Normal view
Xocavənddə mina PARTLADI
Laçın sakini: Arıçılıq təsərrüfatımı genişləndirməyi planlaşdırıram
Laçına köçəndə mənə 20 arı ailəsi verilmişdi, hazırda onların sayını 50-yə çatdırmışam.
Bu fikirləri "Report"un Laçına ezam olunan əməkdaşına rayonun Sus kənd sakini Şahin İsgəndərov bildirib.
"Doğma yurdumuza qayıtdıqdan sonra məşğulluq məsələsini əsas problem kimi düşünürdük. Amma qısa vaxtda Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Dövlətimiz sağ olsun, lazımi dəstək göstərildi, arıçılıq təsərrüfatımı yaratdım. İndi onu genişləndirməyi planlayıram. Bu ilimiz çox yaxşı oldu, bol məhsul götürmüşük. Təsərrüfatı genişləndirmək üçün burada gözəl şərait var. Laçının zəngin təbiəti var - akasiya, qaratikan, təbii çiçəklərlə zəngindir. Bu yerlərdə arılar yaxşı işləyir. Mövsümün əvvəlində arılar söyüd ağaclarından da nektar toplayır", - o bildirib.

Şuşadakı Forum başa çatdı - Fotolar
-
oxu24.com
- Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir - RƏY
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir - RƏY
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
Ekspert: Qarabağın turizm potensialı dünya kurortlarını geridə qoya bilər
Laçında "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur
Laçın şəhərində "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur.
Bu barədə "Report"a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.
Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib.
Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.
"Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - H. Quliyev deyib.

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb
Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb
“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” festivalının açılışı oldu
-
report.az
- Sevinc Orucova: Türkiyəli şəhid ailələrinin üzvləri Qarabağın qəhrəmanlıq dastanı ilə tanış oldular
Sevinc Orucova: Türkiyəli şəhid ailələrinin üzvləri Qarabağın qəhrəmanlıq dastanı ilə tanış oldular
Türkiyədən gələn şəhid ailələrinin üzvləri Qarabağda yazılan qəhrəmanlıq dastanları və orada son beş ildə görülən işlərlə tanış oldular.
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.
O, "Qardaşlıq Körpüsü" adlı layihə çərçivəsində Türkiyənin İstanbul şəhərindən gələn şəhid ailələri üzvlərinin iştirakı ilə Ağdamda konfrans keçirildiyini vurğulayıb:
"Layihədə İstanbuldan gələn 25 şəhid ailəsinin üzvləri iştirak edirlər. İki gündür ki, bölgədə olan türkiyə şəhid ailəsi üzvlərinə Qarabağımızın hər qarışında yazılan qəhrəmanlıq dastanları barədə məlumat verilir. Qeyd edim ki, artıq iki ildir, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Türkiyənin Ailə, Sosial Xidmətlər Nazirliyinin tərəfdaşlığı ilə İstanbuldan olan şəhid ailələri üzvlərinin Qarabağa səfəri təşkil olunur".
S.Orucovanın sözlərinə görə, qeyd olunan layihə çərçivəsində daha əvvəl Ankara, həmçinin Şimali Kiprdən olan şəhid ailələrinin üzvləri də Qarabağı ziyarət ediblər:
"Türkiyədən gələn qonaqlara bizim Çanaqqalamız olan Ağdamda yazılan qəhrəmanlıq dastanlarından bəhs etdik, onlara vaxtilə işğala məruz qalan torpaqlarımızdakı erməni vandallığının izlərini göstərdik. O cümlədən, qonaqlarımız işğaldan azad edilən ərazilərimizdə son beş ildə görülən quruculuq işləri ilə də yaxından tanış oldular. Azərbaycan və Türkiyədən olan şəhid ailələri arasında qurulan ünsiyyət mənəvi bağılarımızı daha da möhkəmləndirir".
QHT sözügedən layihə əsasında təşkil olunan tədbirlərin önəmindən də də danışıb:
"Layihəmizin əsas məqsədi Ağdam və Tərtərdən olan şəhid valideynləri və Türkiyədən olan şəhid ailələrini üzvləri arasında dostluq münasibətlərinin qurulmasına dəstək olmaqdır. Bundan başqa, həyata keçirilən bu layihə Türkiyədə Qarabağ həqiqətlərinin təbliği və iki qardaş xalqın ortaq tarixinin öyrənilməsinə töhfə verir".

