xələl gətirir. Biz məcburi köçürülmələrə qarşı təminat, daha güclü mülkiyyət, kirayəçilərin müdafiəsi və ədalətə çıxış daxil olmaqla, mənzil məsələsində insan hüquqları yanaşmasının tam şəkildə qəbuluna və tətbiqinə çağırırıq. Beynəlxalq təşkilatların dəstəyi ilə milli və yerli hökumətlər bunları mənzilin sosial, ekoloji funksiyasını tanıyan və qoruyan hüquqi, siyasi, torpaqdan istifadənin planlaşdırılması və institusional çərçivə sənədlərinə daxil etməlidirlər. Biz regional, milli və yerli mənzil sistemləri daxilində icma tərəfindən idarə olunan və iştirakçı yanaşmaların institusionallaşdırılmasına çağırış edirik.
2. Evlərimizi qoruyun!
Ailələr, fərdlər və məcburi köçkünlər tez-tez qeyri-sabit və ya keyfiyyətsiz mənzillərdə yaşamağa məcbur edilir ki, bu da onları yenidən yaşayış yerini dəyişməyə, qeyri-sabitliyə və təcrid olunmağa məruz qoyur. Biz humanitar yardımı, bərpa və uzunmüddətli inkişafı əlaqələndirən, həssas və münaqişədən sonrakı şəraitdə iqlim dəyişmələrinə dayanıqlı və insanlara yönəlmiş şəhər bərpasını təşviq edən, onların inkişafa və iqlim maliyyəsinə çıxışını asanlaşdıran inteqrasiya olunmuş mənzil yanaşmalarının tətbiqinə çağırırıq. Milli və yerli hökumətlər, humanitar və inkişaf məsələləri ilə məşğul olanlar, beynəlxalq qurumlar mənzil və vacib mülki infrastrukturu qorumalı, köçkünlüyə və dağıntılara qarşı qorunma tədbirlərini gücləndirməli, bu qorunmaların səmərəli şəkildə həyata keçirilməsini təmin edən mexanizmləri dəstəkləməlidirlər. Ev sahibi Azərbaycan Hökuməti də daxil olmaqla, münaqişədən sonrakı yenidənqurma üçün əhəmiyyətli qlobal presedentlər mövcuddur. Yenidənqurma və bərpa səylərinə, nəticədə məcburi köçkünlərin evlərinə qayıtmasını prioritetləşdirmək üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq. "Sərbəst və Əvvəlcədən Məlumatlandırılmış Razılıq" prinsipi bütün Milli Hökumətlər tərəfindən təmin edilməlidir.
3. Müxtəlifliyimizi qəbul edin!
Mənzil sistemləri yerli xüsusiyyətləri, torpağa və mənzilə çıxışı formalaşdıran, bir çoxları üçün təcrid olunmanı və qeyri-bərabər nəticələri gücləndirən cins, etnik mənsubiyyət, mədəniyyət, yaş, əlillik, hüquqi status və vətəndaşlıq kimi müxtəlif reallıqları nəzərə almamağa davam edir. Biz insanları siyasətin və icranın mərkəzinə yerləşdirən, müxtəlif qrupları həmmüəlliflər kimi tanıyan mənzil məsələsində nəsillərarası və çoxplanlı yanaşmaların tətbiq olunmasına çağırırıq. Vətəndaş cəmiyyəti və yerli hərəkatlar hökumət, özəl sektor və mütəxəssislərlə birlikdə mənzil siyasətində müxtəlifliyi tətbiq etməli və qorumalıdırlar.
4. Evlərimizi iqlim dəyişmələrinə dayanıqlı edin!
İqlim dəyişmələrinin təsirləri mənzil təhlükəsizliyini və yaşayış yerlərinin dəyişmələrini sürətləndirir, məhəllələr, şəhərlər və bölgələrdə onsuz da sosial, iqtisadi və ekoloji qeyri-sabitliklə üzləşən icmalara qeyri-mütənasib şəkildə təsir göstərir. Tez-tez təkrarlanan daşqınlar, quraqlıqlar, biomüxtəlifliyin itirilməsi, çirklənmə, kəskin istilər və pisləşən hava keyfiyyəti ictimai sağlamlığa, ekosistemlərə, dolanışıq vasitələrinə, yaşayış üçün rahatlığa və ümumi həyat keyfiyyətinə dağıdıcı təsir göstərir. Biz iqlim ədalətinə sadiq olan və ekoloji cəhətdən şüurlu urbanizasiya və planlaşdırma ilə dəstəklənən təbiətə əsaslanan, icma tərəfindən idarə olunan və yerli həllər vasitəsilə iqlim dəyişmələrinə müqaviməti möhkəmləndirən, biomüxtəlifliyi qoruyan və zərərli təsirləri azaldan mənzil sistemləri yaratmağa çağırış edirik. Biz dayanıqlı infrastruktur, bərpaolunan enerji, təməl xidmətlər, fəlakətlərə hazırlıq və onların qarşısının alınması, dolanışıq imkanları və sosial şəbəkələr istiqamətində makromilli və yerli hökumət fəaliyyətləri ilə yanaşı, insanlar tərəfindən idarə olunan yerli və ənənəvi təcrübələri gücləndirməyə çağırırıq.
BİRBAŞA TƏZAHÜRLƏRƏ QARŞI TƏDBİRLƏR
5. Ev inteqrasiyanın katalizatoru kimi!