Cəbrayılda yeni həyat: azad edilmiş torpaqlarda bərpa və qayıdış davam edir - REPORTAJ
Azad olunmuş torpaqlarımızın hər bir bölgəsi kimi Cəbrayılın da 2020-ci ildən öncəki halı ilə indiki halı arasında yerlə göy qədər fərq var. Bir yanda işğalın geridə qoyduğu xarabalıqlar, o biri yanda isə dirçələn yurd yerlərimiz. Böyük Zəfəri qazanan dövlətimiz indi sülhü də qarış-qarış qurmaqdadır. Bərpa edilən ata-baba yurdlarını buraya dönən sakinlərin sevinci və duaları isidir.
Biz də "Report" olaraq həmin sevincə şahid olmağa, Cəbrayıl sakinləri ilə həmsöhbət olmağa gəlmişik.
Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsi kimi Cəbrayıla da əhalinin tədricən qayıdışı bu torpaqlarda həyatı yenidən canlandırır. Ermənilərin viran qoyduqları infrastruktur sürətlə bərpa edilir, bölgənin bənzərsiz təbiəti bu gözəlliyə əlavə çalar qatır. Təbii, azad edilmiş digər rayonlar kimi, Cəbrayılda əhalinin məskunlaşmasının əsas şərtlərindən biri zəruri şəraitin yaradılması, o cümlədən səhiyyə və təhsil infrastrukturunun qurulmasıdır. Bu mənada, Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin artıq fəaliyyətə başlaması xüsusi qeyd olunmalıdır.
Məktəbin direktoru Şəlalə Qasımlı bizimlə söhbət zamanı Cəbrayılda təhsil fəaliyyətinin bərpasını rayon üçün çox mühüm hadisə kimi qiymətləndirib:
"Cəbrayıla 2024-cü ildə qayıdan ilk sakinlər sırasındayam. Həmin il oktyabrın 9-da dövlət başçısının iştirakı ilə Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin açılışı olub. Məktəbimiz əvvəllər Bakının Qaradağ rayonunda fəaliyyət göstərib. Artıq doğma yurdumuzda təhsilimizi davam etdirmək bizim üçün qürurvericidir. 960 yerlik məktəb binasında 40 sinif otağı, dörd STEAM kabinəsi, həmçinin idman zalı, idman meydançası, akt zalı, yeməkxana var. Bir sözlə, binada yüksək səviyyəli tədris üçün hər bir şərait yaradılıb. Hazırda məktəbimizdə 331 şagird təhsil alır. Onların tədrisi ilə təqribən 30 nəfərlik pedaqoji heyət məşğul olur. Davam edən qayıdış prosesinin gedişində şagirdlərin sayının artacağı halda, onları qəbul etmək üçün imkanımız yetərlidir. Biz öz üzərimizə düşən məsuliyyəti yaxşı bilirik. Şagirdlərlə iştirakı ilə vətənpərvərlik mövzusunda dəyirmi masalar, tədbirlər, intellektual yarışlar təşkil edilir".
Direktor fəaliyyətə başlamalarından qısa müddət keçməsinə baxmayaraq, artıq məktəbin müəyyən nailiyyətlərininin olduğunu vurğulayıb:
"Çox sevindirici haldır ki, bu il bizim 8-ci sinif şagirdi Respublika fənn olimpiadasında 2-ci yeri tutaraq gümüş medala layiq görülüb. Bu nailiyyət bir cəbrayıllı, bir azərbaycanlı və ən əsası bir müəllim kimi bizi çox sevindirir. İnşallah, növbəti illərdə bu uğurun davamı da olacaq. Belə uğurlar bizi öz işimizə daha məsuliyyətli yanaşmağa, millətimiz və dövlətimiz üçün daha vətənpərvər övladlar yetişdirməyə sövq edir".
Məktəbin bacarıqları ilə seçilən şagirdlərindən biri, 10-cu sinifdə oxuyan İnci Əhmədova ilə söhbətimiz zamanı rəssamlığa ciddi maraq göstərdiyini bildirib:
"Əvvəllər Bakıda məskunlaşsaq da, artıq Cəbrayılda daha yaxşı və müasir evlərdə yaşayırıq. Bundan əlavə, məktəbimizdə çox gözəl şərait yaradılıb. Mən həm də "Bacarıqlı əllər" dərnəyinin üzvüyəm. Burada bizə əl işləri ilə məşğul olmaq üçün xüsusi otaq da ayrılıb. Müxtəlif rəsmlər çəkməyi xoşlayıram. Rəsmlərimdə fərqli mövzulara müraciət etsəm də, Cəbrayılda əsasən təbiət mövzuları adamı daha çox cəlb edir. Bəzən təbiətin elə gözəlliyini görürsən ki, adam o anın əbədi davam etməsini arzulayır. Ona görə də təbiət mənzərələrinə çox həssaslıqla yanaşıram. Təbiətdən başqa, böyük Zəfərimizi əks etdirən qələbə tabloları da çəkmək işləyirəm. Bu sahədə daha da püxtələşməyə çalışıram".
Məktəbin bir başqa 10-cu sinif şagirdi Elvin Şıxlı da gələcək fəaliyyətində yaradıcılığa üstünlük verməyi düşünür:
"Buradakı şəraitimiz çox yaxşıdır. Mən də məktəbdə yaradılmış əl işləri dərnəyinin üzvüyəm. Əsasən, ermənilərin dağıtdıqları abidələri və tarixi yerlərin maketlərini hazırlamağı xoşlayıram. İlk olaraq "Xudafərin" körpüsünün maketini hazırlamışam. Əvvəllər bu körpünün təsvirini sadəcə kitablarda görmüşdüm. Körpünü canlı gördükdən sonra ona marağım daha da artdı. İndiyə qədər kağız və xırda daşlardan istifadə edərək "Xudafərin" körpüsünün beş maketini düzəltmişəm. Təhsilimi marağıma uyğun olaraq Azərbaycan Texniki Universitetində davam etdirmək niyyətindəyəm".