Mənzillər çox vaxt infrastrukturdan, əsas xidmətlərdən və iqtisadi imkanlardan təcrid olunmuş şəkildə yerləşir, şəhərlərin plansız genişlənməsi, məkan üzrə ayrı-seçkilik və zəif əlaqələndirilmiş torpaq istifadəsi planlaşdırılması isə aşağı gəlirli ailələri iş yerlərindən, xidmətlərdən və imkanlardan uzaq olan kənar və təcrid edilmiş ərazilərə sıxışdırır. Biz mənzilləri nəqliyyat, xidmətlər, dolanışıq imkanları, təbii və mədəni irslə əlaqələndirən inteqrasiya olunmuş və iştirakçılığa əsaslanan, gender yanaşmasını nəzərə alan məkan planlaşdırılması yanaşmasına çağırırıq. Eyni zamanda, qarışıq, inklüziv və lazımi xidmətlərlə təmin edilmiş nəsillərarası məhəllələrin təşviqi vacibdir. Biz peşəkarları, akademik dairələri, tədqiqat institutlarını hökumət və vətəndaş cəmiyyəti ilə birlikdə mənzil, iqtisadi imkanları, nəqliyyatı əhatə edən inteqrasiya olunmuş şəhərsalma və məqsədyönlü subsidiyalar üzrə ortaq baxış formalaşdırmağa çağırırıq.
6. Mənzillərin hər kəs üçün əlçatan olmasını təmin edin!
Torpaq qiymətlərinin artması, əmlak spekulyasiyası, qısamüddətli icarələr, qeyri-sabit əmək bazarları, məhdud mənzil təklifi və maliyyəyə qeyri-bərabər çıxış səbəbindən mənzil getdikcə daha əlçatmaz olur, bu isə bir çox ailələri evsizlik və qeyri-qənaətbəxş yaşayış şəraitinə məcbur edir. Biz əlçatanlığın artırılması üçün davamlı tədbirlərə çağırırıq; bunlara kirayə və sosial mənzillərə çıxışın genişləndirilməsi, inklüziv zonalaşdırmanın təşviqi, subsidiyaların və xərclərin azaldılması strategiyalarının gücləndirilməsi, spekulyativ təcrübələrin tənzimlənməsi, əmlak vergisi sistemlərinin və müxtəlif gəlir qrupları üçün maliyyəyə çıxış imkanlarının təkmilləşdirilməsi daxildir. Biz parlament üzvlərini və milli hökumətləri əlçatanlığı qoruyan qanunvericilik tədbirləri qəbul etməyə, eyni zamanda, dövlət mənzil proqramları, İnkişaf Maliyyə İnstitutları (DFI), özəl sektor və fərdi tikinti təşəbbüsləri vasitəsilə mənzil təminatını artırmağa çağırırıq.
7. Ayrı-seçkilik olmadan mənzil təmin edin!
Məhəllələr yalnız fiziki quruluş və yerləşmədən ibarət deyil, onlar qayğı, sosial əlaqə, mədəniyyət, təhlükəsizlik və kollektiv həyat məkanlarıdır ki, insan potensialının, rifahın və icma mənsubiyyətinin inkişafına imkan yaradır. Biz genderi, müxtəlifliyi və cinsi oriyentasiyanı nəzərə alan, gender əsaslı zorakılığın aradan qaldırılması, ictimai və ortaq məkanların gücləndirilməsi, universal və inklüziv mənzil dizaynının təşviqi vasitəsilə əlçatanlığı, yaxınlığı, təhlükəsizliyi, rifahı və sosial inklüzivliyi dəstəkləyən mənzil yanaşmalarına çağırırıq. Biz hökumətləri, peşəkar qurumları və vətəndaş cəmiyyətini sosial həmrəyliyi gücləndirən, ayrı-seçkiliyi azaldan, təhlükəsizliyi, sağlamlığı və ləyaqəti yaxşılaşdıran inklüziv və müxtəlif təyinatlı məhəllələrin formalaşdırılması üçün aydın qaydalar hazırlamağa çağırırıq.
8. Məcburi köçürmələri dayandırın!
Məcburi köçürmələr və yerdəyişmələr beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozulması hesab olunur, mənzil təhlükəsizliyini azaldır, dolanışıq vasitələrini məhv edir, iqlim böhranını dərinləşdirir, insan ləyaqətini sarsıdır və icma sistemlərini zəiflədir, çox vaxt isə adekvat təminatlar və alternativlər olmadan həyata keçirilir. Biz məcburi köçürmələrə və yerdəyişmələrə qarşı daha güclü müdafiə mexanizmlərinin yaradılmasına çağırırıq. Bunlara hüquqi təminatlar, monitorinq mexanizmləri və yaşayış hüququnun təhlükəsizliyini təmin edən qabaqlayıcı yanaşmalar daxildir. Eyni zamanda, yerində yenidənqurma, icma əsaslı yanaşmalar, eləcə də köçürmənin qaçılmaz olduğu hallarda adekvat kompensasiya və alternativlərin təmin edilməsi prioritet olmalıdır. Parlament komitələri, hökumət qurumları, insan hüquqları institutları və BMT agentliklərinin dəstəklədiyi beynəlxalq təşkilatlar məcburi köçürmələrin və yerdəyişmələrin qlobal miqyasda monitorinqi, xəritələndirilməsi və aradan qaldırılması üçün hesabatlılığı gücləndirməli və daimi çoxtərəfli mexanizmlər yaratmalıdırlar.
MƏNZİL SİSTEMLƏRİNİN TRANSFORMASİYASI
9. Mənzil yanaşmalarını şaxələndirin!
Milyonlarla insan artıq özünün tikdiyi, mərhələli və qeyri-formal mənzil sistemləri vasitəsilə şəhərlərin formalaşmasına töhfə verir, lakin bu reallıqlar hələ də siyasətdən və hüquqi tanınmadan kənarda qalır. Biz mərhələli mənzil tikintisini, şəhər miqyasında qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılmasını, leqallaşdırmanı, kirayə və sosial mənzilləri, kooperativləri, icma torpaq fondlarını, inklüziv mənzil layihələrini və icma əsaslı yaşayış təşəbbüslərini əhatə edən müxtəlif və yerli şəraitə əsaslanan yanaşmaya çağırırıq. Biz milli və yerli hökumətlər, vətəndaş cəmiyyətləri, mənzil təminatçıları və operatorları, özəl sektorun maliyyə institutları və bankları arasında daha güclü əməkdaşlığı təşviq edirik. Bu əməkdaşlıq dövlət, özəl, icma, mikro və qarışıq maliyyə alətlərinin kombinasiyası vasitəsilə tələbatyönümlü proqramların innovativ şəkildə təşviqinə xidmət etməlidir.
10. Mənzillər üçün torpaq təmin edin!
Artan urbanizasiya, maliyyələşmənin genişlənməsi və zəif torpaq idarəetmə sistemləri torpaq qiymətlərinin yüksəlməsinə, əmlak spekulyasiyasına, məkan bərabərsizliyinə və yaşayış hüququnun qeyri-sabitliyinə səbəb olur. Biz torpaq bazarlarının uyğun şəkildə tənzimlənməsi, spekulyasiyanın qarşısının alınması, əmlak vergisi, inklüziv mənzil siyasəti, inkişaf ödənişləri və torpaq dəyərinin ədalətli bölüşdürülməsi vasitəsilə torpaq sistemləri üzərində daha güclü dövlət və yerli nəzarətə çağırırıq ki, bu da xidmətlərlə təmin olunmuş və riskləri azaldılmış torpağa bərabər çıxışı təmin etsin. Biz parlamentləri və milli qurumları torpaq idarəçiliyinin yerli hakimiyyət orqanlarına həvalə edilməsinə çağırırıq. Yerli hökumətlər, torpaq institutları, icmalar və inkişaf tərəfdaşları inklüziv və hesabatlı torpaq idarəetmə sistemlərini inkişaf etdirməklə yanaşı, torpaqdan istifadə hüquqlarını və müdafiə mexanizmlərini gücləndirməlidirlər.
11. Maliyyəni ehtiyac olan yerlərə yönəldin!
Mənzil maliyyələşdirmə sistemləri hələ də parçalanmış, əlaqələndirilməmiş və əlçatmaz olaraq qalır, dövlət investisiyaları məhduddur, kreditlərə çıxış qeyri-bərabərdir və mövcud mexanizmlər aşağıgəlirli ailələrə və icmalara çatmır. Biz inklüzivliyi və genişmiqyaslı tətbiqi prioritetləşdirən mənzil maliyyələşdirmə zəncirinin yenidən nəzərdən keçirilməsinə çağırırıq. Bu məqsədlə fiskal muxtariyyət və gəlir formalaşdırma strategiyalarına xüsusi diqqət yetirməklə bələdiyyə maliyyəsinin gücləndirilməsi vacibdir. Biz inkişaf banklarını və özəl sektoru kreditlərə çıxışı prioritetləşdirməyə, ərazi xüsusiyyətlərinə uyğun, uzunmüddətli və proqnozlaşdırılabilən maliyyələşdirmə mexanizmləri yaratmağa çağırırıq ki, bu imkanlar xüsusilə ən çox ehtiyacı olan insanlar üçün əlçatan olsun.
Biz özəl sektoru milli və yerli hökumətlərlə, mərkəzi banklarla, maliyyə institutları və təşkilatlanmış icma yığım sistemləri ilə əməkdaşlığa çağırırıq ki, risklərin hesablanması və idarə olunması, məqsədyönlü subsidiyaların tətbiqi, kreditlərə çıxışın genişləndirilməsi və qarışıq maliyyələşdirmə sahəsində yeni yanaşmalar formalaşdırılsın. Biz parlament üzvlərini və milli maliyyə qurumlarını dövlət subsidiyalarını şaxələndirməyə, bununla da özəl və icma əsaslı yığım sistemlərini də əhatə edən müxtəlif mənzil yanaşmalarını dəstəkləməyə çağırırıq.
12. Çoxsektorlu və çoxtərəfli yanaşmanı təşviq edin!
Parçalanmış planlaşdırma sistemləri mənzili torpaq, infrastruktur, nəqliyyat, dolanışıq vasitələri və əsas xidmətlərdən ayıraraq sosial təcridi, məkan bərabərsizliyini və qeyri-səmərəli şəhər inkişafını daha da gücləndirir. Biz mənzilin daha geniş ərazi və şəhər inkişaf çərçivələrinə inteqrasiya olunduğu, eyni zamanda, bərabərliyi, inklüzivliyi, məkan ədalətini və şəhər hüququnu təşviq edən inteqrasiyaolunmuş və sistem əsaslı planlaşdırma yanaşmalarına çağırırıq. Biz bu prosesin nəticələrinin birgə formalaşdırılması üçün yerli hökumətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının, ictimai hərəkatların və özəl sektor nümayəndələrinin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini vacib hesab edirik.
13. Çoxsəviyyəli və iştirakçılığa əsaslanan idarəetməni gücləndirin!