8-ci sinif şagirdi Mədinə Quliyeva isə Cəbrayılın öz havası və təbiəti ilə onlarda fərqli təəssüratlar yaratdığını bildirib:
"Buraya köçənə qədər Sumqayıtda yaşayırdıq. Cəbrayıla qayıdanda nə ilə üzləşəcəyimi, buranın necə yer olduğunu bilmirdim. Amma gələndən sonra çox gözəl və fərqli yer olduğunu gördüm. Ən əsası, təbiəti və havası insanlara fərqli hisslər yaradır. Mən də məktəbin "Bacarıqlı əllər" dərnəyindəyəm. Ümumiyyətlə, məktəbimizdə yaradılan şərait çox yaxşıdır".
Cəbrayıl şəhərinə qayıdan sakinlər artıq öz həyatlarına yenidən başlayaraq doğma yurdlarında yaşayıb-yaradırlar. Uzun həsrətdən sonra doğulub-böyüdüyü torpaqlara dönən Nərgiz Atakişiyeva çoxdan görmədiyi yerlərin xeyli dəyişdiyini söyləyib:
"Burada uzun illərdən sonra fərqli bir mənzərə ilə qarşılaşdıq. Düzdür, təbiətin mənzərəsi dəyişməsə də, bir vaxtlar bu gözəlliyə rəng qatan evlər və binalar dağıdılmışdı. Buna görə nə qədər üzülsək də, yerində daha yaraşıqlı və müasir evlərin, binaların tikildiyini görmək bizdə xoş təəssüratlar yaratdı. Bu sevinci bizə yaşadan, Ali Baş Komandana və ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onu da deyim ki, biz özümüzü yenidən inşa olunan Cəbrayılımızın mənəvi qurucularından biri hesab edirik. Ümid edirəm və inanıram ki, qarşıdakı illərdə hər şey daha gözəl olacaq. İndi görülən işlər və əldə olan nəticələr bunu deməyə əsas verir".
Əhalinin Cəbrayıla qayıdışı şəhərdə bir çox istiqamətlərlə yanaşı, sahibkarlıq fəaliyyətinə də meydan açıb. Sahibkar Ziyəddin Mustafayev bizimlə söhbətdə bildirib ki, öz işini qurmaq istəyərkən ona hərtərəfli dəstək verilib:
"Əvvəllər bu işdə təcrübəmiz olduğu üçün Cəbrayılda çörək sexi qurmuşuq. Ailəliklə bu sahə ilə məşğuluq, anam da neçə bu işdə çalışıb. Cəbrayıla köçəndən sonra işə başlamaq üçün etdiyim müraciətə dərhal cavab verildi və dəstək göstərildi. Bunun sayəsində ənənəvi Cəbrayıl çörəyi istehsal edirik. Şükür, bişirdiyimiz bütün növ çörəklərə tələbat var. Qiymətlər məhsulun çəkisinə görə dəyişir. Məsələn, 1 kiloqramlıq uzunsov, 500 qramlıq yumru, kürə çörəkləri, həmçinin yuxa çeşidlərimiz var. Bundan əlavə, sexdə kətə, qoğal və digər şirniyyat məhsulları da bişirilir. Çox sevinirik ki, alıcıları məhsullarımızı bəyənirlər".
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva isə bizi rayonun Soltanlı kəndində həyata keçirilən işlər barəsində ətraflı məlumatlandırıb:
"Soltanlı kəndindəki tikinti meydançasında işlər tam qüvvəsi ilə davam edir. Bu kənd 108-53 hektar sahə üzrə layihələndirilib və 420 fərdi evin inşası nəzərdə tutulub. Həmçinin burada qeyri-yaşayış obyektləri, məktəb və uşaq bağçası və inzibati binalar da inşa ediləcək. Hazırda tikintinin icra səviyyəsi 15 faizdir. Qeyd edim ki, Soltanlı kəndinin layihəsi "Təməl" memarlıq müsabiqəsinin yaşayış komplekslərinin memarlıq həlləri nominasiyasında II dərəcəli diploma layiq görülüb".
Daha sonra baş çəkdiyimiz Horovlu kəndinə isə məlumdur ki, artıq bir neçə mərhələdə sakinlərin köçü baş tutub. Ona görə də hazırda kənddə həyat öz axarına düşüb. Kənd sakini Səltənət Həsənova ilə söhbətləşirik. Məlum olur ki, kəndi 18 yaşında tərk edib:
"Allahdan Ali Baş Komandana can sağlığı, şəhidlərimizə rəhmət diləyərək bu günümüzə şükür edirik. 33 ildən sonra doğma yurdumuza qayıdışımız və bu cür gözəl evlərdə yaşadığımız üçün çox sevincliyik. O vaxt mən təzə ailə qurmuşdum. İndi isə evimizə övladlarım və nəvələrimlə qayıtmışam. Evlərimiz çox şəraitlidir, işıq, su və qazla fasiləsiz təmin olunuruq. İnşallah, kəndimizi daha da abad və firavan edəcəyik".
Kəndin digər sakini Nizami Kəlbəliyev 33 il məcburi köçkünlük həyatı yaşasa da, doğma ocağa qayıdacağına inamını heç vaxt itirmədiyini deyib:
"Bir neçə yerə köç etsək də, sonda Zəngilan şəhərciyində məskunlaşdım. Oradan da Ali Baş Komandan və ordumuzun sayəsində nəhayət ki doğma yurda qayıtdıq. Şəhidlərimizin qanı ilə alınan torpaqlarımızda bu gün firavan həyat sürürük. Kəndimizə qayıdacağımıza inamımızı heç vaxt itirmədik. Özüm təqaüdçüyəm, bura gələndən həyət-bacada məşğuliyyətim artıb. Şükür, yaşıma görə özümü daha gümrah hiss edirəm. Yaradılan şəraitdən də çox razıyıq. Həyat yoldaşıma bu günü görmək nəsib olmadı. Amma burada övladlarım və nəvələrimlə birlikdə yaşayırıq".

-
report.az
- Samir Şərifov: Belarusla aqrolayihə Qarabağda kənd təsərrüfatının inkişafına təkan verəcək
Samir Şərifov: Belarusla aqrolayihə Qarabağda kənd təsərrüfatının inkişafına təkan verəcək
Belarus tərəfindən Azərbaycanın Ağdam rayonunda aqrar-sənaye kompleksinin yaradılması Qarabağ regionunda kənd təsərrüfatı istehsalının inkişafına əlavə stimul olacaq.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarus-Azərbaycan biznes-forumunda bildirib.
XƏBƏR YENİLƏNİR

-
sizinxeber.az
- Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
ŞAD XƏBƏR! Bu şəxslərə təmirli evlər verilir:Prezident baxış keçirir
Qarabağda yeni milli parklar yaradılacaq
Səbinə Salmanova: Mina təhlükəsi azad olunan ərazilərin bərpa prosesini ləngidir
Postmünaqişə dövrünün ən ciddi problemlərindən biri mina təhlükəsidir.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi" adlı sessiyada deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyatına ciddi təhlükə yaradır və bərpa prosesini ləngidir.
"Azad edilmiş torpaqlarda 900 min hektardan çox ərazi minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bölgədə təxminən 1,5 milyon mina basdırılıb. 2020-ci ilin noyabrından etibarən 262 min hektardan çox ərazi təmizlənib, 246 mindən çox mina və partlamamış silah zərərsizləşdirilib. Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".
Deputat bəyan edib ki, bir yolun çəkilməsi, bir məktəbin tikilməsi və ya bir kəndin salınması üçün əvvəlcə həmin ərazilərdə uzun müddət minatəmizləmə işləri aparılır, bu isə həm vaxt itkisi yaradır, həm böyük maliyyə resursları tələb edir, həm də insan həyatı üçün ciddi risklər formalaşdırır:
"Mina təhlükəsi yalnız təhlükəsizlik problemi deyil. Eyni zamanda, böyük humanitar problemdir. Bu, insanların doğma torpaqlarına qayıdışını gecikdirən əsas maneələrdən biridir. Mina problemi həm də kənd təsərrüfatının, iqtisadi fəaliyyətin və sosial həyatın bərpasına da mane olur".