Səmərəli mənzil sistemləri hökumətin bütün səviyyələri, eləcə də ictimai hərəkatlar, vətəndaş cəmiyyəti, peşəkarlar və inkişaf tərəfdaşları arasında güclü əməkdaşlıq, tərəfdaşlıq və koordinasiya tələb edir. Ortaölçülü şəhərlərdən meqapolislərə qədər yerli və regional hökumətlər çox vaxt lazımi səlahiyyət, maliyyə və institusional dəstək olmadan icra vəzifəsini yerinə yetirməyə məcbur olurlar. Biz üzv dövlətləri məsuliyyət bölgüsünü dəqiqləşdirən, institutlar, sektorlar və maraqlı tərəflər arasında koordinasiyanı yaxşılaşdıran, həmçinin mərkəzsizləşdirilmiş maliyyələşdirmə, iştirakçı planlaşdırma alətləri, gücləndirilmiş institusional və icra potensialı vasitəsilə yerli və regional hökumətlərin imkanlarını artıran struktur islahatlar həyata keçirməyə çağırırıq. Milli hökumətlər, yerli və regional hakimiyyət orqanları, icmalar, peşəkarlar, inkişaf tərəfdaşları və vətəndaş cəmiyyəti inklüziv mənzil təminatını, şəhər miqyasında qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılmasını və yerli əsaslı şəhər transformasiyasını dəstəkləyən metropoliten və regional miqyaslı çoxsəviyyəli və çoxtərəfli idarəetmə mexanizmlərini gücləndirməlidirlər.
14. İcra, hesabatlılıq və öhdəliklərin yerinə yetirilməsinə sadiq olun!
Mənzil sahəsində öhdəliklər kifayət qədərdir, lakin zəif əlaqləndirmə, məhdud potensial və qeyri-səmərəli sistemlər səbəbindən onların icrası hələ də gözlənilən səviyyədən aşağıdır. Biz aydın fəaliyyət istiqamətləri, ölçüləbilən hədəflər, güclü monitorinq və hesabatlılıq mexanizmləri ilə müşayiət olunan milli mənzil strategiyalarının həyata keçirilməsinə çağırırıq. Bununla yanaşı, icra potensialını gücləndirən təhsil, təlim və peşəkar inkişaf sistemlərinə davamlı investisiyanın artırılması vacibdir.
Biz vətəndaş cəmiyyətini, yerli və milli hökumətləri tərəfdaşlıqlar qurmağa, güclü milli məskunlaşma forumları və birgə komitələr yaratmağa təşviq edirik ki, bu da potensialın artırılmasına, əlaqləndirmənin gücləndirilməsinə, uğurlu təcrübələrin sənədləşdirilməsinə və tərəqqinin monitorinqinə xidmət etsin. Qlobal səviyyədə isə BMT-nin Məskunlaşma Proqramını Yeni Şəhər Gündəliyinin icrasını izləmək və uğurlu mənzil təcrübələrinin genişləndirilməsi üçün əsas platforma kimi Ümumdünya Şəhərsalma Forumundan istifadə etməyə çağırırıq.
15. Bilik və məlumatlardan ictimai maraqlar naminə istifadə edin!
Mənzil sistemləri çox vaxt zəif torpaq qeydiyyatı, qeyri-kafi mənzil və bazar araşdırmaları, qeyri-dəqiq siyahıyaalma və detallaşdırılmamış demoqrafik məlumatlar, məhdud iqtisadi göstəricilər və köhnəlmiş informasiyalarla fəaliyyət göstərir ki, bu da sürətlə dəyişən ehtiyaclara, təbii fəlakətlərə və uzunmüddətli planlaşdırmaya adekvat cavab verməyi çətinləşdirir. Biz yerli və icma əsaslı məlumatları elmi və akademik biliklərlə birləşdirən sübuta əsaslanan yanaşmaya güclü sadiqliyə çağırırıq. Biz akademik institutları, tədqiqat tərəfdaşlarını və praktik mütəxəssisləri bilik və potensial boşluqlarını aradan qaldırmağa, eyni zamanda, süni intellektin imkanlarını inteqrasiya etməyə çağırırıq ki, daha güclü analitik və empirik çərçivələr formalaşdırılsın. Biz beynəlxalq təşkilatları, hökumətləri və akademik icmanı xüsusilə Qlobal Cənubda tədqiqatları sürətləndirmək üçün daha çox resurs cəlb etməyə təşviq edirik. Buraya iştirakçılığa əsaslanan planlaşdırma prosesləri üçün peşəkarların, dövlət rəsmilərinin, vətəndaş cəmiyyətinin və ictimai hərəkatların potensialının artırılmasına yönəlmiş məqsədyönlü proqramların hazırlanması da daxildir.
Sonda biz səmimi qonaqpərvərliyə görə Azərbaycan Hökumətinə və xalqına minnətdarlığımızı bildiririk. "Bakı Fəaliyyətə Çağırış" sənədi mənzil böhranını onun köklərində həll etməyə yönəlmiş iddialı bir çağırışdır. Biz birlikdə bu çağırışları heç kəsi kənarda qoymadan həll etməliyik.
Qeyd: "Bakı Fəaliyyətə Çağırış" məsləhətləşmələrə və müzakirələrə əsaslanaraq WUF13-lə bağlı maraqlı tərəflərin tələbatlarını nəzərə alan yekun sənəddir. Bu sənəd hökumətlərarası razılaşdırılmış nəticə deyil, üzv dövlətlərin, yaxud Birləşmiş Millətlər Təşkilatının Katibliyinin fikirlərini və ya rəsmi mövqelərini mütləq əks etdirmir.