-
report.az
- Mariyana Kuyundziç: Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi üzrə bir sıra layihələr reallaşdırır
Mariyana Kuyundziç: Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi üzrə bir sıra layihələr reallaşdırır
Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi sahəsi üzrə bir sıra lahiyələr həyata keçirir.
"Report" xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı panel sessiyada deyib.
O bildirib ki, Aİ mina təhlükəsinə qarşı mübarizədə gender yanaşmasının tətbiqinə də xüsusi önəm verir və Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılmasına dəstək göstərib:
"Hazırda Sloveniya mənşəli "International Trust Fund for Enhancing Human Security" ilə genişmiqyaslı layihə üzrə danışıqlar davam edir. Bu layihə ANAMA-nın institusional və əməliyyat potensialının gücləndirilməsinə yönəlib. Layihə çərçivəsində mina aşkarlayan itlərin xüsusi təlimi, vacib əməliyyat avadanlıqlarının təmin edilməsi, mina qurbanlarına yardım, həmçinin xüsusi təyinatlı ambulansların təqdim olunması nəzərdə tutulur. Bu sənədlərin yaxın zamanda imzalanaraq icraya başlanması planlaşdırılır".
Aİ minadan çirklənmiş ərazilərin yenidən təhlükəsiz torpaqlara çevrilməsinə hər zaman dəstək göstərib.
"İnsanların təhlükəsiz şəkildə hərəkət etməsi son dərəcə vacibdir. Heç kim addım atarkən qorxu hiss etməməlidir. Mən iki gün əvvəl Qarabağa səfər etdim və orada müharibənin dəhşətli nəticələrini gördüm. Amma eyni zamanda imkanları, aparılan quruculuq işlərini və həyatın necə geri qayıtdığını da müşahidə etdim".
Aİ nümayəndəsi qeyd edib ki, həyatın geri qayıtması isə asan proses deyil:
"Məsələn, Xorvatiya mina təmizləmə prosesini yalnız bu il - müharibədən 31 il sonra tamamlaya bildi. Halbuki Azərbaycan əraziləri daha geniş şəkildə mina ilə çirkləndirilib. Bu proses çox uzun və çətin olsa da, mütləq həyata keçirilməlidir. Avropa Birliyi bu istiqamətdə dəstək göstərmək üçün buradadır".

-
report.az
- Kolumbiyalı nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ
Kolumbiyalı nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ
Azərbaycan bir daha iri beynəlxalq tədbirləri təşkil etməyi bacaran ölkə statusunu təsdiqlədi və davamlı şəhər inkişafı sahəsində hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və ekspertləri bir məkanda uğurla birləşdirdi.
Bu gün Bakıda işini başa çatdıracaq Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları forumun 6 gün ərzində müzakirə olunan mövzuların - əlçatan mənzildən və iqlim davamlılığından tutmuş sosial inklüzivliyə və şəhər infrastrukturunun modernləşdirilməsinə qədər - aktuallığını dəfələrlə vurğuladılar.
Bu müzakirələr fonunda mənzil siyasətində yeni yanaşmalar həyata keçirən ölkələrin təcrübəsi xüsusi maraq doğurdu.
"Report"a müsahibəsində Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello ölkəsinin nümayəndə heyətinin forumda iştirakının əsas məqsədləri barədə danışıb, Bakıdan təəssüratlarını bölüşüb, həmçinin Azərbaycan və Kolumbiya arasında mənzil abadlaşdırması və şəhərlərin davamlı inkişafı sahələrində əməkdaşlıq perspektivlərini qeyd edib.
- Kolumbiya WUF13-dən hansı nəticələr gözləyir?
- Deyərdim ki, bizim üçün konkret nəticələrdən daha çox ölkəmizin mənzil siyasətinin transformasiyası prosesində yaşadığı təcrübəni nümayiş etdirmək imkanı vacibdir. İndiki hökumət hakimiyyətə gələndə mənzil siyasəti demək olar ki, yalnız yeni mənzillərin alınması üçün subsidiyaların verilməsinə yönəlmişdi.
Lakin Kolumbiya əhalisinin ehtiyacları daha geniş və müxtəlifdir. Buna görə də son illərdə biz mənzil siyasətinə yanaşmanı genişləndirdik və yaşayış mühiti konsepsiyasını irəli sürməyə başladıq. Bu siyasətin mərkəzində su dayanır, şəhərləri su ehtiyatları ətrafında təşkil etmək zərurəti var. Ümumilikdə, konsepsiyamız çərçivəsində biz suyu qorunmalı olan ümumi nemət və şəhərlərin inkişafını formalaşdıran amil kimi nəzərdən keçiririk.
Biz göstərmək istəyirik ki, yalnız tikintiyə, kvadrat metrlərə və betona əsaslanan siyasətdən insanların birliklərini diqqət mərkəzində saxlayan, həmçinin dayanıqlılıqla bəşəriyyətin yaşayış və inkişaf tərzi arasında balans tapmağa çalışan kompleks yaşayış mühiti siyasətinə necə keçirik. Məhz budur bizim əsas məqsədimiz.
- Bakı sizdə hansı təəssürat yaratdı?
- Açığını deyim: şəhəriniz mənə çox xoş gəldi. Bakı mənə müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu gözəl bir şəhər kimi göründü - məhz belə bir təəssürat yaratdı. Çox maraqlı tarixiniz var. Azərbaycanın nisbətən gənc bir dövlət olmasına baxmayaraq, ölkə zəngin tarixi irsə malikdir.
Memarlıq, şəhər mühiti, görməli yerlər - bütün bunlar çox maraqlıdır. Həmçinin xoşuma gəldi ki, ölkə dünyaya açıqdır və tanınmağa çalışır. Bizim üçün (Kolumbiya - red.) Azərbaycan çox uzaq bir ölkə kimi görünür, lakin bu səfərdən sonra buraya ailəmlə birlikdə qayıtmaq istəyi yarandı. Əslində, məsafəyə baxmayaraq, mənə elə gəlir ki, ilk baxışda görünə biləcəyindən daha çox ortaq cəhətimiz var.
- Hər hansı tarixi yerləri ziyarət edə bildinizmi?
- Təəssüf ki, forumda iştirakım səbəbindən turizmə çox vaxtım olmadı. Lakin sıx tədbirlər cədvəlinə baxmayaraq, Qız Qalasını görmək, Xəzər dənizi boyunca Bulvarda gəzmək və Köhnə Şəhərdə gəzinti etmək mənə nəsib oldu. Əlbəttə, mən Bakının yalnız kiçik bir hissəsini gördüm, amma indi buraya mütləq yenidən qayıtmaq üçün ciddi bir səbəbim var.
- Kolumbiyanın Mənzil Tikintisi, Şəhər və Ərazilər Nazirliyi hansı sahələrdə Azərbaycanla əməkdaşlıq edə bilər?
- Forumda əldə edilən məlumata görə, Azərbaycan hazırda Qarabağ bölgəsində müharibə və Ermənistanla münaqişədən zərər çəkmiş insanların köçürülməsi ilə fəal məşğul olur.
Təəssüf ki, Kolumbiyanın münaqişələr və əhalinin məcburi köçürülməsi ilə bağlı böyük təcrübəsi var. Və bizim üçün insanların birliklər ilə birbaşa qarşılıqlı əlaqə son dərəcə vacib olmuşdur. Bəzən hakimiyyət orqanları nəyin doğru olduğuna dair öz baxışlarından çıxış edərək layihələr planlaşdırır, lakin insanların real ehtiyacları əhəmiyyətli dərəcədə fərqli ola bilər. Buna görə də məmurların nöqteyi-nəzərindən düzgün görünən şey, həmişə həmin yerlərdə yaşayacaq insanların gözləntilərinə uyğun gəlmir.
Düşünürəm ki, Kolumbiyanın təcrübəsini - icmalarla dialoqu necə qurduğumuzu, insanlara öz layihələrinin və proseslərinin inkişafında necə iştirak etməkdə kömək etdiyimizi bölüşmək bizim üçün çox maraqlı olardı.
Eyni zamanda Azərbaycan şəhərlərin sıfırdan planlaşdırılması, təmiz enerji texnologiyalarının tətbiqi və dayanıqlı inkişaf sahəsində öz təcrübəsini bizimlə bölüşə bilərdi. Biz enerji keçidinə, qazıntı yanacağının təmiz enerji mənbələri ilə əvəz olunmasına çox maraq göstəririk. Buna görə də hesab edirəm ki, ölkələrimizin bu sahədə əməkdaşlıq üçün böyük imkanları var. Kolumbiya səfiri və bizim səfirliyimiz iki ölkə arasında belə əlaqələrin inkişafına kömək etməyə hazır olacaq.
- İki ölkə arasında urbanistika və dayanıqlı inkişaf sahəsində təcrübə və mütəxəssis mübadiləsi mümkündürmü?
- Bəli, şübhəsiz. Artıq qeyd etdiyim kimi, biz yerli icmalarla aparılan sosial iş təcrübəsini, insanları öz layihələrinin idarə edilməsinə necə cəlb edə bildiyimizi bölüşə bilərik. Yəni sosial sahədə biz Azərbaycanla əməkdaşlıq edə bilərdik, siz isə öz növbənizdə planlaşdırma və müasir texnologiyaların tətbiqi məsələlərində bizə kömək edə bilərdiniz.
- Azərbaycanın "ağıllı şəhərlər" və "ağıllı kəndlər" yaratmaq təcrübəsini necə qiymətləndirirsiniz? Belə layihələr Kolumbiya üçün maraqlıdırmı?
- Əlbəttə. Düşünürəm ki, biz sadəcə "ağıllı" deyil, həm də dayanıqlı şəhərlərə doğru irəliləməliyik. Bu forum məhz digər ölkələrin təcrübəsini öyrənmək və mənimsəmək imkanı verir. Təbii ki, hər bir dövlətin öz xüsusiyyətləri və çətinlikləri var. Lakin belə beynəlxalq platformalar məhz bunun üçün yaradılır - hansı təcrübələrin öz ölkəndə adaptasiya oluna biləcəyini, hansıların isə oluna bilməyəcəyini anlamaq, təcrübə mübadiləsi aparmaq və öz yanaşmalarımızı yaxşılaşdırmaq yollarını axtarmaq üçün".

-
baku.news
- Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
-
ekspres.az
- Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
“Böyük Qayıdış”: Ağdam və Füzuli sakinlərinə ŞAD XƏBƏR
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
TƏCİLİ! Zəngəzurda PARTLAYIŞ
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bu rayona köç başlayır
Rusiyada hələ də Azərbaycanın Qarabağdakı qələbəsi ilə barışa bilmirlər
Keniyanın "TV47" telekanalı Ağdamda minatəmizləmə prosesini işıqlandırıb
Keniyanın "TV47" telekanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi barədə reportaj hazırlayıb.
"Report" xəbər verir ki, telekanalın müxbiri Elizabet Mutuku bütün Qarabağ regionunda mina təhlükəsindən ən çox zərər çəkmiş rayonlardan biri hesab olunan Ağdam rayonuna şəxsən səfər edib.
Xəbər yenilənir

Köç karvanı Xocavəndə çatdı

Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
Armands Krauze: Latviya Qarabağda meşələrin bərpasına kömək etməyə hazırdır - MÜSAHİBƏ
Hökumətlərarası komissiyalar ikitərəfli əməkdaşlığın inkişafı üçün səmərəli mexanizmlərdən biridir və Azərbaycan da bu formatdan fəal istifadə edir. Bu gün, aprelin 15-də Şuşada keçiriləcək Azərbaycan-Latviya Hökumətlərarası Komssiyasının iclası da qeyd olunanları təsdiq edir.
Latviya tərəfindən komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Armands Krauze iclas ərəfəsində "Report"a verdiyi müsahibədə ikitərəfli əməkdaşlığın perspektivləri, aqrar sahədə Latviya-Azərbaycan münasibətlərinin potensialı, eləcə də gündəlikdə duran əsas məsələlər barədə danışıb.
- Ölkələrimiz arasında mövcud iqtisadi və siyasi münasibətləri necə qiymətləndirirsiniz?
- Latviya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir və yüksək səviyyədədir. Lakin Rusiya-Ukrayna müharibəsi ilə bağlı cari vəziyyət, şübhəsiz ki, əməkdaşlığı çətinləşdirir və ölkələrimizin xüsusilə iqtisadi sahədə, o cümlədən ticarət sahəsində daha da yaxınlaşmasına mane olur.
Buna baxmayaraq, biz qarşılıqlı ticarətin inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar axtarışındayıq. Eyni zamanda, bir sıra digər istiqamətlərdə hökumətlərarası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsində son dərəcə maraqlıyıq - bu, bizim üçün prinsipial əhəmiyyət kəsb edir.
Yeni texnologiyalar, elm və təhsil sahəsində mübadilə əməkdaşlığımızı fəal şəkildə inkişaf etdirə biləcəyimiz perspektivli istiqamətlərdir. Bu istiqamətlər xarici məhdudiyyətlərə, o cümlədən hərbi münaqişələrin təsirinə daha az məruz qalır ki, bu da tərəfdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar açır.
- Hökumətlərarası Komissiyanın iclasında hansı məsələlər müzakirə olunacaq və tərəflərin 2026-2027-ci illərdə iqtisadi əməkdaşlığın inkişafına dair nə kimi planları var? Qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün hansı addımların atılması planlaşdırılır və bu, hansı sektorlar hesabına mümkündür?
- Kənd təsərrüfatı naziri olaraq mən, şübhəsiz ki, aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıyam. Lakin hesab edirəm ki, qarşılıqlı əlaqələrimiz yalnız bu sahə ilə məhdudlaşmayacaq.
Latviyada meşə sektoru da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Mənə məlumdur ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur - red.) meşələrin bərpası üzrə genişmiqyaslı planlar həyata keçirir. Bilirəm ki, bu, ölkəniz üçün son dərəcə vacib istiqamətdir və bu ərazilərdə təbii ekosistemlərin və meşə ehtiyatlarının bərpasına kömək etmək üçün əməkdaşlığı inkişaf etdirməyə hazırıq.
Bundan başqa, biz bu yaxınlarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində olan balıqçılıq sektorunda əməkdaşlıq məsələlərini müzakirə etdik. Latviyada da bu sektor tarixən analoji strukturun idarəçiliyindədir. Birgə fəaliyyət üçün perspektivli istiqamətlər mövcuddur. Xüsusilə, bir çox ekspertlərin fikrincə, gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayacaq akvakultura sahəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir.
İqtisadi əməkdaşlığın geniş spektri sənaye, maliyyə və təhsil sahələri ilə yanaşı, müdafiə sənayesi müəssisələri arasında qarşılıqlı fəaliyyət imkanlarını da əhatə edir. Hazırda Azərbaycan və Latviyanın ali təhsil müəssisələrində hər iki ölkədən 500-ə yaxın tələbə təhsil alır və bu mübadilənin daha da inkişaf etdirilməsi üçün böyük potensial var.
Bütün bunlar ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın qurulması üçün möhkəm zəmin formalaşdırır.
- Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində meşələrin bərpası mövzusuna toxundunuz. Latviya bu prosesə töhfə vermək üçün konkret olaraq hansı təcrübə və praktiki həll yollarını bölüşə bilər?
- Artıq qeyd etdiyim kimi, meşə sektoru inzibati olaraq kənd təsərrüfatı sahəsinə aiddir və biz ting istehsalı üzrə birgə müəssisənin yaradılması imkanını nəzərdən keçirməkdə maraqlıyıq. Bu, Azərbaycana meşələri daha sürətlə və az xərclə bərpa etməyə imkan verər. Bu, həqiqətən vacib sahədir.
Ağac növlərindəki fərqlərə baxmayaraq, tinglərin yetişdirilməsi və meşələrin bərpası texnologiyaları bir çox cəhətdən universaldır. Məhz bu sahədə səmərəli əməkdaşlıq üçün böyük potensial görürük.
Kənd təsərrüfatı sahəsində (bu ərazilərdə yetişdirilən - red.) yüksək keyfiyyətli meyvə və tərəvəzlərinizin də Latviya bazarına daxil olmasını səbirsizliklə gözləyirik. Latviyada məhsul mövsümü çox qısadır və meyvə-tərəvəzlər fərqlənir. Sizdə isə əksinə, mövsüm çox uzundur və məhsullarınız keyfiyyətlidir - artıq onları xaricə ixrac edirsiniz.
Hesab edirəm ki, Azərbaycanın meyvə və tərəvəzinin Latviyaya tədarükünün artırılması üçün əhəmiyyətli potensial mövcuddur. Məsələn, bu gün pomidor İspaniyadan idxal olunur, bu, logistikanın daha uzun olması ilə bağlıdır - məsafə hətta Latviya ilə Azərbaycan arasındakı məsafədən də çoxdur. Bu baxımdan əməkdaşlıq imkanları olduqca perspektivli görünür.
- Azərbaycan və Latviya böyük turizm potensialına malikdir. Bu kontekstdə tərəflər qeyd olunan sahədə əməkdaşlığı genişləndirməyi, qarşılıqlı turist axınını artırmağı və birbaşa uçuşlara başlamağı planlaşdırırmı?
- Bütün bu məsələlər əsas müzakirə mövzularımızdan biridir. Turizmin inkişafı üçün Riqadan Bakıya birbaşa uçuşlar lazımdır. Əvvəllər birbaşa reyslər olub və bu gün (çərşənbə axşamı - red.) keçirilən bütün görüşlərdə bu məsələni qaldırdıq. Bu reyslərin rentabelliyini müəyyən etmək üçün qərara gəldik ki, daha dərin iqtisadi qiymətləndirmə aparılmalıdır.
Bu məsələnin iki aspekti var: ölkələrimiz arasında turizmin inkişafı və hava nəqliyyatı ilə yük daşımaları.
- Tullantıların emalı sahəsində Azərbaycanla əməkdaşlıq üçün potensial varmı?
- Əlbəttə, var. Mən Bakıda COP29 iqlim konfransında (2024-cü ilin noyabrında - red.) iştirak etmişəm, tədbirdə ölkəmizin özəl şirkətlərinin nümayəndələri də var idi. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümid edirik. Dövlət də öz tərəfindən zəruri dəstəyi göstərməyə hazırdır.
Bu, həqiqətən vacib istiqamətdir, çünki tullantıların idarə olunması birgə həll yolları tələb edən qlobal problemlərdən biri olaraq qalmaqdadır.
- Azərbaycan üçün suyun səmərəli istifadəsi məsələsi kritik əhəmiyyətə malikdir. Latviya şirkətlərinin Azərbaycanda tətbiq oluna biləcək hazır texnologiyaları varmı?
- Bu, bizim üçün o qədər də xarakterik mövzu deyil, çünki sizin əksər regionlarınızda daha çox suya ehtiyac var, Latviyada isə su çoxdur. Biz kənd təsərrüfatında suvarmadan yox, artıq suyun kənarlaşdırılması üçün meliorasiyadan istifadə edirik.
Məsələn, ötən il Latviyada o qədər güclü yağışlar yağdı ki, fermerlər buğdanı yığa bilmədilər. Bəzi regionlarda bir ay ərzində yağıntının miqdarı təxminən 200 millimetrə çatdı.
Bununla belə, düşünürəm ki, bu sahədə laboratoriya səviyyəsində, suyun keyfiyyəti və təbii suların təmizliyinin qorunması üçün dayanıqlı kənd təsərrüfatı üsulları sahəsində əməkdaşlıq potensialı var. Lakin kənd təsərrüfatında su təchizatına gəlincə, bu, tamamilə fərqli məsələdir - sizə suvarma, bizə isə drenaj lazımdır.
- Hökumətlərarası Komissiyanın iclasları ənənəvi olaraq yüksək səviyyəli səfərlər ərəfəsində keçirilir. Yaxın vaxtlarda Latviya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Səfərin dəqiq vaxtı müəyyən edilibmi?
- Bəli, yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir.

Azərbaycanda İnşaatçılar Günüdür
Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ

Azərbaycan XİN Peskova cavab verib
Zəngilan şəhərinin I yaşayış məhəlləsində işlər bitib
Zəngilan şəhərinin I yaşayış məhəlləsində işlər bitib.
"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva "Dost tv"nin canlı efirində deyib.
Onun sözlərinə görə, işlər bitib və tezliklə təhvil veriləcək.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib.