Niderland Kralı İlham Əliyevi təbrik edib
Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, Niderland Kralının təbrik məktubunda deyilir:
"Zatı-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".

İƏT-in Baş katibi Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli töhfələr verir.
Əminəm ki, kollektiv səylərimiz, ortaq baxışımız, həmçinin Zati-alinizin himayəsi və dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik, firavanlıq naminə daha da inkişaf edəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Hikmət Hacıyev WUF13-ü işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür edib
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işıqlandırılmasına görə təşəkkür edib.
O, mətbuat üçün ayrılan məkana gələrək jurnalistlərlə görüşüb.
"Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Sizin hamınıza, redaksiyalarınıza təşəkkür edirəm", - H.Hacıyev deyib.

UN-Habitat-ın icraçı direktoru WUF13-ün bağlandığını elan edib
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün bağlandığını elan edib.
"Report" xəbər verir ki, bu barədə o, Bakıda forumun bağlanış mərasimində bildirib.
"Və indi mən WUF13-ü bağlı elan edirəm", - o deyib.

Rosio Lombera Qonsales: Bakıdakı WUF13 forumu möhtəşəm idi
Meksika hökuməti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir.
"Report" xəbər verir ki, bu barədə Mexikonun beynəlxalq məsələlər üzrə baş əlaqələndiricisi Rosio Lombera Qonsales bağlanış mərasimində bildirib.
"Mexiko hökuməti və Meksika nümayəndə heyəti adından WUF13-ün təşkili münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bakı bizi böyük səxavət, əzəmət və heyranedici qətiyyətlə qarşıladı", - o qeyd edib.
R.Qonsales əlavə edib ki, WUF13-ün keçirilməsi üçün göstərilən səylər xüsusi təqdirə layiqdir.
"Bu asan deyildi, lakin yenə də forumu yüksək səviyyədə keçirməyə nail oldunuz. Forum möhtəşəm idi. Təşəkkürlər, Azərbaycan", - o bildirib və Azərbaycan dilində "Çox sağ ol" əlavə edib.

Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb
Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb.
"Report" xəbər verir ki, təhvilvermə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində baş tutub.
WUF13-ün bağlanış mərasimində Mexiko şəhərinin videotəqdimatı keçirilib.
Beləliklə WUF14 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.

Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
Türkmənistanın paytaxtı Aşqabadda nayın 22-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
"Report" xəbər verir kii, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.
Baş nazir məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahə Birliyə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır. Qeyd olunub ki, məhz humanitar layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın, ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir.
Bu kontekstdə Ə.Əsədov 2027-ci ildə Minsk şəhərinin, 2028-ci ildə isə Karaqanda şəhərinin MDB-nin Gənclər Paytaxtı elan olunması ilə bağlı qərarı alqışlayıb.
Azərbaycan Hökumətinin başçısı həmçinin qeyd edib ki, bu günlərdə Bakıda dayanıqlı inkişaf, urbanizasiya və həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunan ən böyük beynəlxalq platformalardan biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başa çatır. BMT-nin himayəsi altında keçirilən forumun dünyanın 182 ölkəsindən 40 mindən çox nümayəndəni bir araya gətirdiyi vurğulanıb.
Baş nazirin sözlərinə görə, forum çərçivəsində qlobal mənzil böhranı, şəhərlərin dayanıqlı inkişafı, iqlim davamlılığı və böhrandan sonrakı bərpa məsələləri də daxil olmaqla aktual qlobal çağırışlar müzakirə olunub.
Ə.Əsədov Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib. Bildirilib ki, bu sahədə münasibətlər ardıcıl şəkildə möhkəmlənir və müsbət dinamika nümayiş etdirir. Xüsusilə qeyd olunub ki, 2025-ci ildə Azərbaycan ilə MDB-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 10 faizdən çox artıb.
Baş nazir eyni zamanda qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu da vurğulayıb.
Ə.Əsədov Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən danışarkən qeyd edib ki, hazırda ölkədə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalar sektorları ardıcıl şəkildə inkişaf edir.
"Yaşıl" energetikanın inkişafının prioritet istiqamət olduğu ayrıca vurğulanıb. Baş nazirin sözlərinə görə, ölkədə bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilən irimiqyaslı layihələr təkcə ekoloji dayanıqlığın möhkəmləndirilməsinə deyil, həm də Azərbaycanın investisiya və ixrac potensialının genişlənməsinə xidmət edir.
Ə.Əsədovun sözlərinə görə, Qarabağ bölgəsinin bərpasına xüsusi diqqət yetirilir. Burada yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, həmçinin "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi ilə keyfiyyətli yeni dayanıqlı inkişaf modeli həyata keçirilir.
Baş nazir bildirib ki, artıq bu gün Qarabağ bölgəsi iqtisadi fəallıq, investisiya və dayanıqlı inkişaf üçün mühüm məkana çevrilir.
Çıxış zamanı Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu ardıcıl şəkildə gücləndirdiyi də qeyd olunub. İri miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının daha da genişlənməsinə və Avrasiya məkanında logistik bağlantının möhkəmlənməsinə töhfə verir.
Bundan başqa, Ə.Əsədov iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı artımın təmin olunmasına yönəlmiş genişmiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsinin fəallaşdığını qeyd edib. Bununla əlaqədar bildirilib ki, 2025-ci ilin dekabrında texnologiya sektorunun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətlə inkişafını nəzərdə tutan Azərbaycanın 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası təsdiqlənib.
Baş nazir bildirib ki, həyata keçirilən təşəbbüslərin məcmusu qeyri-neft sektorunun dayanıqlı artımı və beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi ilə yanaşı, texnologiyalara, infrastrukturun inkişafına və regional inteqrasiyaya əsaslanan yeni iqtisadi modelin formalaşmasına töhfə verir.
Ə.Əsədov çıxışının yekununda vurğulayıb ki, Azərbaycan MDB çərçivəsində daim mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiq qalır.
Daha sonra hökumət başçıları iclası geniş tərkibdə davam etdiriblər.
İclasın yekununda bir sıra sənədlər imzalanıb.

Anar Vəliyev: Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir
Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir.
"Report" xəbər verir ki, bu barədə ADA Universitetinin dosenti Anar Vəliyev Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, qlobal mənzil böhranı kritik həddə çatır: "Bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə problemlərinin nəticəsidir. Təhlükəsiz, əlçatan və münasib mənzil ümumi gələcəyin ayrılmaz hissəsidir və ictimai məkanlar, məktəblər, səhiyyə və digər xidmətlərlə birgə vahid sistem təşkil edir".
A.Vəliyev qeyd edib ki, növbəti onilliyi Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişi ölçmək üçün fəaliyyət onilliyi kimi formalaşdırmaq lazımdır: "Biz ölkələri açıq öhdəliklər götürməyə, uğurlu proqram və layihələri sənədləşdirməyə, icra təcrübələrini paylaşmağa çağırırıq".

Rohi Malik Lou: Mənzil təminatı sosial siyasətdən daha çox insan hüququdur
Qambiya Bakıdakı WUF13-də dünya ictimaiyyətinə aydın bir siqnal göndərib: mənzil - insan hüququdur, sadəcə sosial siyasətin bir elementi deyil.
"Report" xəbər verir ki, bunu Qambiyanın paytaxtı Banjulun meri Rohi Malik Lou forumun bağlanış mərasimində bildirib.
"Layiqli mənzil universal, əlçatan və ədalətli dövlət xidmətləri olmadan mövcud ola bilməz", - o vurğulayıb.
Lounun sözlərinə görə, əhali qarşısında daşıdıqları böyük məsuliyyət nəzərə alınmaqla, yerli və regional hakimiyyət orqanlarının müvafiq səlahiyyətlərə, maliyyələşməyə və siyasi tanınmaya ehtiyacı var.
O, həmçinin qeyd edib ki, Davamlı İnkişaf Məqsədi №11 və Yeni Şəhər Gündəliyi rəqəmsal bərabərsizlik və mövcud maneələr aradan qaldırılmadan irəli gedə bilməz.
Banjul meri vurğulayıb ki, yerli və regional hakimiyyət orqanları sonradan icrası icmaların üzərinə düşən qlobal öhdəliklərin formalaşmasında iştirak etməlidirlər.
"Söhbət yalnız siyasətdən getmir - söhbət etimaddan, demokratiyadan və çoxtərəfli əməkdaşlığın gələcəyindən gedir", - Lou əlavə edib.

Ana Falu: Mənzil siyasəti bərabərsizliyi əhəmiyyətli dərəcədə azalda bilər
Mənzil siyasəti də daxil olmaqla, dövlət siyasətlərinin əksəriyyəti hələ də gender aspektini kifayət qədər nəzərə almır.
"Report" xəbər verir ki, bu barədə "Latın Amerikası Qadınları və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Ana Falu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
"Biz mənzil məsələsindən həddindən artıq sadələşdirilmiş şəkildə danışa bilmərik. Anlamaq lazımdır ki, mənzil və şəhərlər, mənzil və rayonlar, mənzil və ərazilər ayrılmazdır. Gender-həssas şəhər planlaşdırması və mənzil siyasəti, doğrudan da, qadınların həyatındakı qayğı yükü və reproduktiv əməkdən qaynaqlanan bərabərsizliyi əhəmiyyətli dərəcədə azalda bilər", - o qeyd edib.

Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib
Qambiyanın paytaxtı Banjulun meri Rohi Malik Lou Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Bakı şəhərinə təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, o, bu barədə forumun bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

-
report.az
- TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.
Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.
Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.
Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Rossbax Azərbaycana və WUF13-ün bütün təşkilatçılarına minnətdarlığını bildirib
Anaklaudia Rossbax Azərbaycana və WUF13-ün bütün təşkilatçılarına minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.

UN-Habitat: Növbəti onillik sürətləndirilmiş fəaliyyət dövrü olmalıdır
Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, işlərin miqyasının genişləndirilməsi və insanların həyatında nəzərəçarpacaq nəticələrlə müəyyən edilməlidir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Xəbər yenilənir..

Rossbax: Azərbaycan WUF13-də dayanıqlılıq və işə son dərəcə sadiqlik nümayiş etdirib
Azərbaycan dayanıqlılıq, baxış və işə son dərəcə sadiqlik nümayiş etdirib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
"Azərbaycan dayanıqlılıq, uzaqgörənlik və işə son dərəcə sadiqlik nümayiş etdirib. Siz dünyaya təkcə qurmaq bacarığını deyil, həm də bərpa və transformasiya etmək bacarığını göstərdiniz", - o qeyd edib.
Onun sözlərinə görə, mənzil bazarları insanların ehtiyaclarını ödəməyin öhdəsindən gələ bilmir:
"Milyardlarla insan qeyri-adekvat, təhlükəli və qiymət baxımından əlçatmaz yaşayış şəraitində qalır. Şəhərlərin inkişafı üzrə yeni proqramın icra dövründən bəhs etdiyimiz bir vaxtda, Bakıdan gələn mesaj aydın səslənir: növbəti onillik sürətləndirilmiş icra, nəticələrin miqyasının genişləndirilməsi və insanların həyatına nəzərəçarpacaq təsirlə müəyyən olunmalıdır. Bizə insanyönümlü şəhər inkişafına əsaslanan kollektiv fəaliyyət lazımdır".

Rossbax: WUF13-də rekord sayda - 57 min iştirakçı qeydə alınıb
WUF13 rekord sayda iştirakçı toplayıb - 57 min nəfər.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiaa Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
"WUF13 rekord sayda iştirakçı toplayıb - burada Bakıda 176 ölkədən 57 min nəfər, o cümlədən onlayn qoşulan 3 mindən çox iştirakçı güclü və vahid siqnal göndərdi", - o bildirib.
Xəbər yenilənir

-
report.az
- Amina Mohammed: BMT WUF13-ə verdiyi böyük töhfəyə görə Azərbaycana minnətdarlığını bildirir
Amina Mohammed: BMT WUF13-ə verdiyi böyük töhfəyə görə Azərbaycana minnətdarlığını bildirir
BMT WUF13 forumunun uğuru üçün UN-habitat ilə yanaşı böyük töhfə vermiş Azərbaycana minnətdarlığını bildirir.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
"Mən WUF13-ün burada, Bakıda keçirilməsindəki müstəsna qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə və xalqına səmimi minnətdarlığımı bildirmək istərdim", - Amina Mohammed bildirib.
O, həmçinin BMT-nin Azərbaycandakı əməkdaşlarına, UN-Habitat-a və bütün BMT sisteminə "bu forumun uğurunda əsas rol oynamış öz işinə dəyişməz sadiqliklərinə və peşəkarlıqlarına görə" təşəkkür edib.

BMT: Bakıdakı müzakirələr Yüksək Səviyyəli Siyasi Forum üçün möhkəm əsas yaradıb
Bakıdakı müzakirələr iyulda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün möhkəm əsas yaradıb.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

BMT baş katibinin müavini: Bakı WUF13-ün keçirilməsi üçün əla məkandır
Bakı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi üçün əla məkandır.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed WUF13-ün bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

Amina Mohammed: Azərbaycan urbanizm mövzusunu qlobal səviyyəyə qaldırıb
Azərbaycan urbanizm mövzusunu qlobal səviyyəyə qaldırıb.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

Əli Əsədov: Azərbaycanla MDB dövlətləri arasında ticarət dövriyyəsi 10 %-dən çox artıb
Azərbaycanın MDB ölkələri ilə ticarət-iqtisadi münasibətləri ardıcıl surətdə güclənərək müsbət dinamika nümayiş etdirir.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Baş nazir Əli Əsədov bu gün Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
"2025-ci ildə Azərbaycanla MDB dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 10 %-dən çox artıb", - Ə.Əsədov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.
Baş nazir vurğulayıb ki, Azərbaycan MDB çərçivəsində həmişə mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiqlik nümayiş etdirir.
"Biz bundan sonra da MDB-nin üzvü olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığı sabitlik, dayanıqlı inkişaf və xalqlarımızın rifahı naminə gücləndirmək niyyətindəyik", - Ə.Əsədov əlavə edib.

WUF13-ün bağlanış mərasimi keçirilir - CANLI
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mayın 22-də bağlanış mərasimi keçirilir.
"Report" xəbər verir ki, tədbirə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, forum iştirakçıları qatılıblar.
Xatırladaq ki, mayın 17-də işinə başlayan WUF13 Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.

Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkənin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib.
O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə post-münaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quculuq işləri, habelə, Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.

Nigar Arpadarai: Azərbaycan Qarabağın bərpasında smart-ekosistemlərə üstünlük verir
Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasının unikal modelini uğurla həyata keçirir ki, burada əsas prioritet yurduna qayıdan əhali üçün yüksək həyat keyfiyyətinin təmin edilməsi və müasir smart-ekosistemlərin yaradılmasıdır.
"Report" xəbər verir ki, bu barədə COP29-un Yüksəksəviyyəli Çempionu, Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bildirib.

Patrisiya Skotlend: İqlim dəyişikliyi qlobal mənzil böhranını kəskinləşdirir
İqlim risklərinin artması bərpa xərclərinin bahalaşması səbəbindən bütün dünyada mənzillərin əlçatanlığını əhəmiyyətli dərəcədə azaldır.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin sabiq baş katibi Patrisiya Skotlend WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Məlumat yenilənir...