Xankəndinə güclü yağış yağıb – FOTO

"Ad-Dustour": Azərbaycan minatəmizləmə üzrə qlobal səyləri gücləndirməyə çağırır
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan minalardan və partlamamış hərbi sursatlardan ən çox zərər çəkmiş ölkələr sırasındadır.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın "Ad-Dustour" gündəlik qəzetində "Çirklənmədən bərpaya: Azərbaycan minatəmizləmə üzrə daha qətiyyətli qlobal tədbirlərə çağırır" başlığı ilə dərc olunmuş məqalədə deyilir.
Məqalənin müəllifi vurğulayıb ki, müharibələrin başa çatmasından uzun müddət sonra da minalar, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular insanların həyatına son qoymağa, evlərinə geri qayıdışını çətinləşdirməyə və inkişafa mane olmağa davam edir.
"Azərbaycan ən çox zərər çəkmiş ölkələrdən biri olaraq qalır: onun ərazisinin 13 %-dən çoxu, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş rayonlar minalarla və müharibənin partlayıcı qalıqları ilə çirklənib. Son üç onillikdə ölkənin 3 400-dən çox vətəndaşı minaların qurbanı olub", - məqalədə vurğulanıb.
Bununla yanaşı, qeyd olunub ki, postmünaqişə dövründə də Azərbaycanda mina təhlükəsi qalmaqdadır.
"2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar var ki, bu da həmin silahların seçici olmayan xarakterini, həmçinin mülki əhaliyə qarşı davam edən təsirini vurğulayır. Bu rəqəmlər göstərir ki, hətta nisbətən dinc dövrdə də minalar səssiz qatillər kimi fəaliyyət göstərməyə davam edir", - məqalədə bildirilib.
Müəllif, həmçinin diqqəti ona cəlb edir ki, birbaşa insan itkilərindən başqa, minalarla çirklənmə bərpa və inkişaf üçün ciddi maneə yaradır:
"Münbit torpaqların geniş sahələri istifadə üçün yararsız olaraq qalır, infrastruktur layihələri ləngiyir və bütöv icmalar öz evlərinə qayıtmaq imkanından məhrumdur. Azərbaycan üçün keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı birbaşa minatəmizləmə əməliyyatlarının sürətindən və səmərəliliyindən asılıdır".
Bundan əlavə, məqalədə Azərbaycanda minatəmizləmə sahəsində görülən işlər və Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti xüsusi qeyd olunur:
"Mina probleminə cavab olaraq Azərbaycan minatəmizləmə üzrə humanitar fəaliyyətin prioritetliyini milli səviyyəyə yüksəldib. ANAMA əməliyyatların səmərəliliyini artırmaq üçün müasir texnologiyalar tətbiq edərək minatəmizləmə, risklərlə bağlı məlumatlandırma və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində intensiv səylərə rəhbərlik edir".
Eyni zamanda qeyd edilib ki, Azərbaycan gender aspektini minatəmizləmə fəaliyyətinə inteqrasiya edib və bu sahədə gender bərabərliyinin təşviqi üçün əhəmiyyətli addımlar atıb. Xüsusilə, beynəlxalq tərəfdaşların dəstəyi ilə ölkədə tamamilə qadınlardan ibarət ilk istehkamçı qrupu yaradılıb.
"Bu, potensialın artırılmasında və humanitar fəaliyyətdə (minatəmizləmə üzrə – red.) inklüziv iştirakın təmin edilməsində irəliyə doğru mühüm bir addımdır", - məqalədə vurğulanıb.
Bununla yanaşı, qeyd olunub ki, problemin miqyası davamlı beynəlxalq dəstək tələb edir: "Bu baxımdan, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, davamlı maliyyə yardımının göstərilməsi və texniki tərəfdaşlığın inkişafı tərəqqini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir".
Yekunda vurğulanıb ki, beynəlxalq ictimaiyyət postmünaqişə ərazilərində insanların həyatını təhdid etməyə və insan hüquqlarını pozmağa davam edən mina probleminin həlli üçün səyləri birləşdirməlidir.
"Buna görə də bu təhlükənin aradan qaldırılması və hamı üçün daha təhlükəsiz gələcəyin təmin edilməsi məqsədilə koordinasiyalı, adekvat maliyyələşdirilən və prinsipial qlobal cavab zəruridir. Biz beynəlxalq ictimaiyyəti minatəmizləmə üzrə humanitar səylərə və zərərçəkənlərə yardımın göstərilməsinə dəstəyi gücləndirməyə çağırırıq. Minalardan azad gələcək davamlı sülhə nail olunması, inkişaf və insan təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır", - məqalədə qeyd edilib.

Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - VİDEO
Azər Allahverənov: Zatulin Qarabağ haqqında faktları yenidən təhrif etməyə çalışır
Aprel zəfərindən 10 il ötür
Anar Eminov: Aprel döyüşləri böyük Zəfərimizə gedən yolun təməlini qoydu
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Respublikasının müasir hərbi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu hadisə yalnız lokal hərbi toqquşma deyil, eyni zamanda, uzun illər davam edən status-kvonun dəyişdirilməsi istiqamətində Azərbaycanın prinsipial mövqeyinin praktik müstəvidə nümayişi idi.
Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həm siyasi, həm də hərbi baxımdan tam hazırdır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti, müasir texnologiyalara əsaslanan silahlanma və yüksək peşəkarlığa malik şəxsi heyət bu döyüşlərdə real nəticələrini verdi.
Qısa müddət ərzində əldə olunan hərbi uğurlar, o cümlədən Lələtəpə yüksəkliyinin azad edilməsi, əməliyyat-taktiki baxımdan ciddi üstünlük yaratdı və düşmənin uzun illər formalaşdırdığı müdafiə xəttinin sarsıdılmasının mümkünlüyünü sübut etdi. Bu, eyni zamanda, gələcək genişmiqyaslı əməliyyatların planlaşdırılması üçün mühüm hərbi-strateji baza rolunu oynadı.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri isə psixoloji və ideoloji müstəvidə özünü göstərdi. Azərbaycan cəmiyyəti və ordusu bu qələbə ilə öz gücünə inamını daha da möhkəmləndirdi. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda bu uğur xalqın ədalətli mövqeyinin yalnız siyasi deyil, həm də hərbi yollarla təmin oluna biləcəyini göstərdi.
Bu döyüşlər, eyni zamanda, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı qazanılmış möhtəşəm Zəfərin ideoloji və hərbi hazırlıq mərhələsi kimi çıxış etdi. 44 günlük Vətən müharibəsində əldə edilən nəticələr təsdiqlədi ki, Aprel döyüşlərində sınaqdan çıxarılan taktiki yanaşmalar, operativ idarəetmə modeli və döyüş ruhu sonrakı qələbənin əsas komponentlərindən biri olmuşdur.
Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı qəsəbəsinin bərpası və həyatın yenidən canlandırılması isə xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə sonradan dövlət səviyyəsində həyata keçirilən Böyük Qayıdış strategiyasının ilk praktik nümunəsi kimi tarixə düşdü.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan yalnız hərbi gücünü deyil, eyni zamanda, siyasi iradəsini və milli birliyini də səfərbər etməyi bacaran dövlətdir. Bu birlik və qətiyyət nəticə etibarilə ölkəmizi tarixi Zəfərə apardı.
Bu əlamətdar günün ildönümündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi yaşayacaqdır.
Anar Eminov,
Mingəçevir Dövlət Universitetinin rektoru

İsrail kəşfiyyatçısı öldürüldü
Laçına dizə qədər qar yağdı - VİDEO
İsrail kəşfiyyatçısı öldürüldü
Temperatur 5° enəcək, külək güclənəcək — Xəbərdarlıq
Xankəndidə bayram proqramı təşkil edildi
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirildi
Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır
Bu il azad olunan torpaqlarda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir:
"2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib.

Qarabağda məşğulluq proqramları genişləndirilir - Fotolar
“Kəlbəcərdə yeni turizm zonası yaradılacaq”
Şuşanı “təhvil verən” general hər şeyi danışdı - VİDEO
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Xocalı soyqırımından 34 il keçir
Ağdamda ilk bayram tonqalı... - FOTO
Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR: Bu tarixdə AÇILACAQ
İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
Kəlbəcər rayonunda yanğın baş verib.
Azərişıq" Cəbrayıl və Xankəndində Elektrik Şəbəkələrini Yenidən Qurur — VİDEO
Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır - Xalq artisti

Daşaltı əməliyyatından 34 il ötür
Azad edilmiş ərazilərdə daha 177 mina <span style="color: #ff0000;">aşkarlandı</span>
-
moderator.az
- QHT əməkdaşı Ağdərədə minaya düşdü - <span style="color: #ff0000;">Ayağı amputasiya olundu</span>
QHT əməkdaşı Ağdərədə minaya düşdü - <span style="color: #ff0000;">Ayağı amputasiya olundu</span>
Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
Laçından olan 110 yaşlı Fatma nənənin nağıl kimi həyat hekayəsi (VİDEO)
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Xankəndiyə gələn turistlərin sayı artıb - FOTOLAR
Zəfərin davamı olan səfərlər: Qarabağda ötən ilin mənzərəsi

Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb
2025-ci ildə Kəlbəcərdə görülən işlər AÇIQLANDI

Kərkicahana ilk köç karvanı yola salındı - FOTOLAR

113 yaşlı Xeyrənsə nənə: Dünyanın ən gözəl yerinə köçmüşəm!

13 dost,13 şəhid -XTQ tablosu...
Cəbrayılda Şəhər günü qeyd edildi - FOTOLAR - VİDEO

“Uzun illər çadırlarda yaşamısınız” - Video
Cəbrayılın işğaldan azad olunmasından 5 il ötür
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
Azərbaycanda Anım Günüdür!
Kəlbəcərdə Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

Kəlbəcərdə partlayış, xəsarət alanlar var
Bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur
Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb
Avqustun 30-da Ağdama qatarla səfərlər başlayır
Ağdərədə başlayan yanğın Ağdama yayıldı - VİDEO
-
ictimai.az
- İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib
İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib
Qarabağdakı yanğınlarda insan faktoru mühüm rol oynayır - DEPUTAT

İcraçı direktorun 3 müavini olacaq

-
oxu24.com
- Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
Yanğın Xocavəndə yayıldı yenilənib - VİDEO
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı acıqlama: “Yaxın vaxtlarda…”
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
-
sizinxeber.az
- “The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb
Uğrunda döyüşdüyü Suqovuşanda körpəsi dünyaya gəldi

Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb
“Qarabağ” avrokuboklarda iştiraka görə bu qədər qazanacaq
Vətəndaşlar işğaldan azad edilmiş bu ərazilərə də fərdi avtomobillərlə səfər edə biləcək
Üç ay ötdü – Paşinyan layihəsini qəbul etdirə bilirmi?
Azad edilmiş bu ərazilərə də maşınımızla gedə biləcəyik – Siyahı
Şəhid musiqiçi: Novruz Hüseynovun şəhadət günüdür
-
modern.az
- Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən video nümayiş edildi
Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən video nümayiş edildi

Azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır - Eldar Əzizov

Hikmət Sabiroğlunun çıxışını erməni mətbuatı da yaysa, çox yaxşı olar
Türkiyəli qonaqlar Xankəndi və Xocalıya səfər ediblər – FOTOLAR
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
Qurbanov məğlubiyyəti belə şərh etdi
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
-
modern.az
- Qarabağda istehsal edilən məhsullar xaricə “Ermənistan məhsulları” adı altında satılıb
Qarabağda istehsal edilən məhsullar xaricə “Ermənistan məhsulları” adı altında satılıb

Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır
Zəngilanda irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
Bakı-Xocalı-Xankəndi-Şuşa marşrutu üzrə yeni imkanlar yaradılıb
Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
Şuşadakı seysmik stansiyadan məlumatların ötürülməsinə başlanılıb
Zəngilanın Ağalı kəndində ilk əmək yarmarkası keçirilib – FOTO
Xankəndidə avtomat və qumbaralar tapılıb
Xocalıya ilk köçün tarixi açıqlanıb
İşğaldan azad olunan ərazilərdə 1300 nəfər daimi işlə təmin olunub
Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq
Füzuli şəhərinə köç edən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib
Qarabağ Universitetində turizm fakültəsinin açılması planları var
Keçmiş məcburi köçkünlərin bir qrupu doğma Füzuliyə qayıdır
Zabux kəndinə növbəti köç karvanı yola salınıb
-
yenicag.az
- Qərbi Azərbaycana aktuallaşan QAYIDIŞ: “Oralar vətəndir, o torpaqlara qayıtmalıyıq” – Millət vəkili
Qərbi Azərbaycana aktuallaşan QAYIDIŞ: “Oralar vətəndir, o torpaqlara qayıtmalıyıq” – Millət vəkili
-
ictimai.az
- Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri