
Normal view
İspaniyaya üzərək çatmaq istəyən mərakeşli futbolçu həlak olub
Mərakeşin "Maqreb Atletik" klubunun futbolçusu Faten Ben Amar əl-Əziz İspaniyanın Seuta şəhərinə üzərək keçməyə cəhd edərkən həlak olub.
"Report" xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.
Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant dənizi üzərək şəhərə daxil ola bilib. Şəhər rəhbərliyi Seutaya təxminən 60 min, İspaniya Daxili İşlər Nazirliyi isə 50 min miqrantın gəldiyini açıqlayıb.
Son 30 saat ərzində təxminən 69,5 min miqrant Mərakeşə geri qaytarılıb. Seuta ərazisinə çatmağa çalışarkən 90 nəfər həyatını itirib.

"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib.
"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər.
Bildirilir ki, Vinisius da karyerasını "topçular"da davam etdirməyə müsbət yanaşır.
Belə ki, braziliyalı futbolçu "Kral klubu"nun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı təklifini qəbul etməyib.
26 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.

CONCACAF İnfantinonun FIFA-nın rəhbəri postunda qalmasını istəmir
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postunda qalmasının məqsədəuyğunluğu məsələsini nəzərdən keçirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə CONCACAF məlumat yayıb.
Təşkilatdan xatırladıblar ki, son günlər İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsünü irəli sürüb, lakin sonradan tənqidlər fonunda bu ideyadan imtina edib.
"Son günlərin hadisələri artıq gözardı edilməsi mümkün olmayan bir şeyi aşkara çıxardı: dünya futbolunun ən böyük aktivi olan dünya çempionatının gələcəyi hər hansı müəyyən edilmiş idarəetmə sistemindən kənarda, şəffaflıq, məsləhətləşmələr və ya lazımi proses olmadan irəli sürülürdü", - bəyanatda bildirilir.
CONCACAF hesab edir ki, baş verənlər FIFA-nın idarəetmə sistemindəki problemlərdən xəbər verir və təşkilatın rəhbərliyinin tam qiymətləndirilməsi zəruridir. Konfederasiyanın fikrincə, bu narahatlığı digər futbol birlikləri, milli assosiasiyalar və futbol ictimaiyyətinin nümayəndələri də bölüşürlər.
Bəyanatda həmçinin vurğulanır ki, FIFA özəl şirkət deyil, dünya futbolunun maraqları naminə fəaliyyət göstərən bir təşkilatdır, buna görə də onun rəhbərliyi öz qərarlarına görə məsuliyyət daşımalıdır.
Daha əvvəl İnfantino FIFA-nın ən böyük kişi və qadın turnirlərinin kommersiya hüquqlarını idarə etməli olan "FIFA Forward Enterprise" şirkətinin yaradılmasını təklif edib. Təşkilatın qiymətləndirməsinə görə, layihə təxminən 4,2 milyard dollar cəlb edə bilərdi, lakin təşəbbüs futbol federasiyaları və konfederasiyaları tərəfindən kəskin tənqidlərə səbəb olub.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) da layihənin əleyhinə çıxış edib. Təşəbbüsdən imtina edildikdən sonra UEFA-da bildiriblər ki, FIFA rəhbəri kimi İnfantinoya etimadı itiriblər. "The Telegraph"ın məlumatına görə, Avropa təşkilatı o, postunu könüllü tərk etməyəcəyi təqdirdə etimadsızlıq votumu ifadə etmək niyyətindədir.

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb
İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün prioritet hədəfidir.
"Nyukasl" müdafiəçinin transfer dəyərini 70 milyon 200 min avro qiymətləndirir.
Qeyd edək ki, L.Holl ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.
2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsinin bunun ən bariz nümunələrindən biri olduğu qeyd edilib. Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu vurğulanıb.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fil Dişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb.
"Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisinin 100 milyon və 115 milyon avroluq iki təklifini qəbul etməyib.
"Leyptsiq" hazırda futbolçu üçün 120 milyon avro tələb edir və əlavə bonuslarla bu məbləğ 135 milyon avroya çata bilər.
Qeyd edək ki, Y.Diomande 2025-ci ildən "Leyptsiq"də çıxış edir. O, 2025/2026 mövsümündə 36 matçda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalına görə dəyəri 90 milyon avro qiymətləndirilən futbolçunun klubla müqaviləsinin müddətinin bitməsinə hələ 4 il var. Vinger DÇ-2026-da keçirdiyi 4 qarşılaşmada 1 məhsuldar ötürmə edib.

PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb
Fransanın PSJ klubu Niderland təmsilçisi "Ayaks"ın vingeri Mika Qodtsun transferi ilə bağlı danışıqlara başlayıb.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 21 yaşlı belçikalı futbolçunun transferi 1-ci Liqanın digər təmsilçisi "Monako"nun vingeri Manes Akliuşun Paris təmsilçisinə ehtimal olunan keçidindən sonra reallaşa bilər.
M.Qodts ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub
Cənubi Afrika Respublikasının (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
O, yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.
Təcrübəli mütəxəssis 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edib. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya məğlub olub.
Qeyd edək ki, H.Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbə zamanı 74 yaş 75 günlüyündə olub və dünya çempionatlarında oyun qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.

İnfantino DÇ-2030-un tarixdə ən yaxşı çempionat olacağını bildirib
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2030-cu il dünya çempionatının tarixdə ən yaxşısı olacağına əminliyini ifadə edib.
"Report" xəbər verir ki, İnfantino bu barədə Mərakeşə səfəri zamanı bildirib.
"Mərakeşlilər öz milli komandasının uğurlarını sevinc və coşqu ilə qeyd edən ehtiraslı futbol azarkeşləridir", - İnfantino qeyd edib.
Onun sözlərinə görə, 2030-cu il dünya çempionatı tarixdə ən yaxşısı olacaq.
"O ən yaxşısı olacaq, çünki ən gözəl ölkələrin ən gözəli olan Mərakeşdə keçiriləcək. Yaşasın Mərakeş! Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm", - deyə "COPE" radiostansiyası FIFA rəhbərinin sözlərini çatdırıb.
2030-cu il dünya çempionatı Argentina, Paraqvay, Uruqvay, İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Bununla belə, turnirin əsas hissəsinə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək, Uruqvay, Argentina və Paraqvay isə ilk dünya çempionatının 100 illiyi şərəfinə bir start matçı keçirəcək.

NYP: FIFA dünya çempionatının hüquqlarının bir hissəsini satmaq ideyasından imtina edib
Beynəlxalq Futbol Federasiyası (FIFA) təşkilatın prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq ideyasından imtina edib.
"Report" xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qərar təşəbbüsün futbol funksionerləri tərəfindən kəskin tənqid edilməsindən sonra, eləcə də FIFA daxilindəki fikir ayrılıqları səbəbindən qəbul edilib.
Qəzetin mənbəyi qeyd edib ki, təşkilatda milli komandaları və klubları dünya futbolu gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən Avropa ölkələrinin mövqeyini lazımınca dəyərləndirməyiblər.
"Onlar bundan məmnun deyillər. Onlar heç bir halda bu qarışıqlıqda iştirak etməyə davam etmək istəmirlər", - "New York Post" mənbələrdən birinin sözlərini sitat gətirib.

"Şəfa" yoxlama oyununda "Araz-Naxçıvan"a qalib gəlib
"Şəfa" yoxlama oyununda "Araz-Naxçıvan"a qalib gəlib.
"Report" xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun yardımçı meydanında baş tutub.
"Şəfa" rəqibini 2:0 hesabı ilə məğlub edib.
Komandanın qollarını Musa Quel və İsmayıl Zülfüqarlı vurub.

"Turan Tovuz" Ankarada "Iğdır"ı minimal hesabla məğlub edib
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" bu gün yoxlama matçı keçirib.
"Report" xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyənin "Iğdır" klubu ilə qarşılaşıb.
I Liqa təmsilçisi ilə oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Jo Batista vurub.
Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin Ən Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

-
report.az
- AFFA Məşqçilər Komitəsinin üzvü: "Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"
AFFA Məşqçilər Komitəsinin üzvü: "Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"
"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem sabit qalır.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib:
"Dinamo" güclü rəqibdir. Ukraynada müharibə getdiyi üçün onlar ev oyunlarını Polşada keçirirlər, bu da azarkeş dəstəyi baxımından çətinlik yaradır. "Qarabağ"a gəldikdə, komanda hər 2-3 ildən bir yenilənir, lakin sistem sabit qalır. Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsinə düşməli və orada böyük üstünlüyə malik olmalıdır".
O, UEFA Çempionlar Liqasında yoluna davam edən "Sabah" komandasının çıxışına da toxunub:
"Sabah"dan öz oyununu nümayiş etdirməsini və irəliləməsini gözləyirəm. Böyük işlər görüblər və rahat futbol oynayırlar. İndi "Orhus" kimi daha güclü rəqiblə qarşılaşacaqlar. Məhz bu matçlarda komandanın əsl gücü bəlli olacaq. Düşünürəm ki, "Sabah" get-gedə daha yaxşı oyun nümayiş etdirəcək".
Qeyd edək ki, UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən məğlub olan "Qarabağ" yoluna UEFA Konfrans Liqasında davam edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.
"Sabah" isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Ağasəlim Mircavadov: "Neftçi" və "Zirə"nin mübarizəni dayandırması gözlənilməz oldu"
"Neftçi" və "Zirə"nin UEFA Konfrans Liqası ilə vidalaşması gözlənilməz olub.
Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Milli komandanın sabiq baş məşqçisi "Neftçi"nin Belarus təmsilçisi "Dinamo"ya (Minsk) iki oyunun nəticəsinə əsasən yenilərək mübarizəni dayandırmasına münasibət bildirib:
"Neftçi"nin "Dinamo" səddini daha rahat keçəcəyini düşünürdüm. Komanda ilk matçın əvvəlində komanda istəkli görünürdü və 2:0 hesabı ilə irəlidə idi. Deməzdim arxayınlıq var idi. Lakin sonradan oyunçularda hərəkətlilik dayandı, sanki beyinlə ayaq arasında əlaqə pozuldu. Heyət və büdcə baxımından "Neftçi" rəqibindən üstün olsa da, bunu meydanda göstərə bilmədi. "Dinamo" isə istəyinə çatdı. Cavab matçında qol epizodları olsa da, vəziyyəti dəyişmək mümkün olmadı. "Dinamo" komanda oyunu nümayiş etdirdi".
Mütəxəssis "Zirə"nin də mübarizəni dayandırmasının təəssüf doğurduğunu vurğulayıb:
"Zirə"nin də uduzacağına inanmırdım. Estoniya futbolu ilə Azərbaycan futbolu fərqlidir. Amma hiss olunur ki, onlar inkişaf edirlər. Baltikyanı ölkələrdə büdcə az olduğu üçün gənc futbolçular xaricə üz tuturlar. "Zirə" bu matçda qol vəziyyətlərindən istifadə edə bilmədi, buraxılan səhv ucbatından qapısında qol gördü və bu səbəbdən növbəti mərhələyə adlaya bilmədi. Həm "Zirə", həm də "Neftçi"nin mərhələ adlayacağını gözləyirdim".
Qeyd edək ki, UEFA Konfrans Liqasında "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" komandasına (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

Uruqvay millisinin hücumçusu Federiko Vinyas "Toluka"ya keçib
Uruqvay millisinin və "Leon" komandasının hücumçusu Federiko Vinyas "Toluka"ya (Meksika) keçib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu trannsfer üçün "Leon" klubuna 11,7 milyon avro ödənilib.
Qeyd edək ki, Federiko Vinyas Uruqvay millisinin heyətində DÇ-2026-da iştirak edib. 28 yaşlı hücumçu komandasının qrup mərhələsindəki hər üç oyununda meydana çıxıb.

"Çelsi"nin hücumçusu Liam Delap komandanı dəyişə bilər
İngiltərənin "Çelsi" klubunun hücumçusu Liam Delap yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.
"Report" "The i Paper"ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın xidmətində Premyer Liqanın digər təmsilçisləri - "Nottingem Forest", "Everton" və "Lids" klubları maraqlıdır.
"Nottingem Forest" hücumçu Kris Vuda rəqabət yarada biləcək oyunçu axtarır. Komandanın yeni baş məşqçisi Oliver Qlasner ingiltərəli forvardın keçidində maraqlıdır.
"Everton"un baş məşqçisi Devid Moyes də hücumçunun xidmətində maraqlı olduğu halda, "Lids" hücum xəttində rəqabəti artırmaq niyyətindədir.
"Çelsi" futbolçunu satmağa hazırdır və onun dəyərini 47 milyon avro qiymətləndirir.

Rəcəb Fərəczadə: "Çempionlar Liqasında hədəf ən azı 1/4 finala qədər irəliləməkdir"
"Aznur" minifutbol komandasının Çempionlar Liqasında hədəfi ən azı 1/4 finala qədər irəliləməkdir.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.
O, əvvəlki nəticələri yaxşılaşdırmaq istədiklərini vurğulayıb:
"Əvvəlki mövsümlərdə olduğu kimi, hədəfimiz bacardığımız qədər uzağa getməkdir. 2 il əvvəl 1/8 finalda məğlub olmuşduq. Ötən mövsüm isə həmin mərhələdə penalti seriyasında mübarizəni dayandırdıq. Əsas məqsədimiz ötənilki nəticəni daha da yaxşılaşdırmaq, ən azı 1/4 finala qədər irəliləməkdir".
Mütəxəssis heyətdəki dəyişikliklər barədə danışıb:
"Çempionlar Liqasında hələ ki rəqiblərimiz məlum deyil. Komandadan 5 nəfər ayrılıb, 4 yeni futbolçu gətirmişik. Yaxşı oyunçular transfer etdiyimizi düşünürəm. Ümid edirəm ki, komandaya köməkləri dəyəcək".
R.Fərəczadə təlim-məşq toplanışına başlanılmamalarının səbəbini açıqlayıb:
"Əslində hazırlığa iyulun sonu və ya avqustun əvvəlində start verməyi planlaşdırmışdıq. Lakin futbolçuların yarısından çoxu yay turnirində iştirak edir. Əlavə yüklənmə olmasın deyə "Aznur" məşqlərə başlamayıb. Yay mövsümü turniri avqustun ilk 10 günündə bitməlidir. Yarış yekunlaşan kimi, avqustun 10-dan hazırlığa start verməyi nəzərdə tuturuq".

-
report.az
- Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Azərbaycan avrokubokların ilk iki təsnifat mərhələsində bonuslar nəzərə alınmamaqla ən çox reytinq əmsalı toplayan iki ölkədən biri olub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, sözügedən mərhələlərdə 9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub.
Bu, ölkənin UEFA reytinqinə 2,625 əmsal əlavə edib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.
Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox əmsal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür.
Daha çox əmsala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa Liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 əmsalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.
2026/2027 mövsümündə bonuslar nəzərə alınmadan ən çox əmsal qazanan ölkələr:
Yer Ölkə Q H M X
1-2 Azərbaycan 9 3 2 2,625
Latviya 10 1 3 2,625
3 Estoniya 8 4 4 2,500
4 Finlandiya 7 3 4 2,125
5 Lixtenşteyn 2 0 0 2,000
Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:
Yer Komanda Q H M X
1 Sabah 4 0 0 1,000
2 Qarabağ 2 2 0 0,750
3 Zirə 2 1 1 0,625
4 Neftçi 1 0 1 0,250
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, "Qarabağ" UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, "Zirə" və "Neftçi" isə mübarizəni dayandırıb.

İngiltərə futbolunda diskriminasiyaya görə cəzalar sərtləşdirilib
İngiltərə futbolunda yeni mövsümdən etibarən diskriminasiya hallarına görə futbolçulara və məşqçilərə 10 oyunluq cəza veriləcək.
"Report" BBC-yə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) mövsümün başlamasından əvvəl matç iştirakçılarının ağırlaşdırıcı qayda pozuntularına görə sanksiyaları sərtləşdirib.
Qərar etnik mənşə, dəri rəngi, irq, milliyyət, din və ya əqidə, cins, cinsi orientasiya və əlilliklə bağlı hər hansı birbaşa və ya dolayısı ilə diskriminasiya hallarını əhatə edir.
Tənzimləyici komissiyalar belə hallarda minimum 10 matçlıq standart diskvalifikasiya tətbiq edəcəklər. Ağırlaşdırıcı hallar olduqda cəza müddəti daha da artırıla bilər. Yüngülləşdirici amillər nəzərə alındıqda isə cəza 6 oyundan az olmamaq şərtilə azaldıla bilər.
Analoji qayda pozuntusunun təkrarı zamanı isə daha ağır sanksiyaların nəzərdə tutulduğu bildirilib.

-
report.az
- Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb
Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb
Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.
İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.
Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib
"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.
O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.
F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi "Milan"da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.
İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.

UEFA reytinqi: Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib
Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
"Report"un məlumatına görə, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.
25-ci yerdə olan İsrail 22.125 əmsala malikdir.
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p.-4:5)) nəticəsinə əsasən məğlub olub. UEFA Konfrans Liqasında isə "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" klubuna (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

Qurban Qurbanov: "Futbolçularımız 120 dəqiqəlik oyuna tam hazır deyildilər"
"Qarabağ" komandasının futbolçuları 120 dəqiqəlik oyuna tam hazır deyildilər.
"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun biraz həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər".
Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.
Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Ukraynanın "Dinamo" (Kiyev) klubu olacaq.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.
"Dinamo" (Kiyev) isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.
Beləliklə, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Dinamo" (Kiyev) ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.

Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununa çıxıb, komandası qələbə qazanıb
"Neftçi"dən ayrılaraq Kiprin "Pafos" klubuna transfer olunan Murad Məmmədov yeni komandasında ilk rəsmi oyununa çıxıb.
"Report" xəbər verir ki, 20 yaşlı futbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirilən cavab görüşünün 82-ci dəqiqəsində meydana daxil olub.
Murad Məmmədov bu dəqiqədə İvan Şuniçi əvəzləyərək "Pafos"un heyətində rəsmi debütünü gerçəkləşdirib.
Qeyd edək ki, "Pafos" "Hayduk"u iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

"İnter" İngiltərə millisinin müdafiəçisi Con Stounzu transfer edib
İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, "İnter"ə azad agent statusunda qoşulub.
Stounz 2016-cı ilin yayından "Mançester Siti"də çıxış edirdi. Sözləşməsinin müddəti başa çatdığı üçün ötən mövsümün sonunda İngiltərə klubundan ayrılıb. Müdafiəçi Mançester təmsilçisinin heyətində bütün turnirlərdə 295 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
O, "şəhərlilər"lə altı dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə Kubokunu və Liqa Kubokunu, iki dəfə ölkə Superkubokunu, həmçinin bir dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
İngiltərə millisində 94 oyun keçirən Stounzun hesabında 3 qol və 4 məhsuldar ötürmə var. O, 2021 və 2024-cü il Avropa çempionatlarının ikiqat gümüş, 2026-cı il dünya çempionatının və 2019-cu il UEFA Millətlər Liqasının bürünc mükafatçısıdır.

Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da, top qapıdan keçmək istəmədi"
"Zirə" "Payde" ilə matçda çoxsaylı qol vəziyyətləri yaratsa da, topu qapıdan keçirə bilməyib.
"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından sonra mətbuat konfransında bildirib.
"Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Təəssüf ki, top qapıdan keçmək istəmirdi. Bəzən belə olur və nəticədə uduzduq. Rəqibi təbrik edirəm. Mərhələni keçməyə biz layiq idik, amma alınmadı",- deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırıb.

Tarmo Kink: "Payde"nin qələbəsində heç bir sirr yoxdur"
"Payde"nin qələbə qazanmasında heç bir sirr yoxdur.
"Report" xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı dəyərləndirib:
"Heç bir sirrimiz yoxdur. Kollektiv şəkildə qalib gəldik. Qələbə qazanmaq üçün döyüşmək lazım idi. Döyüşdük və buna nail olduq. III mərhələyə yüksəlmək özü bir tarixdir, ümumiyyətlə, Avropada mərhələ keçmək tarixdir. Düşünürəm ki, bununla kifayətlənməməli və irəli getməliyik".
Qeyd edək ki, "Zirə" - "Payde" oyunu 1:1 hesablı bərabərliklə bitib. İlk matçda 1:0 hesablı qələbə qazanan Estoniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

-
report.az
- Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6
Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.
"Report"un məlumatına görə, Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb - 0:0.
Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.
"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulacaq.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.
"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.
"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.
Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

"Qarabağ" Avropa Liqasında mərhələ adlayacağı təqdirdə "Makkabi" ilə qarşılaşacaq
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) məğlub edəcəyi təqdirdə növbəti raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.
"Report" xəbər verir ki, bu, İsrail təmsilçisinin II təsnifat mərhələsinin hər iki oyununda Moldovanın "Şerif" klubunu məğlub etməsindən (5:0, 1:0) sonra dəqiqləşib.
Bununla da "Makkabi" iki oyunun nəticəsinə əsasən 6:0 hesablı ümumi qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib və ÇSKA – "Qarabağ" cütünün qalibini gözləməyə başlayıb.
Qeyd edək ki, ÇSKA ilə "Qarabağ" arasında cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da Bolqarıstanda keçiriləcək. Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada hesab açılmayıb.

"Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-4
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" "Dinamo" (Minsk, Belarus) komandası ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
"Ağ-qaralar" səfərdə minimal hesablı qələbə qələbə qazanasa da, ilk görüşdə 2:4 hesabı ilə uduzduğundan mübarizəni dayandırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 1:0.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Beroe şəhər stadionunda keçirilir.
Görüşü şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib komanda 4:2 hesablı qələbə qazanıb.

Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
UEFA Avropa Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək Bolqarıstanın ÇSKA və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
ÇSKA: Fyodor Lapouxov, Pastor, Can-Filipp Qpamen, Brunu Jordan, Maks Ebonq, Stefano Sensi, Santyaqo Qodoy, Teodor İvanov, Anxelo Martino, İonnis Pittas, Serxio Rodriqes
"Qarabağ": Kochalski 2 Silva 4 Várkonyi 8 Janković 10 Zoubir 11 Sawo 20 Kady 21 Kashchuk 35 Pedro Bicalho 44 Jafarguliyev 55 C Bədavi Hüseynov
Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü bu gün saat 22:00-da "Vasil Levski" stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə hesab açılmayıb.

"Sumqayıt" yoxlama oyununda "Şamaxı"ya qalib gəlib
Azərbaycan Premyer Liqası təmsilçilərindən "Şamaxı" və "Sumqayıt" yoxlama oyununda üz-üzə gəliblər.
"Report" xəbər verir ki, qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.

UEFA-nın 55 üzvü FIFA-nın kommersiya hüquqlarının satışı planına qarşı çıxıb
UEFA-ya üzv olan bütün 55 milli futbol assosiasiyası FIFA prezidenti Canni İnfantinonun dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq təşkilatın turnirlərini boykot etmək qərarı qəbul edib.
"Report" xəbər verir ki, bu barədə UEFA-nın yaydığı bəyanatda bildirilib.
Məlumata görə, UEFA-nın 55 üzvü FIFA-nın dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi ilə bağlı təklifini yekdilliklə rədd edib.
Bəyanatda qeyd olunub ki, UEFA üzvləri futbolun əsas turnirlərinin idarəetməsi və kommersiya hüquqları üzərində nəzarətin futbol qurumlarında qalmasının vacibliyini vurğulayıb.

-
report.az
- "Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub - 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda qonaq komanda hesabı bərabərləşdirib - 1:1.
71-ci dəqiqədə Henri Anier adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk qol vurulub.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçı başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.
Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.

UEFA Konfrans Liqası: "Dinamo" və "Neftçi" komandalarının start heyətləri bəlli olub
UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Dinamo" (Minsk, Belarus) və "Neftçi" kollektivlərinin start heyətləri bəlli olub.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Dinamo": İvan Şimakoviç, Yevgeni Malaşeviç, Aleksandr Selyava, Karen Vardanyan, Aleksey İvanov, Abdul Aziz Ture, Vladislav Kalinin, Mustafa Cime, Abdullahi Favaz, Qleb Qurban, Artyom Sokolovski
"Neftçi": Emil Balayev, Rüfət Abbasov, Emin Mahmudov (k), İmad Faraj, Murad Xaçayev, İfeanyi Metyu, Qustavo Klisman, Lyubomir Tupta, Breno Almeyda, Endryu Qravilyon, Falaye Sako
Qeyd edək ki, "Dinamo" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Beroe şəhər stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqası: "Zirə" və "Payde" komandalarının start heyətləri açıqlanıb
UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Zirə" və Estoniyanın "Zirə" kollektivlərinin start heyətləri bəlli olub.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Zirə": Aydın Bayramov, Qismət Əliyev (k), Ruan Renato, İssa Cibrilla, Mutsinzi Anje, Vieyra, Quima, Brahim Konate, Ayxan Hüseynov, Davit Volkov, Eren Aydın.
"Payde": Ebrima Cardju, Mixael Lilander, Viktor Uqo, Nikita Baranov, Edqar Tur, Pamodu Sohna, Oskar Hiym, Martin Miller, Siim Luts, Abdurahman Badamosi, Daniel Luts
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü bu gün saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

"Fulhem" klubu "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferini tamamlayıb
İngiltərənin "Fulhem" klubu İspaniya təmsilçisi "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferini tamamlayıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu 22 yaşlı ispaniyalı futbolçu üçün sabit məbləğ olaraq 40 milyon avro, həmçinin potensial bonuslar şəklində 2 milyon avro ödəyəcək. "Real" öz akademiyasının yetirməsinin gələcəkdə mümkün satışından 30 % əlavə gəlir də əldə edəcək.
Xatırladaq ki, Qonsalo Qarsiyanın "Real"la 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi qüvvədədir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 matç keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Yuventus" Kerim-Sem Alaybeqoviçin transferini razılaşdırıb
İtaliyanın "Yuventus" klubu "Bayer 04"ün (Almaniya) hücumçusu Kerim-Sem Alaybeqoviçin transferi ilə bağlı razılıq əldə edib.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, keçidin ümumi dəyəri bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edəcək.
Məbləğin 33 milyon avrosu sabit ödəniş, 2 milyonu isə müxtəlif bonuslar şəklində nəzərdə tutulub.
Bosniya və Herseqovinadan olan futbolçu 2025-ci ilin yayında "Bayer 04"ün gənclər komandasından "Zaltsburq"a (Avstriya) keçib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 44 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib,. Bundan sonra Almaniya təmsilçisi hücumçunu geri alıb.
Qeyd edək ki, Kerim-Sem Alaybeqoviç DÇ-2026-da milli komandasının heyətində keçirdiyi 4 matçda 1 qolla yadda qalıb.

Braziliyalı keçmiş futbolçu Tassio Maya dos Santos divarın uçması nəticəsində həlak olub
Braziliyanın "Botafoqo" klubunun keçmiş futbolçusu Tassio Maya dos Santos Rio-de-Janeyroda divarın uçması nəticəsində 41 yaşında faciəvi şəkildə həlak olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Santa-Tereza rayonunda baş verib.
Küləyin sürətinin saatda 90 kilometri keçməsi divarın aşmasına səbəb olub.
Qeyd edək ki, 2019-cu ildə karyerasını başa vuran sabiq futbolçu Braziliya, Portuqaliya, Kipr, Cənubi Koreya, Yunanıstan, Bolqarıstan, Çin, BƏƏ və Kosta-Rikada ümumilikdə 27 klubun formasını geyinib.

"Çelsi" Maksens Lakruanın transferini rəsmiləşdirib
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferini rəsmiləşdirib.
"Report" London klubuna istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
2024-cü ildən "Kristal Pelas"da oynayan Lakrua bu müddətdə bütün turnirlərdə 98 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, komandanın heyətində İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.
Futbolçu daha əvvəl Fransanın "Soşo" və Almaniyanın "Volfsburq" klublarının da formasını geyinib.

Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib
Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.
Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.
Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

-
report.az
- Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minifutbol Federasiyasından bildirilib.
"Zirə" və "Birbaşa Bakı" klublarının Çempionlar Liqasında oynayacağı dəqiqdir. "Aznur"un da sözügedən turnirə qatılmaq ehtimalı var. Bu məsələ Avropa Minifutbol Federasiyasının reytinqlə bağlı qərarından sonra dəqiqləşəcək. Komandaların sıralamadakı yeri açıqlandıqdan sonra "Aznur"un Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda çıxış edəcəyi bəlli olacaq.
Federasiyadan minifutbol üzrə Azərbaycan çempionatının oktyabrın ilk həftəsində başlanılmasının planlaşdırılıdığı da bildirilib.
Qeyd edək ki, ötən il Azərbaycan çempionatının qalibi "Zirə" olub. "Birbaşa Bakı" ikinci, "Aznur" isə üçüncü pilləni tutub.

UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" (Danimarka) matçının hakimləri müəyyənləşib.
"Report" UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.
Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

"Latsio"nun futbolçusu Lorentso Kalvani "Milan"a keçib
"Latsio"nun 18 yaşlı sol cinah müdafiəçisi Lorentso Kalvani "Milan"ın heyətinə cəlb olunub.
"Report" Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Sözləşmədə müddətin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. İtaliyalı futbolçu "Milan"ın gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, L.Kalvani 2025/2026 mövsümündə "Latsio"nun gənclər komandasında 34 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib və 3 sarı varaqə alıb.

PSJ "Monako"nun yarımmüdafiəçisi Manes Akliuşu transfer etmək üçün danışıqlar aparır
Fransanın PSJ klubu "Monako"nun yarımmüdafiəçisi Manes Akliuşun transferi ilə bağlı danışıqlar aparır.
"Report" jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədir.
Tərəflər detalları razılaşdıran kimi 24 yaşlı futbolçu PSJ-yə keçəcək. M.Akliuş 2017-ci ildən "Monako"dadır, əsas komandada isə 2022-ci ildən çıxış edir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 43 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Dəyəri 50 milyon avro olaraq qiymətləndirilən fransalı oyunçunun "Monako" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

"Kəpəz" Rafael Məhərrəmlini heyətinə qatıb
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
"Report"un məlumatına görə, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.
26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq "Şamaxı"da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.

Lionel Messinin "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin idman sahəsindəki nailiyyətlərinə görə layiq görüldüyü "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub.
"Report" "Diario De Navarra"ya istinadən xəbər verir ki, "Change.org" platformasının istifadəçiləri bununla bağlı "Asturiya Şahzadəsi Fondu"na 30 petisiya ünvanlayıblar.
Müraciət müəlliflərinin fikrincə, 38 yaşlı futbolçu DÇ-2026-nın İspaniya ilə final matçında (0:1) və mükafatlandırma mərasimində idman etikasına zidd davranıb. Petisiyalarda Argentina yığmasının kapitanı kimi hücumçunun hörmət və ədalətli oyun prinsiplərinə riayət etməli olduğu diqqətə çatdırılıb. Mükafatın geri alınmasının bu titula olan inamı bərpa edəcəyi vurğulanıb.
Həmçinin qarşılaşmadan sonra baş verən insidentlə bağlı FİFA tərəfindən intizam araşdırmasına başlanılıb.
Qeyd edək ki, L.Messi 12 ölkədən olan 27 namizədi üstələyərək 2026-cı ildə idman sahəsində "Asturiya Şahzadəsi" beynəlxalq mükafatına layiq görülüb. Təcrübəli futbolçu karyerası ərzində 8 dəfə "Qızıl top"un, "Barselona"nın heyətində 10 dəfə İspaniya çempionatının, 4 dəfə UEFA Çempionlar Liqasının, PSJ ilə 2 dəfə Fransa çempionatının qalibi olub.
O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionatının, 2008-ci ildə isə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

UEFA Avropa Liqası: "Qarabağ" Bolqarıstanda ÇSKA ilə qarşılaşacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.
Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan klublarından "Zirə" və "Neftçi" də cavab matçına çıxacaq.
"Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
"Neftçi" isə Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.
Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.

"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, "bayquşlar" bu raundda "Orhus" (Danimarka) komandası ilə üz-üzə gələcək.
Danimarka təmsilçisi II təsnifat mərhələsində Polşanın "Lex" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 4:1 hesablı qələbə qazanan "Lex" cavab görüşündə eyni hesabla məğlub olduğu üçün ümumi hesab bərabərləşib.
Qalib penaltilar seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Orhus" (4:3) növbəti mərhələyə yüksələrək "Sabah"a rəqib olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. "Sabah" ilk matçını səfərdə keçirəcək.

Yuri Vernidub: "Nəyə qadir olduğumuzu göstərmək istəyirik"
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək "Dinamo" (Minsk) – "Neftçi" matçında komandanın var gücü ilə oyanacağını deyib.
"Report" xəbər verir ki, o, ilk oyundan sonra klubun psixoloji zərbə aldığını gizlətməyib.
"Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik", - Vernidub bildirib və meydana çıxıb sonadək vuruşacaqlarını əlavə edib.
"Neftçi" kollektivi sabahkı oyunu gözləyir: "Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar".

Qurban Qurbanov: "ÇSKA komandası cavab qarşılaşması üçün iddialı və həvəslidir"
Bolqarıstanın ÇSKA (Sofiya) komandası "Qarabağ"a qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün çox iddialıdır.
"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
"Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb
"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Bu barədə "Report"a Bakı klubundan məlumat verilib.
20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.
A.Maluda ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.

Tarmo Kink: "İlk qarşılaşmada "Zirə"nin bizdən üstün çıxış etdiyini söyləmək doğru olmaz"
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində - "Payde" (Estoniya) və "Zirə" komandaları arasında keçirilən ilk görüşdə Azərbaycan təmsilçisinin üstün oyun nümayiş etdirdiyini söyləmək olmaz.
"Report" xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink tərəflər arasında baş tutacaq cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
O, "Zirə"nin ciddi rəqib olduğunu bildirib:
"Qarşıdakı görüşün asan keçəcəyini düşünmürük. Bununla belə, mərhələni uğurla başa vurmaq üçün nə etməli olduğumuzu bilirik. Məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoyaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır. İlk qarşılaşmada rəqibin bizdən üstün çıxış etdiyini söyləmək düzgün olmaz. Əksinə, oyunun böyük hissəsində təşəbbüs bizim tərəfdə idi və rəqibə ciddi təzyiq göstərirdik".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

İqor Ponomaryov: "Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir"
"Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.
Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) matçı dəyərləndirib:
"Komandamız çox yaxşı oyun göstərdi. Hiss olunurdu ki, rəqib oyuna çox yaxşı hazırlaşıb. İlk hissədə "KuPS" həqiqətən yaxşı çıxış etdi. Kənardan baxanda görünürdü ki, xüsusilə ilk hissədə futbolçularımıza süni örtüklü meydan müəyyən çətinlik yaradır".
O, ilk qoldan sonra durumun dəyişdiyini söyləyib:
"Komanda özünü daha rahat hiss etməyə başladı. Bunun nəticəsi olaraq sürətli əks-hücum zamanı daha bir qol vurduq. Oyuna gəlib komandamızı tribunadan dəstəkləyən bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, stadionda olmasalar da, bizi izləyən və komandamıza azarkeşlik edən hər kəsə minnətdaram. İndi isə diqqətimizi növbəti oyuna yönəltməli və unutmamalıyıq ki, biz istənilən rəqiblə mübarizə aparmağa qadirik".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edib.

"Zirə" – "Payde" matçının biletləri sabah satışa çıxarılacaq
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.

İngiltərə millisinin futbolçusu Cordan Henderson "Brentford"dan ayrılıb
İngiltərə millisinin dayaq yarımmüdafiəçisi Cordan Henderson "Brentford" klubundan ayrılıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
36 yaşlı futbolçu 2025-ci ilin iyulunda "Ayaks"dan azad agent kimi London təmsilçisinə keçib və ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb.
Təcrübəli oyunçunun karyerasını "Çelsi"də davam etdirəcəyi gözlənilir. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında biləyi sındığı üçün müalicəsini davam etdirir.
Qeyd edək ki, C.Henderson karyerasının böyük hissəsini "Liverpul"da keçirib. O, bu klubun heyətində 492 matçda 33 qol vurub və 58 məhsuldar ötürmə edib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev çimərlik futbolu millisinin üzvləri ilə görüşüb
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçi heyəti və futbolçuları iştirak ediblər.
Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib milliyə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.

-
report.az
- Mirbağır İsayev: "Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub"
Mirbağır İsayev: "Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub"
"Qarabağ" kimi, "Sabah" da avrokuboklarda sözünü deyən komandaya çevrilib.
Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Mirbağır İsayev deyib.
O, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"u hər iki oyunda məğlub etməsi barədə danışıb:
"Sabah" Azərbaycan klubları arasında hazırda ən sabit və baxımlı futbol nümayiş etdirən komandadır. Ötən mövsüm Premyer Liqadakı çıxışı ilə də bunu sübut etmişdi. Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub. Bu, çox sevindirici haldır. Komanda hazırda çox sürətli və inamlı futbol oynayır. Bu gedişatın "Sabah"ı Çempionlar Liqasının əsas mərhələsinə aparıb-aparmayacağını deyə bilmərəm. Lakin onlar ən pis halda Konfrans Liqasının Liqa mərhələsində çıxış edəcəklər. Düşünürəm ki, komanda burada uğur əldə edəcək. Lakin hadisələri qabaqlamayaq, "Sabah" bir qədər də irəli gedə bilər".
O, "KuPS"la matçda tərəflərin ilk hissədə bərabər oyun sərgilədiyini, lakin ikinci yarıda "Sabah"ın üstünlüyü ələ aldığını bildirib:
"Sabah"ın oyununu çox bəyənirəm. Ürəyimcə olmayan tək məqam odur ki, qol fürsətlərini çox boşa verirlər. Səfər matçında da bunu gördük, evdəki qarşılaşmada da eyni ssenari yaşanmışdı. Əslində, "Sabah" Bakıdakı qarşılaşmada cütün taleyini həll edə bilərdi".
M.İsayev "Sabah"ın III təsnifat mərhələsindəki potensial rəqibləri olan "Orhus" (Danimarka) və "Lex" (Polşa) komandalarını da dəyərlənidirib:
"İlk matçda "Lex" 4:1 hesablı qələbə qazanıb. Böyük ehtimalla rəqib "Lex" olacaq. "Sabah"ı bu komandadan zəif hesab etmirəm. Sadəcə, gözləyərək, rəqib dəqiqləşsin. "Orhus" da mübariz komandadır".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edib (1:0, 2:0).

"Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb
2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək hüququ qazanan "Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

-
report.az
- "Zirə"nin futbolçusu Ruan Renato: "Payde" ilə Estoniyada keçirilən oyunda üstün tərəf biz idik"
"Zirə"nin futbolçusu Ruan Renato: "Payde" ilə Estoniyada keçirilən oyunda üstün tərəf biz idik"
"Zirə" "Payde" ilə Estoniyada keçirdiyi oyunda üstün tərəf olub.
"Report"un məlumatına görə, bunu komandanın futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.
O, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:
"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki üstün tərəf biz idik. Bu dəfə ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik"
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Rəşad Sadıqov: "Payde" ilə matçda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik"
"Zirə" "Payde" ilə matçda mərhələni keçmək üçün əlindən gələni edəcək.
"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) cavab matçından öncə mətbuat konfransında bildirib.
O, matça hazırlıqları dəyərləndirib:
"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə udizmişuq. Əlimizdən gələni edəcəyik ki mərhələni keçən tərəf biz olaq".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Braziliyanın Ali İdman Məhkəməsi futbolçuya qeyri-adi cəza tətbiq edib
Braziliyanın Ali İdman Məhkəməsi (STJD) "İnternasional"ın müdafiəçisi Viktor Qabrieli "Kruzeyro"nun hücumçusu Qabriel Peki zədələdiyinə görə futbolçu tam sağalanadək yarışlardan kənarlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə "The Touchline" portalı məlumat yayıb.
Hadisə komandalar arasında keçirilən görüşün 58-ci dəqiqəsində baş verib. Viktor Qabriel rəqib futbolçuya qarşı kobud müdaxiləyə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə Qabriel Pekin baldır sümüyü sınıb. Hücumçu əməliyyat olunub və onun bərpa prosesinin 3-4 ay davam edəcəyi gözlənilir.
STJD qərarında bildirib ki, intizam qaydalarında nəzərdə tutulan 1-6 oyunluq diskvalifikasiya zədənin ağırlığını nəzərə alaraq kifayət etmir. Bu səbəbdən Viktor Qabrielin cəzasının Qabriel Pek tam sağalana qədər qüvvədə qalmasına qərar verilib. Bununla yanaşı, müdafiəçinin diskvalifikasiya müddəti maksimum 180 gün ola bilər.
Qeyd edək ki, qarşılaşma "Kruzeyro"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

-
report.az
- Eldəniz Yusubov: "Bakı və Sumqayıtdakı stadionlarla bağlı müraciətimizə müsbət cavab ala bilmədik"
Eldəniz Yusubov: "Bakı və Sumqayıtdakı stadionlarla bağlı müraciətimizə müsbət cavab ala bilmədik"
Yeni mövsümdə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək "Araz-Naxçıvan" Bakıda və Sumqayıtda yerləşən arenalarla bağlı müraciətinə müsbət cavab ala bilməyib.
Bunu "Report"a açıqlamasında klubun icraçı direktoru Eldəniz Yusubov deyib.
O, əvvəllər istifadə etdikləri "Liv Bona Dea Arena"nın təmirə bağlandığı üçün müxtəlif variantları dəyərləndirdiklərini diqqətə çatdırıb:
"Liv Bona Dea Arena" təmirə bağlandığından oradan istifadə etmək mümkün deyil. Bakı və Sumqayıt şəhərlərindəki stadionların rəhbərlikləri ilə danışıqlar apardıq. Müsbət cavab ala bilmədiyimiz üçün ən optimal variant kimi Qəbələ şəhər stadionunu seçdik".
İcraçı direktor Naxçıvan şəhər stadionunun təmir olunması məsələsinin gündəmdə qaldığını vurğulayıb:
"Naxçıvandakı stadionun təmiri ilə bağlı ciddi müzakirələr gedir. Yəqin ki, növbəti mövsümdən sonra bu bizim üçün əsas məsələ olacaq. Əslində bu məsələ həmişə gündəmdə olub, sadəcə, müəyyən səbəblərdən proses gecikib. Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik ki, növbəti mövsümlərdə belə çətinlik yaranmasın".
E.Yusubov kollektivin hazırlıq prosesini Bakıda keçirəcəyini sözlərinə əlavə edib:
"Məşqlər üçün Bakı Olimpiya Stadionunun təbii örtüklü ehtiyat meydanından istifadə edirik. Bu stadionla müqaviləmiz var. Ev oyunlarından bir gün əvvəl Qəbələyə yola düşəcəyik. Matçdan dərhal sonra isə geri qayıdacağıq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.

Neymar Braziliya millisində karyerasını başa vurub
"Santos"un hücumçusu Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.
"Report" xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib.
"Düşünürəm ki, Braziliya milli komandasındakı tarixim başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram", - futbolçu vurğulayıb.
Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya milli komandasının yeganə qolunu Neymar vurub.
Xatırladaq ki, 2010-cu ildən yığmada çıxış edən forvard keçirdiyi 130 matçda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. Komanda tarixinin ən yaxşı bombardiri olan Neymar Braziliya yığması ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qalibi olub.

-
report.az
- ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Qarabağ"la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur"
ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Qarabağ"la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur"
Bolqarıstanın ÇSKA (Sofiya) klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyil.
"Report" xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev sözügedən matçdan öncə baş tutan mətbuat konfransında bildirib.
O, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:
"İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. "Qarabağ" keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı təhlil etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsəd dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın üstün cəhətləri kifayət qədərdir. Top bizdə oarkən futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar".
Mütəxəssis komandada özünəinamın yüksək olduğunu vurğulayıb:
"Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandası ilə bağlı AFFA-ya müraciət edib
"Araz-Naxçıvan"ın əvəzedicilərdən ibarət komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirmək istədiyi stadion bəlli olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.
Komandanın ev matçlarının Binə stadionunda təşkili üçün AFFA-ya müraciət olunub.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib.
Bu barədə "Report"a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
"Report" xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.
25-ci yerdəki İsrailin 21.500 əmsalı var.
UEFA reytinqində İngiltərə (101.852) liderdir.
Qeyd edək ki, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanması Azərbaycanın əmsalını artırsa da, mövqeyinə təsir etməyib.

UEFA FIFA-nı kommersiya hüquqlarını investorlara satmaq planlarına görə qınayıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatındakı kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ehtimalını pisləyib.
"Report"un məlumatına görə, təşkilat "X" sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.
Məlumatda ittifaq dünya çempionatında payın satılması planları barədə yayılan xəbərləri futbolun rəhbər orqanlarının "heç vaxt keçməməli olduğu" "qırmızı xəttin keçilməsi" adlandırıb. UEFA təkcə milli assosiasiyaları deyil, eyni zamanda liqaları, klubları, oyunçuları, azarkeşləri, hökumətləri və bütün maraqlı tərəfləri vəziyyətə son dərəcə ciddi yanaşmağa çağırıb.
Bəyanatda vurğulanır ki, xüsusilə də sövdələşmədən kimin maliyyə faydası əldə edəcəyi ilə bağlı şəffaflığın olmadığı bir vaxtda, "futbolun ruhu və idarəetmə sistemi dəyişdirilə bilən əmtəə deyil". İttifaq əlavə edib ki, heç bir orqan "futbolun sahibi deyil" və FIFA-nın "onu satmaq hüququ yoxdur".
Daha əvvəl "The Telegraph" nəşri xəbər vermişdi ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatındakı payın özəl investorlara satılmasını nəzərdən keçirir.
Bununla yanaşı, "Sky" telekanalı qeyd edir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) tərkibinə daxil olan milli federasiyaların nümayəndələri FİFA rəhbərinin təşəbbüsü ilə razılaşmadıqlarını müzakirə etmək üçün bu həftə təcili iclas keçirəcəklər.
Qeyd olunur ki, müvafiq planlar FIFA prezidenti Canni İnfantinonun təşkilatı necə idarə etməsi ilə bağlı UEFA-da yeni qəzəb dalğasına səbəb olub. Mənbənin məlumatına görə, əgər Beynəlxalq Futbol Federasiyasının rəhbəri öz niyyətindən əl çəkməsə, UEFA üzvləri dünya çempionatlarını boykot etmək kimi sərt hədəyə əl ata bilərlər.
Bu xəbərlər fonunda Böyük Britaniyanın Baş naziri Endi Börnhem də kəskin tənqidlə çıxış edib.
"İcazə verin, fikrimi aydın ifadə edim. Futbol investorlara məxsus deyil. O, tribunaları dolduran və hər həftə istənilən hava şəraitində meydançanın kənarında duran insanlara məxsusdur. Dünya çempionatı əmtəə deyil. Bu, idman dünyasında ən böyük yarışdır. Və heç kimin onu satmağa haqqı yox idi. Bu sövdələşməni necə istəyirsiniz adlandırın, ancaq oyunun heç olmasa bir hissəsini satan kimi onun əsl mahiyyətinə xəyanət etmiş olursunuz. Futbol azarkeşlərə məxsusdur. Belə olub və həmişə belə olacaq", - deyə Britaniya hökumətinin rəhbəri "X"də yazıb.

-
report.az
- "Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda olub
"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda olub
"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edərək (1:0, 2:0) III təsnifat mərhələsinə yüksəlib.
Bununla da "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının hansı liqa mərhələsində çıxış edəcəyi növbəti iki təsnifat mərhələsinin nəticələrindən sonra dəqiqləşəcək.
Qitəmiqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən "Sabah" bu uğura avrokuboklardakı 4-cü mövsümündə imza atıb.
Bunadək Azərbaycan futbolunda yalnız üç komanda – "Neftçi", "Qarabağ" və "Qəbələ" qitə kuboklarının əsas mərhələsində çıxış edib. Həmin klublar birlikdə 15 dəfə bu uğuru təkrarlayıblar.
"Neftçi" – 1 dəfə
UEFA Avropa Liqası – 2012/13
"Qarabağ" – 12 dəfə
UEFA Avropa Liqası – 2014/15
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
UEFA Çempionlar Liqası – 2017/18
UEFA Avropa Liqası – 2018/19
UEFA Avropa Liqası – 2019/20
UEFA Avropa Liqası – 2020/21
UEFA Konfrans Liqası – 2021/22
UEFA Avropa Liqası – 2022/23
UEFA Avropa Liqası – 2023/24
UEFA Avropa Liqası – 2024/25
UEFA Çempionlar Liqası – 2025/26
"Qəbələ" – 2 dəfə
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
"Sabah" – 1 dəfə
Avrokuboklar - 2026/27

"Sabah" avrokuboklarda 10-cu qələbəsini qazanıb
"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. "Sabah" ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.
"Sabah"ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Sabah" ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

-
report.az
- Valdas Dambrauskas: "Sabah" klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"
Valdas Dambrauskas: "Sabah" klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"
Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib.
Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:
"Komandanı, azarkeşləri, rəhbərliyi və Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə adlaması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. "KuPS" azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər".
O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:
"İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nə etməli olduğumuz barədə müzakirə apardıq və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha üstün oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün məmnunam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" "KuPS"u iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.

"Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən mübarizədən kənarlaşdıran "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
"Report" xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.
"Sabah" həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.

Kukurelya vəd etdiyi döyməni qoluna vurdurub
İspaniya millisinin müdafiəçisi Mark Kukurelya futbol üzrə dünya çempionatındakı qələbədən sonra qoluna milli komandanın baş məşqçisi Luis de la Fuentenin üzü əks olunan döymə vurdurub.
"Report" xəbər verir ki, futbolçu müvafiq fotonu özünün "Instagram" səhifəsində paylaşıb.
"Vədə əməl olundu", - oyunçu paylaşımda yazıb.
Döymə ağ-qara çalarlarda işlənib: Fuente başa çatmış turnirin loqosu fonunda Dünya Kubokunu əlində tutur. Futbolçu bu barədə planını əvvəl bildirmişdi.
Qeyd edək ki, iyulun 19-da futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.
2024-cü ildə keçirilən Avropa çempionatı zamanı müdafiəçi bildirmişdi ki, əgər İspaniya millisi turnirdə qalib gələrsə, saçlarını qırmızı rəngə boyayacaq. Finalda ingilislər üzərində qələbədən sonra o, verdiyi sözə əməl etdi.

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB-4
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.
Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 2:0.
Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.
53-cü dəqiqədə Velko Simiç fərqlənib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ikinci hissəyə start verilib.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.
"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.

Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin edilib
Roberto Mançini İtaliyanın futbol üzrə milli komandasının baş məşqçisi təyin edilib.
"Report" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
61 yaşlı mütəxəssis 2018-2023-cü illərdə də ölkəsinin yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, Roberto Mançini ötən mövsüm Qətərin "Əl-Sədd" komandasına rəhbərlik edib.

"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb
Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol "Mançester Siti" klubu ilə yeni 5 illik müqavilə imzalayıb.
"Report" Mançester təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.
Həm mərkəzdə, həm də sol cinahda çıxış edən xorvatiyalı oyunçu 2023-cü ilin yayında Almaniyanın "Leyptsiq" klubundan İngiltərə təmsilçisinə keçib.
O, indiyədək "şəhərlilər"in heyətində keçirdiyi 122 matçda 13 qol vurub. Müdafiəçi bu müddətdə İngiltərə Premyer Liqası və Kuboku, İngiltərə Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkuboku daxil olmaqla 6 titul qazanıb.
Qeyd edək ki, Y.Qvardiol Xorvatiya millisində 52 oyuna çıxıb, həmçinin DÇ-2026-da iştirak edib.

AFFA "İmişli" klubunun akademiya məşqçiləri üçün maarifləndirici təlim keçirib
AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.
"Report" quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.
Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.
Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.
Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.
Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.
AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə bu kimi maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.

"Araz-Naxçıvan" Premyer Liqanın 2026/2027 mövsümündə rəqiblərini Qəbələdə qəbul edəcək
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 2026-2027-ci illər mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirirdi.

-
report.az
- PFL prezidenti Elxan Səmədov Superliqanın baş katibi Darko Ramovsla Serbiyada görüşə bilər
PFL prezidenti Elxan Səmədov Superliqanın baş katibi Darko Ramovsla Serbiyada görüşə bilər
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Serbiya Superliqasının baş katibi Darko Ramovsla səfərdə görüşə bilər.
Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasınım texniki-idman direktoru Elgiz Abbasov bildirib.
O, Darko Ramovsun Azərbaycana səfər çərçivəsində PFL-in qonağı olmasından və görüşün detallarından danışıb:
"Təbii ki, qonağın vəzifəsindən irəli gələrək əsas müzakirə predmeti yerli liqalar, təşkilatçılıq, struktur, azarkeş marağı, infrastruktur oldu. Diqqətçəkən məqamlardan biri Darko Ramovsun Serbiyadakı bəzi klubların sırf Avropaya futbolçu satışı sayəsində ayaqda qalmaları yönündə dedikləri idi. Ramovs Azərbaycan futbolu ilə bağlı da xoş sözlər dedi. "Qarabağ", "Sabah", "Zirə" kimi klubların beynəlxalq arenada çıxışının təsadüf olmadığını vurğulayan qonaq bu sayın artacağına əminlik ifadə etdi".
Qurum rəsmisi əlavə edib ki, görüş zamanı Serbiya Superliqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında əməkdaşlıq və perspektivlər müzakirə olunub:
"Darko Ramovs Azərbaycan futboluna uğurlar arzuladı. Bu tip görüşlərin gələcəkdə Serbiyada da baş tuta biləcəyi vurğulandı".
Qeyd edək ki, Elxan Səmədov dörd gün öncə Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.

Ayxan Abbasov: "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır"
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Finlandiya təmsilçisi "KuPS" ilə oynayacaq "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, Bakıdakı ilk matçda "Sabah"ın rəqibindən fəal təsir bağışladığını xatırladıb:
"İlk görüşü izlədim, "Sabah"ın üstün oyunu nəzərə çarpırdı. Təəssüf ki, əlverişli imkanlardan istifadə edə bilmədilər. "KuPS" "Sabah"ın ilk rəqibindən fərqləndiyini göstərdi. Sistematik futbola üstünlük verən komandadır. Qol vəziyyətlərindən yararlana bilməsələr də, oyundan qopmurlar və öz vaxtlarını gözləyirlər. Topa sahibolmada və mövqe hücumlarında sonluğu gətirə bilirlər. Səfərdə bunu edə bildilərsə, evdə azarkeşləri qarşısında daha effektli ola bilərlər".
A.Abbasov "Sabah"ın yenə qol imkanları yaxalayacağını qeyd edib:
"İlk matçda "Sabah" yaxşı hücumlar etdi, qol şansları oldu. Deməli, həmin boşluqları yenə tapmaq mümkündür. Çempionlar Liqasında zəif rəqib yoxdur, hər bir komanda öz ölkəsinin çempionudur. Mübarizə yüksək səviyyədə olmalı, diqqətli davranılmalıdır. İnanıram ki, "Sabah" bu turu keçəcək. Çünki bu, vacibdir. "Sabah" Çempionlar Liqasında təcrübə qazanır, ilk ilidir. Hər oyun onlar üçün böyük sınaqdır. Ümidimiz böyükdür. Çünki "Sabah" hazırda ölkədə ən yaxşı formada olan kollektivdir".
Qeyd edək ki, "KuPS" - "Sabah" matçı bu gün, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi stadionunda start götürəcək.

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub
Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.
"Report"un məlumatına görə, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.
Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.
Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.

"Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb
"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.
"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo verdeli futbolçu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025 mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024 mövsümlərində ölkə kubokunu qazanıb.
"Köhlən atlar"ın 2023-2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan oyunçu 2022/2023 və 2024/2025 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023 mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. O, "Qarabağ"da keçirdiyi 213 matçda 60 qol vurub.
Andrade "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə futbolçudur.

Lukaku dünya çempionatlarında Belçika millisinin ən məhsuldar oyunçusu olub
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.
"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.
O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (beş qol) geridə qoyub.
Xatırladaq ki, Belçika millisi beş xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.

Rudi Qarsiya: "Kənardan gələn fikirlər motivasiya mənbəyimiz deyil"
Belçika millisi haqqında kənardan deyilən sözlər komanda üçün motivasiya mənbəyi deyil.
"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Rudi Qarsiya açıqlama verib.
Mütəxəssis Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Hazırda heç nəyə nail olmamışıq. Sadəcə, növbəti mərhələyə vəsiqə qazanmışıq. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Amma ilk növbədə bugünkü qələbəyə sevinəcəyik. Daha sonra diqqətimizi növbəti görüşə yönəltməliyik. Mən heç vaxt kənardan edilən açıqlamaları motivasiya vasitəsi kimi qəbul etmirəm. Ən vacib olan komandamızın daxilindəki inamdır".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

-
report.az
- İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"
İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"
İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda heç-heçə (1:1) başa çatan matçdan sonra fikirlərini bölüşüb:
"Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına təsir göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

-
report.az
- Misir millisinin baş məşqçisi Husam Hasan: "Pley-offa vəsiqə qazanmağımız tarixi nəticədir"
Misir millisinin baş məşqçisi Husam Hasan: "Pley-offa vəsiqə qazanmağımız tarixi nəticədir"
Futbol üzrə millisinin dünya çempionatında pley-offa vəsiqə qazanması tarixi nəticədir.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Husam Hasan açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda İranla heç-heçə etdikləri (1:1) matçdan sonra fikirlərini bölüşüb:
"Komandamızın qrupdan çıxması tarixi nəticədir. İlk dəfə dünya çempionatlarında bunu bacardıq. Oyunçularımla fəxr edirəm. Son matçımız çətin alındı. Amma xarakter göstərdik. İndi bütün diqqətimizi Avstraliya ilə pley-off oyununa yönəldəcəyik".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.
"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.
"In Gernot Langes" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.

DÇ-2026: Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatıb
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 28 komanda pley-offa vəsiqəni rəsmiləşdirib.
"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana 1/16 finalda oynamaq hüququ qazanıblar.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Misir - İran oyununun ən yaxşı fubolçusu Ramin Rezaeyan olub
Futbol üzrə dünya çempionatında Misir və İran yığmaları arasında keçirilən G qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, asiyalıların heyətində Ramin Rezaeyan oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada komandasının bərabərlik qolunu vurub.

Leandro Trossard Yeni Zelandiya - Belçika matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol üzrə dünya çempionatında Yeni Zelandiya və Belçika yığmaları arasında keçirilən G qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Leandro Trossard oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu komandasının 5:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib.

Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"
Səudiyyə Ərəbistanı millisinin dünya çempionatındakı yolu onlar üçün yaxşı təcrübə olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Yorqos Donis Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis komandasının qol vəziyyətləri yaratmaqda problemlər yaşadığını bildirib:
"Hücumlar qurmaqda çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.
"Bu, istədiyimiz nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı bu cür çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu və onlara təşəkkür edirəm".
Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Bubista: "Kabo Verde olaraq sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil"
Kabo Verde millisi fubolun tək böyük ölkələr üçün olmadığını sübut edib.
"Report" xarici mediaya isitnadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Bubista Səudiyyə Ərəbistanı yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis tarixlərində ilk dəfə qatıldıqları mundialda əldə etdikləri uğurlu nəticə barədə danışıb:
"Bu uğur təkcə Kabo Verde üçün deyil, bütün futbol dünyası üçün bir mesajdır. Biz sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil. İnam, birlik və fədakarlıqla hər şey mümkündür. Futbolçularımla fəxr edirəm. Onlar cəsarətlə mübarizə apardılar və tarix yazdılar".
Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Luis de la Fuente: "Uruqvay millisi həddindən artıq sərt oynayırdı"
Uruqvay millisinin futbolçuları İspaniyaya qarşı həddindən artıq sərt oynayıblar.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Luis de la Fuente Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:
"Çox çətin, gərgin və yüksək səviyyəli oyun oldu. Rəqib həddindən artıq sərt oynayırdı, amma qaydaların tətbiqi hakimlərin işidir. Futbolçular vəziyyəti çox düzgün qiymətləndirdilər və qələbə qazanmaq üçün lazım olan hər şeyi etdilər. Bu komanda ilə həqiqətən fəxr edirəm. Onlar daim inkişaf edir və müxtəlif oyun variantlarına malikdirlər. Bu qarşılaşma futbol baxımından bizim sevdiyimiz üslubun tam əksi idi. Buna baxmayaraq, komandam bunun öhdəsindən gəlməyi bacardı".
Qeyd edək ki, İspaniya yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib.

Marselo Byelsa: "Məni nəticə verməyən baş məşqçi kimi xatırlayacaqlar"
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa yığmada nəticə verməyən məşqçi kimi xatırlanacağını düşünür.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisinin özü İspaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:
"Uruqvay millisinin futbolçularının potensialından maksimum yararlana bilmədim. Valverdeni əvəzləməklə hücum xəttində daha çox təsir gücü yaratmaq istəyirdim. Uruqvay futboluna verdiyim töhfə əslində heç nədir. Çünki baş məşqçinin milli komandaya etdiyi istənilən xidmət müsbət nəticə ilə tamamlanmırsa, onun heç bir əhəmiyyəti qalmır. Necə xatırlanacağımı soruşsanız, deyərəm ki, məni nəticə verməyən biri kimi xatırlayacaqlar.
"Oyun kifayət qədər bərabər mübarizə şəraitində keçdi. Heç-heçəyə layiq idik və ən azı bir xal qazanmalı idik. Problem komandamızın oyununda deyildi".
Qeyd edək ki, İspaniya yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib.

ABŞ yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
ABŞ 2038-ci il FİFA Dünya Kubokuna ev sahibliyi etmək üçün ərizə verə bilər.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin 2026-cı il Dünya Kuboku üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani məlumat verib.
"Nəzərə alsaq ki, bir vaxtlar Dünya Kubokunda 64 komanda iştirak edə bilər, düşünürəm ki, ABŞ bunun öhdəsindən gələ bilər. Amma əvvəlcə, 2038-ci il və ya sonrakı dövr üçün planlarımızı açıqlamadan əvvəl bu Dünya Kubokunu 19 iyulda uğurla başa vurduğumuza əmin olmalıyam", - deyə o əlavə edib.

DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb - YENİLƏNİB-5
Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik var - 1:1.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.
Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik var - 1:1.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.
Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında Asiya təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
14-cü dəqiqədə Ramin Rezaeyan "status-kvo"nu bərpa edib.
Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
5-ci dəqiqədə Mahmud Saber fərqlənib.
Futbol üzrə dünya çempionatının Misir - İran oyunu başlayıb.
"Report"un məlumatına görə, G qrupunun III turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

DÇ-2026: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada bitib - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edib.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar 5:1 hesablı qələbəyə seviniblər.
Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.
Bu məğlubiyyətin ardından Yeni Zelandiya mundialla vidalaşıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyunundadaha iki qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında əvvəlcə Yeni Zelanda buraxılan qollardan birinin əvəzini çıxıb - 1:3.
84-cü dəqiqədə Cast Elaydca adını tabloya yazdırıb.
2 dəqiqə sonra isə Belçika yenidən fərqi artırıb - 4:1.
Romelu Lukaku başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 3:0.
66-cı dəqiqədə Kevin De Brüyne sol ayağı ilə qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
50-ci dəqiqədə Leandro Trossard dubl edib.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəlidədirlər- 1:0.
28-ci dəqiqədə Leandro Trossard fərqlənib.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəlidədirlər- 1:0.
28-ci dəqiqədə Leandro Trossard fərqlənib.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
28-ci dəqiqədə Leandro Trossard fərqlənib.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyunu başlayıb.
"Report"un məlumatına görə, G qrupunun III turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı iordaniyalı FIFA referisi Adham Mahadmeh idarə edir.

Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib
Futbol üzrə dünya çempionatında Uruqvay və İspaniya yığmaları arasında keçirilən H qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Aleks Baena oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu İspaniyanın 1:0 hesabı ilə qələbə qazandığı matçda yeganə qolu vurub.

Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Futbol üzrə dünya çempionatında Kabo Verde və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən H qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Kabo Verdenin futbolçusu Deroy Duarte oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu qolsuz (0:0) başa çatan matçda özünü yaxşı tərəfədn göstərib.

Dünya çempionu Peti bütün medallarını itirib
Fransa milli futbol komandası ilə 1998-ci ildə Dünya Kuboku çempionu olan Emmanuel Petit, Dünya və Avropa çempionatlarında qazandığı medallar da daxil olmaqla, bütün medallarını itirib.
"Report" xəbər verir ki, o, bu barədə Talk Sport podkastında danışıb.
"Dünya Kubokunun surətini götürüb seyfə qoydum. Medallarla da eyni şeyi etmək istədim. Onları axtarmağa saatlarla vaxt sərf etdim. Dəli olurdum. İngiltərə və Fransa çempionatlarından, kuboklardan, Dünya və Avropa çempionatlarından medallar. Hər şey yoxa çıxmışdı", - deyə o əlavə edib.
Qeyd edək ki, 55 yaşlı Petit həmçinin 2000-ci ildə Fransa millisi ilə Avropa Çempionlar Liqası titullarını əldə edib. O, "Monako" ilə Fransa çempionluğunu (1997) və Fransa Kubokunu (1991) qazanıb.

Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
İraq millisinin dünya çempionatına vəsiqə qazanması möcüzə olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Qrem Arnold Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olmalarına baxmayaraq mundialdan zövq aldıqlarını bildirib:
"Bu turnirə vəsiqə qazanmağımızın özü belə möcüzə idi. Ümid edirəm ki, futbolçular 40 ildən sonra ilk dəfə dünya çempionatında oynamağın sevincini özləri ilə aparacaqlar. Eyni zamanda, buraxdıqları səhvlərdən də lazımi nəticə çıxaracaqlar".
Qeyd edək ki, Seneqal – İraq matçı 5:0 hesabı ilə yekunlaşıb.

DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4
Futbol üzrə dünya çempionatında İspaniya Uruqvaya qalib gəlib.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Qeyd edək ki, bu qələbə sayəsində İspaniya 7 xalla qrupunu lider tamamlayıb.
Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.
42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.
42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ilk qol vuurlub.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabı açıb - 1:0.
42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyunu başlayıb.
"Report"un məlumatına görə, H qrupunun III turunun matçı Qvadalxara stadionunda keçirilir.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

-
report.az
- DÇ-2026: Son 3 oyunda uduzmayan Kabo Verde pley-offa yüksələrək Argentinaya rəqib olub - YENİLƏNİB-3
DÇ-2026: Son 3 oyunda uduzmayan Kabo Verde pley-offa yüksələrək Argentinaya rəqib olub - YENİLƏNİB-3
Futbol üzrə dünya çempionatında Kabo Verde - Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.
Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.
Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.
Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.
Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
"Report"un məlumatına görə, H qrupunun III turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Seneqal millisinin taleyi öz əlində deyil.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis böyük hesabla qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Biz üzərimizə düşən işi gördük. Amma artıq taleyimiz öz əlimizdə deyil. İndi digər oyunların nəticələrini gözləməliyik. İlk hissə bizim üçün çətin keçdi. İraq erkən qırmızı vərəqə alsa da, istədiyimiz qolları vura bilmirdik. Daim oyuna nəzarət etməyə çalışmaq futbolçuların yorğunluğuna təsir etmişdi.
Fasilədə komandada müəyyən dəyişikliklər etdik və daha çox qısa ötürmələrlə oynamağa çalışdıq ki, rəqibi daha çox hərəkət etməyə məcbur edək. 11 futbolçu ilə 10 nəfərə qarşı oynamağın üstünlüyü hiss olundu. Etdiyimiz dəyişikliklər də öz bəhrəsini verdi".
Qeyd edək ki, Seneqal seçməsi İraqı 5:0 hesabı ilə məğlub edib.

Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Fransa millisi Norveçlə matçda üzərinə düşəni yerinə yetirib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa yığmasının məşqçisi Qi Stefan Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"İlk öncə fikirlərim baş məşqçimiz Didye Deşamla bağlıdır. Onun tezliklə aramıza qayıdacağını səbirsizliklə gözləyirik və sabahkı məşqdə bizimlə olacaq. Oyuna gəlincə, üzərimizə düşəni yerinə yetirdik. Komandanın oyunundan zövq aldıq, yüksək temp nümayiş etdirdik və bir çox qol epizodu yaratdıq. Dörd qol vurduq. Usman Dembele het-trik etdi, Dezire Due isə peşəkar karyerasında ilk dəfə başla qol vurdu. Bunlar hamısı müsbət məqamlardır və bu performansın üzərinə daha da əlavə etməliyik.
Bununla yanaşı, bəzi anlarda istədiyimiz səviyyədə çıxış etmədik və bu çatışmazlıqları aradan qaldırmalıyıq. Turnirdə irəlilədikcə qarşımıza daha güclü rəqiblər çıxacaq. Buna görə də daim diqqətli olmalıyıq. Bu qələbəyə sevinirik və onun həzzini çıxaracağıq. Amma sabahdan etibarən Didye ilə birlikdə yenidən işimizə qayıdırıq".
Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

-
report.az
- Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Fransanın futbolçusu Dembelenin Norveç yığmasına vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Norveç seçməsinin baş məşqçisi Stole Solbakken Fransaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqib komandanın heyətində Dembele həqiqətən də əla oyun keçirdi. Zərbələri çox təmiz alınırdı və onu dayandırmaq bizim üçün böyük çətinlik yaratdı. Futbolçularımız sol cinah müdafiəçisi Fredrik Byorkana lazımi dəstəyi verə bilmədilər. Əslində, komandaca ona daha çox kömək etməli idik. Bununla belə, Dembelenin vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi. Üçüncü qolu isə ümumiyyətlə buraxmamalı idik".
Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib
Futbol üzrə dünya çempionatında Seneqal və İraq yığmaları arasında keçirilən I qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Afrika təmsilçisinin futbolçusu Pap Qeye oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu komandasının 5:0 hesabı ilə qalib gəldiyi matçda dubl edib.

Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol üzrə dünya çempionatında Norveç və Fransa yığmaları arasında keçirilən I qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, fransızların heyətində Usman Dembele oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, hücumçu komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.

"Neftçi" slovakiyalı hücumçunu transfer edib
"Neftçi" klubu slovakiyalı hücumçu Lyubomir Tuptanı transfer edib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "2+1" illik müqavilə bağlanıb.
O, 29 nömrəli formanı geyinəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir Tupta sonuncu klubu AEL-də 2025/2026 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş futbolçu 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında Fransa Norveçi məğlub edib.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar 4:1 hesablı qələbəyə seviniblər.
Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.
Qeyd edək ki, qrupu ikinci pillədə başa vuran Norveç pley-off mərhələsində Fildişi Sahili kollektivi ilə üz-üzə gələcək. Fransanın rəqibi isə hələlik bəlli deyil.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabdakı üstünlüklərini artırıblar - 3:1.
31-ci dəqiqədə Usman Dembele het-trik edib.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ardıcıl iki qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında əvvəlcə fransızlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
20-ci dəqiqədə Usman Dembele uzaq məsafədən qapını dəqiq nişan alıb. 1 dəqiqə sonra isə Norveç buraxılan qollardan birinin əvəzini çıxıb.
Tele Osqor fərqlənib - 1:2.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.
7-ci dəqiqədə Usman Dembele toru silkələyib.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyunu başlayıb.
"Report"un məlumatına görə, I qrupunun III turunun matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatında Seneqal İraqa böyük hesabla qalib gəlib.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.
Qolları Abib Diarra (4), İsmaila Sarr (56), Pap Qeye (56, 71) və Lliman Ndiaye (82) vurublar.
Qeyd edək ki, qrupu 0 xalla sonuncu başa vuran İraq turnirlə vidalaşıb.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 5:0.
82-ci dəqiqədə Lliman Ndiaye fərqlənib.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 4:0.
71-ci dəqiqədə Pap Qeye dubl müəllifi olub.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 3:0.
56-cı dəqiqədə Pap Qeye adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
56-cı dəqiqədə İsmaila Sarr fərqlənib.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.
Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyunu başlayıb.
"Report"un məlumatına görə, I qrupunun III turunun matçı Toronto stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

PSJ-nin hücumçusu Qonsalu Ramuş "Milan"a keçə bilər
PSJ-nin və Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı futbolçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib.
Paris təmsilçisi isə 50 milyon avro tələb edir. "Milan"ın oyunçuya illik təxminən 4 milyon avro maaşla 4-5 mövsümlük müqavilə təklif etməyə hazır olduğu bildirilib.
Futbolçu Portuqaliya yığmasının heyətində DÇ-2026-da çıxış edir. O, qrup mərhələsinin I turunun Konqo DR-lə görüşündə (1:1) oyunun sonlarında əvəzetmədən meydana daxil olub.
Qeyd edək ki, Q.Ramuş 2024-cü ilin yanvarında "Benfika"dan 65 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunun heyətində 131 oyunda 45 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Elman Himayətoğlu "Zirə"nin idman direktoru vəzifəsinə təyin olunub
"Zirə" klubunun idman direktoru vəzifəsinə yeni təyinat olub.
Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirlib.
Daha əvvəl klubda baş menecer kimi çalışan Elman Himayətoğlu sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, E.Himayətoğlu 2015-ci ildən "Zirə"də fəaliyyət göstərir.

Fransa millisinin müdafiəçisi Maksans Lakrua karyerasını "Çelsi"də davam etdirəcək
İngiltərənin "Kristal Pelas" klubunun və Fransa yığmasının müdafiəçisi Maksans Lakrua karyerasını Premyer Liqanın digər təmsilçisi "Çelsi"də davam etdirəcək.
"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı futbolçu üçün təxminən 55 milyon avro ödəyəcək.
Müdafiəçi 2024-cü ilin yayında "Volfsburq"dan "Kristal Pelas"a keçib. O, Fransa yığmasının DÇ-2026 üçün heyətinə cəlb olunsa da, hələ ki turnirdə şans qazanmayıb.
Qeyd edək ki, fransalı oyunçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 55 matçda 3 qol və 3 məhsuldar ötürməyə imza atıb. Futbolçu ümumilikdə millidə 4 oyun keçirib.

DÇ-2026: İspaniya, Fransa və Belçika milliləri növbəti matçlarına çıxacaqlar
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə DÇ-2026-da III turun növbəti qarşılaşmaları keçiriləcək.
"Report"un məlumatına görə, I qrupunda Norveç - Fransa və Seneqal - İraq matçları baş tutacaq.
H qrupunda Kabo-Verde - Səudiyyə Ərəbistanı, Uruqvay - İspaniya, G qrupunda isə Misir - İran və Yeni Zelandiya - Belçika görüşləri təşkil olunacaq.
DÇ-2026
III tur
I qrupu
26 iyun
23:00. Norveç - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Boston stadionu
23.00. Seneqal - İraq
Baş hakim: Entoni Teylor (İngiltərə).
Toronto stadionu
1. Fransa 2 2 0 0 6-1 6
2. Norveç 2 2 0 0 7-3 6
3. Seneqal 2 0 0 2 3-6 0
4. İraq 2 0 0 2 1-7 0
H qrupu
27 iyun
04:00. Kabo Verde - Səudiyyə Ərəbistanı
Baş hakim: Fransua Leteksye (Fransa).
Hyuston stadionu
04:00. Uruqvay - İspaniya
Baş hakim: İsmail Elfat (ABŞ).
Qvadalxara stadionu
1. İspaniya 2 1 1 0 4-0 4
2. Uruqvay 2 0 2 0 3-3 2
3. Kabo Verde 2 0 2 0 2-2 2
4. Səudiyyə Ərəbistanı 2 0 1 1 1-5 1
G qrupu
27 iyun
07:00. Misir - İran
Baş hakim: Şimon Marçinyak (Polşa).
Sietl stadionu
07:00. Yeni Zelandiya - Belçika
Baş hakim: Adham Mahadmeh (İordaniya).
Vankuver, "BC Place" stadionu
1. Misir 2 1 1 0 4-2 4
2. İran 2 0 2 0 2-2 2
3. Belçika 2 0 2 0 1-1 2
4. Yeni Zelandiya 2 0 1 1 3-5 1
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib
Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.
Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.

Kaan Ayhan dünya çempionatları tarixinin ikinci ən gec qələbə qolunu vurub
Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda, ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.
"Report" "Opta"ya istinadən xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib.
Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3 xal toplayan Türkiyə yığması sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.

"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb
"Neftçi" baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalayıb.
Bu barədə "Report"a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
"Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
H.Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:
"Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".
C.Sümer isə birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:
"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

"Səbail" Rubin Seyidovu transfer edib
"Səbail" növbəti transferini reallaşdırıb.
Bu barədə "Report"a Bakı klubundan məlumat verilib.
Paytaxt təmsilçisi son olaraq "Baku Sportinq"də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, R.Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.

"Nyukasl" Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifi rədd edib
İngiltərənin "Nyukasl" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifini rədd edib.
"Report" "Globo"ya istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı braziliyalı futbolçu üçün etdiyi təklifə müsbət cavab almayıb.
"Arsenal"ın yarımmüdafiəçi üçün yeni təklif irəli sürməyi planlaşdırdığı bildirilir.
Braziliyalı oyunçu 2022-ci ilin yayından "Nyukasl"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi DÇ-2026-da Braziliya yığmasının heyətində qrup mərhələsinin hər 3 qarşılaşmasında iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Bizi təbrik etməməyiniz kədərlidir"
DÇ-2026-nın qrup mərhələsinin III turunda Türkiyə yığmasına məğlub olan ABŞ seçməsinin baş məşqçisi Maurisio Poçettino qrupdakı nəticələrə görə təbrik almamalarını kədərli hal adlandırıb.
"Türkiyənin 3 xalı, Avstraliya və Paraqvayın pley-offa yüksəlməyi bayram etdiyi bir vaxtda, sizin qrup liderliyinə görə bizi təbrik etməməyiniz çox kədərlidir. Hər kəsə qrupu lider bitirdiyimizi xatırlatmalıyam, bağışlayın, amma biz qalib gəlmişik", - deyə oyundan sonra italiyalı mütəxəssis bildirib.
Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ seçməsi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

DÇ-2026: Pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşib
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub.
"Report" xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar.
1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib. Belə ki, CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç: "Komandanın oyunu inanılmazdır"
Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-da komandanın oyununu inanılamz adlandırıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu qrup mərhələsinin III turunda Paraqvayla heç-heçə (0:0) bitən matçdan sonra deyib.
"Komandanın oyunu inanılmazdır. Prosesə cəlb olunan hər kəslə, heyətlə, futbolçularla və bu möhtəşəm gənc komanda ilə fəxr edirəm. İndi Dallas şəhərinə yollanırıq və orada xüsusi bir şey etməyə çalışacağıq. Hər kəsə təşəkkür edirəm", - deyə T.Popoviç bildirib.

Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"
Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir.
"Report"un xarici mediaya istinadən məlumatına görə, bunu Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın qrup mərhələsinin III turunda Avstraliya ilə heç-heçə (0:0) bitən matçdan sonra deyib.
Mütəxəssis realist davranmalı olduqlarını vurğulayıb:
"Bu, hədəflədiyimiz nəticə olmasa da, realist davranmalıydıq. Onlar çox güclüdürlər, fiziki üstünlüyə və boy üstünlüyünə malikdirlər, boşluqlardan necə istifadə edəcəklərini yaxşı bilirlər. Avstraliya komandası cinahlardan da hücum etməyi bacarır və çox keyfiyyətli futbolçulara sahibdir. Qələbə qazanmaq, tarixə düşmək və dünya çempionatında ard-arda 2 oyunda qalib gələn ilk Paraqvay komandası olmaq istəyirdik. Rəqibi geriyə çəkilməyə məcbur edəcək boşluqları tapmaq bizim üçün çətin oldu. Avstraliya fiziki güc, intizam və sürətin vəhdətinə malikdir. Belə sistemləri qırmaq üçün çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır".

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.
"Report" FİFA-ya istinadən xəbər verir ki, bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.
ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.
Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ üzərində 3:2 hesablı qələbəni vacib hesab edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi oyuna yaxşı hazırlaşdıqlarını deyib:
"98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik".
V.Montella heyətdəki hər bir oyunçuya güvəndiyini bildirib:
"Əslində buna çox inanıram; kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. 1-ci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün xoşbəxt oldum".

Paraqvay - Avstraliya matçının ən yaxşı oyunçusu bəlli olub
Futbol üzrə dünya çempionatında Paraqvay və Avstraliya yığmaları arasında keçirilən D qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avstraliyalıların heyətində Eyden O'Nill oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, yarımmüdafiəçi 0:0 hesbaı ilə başa çatan matçda özünü yaxşı tərəfdən göstərib.

Arda Güler Türkiyə - ABŞ matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol üzrə dünya çempionatında Türkiyə və ABŞ yığmaları arasında keçirilən D qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, "ay-ulduzlular"ın heyətində Arda Güler oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu (3:2) sözügedən matçda komandasının ilk qolunu vurub

Qrem Potter: "Yaponiya yığmasına qarşı oynamaq həmişə çətindir"
Yaponiya yığmasına qarşı oynamaq həmişə çətindir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Qrem Potter Yaponiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qazanılan 1 xaldan razı qaldığını bildirib:
"Yaponiyaya qarşı oynamaq həmişə çətindir. Onlar çox intizamlı, əzmkar komandadır və meydanda böyük fədakarlıq göstərirlər. Hesab edirəm ki, heç-heçə oyunun gedişatına uyğun nəticə oldu. İkinci hissədə daha üstün təsir bağışladıq, oyuna yaxşı reaksiya verdik və qazandığımız bir xaldan razıyıq".
Qeyd edək ki, Yaponiya - İsveç matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Hajime Moriyasu: "Braziliya ilə oyunu səbirsizliklə gözləyirəm"
Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu DÇ-2026-nın pley-off mərhələsində üz-üzə gələcəkləri Braziliya ilə matçı səbirsizliklə gözləyir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Asiya təmsilçisinin baş məşqçisinin özü mundialın qrup mərhələsində İsveçə qarşı oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bu dəfə alınmadı. Növbəti mərhələdə bizi Braziliya ilə çox maraqlı və çətin oyun gözləyir. Rəqib çox güclüdür, lakin düşünürəm ki, qalib gələrək növbəti mərhələyə yüksəlmək şansımız var. Məqsədimiz də məhz bu imkandan yararlanmaqdır və buna uyğun hazırlaşacağıq. Yoldaşlıq görüşündə Braziliyanı məğlub etmişdik. Ola bilsin ki, bu dəfə onlar daha da motivasiyalı olacaqlar. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Yaponiya - İsveç matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

-
report.az
- Tunis millisinin baş məşqçisi Erve Renar: "Dünya çempionatının səviyyəsinə uyğun çıxış edə bilmədik"
Tunis millisinin baş məşqçisi Erve Renar: "Dünya çempionatının səviyyəsinə uyğun çıxış edə bilmədik"
Tunis yığması dünya çempionatının səviyyəsinə uyğun çıxış edə bilməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Erve Renar Niderland yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis mundialla vidalaşmaları barədə danışıb:
"Dünya çempionatının səviyyəsinə uyğun çıxış edə bilmədik. Bu, mübahisə doğurmayan faktdır. Turnirdə çox güclü komandalar mübarizə aparırdı, xüsusilə də bizim düşdüyümüz qrup çox çətin idi. İndi Tunis Futbol Federasiyası hər şeyi ətraflı təhlil etməli və düzgün nəticələr çıxarmalıdır".
O, mundial vaxtı yığmaya baş məşqçi təyin olumasına görə peşmanlıq hissi keçirmədiyini bildirib:
"Bu vəzifəni qəbul etdiyimə görə qətiyyən peşman deyiləm. Oyundan sonra futbolçularla danışdım və onlara göstərdikləri əzmə görə təşəkkür etdim. Belə vəziyyətlər heç də asan olmur. Kənardan futbola baxanda hər şey sadə görünə bilər. Ancaq psixoloji cəhətdən ağır dövrdə, xüsusilə də güclü rəqibə qarşı, möhtəşəm atmosferdə və tribunaları narıncı rəngə bürünmüş azarkeşlərin önündə oynamaq çox çətin idi. Bu, komandamız üçün həqiqətən ağır sınaq oldu".
Qeyd edək ki, Niderland Tunis yığmasını 3:1 hesabı ilə məğlub edib.

Ronald Kuman: "Tunislə matçda lazımsız top itkilərinə yol verdik"
Niderland millisi Tunislə matçda nizam-intizamı itirib, lazımsız top itkilərinə yol verib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Tunis yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib:
"Oyunçularımı təbrik etmək istəyirəm. Lakin növbəti mərhələdə bu cür səhvlərə yol vermək olmaz, xüsusilə də daha güclü rəqiblərə qarşı. Belə səhvlər bizə çox baha başa gələ bilər və buna imkan vermək istəmirik.
Qrupu məğlubiyyətsiz və birinci pillədə başa vurduğumuz üçün sevinirik. Bunun sayəsində növbəti mərhələdə Braziliya ilə qarşılaşmaqdan da yayınmış olduq. Bununla belə, komandanın oyunundan tam razı deyiləm. Bəzi məqamlarda oyunumuz həddindən artıq ləng idi, meydanda nizam-intizamı itirdik və lazımsız top itkilərinə yol verdik. Qarşıdakı oyunlarda bunları mütləq aradan qaldırmalıyıq".
Qeyd edək ki, Niderland Tunis yığmasını 3:1 hesabı ilə məğlub edib.

Türkiyə DÇ-2026-dakı son oyununda ABŞ-yə qalib gəlib - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.
Avropa təmsilçisinin heyətində Arda Güler (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında ABŞ hesabı bərabərləşdirib - 2:2.
49-cu dəqiqədə Sebastyan Berhalter fərəqlənib.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.
Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.
Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəli çıxıblar - 2:1.
31-ci dəqiqədə Barış Alper Yılmaz türkiyəli azarkeşləri ayağa qaldırıb.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabı bərabərləşdiriblər - 1:1.
10-cu dəqiqədə Arda Güler fərqlənib.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda geri düşüblər - 0:1.
Oston Trasti 3-cü dəqiqədə adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyunu başlayıb.
"Report"un məlumatına görə, D qrupunun III turunun matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

DÇ-2026: Paraqvay Avstraliya ilə heç-heçəyə razılaşıb - YENİLƏNİB-3
Futbol üzrə dünya çempionatında Paraqvay - Avstraliya ilə qarşılaşıb.
"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən D qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Bu nəticənin ardından Avstraliya pley-off mərhələsinə vəsiqə qazanıb. Paraqvay yığmasının növbəti mərhələ şansı isə digər qrupların görüşlərindən asılı olacaq.
Futbol üzrə dünya çempionatının Paraqvay - Avstraliya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən D qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.
Futbol üzrə dünya çempionatının Paraqvay - Avstraliya oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən D qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.
Futbol üzrə dünya çempionatının Paraqvay - Avstraliya oyunu başlayıb.
"Report"un məlumatına görə, D qrupunun III turunun matçı San-Fransisko stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Antoni Elanqa Yaponiya - İsveç matçının ən yaxşı oyunçusu seçilib
Futbol üzrə dünya çempionatında Yaponiya və İsveç yığmaları arasında keçirilən F qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Avropa təmsilçisinin heyətində Antoni Elanqa oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu heç-heçə (1:1) başa çatan qarşılaşmada komandasının yeganə qolunu vurub.

Tunis və Niderland yığmaları arasında keçirilən matçın ən yaxşısı Brayan Brobbi olub
Futbol üzrə dünya çempionatında Tunis və Niderland yığmaları arasında keçirilən F qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Avropa təmsilçisinin heyətində Brayan Brobbi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu komandasının 3:1 hesabı ilə qələbə qazandığı matçda bir qolu müəllifi olub.

Dik Advokat: "Komandamız yaxşı nəticə əldə etmək üçün çox çalışdı"
Kurasao millisi Fildişi Sahili yığması ilə oyunda yaxşı nəticə əldə etmək üçün çox çalışıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Kurasao millisinin baş məşqçisi Dik Advokat Fildişi Sahili yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis mundialla vidaşalmağın üzzücü olduğunu söyləyib:
"Heç kimi günahlandırmaq olmaz . Komanda yaxşı nəticə əldə etmək üçün çox çalışdı. Rəqibə ilk qolu vurması üçün imkanı özümüz yaratdıq. Buna baxmayaraq, hesabı bərabərləşdirmək üçün çoxlu şansımız oldu. Rəqib gülcü komanda idi və bu cür məğlubiyətlər baş verə bilər".
Qeyd edək ki, Fildişi Sahili komandası Kurasaonu 2:0 hesabı ilə məğlub edib.

Fildişi Sahili millisinin baş məşqçisi Emers Fae: "Qarşımıza qoyduğumuz hədəfə çatmışıq"
Fildişi Sahili millisi qarşısına qoyduğu hədəfə çatıb.
"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Emers Fae DÇ-2026-nın qrup mərhələsində Kurasaoya qarşı keçiriən oyundan sonra deyib.
Mütəxəssis növbəti mərhələyə adlamağın sevindirici olduğunu bildirib:
"Ağlıma gələn ilk söz qürurdur. Bacaracağımıza inanırdıq, eyni zamanda bunun heç də asan olmayacağını da bilirdik. Qarşıya qoyduğumuz məqsədə çatdıq. Üstəlik, qrupu ikinci pillədə başa vurduq. Buna görə həm sevinirik, həm də qürur duyuruq. Ancaq hədəflərimiz bununla bitmir, daha irəli getmək istəyirik.
İndi növbəti oyuna yaxşı hazırlaşmaq üçün dincələcəyik. Xalqımız bu uğura layiqdir. Qoy bu qələbənin sevincini yaşasınlar, bu axşam bayram etsinlər. Ümid edirik ki, onlar bundan sonra da bizi eyni coşqu ilə dəstəkləyəcəklər ki, turnirdə mümkün qədər irəli gedə bilək".
Qeyd edək ki, Fildişi Sahili komandası Kurasaonu 2:0 hesabı ilə məğlub edib.

Yulian Naqelsman: "Ekvadorla matçın bəzi epizodlarında həddindən çox sərbəst oynadıq"
Almaniya millisi Ekvadorla matçın bəzi epizodlarında həddindən çox sərbəst oynayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Yulian Naqelsman Ekvadora qarşı DÇ-2026-nın oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları oyunu şərh edib:
"Yaxşı başladığımız və erkən hesabı açdığımız oyunda daha təmkinli çıxış etməyi bacarmalıyıq. Mövqelərimizi tez-tez dəyişmək əvəzinə, oyun planına sadiq qalmalıyıq. Bəzi epizodlarda həddindən artıq sərbəst oynadıq. Daha səbirli olmalı və meydandakı düzülüşümüzü qorumalıyıq. Bundan əlavə, top itkilərini azaltmalıyıq. Çünki topu tez-tez rəqibə hədiyyə etdikdə, oyuna nəzarəti əldən vermək qaçılmaz olur".
Qeyd edək ki, Ekvador millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Sebastyan Bekkasese: "Almaniya üzərində qələbə qazanmaq sevindiricidir"
Almaniya üzərində qələbə qazanmaq sevindiricidir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Ekvador yığmasının baş məşqçisi Sebastyan Bekkasese Almaniya seçməsinə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis çətin rəqibə qarşı oyunda qalib gəldiklərini bildirib:
"Bu qələbənin mənim üçün nə məna daşımasından söhbət getmir. Bu, azarkeşlər üçündür. Növbəti mərhələyə vəsiqəni futbolçularımız azarkeşlərimiz üçün qazanıblar. Qoy bunu qeyd etsinlər və bu uğurun sevincini yaşasınlar. Almaniya üzərində qələbə sevindiricidir".
Qeyd edək ki, Ekvador millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026: Yaponiya - İsveç oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-5
Futbol üzrə dünya çempionatında Yaponiya İsveçlə qarşılaşıb.
"Report"un məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qalib müəyyənləşməyib - 1:1.
Yaponların heyətində Daydzen Maeda (56), avropalılarda isə Antoni Elanqa (62) diqqət mərəzinə düşüb.
F qrupunu ikinci yerdə baş vuran Yaponiya seçməsi növbəti mərhələdə C qrupunun birincisi olan Braziliya ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.
62-ci dəqiqədə Antoni Elanqa qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında asiyalılar hesabda irəli çıxıblar - 1:0.
56-cı dəqiqədə Daydzen Maeda adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ikinci yarı start götürüb.
"Report"un məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyunu başlayıb.
"Report"un məlumatına görə, F qrupunun III turunun matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.

DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında Niderland Tunisi məğlub edib.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 3:1 hesabı ilə qalib gəliblər.
Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub.
Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.
F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar fərqi artırıblar - 3:1.
62-ci dəqiqədə Yan Paul van Heke diqqət mərkəzinə düşüb.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında Tunis fərqi azaldıb -1:2.
54-cü dəqiqədə Hazem Masturi fərqlənib.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 2:0 hesabı ilə öndədirlər.
Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 2:0 hesabı ilə öndədirlər.
Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ardıcıl iki qol vurulub.
"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar rəqibini ardıcıl iki dəfə meydanın mərkəzinə dəvət ediblər - 2:0.
Əvvəlcə Tunisin heyətində Elye Skiri 3-cü dəqiqədə topu öz qapısına göndərib. 4 dəqiqə sonra isə Brayan Brobbi adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyunu başlayıb.
"Report"un məlumatına görə, F qrupunun III turunun matçı Kanzas stadionunda keçirilir.
Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.

Ekvador - Almaniya matçının ən yaxşı oyunçusu Nilson Anqulo olub
Futbol üzrə dünya çempionatında Ekvador və Almaniya yığmaları arasında keçirilən E qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Afrika təmsilçisinin heyətində Nilson Anqulo oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu komandasının 2:1 hesabı ilə qələbə qazandığı matçda bərabərlik qolunu vurub.

Nikolya Pepe Kurasao - Fildişi Sahili oyununun ən yaxşı futbolçusu seçilib
Futbol üzrə dünya çempionatında Kurasao və Fildişi Sahili yığmaları arasında keçirilən E qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Afrika təmsilçisinin heyətində Nikolya Pepe oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (2:0) iki qol vurub.

DÇ-2026: Fildişi Sahili qələbə qazanıb, Kurasao mundialla vidalaşıb - YENİLƏNİB-4
Futbol üzrə dünya çempionatında Kurasao Fildişi Sahili ilə üz-üzə gəlib.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar qələbə qazanıblar - 2:0.
7 və 64-cü dəqiqələrdə Nikolya Pepe diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından Fildişi Sahili qrupu ikinci tamamlayıb. Son sırada yer alan Kurasao isə mundialla vidalaşıb.
Futbol üzrə dünya çempionatının Kurasao - Fildişi Sahili oyununda ikinci qol vuurlub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
64-cü dəqiqədə Nikolya Pepe dubl edib.
Futbol üzrə dünya çempionatının Kurasao - Fildişi Sahili oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
7-ci dəqiqədə Nikolya Pepe fərqlənib.
Futbol üzrə dünya çempionatının Kurasao - Fildişi Sahili oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
7-ci dəqiqədə Nikolya Pepe fərqlənib.
Futbol üzrə dünya çempionatının Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar hesabı açıblar - 1:0.
7-ci dəqiqədə Nikolya Pepe fərqlənib.
Futbol üzrə dünya çempionatının Kurasao - Fildişi Sahili oyunu başlayıb.
"Report"un məlumatına görə, E qrupunun III turunun matçı Filadelfiya stadionunda keçirilir.
Qarşılaşmanı isveçli FIFA referisi Qlen Nüberq idarə edir.

DÇ-2026: Ekvadora məğlub olan Almaniya qrupu lider tamamlayıb - YENİLƏNİB-5
Futbol üzrə dünya çempionatında Ekvador Almaniyaya qalib gəlib.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Ekvadorun heyətində Nilson Anqulo (9) və Qonsalo Plata (78) fərqləniblər. Bundestimin yeganə qolu isə 2-ci dəqiqədə Leroy Sanenin aktivinə yazılıb.
Məğlubiyyətə baxmayaraq Almaniya qrupu 7 xalla lider tamamlayıb.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb.
78-ci dəqiqədə Qonsalo Plata fərqlənib.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında bərabərlik var - 1:1.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi Tori Penso idarə edir.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında bərabərlik var - 1:1.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi Tori Penso idarə edir.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda ikinci qol vuurlub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
9-cu dəqiqədə Nilson Anqulo diqqət mərkəzinə düşüb.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda ilk qol vuurlub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Bundestim hesabı açıb - 1:0.
2-ci dəqiqədə Leroy Sane fərqlənib.
Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyunu başlayıb.
"Report"un məlumatına görə, E qrupunun III turunun matçı Nyu-York/Nyu-Cersi stadionu keçirilir.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi Tori Penso idarə edir.

"Qarabağ"ın futbolçusu Əli Bəşirovun "Strasburq"a keçidi hazırda gündəmdə deyil
Fransanın "Strasburq" klubunda baxışda olan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun karyerası ilə bağlı növbəti addımların necə olacağını zaman göstərəcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov açıqlama verib.
O, hazırda "Qarabağ"ın əsas komandasının düşərgəsində olan 16 yaşlı vinger haqqında danışıb:
"Əli Bəşirov Fransanın "Strasburq" klubunda təcrübə proqramından keçdi. Onlar da oyunçu ilə tanış oldular. Əli Bəşirovun 18 yaşı olmasına 2 ildən çox vaxt var. Hazırda keçidi müzakirə olunmur, bu, daha çox qarşılıqlı tanışlıq prosesidir. Növbəti addımların necə olacağını vaxt göstərəcək".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik təcrübə keçib. 16 yaşlı futbolçu bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.

"Səbail" sabiq futbolçusu Zeynəddin Abdurahmanovu heyətinə qatıb
"Səbail" 2026/2027 mövsümü üçün növbəti futbolçu transferini reallaşdırıb.
"Report" xəbər verir ki, bu barədə I Liqa klubu məlumat yayıb.
Son olaraq MOİK-də çıxış etmiş Zeynəddin Abdurahmanovla "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail"in yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinin heyətində dörd oyun keçirib.

-
report.az
- "Qarabağ"ın nigeriyalı futbolçularla bağlı qərarı Əvəzedicilər Liqasının taleyindən asılıdır
"Qarabağ"ın nigeriyalı futbolçularla bağlı qərarı Əvəzedicilər Liqasının taleyindən asılıdır
2025/2026 mövsümünün əvvəlində "Qarabağ"ın U-19 komandasına cəlb olunan futbolçular - Muyideen Olude və Toheeb Abiodunla bağlı yekun qərar hələlik verilməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
O, həmin oyunçuların artıq Gənclər Liqasında yox, Əvəzedicilər Liqasında oynamalı olduqlarını xatırladıb:
"Hələlik onlarla bağlı qərar verə bilmirik. Bu, əvəzedicilərdən ibarət komandamızla bağlı durumdur. Çünki Əvəzedicilər Liqasının reqlamenti, turnirin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Rəsmi açıqlama olmadığı üçün gözləmək məcburiyyətindəyik. Bu çempionat yeni mövsümdə də təşkil olunsa, onları komandada saxlamağı düşünürük".
N.Kərimov akademiyanın koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi futbolçular haqqında da danışıb:
"Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro martda ölkəmizə gəlmişdilər. Onlarla yanaşı, 18 yaşında olan və izlədiyimiz başqa oyunçular da var. Onlar U-19 komandamıza uyğun gələ bilərlər. Seleksiyanı davam etdiririk. Yekunda ən yaxşı olan iki futbolçunu U-19-a cəlb etməyi planlaşdırırıq".
Xatırladaq ki, Muyideen Olude və Toheeb Abiodun ötən mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün "Qarabağ"ın U-19 komandasına cəlb edilib.

FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
FİFA-nın İntizam Komitəsi Qətər yığmasının yarımmüdafiəçisi Asim Madibonu DÇ-2026-da Kanadaya qarşı keçirilən matçdakı (0:6) kobud hərəkətinə görə 5 oyunluq cəzalandırıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, futbolçu qarşılaşmanın ikinci hissəsinin əvvəlində rəqibi İsmael Koneyə qarşı kobud "sürüşmə fəndi" yerinə yetirərərk onu zədələyib.
O, nəticədə qırmızı vərəqə ilə cəzlandırılıb. Toqquşma nəticəsində sol ayağından zədələnən Kanada millisinin üzvü isə meydanı xərəkdə tərk edib. A.Madibo bir müddət sonra xəstəxanada Koneni ziyarət edərək, ondan üzr istəyib.
Qeyd edək ki, A.Madibo Qətər millisində 40-dan çox oyun keçirib və 2019-cu ildə Asiya Kubokunun qalibi adını qazanıb. İsmael Kone isə İtaliyanın "Sassuolo" komandasında 2025/2026 mövsümündə meydana çıxdığı 32 oyunda 6 qol vurub.

DÇ-2026: Qrup mərhələsinin III turunda növbəti matçlar keçiriləcək
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə DÇ-2026-da III turun növbəti qarşılaşmaları keçiriləcək.
"Report"un məlumatına görə, D qrupunda Türkiyə - ABŞ və Paraqvay - Avstraliya matçları baş tutacaq.
E qrupunda Kurasao - Fildişi Sahili, Ekvador - Almaniya, F qrupunda isə Yaponiya - İsveç və Tunis - Niderland görüşləri keçiriləcək.
DÇ-2026
25 iyun
E qrupu
00:00. Kurasao - Fildişi Sahili
Baş hakim: Qlen Nüberq (İsveç).
Filadelfiya stadionu
00:00. Ekvador - Almaniya
Baş hakim: Tori Penso (ABŞ).
Nyu-York/Nyu-Cersi stadionu
1. Almaniya 2 2 0 0 9-2 6
2. Fildişi Sahili 2 1 0 1 2-2 3
3. Ekvador 2 0 1 1 0-1 1
4. Kurasao 2 0 1 1 1-7 1
26 iyun
F qrupu
03:00. Yaponiya - İsveç
Baş hakim: İvan Barton (Slavador).
Dallas stadionu
03:00. Tunis - Niderland
Baş hakim: Katya İtsel Qarsiya (Meksika).
Kanzas stadionu
1. Niderland 2 1 1 0 7-3 4
2. Yaponiya 2 1 1 0 6-2 4
3. İsveç 2 1 0 1 6-6 3
4. Tunis 2 0 0 2 1-9 0
D qrupu
06:00. Türkiyə - ABŞ
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
Los-Anceles stadionu
06:00. Paraqvay - Avstraliya
Baş hakim: Kleman Türpen (Fransa).
San-Fransisko stadionu
1. ABŞ 2 2 0 0 6-1 6
2. Avstraliya 2 1 0 1 2-2 3
3. Paraqvay 2 1 0 1 2-4 3
4. Türkiyə 2 0 0 2 0-3 0
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Deklan Rays və Ris Ceyms Panama ilə matçı buraxa bilərlər
İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Rays və müdafiəçisi Ris Ceyms DÇ-2026-nın qrup mərhələsinin III turunda Panama ilə matçı buraxa bilərlər.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, hər iki futbolçu Qana ilə qarşılaşmadan (0:0) sonra zədələnib.
Zədənin ciddi olmadığı bildirilsə də, futbolçuların hər ehtimala qarşı növbəti oyunu buraxa biləcəkləri vurğulanıb.
Qeyd edək ki, İngiltərə - Panama qarşılaşması iyunun 28-də keçiriləcək. 2 turdan sonra İngiltərə yığması 4 xalla L qrupunda 1-ci, Panama isə 0 xalla sonuncu - 4-cü pillədə qərarlaşıb.

-
report.az
- Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"
Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"
15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir.
"Report" xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
"FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək. Bu qərar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür", - deyə qurum rəhbəri bildirib.
R.Nəcəf etimada görə FIFA-ya təşəkkür edib:
"İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik".
Qeyd edək ki, U-15-lərin dünya çempionatı bu il oktyabrın 22-31-də təşkil olunacaq.

-
report.az
- Səbuhi Səfiyarlı: "2026/2027 mövsümündə də "Qəbələ"nin hədəfi Premyer Liqada qalmaq olacaq"
Səbuhi Səfiyarlı: "2026/2027 mövsümündə də "Qəbələ"nin hədəfi Premyer Liqada qalmaq olacaq"
"Qəbələ" klubunun 2026/2027 mövsümündə də hədəfi Azərbaycan Premyer Liqasında qalmaq olacaq.
Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi bu hədəfi daha rahat şəkildə reallaşdırmaq fikrində olduqlarını söyləyib:
"Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır. Lakin bunu ötən mövsümdəki kimi deyil, daha rahat şəkildə reallaşdırmaq istəyirik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, komanda olduqca baxımlı futbol nümayiş etdirirdi. Hamı qeyd edirdi ki, göstərilən oyun tutulan yerə uyğun deyil. Təəssüf ki, gənc futbolçuların təcrübəsizliyi və bəxtsizlik nəticələrə mənfi təsir etdi. Onlar bir mövsüm ərzində böyük təcrübə qazandılar və ümid edirik ki, bu, növbəti mövsümdə özünü müsbət tərəfdən göstərəcək".
"Qəbələ" növbəti mövsümdə legionerlərin sayını artırmağı planlaşdırmır:
"Xeyr, legioner sayı eyni qalacaq. Ötən mövsüm heyətdə 12 legioner yer almışdı. Çünki qaydalara əsasən, 13-cü legionerin qeydiyyatı üçün 100 min manat ödənilməlidir, klubun büdcəsi isə buna imkan vermir. Bu səbəbdən yeni mövsümdə də uzağı 12 legionerimiz olacaq".
Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçi olduğu komanda 2025/2026 mövsümünü 27 xalla 11-ci pillədə bitirib.

FIFA Nepal futbolunu beynəlxalq arenadan kənarlaşdırıb
FIFA Ümumnepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü dayandırıb.
"Report" xəbər verir ki, bu barədə ali futbol qurumu qərar çıxarıb.
Nepal millisi və ölkənin klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.
Qərar Milli İdman Şurasının (MİŞ) ANFA-nın nizamnamə tələblərini pozmasına, assosiasiyanın seçki prosesinə dair həllini tapmamış mübahisəyə və seçkilərə kənar tərəflərin müdaxiləsinə əsaslanır.
FIFA üzvlüyün bərpası üçün iki əsas tələb müəyyənləşdirib. Birinci tələb MİŞ-nin ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandırmaq barədə qəbul etdiyi qərarın tam və qeyd-şərtsiz ləğv edilməsidir. İkinci tələb isə assosiasiyanın artıq başladığı seçki prosesini öz nizamnaməsinə müvafiq qaydada tamamlama imkanının təmin olunmasıdır.
Qadağa növbəti bildirişə kimi qüvvədə qalacaq.

"Qəbələ" AFFA-dan ayrılan vəsaitin bir hissəsini uşaq futboluna yönəldəcək
AFFA tərəfindən "Qəbələ"yə yerli futbolçulara görə ayrılan 379 min 987 manat və əlavə 50 min manat vəsaitin bir hissəsi klubun uşaq futboluna yönləndiriləcək.
Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi sözügedən vəsaitin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı sualı cavablandırıb:
"Ümumiyyətlə, bu, çox yaxşı, düşünülmüş bir sistemdir. Yerli futbolçuların oynaması üçün gözəl motivasiyadır və klublara əlavə dəstəkdir. Çox maraqlı bir yanaşmadır. Bizim büdcəmiz üçün də xüsusilə yaxşı məbləğdir. Düzü, vəsaitin tam olaraq necə bölünəcəyini hələ dəqiqləşdirməmişik, çünki hazırda büdcənin formalaşdırılması prosesi və planlaşdırma işləri gedir. Amma müəyyən bir hissəsinin aşağı yaş qrupları üzrə komandalara sərf olunacağını artıq planlaşdırmışıq. Proses başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama verəcəyik".
O, yenə də gənclərə şans verəcəklərini söyləyib:
"Qəbələ" hər zaman yerli oyunçuları oynatmaq prinsipləri ilə seçilir. Müəyyən maliyyə çətinliklərinə görə akademiyanın fəaliyyəti bir az məhdudlaşdırılıb. Buna baxmayaraq, ötən mövsüm təhlükəli zonada qərarlaşsaq da, gənclərə güvəndik. Ötən mövsüm bizim üçün çətin keçdi və komanda turnir cədvəlini 11-ci yerdə başa vurdu. Yenə də imkan daxilində səviyyəsi Premyer Liqada çıxış etməyə imkan verən yerli gənclərə şans tanıyacağıq. Elə mövqelər var ki, ora legioner transferi etmirik ki, yerlilər oynasınlar. Təcrübə azlığı səbəbindən uşaqlar üçün çətin olur, lakin baş məşqçi də bu strategiyamızı tam dəstəkləyir. Bir səhvə görə hansısa futbolçunu silib atmırıq. Premyer Liqa səviyyəsinə uyğun gənclər yenidən şans qazanacaqlar".
İdman direktoru klubun akademiyasındakı durumu da açıqlayıb:
"Akademiyada yalnız yuxarı yaş qrupları, yəni U-17 və U-19 komandaları fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq, 12 yaşından etibarən bölgələrdən uşaqlar gətirib saxlamaq imkanımız yoxdur, fəaliyyətin məhdudlaşdırılması da bununla bağlıdır. İndi yalnız Qəbələ daxilindəki yerli uşaqlar bura cəlb olunur, həmçinin Bakıda da qruplarımız var. Lisenziyalaşdırma şərtlərinə əsasən, klubun nəzdində 10 yaş qrupu olmalıdır. Bizdə də 9-10 yaşdan 19 yaşadək bütün yaş qrupları mövcuddur. Yaxın vaxtlarda Qəbələnin kəndlərində yeni seçim mərhələsi təşkil edəcəyik və ümumi seleksiya işləri aparılacaq".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən "Qəbələ" klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib.

"Araz-Naxçıvan" kapitanı Urfan Abbasovla vidalaşıb
"Araz-Naxçıvan" futbolçusu Urfan Abbasovla başa çatan müqavilənin müddətini yeniləməyib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edən 33 yaşlı cinah müdafiəçisi komandanın kapitanı idi.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb
"Qəbələ" futbolçusu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.
Bu barədə "Report"a klubdan xəbər verilib.
Bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni - 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.

"Bavariya" İsmael Saybarinin transferi üçün PSV ilə razılığa gəlib
Almaniyanın "Bavariya" klubu futbolçu İsmael Saybarinin transferi üçün Niderland təmsilçisi PSV ilə prinsipial razılığa gəlib.
"Report" xəbər verir ki, "Fussballdaten" nəşri məlumat yayıb.
Münhen təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Mərakeşli oyunçunun çıxışına görə qarşıdakı illərdə daha 5 milyon avro verilə bilər. Anlaşmaya əsasən, PSV futbolçunun növbəti satışından da gəlir əldə edəcək.
Onun "Bavariya" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulacaq.
Xatırladaq ki, İsmael Saybari hazırda Mərakeş millisinin heyətində DÇ-2026-da çıxış edir.

Neymar 4 dünya çempionatında oynayan dördüncü braziliyalı futbolçu olub
Braziliya yığmasının futbolçusu Neymar 4 dünya çempionatında meydana çıxan dördüncü braziliyalı oyunçu olub.
"Report" "Opta"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-nın qrup mərhələsində Şotlandiya ilə matçda (3:0) meydana çıxmaqla bu göstəriciyə nail olub.
Baş məşqçi Karlo Ançelotti qarşılaşmanın 76-cı dəqiqəsində onu meydana buraxıb.
Qeyd edək ki, daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak edib.

"Heydər Əliyev Kuboku" uğrunda turnirin finalçıları bəlli olub
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində finalçılar müəyyənləşib.
"Report"un yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində yarımfinal matçları keçirilib.
İlk görüşdə Fövqəladə Hallar Nazirliyinin komandası "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsininin komandasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər yarımfinal qarşılaşmasında isə Ədliyyə Nazirliyi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) olan Ədliyyə Nazirliyi finala vəsiqə qazanıb.
Qeyd edək ki, iyunun 27-də turnirin final və üçüncülük uğrunda görüşləri keçiriləcək.

"Araz-Naxçıvan" Rövlan Muradovu heyətinə qatıb
"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini reallaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Rövlan Muradov yeni mövsümdə komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.
"Qəbələ" klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya "Slaviya"sının B, "Qarabağ"ın U-19, "Qəbələ", "Sumqayıt" və "Zirə" komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.
"Report" AFFA-ya istinadən xəbər verir ki, qərara əsasən, turnir bu il 22-31 oktyabrda təşkil olunacaq.
Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

"Səbail" Mehdi Cənnətovun transferini açıqlayıb
"Səbail" Azərbaycan millisinin da formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.
"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb.
Təcrübəli qapıçı son olaraq "Sumqayıt"da çıxış edib.
Xatırladaq ki, M.Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.

Braziliya dünya çempionatları tarixində 50 "quru" qələbə qazanan ilk komanda olub
DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yeni rekorda imza atıb.
"Report" FIFA-ya istinadən xəbər verir ki, "sambaçılar" mundiallar tarixində 50 "quru" hesablı qələbə qazanan ilk kollektiv olub.
Qeyd edək ki, Braziliya millisi C qrupunda 7 xalla birinci olub.

Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb
Meksika yığması DÇ-2026-nın qrup mərhələsinin III turunda Çexiya millisini 3:0 hesabı ilə məğlub edərək tarixi rekorda imza atıb.
"Report" FIFA-ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsinin 3 oyununda qələbə qazanıb.
Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb. Şimali Amerika təmsilçisi dünya çempionatlarında son 4 matçda qələbə qazanıb ki, bu da komandanın turnirdəki ən uzunmüddətli seriyasıdır.
Qeyd edək ki, Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

DÇ-2026-da pley-offa yüksələn 13 komanda bəlli olub
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 13 komanda bəlli olub.
"Report" xəbər verir ki, Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və CAR yığmaları qruplarında birinci və ikinci yeri tutaraq 1/16 finala yüksəliblər.
Bundan əlavə, Bosniya və Herseqovina seçməsi ən yaxşı üçüncü yerin sahibi kimi növbətu raundda iştirak edəcək.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre: "Komandanın özünəməxsus xarakteri var"
Futbol üzrə Meksika millisinin özünəməxsus xarakteri var.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Aqirre açıqlama verib.
Mütəxəssis A qrupunun III turunda Çexiyaya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb:
"Bu komandanın özünəməxsus xarakteri var. Futbolçular böyük uğur qazandılar. Qrup mərhələsində maksimum nəticə göstərdik. Qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimiz var".
Xatırladaq ki, Meksika seçməsi A qrupunu 9 xalla birinci pillədə bitirib. DÇ-2026 iyulun 19-da başa çatacaq.

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Yarışın ilk günündə yeniyetmə (U-17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.
Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi yığmasının heyətini formalaşdırmaqdır.

Miroslav Koubek: "Səhvlər və yorğunluq qrupdan çıxmağımıza mane oldu"
Futbol üzrə Çexiya yığmasının baş məşqçisi Miroslav Koubek dünya çempionatında növbəti mərhələyə yüksələ bilməmələrinin əsas səbəblərini yol verilən xətalar və çətin səfərlərin doğurduğu yorğunluqla izah edib.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, A qrupunun III turunda Meksikaya 0:3 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb:
"Qrupda qalmağımızın başlıca səbəbi buraxdığımız xətalar və ağır səfərlərin yaratdığı yorğunluq oldu. Çexiya futbolu 20 illik fasilədən sonra dünya çempionatında iştirak etdi. Müntəzəm olaraq beynəlxalq yarışlara qatılmaq üçün texniki standartlarımızı artırmalıyıq. Müqaviləm var və heç bir mübarizədən geri çəkilmirəm. Sözləşməni mütləq axıradək icra edəcəyəm".
Xatırladaq ki, Meksika seçməsi A qrupunu 1 xalla sonuncu - dördüncü pillədə bitirib. DÇ-2026 iyulun 19-da başa çatacaq.

CAR millisinin baş məşqçisi Hüqo Bross: "Taktiki cəhətdən hər şeyi düzgün etdik"
Cənubi Afrika Respublikası (CAR) millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda, Cənubi Koreya ilə qarşılaşmada taktiki cəhətdən düzgün oynayaraq rəqibə boşluqlar verməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Hüqo Bross A qrupunda keçirilən matçıdan (1:0) sonra deyib.
Mütəxəssis fantastik təcrübə yaşadıqlarını söyləyib:
"Bunun necə bir hiss olduğunu izah etmək çətindir. Bu, fantastik bir təcrübədir. Biz çox yaxşı oynadıq və qol vəziyyətləri yaratdıq. Taktiki cəhətdən hər şeyi düzgün etdik və Cənubi Koreya istədiyi boşluqları tapa bilmədi. Biz qol vurduq və daha sonra oyun 20 dəqiqə yüksək tempdə keçdi".
O, son illərdə yaxşı işlər gördüklərini vurğulayıb:
"Son 5 ildə etdiklərimiz heyrətamizdir. Belə uzun müddət birlikdə işləyəndə arada bir bağ yaranır və bu, məşqçi ilə futbolçular arasındakı adi münasibətdən daha üstündür. Biz artıq dostlaşmışıq. Sadəcə, bunun dadını çıxarmalıyıq".

Hon Myen Bo: "Uğursuz nəticəyə görə məsuliyyət mənim üzərimə düşür"
Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myen Bo DÇ-2026-nın qrup mərhələsində komandasının uğursuz nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu A qrupunda CAR-a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, qarşılaşmada ilk qolu buraxmağın böyük məyusluq yaratdığını qeyd edib.
"Futbolçuların meydanda əllərindən gələn hər şeyi etdiklərinə inanıram. Lakin ilk qolu buraxmağımız məyusedicidir. Uğursuz nəticəyə gəlincə, baş məşqçi kimi bu məsuliyyət mənim üzərimə düşür".

Çexiya - Meksika oyununun ən yaxşısı Mateo Çaves olub
Futbol üzrə dünya çempionatında Çexiya və Meksika yığmaları arasında keçirilən A qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Şimali Amerika təmsilçisinin heyətində Mateo Çaves oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (3:0) komandasının ilk qolunu vurub.

Tapelo Maseko CAR - Cənubi Koreya oyununun ən yaxşısı seçilib
Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) və Cənubi Koreya yığmaları arasında keçirilən A qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Afrika təmsilçisinin heyətində Tapelo Maseko oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (1:0) yeganə qolun müəllifi olub.

Sebastyan Minye: "Futbolçularımın Mərakeşə təslim olduğunu düşünmürəm"
Haiti millisi Mərakeşlə matçda təslim olmayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Haiti millisinin baş məşqçisi Sebastyan Minye mundialın qrup mərhələsində Mərakeşə qarşı keçirilən III turun oyunundan sonra deyib.
Mütəxəssis məğlubiyyətə baxmayaraq, futbolçularının mübarizəsindən razı qaldığını deyib:
"Nəticədən məyusam, amma futbolçularımın təslim olduğunu düşünmürəm. Onlar heç vaxt ruhdan düşməyən Haiti xalqının xarakterini meydanda nümayiş etdirdilər. Komandamız Haitini yüksək səviyyədə təmsil etdi və bununla fəxr edə bilərik".
Qeyd edək ki, Mərakeş millisi Haitini 4:2 hesabı ilə məğlub edib.

-
report.az
- Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi: "Dünya çempionu olmaq hədəfinə inanmalıyıq"
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi: "Dünya çempionu olmaq hədəfinə inanmalıyıq"
Mərakeş millisi dünya çempionu olmaq hədəfinə inanmalıdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Məhəmməd Vəhbi DÇ-2026-nın qrup mərhələsində Haitiyə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis yığmanın günü-gündən irəlilədiyini söyləyib:
"Mərakeş futbolu tamamilə yeni mərhələyə qədəm qoyub. Futbolçular və azarkeşlər komandaya inanırlar, rəqiblərimiz isə bizə hörmətlə yanaşırlar. Biz bu məqsədə – dünya çempionu olmaq hədəfinə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə sahibik".
Mümkün rəqiblərlə bağlı danışan baş məşqçi seçim etmədiyini bildirib:
"Heç bir üstünlük vermirəm. Sabah kiminlə qarşılaşacağımız bəlli olacaq. Hər bir oyuna eyni məqsəd və eyni inamla çıxacağıq".
Qeyd edək ki, Mərakeş millisi Haitini 4:2 hesabı ilə məğlub edib.

Stiv Klark: "Braziliyaya istədiyi oyunu sərgiləməsinə şərait yaratdıq"
Şotlandiya yığması DÇ-2026-nın qrup mərhələsində Braziliya millisinə öz oyununu sərgiləməsinə şərait yaradıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Stiv Klark mundialda Braziliyaya qarşı keçirdikləri oyundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmaya şərh verib:
"Vəziyyəti özümüz üçün çətinləşdirən də elə özümüz olduq. Rəqibə qollar vurmağa imkan verdik, onların istədiyi oyunu sərgiləməsinə şərait yaratdıq. Bu nəticə böyük məyusluq doğurur".
Qeyd edək ki, Braziliya millisi Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.

Karlo Ançelotti: "Pley-off mərhələsində komanda birliyi çox vacibdir"
Dünya çempionatının pley-off mərhələsində komanda birliyi çox vacibdir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Şotlandiya yığmasına qarşı keçirilən III turun oyunundan sonra deyib.
Mütəxəssis komandasının oyunundan razı qaldığını və hələ inkişaf üçün imkanların olduğunu vurğulayıb:
"Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də budur. Əlbəttə, ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar var. Oyuna nəzarət etdiyimiz anlarda topu daha sürətli hərəkət etdirə bilərik. Komandanın əhəmiyyətli dərəcədə inkişaf etməsi məni sevindirir. İndi daha ahəngdar və nizamlı çıxış edirik. Pley-off mərhələsində komanda birliyi çox vacibdir və bizim də məhz belə bir kollektivimiz var. İlk oyunla müqayisədə səhvlərimizin sayı azalıb, ritmimiz yüksəlib və hücumda daha səmərəli olmuşuq".
Braziliya millisinin baş məşqçisi Vinisius Juniorun çıxışını da xüsusi qeyd edib:
"Vinisiusun dubl etməsi məni çox sevindirdi. Onun dünya çempionatında bu cür çıxış edə biləcəyinə heç vaxt şübhə etməmişəm. Braziliya millisinin formasını geyinmək onun üçün böyük qürurdur. O, çox yaxşı oynayır. Hətta başla qol vurdu ki, bu onun üçün nadir haldır. Vinisiusu kəşf edən mən olmamışam. Mənim üçün o, yüksək səviyyəli futbolçudur və şübhəsiz ki, dünyanın ən yaxşı oyunçularından biridir".
Qeyd edək ki, Braziliya millisi Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.

Neymar 980 günlük fasilədən sonra yenidən Braziliya millisinin formasını geyinib
Braziliya millisinin tarixində ən yaxşı bombardir olan Neymar 980 günlük fasilədən sonra yenidən milli komandanın formasını geyinib.
"Report" xəbər verir ki, 34 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiyaya qarşı keçirilən oyunun 76-cı dəqiqəsində meydana daxil olub.
O, baldır əzələsindən aldığı zədə səbəbindən turnirdə komandasının ilk iki matçını buraxmışdı.
Neymarın Braziliya millisindəki əvvəlki oyunu 2023-cü il oktyabrın 18-nə təsadüf edib. Təcrübəli futbolçu milli komandanın heyətində Olimpiya çempionu olub, həmçinin Olimpiya Oyunlarının gümüş medalını qazanıb, Konfederasiyalar Kubokunun qalibi adını əldə edib və Amerika Kubokunun finalında mübarizə aparıb.
79 qolla Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymar Şotlandiya ilə görüşdə yığmanın heyətində 129-cu matçına çıxıb.
Zədələr Neymarı iştirak etdiyi bütün dünya çempionatlarında müşayiət edib. O, 2022-ci ildə Serbiya ilə qrup oyunu zamanı zədələnmişdi. 2018-ci ildə Rusiyada keçirilən mundiala isə sağ ayaq pəncəsindən aldığı ağır zədədən sonra qatılmışdı. Futbolçu üç aylıq bərpa prosesindən keçsə də, lazımi fiziki formanı toplaya bilməmişdi.
2014-cü ildə Braziliyada təşkil olunan dünya çempionatında isə Neymar bel nahiyəsindən ciddi zədə almış və buna görə Almaniyaya qarşı yarımfinal görüşünü buraxmışdı. Həmin oyunda Braziliya millisi 1:7 hesabı ilə məğlub olmuşdu.

-
report.az
- DÇ-2026: Cənubi Koreyanı məğlub edən CAR tarixində ilk dəfə pley-offa adlayıb - YENİLƏNİB-4
DÇ-2026: Cənubi Koreyanı məğlub edən CAR tarixində ilk dəfə pley-offa adlayıb - YENİLƏNİB-4
Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən A qrupunun III turunun matçında Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.
63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən matçda Afrika təmsilçisi hesabı açıb - 1:0.
63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ikinci yarı start götürüb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.
Futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya oyunu başlayıb.
"Report"un məlumatına görə, A qrupunun III turunun matçı Monterrey stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Tello idarə edir.

DÇ-2026: Meksika Çexiyaya qalib gələrək qrupda maksimum nəticə göstərib - YENİLƏNİB-5
Futbol üzrə dünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib.
"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər.
Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.
61-ci dəqiqədə Xulian Kinyones fərqlənib.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi hesabı açıb - 1:0.
55-ci dəqiqədə Mateo Çaves özü yaratdığı hücumu qolla tamamlayıb.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyunu başlayıb.
"Report"un məlumatına görə, A qrupunun III turunun matçı Mexiko stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.

Vinisius Şotlandiya - Braziliya matçının ən yaxşı futbolçusu adına layiq görülüb
Futbol üzrə dünya çempionatında Şotlandiya və Braziliya yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, "sambaçılar"ın heyətində Vinisius oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, vinger görüşdə dubl edərək komandasının 3:0 hesablı qələbəsində önəmli rol oynayıb.

Mərakeş - Haiti qarşılaşmasının ən yaxşı futbolçusu Əşrəf Hakimi seçilib
Futbol üzrə dünya çempionatında Mərakeş və Haiti yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, afrikalıların heyətində Əşrəf Hakimi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, müdafiəçi görüşdə 1 qol və 1 assistlə yadda qalıb. Mərakeş Haiti seçməsini 4:2 hesabı ilə məğlub edib.

Yulen Lopeteqi: "DÇ-2026-nı erkən başa vurmaq ağırdır"
Dünya çempionatında mübarizəni erkən başa vurmaq ağırdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Yulen Lopeteqi DÇ-2026-nın qrup mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti şərh edib:
"Məyusuq, çünki turnirdə qalmaq üçün mütləq qələbə qazanmalı idik. Rəqib bəzi məqamlarda daha təsirli oynadı və səhvlərimizi cəzalandırdı. Futbolçularım sona qədər mübarizə apardılar, lakin bu gün istədiyimiz nəticəni əldə edə bilmədik. Turniri erkən başa vurmaq ağırdır, amma bu təcrübədən nəticə çıxarmalı və gələcək üçün daha güclü qayıtmalıyıq".
Qeyd edək ki, Bosniya və Herseqovina yığması Qətər üzərində 3:1 hesablı qələbə qazanıb.

Serqey Barbarez: "Bosniya və Herseqovina yığması Qətərlə matçda qələbəyə layiq idi"
Bosniya və Herseqovina yığması Qətərlə matçda qələbəyə layiq idi.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Avropa təmsilçisinin baş məşqçisi Serqey Barbarez DÇ-2026-nın qrup mərhələsində Qətərə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis qələbənin sevindirici olduğunu bildirib:
"Bu gün komandamın çıxışından çox razı qaldım. Oyunun böyük hissəsində təşəbbüs bizim tərəfimizdə idi və qələbəyə layiq olduğumuzu düşünürəm. Futbolçular meydanda xarakter göstərdilər, təzyiq altında olsalar da, oyun planına sadiq qaldılar. Qrup mərhələsini qələbə ilə başa vurmaq vacib idi. İndi isə diqqətimizi növbəti mərhələyə yönəldəcəyik və digər nəticələri gözləyəcəyik".
Qeyd edək ki, Bosniya və Herseqovina yığması Qətər üzərində 3:1 hesablı qələbə qazanıb.

Murat Yakın: "Kanada üzərində qələbədən sonra dincələ və bu anın dadını çıxara bilərik"
İsveçrə millisi Kanada yığması üzərində qazanılan qələbənin dadını çıxaracaq.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Murat Yakın DÇ-2026-da Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"İşi özümüz üçün bir qədər çətinləşdirdik. Amma deməliyəm ki, bu gün komanda olaraq çox həmrəy və fədakar oyun nümayiş etdirdik. Topa nəzarət baxımından üstün idik. İlk hissə alışdığımız səviyyədə keçdi. Təəssüf ki, hesabı açmaq şansını dəyərləndirə bilmədik.
Bununla belə, fasilədən sonra meydana çox yaxşı qayıtdıq. Görüşün sonlarına yaxın bəzi topları diqqətsizlikdən itirdik. Ancaq ən vacibi odur ki, qələbəni qoruyub saxlaya bildik və matçı istədiyimiz nəticə ilə başa vurduq.
Bu qalibiyyət bizə əlavə özünəinam qazandırdı. İndi bir qədər dincələ və bu anın dadını çıxara bilərik. Qarşıdakı iki-üç günü istirahətə ayıracağıq, daha sonra isə pley-off mərhələsinə hazırlığa başlayacağıq".
Qeyd edək ki, B qrupunun sonuncu - III turunun matçında İsveçrə Kanadaya 2:1 hesabı ilə qalib gəlib.

DÇ-2026: Mərakeş Haitini məğlub edərək C qrupunun ikincisi olub - YENİLƏNİB-9
Futbol üzrə dünya çempionatında Mərakeş Haitini məğlub edib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.
Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.
Qeyd edək ki, bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda altıncı qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Mərakeş hesabdakı üstünlüyünü möhkəmləndirib - 4:2.
89-cu dəqiqədə Casim Yasin fərqlənib.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Mərakeş hesabda irəli çıxıb. - 3:2.
78-ci dəqiqədə Sufiyan Rahimi adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında bərabərlik var - 2:2.
Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında bərabərlik var - 2:2.
Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Mərakeş yenidən hesabı bərabərləşdirib - 2:2.
45+1-ci dəqiqədə İsmael Sayberi adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Haiti yenidən hesabda önə keçib - 2:1.
43-cü dəqiqədə Vilson İzidor uzaq məsafədən qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Mərakeş hesabı bərabərləşdirib - 1:1.
39-cu dəqiqədə Əşrəf Hakimi "status-kvo"nu bərpa edib.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Haiti hesabı açıb - 1:0.
10-cu dəqiqədə Lenni Jozef fərqlənib.
Futbol üzrə dünya çempionatının Mərakeş - Haiti oyunu başlayıb.
"Report"un məlumatına görə, C qrupunun III turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.

DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında Braziliya Şotlandiyanı məğlub edib.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
"Sambaçılar"ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.
Qeyd edək ki, Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. Şotlandiya isə 3 xalla üçüncü olub.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:0.
60-cı dəqiqədə Mateus Kunya fərqlənib.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı meksikalı FIFA referisi Sesar Ramos idarə edir.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyununda ilk hissə tamamlanıb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı meksikalı FIFA referisi Sesar Ramos idarə edir.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü arrtırıb - 2:0.
45+3-cü dəqiqədə Vinisus dubl müəllifi olub.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0.
7-ci dəqiqədə Vinisus rəqib müdafiəçilərin səhvini bağışlamayıb.
Futbol üzrə dünya çempionatının Şotlandiya - Braziliya oyunu başlayıb.
"Report"un məlumatına görə, C qrupunun III turunun matçı Mayami stadionunda keçirilir.
Qarşılaşmanı meksikalı FIFA referisi Sesar Ramos idarə edir.

-
report.az
- Kanada millisinin baş məşqçisi Cesse Marş: "İsveçrəyə qarşı kifayət qədər aqressiv deyildik"
Kanada millisinin baş məşqçisi Cesse Marş: "İsveçrəyə qarşı kifayət qədər aqressiv deyildik"
Kanada millisi İsveçrə ilə görüşdə yetərincə aqressiv futbol nümayiş etdirməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Amerika təmsilçisinin baş məşqçisi Cesse Marş DÇ-2026-nın qrup mərhələsində İsveçrəyə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmadan danışıb:
"Xarakterli futbolçulardan ibarət komandamız var. Kollektivimiz var ki, hər an meydanda sonadək mübarizə aparmağa hazırdır. Sadəcə oyunun kiçik, amma həlledici məqamlarını daha yaxşı idarə etməliyik. Matçın əvvəlində bir qədər tərəddüdlü oynadıq və kifayət qədər aqressiv deyildik. Fasilədə müdafiəni gücləndirmək üçün beş arxa xətt oyunçusu ilə oynamağı düşünürdüm və indi hesab edirəm ki, bunu etsəydik daha yaxşı olardı".
O, yığmanı daim dəstəkləyən azarkeşlərə öz təşəkkürünü bildirib:
"Biz sadəcə Kanadada formalaşan müsbət futbol enerjini davam etdirmək istəyirdik. Məyusedici məqam ondan ibarətdir ki, qələbədən sonra bu uğuru əldə saxlamaq asan olmir. Azarkeşlərin yaratdığı atmosferə və ölkənin dəstəyinə görə çox minnətdaram. Amma biz Los-Ancelesə yollanacağıq və hələ də ölkəmizə sevinc yaşatmaq istəyirik. Məqsədimizə çatmışıq – pley-off mərhələsinə yüksəlmişik. Alfonso Deyvisin növbəti oyuna hazır olacağını düşünürük".
Qeyd edək ki, B qrupunun sonuncu - III turunun matçında İsveçrə Kanadaya 2:1 hesabı ilə qlaib gəlib.

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu Kerim Alaybeqoviç olub
Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina və Qətər yığmaları arasında keçirilən B qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Avropa təmsilçisinin heyətində Kerim Alaybeqoviç oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (3:1) bir qol vuraraq komandasının qələbəsində pay sahibi olub.

Joan Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısı seçilib
Futbol üzrə dünya çempionatında İsveçrə və Kanada yığmaları arasında keçirilən B qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Avropa təmsilçisinin heyətində Joan Manzambi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, 20 yaşlı futbolçu sözügedən matçda (2:1) bir qol vuraraq komandasının qələbəsində pay sahibi olub.

DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü olub - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina Qətər millisinə qalib gəlib.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.
Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda dörndücü qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.
80-ci dəqiqədə Ermin Mahmiç qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında Bosniya və Herseqovina hesabda irəlidədir - 2:1.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında Bosniya və Herseqovina hesabda irəlidədir - 2:1.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında Qətər kollektivi hesab arasındakı fərqi azaldıb - 1:2.
42-ci dəqiqədə Həsən Əl-Heydos fərqlənib.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
Qətərin heyətində 34-cü dəqiqədə Sultan Əl-Brake topu öz qapısına göndərib.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
29-cu dəqiqədə Kerim Alaybeqoviç qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyunu başlayıb.
"Report"un məlumatına görə, B qrupunun III turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.

DÇ-2026: Kanadaya qalib gələn İsveçrə B qrupunu lider tamamlayıb - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında İsveçrə Kanadanı məğlub edib.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
İsveçrənin qollarını Ruben Varqas (46) və Joan Manzambi (57) vurublar. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında kanadalılar hesab arasındakı fərqi azaldıblar - 1:2.
76-cı dəqiqədə Promis Akinpelu fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar hesab arasındakı üstünlüklərini artırıblar - 2:0.
57-cı dəqiqədə Joan Manzambi fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyununda ikinci hissə qolla başlayıb.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar hesabı açıblar - 1:0.
46-cı dəqiqədə Ruben Varqas fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı braziliyalı FIFA referisi Ramon Abatti idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə,"BC Palace"stadionunda keçirilən B qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı braziliyalı FIFA referisi Ramon Abatti idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kanada oyunu başlayıb.
"Report"un məlumatına görə, B qrupunun III turunun matçı "BC Palace"stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Ramon Abatti idarə edir.

"Sabah" Avstriyada ilk yoxlama matçını keçirib
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirib.
"Report"un məlumatına görə? Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Ayxan Hüseynov: "Zirə"də ən yaxşı keyfiyyətlərimi göstərə biləcəyimi düşünürəm"
"Zirə"nin yeni transferi Ayxan Hüseynov paytaxt təmsilçisində ən yaxşı keyfiyyətlərini nümayiş etdirə biləcəyini düşünür.
Futbolçu bunu "Report"a açıqlamasında bildirib.
O, paytaxt təmsilçisinə qoşulma qərarından bəhs edib:
"Zirə"dən gələn təklif gözlənilməz oldu. Danışıqlardan sonra mənə inandıqlarını, futbolçu kimi dəyər verdiklərini və komandada görmək istədiklərini anladım. Ən yaxşı keyfiyyətlərimi bu komandada nümayiş etdirə biləcəyimi düşünürəm. Bu səbəbdən "Zirə"nin təklifini qəbul etmək qərarına gəldim".
Qeyd edək ki, ötən mövsümü "Turan Tovuz"da keçirən A.Hüseynov "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

-
report.az
- Roberto Martines dünya çempionatlarında ispanyalı məşqçilər arasında yeni rekord müəyyənləşdirib
Roberto Martines dünya çempionatlarında ispanyalı məşqçilər arasında yeni rekord müəyyənləşdirib
Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines dünya çempionatlarında qazanılan qələbələrin sayına görə ispanyalı mütəxəssislər arasında yeni rekorda imza atıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya millisinin DÇ-2026-nın qrup mərhələsinin II turunda Özbəkistan üzərində qazandığı qələbə (5:0) R.Martines üçün dünya çempionatlarında 8-ci zəfər olub.
Təcrübəli mütəxəssis bu göstərici ilə turnirdə 7 qələbəsi olan Visente del Boskeni geridə qoyaraq vahid rekordçu statusuna yiyələnib.
Qeyd edək ki, R.Martines 2023-cü ildən Portuqaliya komandasını çalışdırır.

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb
"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.
"Report" paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.
28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

DÇ-2026-da III tura start verilir
ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-da III tura start verilir.
"Report"un məlumatına görə, A qrupunda Çexiya - Meksika, Cənubi Afrika Respublikası (CAR) - Koreya matçları baş tutacaq.
B qrupunda İsveçrə millisi Kanada, Bosniya və Herseqovina yığması isə Qətərlə qarşılaşacaq.
C qrupunda Şotlandiya - Braziliya, Mərakeş - Haiti görüşləri keçiriləcək.
DÇ-2026
III tur
24 iyun
B qrupu
23:00. İsveçrə - Kanada
Baş hakim: Ramon Abatti (Braziliya).
Vankuver, "BC Palace" stadionu
23:00. Bosniya və Herseqovina - Qətər
Baş hakim: Xesus Valensuela (Venesuela).
Sietl stadionu
1. Kanada 2 1 1 0 7-1 4
2. İsveçrə 2 1 1 0 5-2 4
3. Bosniya və Herseqovina 2 0 1 1 2-5 1
4. Qətər 2 0 1 1 1-7 1
25 iyun
C qrupu
02:00. Şotlandiya - Braziliya
Baş hakim: Sesar Ramos (Meksika).
Mayami stadionu
02:00. Mərakeş - Haiti
Baş hakim: Danni Makkeli (Niderland).
Atlanta stadionu
1. Braziliya 2 1 1 0 4-1 4
2. Mərakeş 2 1 1 0 2-1 4
3. Şotlandiya 2 1 0 1 1-1 3
4. Haiti 2 0 0 2 0-4 0
A qrupu
05:00. Çexiya - Meksika
Baş hakim: Yael Falkon (Argentina).
Mexiko stadionu
05:00. CAR - Cənubi Koreya
Baş hakim: Fakundo Tello (Argentina).
Monterrey stadionu
1. Meksika 2 2 0 0 3-0 6
2. Koreya 2 1 0 1 2-2 3
3. Çexiya 2 0 1 1 2-3 1
4. CAR 2 0 1 1 1-3 1
Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin yayında "Zirə"yə transfer olunmuşdu.

"Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.
Bu barədə "Report"a Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.
Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.
21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.

Seneqal yığmasının qapıçısı Eduard Mendi İraqla matçda oynamayacaq
Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin III turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq.
"Report" Seneqal yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, zədəsinin xarakterinin müəyyənləşdirilməsi üçün əlavə tibbi müayinədən keçəcək.
34 yaşlı qapıçı Norveçlə matçda (2:3) sol dizindən zədə alaraq 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Afrika təmsilçisinin İraqla oyunu iyunun 26-da baş tutacaq.

Ante Budimir Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı oyunçusu olub
Ante Budimir Xorvatiya yığmasının tarixində dünya çempionatlarında qol vuran ən yaşlı futbolçu olub.
"Report" xaici mediaya istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın qrup mərhələsinin II turunda, Panama ilə oyunda reallaşdırıb.
Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolun müəllifi məhz A.Budimir olub. Forvard 34 yaş 336 günlüyündə fərqlənib.
Qeyd edək ki, əvvəlki rekord DÇ-2014-də, Kamerunla matçda (4:0) fərqlənən İvitsa Oliçə (34 yaş 277 gün) məxsus idi. Xorvatiya mundialda növbəti oyununu iyunun 27-də Qana yığmasına qarşı keçirəcək.

"Sabah" Avstriyada ilk yoxlama görüşünü keçirəcək
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirəcək.
"Report"un məlumatına görə Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat ödəyib
Peşəkar Futbol Liqası (PFL) klublara 2 milyon 610 min manat ödəyib.
"Report"un quruma istinadən məlumatına görə, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirilib.
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.
Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Yekun bölgüdə ilk pillədə "Qəbələ" klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.
İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Luka Modriç futbol tarixində yığmada 200 oyun keçirən 4-cü oyunçu olub
Luka Modriç Panama ilə DÇ-2026-nın qrup mərhələsi oyununda Xorvatiya yığmasının start heyətində meydana çıxmaqla milli komandada 200-cü matçını keçirib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, L qrupunun qarşılaşmasında forma geyinən 40 yaşlı yarımmüdafiəçi futbol tarixində bu göstəriciyə çatan 4-cü oyunçu olub.
Hazırda millidə ən çox oyun keçirən futbolçu rekordu Kriştianu Ronaldoya məxsusdur. O, Portuqaliya yığmasında 230 matçda meydana çıxıb. Küveyt yığmasının üzvü Bader əl-Mutava (202) ikincidir, argentinalı Lionel Messi isə (201) üçüncüdür.
Qeyd edək ki, Xorvatiya - Panama matçı birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sebastyen Desabr: "Portuqaliya və Kolumbiya ilə oyunlar bizə böyük təcrübə qazandırdı"
Dünya çempionatında Portuqaliya və Kolumbiya kimi güclü rəqiblərlə qarşılaşmaq Konqo Demokratik Respublikası (DR) yığmasına böyük təcrübə qazandırıb.
"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Sebastyen Desabr DÇ-2026-nın qrup mərhələsinin II turunda Kolumbiya millisinə 0:1 hesablı məğlubiyyətdən sonra deyib.
"Bizim üçün çox çətin oyun oldu. Güclü rəqibə qarşı oynadıq və onlar bizdən üstün idilər. Futbolçular hər zamankı kimi nəticə qazanmaq üçün meydanda sonadək mübarizə aparsalar da, təəssüf ki, istəyimizə nail ola bilmədik", - fransalı mütəxəssis vurğulayıb.
O, güclü rəqiblərlə matçların əhəmiyyətini xüsusi qeyd edib:
"Portuqaliya və Kolumbiya ilə qarşılaşmalar üzləşdiyimiz çətinliklərlə mübarizə aparmaq üçün bizə böyük təcrübə qazandırdı. Çünki bu, bizim ilk dünya çempionatımızdır".

Nestor Lorenzo: "Konqo DR ilə oyunda daha yaxşı nəticəyə layiq idik"
Kolumbiya millisi Konqo Demokratik Respublikasının (DR) yığmasına qarşı keçirdiyi dünya çempionatının oyununda daha yaxşı nəticəyə layiq idi.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Nestor Lorenzo matçdan sonra açıqlama verib.
Mütəxəssis K qrupunun II turunun qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Komanda üzvlərinə bütün səylərinə görə təşəkkür edirəm. Onlar sonadək oyun planına sadiq qaldılar. Daha yaxşı nəticəyə layiq idik. Sona yaxın rəqibimiz işimizi çətinləşdirdi. Amma biz layiqli qələbə qazandıq".
Xatırladaq ki, Kolumbiya yığması rəqibini minimal hesabla üstələyib - 1:0.

DÇ-2026: Pley-offa vəsiqə qazanan komandaların sayı yeddiyə çatıb
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.
"Report"un məlumatına görə, qrup mərhələsində II turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya 1/16 finalda iştirakı rəsmiləşdirib.
DÇ-2026-nın qrup mərhələsində III tur bu gün başlayacaq.
Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.

Konqoya qol vuran Daniel Munyos Kolumbiyanın heyətində ən yaxşı futbolçu seçilib
Futbol üzrə dünya çempionatında Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları arasında keçirilən K qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Daniel Munyos oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (1:0) yeganə qolun müəllifi olub.

Tomas Kristiansen: "Xorvatiya bizə qarşı çox təhlükəli qol vəziyyəti yarada bilmədi"
Xorvatiya millisi Panama yığmasına qarşı çox təhlükəli qol vəziyyətləri yarada bilməyib.
"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Xorvatiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin II turunun oyunundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib:
"Yaxşı oyun göstərdik. Son fitə qədər mübarizə apardıq və öz oyun üslubumuza sadiq qaldıq. Deyə biləcəyim yeganə şey odur ki, futbolçularımla fəxr edirəm. Onlar çox yaxşı oyun keçirdilər və Xorvatiya ilə bərabər səviyyədə mübarizə apardılar.
Futbol belədir. Rəqibin bir real qol imkanı oldu və bundan maksimum yararlandı. Həqiqət budur ki, onlar bizə qarşı çox təhlükəli qol vəziyyəti yarada bilmədilər. Məncə, bu matçda cəsarətli oynadıq və bir daha deyirəm ki, komandamın çıxışı ilə qürur duyuram".
Qeyd edək ki, Panama millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.

-
report.az
- Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç: "Təhlükəli rəqibə qarşı çətin oyun keçirdik"
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç: "Təhlükəli rəqibə qarşı çətin oyun keçirdik"
Xorvatiya millisi DÇ-2026-nın qrup mərhələsində təhlükəli rəqibə qarşı çıxış edib.
"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Zlatko Daliç Panamaya qarşı baş tutan oyundan sonra deyib.
Mütəxəssis qələbənin sevindirici olduğunu söyləyib:
"Bu, təhlükəli rəqibə qarşı çətin və gərgin mübarizə şəraitində keçən bir oyun oldu. İlk hissədə istədiklərimizi tam həyata keçirə bilmədik, amma ikinci hissədə xeyli yaxşı oynadıq.
Üç xalı qazandıq və mübarizədə qalmağa davam edirik. Matçda çətin anlar da oldu, lakin özümüzə inamı qaytarmaq və ruh yüksəkliyi qazanmaq üçün bu qələbəyə çox ehtiyacımız var idi."
Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Panamanı 1:0 hesabı ilə məğlub edib.

DÇ-2026: Konqoya qalib gələn Kolumbiya ardıcıl ikinci qələbəsini qazanıb - YENİLƏNİB-4
Futbol üzrə dünya çempionatında Kolumbiya Konqo Demokratik Respublikası millisinə qalib gəlib.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda baş tutan K qrupunun II turunun matçında Cənubi Amerika təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
76-cı dəqiqədə Daniel Munyos diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Ardıcıl ikinci görüşdə qələbə qazanan Kolumbiya 6 xalla K qrupunda liderdir.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Konqo Demokratik Respublikası oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda baş tutan K qrupunun II turunun matçında Kolumbiya seçməsi hesabı açıb - 1:0.
76-cı dəqiqədə Daniel Munyos diqqət mərkəzinə düşüb.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Konqo Demokratik Respublikası oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda baş tutan K qrupunun II turunun matçında qolsuz bərabərlik davam edir - 0:0.
Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edir.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Konqo Demokratik Respublikası oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Qvadalxara stadionunda baş tutan K qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edir.
Futbol üzrə dünya çempionatının Kolumbiya - Konqo Demokratik Respublikası oyunu başlayıb.
"Report"un məlumatına görə, K qrupunun II turunun matçı Qvadalxara stadionunda keçirilir.
Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edir.

Panama - Xorvatiya matçının ən yaxşı futbolçusu Kristian Martines seçilib
Futbol üzrə dünya çempionatında Panama və Xorvatiya yığmaları arasında keçirilən L qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, Şimali Amerika təmsilçisinin heyətində Kristian Martines qarşılaşmanın ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, cinah yarımmüdafiəçisi komandasının 0:1 hesabı ilə məğlub olduğu matçda yüksək səviyyəli oyun nümayiş etdirib.

-
report.az
- Karluş Keyroş: "İngiltərə fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir"
Karluş Keyroş: "İngiltərə fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir"
İngiltərə yığması Qana ilə matçda fasiləyə yollanarkən rəqibini məğlub edə bilmədiyini başa düşüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Karluş Keyroş İngiltərə ilə DÇ-2026-nın qrup mərhələsinin II tur oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən matç sonrası komandası ilə qürur duyduğunu söyləyib:
"Əgər müdafiə olunmaq lazımdırsa, müdafiə olunmalısan. İlk məqsədimiz növbəti mərhələyə yüksəlmək idi ki, bunu da bacardıq. İlk hissədə İngiltərə yığmasını məyus vəziyyətdə saxlamağa çalışdırdıq. Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Harri Keyn İngiltərənin qapıya ilk dəqiq zərbəsini yalnız 59-cu dəqiqədə vurdu. Rəqib komanda fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir".
O, heç-heçənin ədalətli nəticə olduğunu bildirib:
"İkinci hissədən etibarən matçda nəzarəti əlimizə aldıq. Qol da vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq. Digər tərəfdən, İngiltərənin də qol vurmaq imkanı var idi. Buna görə də heç-heçə oyunun gedişinə görə ədalətli nəticədir".
Qeyd edək ki, İngiltərə - Qana oyununda hesab (0:0) açılmayıb.

Tomas Tuxel: "Qana kimi komandaların qapısından top keçirmək çətindir"
Qana kimi komandaların qapısından top keçirmək çətindir
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Qanaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən oyunu şərh edib:
"Matçın sonunda iki real qol imkanımız oldu və bəlkə də qələbəyə layiq tərəf biz idik. Qana kimi komandaların qapısından top keçirmək çətindir. Qol vura bilməyəndə oyun səbir mübarizəsinə çevrilir. Rəqib bu qədər dərin müdafiə olunanda oynamaq asan deyil.
Birinci hissədə sürətli və intensiv oyun nümayiş etdirdik, cəhdlərimiz də oldu, amma sadəcə qol vura bilmədik. Rəqibin əks-hücumlarının qarşısını almaqda əla iş gördük, bu baxımdan çox yaxşı oynadıq. Sonradan meydana daxil olan futbolçular da komandaya fayda verdilər. Panama ilə oyuna dörd gün qalır. Həmin qarşılaşma barədə daha sonra düşünəcəyik".
Qeyd edək ki, İngiltərə - Qana oyununda hesab (0:0) açılmayıb.

Cud Bellinqem İngiltərə - Qana oyununun ən yaxşısı olub
Futbol üzrə dünya çempionatında İngiltərə və Qana yığmaları arasında keçirilən L qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Cud Bellinqem oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (0:0) özünü yaxşı tərəfdən göstərib.

Xorvatiyaya məğlub olan Panamanın DÇ-2026 ilə vidalaşacağı dəqiqləşib - YENİLƏNİB-4
Futbol üzrə dünya çempionatında Xorvatiya Panama millisinə qalib gəlib.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.
Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.
Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalıblar.
Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
54-cü dəqiqədə Ante Budimir fərqlənib.
Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.
Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.
Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyunu başlayıb.
"Report"un məlumatına görə, L qrupunun II turunun matçı Toronto stadionunda keçirilir.
Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.

Ronaldinyo karyerasını bərpa edib, İtaliya klubu futbolçunun transferini açıqlayıb
İtaliyanın "Ravenna" komandası 46 yaşlı əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun transferini rəsmən açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun təqdimat mərasimi ABŞ-nin Mayami şəhərində keçirilib.
Bununla da sabiq yarımmüdafiəçi 2018-ci ildə başa vurduğu peşəkar karyerasını yenidən davam etdirəcək.
Qeyd edək ki, "Ravenna" İtaliyanın üçüncü divizionu olan Serie C-də çıxış edir.

Fransanın baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanacaq
Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanacaq.
"Report" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək.
Fransa və Norveç milliləri I qrupunda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir.
Qeyd edək ki, 57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında Fransa yığması 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə gümüş medal qazanıb, 2016-cı ildə Avropa çempionatında ikinci yeri tutub və 2024/2025 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.

Fabio Kannavaro: "Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi"
Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın K qrupunun II turunda baş tutan Portuqaliya ilə oyundan (0:5) sonra deyib.
İtaliyalı mütəxəssis böyükhesablı məğlubiyyətin acı olduğunu söyləyib:
"Özbəkistan üçün ilk dünya çempionatının asan olmayacağı bəlli idi. Püşkatmadan sonra Kolumbiya və Portuqaliya kimi komandaların adlarını görəndə vəziyyətin çətinliyini artıq başa düşmüşdük".
Məğlubiyyətə baxmayaraq, baş məşqçi futbolçuların çıxışından razı qaldığını və komandanın sonadək mübarizə apardığını vurğulayıb:
"Kolumbiya ilə oyundan sonra komanda ilə fəxr etdiyimi demişdim. Bu gün də eyni sözləri təkrar edə bilərəm. Bəli, oyunçular üçün çətin idi, ciddi problemlərlə üzləşdilər, amma bir an belə mübarizəni dayandırmadılar".

ABŞ futbol üzrə İran yığmasına tətbiq olunan məhdudiyyətləri yüngülləşdirir
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi futbol üzrə dünya çempionatında İran millisinin növbəti oyunu üçün Birləşmiş Ştatlara giriş məhdudiyyətlərini ləğv edəcək.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, nazirlik İran millisinin 26 iyunda Sietl şəhərində son qrup oyunu ərəfəsində səyahət məhdudiyyətlərinin yüngülləşdiriləcəyi bildirilib.
İran futbol komandasının cümə günü Misirlə oynayacağı oyundan iki gün əvvəl Sietlə səyahət etməsinə icazə veriləcəyi və beləliklə, komandanın ilk iki oyunu ilə müqayisədə ABŞ-də əlavə bir gün keçirəcəyi ifadə edilib.
Komandanın oyundan sonra Meksikanın Tixuana şəhərindəki əsas düşərgəsinə qayıdacağı qeyd olunub.
Sözügedən dəyişiklik, İran futbol federasiyasının turnir boyunca komandaya qarşı rəftarla bağlı FIFA-ya rəsmi şikayət etməyi planlaşdırdığını açıqlamasından sonra baş verib.
Xatırladaq ki, İranın son oyunu Los-Anceles stadionunda Belçika ilə baş tutub və hesab açılmayıb - 0:0. Bundan əvvəl İran və Yeni Zelandiya oyununda da qalib müəyyənləşməyib.
İran yığmasının yer aldığı G qrupuna 4 xalla Misir liderlik edir, İran və Belçikanın 2, Yeni Zelandiyanın isə 1 xalı var. İran millisi son oyunda Misirlə üz-üzə gələcək.

Roberto Martines: "Özbəkistana qarşı matçın nəticəsindən çox məmnunam"
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Özbəkistanla matçın nəticəsindən razıdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin çalışdırıcısının özü Özbəkistana qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbədən məmnun olduğunu söyləyib:
"Qazanılan qələbə paltardəyişmə otağında apardığımız söhbətlərin nəticəsi idi. Bəzən turnirin ilk matçlarında yaxşı çıxış etməyə bilərsiniz. Lakin sonradan bu sizi daha güclü edir. Bu gün biz daha böyük yetkinlik göstərən bir komanda gördük. Nəticədən çox məmnunam".
Qeyd edək ki, Portuqaliya Özbəkistana 5:0 hesabı ilə qalib gəlib.

DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirib - YENİLƏNİB-3
Futbol üzrə dünya çempionatında İngiltərə Qana ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.
Qeyd edək ki, bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının İngiltərə - Qana oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.
Futbol üzrə dünya çempionatının İngiltərə - Qana oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.
Futbol üzrə dünya çempionatının İngiltərə - Qana oyunu start götürüb.
"Report"un məlumatına görə, L qrupunun II turunun matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.

Kriştianu Ronaldu Portuqaliya - Özbəkistan matçının ən yaxşı oyunçusu olub
Futbol üzrə dünya çempionatında Portuqaliya və Özbəkistan yığmaları arasında keçirilən K qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Kriştianu Ronaldu oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (5:0) dubl müəllifi olub.

DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə FİFA rəhbəri "Fox News" telekanalının efirində bildirib.
"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.
Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-nin Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.

Kriştianu Ronaldu 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu futbol tarixində növbəti rekorduna imza atıb.
"Report" xəbər verir ki, 41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.
Ronaldu bu nailiyyətə DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən oyunda çatıb.
O, görüşün 6-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bununla da portuqaliyalı ulduz indiyədək Lionel Messi ilə bölüşdüyü rekordu təkbaşına sahiblənib.
Bu qol Ronalduya daha bir tarixi göstərici qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Roje Milladır. Milla 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.
Kriştianu Ronaldu zəngin karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb və iki dəfə UEFA Millətlər Liqasını başı üzərinə qaldırıb. O, həmçinin milli komandalar tarixində ən çox qol vuran futbolçu olmaqla yanaşı, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında da qol rekordlarının sahibidir.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Ronaldu karyerası ərzində "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus" (İtaliya) kimi nəhəng klublarda çıxış edib.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnir iyulun 19-da başa çatacaq.

DÇ-2026: Ronaldu 2 qol vurub, Portuqaliya Özbəkistanı məğlub edib - YENİLƏNİB-8
Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla (6, 39) yadda qalıb. Digər qolları isə Nunu Mendeş (17), Abduvohid Nematov (60-öz qapısına) və Rafael Leao (87) vurub.
Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya yığması Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar - 5:0.
87-ci dəqiqədə Rafael Leao fərqlənib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar - 4:0.
60-cı dəqiqədə Özbəkistanın heyətində Abduvohid Nematov avtoqol müəllifi olub.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalıların hesabdakı üstünlüyü davam edir - 3:0.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar fasiləyə üstün yollanıblar - 3:0.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar - 3:0.
39-cu dəqiqədə Kriştianu Ronaldu dubl edib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
17-ci dəqiqədə Nunu Mendeş cərimə zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabı açıblar - 1:0.
6-cı dəqiqədə Kriştianu Ronaldu fərqlənib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyunu başlayıb.
"Report"un məlumatına görə, K qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

"Zirə" portuqaliyalı futbolçu Da Silva Tavareşı transfer edib
"Zirə" yeni futbolçu ilə anlaşıb.
"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.

Murad Məmədov: "Pafos"a keçidin karyeramda uğurlu bir addım olacağını düşündüm"
Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov "Pafos"a transferinin uğurlu addım olacağını düşünür.
"Report" xəbər verir ki, futbolçu bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:
"Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bunun karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm".
M.Məmmədov "47" nömrəli formanı seçməsinin səbəblərini açıqlayıb:
"Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və "4" nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, "7" nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib "47"ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir".
Qeyd edək ki, Kiprin "Pafos" klubu "Neftçi"nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edilib
İtaliyanın "Latsio" klubu əsas komandanın baş məşqçisi vəzifəsinə Cennaro Qattuzonu gətirib.
"Report" xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, C.Qattuzo son olaraq İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib.

"Zirə" Ayxan Hüseynovu heyətinə qatıb
"Zirə" yeni futbolçu ilə anlaşıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qartallar" Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu", "Ximki" və ölkəmizdə "Turan Tovuz" klublarında çıxış edib.

PSJ Fermin Lopesi heyətinə qatmağı planlaşdırır
İspaniyanın "Barselona" klubunun futbolçusu Fermin Lopes karyerasını Fransada davam etdirə bilər.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
PSJ 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. UEFA Çempionlar Liqasının qalibi yay transfer dönəmində ispaniyalı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, Fermin Lopesin "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. O, 2023-cü ildən Kataloniya təmsilçisində çıxış edir.

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar
ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-nın II turunda növbəti oyunlar keçiriləcək.
"Report"un məlumatına görə, K qrupunda Portuqaliya - Özbəkistan, Kolumbiya - Konqo DR görüşləri baş tutacaq.
L qrupunda isə İngiltərə millisi Qana, Panama Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2026
II tur
K qrupu
23 iyun
21:00. Portuqaliya - Özbəkistan
Baş hakim: Calal Cayed (Mərakeş).
Hyuston stadionu
24 iyun
06:00. Kolumbiya - Konqo DR
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Qvadalhara stadionu
1. Kolumbiya 1 1 0 0 3-1 3
2. Konqo DR 1 0 1 0 1-1 1
3. Portuqaliya 1 0 1 0 1-1 1
4. Özbəkistan 1 0 0 1 1-3 0
L qrupu
23 iyun
00:00. İngiltərə - Qana
Baş hakim: Said Martines (Honduras).
Boston stadionu
24 iyun
03:00. Panama - Xorvatiya
Baş hakim: Pyer Aço (Qabon).
Toronto stadionu
1. İngiltərə 1 1 0 0 4-2 3
2. Qana 1 1 0 0 1-0 3
3. Panama 1 0 0 1 0-1 0
4. Xorvatiya 1 0 0 1 2-4 0
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

-
sizinxeber.az
- Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
"Kəpəz" Azər Məmmədovla anlaşdığını açıqlayıb
"Kəpəz" klubu Azər Məmmədovla anlaşıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
50 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanacaq.
Xatırladaq ki, A.Məmmədov 2023-cü ildə də "Kəpəz"i çalışdırıb.

"İmişli" 2026/2027 mövsümündə ev oyunlarını Ağsu, Qəbələ və ya Yevlaxda keçirə bilər
"İmişli" futbol komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadion hələlik dəqiqləşməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov açıqlama verib.
Funksioner bir neçə arenada oynamaq ehtimallarının olduğunu söyləyib:
"Quba Olimpiya Kompleksinin stadionu dəqiq olmayacaq. Çünki orada drenaj sistemi düzəldilmədir. Ağsu şəhər stadionunda rəqibləri qəbul etmək variantı var. AFFA stadionu təmir edir. Çempionatın startınadək bitsə, orada oynamağı planlaşdırırıq. Çatdırılmasa, başqa variantları nəzərdən keçirəcəyik. Qəbələ və Yevlax da ola bilər. Hansı uyğun gəlsə, qərar veriləcək".
Xatırladaq ki, "İmişli" ötən mövsüm ilk iki turda rəqiblərini Şamaxı şəhər stadionunda, daha sonra Quba Olimpiya Kompleksinin stadionunda qəbul edib.

Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verilib
Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, E.Yaqublu 2020-2025-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.

"Turan Tovuz" Ayxan Hüseynovla yollarını ayırdığını açıqlayıb
"Turan Tovuz" futbolçusu Ayxan Hüseynovla yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə Qərb təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Xatırladaq ki, Ayxan Hüseynov Azərbaycan millisinin üzvüdür.

"Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşıb
"Araz-Naxçıvan" ispaniyalı futbolçu Alberto Qarsiya Fernandeslə anlaşıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
İspaniyanın "Real" klubunun yetirməsi olan 26 yaşlı futbolçu müxtəlif illərdə vətənində "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel", "Rayo Maxadaonda", eləcə də Kiprin "Omoniya" və "Akritas Xloraka" klublarının formasını geyinib.
A.Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Mourinyo "Real" üçün Yulmann və Fernandeşi transfer siyahısına daxil edib
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək üçün namizədləri müəyyən edib.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sportinq"dən Morten Yulmann və "Vest Hem"dən Mateuş Fernandeşin heyətə cəlb olunmasını istəyir.
"Kral klubu"nun rəhbərliyi hər iki oyunçunun mümkün keçidi ilə bağlı detalları araşdırmağa başlayıb.
Xatırladaq ki, Joze Mourinyo iyunun 1-də paytaxt təmsilçisinin baş məşqçisi təyin olunub.

"Şəfa" klubu yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa" klubu yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq paytaxt təmsilçisindən bildirilib.
"Şəfa" klubu olaraq yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlamışıq. Amma yenə də stadion axtarışımız davam edir", - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək. "SOCAR Polymer Arena" Sumqayıtda yerləşir.

Vladimir Petkoviç: "İordaniya ilə oyunda qələbəyə layiq idik"
Əlcəzair millisinin futbolçuları dünya çempionatında İordaniya ilə oyunda qələbəyə layiq idi.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Petkoviç matçdan sonra açıqlama verib.
O, J qrupunun II turunun qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Futbolçular sərgilədikləri oyuna görə qələbəyə layiq idi. Matça nəzarət tam bizdə idi. Çoxsaylı qol imkanları yaratdıq. Düşünürəm ki, görüşün nəticəsi də ədalətli oldu".
V.Petkoviç ikinci hissədə əvəzetmələrin komandaya xeyir verdiyini söyləyib:
"Beləliklə, təzyiqi artıra bildik və istədiyimiz nəticəyə nail olduq. Hələlik növbəti mərhələyə vəsiqə qazanmamışıq. Komanda Avstriya ilə həlledici oyuna çıxacaq. Hər şey oyunçuların öz əlindədir".
Xatırladaq ki, Əlcəzair İordaniyanı 2:1 hesabı ilə məğlub edib.

Jamal Sellami: "Əlcəzairlə oyunda təcrübəsizlik ucbatından uduzduq"
İordaniya yığması DÇ-2026-nın II turunun qrup mərhələsində Əlcəzairə təcrübəsizlik səbəbindən məğlub (1:2) olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Jamal Sellami oyundan sonra deyib.
Mütəxəssis futbolçuların yaxşı mübarizə apardıqlarını bildirib:
"Hesabda önə keçdikdən sonra fərqi artırmağa çox yaxın idik. Lakin Əlcəzair yığmasının bəzi futbolçularının yüksək fərdi keyfiyyətləri, üstünlüyümüzü qorumaq üçün göstərdiyimiz cəhdlərə rəğmən, bizim üçün ciddi problemlər yaratdı".
J.Sellami qapıçı Yezid Əbu Leylanın mükəmməl oyun nümayiş etdirdiyini vurğulayıb:
"Qapıçımız Yezid Əbu Leyla mükəmməl oyun keçirdi və mən futbolçuların göstərdiyi performansla fəxr edirəm. Birinci hissədə daha yaxşı tərəf idik, lakin dünya çempionatında ilk dəfə iştirak etdiyimiz üçün təcrübəsizlik bu məğlubiyyətdə mühüm rol oynadı".
Çalışdırıcı komandanın vaxtı düzgün idarə edə bilməməsindən gileylənib:
"Vaxtdan səmərəli istifadə edib hesabı qoruya bilmədik. Standart vəziyyətlərdəki zəif tərəflərimizi aradan qaldırmağa çalışsaq da, futbol səhvlərdən ibarətdir və Əlcəzair yığması hər iki qolu künc zərbəsindən sonra vurdu. Oyundan sonra futbolçularla bir araya gələrək Əlcəzairə qarşı göstərdikləri qəhrəmancasına mübarizəyə görə onları təbrik etdim. Futboldakı fərqləri maksimum dərəcədə azaltmağa çalışsaq da, sonda bəxt rəqibimizin üzünə güldü. Argentina ilə matçda turniri gözəl bir sonluqla bitirməyə çalışacağıq".

Erlinq Holann Norveç yığmasının dünya çempionatlarındakı rekordçusu olub
Norveç yığmasının hücumçusu Erlinq Holann DÇ-2026-nın qrup mərhələsinin II turunda Seneqalla matçda (3:2) dubl edərək komandasının mundiallar tarixindəki rekordçusuna çevrilib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı forvard dünya çempionatlarında keçirdiyi 2 matçda 4 qol vurmaqla yığmanın tarixinə düşüb.
O, ümumilikdə Norveç seçməsinin heyətində meydana çıxdığı 52 qarşılaşmada 59 qol vuraraq komandanın ən məhsuldar oyunçusu statusunu qoruyur. Buna qədər Norveç təmsilçisinin dünya birinciliklərində ən yaxşı bombardiri DÇ-1994 və DÇ-1998-də qol vuran Kyetil Rekdal idi.
Qeyd edək ki, I qrupunda 6 xal toplayan Norveç ikinci pillədə qərarlaşıb və pley-offa vəsiqəni təmin edib. Xalı olmayan Seneqal isə üçüncüdür.
III turda Norveç Fransa, Seneqal isə İraq ilə qarşılaşacaq. Hər iki oyun iyunun 26-da keçiriləcək.

DÇ-2026: Növbəti mərhələ şansını itirən dördüncü komanda məlum olub
İordaniya millisi ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komanda olub.
"Report"un məlumatına görə, bu, Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun II turunun oyununda Əlcəzairə uduzması (1:2) ilə gerçəkləşib.
Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.
Xatırladaq ki, İordaniya III turda Argentina ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.

İbrahim Maza İordaniya - Əlcəzair oyununun ən yaxşı futbolçusu seçilib
Futbol üzrə dünya çempionatında İordaniya və Əlcəzair milliləri arasında keçirilmiş J qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report"un məlumatına görə, əlcəzairli İbrahim Maza bu ada layiq görülüb.
Xatırladaq ki, qarşılaşma Əlcəzair seçməsinin qələbəsi ilə bitib - 2:1.

DÇ-2026: Əlcəzair İordaniyanı məğlub edib - YENİLƏNİB - 6
Futbol üzrə dünya çempionatında Əlcəzair İordaniyaya qalib gəlib.
"Report" xəbər verir ki, I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.
Matçda hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb.
Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı iki cavabsız qolla üstələyib.
1. Argentina 2 2 0 0 5:0 6
2. Avstriya 2 1 0 1 3:3 3
3. Əlcəzair 2 1 0 1 2:4 3
4. İordaniya 2 0 0 2 2:5 0
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Əlcəzair millisi hesabda önə keçib - 2:1.
82-ci dəqiqədə Amin Quiqi fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, San Fransisko stadionunda keçirilən J qrupunun II turunun matçında Əlcəzair hesaba tarazlıq gətiirb - 1:1.
69-cu dəqiqədə Nadir Benbuali fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, San Fransisko stadionunda keçirilən J qrupunun II turunun matçında İordaniya hesabda irəlidədir - 1:0.
36-cı dəqiqədə Nizar Əl-Rəşdan fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, San Fransisko stadionunda keçirilən J qrupunun II turunun matçında İordaniya hesabda irəlidədir - 1:0.
36-cı dəqiqədə Nizar Əl-Rəşdan fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyununda hesab açılıb.
"Report"un məlumatına görə, San Fransisko stadionunda keçirilən J qrupunun II turunun matçında İordaniya ilk qola sevinib - 1:0.
36-cı dəqiqədə Nizar Əl-Rəşdan fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Əlcəzair oyunu başlayıb.
"Report"un məlumatına görə, J qrupunun II turunun matçı San Fransisko stadionunda keçirilir.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Pap Tyav: "Seneqal millisi üçün hələ heç nə bitməyib"
Seneqal millisi üçün hələ heç nə bitməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Futbolçularımız başa düşürlər ki, hələ heç nə bitməyib. Hər şey son turun nəticələrindən asılı olacaq. Bu, məğlubiyyətdir və biz bunu qəbul edib yolumuza davam etməliyik. Qarşıda bir oyunumuz qalıb. Həmin matçda əlimizdən gələnin ən yaxşısını etməli və inamımızı qorumalıyıq".
Qeyd edək ki, Norveç Seneqal millisini 3:2 hesabı ilə məğlub edib.

Stole Solbakken: "Seneqala qarşı oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi"
Seneqala qarşı keçirilən maçın sonluğu Norveç millisinin baş məşqçisi Stole Solbakken üçün uzun çəkib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin çalışdırıcısının özü Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Həqiqətən görüş çox çətin keçdi. Xüsusi ilə qarşılaşmanın son anları bitmək bilmirdi. Oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi. Bir neçə futbolçumuzun ayağında problemlər yaranmışdı. İnanırıq ki, Fransa ilə matçda da istədiyimiz nəticəyə nail ola bilərik".
Qeyd edək ki, Norveç Seneqal millisini 3:2 hesabı ilə məğlub edib.

Erlinq Holann Norveç - Seneqal matçının ən yaxşı oyunçusu adına layiq görülüb
Futbol üzrə dünya çempionatında Norveç və Seneqal yığmaları arasında keçirilən I qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Erlinq Holann oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, hücumçu sözügedən matçda (3:2) dubl müəllifi olub.

Didye Deşam: "Uzun fasilədən sonra ikinci hissəyə köklənmək asan olmadı"
Uzun fasilədən sonra İraqla matçın ikinci hissəsinə köklənmək Fransa millisi üçün asan olmayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Didye Deşam İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Birinci hissəni yaxşı keçirdik. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. İkinci hissədə isə hava şəraiti səbəbindən yaranmış uzun fasiləni nəzərə alsaq, yenidən oyuna köklənmək və tam şəkildə toparlanmaq asan olmadı.
Qələbə qazanmağımız sevindiricidir. Bu gün növbəti mərhələyə vəsiqəni təmin etdik, lakin qrupdakı yekun mövqeyimizin müəyyənləşməsi baxımından üçüncü oyunun həlledici olacağına inanıram".
Qeyd edək ki, Fransa – İraq matçı 3:0 hesabı ilə yekunlaşıb.

Kilan Mbappe Fransa - İraq matçının ən yaxşı futbolçusu olub
Futbol üzrə dünya çempionatında Fransa və İraq yığmaları arasında keçirilən I qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Kilian Mbappe oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, hücumçu sözügedən matçda (3:0) 2 qolla yadda qalıb.

DÇ-2026: Erlinq Holannın qolları Norveçə qələbə qazandırıb - YENİLƏNİB-8
Futbol üzrə dünya çempionatında Norveç Seneqala qalib gəlib.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:2 hesablı qələbəyə seviniblər.
Norveçin qollarını Markus Pedersen (43) və Erlinq Holann (48, 58) vurublar. Seneqalın heyətində isə İsmaila Sarr (53, 90+3) dublla yadda qalıb.
Qeyd edək ki, bu qrupun digər matçında Fransa İraqı 3:0 hesabı ilə məğlub edib.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında afrikalılar hesab arasındakı fərqi azaldıblar - 2:3.
90+3-cü dəqiqədə İsmaila Sarr fərqlənib.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar - 3:1.
58-ci dəqiqədə Erlinq Holann dubl edib.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında afrikalılar hesab arasındakı fərqi azaldıblar - 1:2.
53-cü dəqiqədə İsmaila Sarr fərqlənib.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
48-cü dəqiqədə Erlinq Holann qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda irəlidədirlər - 1:0.
43-cü dəqiqədə Markus Pedersen dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda irəlidədirlər - 1:0.
43-cü dəqiqədə Markus Pedersen dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
43-cü dəqiqədə Markus Pedersen dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Norveç - Seneqal oyunu başlayıb.
"Report"un məlumatına görə, I qrupunun II turunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

DÇ-2026: Dörd saata yaxın çəkən oyunda Fransa İraqı məğlub edib - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatında Fransa İraq millisini məğlub edib.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.
Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.
Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 3:0.
66-cı dəqiqədə Usman Dembele fərqlənib.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
54-cü dəqiqədə Kilian Mbappe dubl edib.
Futbol üzrə dünya çempionatında Fransa - İraq oyununun ikinci hissəsi 2 saata yaxın fasilədən sonra başlayıb.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ikinci hissə təxirə salınıb.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Qarşılaşmanın ikinci hissəsi şiddətli yağış və ildırım səbəbindən başlamayıb. Matçda təxmini 30 dəqiqəlik fasilə elan edilib. Yağışın şiddəti azaldıqdan sonra matçın yenidən davam etməsi planlaşdırılır. İldırım təhlükəsinə görə azarkeşlərdən tribunaları tərk etmələri xahiş olunub.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabı açıblar - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyunu başlayıb.
"Report"un məlumatına görə, I qrupunun II turunun matçı Filadelfiya stadionunda keçirilir.
Qarşılaşmanı kanadalı FIFA referisi Dryu Fişer idarə edir.

-
report.az
- Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
Lionel Messi barədə deyiləcək heç bir söz yoxdur.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni Avstriya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis komandanın kapitanı Lionel Messinin çıxışına toxunub:
"Komanda çətin anlar yaşadığı vaxtlarda belə Messi topu qazanır, mübarizədən bir an olsun əl çəkmirdi. Bir futbolçunun bu qədər fədakar və oyuna bağlı olması təsadüfi deyil. Onun komandaya təsiri də məhz bundan qaynaqlanır. Artıq Messi barədə nə deyəcəyimi bilmirəm, çünki heç bir söz onun meydanda gördüyü işi tam ifadə etmir".
Skaloni komandanın ümumi çıxışından da razı qaldığını vurğulayıb:
"Lazım gəldikdə komanda əziyyət çəkməyi bacarır. Bəzi anlarda topa sahib ola bilmədik, amma kollektivin ən böyük üstünlüyü hər vəziyyətdə nə etməli olduğunu bilməsidir. İnkişaf etdirməli olduğumuz bəzi məqamlar var idi. Səbirli oynadığımız zaman düzgün ötürmələri tapa bildik. Əlbəttə, daha yaxşı çıxış edə bilərik, amma hazırda yaxşı vəziyyətdəyik və rəqabət qabiliyyətimizi qoruyuruq".
Qeyd edək ki, Argentina - Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.

Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə apardıq"
Avstriya millisi Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə aparıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Ralf Ranqnik Argentina yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları görüşü qiymətləndirib:
"Daha artığına nail ola bilərdik, amma ümumilikdə çıxışımız planlaşdırdığımız alındı. Cəsarətlə və qorxmadan mübarizə apardıq. Lakin bəzi epizodlarda bir az da cəsarətli davranmağımızı və xüsusilə qapıya daha yaxşı zərbələr endirməyimizi istərdim.
Rəqibin ikinci qolu əks-hücumdan vurması isə çox məyusedici oldu. Amma ümumi mənzərəyə baxsaq, yaxşı oyun sərgilədik".
Qeyd edək ki, Argentina - Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.

Lionel Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
Futbol üzrə dünya çempionatında Argentina və Avstriya yığmaları arasında keçirilən J qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (2:0) dubl müəllifi olub.

Messi Klozeni arxada qoyaraq dünya çempionatları tarixində ən çox qol vuran futbolçu olub
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Avstriya yığmasına qarşı oyunda fərqlənərək turnir tarixində yeni bombardir rekordu müəyyənləşdirib.
"Report" xəbər verir ki, bu, Messi üçün dünya çempionatlarındakı 17-ci qol olub.
Beləliklə, o, 2014-cü ildən bu reytinqə başçılıq edən Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloseni (16 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
Qeyd edək ki, hazırda davam edən matçda Argentina Avstriyanı 1:0 hesbaı ilə məğlub edir.

DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazanıb - YENİLƏNİB-5
Futbol üzrə dünya çempionatında Argentina Avstriyaya qalib gəlib.
"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.
Qolları yığmanın lideri və kapitani Lionel Messi vurubş. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.
Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da İordaniya Əlcəzairlə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi hesabda öndədir - 1:0.
38-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi fasiləyə öndə yollanıb - 1:0.
38-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi hesabı açıb - 1:0.
38-ci dəqiqədə Lionel Messi qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyununda Messi penalti zərbəsindən yararlana biıməyib.
"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisinin ulduzu Dallas stadionunda keçirilirən J qrupunun II turunun matçında kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsindən topu kənara vurub.
Qarşılaşmanı misirli FIFA referisi Amin Omar idarə edir.
Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyunu başlayıb.
"Report"un məlumatına görə, J qrupunun II turunun matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı misirli FIFA referisi Amin Omar idarə edir.

Pezeşkian: Milli komandanın oyunçuları bütün güclərini ortaya qoyublar
Futbol üzrə İran millisi dünya çempionatında bütünü gücünü ortaya qoyub.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Siz necə gözəl anların yaradıldığını gördünüz. Oyunçular var gücləri ilə çalışıblar və İranın himnini qürurla ifa ediblər", - o bildirib.
Onun sözlərinə görə, hazırda İran dünyanın diqqət mərkəzindədir:
"İran və iranlılar haqqında hörmətlə danışırlar, bu uğur isə birlik və həmrəyliyin nəticəsindən başqa bir şey deyil".
Xatırladaq ki, İranın son oyunu Los-Anceles stadionunda Belçika ilə baş tutub və hesab açılmayıb - 0:0. Bundan əvvəl İran və Yeni Zelandiya oyununda da qalib müəyyənləşməyib.
İslam Respublikasının yığmasının yer aldığı G qrupuna 4 xalla Misir liderlik edir, İran və Belçikanın 2, Yeni Zelandiyanın isə 1 xalı var. İran millisi son oyunda Misirlə üz-üzə gələcək. Ümumiyyətlə, bu qrupun taleyi üçüncü matçda həll olunacaq, çünki Belçika da Yeni Zelandiyaya qalib gələcəyi təqdirdə, növbəti mərhələyə adlayacaq.

Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.
Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.
Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. F.Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.
Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.
Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

-
report.az
- Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komanda B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya ilə üz-üzə gələcək.
A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.
Xatırladaq ki, turnir iyulun 15-17-si aralığında baş tutacaq.

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb
Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.
"Report" KFF-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.
Talqat Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

Almaniyalı futbolçu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq
Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq.
"Report" xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.
O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır
ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-nın II turunda növbəti oyunlar keçiriləcək.
"Report"un məlumatına görə, J qrupunda Argentina - Avstriya, İordaniya - Əlcəzair görüşləri baş tutacaq.
I qrupunda Fransa yığması İraqla, Norveç millisi isə Seneqalla üz-üzə gələcək.
DÇ-2026
II tur
J qrupu
22 iyun
21:00. Argentina - Avstriya
Baş hakim: Amin Omar (Misir).
Dallas stadionu
23 iyun
07:00. İordaniya - Əlcəzair
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
San Fransisko, "Bay Arena" stadionu
1. Argentina 1 1 0 0 3-0 3
2. Avstriya 1 1 0 0 3-1 3
3. İordaniya 1 0 0 1 1-3 0
4. Əlcəzair 1 0 0 1 0-3 0
I qrupu
23 iyun
01:00. Fransa - İraq
Baş hakim: Dryu Fişer (Kanada).
Filadelfiya stadionu
04:00. Norveç - Seneqal
Baş hakim: Vilton Sampayo (Braziliya).
Nyu-York/Nyu-Cersi stadionu
1. Norveç 1 1 0 0 4-1 3
2. Fransa 1 1 0 0 3-1 3
3. Seneqal 1 0 0 1 1-3 0
4. İraq 1 0 0 1 1-4 0
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Azərbaycan millisi Parisdəki beynəlxalq futbol turnirinə 11 nəfərlik heyətlə qatılacaq
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) yığması Fransanın paytaxtı Parisdə "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026"a 11 nəfərlik heyətlə qa ölkəni təmsil edəcək.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Azərbaycan təmsilçisi B qrupunda Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq.
11 nəfərlik heyət ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Turnirə hazırlıq çərçivəsində komanda üçün yekun təlim-məşq toplanışı təşkil edilib.
Turnirin açılış oyunu Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə iyulun 11-də Parisdə yerləşən "Stade Charlety" stadionunda baş tutacaq.
Qeyd edək ki, iyulun 6–11-də təşkil olunacaq turnirdə ümumilikdə 24 (12 kişi və 12 qadın seçməsi) komanda iştirak edəcək. Oyunlar 7x7 formatında keçiriləcək. Bu, Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur.

"Qarabağ" Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb
"Qarabağ" Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb.
Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müddəti başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycanın U-17 yığması Tacikistanla iki yoxlama matçı keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millsi iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.
"Report" AFFA-ya istinadən xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları keçirəcək.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.
| Nr. | Ad/Soyad | Klub |
| 1 | Ülvi Abbaslı | Sumqayıt |
| 2 | Oqtay Mehrəliyev | Qarabağ |
| 3 | Cavidan Babayev | Qarabağ |
| 4 | Ruslan Quliyev | Neftçi |
| 5 | Vaqif Nəbiyev | Qarabağ |
| 6 | Uğur Qurbanlı | Qarabağ |
| 7 | Cihad Sadıqov | Sabah |
| 8 | Roman Fərzəli | Qarabağ |
| 9 | Mehdi Hüseyn | Qarabağ |
| 10 | Rəsul Balakişiyev | Marcet (İspaniya) |
| 11 | Nicat Əhmədzadə | Marcet (İspaniya) |
| 12 | Vaqif Məmmədli | Sabah |
| 13 | Ömər Fətəliyev | Qarabağ |
| 14 | Əhəd Hacızadə | Qarabağ |
| 15 | Nihad Hüseynzadə | Sabah |
| 16 | Renat Əliyev | Neftçi |
| 17 | Davud Abullayev | Qarabağ |
| 18 | Şikar Şikar | Neftçi |
| 19 | Tunar Bayramov | Qarabağ |
| 20 | Firdovsi Şeydayev | Sabah |
| 21 | Nazim Əliyev | Srvena Zvezda (Serbiya) |
| 22 | Daniil Rəcəbov | Qarabağ |
| 23 | Ruslan Əbilov | Sabah |

Tehran ABŞ-ni İranın futbol yığmasına viza verilməsində ayrı-seçkilikdə ittiham edib
İran ABŞ-ni futbol üzrə Dünya Çempionatına yollanan İran nümayəndə heyətinin bəzi üzvlərinə viza verməkdən imtina etdiyinə görə "ayrı-seçkilik münasibətində" ittiham edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İranın Türkiyədəki səfirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Niyə siz milli futbol komandasının ayrılmaz hissəsi olan rəhbər heyətin, texniki məsləhətçilərin və digər şəxslərin əhəmiyyətli bir qisminə viza verilməsindən imtina olunduğundan bəhs etmirsiniz?", - səfirlikdən ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın İran yığmasının oyunçularına viza verildiyi barədə açıqlamasına cavab olaraq bildirilib.
İranın diplomatik nümayəndəliyindən qeyd edilib ki, bu cür vəziyyət ölkənin milli yığmasına qarşı ayrı-seçkilik münasibətini nümayiş etdirir.
Daha əvvəl bildirilmişdi ki, İranın futbol yığmasının üzvlərinə bu həftə vizalar verilib. Prosedur komanda üzvlərinin şəxsən iştirakı olmadan Meksikanın Türkiyədəki səfirliyində həyata keçirilib.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə çıxış edir.

Müxtəlif səbəblərdən DÇ-2026-dan kənarda qalan ulduz futbolçular - ARAŞDIRMA
DÇ-2026 üçün yekun heyətlər açıqlanarkən bəzi milli komandaların baş məşqçilərinin verdiyi qərarlar futbol ictimaiyyətində geniş rezonans doğurub.
"Report"un araşdırmasına görə, bəzi yığmalar taktiki seçimlər, mövcud durum, yüksək rəqabət və zədələr səbəbindən tanınmış futbolçuların xidmətinə ehtiyac duymayıblar.
Fil Fodenin İngiltərə millisinə dəvət almaması əsas müzakirə mövzularından biridir. "Mançester Siti"nin yarımmüdafiəçisi son illərdə yığmanın əsas simalarından birinə çevrilsə də, bu dəfə yekun heyətdən kənarda qalıb. Onun heyətə düşməməsində əsas səbəb kimi son dövrdə sabit oynamaması və taktiki uyğunluq məsələləri göstərilir.
Eyni milli komandada Koul Palmer də heyətə düşməyənlərdəndir. "Çelsi"nin gənc hücumçusu yüksək potensialına baxmayaraq, güclü rəqabət və sırf məşqçi seçimi səbəbindən DÇ-2026-da iştirak etməyəcək.
İngiltərənin heyətində Harri Maquayr və Trent Aleksander-Arnold kimi təcrübəli futbolçuların da kənarda qalması diqqət çəkib. Maquayr daha çox seçim üstünlüyü və müdafiə xəttindəki rəqabətə, Aleksander-Arnold isə taktiki balans və müdafiəyönümlü planlara görə siyahıya daxil edilməyib.
Fransa yığmasında da ciddi itkilər var. Eduardo Kamavinqa zədə səbəbindən DÇ-2026-nı buraxmalı olacaq. "Real"ın yarımmüdafiəçisinin uzunmüddətli zədəsi onun turnirə hazır olmasına imkan verməyib. Randal Kolo Muani isə son dövrlərdəki zəif çıxışı və yüksək rəqabət səbəbindən heyətdən kənarda qalıb. PSJ-nin qapıçısı Lukas Şevalye də Fransa millisinin yekun siyahısına düşməyən futbolçular sırasındadır.
Niderland seçməsində isə Xavi Simons DÇ-2026-nı kənardan izləyəcək. "Tottenhem"in yarımmüdafiəçisi son illərdə milli komandanın əsas kreativ fiqurlarından biri olsa da, zədə səbəbindən onun adı yekun siyahıya daxil edilməyib.
Almaniya millisində Mark-Andre ter Ştegen də heyətdən kənarda qalan ən səs-küylü adlardan biridir. Təcrübəli qapıçının zədə problemi və uzunmüddətli bərpa prosesi onun DÇ-2026-ya qatılmasına imkan verməyib.
Braziliyada Juan Pedronun yekun heyətdən kənarda qalması diqqət çəkən qərarlardan biri olub. Hücumçunun adı geniş siyahıya daxil edilsə də, yekun heyətdən kənarda qalıb. Baş məşqçi Karlo Ançelottinin bu qərarı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
"Sambaçılar"ın heyətində növbəti itki Rodriqo sayıla bilər. "Real"ın vingerinin ön çarpaz bağından ciddi zədə alması onun mundialdan kənarda qalması ilə nəticələnib.
Argentina millisində isə Paulo Dibalanın heyətdən kənarda qalması böyük rezonans doğurub. Uzun illər yığmanın aparıcı fiqurlarından biri olan futbolçunun yığmaya çağrılmaması əsasən zədələr və taktiki uyğunluq məsələləri ilə izah olunur.
Ümumilikdə, baş məşqçilərin DÇ-2026 üçün heyət seçimləri bir daha göstərir ki, mundialda iştirak təkcə böyük adlarla deyil, həm də zədə, forma, sistem və məşqçi qərarlarına bağlıdır.
Əlavə edək ki, Viktor Osimhen (Nigeriya), Xviça Kvaratsxeliya (Gürcüstan), Yan Oblak (Sloveniya), Dominik Soboslai (Macarıstan), Robert Levandovski (Polşa), Nikolo Barella və Alessandro Bastoni (hər ikisi İtaliya) kimi tanınmış ulduz futbolçular millilərinin mundiala vəsiqə qazana bilməməsi səbəbindən "ofsayda düşüblər".
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

"Şamaxı" klubu Alfons Msanqa ilə müqaviləni yeniləməyib
"Şamaxı" klubu Alfons Mabula Msanqa ilə vidalaşıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Tanzaniya millisinin üzvü ötən ilin yanvarında "Şamaxı"ya qoşulmuşdu.

"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb
İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Bernli"nin müdafiəçisi Maksim Estevi transfer etmək istəyir.
"Report" TEAMtalk-a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı fransalı futbolçunu İbrahima Konatenin əvəzləyicisi kimi nəzərdən keçirir.
Lakin hələlik transferlə bağlı konkret addımlar atılmayıb. M.Estev 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.

-
report.az
- Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşib
Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşib
Dünya çempionatları tarixində təmsilçşiləri ən çox qələbə qazanan qitə konfederasiyaları müəyyənləşib.
"Report" FIFA-ya istinadən xəbər verir ki, qələbə sayına görə UEFA-nı təmsil edən komandalar ümumilikdə 808 matçda 468 qələbə qazanaraq ilk sırada yer alıblar.
Avropa təmsilçilərinin keçirdiyi görüşlərin 188-i heç-heçə, 152-si isə məğlubiyyətlə başa çatıb.
UEFA zonasında qələbə sayına görə Almaniya (68) liderdir. Növbəti sıralarda İtaliya (45), Fransa (39), İngiltərə (32), İspaniya (31), Niderland (30), Belçika (21), Rusiya (19), İsveç (19), Serbiya (18), Polşa (17), Portuqaliya (17), Macarıstan (15), İsveçrə (14), Xorvatiya (13), Çexiya (12), Avstriya (12), Danimarka (9), Rumıniya (8), Türkiyə (5), Şotlandiya (4), Bolqarıstan (3), Şimali İrlandiya (3), Şərqi Almaniya (2), Yunanıstan (2), Norveç (2), İrlandiya Respublikası (2), Ukrayna (2), Bosniya və Herseqovina (1), Slovakiya (1), Sloveniya (1) və Uels (1) qərarlaşıblar.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təmsilçiləri 358 oyunda 185 qələbə ilə ikinci sıradadır. Bu qitənin komandaları 73 heç-heçə edib və 100 dəfə məğlub olublar. CONMEBOL regionunda Braziliya 76 qələbə ilə liderdir. Argentina 47, Uruqvay 25, Çili 11, Kolumbiya 9, Paraqvay 7, Ekvador və Peru isə hərəyə 5 qələbəyə imza atıblar.
Afrika Futbol Konfederasiyasına (CAF) daxil olan komandalar ümumilikdə keçirdikləri 162 matçda 37 qələbə, 41 heç-heçə və 84 məğlubiyyətlə üçünçü pillədə yer alıblar. Regionda Nigeriya 6 qələbə ilə liderdir. Kamerun, Qana, Mərakeş və Seneqal hərəyə 5, Əlcəzair, Kot-d'İvuar və Tunis hərəyə 3, Cənubi Afrika Respublikası isə 2 qələbəyə malikdir.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları 152 qarşılaşmada 34 qələbə qazanıblar, 33 heç-heçə ediblər və 85 məğlubiyyətlə üzləşiblər. Bu konfederasiyaya daxil olan millilərdən Meksika 17, ABŞ 9, Kosta-Rika 6, Kuba və Yamayka isə hərəyə 1 qələbə qazanıblar.
Asiya Futbol Konfederasiyası (AFC) təmsilçilərinin meydana çıxdığı 136 oyunda 25 qələbə, 26 heç-heçə və 85 məğlubiyyət qeydə alınıb. Bu göstəriciyə görə 5-ci yerdə olan Asiya qitəsində Yaponiya və Cənubi Koreya hərəyə 7, Səudiyyə Ərəbistanı 4, Avstraliya və İran hərəyə 3, Şimali Koreya isə 1 qələbə qazanıb.
Okeaniya Futbol Konfederasiyasının (OFC) komandaları isə mundialda meydana çıxdıqları 13 oyunda 1 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət göstəricisinə malikdir.
Avstraliya yığması 1974 və 2006-cı illərdə Almaniyada keçirilən dünya çempionatlarında OFC-ni təmsil edib və bu müddətdə cəmi 1 qələbə qazanıb. Komanda daha sonra AFC-nin tərkibinə keçib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək
Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.
"Report" Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.
L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Naqelsmann turnir üçün komandaya onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.
A.Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.
Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Kot-divuar və Ekvadorla mübarizə aparacaq.

Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura bilər
İngiltərənin "Liverpul" klubunun və Niderland yığmasının müdafiəçisi Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura biləcəyini söyləyib.
"Report" NU-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu turnirdən sonra karyerası barədə qərar verəcəyini bildirib.
O, yığmadan kubokla ayrılmaq istədiyini vurğulayıb. Təcrübəli oyunçu Niderland millisinin heyətində 2015-ci ilin oktyabrında debüt edib. O, yığmada keçirdiyi 91 matçda 12 qol vurub.
Qeyd edək ki, Niderland komandası dünya çempionatının qrup mərhələsində Yaponiya, İsveç və Tunis ilə qarşılaşacaq.

Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq.
"Report"un məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.
Görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq
PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.
İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.
"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Ayxan Abbasov: Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik
Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Maltaya ilə yoldaşlıq görüşü yüksək tempdə keçib.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında deyib:
Mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçda çoxlu qol epizod yaratdıqlarını vurğulayıb.
"Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim.
Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik".
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.

Siyasət Əsgərov: İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində bu gün qarşılaşdığı Macarıstanla görüşün (1:2) ilk hissəsində buraxdığı səhvlər səbəbindən uduzub.
"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı dəyərləndirib:
"Düşünürəm ku, iki fərqli hissə izlədik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bundan yararlandı. Ancaq ikinci hissəyə daha yaxşı başladıq. Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdılar. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun ötürmələrlə oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi".
Qeyd edək ki, Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub
Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.
"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.
Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Vüsal İsayev: "Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq"
Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev komandanın Avropa çempionatına çempionluq məqsədi ilə yollandığını və qarşıya qoyulan hədəfə nail olduqlarını bildirib.
"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında federasiya tərəfindən yığma üçün bütün lazımi şəraitin yaradıldığını deyib.
"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki, qələbə qazanacağıq. Federasiya tərəfindən lazım olan bütün şərait bizim üçün yaradılmışdı", – V.İsayev qeyd edib.
Millinin üzvü yarımfinaldakı rəqib Serbiyanın Azərbaycan yığmasını yaxşı təhlil etdiyini vurğulayıb:
"Rəqib komanda olan Serbiya bizi çox güclü təhlil etmişdi. Oyun çətin keçsə də, rəqibi penaltilər seriyasında üstələdik. Finalda isə Ukraynanı məğlub edərək çempionluğu əldə etdik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Elşad Quliyev: "Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik"
Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Avropa çempionatında qazandığı növbəti uğurdan sonra da tempi aşağı salmaq niyyətində olmadıqlarını bildirib.
"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çempionat ərzində çətin oyunlar keçirdiklərini, buna baxmayaraq, qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduqlarını deyib.
"Çox çətin oyun keçirdik, amma qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempi aşağı salaq", – baş məşqçi qeyd edib.
E.Quliyev komandanın gərgin təlim-məşq toplanışlarından sonra yorğun olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində hədəfə çatdığını vurğulayıb.
"Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq", – o əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Taleh Babayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
Azərbaycan minifutbol millisinin üzvü Taleh Babayev Bratislavada keçirilən Avropa çempionatında qazanılan qələbəni Azərbaycan xalqına həsr etdiklərini bildirib.
"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında turnirə ciddi hazırlaşdıqlarını, rəqiblərin də Azərbaycan yığmasını ətraflı təhlil etdiklərini deyib.
"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı təhlil etmişdilər. Buna görə də müəyyən çətinliklərlə üzləşdik", – T.Babayev qeyd edib.
Millinin üzvü vurğulayıb ki, ilk dəfə Avropa çempionu olduqdan sonra komandanın üzərinə daha böyük məsuliyyət düşüb:
"Buna görə də növbəti oyunlara daha yaxşı hazırlaşdıq. Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstan yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb.
"Report"un məlumatına görə, komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Yığmanı azarkeşlər, yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, tarixində ikinci dəfə Avropa çempionu olan Azərbaycan millisi final matçında Ukraynanı iki cavabsız qolla üstələyib. Komanda daha əvvəl 2022-ci ildə bu titulu qazanmışdı.

Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Report"un paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.
Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

-
report.az
- Elxan Səmədov: "Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir"
Elxan Səmədov: "Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir"
Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir.
Bunu "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib.
Qurum rəhbəri Misli Premyer Liqasının 2025/2026 mövsümündə baş tutan oyunlarda hakim idarəçiliyinə toxunub:
"Təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında AFFA Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, AFFA Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir".
Elxan Səmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Beşiktaş" baş məşqçi vəzifəsinə Vinçentso İtalyanonu gətirib
Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi Vinçentso İtalyano olub.
"Report" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Klub italiyalı məşqçi ilə anlaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, "Beşiktaş" sabiq baş məşqçisi Sergen Yalçınla ötən ay yolları ayırmışdı.

ABŞ, Kanada və Meksika mundialı: Stadionlar, şəhərlər və rekordlar - ARAŞDIRMA
2026-cı il dünya çempionatı futbol tarixinin ən fərqli və ən böyük turnirlərindən biri olacaq.
"Report"un araşdırmasına görə, ilk dəfə mundiala eyni anda üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Üstəlik, ilk dəfə yarışda 48 milli komanda mübarizə aparacaq. Bu isə həm oyun sayının, həm azarkeş marağının, həm də turnirin coğrafi miqyasının rekord həddə çatacağı anlamına gəlir.
FIFA-nın planına əsasən, mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.
ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Xüsusilə Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "Metlayf" stadionu turnirin final matçına ev sahibliyi edəcək. Təxminən 82 min tamaşaçı tutumuna malik arena mundialın ən möhtəşəm ünvanlarından biri hesab olunur.
Los-Ancelesdə yerləşən "Sou-Fay" (70 240 tamaşaçı), Dallasdakı "AT&T" (80 000 tamaşaçı) və Atlantadakı "Mercedes-Benz" stadionu (71 000 tamaşaçı) da yarışın əsas arenaları sırasında göstərilir. Müasir texnologiyalarla təchiz olunan bu stadionların hər biri dünya futbolunun ən böyük səhnəsinə çevriləcək.
Kanada tarixində ilk dəfə dünya çempionatının oyunlarını qəbul edəcək. Toronto şəhərində yerləşən "BMO Fild" (45 736 tamaşaçı) və Vankuver şəhərində yerləşən "Bi Si Pleys" (54 500 tamaşaçı) arenaları futbol bayramının bir hissəsi olacaq.
Meksika isə dünya futbol tarixində yeni rekord müəllifi olacaq. Belə ki, Mexiko şəhərində yerləşən məşhur "Asteka" stadionu (87 500 tamaşaçı) tarixdə üç dünya çempionatına ev sahibliyi edən ilk arena kimi adını futbol salnaməsinə yazdıracaq. Daha əvvəl burada 1970 və 1986-cı illərin mundial oyunları keçirilmişdi. Əfsanəvi Pele və Dieqo Maradonanı mundial zirvəsində görən stadion yenidən futbol dünyasının diqqət mərkəzinə çevriləcək.
Eyni zamanda, Meksikanın daha iki böyük şəhərində də mundialın görüşləri reallaşacaq. Qvadalaxarada yerləşən "Estadio Akron" (48 000 tamaşaçı) və Monterrey şəhərindəki "Estadio BBVA" (53 500 tamaşaçı) stadionları da turnirin əsas oyun məkanları sırasında yer alacaq.
2026-cı ilin mundialında ümumilikdə 104 oyun baş tutacaq. Açılış matçının Meksikada, finalın isə ABŞ-də keçirilməsi planlaşdırılır. Üçüncü yer uğrunda görüş isə Mayamidə yerləşən "Hard Rok" stadionunda (65 000 tamaşaçı) baş tutacaq. Turnirin geniş coğrafiyanı əhatə etməsi azarkeşlərə fərqli mədəniyyətləri, şəhərləri və futbol atmosferini eyni yarış daxilində yaşamaq imkanı yaradacaq.
Artıq indidən aydındır ki, DÇ-2026 təkcə futbol yarışı deyil, həm də Şimali Amerikanın ən böyük idman festivalına çevriləcək.

AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, eləcə də Qazax şəhərinin 2026-cı ilin idman paytaxtı seçilməsi ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.
"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxda yaşayan 100-dən çox uşağın iştirak etdiyi tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, eləcə də futbolun kütləviliyinin artırılması olub.
Festival zamanı iştirakçılar müxtəlif futbol oyunlarında və əyləncəli estafet yarışlarında qüvvələrini sınayıblar. Uşaqlar komandalar şəklində təşkil olunan oyunlarda fəallıq nümayiş etdirərək idman bacarıqlarını sərgiləyiblər.
Tədbirin sonunda AFFA tərəfindən uşaqlara futbol topları hədiyyə edilib. Hədiyyələri AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
Peəşkar Futbol Liqası "Qəbələ"yə 50 min manat əlavə mükafat verəcək.
Bunu "Report"a müsahibəsində qurumun prezidenti Elxan Səmədov deyib.
O, legioner limitindən əldə olunan gəlirin bir hissəsinin Premyer Liqa klubları arasında bölüşüdürüləcəyini söyləyib:
"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra PFL tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib".
E.Səmədov Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da vəsait ayrılacağını bildirib:
"Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək".
Elxan Səmədovun müahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Sabah"ın futbolçusu Cəfər Cəfərzadə U-17-nin düşərgəsindən ayrılıb
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.
"Report" xəbər verir ki, bununla bağlı birinci xanımın sosial şəbəkə hesablarında paylaşım edilib.
"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda qeyd olunub.

-
report.az
- Elxan Səmədov: "PFL-in ləğvi deyil, səlahiyyətlərinin genişləndirilməsi gündəmdədir" - MÜSAHİBƏ
Elxan Səmədov: "PFL-in ləğvi deyil, səlahiyyətlərinin genişləndirilməsi gündəmdədir" - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov "Report"a müsahibə verib. Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü dəyərləndirib, "Sabah"ın çempionluğuna toxunub. O, həmçinin Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.
- Azərbaycan futbolunda daha bir mövsüm arxada qaldı. 2025/2026 mövsümünün yekunları sizin üçün nə qədər gözlənilməz oldu?
- Sürpriz deməzdim, amma iki "cəbhə"də mübarizə, enerji itkisi baxımından çempionluğu və ölkə kubokunu fərqli komandaların qazanacağını düşünürdüm. Bu baxımdan "Sabah" klubu xoş sözlərə layiqdir. I və II Liqada sona qədər mübarizənin getməsi, xüsusən I Liqada bir neçə komandanın gözəl oyunlar nümayiş etdirməsi xoş sürpriz oldu.
- Çoxları belə düşünür ki, son illərin dəyişməz çempionu "Qarabağ"ın son mövsümdə titulsuz qalmasında komandanın Çempionlar Liqasında çox güc itirməsinin də müəyyən rolu oldu. Bu düşüncələri bölüşürsüz?
- Düşünürəm ki, hər klub yeni mövsüm başlamazdan əvvəl plan qurur, özü üçün prioritetləri müəyyənləşdirir. Məncə, bu sualı "Qarabağ" klubunun nümayəndələrinin cavablandırması daha doğru olardı.
- "Sabah"ın mövsümü "qızıl dubl"la bitirməsi barədə nə deyə bilərsiniz?
- Mən artıq dəfələrlə "Sabah" klubunu "qızıl dubl" münasibətilə təbrik etmişəm. Onları bir daha təbrik etmək istəyirəm. Onlar həqiqətən də əla futbol nümayiş etdirdilər və çempionatın ən güclü komandası olduqlarını meydanda göstərdilər.
- Mövsümün əvvəlində yeri futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?
- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.
- Əksəriyyətin fikrincə, son illərin ən maraqlı mövsümünü izlədik. Sizcə, bunda legioner limitinin ləğvi nə dərəcədə rol oynadı?
- Həqiqətən bu mövsüm çox maraqlı keçdi. Lakin mən bunu legioner limitinin ləğvi ilə bağlamazdım. Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara daha çox azarkeş cəlb etmələrinin daha böyük rol oynadığını düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar. Məsələn, bu mövsüm hər hansı bir oyunun gedişatını və ya hesabını əvvəlcədən bilmək çox çətin idi. Hətta bu oyun çempionatın lideri və autsayderi arasındakı görüşü olsaydı belə. Sürprizlər çox oldu. Komandalar xarakter göstərirdilər. Bu cür fəaliyyət və oyunla, düşünürəm ki, tezliklə komandalar tribunaları doldurmağı bacaracaqlar.
- Ümumiyyətlə, PFL prezidenti olaraq limitin ləğvinin futbolumuza fayda verdiyini düşünürsüz?
- Mən artıq bu barədə öz fikrimi bildirmişəm. Mən əvvəldən legioner limitinin ləğvinin tərəfdarı deyildim. Çünki düşünürəm ki, bu limitin ləğvi milli komandanın çıxışına mənfi təsir göstərəcək, xüsusilə yaxın iki ildə. Razıyam ki, bu, klublarımızı, xüsusilə də onların Avropa arenasındakı çıxışlarını gücləndirəcək. Düşünürəm ki, klubların nailiyyətləri daha yüksək olacaq. Amma yenə də nəticə çıxarmaq tərəfdarı deyiləm.
- Mövsüm ərzində klublar stadionlarla bağlı ciddi problemlərlə üzləşdilər. Bu məsələ barədə düşüncələriniz necədir? Yeni mövsümdə də eyni problemlə üzləşməmək üçün hansı addımların atılmasını məqsədəuyğun sayırsız?
- Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu problem ildən ilə ötürülür. Və bu sahədə nəzərəçarpan irəliləyiş qeydə ala bilməmişik. Yeni stadionların, təlim-məşq bazalarının tikintisi böyük investisiya tələb edir. Təəssüf ki, klublarımızın əksəriyyətinin hazırda belə imkanları yoxdur. Lakin ümid edirik ki, gələcəkdə bu problem həllini tapacaq.
- Son mövsüm ciddi hakim səhvləri ilə də əlamətdar oldu. Bunu nə ilə izah edə bilərsiz?
- Bəli, təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir. Gəlin onlara dəstək olaq.
- PFL-in yeni mövsümlə bağlı hansı planları var? Futbol azarkeşlərini hansı yeniliklərlə sevindirəcəksiz?
- PFL artıq iyunun 1-də yeni mövsümün hazırlıqlarına başlayıb. Hər şey İcraiyyə Komitəsinin qərarlarından da asılı olacaq. Ona uyğun yeni planlar və addımlar atıla bilər.
- PFL bu yaxınlarda Dünya Liqaları Assosiasiyasına üzv qəbul edildi. Bunun hansı müsbət tərəflərini qeyd edə bilərsiz?
- Dünya Liqaları Assosiasiyasına üzv olmağımız çox önəmli hadisədir. Bir il ərzində bütün detallarımızla, xərclər, təşkilati məsələlər, əməkdaşların davranışları, bacarıqları, zamanında qərarlar baxımından əsl imtahandan keçdik. Bizi maraqlı bir dönəm gözləyir. Bundan öncə Avropa Liqalarına üzv idik və bu "köhnə qitə"də imkanlar açırdı. İndi isə əhatə dairəmizi genişləndirdik. Avropanın "Böyük beşlik" ölkələrinin və güclü liqalarla yanaşı, məsələn, ABŞ-nin, Yaponiyanın da liqaları ilə təcrübə bölüşə biləcəyik. Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, PFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.
- PFL klubu futzal üzrə I Liqada növbəti dəfə çempion oldu. Komandanın Yüksək Liqada çıxış edəcəyini gözləməyə dəyər?
- Düzünü desək, bizim Yüksək Liqada oynamaq fikrimiz yoxdur. PFL komandası daha çox futbol akademiyası rolunu oynayır. Biz çox şadıq və fəxr edirik ki, komandamızın yetirmələri futzal yığmalarının heyətində çıxış ediblər, dünən minifutbol üzrə Avropa çempionu olan komandanın üzvü Ramiz Çovdarov, Mirmehdi Rzayev vaxtilə bizim komandada oynayıblar. Həmçinin ötən il Azərbaycanda keçirilmiş və komandamızın dünya çempionu olduğu heyətdə də yer alıblar. Onda Ramiz Çovdarov ən yaxşı oyunçu seçilmişdi. Komandanın əsas məqsədi uşaq futbolunun inkişafıdır. Biz əsasən məktəblərdə iş aparırıq, istedadlı, potensiallı uşaqları seçirik, onların məşq etmələri üçün şərait yaradırıq, yarışlar keçiririk. Bir daha vurğulamaq istəyirəm ki, PFL komandası daha çox uşaq futbol akademiyası rolunu oynayır.
- Son dövrlər Əvəzedicilər Liqasının ləğv ediləcəyi ilə bağlı söhbətlər səngimir. Sizcə, bu yarışın təşkilinə ehtiyac var?
- Məncə, bu sualın komandalarda işləyən məşqçilərə verilməsi daha düzgün olar. Biz onlarla əlaqədəyik və təxminən 80 %-in fikrincə, Əvəzedicilər Liqasının keçirilməsi lazımdır. Əvəzedicilər Liqasının məqsədi, təbii ki, yeni oyunçuların yetişdirilməsi, əsas komanda oyunçularının zədədən sonra bərpası və sairdir. Amma məncə, yenə də bu suala məşqçilərin cavab verməsi daha məqsədəuyğun olar.
- PFL-in ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də yayılıb. Bu məsələ nə dərəcədə realdır?
- Bu şayiələrin işçilərimizin əhval-ruhiyyəsini aşağı salmaq məqsədi daşıdığını başa düşürük. Amma əvvəllər dediyim kimi, bizim peşəkar komandamız var. Mövsümün nəticələrinə əsasən, heç bir çatışmazlığın olmadığını görə bilərsiniz - hər şey planauyğun getdi. Gələcəkdə də belə olacaq. Düşünürəm ki, AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğvi və ya islahatının gözlənilmədyini deməklə sualları cavablandırıb. PFL-in səlahiyyətlərinin genişləndirilməsi və ya azaldılması mümkündür. Amma çox güman, düşünürəm ki, burada müzakirə olunan məsələ, xüsusən də infrastruktur məsələləri ilə bağlı səlahiyyətlərin genişləndirilməsidir.
- Klublarımızı qarşıda avrokuboklarda mübarizə gözləyir. Ayrı-ayrılıqda onların şansları barədə nə deyə bilərsiz?
- Klublarımızın avrokuboklar şanslarını yüksək qiymətləndirirəm. Ən azı iki klubumuzun Liqa mərhələsində çıxış edəcəyinə böyük ümidlər bəsləyirəm.
- Tezliklə futbol dünyasının nəzərləri Şimali Amerikaya yönələcək. Dünya çempionatında favotiniz və azarkeşlik edəcəyiniz komandalar hansılardır?
- Bəli, mən də digər futbol azarkeşlləri kimi Şimali Amerikadakı növbəti futbol bayramını böyük səbirsizliklə gözləyirəm. 1982-ci ildən Fransa yığmasının azarkeşiyəm və hesab edirəm bu il onların dünya çempionu olmaq şansları çox yüksəkdir.

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib
AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib.
"Report" quruma istinadən xəbər verir ki, tədbirə klublardan 60-dək nümayəndə qatılıb.
İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub. Seminar Estoniya Premyer Liqasında çıxış edən "Harju JK Laagri" klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib. UEFA Pro lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans analizi sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.
Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb.
Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.
Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.
Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

-
report.az
- Minifutbol millisinin üzvü Vüsal İsayev: "Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı"
Minifutbol millisinin üzvü Vüsal İsayev: "Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyi sayəsində sonadək döyüşüb.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın üzvü Vüsal İsayev bildirib.
O, turnirin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:
"Tribunalarda və ölkəmizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında ikinci dəfə qızıl medal qazandıq. Bunu dünya çempionu olandan sonra etdik. Çox çətin oldu. Qrup mərhələsindən sonra dünya və Avropa çempionlarının yer aldığı "setka"da mübarizə aparırdıq. Çox ağır oyunlar keçirdik. Azarkeşlərin dəstəyini görüb özümüzdə güc tapdıq, sonadək döyüşdük".
V.İsayevin sözlərinə görə, ən ağır matç son Avropa çempionu Serbiyaya qarşı olub:
"Öz oyunumuzu sərgiləyə bilmədik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Fiziki cəhətdən güclü kollektiv idi. Amma Serbiyanı keçəndən sonra çempion olacağımıza inamım daha da artdı".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub
"Sabah" Futbol Klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.
Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

"Bavariya" Serjinyo Destin transferi üçün 25 milyon avro ödəməyə hazırdır
Almaniyanın "Bavariya" klubu Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Destin transferində maraqlıdır.
"Report" "Eindhovens Dagblad"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi təxminən 25 milyon avroya baş tuta bilər.
Oyunçu 2024-cü ilin iyulundan PSV-də çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.

"Real" "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır
İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır.
"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı italyan futbolçunun keçidi ilə bağlı qarşı tərəfə sorğu göndərib.
Futbolçu 2024-cü ilin iyulundan London klubunda çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu il iyunun 30-da başa çatır.
Qeyd edək ki, R.Kalafiori 2025/2026 mövsümündə meydana çıxdığı 36 qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb
"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.
Qeyd edək ki, Ruandalı 30 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.

"Karvan-Yevlax" Qavi Tompsonla vidalaşıb
"Karvan-Yevlax" klubu Qavi Thompsonla vidalaşıb.
Bu barədə "Report"a bölgə klubunun mətbuat xidmətindən bildirlib.
Futbolçu ilə müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, 26 yaşlı nigeriyalı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.

Ardıcıl altı dünya çempionatında bombardirlər eyni sayda qol vurublar
Dünya çempionatlarında ardıcıl 6 turnirdə bombardirlər 6 qol vurublar.
"Report" FİFA-ya istinadən xəbər verir ki, 1978-ci ildə Argentinada təşkil olunan yarışdan 1998-ci ildə Fransada keçirilən turnirə qədər ən məhsuldar futbolçular eyni sayda qolla yadda qalıblar.
Məhsuldarlıq seriyasını 1978-ci ildə Argentinanı çempionluğa daşıyan Mario Kempes başladıb, 1982-ci ildə isə Paolo Rossi İtaliya komandası üçün eyni uğuru təkrarlayıb.
İngiltərəli Qari Lineker 1986-cı ildə, italiyalı Salvatore Skillaçi isə 1990-cı ildə 6 qolla ən məhsuldar oyunçular olublar. 1994-cü ildə rusiyalı Oleq Salenko və bolqarıstanlı Xristo Stoiçkov da eyni sayda fərqlənməklə bombardirlik mükafatını bölüşüblər. Xorvatiyalı Davor Şuker 1998-ci ildə digər futbolçuları qabaqlayıb.
Braziliyalı Ronaldo 2002-ci ildə 8 qol vurmaqla bu seriyaya son qoyub.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək.
"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.
Görüş Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxır
Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.
"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.
Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

-
report.az
- Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"
Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"
Minifutbol üzrə Azərbaycan millisinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.
AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:
"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Onlar Avropanın bir çox şəhərlərindən gəlmişdilər. Hər birinə təşəkkürlərimi çatdırıram. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Komandamızın, oyunçularımızın yanında idilər. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir".
O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb:
"Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Son matçlarda çətin rəqiblərlə üz-üzə gəldik. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur. Cənab Prezident İlham Əliyev dünya çempionu olan zaman bizi qəbul edəndə demişdi ki, dünya çempionusunuz, artıq budan sonra sizin üzərinizə böyük məsuliyyət düşür. Hamı bizi başqa cür qəbul edəcək. Həqiqətən belə də oldu. Dedi ki, növbəti uğuru təkrarlamaq üçün çalışmalısınız. Biz çətin olacağını da bilirdik. Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Möhtərəm Prezidentimizə təşəkkür edirik. Bu idman növünə ilk gündən böyük dəstək göstərib. Federasiyaya maliyyə dəstəkləri göstərilib. İki dəfə cənab Prezidentin qəbulunda olmaq uşaqlar üçün qürur mənbəyidir".
AMF prezidenti 4 il ərzində 2 Avropa, 1 dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb:
"Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır. Çünki dövlətimiz hər cür dəstək göstərir. İnam, zəhmət olan yerdə həmişə nəticə olur".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

-
report.az
- Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.
"Report" xəbər verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.
Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisi üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

"Real" PSJ-nin oyunçusu üçün 150 milyon avro ödəməyə hazırdır
"Real Madrid" PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neveş üçün 150 milyon avro təklif edə bilər.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Daha əvvəl "Real Madrid"in prezidenti Florentino Peres bildirib ki, o, İngiltərə Premyer Liqasında oynamayan yarımmüdafiəçi və ya hücumçu kimi oynayan oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.
Neveş ötən mövsüm bütün yarışlarda 38 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatınaa görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
Andoni İraola İngiltərənin "Liverpul" klubunun baş məşqçisi vəzifəsində Arne Slotu əvəz edib.
"Report"un məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.
"2026-27-ci illər mövsümündə klubun baş məşqçisi vəzifəsini icra etmək üçün Andoni İraola ilə razılaşmanı təsdiqləyə bilərik", - açıqlamada deyilir.
"Sky Sports"un məlumatına görə, təyinat ispaniyalı mütəxəssisin ötən mövsüm "Bornmut"u tarixində Premyer Liqada ən yaxşı nəticəsini əldə etməsindən sonra baş tutub.
Xatırladaq ki, Arne Slot mayın 30-da "Liverpul" rəhbərliyi tərəfindən vəzifəsindən çıxarılıb. O, iki il əvvəl Yurgen Kloppun yerinə keçib və "qırmızılar"ı ilk mövsümündə Premyer Liqa tituluna aparıb.
Lakin "Liverpul"un ikinci mövsümdə heyətə böyük investisiya qoymasına baxmayaraq, komandanın Slotun rəhbərliyi altında zəif oyun göstərməsi Mersisayd klubunu sükan arxasında dəyişikliyə vadar edib.

Elşad Quliyev: "Belə çempionluq məni ikiqat sevindirir"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ağır qrafiklə oynayıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatında Ukraynanı məğlub etdikləri (2:0) final oyunundan sonra fikirlərini bölüşüb:
"Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".
E.Quliyev Ukrayna millisinin də yaxşı heyətinin olduğunu əlavə edib:
"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".
Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, ilk olaraq üçüncü yeri tutan Serbiya və Macarıstan komandalarına bürünc medallar verilib.
Ardınca gümüş mükafatın sahibi Ukrayna seçməsi fəxri kürsüyə çıxıb.
Son olaraq Azərbaycan millisinin oyunçularına qızıl medallar və kubok təqdim edilib.
Tədbirdə Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynanı iki cavabsız qolla üstələyərək Avropa çempionu olub.

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Slovakiyada keçirilən Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, o, turnirin mükafatlandırma mərasimində təltif olunub.
Qeyd edək ki, Azərbaycan millisi yarışın qalibi olub. Komanda finalda Ukraynanı iki cavabsız qolla üstələyib.

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
"Report"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Azərbaycan-Ukrayna finalından öncə Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirilib
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl İtaliya millisinin sabiq üzvü Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı təşkil edilib.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, F.Tottinin komandası Adam Berginin kollektivi ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən qarşılaşma italiyalı keçmiş hücumçunun komandasının qələbəsi ilə yekunlaşıb - 8:7.
Daha əvvəl Azərbaycanda legioner həyatı yaşamış gürcüstanlı sabiq futbolçu Nuqzar Kvirtiya və Türkiyənin "Fənərbağça" klubunun keçmiş oyunçusu Miroslav Stox da görüşdə iştirak edib.
Qeyd edək ki, Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Ayxan Abbasov: "Hər iki yoldaşlıq görüşündə qələbə qazanmaq əsas hədəfdir"
Azərbaycan millisi Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunlarında qələbə qazanmağı hədəfləyib.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov oyundan öncə mətbuat konfransında bildirib.
Baş məşqçi UEFA Millətlər Liqası turnirinə hazırlıq mərhələsini və rəqib seçimlərini şərh edib:
"Ağır çempionat marafonundan sonra futbolçuların istəkli və inamlı olması sevindiricidir. Avstriyadakı hazırlıq prosesində rəqib olaraq Malta və San-Marino seçildi. Çünki bəzi komandalar bura gəlməkdən imtina etdi, bəziləri isə qarşılaşmaları öz ölkələrində keçirməyi təklif etdi. Bu isə yol yorğunluğuna səbəb ola bilərdi. Digər tərəfdən, UEFA Millətlər Liqası turnirindəki rəqiblər Litva və Lixtenşteynə güc baxımından yaxın olan komandalarla oynamaq planlaşdırılırdı. Malta son illərdə yaxşı inkişaf edən kollektivlərdəndir və Slovakiyaya 1:2 hesabı ilə uduzsalar da, öz güclərini göstərdilər. Bu səbəbdən Malta və San-Marino ilə görüşlər rəsmi turnirə hazırlıq baxımından çox faydalıdır."
Ayxan Abbasov yoldaşlıq görüşlərinin fərqli xüsusiyyətlərini diqqətə çatdırıb:
"Yoldaşlıq görüşlərinə rəsmi matçlardan fərqli yanaşılır. Burada çoxlu əvəzetmələr etmək, müəyyən risklərə getmək mümkündür. Lakin futbol elə bir oyundur ki, statusundan asılı olmayaraq hər qarşılaşmada qələbə qazanmaq əsas niyyətdir. Komandanın futbol fəlsəfəsini, verilən tapşırıqların müsbət tərəflərini görmək çox önəmlidir. Əvvəlki rəsmi oyunlarda hazırlıq prosesini bir yerdə keçmək imkanı yox idi və İrlandiya, Fransa, Ukrayna kimi güclü rəqiblərlə matçlarda dəyişikliklər etmək böyük risk daşıyırdı. FIFA Series turniri və indiki toplanış isə geniş sınaqlar üçün əlverişli şərait yaradır".
Mütəxəssis sabah baş tutacaq Malta ilə oyunda meydana çıxacaq heyəti də açıqlayıb:
"Hər iki qarşılaşmada fərqli heyət çıxış edəcək. Bura 25 futbolçu və 3 qapıçı ilə gəlinib. Emil sabah əsas heyətdə yer alacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov və Elvin Bədəlov, cinahlarda isə Qismət Alıyev və Elvin Cəfərquliyev oynayacaq. Mərkəzdə Aleksey İsyaev və Emil Səfərov, hücumda isə Mahir Emreli, Toral Bayramov və Xəyal Nəcəfov çıxış edəcək. İkinci görüşdə isə tam fərqli heyətdən istifadə olunacaq".
Çalışdırıcı "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin karyerasındakı son vəziyyətə də toxunub:
"Elvinlə söhbətlər aparılıb və futbolçunun böyük istəyi görünür. Bu oyunlar oyunçuya böyük təkan verəcək. Məlum hadisələrdən sonra yeni klub tapmaq önəmlidir. Sentyabr ayına, yəni UEFA Millətlər Liqasına qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcəyinə inanılır. Belə məsələlərə milli komanda rəhbərliyi olaraq çox qarışmaq mümkün olmasa da, klubun futbolçunun gələcəyi üçün lazımi şəraiti yaradacağı gözlənilir. Çünki Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur."
Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta yoldaşlıq görüşü iyunun 5-də San Marino ilə matç isə iyunun 9-da baş tutacaq.

Emil Balayev: "Üç ildən sonra yenidən milliyə qayıtmaq məni çox sevindirir"
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev uzun fasilədən sonra yığmaya qayıtdığı üçün çox sevinir.
"Report" xəbər verir ki, qolkiper bunu Malta ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.
O, Avstriyadakı təlim-məşq toplanışı və komandadakı atmosfer barədə danışıb:
"Baş məşqçi Ayxan Abbasov başda olmaqla, bütün məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Müəyyən zədələr səbəbindən uzun müddət oyunlardan uzaq qalsam da, 3 ildən sonra yenidən yığmada olmaq məni həqiqətən çox sevindirir. Göstərilən etimada görə çox sağ olun. Qarşıda maraqlı bir oyun var. Komandada çox yaxşı abu-hava hökm sürür. Bakıdakı 3 günlük məşqlərdən sonra artıq 4 gündür burada hazırlıq prosesi davam edir. Kollektivdə əsl ailə atmosferi var və oyunun maraqlı keçəcəyini düşünürəm. Sabah bunun şahidi ola bilərik".
Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta qarşılaşması iyunun 5-də baş tutacaq.

Siyasət Əsgərov: "İrəli xətdə hər kəsdən qol gözləyirik"
Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.
"Report" AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.
Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:
"Ümid edirəm ki, tribunada azarkeşləri də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin hansı boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi, bu matçda da irəli xətdəki hər kəsdən qol gözləyirik".
Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Pedro Mateuş "Karvan-Yevlax" klubundan ayrılıb
Portuqaliyalı qapıçı Pedro Mateuş 2026/2027 mövsümündən Azərbaycan I Liqasında çıxış edəcək "Karvan-Yevlax" klubundan ayrılıb.
Bölgə təmsilçisindən "Report"a verilən məlumata görə, 29 yaşlı qolkiperin müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Pedro Mateuş "Karvan-Yevlax"ın heytində 20 oyuna çıxıb.

"Qəbələ" Murad Musayevlə müqavilənin müddətini yeniləməyib
"Qəbələ" klubu futbolçusu Murad Musayevlə mövsümün sonunda müddəti başa çatan müqaviləni yeniləməyib.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 31 yaşlı müdafiəçi 2012/2013 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edib. O, komandanın heyətində ölkə çempionatı və kubokunda keçirdiyi 173 oyunda 4 qol vurub.
Murad Musayev "Qəbələ"də 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

"Karvan-Yevlax" ingiltərəli yarımmüdafiəçi Kayl Spenslə vidalaşıb
"Karvan-Yevlax" klubu futbolçusu Kayl Spenslə vidalaşıb.
"Report" xəbər verir ki, bu barədə Yevlax təmsilçisi məlumat yayıb.
Klub müqaviləsinin müddəti bitən ingiltərəli yarımmüdafiəçi ilə yenidən anlaşmağa ehtiyac duymayıb.
K.Spens son mövsümdə komandanın heyətində 34 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya yuvarlanıb.

"Sabah" Tellur Mütəllimovla yeni müqavilə bağlayıb
"Sabah" klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
"Report"un paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.
T.Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib. O, "bayquşlar"ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Kubokunun qalibi olub.

"Bayer 04" klubunun baş məşqçi postuna Karles Martines gətirilib
Almaniyanın "Bayer 04" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Report" xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi postu "Tuluza"nın sabiq çalışdırıcısı Karles Martinesə həvalə olunub. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
O, "Bayer 04"də 2025-ci ilin sentyabrından bu vəzifəni tutan danimarkalı Kasper Yulmannı əvəz edib.
Qeyd edək ki, Karles Martines 2023-cü ilin yayından "Tuluza"ya rəhbərlik edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-i onuncu pillədə başa vurub. "Bayer 04" isə 2025/26 mövsümündə Almaniya Bundesliqasında altıncı olub.

"Qarabağ" rəsmisi Aftandil Hacıyev: "Strasburq" Əli Bəşirovun performansını bəyənib"
Fransanın "Strasburq" klubu Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovun performansını bəyənib.
Bunu "Report"a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Mütəxəssis prosesin gedişatı barədə danışıb:
"Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb. Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır. Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub.
16 yaşlı futbolçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.

DÇ-2026-ya dəvət olunan 170 hakimdən 55-i Avropanı təmsil edəcək - ARAŞDIRMA
İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatında yer alacaq 170 hakimdən 55-i Avropanı təmsil edəcək.
"Report"un araşdırmasına görə, mundiala 6 konfederasiya və 50 assosiasiyadan olan 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi dəvət alıb.
Bu, indiyə qədər keçirilən dünya çempionatları tarixində ən geniş hakim heyətidir və DÇ-2022-də qeydə alınan göstəricidən 41 nəfər çoxdur.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında olduğu kimi, bu dəfə də qadın hakimlərin xidmətinə ehtiyac duyulub. Belə ki, ABŞ-dən Tori Penso, Meksikadan isə Katya Qarsiya oyunlar zamanı baş hakim kimi iş başında olmaq imkanı qazanıblar.
Onlarla yanaşı, Fransa və Argentina arasında baş tutan DÇ-2022-nin final matçını idarə etmiş polşalı Şimon Marçinyak, Almaniyada təşkil olunan AVRO-2024-də İspaniya ilə İngiltərə arasındakı həlledici görüşdə iş başında olmuş Fransua Leteksye də DÇ-2026-da yer alıb. Siyahıda həmçinin Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Slavko Vinçiç (Sloveniya), Kleman Türpen (Fransa), Feliks Svayer (Almaniya), Alexandro Ernandes (İspaniya) kimi məşhur referilərin də adları var.
FIFA-nın siyahısında ən çox hakimlə təmsil olunan qitə Avropadır. Belə ki, sözügedən qitənin 55 fit sahibi mundiala dəvət alıb. Cənubi Amerika 39, Şimali Amerika 29, Asiya 21, Afrika 20, Avstraliya və Okeaniya isə hərəyə 6 hakimlə təmsil olunacaq. Ölkələr üzrə isə ən çox hakim Braziliya və Argentinadan (hərəsindən 9 hakim) gələcək.
Avropa (55 hakim)
İngiltərə (7), Fransa (7), Niderland (5), İspaniya (4), Polşa (4), İtaliya (4), Almaniya (4), Norveç (3), Rumıniya (3), İsveç (3), Portuqaliya (3), İsveçrə (3), Sloveniya (3), Xorvatiya (1), Belçika (1)
Cənubi Amerika (39 hakim)
Braziliya (9), Argentina (9), Uruqvay (5), Çili (4), Venesuela (4), Paraqvay (3), Kolumbiya (3), Peru (2)
Şimali Amerika (29 hakim)
ABŞ (8), Meksika (7), Kanada (3), Honduras (3), Salvador (2), Kosta-Rika (2), Nikaraqua (2), Yamayka (1), Trinidad və Tobaqo (1)
Asiya (21 hakim)
Qətər (4), Səudiyyə Ərəbistanı (3), Çin (3), İordaniya (3), BƏƏ (3), Özbəkistan (3), Yaponiya (2).
Afrika (20 hakim)
Misir (4), Mərakeş (4), Qabon (3), Əlcəzair (3), CAR (2), Somali (1), Mavritaniya (1), Anqola (1), Kamerun (1).
Avstraliya və Okeaniya (6 hakim)
Avstraliya (4), Yeni Zelandiya (2)
Artıq texnologiyanın da futbola sirayət etməsi normal hal alıb və hətta maraqla qarşılandığını da söyləmək mümkündür. Məhz bunu nəzərə alan FIFA dünya çempionatı oyunlarında tempin artırılmasına və vaxt itkisinin azaldılmasına yönələn bir sıra yeniliklərin tətbiqi ilə bağlı da qərarlar qəbul edib. Belə ki, ötən il yeni formatda ABŞ-də təşkil olunan klublararası dünya çempionatında ilk dəfə tətbiq edilən hakimlərin bədən kameralarından DÇ-2026-da da istifadə olunacaq.
Süni intellekt tərəfindən dəstəklənən proqram təminatı real vaxt rejimində çəkilmiş görüntüləri daha yüksək keyfiyyətə daşıyacaq, həmçinin hərəkət bulanıqlığını azaldaraq azarkeşlərə meydanda yaşananlara hakimin perspektivindən daha yaxşı baxış imkanı təqdim edəcək. Bundan əlavə, daha əvvəl də istifadə olunmuş qapı xətti ("Goal line"), yarıavtomatlaşdırılmış ofsayd texnologiyasının inkişaf etmiş versiyasından, həmçinin toplara inteqrasiya edilmiş cihazlardan yararlanılacaq.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb
"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.
Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirlib.
27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.
"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.

Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun dəyəri 10 milyon avroya enib.
"Report" "Transfermarkt" portalına istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.
Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb. Səudiyyə Pro Liqasının ən bahalı oyunçusu 30 milyon avro dəyərlə İtaliya millisinin hücumçusu Mateo Reteqidir. Meksikanı dünya çempionatında təmsil edəcək "Əl-Qədisiyyə"nin forvardı Julian Kinonesin dəyəri isə 14 milyon avroya yüksəlib.
Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da bir neçə məşhur futbolçusunun qiymətlərində azalma müşahidə olunur. Teo Ernandeslə Darvin Nunyesin dəyəri 20 milyon avroya, Sergey Milinkoviç-Saviçin qiyməti 12 milyon avroya düşüb. Kollektivin 38 yaşlı fransalı hücumçusu Kərim Benzemanın da qiyməti 1 milyon azalaraq 5 milyon avroya enib.
Qeyd edək ki, Kriştianu Ronaldu və Juan Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.

FİFA təhlükəsizlik məqsədilə dünya çempionatında plastik butulkaları qadağan edib
FİFA futbol üzrə dünya çempionatı oyunları zamanı azarkeşlərin stadionlara plastik butulkalar gətirməsini qadağan edib.
"Report" quruma istinadən xəbər verir ki, qaydalar mundialın startına bir həftə qalmış yenilənib.
Rəsmi bəyanatda qərarın oyunçuların və stadiona gələnlərin xəsarət risklərinin qarşısını almaq məqsədi daşıdığı bildirilib. Həmçinin stadionların daxilində dünya çempionatı zamanı qablaşdırılmış suyun qiymətinin uyğun olacağı açıqlanıb.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur
Argentina yığması dünya çempionatları tarixində rekord sayda - 7 penalti seriyasında mübarizə aparıb.
"Report" FİFA-ya istinadən xəbər verir ki, penalti seriyasının tətbiq edildiyi 1978-ci ildən bəri turnirdə 74 ölkə iştirak etsə də, Argentina bu oyunların 20 %-nə şərik olub.
Braziliya, Fransa və İspaniya yığmalarının hərəyə 5 belə seriyası qeydə alınıb.
Argentina qeyd olunan zərbələrdə 6 dəfə qalib gəlib. Komanda 1990-cı ildə Yuqoslaviya və İtaliyanı, 1998-ci ildə İngiltərəni, 2014 və 2022-ci illərdə Niderlandı, sonuncu turnirin finalında isə Fransanı mübarizədən kənarlaşdırıb. Kollektivin yeganə məğlubiyyəti 2006-cı ildə Almaniyaya qarşı oyunda qeydə alınıb.
Argentinanın 1990-cı il dünya çempionatındakı qəhrəmanı Serxio Qoykoçea Qərbi Almaniyadan Toni Şumaxer, həmçinin xorvatiyalılar - Daniel Subaşiç və Dominik Livakoviçlə birgə penalti seriyalarında ən çox zərbə dəf edən qapıçı statusunu bölüşür.
Almaniya və Xorvatiya dünya çempionatlarındakı bütün 4 penalti seriyasında uğur qazanıblar. Almanlar yerinə yetirdikləri 18 penaltidən 17-ni, o cümlədən son 15 zərbəni dəqiq tamamlayıblar.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

-
report.az
- Xətai Bağırov: "Ukraynaya qarşı finalda məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacağıq"
Xətai Bağırov: "Ukraynaya qarşı finalda məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacağıq"
Minifutbol üzrə Azərbaycan millisinin üzvləri Slovakiyada keçirilən Avropa çempionatının finalında məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacaqlar.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın üzvü Xətai Bağırov bildirib.
Oyunçu bu gün Ukraynaya qarşı keçirəcəkləri həlledici matç haqqında fikirlərini bölüşüb:
"2-3 oyundur ki, rəqibi izləyirik. Çox dinamik komandadır. Topla və topsuz yaxşı təsir bağışlayırlar. Hazırlıqlı kollektivdir. Təbii ki, bu matça da ciddi hazırlaşacağıq. Məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacağıq".
X.Bağırov yarımfinalda Serbiyanı penaltilər seriyasında (3:1) məğlub etdikləri matça (əsas vaxt - 1:1) da toxunub:
"Bu oyuna ciddi hazırlaşırdıq. Serbiya turnirdəki ən güclü komandalardan biri idi. Qarşılaşma çox çətin keçdi. Əlimizdən gələni etdik. Qol vurmaq mənə nəsib oldu. Bunun fərqi yoxdur. Bizə finala çıxmaq lazım idi. Bunu bacardıq. Bütün xalqımızı, futbol ictimaiyyətini təbrik edirəm".
O, serbiyalı oyunçuların kobud oynamaları barədə danışıb:
"Bizim komanda topla oynamağı sevir. Bu səbəbdən bizi əsəbiləşdirməyə çalışırdılar. Bunun üçün hər şeyi edirdilər. Amma dözə bildik, istədikləri alınmadı. Penaltilər seriyasında olsa da, qalib gəlməyi bacardıq. Düzdür, rəqibin bərabərlik qolundan sonra: 2-3 dəqiqə ruh düşkünlüyü oldu.. Amma sonra toparlana bildik. Hesabda önə keçmək üçün şanslarımız da oldu. Rəqibin də belə epizodları var idi".
Xatırladaq ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

"Şamaxı" braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb
"Şamaxı" klubu braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Klub 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqaviləni yeniləməyib.
Qeyd edək ki, Sezar Enrike ötən yay "Şamaxı"ya Braziliyanın "Caxias" klubundan transfer olunmuşdu.

-
report.az
- Vəli Qafarov: "Son Avropa çempionunu taxtından endirdik, finalda da qələbə qazanmaq istəyirik"
Vəli Qafarov: "Son Avropa çempionunu taxtından endirdik, finalda da qələbə qazanmaq istəyirik"
Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya - Azərbaycan oyunu döyüş idi.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin qapıçısı Vəli Qafarov deyib.
O, əsas vaxtı 1:1 hesabı ilə bitən Serbiyaya qarşı yarımfinal görüşü (penaltilər seriyasında 3:1) haqqında fikirlərini bölüşüb:
"Qardaşlarım, dostlarım komanda yoldaşlarım 50 dəqiqə ərzində vuruşdular, döyüşdülər. Serbiya ilə matç həqiqətən bir döyüş idi. Futbolçular oyuna öz töhfələrini verdilər. Mən də penaltini qurtarmaqla bacardığımı etməyə çalışdım".
V.Qafarov dünya reytinqində birinci pillədə qərarlaşdıqlarını xatırladıb:
"Avropa çempionatının finalına vəsiqə qazandığımız üçün Allaha şükür edirik. Turnirdən əvvəl açıqlamamda bildirmişdim ki, rəqiblərimizə qarşı yaxşı hazırlaşmışıq. Dünya reytinqində birinci pillədəyik. Son Avropa çempionunu taxtından endirdik. Artıq bir həlledici matçımız qalıb. Ümid edirəm ki, finalda da yaxşı nəticə qazanaraq Vətənə qayıdacağıq".
Xatırlada ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

"Çelsi" klubunun sabiq hücumçusu Bobbi Temblinq 84 yaşında vəfat edib
"Çelsi" klubunun sabiq hücumçusu Bobbi Temblinq 84 yaşında vəfat edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun sabiq klubu "Krossheyven"in mətbuat xidməti məlumat yayıb.
O, 40 ildən çox "Çelsi"nin ən məhsuldar futbolçusu olub. B.Temblinq karyerası ərzində "Kristal Pelas", "Kork Seltik", "Uoterford", "Şemrok Rovers" və "Kork Alberts" klublarının da formasını geyinib.
Sabiq hücumçu yaşıl meydanlarla vidalaşdıqdan sonra "Kork Seltik", "Kork Siti" və "Krossheyven" komandalarında məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Bobbi Temblinq 1959-1970-ci illərdə "Çelsi"nin heyətində 370 oyunda meydana çıxıb və 202 qol vurub. Onun rekordunu 2013-cü ildə 211 qolla yarımmüdafiəçi Frenk Lempard yeniləyib.
Bununla yanaşı, veteran hücumçu 1966-cı ildə "Aston Villa" ilə matçda 5 qol vuraraq London klubunun tarixində bir oyunda ən çox fərqlənən futbolçu ünvanını da əlində saxlayır.

-
report.az
- Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

"Bavariya" və "Arsenal" Nataniel Braunun keçidində maraqlıdırlar
Almaniyanın "Bavariya" və İngiltərənin "Arsenal" klubları Frankfurt təmsilçisi "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunun keçidində maraqlıdırlar.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, DÇ-2026-nın final mərhələsi üçün Almaniya millisinin heyətinə cəlb edilən 22 yaşlı futbolçu yay "transfer pəncərəsi"ndə böyük klubların diqqət mərkəzində olacaq.
Münhen klubu müdafiənin cinahlarını gücləndirməyə çalışır, London təmsilçisi isə onu universal oyunçu kimi nəzərdən keçirir.
N.Braun 2024-cü ilin yanvarından "Ayntraxt"ın heyətində çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, N.Braun 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı almaniyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Peres seçkilərdə qalib gəlsə, "Real"ın baş məşqçisi Mourinyo olacaq
Madridin "Real" klubunun prezidenti Florentino Peres növbəti seçkilərdə qalib gələcəyi halda, portuqaliyalı Joze Mourinyonu baş məşqçi postuna təyin edəcəyini bildirib.
"Report" xəbər verir ki, 79 yaşlı funksionerin seçki qərargahı "X" sosial şəbəkəsində portuqaliyalı məşqçinin Madrid təmsilçisinin formasını geyindiyi və "Bəli!" dediyi video yayımlayıb.
Videoda Peresə səs vermək çağırışı da yer alıb.
"Real"ın prezident seçkiləri iyunun 7-də keçiriləcək. Bu post üçün ikinci namizəd iş adamı Enrike Rikelmedir.
Mourinyo artıq 2010-2013-cü illərdə Madrid klubunda çalışıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionatını, Kubokunu və Superkubokunu qazanıb. Ötən mövsümün yekunlarına görə, madridlilər heç bir titul qazanmayıb.

-
report.az
- Elşad Quliyev: "Minifutbol üzrə Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyirik"
Elşad Quliyev: "Minifutbol üzrə Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyirik"
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyir.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya ilə oyunundan sonra fikirlərini bölüşüb:
"Bütün oyunçularımı, xalqımı təbrik edirəm. Çempion olmaq istəyirik. Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Həqiqətən, çətin matç alındı. Rəqib üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik".
O, 1/4 finalda Çexiya ilə görüşdə çox güc itirdiklərini söyləyib:
"Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Serbiya və biz ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır".
Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Serbiya seçməsini penaltilər seriyasında üstələyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı məğlub edib.
"Tipos Arena"dakı qarşılaşma 5:1 hesabı ilə bitib.
Komanda finalda Serbiya - Azərbaycan oyununun qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, final iyunun 4-də keçiriləcək.

AFFA Hakimlər Departamenti yeni mövsümə hazırlıq planlarını açıqlayıb
AFFA hakimlər üçün mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil edəcək.
Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Departamentinin sədri Bəhruz Teymurov deyib.
O, mövsümöncəsi hazırlıq planları və strukturda gözlənilən yeniliklərə aydınlıq gətirib:
"Hakimlərin toplanışı mütləq keçiriləcək. Mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil olunacaq. Təlim-məşq toplanışının harada və nə vaxt baş tutacağı barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə işlər aparılır".

DÇ-2026-nın ən ucaboy və ən bəstəboy futbolçuları açıqlanıb
Dünya çempionatında iştirak edəcək ən ucaboy və ən bəstəboy oyunçular müəyyənləşib.
"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avstriya millisinin qapıçısı Florian Viqele mundialın ən ucaboy futbolçusudur.
Boyu 2.05 metr olan qolkiper həm də bu göstəricidə yeni rekord müəyyənləşdirib. İndiyəqədərki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən niderlandlı qapıçı Andris Noppertə (2.03 metr) məxsus idi. F.Viqele ilə yanaşı, İngiltərə yığmasının futbolçusu Dan Bern (2.01 metr), kolumbiyalı qapıçı Alvaro Montero (2.01 metr) və Bosniya və Herseqovina millisinin müdafiəçisi Stepan Radelyiç (2.01 metr) də "nəhənglər" sırasında yer alıb.
DÇ-2026-nın ən bəstəboy futbolçusu isə Sezar Yanisdir (1.60 metr). Onu 1.64 metr boyu ilə Kurasaonun hücumçusu Ceremi Antonisse izləyir. İngiltərə millisinin üzvü Dan Bern və Sezar Yanis arasında 41 santimetr boy fərqi var ki, bu da rekord kimi qeydə alınıb. İndiyə qədər dünya çempionatları tarixində meydandakı rəqiblər arasında qeydə alınan ən böyük boy fərqi 2006-cı ildə Almaniyada keçirilən mundialda Serbiya millisinin üzvü Nikola Jiqiç ilə Fildişi Sahili təmsilçisi Bakari Kone arasında olub ki, bu göstərici 39 santimetr təşkil edib. Yeri gəlmişkən Panama və İngiltərə yığmaları yer aldıqları L qrupunun son matçında qarşılaşacaqlar.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

AFFA üç kluba texniki məğlubiyyət verib
AFFA U-16 Qızlar liqasında və AHFF-nin təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Qərara əsasən, AFFA U-16 Qızlar liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan "Şəfa" – "Turan Tovuz" oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və "Şəfa"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən "Real" – "Qaradağ Şıxlar" matçında "Real"ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Eyni turnir çərçivəsində mayın 31-də baş tutan "Aran Beyləqan" – "Füzuli" görüşündə isə "Füzuli"nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

-
report.az
- "Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli: "Mövsümün əvvəlində verilən vədlər yerinə yetirilmədi"
"Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli: "Mövsümün əvvəlində verilən vədlər yerinə yetirilmədi"
"Araz-Naxçıvan" sabiq qapıçısı Rövşən Hüseynli ilə büdcə səbəbindən yolları ayırıb.
35 yaşlı qolkiper bunu "Report"a açıqlamasında deyib.
O, mövsümün əvvəlində klubun ona fərqli vədlər verdiyini deyib:
"Bu, tamamilə baş məşqçi Yevgeni Kukseviçin şəxsi fikridir. Onunla danışdım və mənə qərarın büdcə ilə bağlı olduğunu, mövcud maliyyənin əməkdaşlığı davam etdirməyə imkan vermədiyini söylədi. Mövsümün əvvəlində baş məşqçi ilə planlarımızı bu formada qurmuşduq və oturub bütün detalları müzakirə etmişdik. Hamıya məlum olduğu kimi, mən Qazaxıstan çempionatında çıxış edirdim və oynadığım klubdan həm qapıçı, həm də qapıçı məşqçisi kimi təklif almışdım. Həmin klubla uzunmüddətli müqaviləm var idi, sadəcə, Kukseviç mənə burada fərqli vədlər verdi. O, mənə uzunmüddətli və davamlı layihə barədə söz verdi, başqa detallara dair təminat yaratdı. Komandada qalmaqda maraqlı olduğum üçün bütün planlarımı bu yöndə qurdum və "Araz-Naxçıvan"a geri qayıtdım. Lakin sonda mənə verilən vədlər yerinə yetirilmədi".
R.Hüseynli qarşıdakı planları haqqında bunları deyib:
"Bu barədə hələ qərar verməmişəm. Çünki hələ gördüklərimi, eşitdiklərimi aydınlaşdırmağa çalışıram. İndi nəsə desəm, səhv qərar vermiş ola bilərəm".
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Rövşən Hüseynli ilə yolları ayırıb.

Azərbaycanın U-20 millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Pakistan yığması ilə yoxlama oyunu keçirəcək.
Bu barədə "Report"a AFFA-dan məlumat verilib.
Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi Azərbaycanın U-20 millisi iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib
Futbol üzrə dünya çempionatında çıxış edəcək ən yaşlı və ən gənc futbolçular müəyyənləşib.
"Report" FIFA-ya istinadən xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu mundialda iştirak edəcək ən yaşlı futbolçulardan biridir.
O, turnirin startında 41 yaş 126 günlük olacaq. Ronaldu oynayacağı təqdirdə, misirli Essam Əl-Hədəri (45 yaş), kolumbiyalı Fərid Mondraqon (43 yaş), kamerunlu Roje Milladan (42 yaşlı) sonra turnir tarixində bir matçda meydana çıxan 4-cü ən yaşlı futbolçu olacaq.
DÇ-2026-da ən yaşlı oyunçuların siyahısında Ronaldunu Meksika millisinin qapıçısı Qilyermo Oçoa (40), xorvatiyalı yarımmüdafiəçi Luka Modriç (40), Bosniya və Herseqovinanın hücumçusu Edin Ceko (40), almaniyalı Manuel Noyer (40) və Kabo-Verde yığmasının qapıçısı Vozinya (39) izləyir.
Yarışın ən gənc futbolçusu isə Meksika yığmasının 17 yaşlı üzvü Xilberto Moradır. "Tixuana" klubunun üzvü şans qazanacağı təqdirdə, turnir tarixinin KONKAKAF-ı (Şimali Amerika, Mərkəzi Amerika və Karib Hövzəsi Konfederasiyası) təmsil edən ən gənc oyunçusu olacaq və 1930-cu ildə Uruqvayda təşkil edilən mundialda 18 yaşında olan həmvətəni Manuel Rosasın rekordunu təzələyəcək.
X.Mora Meksika yığmasının Cənubi Afrika Respublikasına qarşı keçirəcəyi açılış matçında oynayarsa, Pele (Braziliya), Salomon Olembe, Samuel Etoo (hər ikisi Kamerun), Femi Opabunmi (Nigeriya) və Norman Uaytsayddan (Şimali İrlandiya) sonra turnirin tarixinə düşən 6-cı ən gənc futbolçu adını qazanacaq.
DÇ-2026-da oynayancaq gənc futbolçuların ilk "5-liy"ində həmçinin Çexiya millisinin yarımmüdafiəçisi Huqo Soçurek (18 yaş 4 gün), Almaniya təmsilçisi Lennart Karl (18 yaş 109 gün), Seneqalın hücumçusu İbrahim Mbaye (18 yaş 138 gün) və misirli futbolçu Həmzə Əbdülkərim (18 yaş 161 gün) də qərarlaşıb.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.
Bildirilib ki, UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.
Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Təmkin Xəlilzadə: "Serbiya - Azərbaycan oyunu finala bərabər olacaq"
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının yarımfinal mərhələsindəki Serbiya - Azərbaycan oyunu finala bərabər olacaq.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin üzvü Təmkim Xəlilzadə bildirib.
O, rəqibin gücünə bələd olduqlarını söyləyib:
"Artıq turnirdə dörd komanda qalıb. Serbiyanın da gücünü bilirik. Vaxtımız da var. Məşqçilər təhlil edəcəklər və tapşırıqlarını verəcəklər. Hansı yığmaya qarşı oynayacağımızı da çox yaxşı başa düşürük. Rəqiblər bizdən də çəkinirlər, yaxşı oyunçularımız var. Serbiya ilə qarşılaşma finala bərabər olacaq".
T.Xəlilzadə Çexiyanı 5:2 hesabı ilə üstələdikləri 1/4 final görüşü haqqında fikirlərini bölüşüb:
"Komandamızın yeganə motivasiyası var idi. Xalqımızın bizdən nə gözlədiyini bilirdik. Yarışa son dünya çempionu kimi gəlmişik. Bizə ümidlər böyükdür. Ona görə ciddi hazırlaşmışdıq. Rəqibin də gücünü bilirdik. Elə mərhələdəyik ki, burada zəif komanda olmur. Həm də hər gün matça çıxırıq. İstər-istəməz yorğunluq da olur. Oyun gözlədiyimizdən rahat alındı. Hər şey istədiyimiz kimi oldu. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Lazım olan nəticəni də qazandıq. Komandada kimin fərqlənməsinin fərqi yoxdur. Əsas odur ki, qalib gələk. Qol vuranda futbolçü üçün ikiqat sevinc olur. Yarımfinala vəsiqə qazandığımız üçün çox sevincliyik. Ancaq qalibiyyət haqqında düşünürük".
Oyunçu Çexiya yığmasının sərt oyuna üstünlük verməsinə də toxunub:
"Rəqiblərin əksəriyyəti bizə qarşı aqressiv oynayırlar. Fərdi cəhətdən bizdən geri qalırlar. Onlar ancaq bizimlə mübarizə aparmaq, döyüşmək istəyirlər. Qazaxıstanla görüşdə də bunu gördük. Vururlar, yıxırlar, başqa heç nə edə bilmirlər. Hər şeyə hazırıq. Belə olacağını da bilirdik. Əsas odur ki, zədə olmadı".
Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də "Tipos Arena"da start götürəcək.

DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq
İyunun 11-də startı veriləcək futbol üzrə dünya çempionatında ən çox oyunçu ilə təmsil olunacaq klub İngiltərə təmsilçisi "Mançester Siti"dir.
"Report" xəbər verir ki, FIFA bu barədə statistika paylaşıb.
Mançester təmsilçisinin mundialda 19 futbolçusu iştirak edəcək. İngiltərə komandasının Əlcəzair, Belçika, Xorvatiya, Misir, İngiltərə, Fransa, Qana, Niderland, Norveç, Portuqaliya, İspaniya və Özbəkistan yığmalarında oyunçuları var. Siyahıda növbəti yerləri "Bavariya" (18), "Arsenal", PSJ (hər ikisi 16), "Barselona" (15), "Əl-Hilal", "Atletiko", "Kristal Pelas", "Mançester Yunayted" (hamısı 12), "Borussiya" (Dortmund, Almaniya), "Qalatasaray" və "Liverpul" (hamısı 11) tutur.
İngiltərə klublarından mundialda ümumilikdə 200 futbolçu iştirak edəcək. Bu göstəricidə növbəti pillələrdə Almaniya (109), Fransa, İspaniya (hər ikisi 86), İtaliya (71), Səudiyyə Ərəbistanı (49), Niderland (46), Türkiyə (45), ABŞ (42), Braziliya (36) və Portuqaliya (36) qərarlaşıb.
Qətər və Səudiyyə Ərəbistanı heyətlərindəki yerli çempionat təmsilçilərinin sayına görə öndədir. Hər iki komandanın 25 futbolçusu daxili liqada oynayır. Qətər yığmasının sol cinah müdafiəçisi Homam Ahmed İspaniyanın "Kultural Leonesa", Səudiyyə Ərəbistanının sağ cinah müdafiəçisi Saud Abdulhamid isə Fransanın "Lans" klubunun formasını geyinir.
Kabo-Verde, Konqo, Fildişi Sahili, Kurasao, Seneqal və Uruqvay yığmalarında isə öz ölkələrinin çempionatlarında çıxış edən heç bir futbolçu yer almayıb.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Taleh Babayev: "Çexiyanın minifutbol millisi dünyanın ən güclü komandalarından biridir"
Çexiyanın minifutbol millisi dünyanın ən güclü komandalarından biridir.
Bu sözləri "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.
O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı 5:2 hesabı ilə üstələdikləri oyun haqqında fikirlərini bölüşüb:
"Çexiya ilə görüşə ciddi hazırlaşmışdıq. Dünyanın ən güclü komandalarından biridir. Hesab bizi aldatmasın. Həqiqətən yaxşı kollektivdir, əla heyətləri var. Qalibiyyət bizə nəsib oldu. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".
T.Babayev yarımfinaldaki rəqib Serbiyanın da güclü olduğunu vurğulayıb:
"Yarımfinalda da var gücümüzlə mübarizə aparacağıq. Finala vəsiqə qazanmaq istəyirik. Serbiya da güclü komandadır. Son Avropa çempionuna qarşı oynayacağıq. Bu qarşılaşmaya da ciddi köklənəcəyik. Xalqımızı sevindirmək niyyətindəyik".
Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, saat 22:45-də "Tipos Arena"da keçiriləcək.

Romelu Lukaku milli komandalarda ən çox qol vuran ilk 5 futbolçu sırasına daxil olub
Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandalar tarixində ən çox qol vuran 5 futbolçudan biri olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, iyunun 2-də Xorvatiya ilə keçirilən yoldaşlıq görüşündə meydana sonradan daxil olaraq matçın yekun hesabını müəyyənləşdirən (2:0) 33 yaşlı forvard Belçikanın heyətində 125 oyunda 90-cı qolunu vurub.
Təcrübəli oyunçu vurduğu qollardan 5-ni dünya çempionatlarında (19-nu seçmə mərhələlərdə), 6-nı Avropa çempionatlarında (21-ni seçmə mərhələlərdə), 9-nu isə UEFA Millətlər Liqasında rəqib qapılarından keçirib.
Qeyd edək ki, Romelu Lukaku bu göstərici ilə hərəyə 89 qol vuran polşalı Robert Levandovski və malayziyalı Mohtar Daharini geridə qoyub. İndi onu yalnız hindistanlı Sunil Çetri (95 qol), iranlı Əli Daei (108 qol), argentinalı Lionel Messi (116 qol) və portuqaliyalı Kriştianu Ronaldu (143 qol) qabaqlayır.

Sumqayıtda keçiriləcək Azərbaycan – Macarıstan matçının hakimləri açıqlanıb
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.
"Report" AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

"Turan Tovuz" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
"Turan Tovuz" klubu UEFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
"Report" xəbər verir ki, bu barədə klubun bəyanatında bildirilib.
Tovuz təmsilçisinin bəyanatını diqqətinizə çatdırırıq:
"2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.
Əlavə olaraq bildirik ki, UEFA Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq"

"Roma" Meyson Qrinvudu heyətinə qatmaq üçün mübarizə aparır
İtaliyanın "Roma" klubu yay "transfer pəncərəsi"ndə "Marsel"in (Fransa) hücumçusu Meyson Qrinvudu heyətinə qatmaq üçün mübarizə aparır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, yaxın günlərdə klublar arasında danışıqlar baş tutacaq.
Fransa klubunun rəhbərliyi 24 yaşlı ingiltərəli hücumçu üçün ən azı 50 milyon avro əldə etmək niyyətindədir. M.Qrinvudun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir. Forvard 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 45 matçda 26 qol vurub, 11 məhsuldar ötürmə edib.

-
report.az
- Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.
Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
İspaniyanın La Linea şəhərində 9 iyunda keçirilməsi planlaşdırılan Konqo Demokratik Respublikası və Çili arasında yoldaşlıq oyunu ləğv edilib.
"Report" xəbər verir ki, qərarı şəhərin meri Xuan Franko qəbul edib və o, Ebola virusu ilə bağlı ciddi narahatlıqlara görə matçı qadağan edib.
O, qərarın sırf profilaktik xarakter daşıdığını və Əndəlüsdəki regional səhiyyə xidmətlərinin tövsiyələrinə əsaslandığını bildirib. Səhiyyə mütəxəssisləri də potensial ictimai sağlamlıq risklərini əsas gətirərək matça etiraz ediblər.
Qeyd olunub ki, Konqo Demokratik Respublikası Milli Komandası bu yaxınlarda ölkədəki infeksiya vəziyyəti ilə əlaqədar məşq cədvəlini dəyişdirib.

Norveç FIFA prezidentinə qarşı şikayəti dəstəkləyib
Norveç Futbol Federasiyası (NFF) FIFA prezidenti Canni İnfantinoya qarşı FIFA-nın Etika Komitəsinə verilən şikayəti dəstəkləyib.
"Report"un məlumatına görə, müraciəti dəstəkləyən NFF prezidenti Liza Klavenesin müvafiq məktubu rəsmi olaraq insan haqları təşkilatı "FairSquare"in müraciətini dəstəkləmək üçün göndərilib.
Şikayət, təşkilat prezidentinin 2026-cı il Dünya Kubokunun püşkatması ilə bağlı tədbirlər zamanı ABŞ Prezidenti Donald Trampa "sülh mükafatı"nı təqdim etməsindən sonra FİFA-nın siyasi neytrallıq prinsipinin mümkün pozulması ilə bağlıdır.
FİFA əvvəllər Norveç Futbol Assosiasiyasının mövqeyini nəzərdən keçirdiyini bildirib və bu cür sorğuların təşkilat daxilində müzakirə edildiyini qeyd edib.

Elşad Quliyev: "Çexiya ilə matçda istədiyimiz oyunu sərgilədik və qalib gəldik"
Minifutbol üzrə Azərbaycan millisi Çexiya ilə matçda istədiyi oyunu sərgiləyib.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı məğlub etdikləri (5:2) oyundan sonra fikirlərini bölüşüb:
"Çox gözəl oyun alındı. Rəqibi tam təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Oyunçularımı təbrik edirəm. Nizam-intizama əməl etdilər. İstədiyimiz oyunu sərgilədik və qalib gəldik".

-
report.az
- Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinal cütləri müəyyənləşib.
"Report"un Bratislavaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu, 1/4 final mərhələsinin oyunlarından sonra dəqiqləşib.
Finala gedən yolda Macarıstan Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub.
Xatırladaq ki, yarımfinal matçları iyunun 3-də, final iyunun 4-də baş tutacaq. Azərbaycan komandası 1/4 finalda Çexiyanı məğlub edib - 5:2.

Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.
Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.

"Araz-Naxçıvan"dan ayrılan futzalçıların sayı beşə çatıb
Azərbaycan Yüksək Liqasının 2025/2026 mövsümünün qalibi olan "Araz-Naxçıvan"dan ayrılan futzalçıların sayı beşə çatıb.
Bu barədə "Report"a klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bölgə təmsilçisi son olaraq Filip Avila, Aleks Rezende və Rövşən Hüseynli ilə yolları ayırıb. Onlarla müddəti bitən müqavilələr yenilənməyib.
Xatırladaq ki, "Araz-Naxçıvan" daha öncə Jan Karlos və Elan Delonla yolları ayırmışdı.

"Kristal Pelas" Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb
İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb.
"Report" xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında azarkeşlərlə vidalaşıb.
2024-cü ildən komandaya rəhbərlik edən 51 yaşlı avstriyalı mütəxəssisin dövründə "qartallar" 3 turnirin - İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.
Qeyd edək ki, O.Qlasner daha əvvəl Almaniyanın "Ayntraxt" (Frankfut), "Volfsburq", Avstriyanın LASK, "Rid" və "Zaltsburq" klublarına da rəhbərlik edib.

-
report.az
- Azərbaycan millisinin Malta və San Marino ilə yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb
Azərbaycan millisinin Malta və San Marino ilə yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb
Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
"Report" AFFA-ya istinadən xəbər verir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Malta ilə matçda baş hakim Mixali Kapraliyə Balaş Buzaş, Bençe Belitsa yardım edəcək. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.
San Marino ilə görüşü isə Marton Ruş idarə edəcək. Ona Balaş Şert, Balaş Şalai yardımçı olacaqlar. Dördüncü hakim isə Bençe Çsonka olacaq.
Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda start götürəcək.

Avstriya millisinin futbolçusu Kristof Baumqartner DÇ-2026-da oynaya bilməyəcək
Avstriya millisinin və Almaniyanın "Leyptsiq" klubunun yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən dünya çempionatında çıxış edə bilməyəcək.
"Report" Avstriya Futbol İttifaqına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoldaşlıq oyunundan (1:0) əvvəl, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.
MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.
Kristof Baumqartner 2025/2026 mövsümündə "Leyptsiq"in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.

"Liverpul"un əfsanəsi Kennet Dalqlişdə onkoloji xəstəlik aşkarlanıb
İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu və baş məşqçisi Kennet Dalqlişdə onkoloji xəstəlik aşkarlanıb.
"Report" xəbər verir ki, sabiq futbolçu xəstəliyi barədə məlumatı sosial şəbəkə vasitəsilə paylaşıb.
75 yaşlı şotlandiyalı mütəxəssis xərçəng xəstəliyindən müalicə kursu keçdiyini və bu prosesin uğurlu olduğunu açıqlayıb.
Qeyd edək ki, K.Dalqliş futbolçu kimi "Liverpul"un heyətində 6 dəfə İngiltərə çempionu olub, 1 dəfə ölkə kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 5 dəfə ölkə Superkubokunu, 3 dəfə Avropa Çempionlar Kubokunu və 1 dəfə Avropa Superkubokunu qazanıb. Baş məşqçi kimi isə o, komandanı 3 dəfə İngiltərə çempionluğuna daşıyıb, 2 dəfə ölkə kubokunu, 1 dəfə Liqa Kubokunu və 4 dəfə İngiltərə Superkubokunu əldə edib.

Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.
"Report" AMF-yə istinadən xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak ediblər.
Onlar minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar.
Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.

"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırıb
"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə yolları ayırıb.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də "Araz-Naxçıvan"ın heyətində çıxış edəcək.

"Bavariya" Danteni U-23 komandasına baş məşqçi təyin edib
Almaniyanın "Bavariya" klubu sabiq müdafiəçisi Danteni U-23 komandasına baş məşqçi təyin edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, karyerasını 42 yaşında başa vuran braziliyalı futbolçunun ilk məşqçilik işidir.
Təcrübəli müdafiəçi 2025/2026 mövsümündə Fransanın "Nitsa" klubunun heyətində keçirdiyi 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
2012–2015-ci illərdə formasını geyindiyi "Bavariya"nın heyətində 3 qat Almaniya çempionu, 2 qat ölkə kubokunun sahibi, həmçinin UEFA Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.
Qeyd edək ki, Dante karyerası ərzində Braziliyanın "Yuventude", Fransanın "Nitsa", "Lill", "Şarlerua", Belçikanın "Standard", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Volfsburq" klublarında da oynayıb.

-
report.az
- Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev "Ağsu Siti" ilə müqavilə imzalayıb
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev "Ağsu Siti" ilə müqavilə imzalayıb
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev Region Liqası təmsilçisi "Ağsu Siti" ilə müqavilə imzalayıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", "Şəki" və son olaraq "Zəngəzur" kimi klubların formasını geyinib.
Qeyd edək ki, C.İmamverdiyev Azərbaycan millisinin heyətində 11 oyun keçirib və 1 qol vurub. "Ağsu Siti" daha əvvəl Elgün Abbaslı, Ruslan Poladov, Mehman Süleymanlı, Haqverdi Həsənov və nigeriyalı Mark Uqoçukvonu da heyətinə qatıb.

Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb.
"Report" Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, qitənin nüfuzlu klub turniri əvvəlki mövsümdəki qaydalarla təşkil olunacaq.
Reqlamentə əsasən, ilkin və əsas mərhələnin oyunları qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə baş tutacaq.
Milli komandaların 2026-cı il aprel ayının reytinq cədvəlində ilk 4 pillədə qərarlaşan ölkələrin hər biri yarışda 2 klubla təmsil olunacaq. Rusiya cəzalandırıldığı üçün Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda mübarizə aparacaqlar.
Turnirin ilkin və əsas mərhələsinin püşkatma mərasimi iyulun 8-də keçiriləcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 27-dən noyabrın 1-dək oynanılacaq. Növbəti püşkatma noyabrın 4-də baş tutacaq və burada 1/8 və 1/4 final mərhələlərinin cütlükləri müəyyənləşəcək.
Komandalar 1/8 finalda noyabrın 23-də və dekabrın 4-də, 1/4 finalda isə 2027-ci il fevralın 8-də və 19-da (ev və səfər) qarşılaşacaqlar. Turnirin final mərhələsi 2027-ci il mayın 6-sı, 7-si, 8-i və ya 9-da təşkil olunacaq.
Aşağı reytinqli komandalar turnirə ilkin mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri və göstəricilərindən asılı olaraq ən yaxşı 2-ci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələnin A yolunda reytinq cədvəlinin 1-11-ci və 16-19-cu yerlərində qərarlaşan klublar yarışacaqlar. Hər qrupda 4 iştirakçı mübarizə aparacaq və ilk 3 yeri tutan komandalar 1/8 finala yüksələcək. B yolunda isə 12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda yarışacaqlar. Bu yoldan yalnız 1-ci yeri tutacaq 4 klub 1/8 finalda iştirak hüququ əldə edəcək.
Elit raundu əvəz edən 1/8 final mərhələsində komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq. Analoji şərtlər 1/4 finalda da qorunacaq və yekunda üstünlük qazanan tərəflər final mərhələsinə yollanacaqlar.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasının yeni mövsümündə də "Araz-Naxçıvan" təmsil edəcək. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.

-
report.az
- Azərbaycan yığmasının üzvü Məhəmməd Xəlilov: "Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir"
Azərbaycan yığmasının üzvü Məhəmməd Xəlilov: "Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir"
Minifutbol üzrə Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir.
Bu sözləri "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin üzvü Məhəmməd Xəlilov deyib.
O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında qarşılaşacaqları rəqib barədə danışıb:
"Çexiya da Qazaxıstan kimi güclü kollektivdir. Həmin görüşə də yaxşı hazırlaşacağıq. Rəqibin oyunlarına baxmışıq. Yenidən təhlil edəcəyik".
O, 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə üstələdikləri matça da toxunub:
"Qələbəni Azərbaycan xalqına həsr edirik. Oyunun çətin keçəcəyini bilirdik. Lakin qələbə qazanmağa müvəffəq olduq. Matça da yaxşı hazırlaşmışdıq. Qalibiyyətdə bütün komandanın əməyi böyükdür".
M.Xəlilov arenada komandaya dəstək olan fanatlar haqqında da fikirlərini bölüşüb:
"Azarkeşlərin dəstəyini hiss edirik. Onların tribunada yer alması oyunumuza təsir edir. Hər birinə təşəkkür edirəm".
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.
"Report" TFF-yə istinadən xəbər verir ki, baş məşqçi Vinçenzo Montello yekun "26-lığ"ı müəyyənləşdirib.
Qapıçılar
Uğurcan Çakır ("Qalatasaray"), Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Fənərbağça").
Müdafiəçilər
Merih Demiral ("Əl-Əhli"), Abdülkerim Bardakcı, Eren Elmalı ( hər ikisi "Qalatasaray"), Mert Müldür, Çağlar Söyüncü (hər ikisi "Fənərbağça"), Ferdi Kadıoğlu ("Brayton"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydin ("Rizespor"), Zeki Çelik ("Roma").
Yarımmüdafiəçilər
İsmail Yüksek ("Fənərbağça"), Hakan Çalhanoğlu ("İnter"), Kaan Ayhan ("Qalatasaray"), Orkun Kökçü ("Beşiktaş"), Salih Özcan ("Borussiya" (Dortmund)).
Hücumçular
Arda Güler ("Real"), Barış Alper Yılmaz, Yunus Akgün (hər ikisi "Qalatasaray"), Can Uzun ("Ayntraxt"), Deniz Gül ("Portu"), İrfan Can Kahveci, Oğuz Aydın, Kerem Aktürkoğlu (hamısı "Fənərbağça"), Kenan Yıldız ("Yuventus").
Xatırladaq ki, Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.

"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev dünya çempionatında çıxış etməyəcək
"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev dünya çempionatında çıxış edəcək Özbəkistan millisinin heyətindən kənarda qalıb.
"Report" xəbər verir ki, komandanın italiyalı baş məşqçisi Fabio Kannavaro onun adını 26 futbolçudan ibarət yekun siyahıya daxil etməyib.
Beləliklə, U.Raxmonaliyev mundialda iştirak etməyəcək.
Qeyd edək ki, dünya çempionatında Misli Premyer Liqasını bir futbolçu təmsil edəcək. "Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində yarışa qatılacaq.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.

"Şamaxı" Azər Bağırovun təyinatını açıqlayıb
"Şamaxı"nın yeni baş məşqçisi məlum olub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Bağırov təyin olunub.
Mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Azər Bağırov son olaraq "Kəpəz"i çalışdırıb.

"Qəbələ" iki futbolçu ilə yolları ayırıb
"Qəbələ" iki futbolçu ilə yolları ayırıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən bildirilib.
Rza Cəfərov və Sambu Sissokonun icarə müqaviləsinin müddəti başa çatıb. Onlar məxsus olduqları klublarına qayıdıblar.

-
report.az
- Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov: "Qazaxıstan üzərində layiqli qələbə qazandıq"
Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov: "Qazaxıstan üzərində layiqli qələbə qazandıq"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında layiqli qələbə qazanıb.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın qapıçısı Ağaseyid Qasımov bildirib.
O, Qazaxıstan yığmasını 3:2 hesabı ilə üstələdikləri matç haqqında fikirlərini bölüşüb:
"Bütün xalqımızı təbrik edirəm. Ağır oyun alındı. Layiqli qələbə qazandıq. Bundan sonra da asan qarşılaşma olmayacaq. Artıq bu görüşü unutmalı və növbəti matç haqqında düşünməliyik. Buradan çempion kimi getmək istəyirik".
Qolkiper rəqib oyunçuların meydanda sərt oynamasına da toxunub:
"Qazaxıstan komandasının belə sərt oynayacağını gözləyirdik. Üçüncü dəfədir ki, onlara qarşı mübarizə aparırıq. Bütün oyunlarda sərt mübarizələr görmüşük. Buna da hazır idik, öhdəsindən gəldik və layiqli qalibiyyət əldə etdik".
A.Qasımov 1/4 finalda Çexiyaya qarşı keçirəcəkləri görüşdə şansları dəyərləndirib:
"Bu komanda ən yaxşı rəqiblərdən biridir. Xalqımızı sevindirmək və çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Söz verirəm ki, ya Çexiya ilə oyunda, ya da finalda mən də qol vuracağam".
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

"Bavariya" İsmael Saybari üçün PSV ilə danışıqlara başlayıb
Almaniyanın "Bavariya" klubu PSV-nin (Niderland) və Mərakeş yığmasının vingeri İsmael Saybarini heyətinə qata bilər.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb.
Saybarinin "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilib. Lakin Münhen klubu transfer məbləğini PSV ilə razılaşdırmalıdır. Futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, İ.Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 matça çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

"Roma" və "İnter" dörd oyunçunu əhatə edən transfer əməliyyatı planlaşdırır
İtaliyanın "Roma" və "İnter" klublarının 4 futbolçusu transfer əməliyyatına daxil edilə bilər.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi "Roma"nın 25 yaşlı fransalı yarımmüdafiəçisi Manu Kone və Fildişi Sahilindən olan 26 yaşlı müdafiəçisi Evan Ndikanın keçidində maraqlıdır.
"İnter"in 27 yaşlı braziliyalı müdafiəçisi Karlos Auqusto və 26 yaşlı italyan yarımmüdafiəçisi Davide Frattesi isə paytaxt komandasına keçə bilər.
Qeyd edək ki, "Roma" 2025/2026 mövsümündə İtaliya çempionatında 3-cü, "İnter" isə 1-ci olub.

"Leyptsiq" "Volfsburq"un yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək istəyir
Almaniyanın "Leyptsiq" klubu "Volfsburq"un yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək niyyətindədir.
"Report" jurnalist Nikolo Şiraya istinadən xəbər verir ki, 28 yaşlı xorvatiyalı oyunçunun transferi bu yay reallaşa bilər.
"Volfsburq" 2025/2026 mövsümünün nəticələrinə əsasən Almaniya Bundesliqasını tərk etsə də, futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi 2023-cü ilin avqustundan etibarən "canavarlar"ın heyətində çıxış edir. Xorvatiya millisinin üzvü 2025/2026 mövsümündə meydana çıxdığı 30 qarşılaşmada 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Transfermarkt" portalı Lovro Mayerin dəyərini 8 milyon avro qiymətləndirir.

-
report.az
- Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa bu axşam çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.
1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

PSJ prezidenti: Luis Enrike dünyanın ən yaxşı məşqçisidir
"Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xelaifi ispan mütəxəssis Luis Enrikeni dünyanın ən yaxşı məşqçisi adlandırıb.
"Report"un məlumatına görə, o, bu barədə "Ici Paris Ile-de-France" nəşrinə açıqlamasında bildirib.
Əl-Xelaifi Məşqçinin gələcəyi ilə bağlı suala cavab olaraq klubun tərəfdaşlıqdan tamamilə məmnun olduğunu qeyd edib.
"Məşqçi bizdən çox razıdır, Parisdən çox razıdır. O, PSJ-ni çalışdırmaqdan qürur duyur və biz də onunla fəxr edirik. O, dünyada ən yaxşı məşqçidir. Biz ondan çox razııq. Bilirsiniz bu nə deməkdir", - o deyib.
L.Enrikenin PSJ ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "RMC Sport" daha əvvəl tərəflərin müqaviləni 2030-cu ilə qədər uzatmağı nəzərdən keçirdiklərini bildirib.

Elşad Quliyev: "Qazaxıstanla oyunadək belə çətinlik görmədik"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında indiyədək belə çətinlik yaşamayıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.
Mütəxəssis Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb:
"Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-of görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik.
İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq.
Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik".
Mütəxəssis 1/4 finaldakı rəqib Çexiyanın çox güclü olduğunu sözlərinə əlavə edib: "Erkən final olacaq. Yaxşı və hazırlıqlı komandadır".

Avropa çempionatı: 1/4 final cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin cütləri bəlli olub.
"Report"un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, bu, 1/8 finalın son oyunlarından sonra dəqiqləşib.
Azərbaycam millisi növbəti raundda Çexiya ilə üz-üzə gələcək.
Minifutbol üzrə Avropa çempionatı
1/4 final cütləri:
Macarıstan - Bolqarıstan
Gürcüstan - Ukrayna
Rumıniya - Serbiya
Çexiya - Azərbaycan
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyunun 2-də baş tutacaq.

-
report.az
- Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.

"Sabah" Velko Simiçi azad agent kimi sıralarına cəlb edib
"Sabah" futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.
Klubdan "Report"a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçu ilə yeni müqavilənin müddəti 2 ildir.
Simiç "Sabah"la yeni sözləşməni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.
Velko Simiç ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a qoşulmuşdu.
O, "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

Rəcəb Fərəczadə: "Azərbaycanın minifutbol millisi Avropa çempionatının aşkar favoritidir"
Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Avropa çempionatının aşkar favoritdir.
Bunu "Report"a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib
Mütəxəssis komandanın qrup mərhələsindəki çıxışını dəyərləndirib:
"Azərbaycan millisi Avropa çempionatının aşkar favoritdir. Qazaxıstanla bugünkü matçda qeyri-adi bir hal baş verməsə, komanda qələbə qazanacaq. Çünki güclü olduqlarını öz oyunları ilə sübut edirlər. Komanda qrupda xüsusilə İtaliya ilə qarşılaşmada çox gözəl çıxış etdi və rəqibə oynamaq imkanı vermədi. Avstriya ilə oyun isə bir az ağır keçdi. Azarkeşlər bəlkə də bilmirlər, amma ilk matçda ot örtüyü çox pis idi. Meydança təzə olduğuna görə topun sürətini azaldırdı və dinamik oyuna mane olurdu. Top sanki otda ilişib qalırdı. Heyətdəki futbolçuların çoxu gənc və çevik olduğundan, bu amil onlara çətinlik törətdi. Lakin digər matçlarda yaxşı çıxış etdilər. Həm kağız üzərində, həm də nümayiş etdirilən oyun baxımından futbolçuların çox güclü olduğu görünür. Əvvəlki dünya çempionatı ilə müqayisədə irəliləyiş baxımından böyük fərq var".
Mütəxəssis minifutbolda sürprizlər olduğunu da istisna etməyib:
"Burada təkcə oyun deyil, bəxt və futbolçuların motivasiyası da rol oynayır. Lakin futbolçular öz oyunlarını göstərsələr və hər şey normal davam edərsə, çempionluq üçün 90 % şans var. Futbol elə bir idman növüdür ki, hər an sürprizlər ola bilər. Bəzən komanda tam üstün olur, çoxlu qol epizodları yaradır, lakin qəfil qapısından 1 qol buraxır və sonra nə qədər çalışsa da, nəticəni dəyişdirmək mümkün olmur. Belə "fors-major" hallar yaşanmasa, Azərbaycan millisi həm oyun səviyyəsi, həm də digər göstəricilərə görə aşkar üstündür".
Qeyd edək ki, Azərbaycan millisi bu gün, saat 00:00-da Avropa çempionatının 1/8 finalında Qazaxıstanla üz-üzə gələcək. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək yer aldığı F qrupunu lider başa vurmuşdu.

AFFA Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndidə sosial aksiya keçirib
AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
Tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxışında uşaqların rifahının və təhsilinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin formalaşmasında vacib rol oynadığını vurğulayıb.
Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələri beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Gülnurə Əkbərzadə təqdim ediblər. Referilər uşaqlarla görüşərək onları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıblar.
Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.
Qeyd edək ki, azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

-
report.az
- Mahmud Sadıqov: "Araz-Naxçıvan"ın əsas məqsədi UEFA Çempionlar Liqasında layiqli çıxışdır"
Mahmud Sadıqov: "Araz-Naxçıvan"ın əsas məqsədi UEFA Çempionlar Liqasında layiqli çıxışdır"
"Araz-Naxçıvan" futzal klubunun hədəfi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir.
Bunu "Report"a açıqlamasında klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.
O, heyətdən gedən oyunçuların adlarını açıqlayıb:
"Jan Karlosla Elan Delonun müqaviləsinin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb. Özlərinə də bu barədə məlumat verilib. Digər oyunçularla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılacaq və bundan sonra yekun qərar veriləcək. Yeni oyunçuların keçidi üçün isə hələ tezdir. Avropanın digər ölkələrində çempionatlar davam edir. Heyətə qatılması nəzərdə tutulan futzalçılarla yaxın müddətdə təmas qurulacaq".
Klub rəsmisi komandanın hədəflərini diqqətə çatdırıb:
"Ağır mövsüm oldu və müəyyən boşluqlar yarandı. Bütün bunlara baxmayaraq, əsas hədəf olan çempionluq son oyunda qazanıldı. "Araz-Naxçıvan"ın məqsədi hər zamankı kimi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir".
Qeyd edək ki, "Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycan çempionu olub.

"Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb
"Neftçi"nin yetirməsi Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.
Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.

Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib
Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Xatırladaq ki, Ə.İsmayılov daha əvvəl "Araz-Naxçıvan"da köməkçi məşqçi kimi fəaliyyət göstərib.

"Tottenhem" və "Mançester Siti" Savinyonun transferi ilə bağlı danışıq aparır
İngiltərənin "Tottenhem" və "Mançester Siti" klubları yarımmüdafiəçi Savinyonun transferi ilə bağlı danışıqlara başlayıb.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu London klubuna keçməyə müsbət yanaşır.
"Tottenhem" 2025-ci ilin yayında da Savinyonun keçidi üçün danışıqlar aparmasına baxmayaraq, həmin vaxt "Mançester Siti" futbolçunu buraxmayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir. Savinyonun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

"Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev və köməkçiləri ilə yollarını ayırıb
Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.
Bu barədə "Report"a Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Şahdağ Qusar" I Liqanı 43 xalla 5-ci pillədə başa vurub.

-
report.az
- "Qarabağ" Premyer Liqanın 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub
"Qarabağ" Premyer Liqanın 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub
"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 2025/2026 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.
Nəticəsi ləğv olunan "İmişli" – "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox seyrçi XXVIII turun "Qarabağ" – "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.
Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb – 39 min 560 (orta göstərici - 2473)
KLUB TAMAŞAÇI OYUN ORTA
1 Qarabağ 51167 17 3010
2 Neftçi 44693 16 2793
3 Sumqayıt 39560 16 2473
4 Turan Tovuz 34550 16 2159
5 Karvan-Yevlax 27380 17 1611
6 Sabah 23623 17 1390
7 Şamaxı 18150 17 1068
8 Kəpəz 13150 16 822
9 Zirə 12350 17 726
10 Qəbələ 9670 16 604
11 İmişli 7765 16 485
12 Araz-Naxçıvan 3720 17 219
cəmi 285778 198 1443

"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
"Sumqayıt" klubu baş məşqçisi Saşa İliçlə vidalaşıb.
"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
Mütəxəssisin müqaviləsinin müddətinin baş çatdığı bildirilib.
"Kimyaçılar" serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, "Sumqayıt" 2025/2026 mövsümünü 41 xalla yeddinci pillədə başa vurub.

"Liverpul" 16 yaşlı Kennet Ayxornu transfer etmək istəyir
İngiltərənin "Liverpul" klubu Almaniya təmsilçisi "Herta"nın futbolçusu Kennet Ayxornun mümkün transferi ilə bağlı danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Mersisayd təmsilçisi 16 yaşlı müdafiəçinin müqaviləsindəki müəyyən şərtləri yerinə yetirə bilsə, oyunçunu 11,5 milyon avroya ala bilər.
"Qırmızılar"ın skautları Kennet Ayxornun oyununu izləyib və bəyəniblər.
Xatırladaq ki, futbolçu başa çatan mövsümdə II Bundesliqada 19 oyuna çıxıb və 2 qol vurub.

"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeşlə yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İngiltərə klubu uğurlu çıxışına görə portuqaliyalı oyunçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olsa da, daha əvvəl onunla Səudiyyə Ərəbistanı və Avropa klublarının maraqlandığı barədə xəbərlər yayılıb.
Qeyd edək ki, B.Fernandeş ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 35 matçda 9 qol vurub, 21 məhsuldar ötürmə edib və turnirin ən yaxşı assistentinə çevrilib.

"Atalanta" Mauritsio Sarri ilə müqavilə şərtlərini razılaşdırıb
İtaliyanın "Atalanta" komandasının yeni baş məşqçisi bəlli olub.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mauritsio Sarri Berqamo təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb.
Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. 67 yaşlı italiyalı mütəxəssis bu postda Raffaele Palladinonu əvəzləyəcək.
Xatırladaq ki, Mauritsio Sarri son olaraq "Latsio"da işləyib.

"Real" Erlinq Holannın transferi üçün planlar qurur
İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holannı transfer etmək barədə düşünür.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, La Liqa nəhəngi ingilis klubunun baş məşqçisi Xosep Qvardiolanın ayrılmasından sonra norveçli futbolçunun transferi üçün fəallaşa bilər.
Mənbənin bildirdiyinə görə, "Kral klubu" rəhbərliyi dünyanın ən güclü hücumçularından biri hesab olunan Holannın klubunu dəyişmək ehtimalını diqqətlə izləyir. İddia olunur ki, Qvardiolanın gedişindən əvvəl də futbolçu komandadakı durumundan narazılığını ifadə edib.
Bununla belə, mümkün transferin reallaşmasının kifayət qədər çətin olacağı qeyd edilir. Belə ki, Holann 2025-ci ilin yanvarında "Mançester Siti" ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşməyə əsasən, o, 2034-cü ilə qədər Premyer Liqa klubuna məxsus olacaq.
Buna baxmayaraq, İspaniyadakı mənbələr baş məşqçi dəyişikliyinin futbolçunun gələcək planlarına ciddi təsir göstərə biləcəyini düşünür. Hücumçu "Mançester Siti"dən ayrılmaq qərarı verəcəyi halda, "Real"ın ona sərfəli şərtlər təklif edəcək.

"Osasuna" klubu baş məşqçisinin işinə son verib
İspaniyanın "Osasuna" klubu baş məşqçi Alessio Lişi ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssis komandanı 2025-ci ilin yayından çalışdırırdı. "Osasuna" onun rəhbərliyi altında başa çatan son mövsümü turnir cədvəlinin 17-ci pilləsində başa vurub və İspaniya çempionatının yüksək liqasındakı yerini qoruyub.
Alessio Lişi daha əvvəl "Mirandes" və "Levante" klublarını çalışdırıb.

Baş məşqçi Bruno Jenezio Fransa klubundan ayrılıb
Fransanın "Lill" klubu baş məşqçi Bruno Jenezio ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
59 yaşlı mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, Bruno Jenezio 2024-cü ilin yayından "Lill" kollektivini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2025/2026 mövsümündə Fransa çempionatını 3-cü pillədə başa vurub.

-
report.az
- Səudiyyə Ərəbistanı millisinin futbolçusu pasportunun oğurlanması səbəbindən toplanışa gecikib
Səudiyyə Ərəbistanı millisinin futbolçusu pasportunun oğurlanması səbəbindən toplanışa gecikib
Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Səud Əbdülhəmid pasportunun oğurlanması səbəbindən 2026-cı il dünya çempionatı öncəsi yığmanın təlim-məşq toplanışına gecikib.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçunun avtomobili ailəsi ilə birlikdə toy mərasimində iştirak etmək üçün getdiyi Amsterdam şəhərində qarət olunub. Hadisə nəticəsində şəxsi əşyalar, o cümlədən pasport oğurlanıb.
Federasiyanın açıqlamasında qeyd olunub ki, Əbdülhəmid planlaşdırıldığı kimi bu gün Ər-Riyada yola düşə bilməyib.
26 yaşlı müdafiəçi 2025/2026 mövsümünü icarə əsasında Fransanın "Lans" klubunda keçirib. Futbolçunun transfer hüquqları isə İtaliyanın "Roma" komandasına məxsusdur.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Səudiyyə Ərəbistanı millisi H qrupunda İspaniya, Kabo-Verde və Uruqvayla mübarizə aparacaq.

"Atletiko" Simeonenin dövründə ilk dəfə La Liqada 70 xaldan az toplayıb
"Atletiko" klubu Dieqo Simeonenin baş məşqçiliyi ilə ilk dəfə olaraq La Liqada 70 xaldan az toplayıb. "Report" xəbər verir ki, Madrid təmsilçisi 2025/2026 mövsümünü 69 xalla dördüncü yerdə tamamlayıb.
Bu nəticə argentinalı mütəxəssisin klubdakı 14 mövsümlük dönəmində ən zəif göstərici kimi qeydə alınıb. Simeonenin rəhbərliyi dövründə "Atletiko" əvvəlki illərdə daha çox xal toplayıb.
Komandanın ən yaxşı nəticəsi 2013/2014 mövsümünə təsadüf edib. Həmin vaxt komanda 90 xal toplayaraq 1996-cı ildən sonra ilk dəfə La Liqa çempionluğunu qazanmışdı.

"Şamaxı" futbolçusu Rüfət Abbasovla vidalaşıb
"Şamaxı" futbolçusu Rüfət Abbasovla yollarını ayırıb.
Bu barədə "Report"a bölgə klubundan məlumat verilib.
21 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

"Milan"nın baş məşqçisi Massimiliano Alleqri vəzifəsindən ayrılıb
İtaliya təmsilçisi "Milan"nın baş məşqçisi Massimiliano Alleqri vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin istefasına "Milan"ın 2025/2026 mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub.
Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Qeyd edək ki, 58 yaşlı Alleqri 2025-ci ilin may ayında "Milan"ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Tovuz şəhər stadionunun UEFA standartlarına uyğunlaşdırılması müzakirə edilib
UEFA stadion inspektoru Skott Struters, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz"un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.
"Turan Tovuz" klubundan "Report"a verilən məlumata görə, 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub.
Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.
Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

Qattuzo "Latsio"nun yeni baş məşqçisi olacaq
İtaliyalı mütəxəssis Cennaro Qattuzo yaxın günlərdə ölkəsinin "Latsio" klubuna baş məşqçisi təyin olunacaq.
"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında 2 illik müqavilə ilə bağlı yekun razılıq əldə olunub.
Daha əvvəl "Latsio"nun hazırkı baş məşqçisi Mauritsio Sarrinin "Atalanta"ya rəhbərlik etməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Qattuzonun son iş yeri İtaliya milli komandası olub. O, yığmanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən İtaliya təmsilçisi "Milan" mövsümün məyusedici sonluğundan sonra klubun idarəetmə strukturunda dəyişikliklər etməyi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi baş direktor və idman direktoru vəzifələrində mümkün dəyişikliklərlə bağlı müzakirələr aparır.
"Milan" A Seriyasının başa çatan mövsümünü turnir cədvəlinin beşinci pilləsində tamamlayıb. Komanda növbəti mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək.

Mahir Emreli: "Özümü təsdiqləmədən Vətənə qayıtmaq istəmirəm"
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emrelinin hələlik Azərbaycana qayıtmaq fikri yoxdur.
28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
Forvard legioner həyatının davam etməsini istəyib:
"Azərbaycandan mənə heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Ayxan Abbasov: "Lorenzo Mezzotero əsas milli komandanın da diqqətində olacaq"
Azərbaycanın U-21 milllisinə çağırılan Lorenzo Mezzotero əsas yığmanın da diqqətində olacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın A millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, İtaliyanın "Sampdoriya" klubunun U-19 kollektivində çıxış edən oyunçunun U-21-ə dəvət almasına münasibət bildirib:
"U-21-in məşqçiləri bu futbolçunu yaxından izləyiblər və çıxışını bəyəniblər. Bilirsiniz ki, bu oyunçu Azərbaycanda böyüyüb. O, diqqətimizdə olacaq. U-21-in heyətində ümidləri doğrultsa, bu məsələyə baxacağıq".
Mütəxəssis əsas yığmanın mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində keçirəcəyi təlim-məşq toplanışından danışıb:
"Bu, Millətlər Liqası öncəsi son toplanışımız olacaq. Bütün futbolçuları iş başında görmək istəyirik. Toplanışa cəlb olunan futbolçulardan Emil Balayevin adın; xüsusi çəkmək olar ki, o, uzun müddət milliyə dəvət almırdı. Bundan başqa, Tellur Mütəllimov da yenidən yığmanın sıralarına cəlb olunub. Digər futbolçular, demək olar ki, hər toplanışda bərabər olurlar. Biz də buna çalışırıq ki, heyət tam oturuşsun və futbolçular bir-birilərini tam başa düşsünlər. Düzdür, kənarda qalan futbolçular da oldu. Lakin heyəti çox geniş etmək də olmur. Müdafiəçimiz Bəhlul Mustafazadənin zədəsi var və ona görə toplanışda yer almayacaq".
A.Abbasov millinin yoxlama oyunlarına da toxunub:
"Qarşıda bizi San Marino və Malta seçmələrinə qarşı yoxlama oyunları gözləyir. Çalışırıq ki, Millətlər Liqasındakı rəqiblərimizə uyğun komandalarla qarşılaşaq. Yaxşı nəticəyə ümid edirik".
Qeyd edək ki, Azərbaycanın A millisi iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq. Hər iki görüş Macarıstanda baş tutacaq.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Bursaspor"a keçib
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Burasspor" klubuna keçib.
"Report" xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.
Qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb. "Qarabağ" FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub. 2020-ci ildən əsas komandamızda çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb. Toral Bayramova klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, legioner karyerasında uğurlar arzulayırıq.

"Şamaxı" yeni baş məşqçi seçimində yerli-əcnəbi fərqi qoymur
"Şamaxı" futbol komandası yeni baş məşqçi ilə bağlı yerli və əcnəbi bölgüsü etmir.
Bu barədə "Report"a açıqlamasında bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılov bildirib.
O, Ayxan Abbasovla vidalaşdıqdan sonra baş məşqçi axtardıqlarını söyləyib:
"Hazırda bu işlə məşğuluq. Sözsüz ki, imkanlarımıza uyğun, hədəflərimizlə razılaşacaq birini axtarırıq. Amma yerli və ya əcnəbi bölgüsü etmirik. Konkret olaraq bir istiqamət yoxdur. Hər ikisi ola bilər. Təki yaxşı baş məşqçi olsun. Bizim hədəflərimizlə razılaşsın və birlikdə yola çıxaq. Kimlə razılaşa bilsək, onunla da yola davam edəcəyik".
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisi idi.

-
report.az
- Azərbaycan Premyer Liqası: 2025/2026 mövsümündə ən çox oyun idarə edən hakimlər bəlli olub - ARAŞDIRMA
Azərbaycan Premyer Liqası: 2025/2026 mövsümündə ən çox oyun idarə edən hakimlər bəlli olub - ARAŞDIRMA
2025/2026 mövsümündə Misli Premyer Liqasında ən çox oyun idarə edən baş hakimlər bəlli olub.
"Report"un araşdırmasına görə, siyahıda FIFA referisi Kamal Umudlu liderdir.
31 yaşlı referi 18 qarşılaşmada əsas söz sahibi olub.
Dörd ədalət təmsilçisi 16 dəfə baş hakim kimi təyinat alıb. Bunlar Tural Qurbanov (FIFA referisi), Rəşad Əhmədov, Rauf Cabarov və Kamranbəy Rəhimovdur.
Digər FIFA referisi Elçin Məsiyev Fərid Hacıyev və İnqilab Məmmədovla birlikdə hərəyə 15 dəfə iş başında olublar. Mövsümün sonunda az təyinat alan Əliyar Ağayev isə cəmi 13 qarşılaşmada baş hakim kimi iştirak edib.
Kamal Umudlu (FIFA referisi) - 18 oyun
Tural Qurbanov (FIFA referisi) - 16
Rəşad Əhmədov - 16
Rauf Cabarov - 16
Kamranbəy Rəhimov - 16
Elçin Məsiyev (FIFA referisi) - 15
Fərid Hacıyev - 15
İnqilab Məmmədov - 15
Rəvan Həmzəzadə - 14
Cavid Cəlilov - 14
Əliyar Ağayev (FIFA referisi) - 13
Əli Əliyev - 11
Vüqar Həsənli - 7
Elvin Bayramov - 5
Nicat İsmayıllı - 3
Emin Əliyev - 2
Əkbər Əhmədov - 2
Xatırladaq ki, Misli Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyun keçirilib.

"Mingəçevir" rəsmisi Ruslan Həmidov: "Qəbələ" ilə oyuna qələbə əzmi ilə çıxacağıq"
"Mingəçevir" klubu Misli Premyer Liqasına vəsiqə uğrunda "Qəbələ" ilə qarşılaşacağı pley-off matçına qələbə əzmi ilə çıxacaq.
Bunu "Report"a açıqlamasında Mingəçevir təmsilçisinin İdarə Heyətinin sədr müavini Ruslan Həmidov deyib.
O, rəqibin Premyer Liqa təmsilçisi olmasına baxmayaraq, meydana uğurlu nəticə üçün çıxacaqlarını vurğulayıb:
"Hazırda bütün şəhər, klub rəhbərliyi və futbolçular bu qarşılaşmaya köklənib. Futboldur, meydan düz, top isə yumrudur. "Qəbələ"nin Premyer Liqa komandası olduğunu və böyük ad daşıdığını yaxşı bilirik. Lakin komandada çox yaxşı ab-hava var və ciddi şəkildə hazırlaşırıq. General olmaq istəməyən əsgər əsgər deyil. Meydana qələbə əzmi ilə çıxacağıq və var gücümüzlə mübarizə aparacağıq".
R.Həmidov "Mingəçevir"in bu mərhələyə yüksəlməsinin klub üçün böyük bir uğur və inkişaf göstəricisi olduğunu qeyd edib:
"Bu yola 2017-2018-ci illərdə Region Liqasından başlayanda, demək olar ki, heç nəyimiz yox idi. Bu gün isə komandamız artıq pley-off mərhələsində oynayır və Premyer Liqaya yüksəlmək şansı qazanıb. Bu, bizim üçün böyük inkişafdır. Ona görə də mümkün uğursuzluq bizim üçün böyük faciə olmayacaq. Amma komanda olaraq qələbəyə köklənmişik. Bu üzdən oyundan iki gün əvvəl Sumqayıta getməyi planlaşdırırq".
O, azarkeşlərdən böyük dəstək gözlədiklərini bildirib:
"Bakıda və paytaxt ətrafında yaşayan çoxlu sayda mingəçevirli stadiona gələcək. Eyni zamanda, məsafə bir qədər uzaq olsa da, Mingəçevirdən də komandanı dəstəkləmək üçün 500 nəfərdən çox azarkeşin səfər edəcəyi gözlənilir".
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda oyunu Tural Qurbanov idarə edəcək
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək oyunun təyinatları bəlli olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.
Ona Cəmil Quliyev və Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.
Rəhim Həsənov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, "Qəbələ" - "Mingəçevir" oyunu mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da keçiriləcək.

Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yayda verəcəyi qərar karyerasında ən vaciblərdən biri olacaq.
28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
O, Almaniyanın "Kayzerslautern" klubundan ayrıla biləcəyini istisna etməyib:
"Baş məşqçidən soruşublar ki, növbəti mövsümdə Mahiri görməmək ehtimalımız varmı? Səhv etmirəmsə, buna yaxın bir sual olub. O da təsdiqləyib və "hə" cavabı verib. Məşqçilər adətən bu cür açıqlama vermirlər. Bu, tək onların verəcəyi qərar deyil. Transfer təsdiqlənsə, söyləmək olar. Qərarları daha çox rəhbərlik verir. Mən rahatlıq istəyən adam olsaydım, Xorvatiyanın "Dinamo" klubunda qalardım. Mütəmadi oynayırdım və ya oynamırdım. Orada Xorvatiya millisinin əsas futbolçuları ilə rəqabətdə idim. Onlar dünya çempionatlarında medallar qazanmışdılar. Amma oynamaq istəyim hər zaman başqa mövzuların önünə keçib. İndi verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq. Çünki bu qərar ya bizi irəli aparacaq, ya da yerimizdə qalacağıq. Ona görə yaxşı düşünüb, məsləhət edib qərar vermək lazımdır. Klubda qala və ya gedə bilərəm".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.
Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.
Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin vaxt ulduz futbolçunun digər bir nadir kartı hərracda 420 min dollara satılmışdı. Son satış əvvəlki rekordu üç dəfədən çox təzələyib.
Qeyd edək ki, dünyada cəmi bir nüsxədə olan bu yaşıl rəngli kart "Professional Sports Authenticator" (PSA) tərəfindən ən yüksək keyfiyyət dərəcəsi (PSA 10 - ideal vəziyyət) ilə qiymətləndirilib.

"Real" portuqaliyalı futbolçu Rodriqu Moranı transfer etməyə yaxındır
İspaniyanın "Real" klubu "Portu"nun (Portuqaliya) hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı transfer etməyə yaxındır.
"Report" "Transfer News Live"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun maraqlarını təmsil edən agent Jorje Mendeş onu "kral klubu"na keçməyə sövq edir.
Perspektivli portuqaliyalı oyunçu üçün La Liqanın digər təmsilçisi "Barselona" da iddialıdır. "Portu"nun Mora üçün təxminən 40 milyon avro tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, gənc futbolçu başa çatan mövsümdə "əjdahalar"ın heyətində Portuqaliya çempionu olub. O, bütün turnirlərdə ümumilikdə 44 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

Ramiz Çovdarov: "Dünya çempionu olmağımız rəqibləri daha da qıcıqlandırıb"
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında da qızıl medal qazanaraq azarkeşləri sevindirmək istəyir.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında komandanın oyunçusu Ramiz Çovdarov bildirib.
O, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq turnirlə bağlı fikirlərini bölüşüb:
"Yarışa tam hazırıq. Dünya çempionuyuq. Avropa çempionatında da bizə dəstək olan azarkeşlərimizi sevindirmək istəyirik".
R.Çovdarovun sözlərinə görə, dünya çempionu olmaları işlərini çətinləşdirir:
"Dünya çempionu olmaqla rəqibləri qıcıqlandırmışıq. Onlar da yaxşı hazırlaşmağa çalışırlar. Titula sahib çıxmaq istəyirlər. Bu səbəbdən bizə daha çətin olacaq. Amma əlimizdən gələni etməyə hazırıq".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Vəli Qafarov: "Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik"
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına fərqli hazırlaşıb.
"Report"un məlumatına görə, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov jurnalistlərə açıqlamasında deyib.
O, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı haqqında fikirlərini bölüşüb:
"Ölkə çempionatı bitən kimi turnirin hazırlığına start verdik. Yoldaşlıq oyunları keçirdik, turnirə qatıldıq. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də özümüzü rəqiblərə qarşı fərqli hazırlamışıq. Ümid edirəm ki, qızıl medal qazanacağıq".
V. Qafarov rəqiblərin güclü olduğunu sözlərinə əlavə edib:
"Ölkəmizdəki dünya çempionatından sonra hər kollektiv özünə çəki düzən verib. İtaliya və Fransa seçmələri xeyli artırıblar. Avropa ölkələri olduğu üçün hamısından təhlükə gözləyirik".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Peşəkar Futbol Liqası Coy-Lens Mikelsə mükafat təqdim edib
Misli Premyer Liqasında 2025/2026 mövsümünün bombardiri Coy-Lens Mikelsə xüsusi hədiyyə təqdim olunub.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Ona mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.
Qeyd edək ki, "Sabah"ın almaniyalı hücumçusu 19 qolla Premyer Liqada son mövsümün ən sərrast futbolçusu olub.

"Araz-Naxçıvan" Tərlan Əhmədli ilə yeni müqavilə imzalayıb
"Araz-Naxçıvan" müqavilə müddəti başa çatan qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çıxış edəcək.
Onunla imzalanan yeni müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan" klubunun heyətində yer alır.

Elşad Quliyev: "Avropa çempionatındakı rəqiblər millimizə çətinlik yarada bilərlər"
Avropa çempionatındakı rəqiblər Azərbaycanın minifutbol millisinə çətinlik yarada bilər.
"Report"un məlumatına görə, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq yarışla bağlı fikirlərini bölüşüb:
"Təlim-məşq toplanışı yaxşı alınıb. Komanda hazır vəziyyətdədir. Hər şey qaydasındadır. İstədiyimiz kimi hazırlaşmışıq. Təmkin Xəlilzadənin zədəsi var, son məşqlərə qatıla bilməyib. Elvin Əlizadə də eyni durumdur. Onların yerinin görünəcəyinə inanmıram. Qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. İlk məqsədimiz budur. Dünya reytinqində birinciyik. Rəqiblər bizə çətinlik yarada bilərlər. İnanıram ki, yaxşı nəticə qazana biləcəyik. Arxayınlıq yoxdur. Heyətdə bəzi dəyişikliklər olub. Hər yarışa "doymuş" şəkildə getmək istəmirik".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb
"Şamaxı" klubu futbolçusu Kərim Rossi ilə vidalaşıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
32 yaşlı isveçrəli hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, K.Rossi "Şamaxı"ya 2025-ci ilin yayında cəlb olunmuşdu.

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, baş məşqçi yekun heyətə 18 oyunçu daxil edib.
Baş məşqçi Elşad Quliyev turnirdə aşağıdakı futbolçulara güvənəcək:
Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.

Azərbaycanın minifutbol millisi Avropa çempionatından əvvəl Bakıda son məşqinə çıxıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl Bakıda son məşqinə çıxıb.
"Report"un məlumatına görə, hazırlıq prosesində komandanın bütün üzvləri iştirak ediblər.
Hazırlıq prosesi media üçün açıq olub.
Futbolçular baş məşqçi Elşad Quliyevin rəhbərliyi ilə isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

-
report.az
- "Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Mingəçevir" xarakterli komandadır, asan oyun gözləmirik"
"Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Mingəçevir" xarakterli komandadır, asan oyun gözləmirik"
"Qəbələ"nin Misli Premyer Liqasında qalmaq uğrunda "Mingəçevir"lə keçirəcəyi pley-off oyunu heç də asan olmayacaq.
Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi "Mingəçevir"in xarakterli kollektiv olduğunu söyləyib:
"Məşqçilərimiz və analitiklərimiz rəqibi diqqətlə təhlil edirlər. Premyer Liqanın digər matçlarına necə hazırlaşırdıqsa, buna da o şəkildə ciddi yanaşırıq. Hər şey qaydasındadır. "Mingəçevir" çempionatın son turlarında göstərdiyi oyunla diqqət çəkdi. Baxmayaraq ki, arada böyük xal fərqi yaranmışdı, onlar sona qədər döyüşərək bunu aradan qaldırdılar. Xarakterli komanda olduqlarını sübut etdilər".
S.Səfiyarlı oyunun keçiriləcəyi "SOCAR Polymer Arena" və yaradılan şəraitdən məmnunluğunu ifadə edib:
"Nominal meydan sahibi olsaq da, stadion artıq müəyyənləşib. Əsas odur ki, təbii örtüklü və işıqlandırma sistemi olan meydanda oynayacağıq. Yaxşı futbol nümayiş etdirmək üçün hər cür şərait var. Komandamız oyuna ciddi hazırlaşır".
İdman direktoru "Qəbələ"nin kağız üzərində favorit göstərilməsinə baxmayaraq, rəqibə böyük hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Bu, cəmi bir oyundan ibarət olan vacib qarşılaşmadır. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də hazırda çoxları bizi kağız üzərində favorit hesab edirlər. Amma meydanda heç də həmişə favoritlər qalib gəlmir. Bizi asan oyun gözləmir. Matça maksimum məsuliyyətlə yanaşmaq lazımdır. Əsas məqsəd Premyer Liqada yerimizi qorumaqdır".
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Mahir Emreli: "Bəzi klublarla danışıqlar gedir" - MÜSAHİBƏ
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Report"un suallarını cavablandırıb.
28 yaşlı hücumçu başa çatan mövsümdə II Bundesliqa təmsilçisindəki çıxışı və gələcək karyerası barədə danışıb.
- 2025/2026 mövsümündə II Bundesliqada az forma şansı əldə etdiniz. Bunun əsas səbəbi nədir?
- Başa çatan mövsümdəki çıxışımla bağlı çox şey deməyə ehtiyac duymuram. Mövsüm başlayanda komandaya uyğunlaşmalı idim. Həmin vaxt 4-5 oyun oldu. Ardınca milli komandaların matçlarına görə fasilə yarandı. Yığmadan qayıdandan sonra baş məşqçiyə nəsə oldu və mən oynamadım. Sonra şəxsi həyatımdakı problemlərə görə bu mövsüm mənim üçün ağır alındı.
- Mövsümün ilk yarısında uzun müddət zədəli oldunuz...
- Qardaşımı (dayısı oğlu) itirməyim mənə daha çox toxundu. Belə şeylərə insanlar bəzən hazır ola bilmirlər. Mental baxımdan futbola, işimə köklənmək mənə çətinlik yaradırdı. Əvvəllər özümdə həvəsi yaratmaq asan idi. Amma o ərəfələrdə çox çətin olurdu. Ağır vaxtlar olub, amma belə çətin dönəmlərdən keçməmişdim. Zədə də bunun üzrəyinə gələndən sonra durum ağırlaşdı. Son matçlara özümü çatdıra bildim, istər-istəməz təsir etdi.
- Baş məşqçi Torsten Liberknextlə münasibətiniz yaxşı deyil?
- Bəzi mövzularda qərarsızdır. Danışdıqlarımız tamam başqa şeylər idi. Əməldə isə başqa hərəkətlər gördüm. Mənim üçün futbolluq mövsüm olmadı. Pis olduğunu da deyə bilmirəm. Çünki pis o halda deyə bilərəm ki, kifayət qədər oynayım və özümü yaxşı göstərə bilməyim. Dəqiqələrlə hesablasanız, dörd oyun ya edər, ya da etməz. Bu səbəbdən mövsümü dəyərləndirmək çətindir. Futbolçunu qiymətləndirmək üçün meydanda görmək lazımdır. Amma olmadı. Sağlıq olsun, yəqin ki, belə məsləhət idi. Ümid edirəm ki, bu çətin dönəmlərdən də keçəcəyəm və daha da güclü qayıdacağam.
- Transfer dönəmi başlayır. Sözlərinizdən belə başa düşülür ki, baş məşqçidən oynamamağınıza görə narazısınız. Hazırda klubla müqaviləniz davam edir. Başqa komandaya keçmək ehtimalı var?
- Təbii ki, hər futbolçu oynamayanda narazı olur. Amma bu, tam olaraq eyni məsələ deyil. Orada mənim də anlamadığım məqamlar var. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov da mətbuat konfransında buna toxunmuşdu. Martda millinin toplanışına qoşulmağa qoymadılar, klubda saxladılar. Halbuki gəlsəydim, yığmada oyun dəqiqəsi qazanacaqdım. Hər oyunçu üçün bu önəmlidir. Amma etdikləri əməldə başqa şey oldu. Bunu məşqçiyə yaraşan hərəkət kimi görmürəm. Ən azından açıq-aşkar öz fikirlərini mənə deyə bilərdi. Amma belə olmadı. Həyatımda birinci dəfədir ki, bu cür situasiyanın içində idim. Sual versəniz ki, niyə belə oldu? Mən də açıq şəkildə deyəcəyəm ki, bilmirəm. Həqiqətən səbəbi bilmirəm. Mənim heç kimə qarşı hansısa hərəkətim olmayıb. Komanda yoldaşlarımla, rəhbərliklə münasibətlərim əla idi. Klub prezidenti və idman direktoru ilə yaxşı münasibətim var. Öz aramızda söhbət edirdik. Dedilər ki, sənlik bir problem yoxdur. Amma yalnız bu qədərini deyə bilirdilər. Heç mən də soruşmurdum. Çünki bir sədd var və onu keçə bilmirlər. Transferə gəldikdə isə, hər transfer dönəmində hansısa hal baş verə bilər. Amma təbii ki, futbolçu üçün ən yaxşı yaşdayam və mənə oynamaq lazımdır. Agentlər də işləyir, bəzi klublarla danışıqlar gedir. Sonda doğru olan nədirsə, o da olacaq. Eşitdiyimə görə, baş məşqçinin açıqlaması olub. Lakin Avropada məşqçinin açıqlaması hər şey demək deyil. Yuxarıda o qərarı verə biləcək insanlar var.
- Baş məşqçi açıqlamasında sizinlə yola davam etmək istəmədiyini deyib?
- Ondan soruşublar ki, növbəti mövsümdə Mahiri görməmək ehtimalımız varmı? Səhv etmirəmsə, buna yaxın bir sual olub. O da təsdiqləyib və "hə" cavabı verib. Məşqçilər adətən bu cür açıqlama vermirlər. Bu, tək onların verəcəyi qərar deyil. Transfer təsdiqlənsə, söyləmək olar. Qərarları daha çox rəhbərlik verir. Mən rahatlıq istəyən adam olsaydım, Xorvatiyanın "Dinamo" klubunda qalardım. Mütəmadi oynayırdım və ya oynamırdım. Orada Xorvatiya millisinin əsas futbolçuları ilə rəqabətdə idim. Onlar dünya çempionatlarında medallar qazanmışdılar. Amma oynamaq istəyim hər zaman başqa mövzuların önünə keçib. İndi verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq. Çünki bu qərar ya bizi irəli aparacaq, ya da yerimizdə qalacağıq. Ona görə yaxşı düşünüb, məsləhət edib qərar vermək lazımdır. Klubda qala və ya gedə bilərəm.
- Mətbuatda adınız daha əvvəl çıxış etdiyiniz Polşanın "Legiya" klubu ilə də hallanır. Sizə təklif olub?
- Klub tərəfindən heç vaxt olmayıb. Amma mütəmadi olaraq sosial şəbəkədə azarkeşlərdən dəstək görürəm. Fanatlar həmişə yazırlar, maraqlanırlar. Milli komanda ilə Ukraynaya qarşı matçımız Polşada idi. Həmin oyuna da gələnlər var idi. Ayrılığımız nə qədər pis olsa da, orada yaxşı dönəm keçirmişdim. Futbol baxımından hər şey yaxşı idi. Azarkeşlər də məni sevirlər. Ən möhtəşəm atmosferlərdən bəlkə də birincisi Varşavada olub. Agentimlə danışanda mənə deyir ki, bəzi klublarla danışıram. Amma məndə belə yanaşma var. Dəqiqləşənə qədər ad açıqlamasını istəmirəm. Dəqiq olanda müzakirə edə bilirik. Fikrimin yayınmasını istəmirəm. İndi milli komandanın təlim-məşq toplanışı başlayacaq. Bütün düşüncələrimi oraya yönəltmək istəyirəm. Dəqiq bir şey olsa, fikirləşəcəyik. Sırf "Legiya" rəhbərliyi ilə söhbətim olmayıb.
- Azərbaycana qayıtmaq ehtimalı var?
- Xeyr. Hələ ki belə düşüncə yoxdur. Heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı.
- Mayın 28-də Azərbaycan millisinin toplanışı başlayır. Daha sonra Avstriyaya yollanacaqsınız. Malta və San Marino ilə yoxlama oyunları keçirəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bu, ən önəmli təlim-məşq toplanışlarımızdan biri olacaq. Çünki UEFA Millətlər Liqasından əvvəl son matçlardır. Burada daha çox futbolçuların hazırlığı önəmlidir. Düşünürəm ki, çox futbolçular şans qazanacaqlar. Nəticələrdən əvvəl sistem qurmalıyıq. Amma nəticə də vacibdir. Bu qarşılaşmaların əhəmiyyəti gələcək matçlar üçün önəm daşıyacaq. Sonra hamı öz klubunda mütəmadi şəkildə oynamalıdır ki, UEFA Millətlər Liqasında bunun faydasını görək.

"Araz-Naxçıvan" Əfran İsmayılovla yolları ayırıb
"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.
"Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Klub rəhbərliyi son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.

Gülənbər Qasımova U-15 millisinin baş məşqçisi vəzifəsindən ayrılıb
AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
G.Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanan bütün klublar müəyyənləşib
2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanan 29 komandanın hamısı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, İtaliya A Seriyasında sonuncu - XXXVIII turunun oyunlarından sonra dəqiqləşib.
"Roma" və "Komo" klubları Liqa mərhələsində iştirak hüququ əldə edib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan klublar
İspaniya: "Barselona", "Real", "Vilyarreal", "Atletiko", "Betis".
Almaniya: "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", "Ştutqart".
İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul".
Fransa: PSJ, "Lans", "Lill".
İtaliya: "İnter", "Napoli", "Roma", "Komo"
Portuqaliya: "Sportinq", "Portu"
Niderland: PSV, "Feyenoord"
Türkiyə: "Qalatasaray"
Ukrayna: "Şaxtyor"
Çexiya: "Slaviya"
Belçika: "Brügge"
Xatırladaq ki, son 7 vəsiqənin sahibi avqustun sonunda bəlli olacaq.

"Kəpəz" Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb
"Kəpəz" klubu futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, D.Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul edilib
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
Azərbaycan Peşəkar Futbol Liqası növbəti uğuruna imza atıb. PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub. Bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib. Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb: "Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik".
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirərək təşəkkür edib: "Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdir. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq".
Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib.
1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları – Premyer Liqa, A seriyası, La Liqa, Bundesliqa, Fransa Peşəkar Liqası, yəni Liqa 1 və digər güclü futbol ölkələrinin liqaları da var.
Bu görüşlə bağlı Dünya Liqaları Assosiasiyasının rəsmi saytında (https://worldleaguesforum.com/en/media/world-leagues-association-wla-welcomes-the-azerbaijan-professional-football-league-pfl-as-a-new-member) yayılan məlumatda təqdimat, planlanan qarşılıqlı münasibətlər, üstünlüklər və hədəflər barədə də ətraflı məlumat verilir:
Peşəkar Futbol Liqası (PFL) rəsmi olaraq Dünya Liqaları Assosiasiyasının üzvü olub.
Bu barədə "Report"a PFL-in mətbuat xidmətindən bildirilib.
2008-ci ildə təsis edilən Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycanın ən yüksək səviyyəli peşəkar yarışı olan Azərbaycan Premyer Liqası, eləcə də Birinci Divizion və milli kubok yarışları da daxil olmaqla, ölkənin peşəkar klub yarışlarının təşkili və idarə olunmasından məsuldur. Son illərdə PFL yarışların idarə olunması, klub lisenziyalaşdırılması, kommersiya inkişafı, yayım, infrastruktur və azarkeşlərin cəlb edilməsi sahəsində təkmilləşdirmələr yolu ilə Azərbaycanda futbolu modernləşdirib və peşəkarlaşdırıb.
APFL həmçinin idarəetmə standartlarını gücləndirmək və yerli futbolun uzunmüddətli inkişafı üçün daha dayanıqlı bir çərçivə yaratmaq üçün klublar və maraqlı tərəflərlə sıx əməkdaşlıq edib.
Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, APFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.
2016-cı ildə təsis edilən Dünya Liqaları Assosiasiyası dünya miqyasında peşəkar futbol liqalarını təmsil edir və futbolun beynəlxalq idarəetmə strukturları daxilində milli yarışların rolunu gücləndirmək üçün çalışır. Təşkilat liqalar arasında əməkdaşlığı təşviq edir və qlobal miqyasda peşəkar oyunun davamlı və balanslı inkişafı üçün tərəfdardır.
Qeyd edək ki, noyabr ayında Çexiyanın paytaxt Praqa şəhərində Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

Azərbaycanın U-20 millisi Qəbələdə hazırlıq keçəcək
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 25-dən iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.
Bu barədə "Report"a AFFA-dan məlumat verilib.
U-20-nin hazırlıq prosesinə 24 oyunçu dəvət alıb.
| Nr. | Ad / Soyad | Klub |
| 1 | Həbib Hüşənov | Qəbələ |
| 2 | Aftandil Arıxov | Sumqayıt |
| 3 | Ayxan Abbaszadə | Turan Tovuz |
| 4 | Uğur Qurbanlı | Qarabağ |
| 5 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 6 | Murad Qurbanov | Zirə |
| 7 | Həzrət Səmədov | Sabah |
| 8 | Rəşad Alışov | Qarabağ |
| 9 | Nadir Orucov | Sumqayıt |
| 10 | Əhməd Tarverdiyev | Sabah |
| 11 | Eltun Babazadə | Qarabağ |
| 12 | Ziya Şəkərxanov | Qəbələ |
| 13 | Rəvan Feyziyev | Qəbələ |
| 14 | Əliəkbər Rzazadə | Qarabağ |
| 15 | Pünhan Qasımzadə | Neftçi |
| 16 | Abduləziz Cabbarlı | Qarabağ |
| 17 | İbrahim Babayev | Barselona (İspaniya) |
| 18 | Anar Hüseynov | Sabah |
| 19 | Əli Qazibəyov | Qarabağ |
| 20 | Həsən Nəzərli | Keçiören Spor (Tükiyə) |
| 21 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 22 | Şahnur İsmayılov | Kəpəz |
| 23 | Nihad Orucəli | Sumqayıt |
| 24 | Toğrul Tapdıqlı | Sabah |

38 yaşlı Simon Minyole karyerasını "Brügge"də başa vurub
"Brügge" (Belçika) klubunun qapıçısı Simon Minyole karyerasını başa vurduğunu elan edib.
"Report" xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belçika millisinin və "Liverpul"un (İngiltərə) sabiq qolkiperi karyerasını məhz "Brügge"də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.
S.Minyole Belçika millisinin heyətində 35 matça çıxıb və 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, təcrübəli qolkiper 2019-cu ildə İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, "Brügge"nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubok qazanıb.

Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb.
"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Bundesliqanın 2025/2026 mövsümündə 31 oyunda 36 qol (72 xal) vuraraq buna nail olub.
Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçudur.
İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi "Real"ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, Harri Keyn "Bavariya"dakı debüt mövsümündə (2023/2024) də "Qızıl buts" mükafatına sahib çıxıb. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı. Təcrübəli forvard cari mövsüm bütün turnirlərdə 51 oyunda 61 dəfə fərqlənib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Maks Dauman Premyer Liqa tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub
"Arsenal" klubunun yarımmüdafiəçisi Maks Dauman İngiltərə Premyer Liqası tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub.
"Report" ESPN-ə istinadən xəbər verir ki, 16 yaş 144 günlüyündə olan ingiltərəli oyunçu bu rekordu turnirin XXXVIII turunda, "Kristal Pelas"a qarşı keçirilən görüşdə (2:1) gerçəkləşdirib.
O, "Everton"un sabiq futbolçusu Xose Baksterin 2008-ci ildə qeydə alınan rekordunu (16 yaş 198 gün) qırıb.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə Premyer Liqada debüt edən və qol vuran ən gənc oyunçu olmaqla yanaşı, "Arsenal"ın heyətində turnirin qalibi olan ən gənc futbolçu kimi də tarixə düşüb. O, həmçinin 15 yaş 308 günlüyündə UEFA Çempionlar Liqası tarixində meydana çıxan ən gənc oyunçu ünvanına yiyələnib.
Qeyd edək ki, Maks Dauman 2025/2026 mövsümündə çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 13 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
"Mançester Siti" futbol komandasının hücumçusu Erlinq Holann 2025/26-cı illər mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub.
"Report"un məlumatına görə, norveçli hücumçu mövsümü 27 qolla başa vurub. Bu, onun karyerasında üçüncü ən yaxşı bombardiri adını almasıdır.
Holann "Mançester Siti"də 2022-ci ildən çıxış edir. Bu müddət ərzində o, iki dəfə İngiltərə çempionatını və İngiltərə Kubokunu, eləcə də Çempionlar Liqasını, İngiltərə Liqa Kubokunu, Supe Kubokunu və UEFA Super Kubokunu qazanıb.
"Brentford"un hücumçusu İqor Tiaqo siyahıda 22 qolla ikinci yerdədir.
"Mançester Siti" başa çatan mövsümdə 78 xalla ikinci yeri tutub. "Arsenal" mövsümü 85 xalla başa vuraraq, 22 ildən sonra ilk dəfə liqanı qazanıb.

Bruno Fernandes qol ötürmələrinin sayına görə rekord müəyyənləşdirib
"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes futbol üzrə İngiltərə çempionatının bir mövsümündə qol ötürmələrinin sayına görə rekord müəyyənləşdirib.
"Report" xəbər verir ki, bu, sonuncu turun "Brayton"a qarşı səfər matçının yekunlarına əsasən məlum olub.
Görüşdə Fernandes Patrik Dorquya məhsuldar ötürmə verib. Bu qol ötürməsi 31 yaşlı portuqaliyalı üçün mövsümdə 21-ci olub.
Əvvəlki rekord fransız hücumçu Tyeri Anriyə (2002/03 mövsümündə 20 ötürmə) və belçikalı yarımmüdafiəçi Kevin de Brüyneyə (2019/20 mövsümündə 20 ötürmə) məxsus idi.
Fernandes 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. Klubun heyətində o, İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.

"Qarabağ" Zakira Savonu transfer edib
"Qarabağ" İsveçin "Yurqorden klubundan Zakira Savonu transfer edib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.
Qeyd edək ki, Savo yay transfer pəncərəsində Ağdam təmsilçisinə qoşulan ikinci futbolçudur. Klub daha əvvəl Jali Mauddibin keçidi rəsmiləşmişdi.

Premyer Liqada mövsümün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
Misli Premyer Liqasında 2025/2026 mövsümünün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib.
"Report" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.
Yevlax təmsilçisindən qolu 28-ci dəqiqədə Peter Kinqs vurub. "İmişli"nin heyətində isə Dioqo Kardozu 90+5-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra "İmişli" 34 xalla 9-cu yeri tutub. 15 xala malik "Karvan-Yevlax" isə 12-ci olub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

Niko Qonsales yayda "Mançester Siti"dən ayrıla bilər
"Mançester Siti"nin yarımmüdafiəçisi Niko Qonsales yayda klubunu dəyişə bilər.
"Report" "MaxSport"a istinadən xəbər verir ki, "Çelsi"nin yeni baş məşqçi Xabi Alonso futbolçunun xidmətində maraqlıdır.
İspaniyalı oyunçu cari mövsümdə "şəhərlilər"in heyətində bütün turnirlərdə 40 matça çıxıb və 2 qol vurub.
Qeyd edək ki, N.Qonsales 2025-ci ildə "Portu"dan (Portuqaliya) "Mançester Siti"yə 60 milyon avroya transfer olunub və onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 45 milyon avro qiymətləndirir.

Kuivin Kelleher "Liverpul"a qayıda bilməyəcək
İngiltərənin "Liverpul" klubu qapıçı Kuivin Kelleheri geri qaytara bilməyəcək.
"Report" "liverpool.com"a istinadən xəbər verir ki, klub irlandiyalı qolkiperin müqaviləsinə geri satınalma bəndi daxil etməyib.
Ötən yay təxminən 20 milyon avro qarşılığında "Brentford"a transfer olunduqdan sonra irlandiyalı qolkiper əsas heyət oyunçusuna çevrilərək İngiltərə Premyer Liqasında keçirdiyi uğurlu mövsümdə 10 matçda qapısını toxunulmaz saxlayıb.
Azarkeşlərin böyük marağına və Alissonun tez-tez zədələnməsinə baxmayaraq, rəhbərlik Kelleherin geri dönüşünü real hesab etmir. İrlandiyalı oyunçunun yenidən transferi üçün Mersisayd təmsilçisi rəqiblə danışıqlar aparmalı və onun üçün tələb olunan məbləği ödəməlidir.
Qeyd edək ki, "Liverpul" 37 turdan sonra 62 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

"Çelsi" Tiaqu Silvanı məşqçi kimi geri qaytarmağı düşünür
İngiltərənin "Çelsi" klubunun rəhbərliyi sabiq müdafiəçisi Tiaqu Silvanı məşqçi kimi komandaya qaytarmaq variantını nəzərdən keçirir.
"Report" "ESPN Brasil"ə istinadən xəbər verir ki, 41 yaşlı braziliyalı futbolçu ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.
London təmsilçisi ilə müsbət münasibətlərini qoruyan veteran oyunçu bu yaxınlarda komandanın İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə 2:1 hesabı ilə qalib gəldiyi ev matçını direktorlar lojasından izləyib. Müdafiəçinin ailəsinin hələ də London klubunun məşq bazasının yaxınlığında yaşadığı bildirilib.
Qeyd edək ki, T.Silva 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. O, bu ilin yanvarında qoşulduğu "Portu" (Portuqaliya) klubundan bir neçə gün öncə ayrılıb.

Əşrəf Hakimi və Usman Dembele UEFA Çempionlar Liqasının finalında oynamaya bilər
Fransanın PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi və hücumçu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final matçında oynamaya bilər.
"Report" "L"Équipe"ə istinadən xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.
Fransa klubunun digər futbolçusu Usman Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir. Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.
Qeyd edək ki, Ə.Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya (Almaniya) qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.

ABŞ investorları "Napoli"ni 2 milyard avroya almaq niyyətindədirlər
ABŞ investorları İtaliyanın "Napoli" futbol klubunu 2 milyard avroya satın almaq niyyətindədir.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Aurelio De Laurentis klubu satmağı planlaşdırmasa da, tərəflər arasında danışıqlar 6 ay əvvəl başlayıb və hazırda davam edir.
Daha əvvəl Neapol təmsilçisinin basketbol komandasının nəzarət səhm paketi də amerikalı investorlara satılmışdı.
Baş məşqçi Antonio Kontenin isə tezliklə komandadan ayrılaraq İtaliya millisinə rəhbərlik edə biləcəyi gözlənilir.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 37 matçdan sonra 73 xalla 2-ci pillədə qərarlaşıb.

-
report.az
- Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi bəlli olub
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi bəlli olub
Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
"Report" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Premyer Liqanın 11-cisi "Qəbələ"nin və I Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış "Mingəçevir"in nümayəndələri iştirak ediblər.
PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, "Qəbələ" idman direktoru Səbuhi Səfiyarlı, "Mingəçevir" isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən "Qəbələ" nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.
PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək. Oyunda VAR sistemi tətbiq ediləcək.

-
report.az
- "Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Siyahıda İrlandiyanın "Şemrok Rovers", Uelsin "Nyu Sents", İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "Kups", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora" və Cəbəllüttariqin "Linkoln Red İmps", Rumıniyanın "Universitatya Krayova", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləri yer alıb.

Avstraliya millisinin üzvü Rayli Makqri zədə səbəbindən dünya çempionatını qaçıra bilər
Avstraliya yığmasının yarımmüdafiəçisi Rayli Makqri İngiltərə Çempionşipi təmsilçisi "Midlsbro"nun heyətində aldığı ciddi zədə səbəbindən qarşıdan gələn dünya çempionatını qaçıra bilər.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Çempionşipin pley-off mərhələsinin finalında "Hall Siti" ilə keçirilən matçın 72-ci dəqiqəsində zədələnib.
Cari mövsümdə tez-tez zədələnən oyunçunun son vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq. Turnirin başlamasına 3 həftə qalmış alınan bu zədə yüngül olsa belə, futbolçunun dünya çempionatından əvvəl Meksika və İsveçrəyə qarşı yoldaşlıq görüşlərində oynaması sual altındadır.
Qeyd edək ki, Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Avstraliya millis D qrupunda Türkiyə, ABŞ və Paraqvayla mübarizə aparacaq.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
Misli Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXIII turun "Sumqayıt" – "Qarabağ" görüşünə (3:4) təsadüf edib.
Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
Qeyd edək ki, 2004/2005 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.

"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub
"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan"la səfər oyununda vurulan sonuncu qol "Zirə" üçün əlamətdar olub.
Yubiley topuna Junior Martins imza atıb. Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.
Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.
Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

"Araz-Naxçıvan" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb
Misli Premyer Liqasının XXXIII turunda "Zirə"ni 3:2 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda "30"a çatıb.
Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
"Araz-Naxçıvan" ilk ev qələbəsini 2000/2001 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba "Şahdağ"ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.
Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.

-
report.az
- "Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report" Ağdam klubunun mətbuat xidmətinə istinaədən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.
Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin "Ferentsvaroş" (Macarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Hayduk" (Xorvatiya), MOİK (Bolqarıstan) və "Şerif" (Moldova) səpələnmişlər sırasında olacaq.
Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

"Mançester Yunayted" yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır
İngiltərənin "Mançester Yunayted" klubu yayda Premyer Liqanın digər təmsilçisi "Vest Hem"in vingeri Carrod Bouen və yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır.
"Report" "Football Insider"ə istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasını tərk edəcəyi təqdirdə "qırmızı şeytanlar" bu oyunçuların keçidini rəsmiləşdirə bilərlər.
Bouen əsas transfer hədəfi olmasa da, Mançester klubu Fernandeşi heyətinə qatmaqda daha istəklidir. London klubu portuqaliyalı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq (58 milyon avro) tələb edə bilər.
Qeyd edək ki, C.Bouen 2020-ci ildən, M.Fernandeş isə 2025-ci ildən "Vest Hem"in formasını geyinir.

Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski klub tarixinin 10 ən yaxşı bombardiri sırasına daxil olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bunu La Liqanın son turunda "Valensiya" (1:3) ilə görüşdə reallaşdırıb.
Levandovski qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənib. Bu qol təcrübəli oyunçunun "Barselona" forması ilə bütün turnirlərdə vurduğu 120-ci qol olub. Hücumçu bu nəticəni cəmi 193 oyuna gerçəkləşdirib.
Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq.
"Report" xəbər verir ki, XXXIII turun son matçında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.
Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək.
Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik "İmişli" 9-cu yerdədir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

"Bavariya" 2020-ci ildən bəri ilk dəfə Almaniya Kubokunu qazanıb
"Bavariya" finalda "Ştutqart"ı 3-0 hesabı ilə məğlub edərək 2020-ci ildən bəri ilk dəfə Almaniya Kubokunu qazanıb.
"Report"un məlumatına görə, Harri Keyn hər üç qolu ikinci hissədə vurub.
"Bavariya" qələbə sayına görə turnir rekorduna sahibdir (21 dəfə), ən yaxın izləyicisi isə "Verder Bremen"dir (6).
"Bavariya"nın qapıçısı Manuel Noyer yeddinci dəfə Almaniya Kubokunu qazanıb. "Bavariya"nın qapıçısı Manuel Noyer yeddinci dəfə Almaniya Kubokunu qazandı.
Ötən mövsüm "Ştutqart" Almaniya Kubokunu qazanıb. Finalda komanda "Arminiyanı" (4:2) məğlub edib.

Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb.
"Report" xəbər verir ki, bunu İran Futbol Federasiyasının hazırkı prezidenti Mehdi Tac bildirib.
"Dünya çempionatında (DÇ-2026) iştirak edən milli komandaların təlim-məşq düşərgələri FIFA tərəfindən təsdiqlənib və xoşbəxtlikdən, İranın Meksikadakı düşərgədə iştirakla bağlı müraciəti təsdiqlənib", - o bildirib və əlavə edib ki, düşərgədən Los-Ancelesə avtomobillə məsafə 3 saat 20 dəqiqə təşkil edir.
Sietldəki oyun üçün məsafə isə üç saatdır: "Beləliklə, viza problemləri olmayacaq və biz Meksikaya İran reysi ilə uçacağıq".

Azərbaycanın U-21 millisinin Türkiyə toplanışı üçün heyəti açıqlanıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Bu barədə "Report"a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.
U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
AFFA U-21-ə dəvət edilən futbolçuların adlarını açıqlayıb:
1 Sadiq Məmmədzadə - "Difai"
2 Səlim Həşimov - "Şamaxı"
3 Rəvan Mirzəmmədov - "Sabah"
4 Emin Rüstəmov - "Karvan-Yevlax"
5 Elgün Dünyamaliyev - "Cəbrayıl"
6 Raul Məmmədov - "Səbail"
7 Ceyhun Bağırzadə "Qəbələ"
8 Əkbər Eyubov - "Mingəçevir"
9 Ayxan Süleymanlı - "Sumqayıt"
10 Eşqin Əhmədov - "Qəbələ"
11 Qurban Səfərov - "Səbail"
12 Tuncay Yusifli - "İmişli"
13 Bilal İsmayılov - "Şamaxı"
14 Nuğay Rəşidov - "Qəbələ"
15 Emil Süleymanov - "Şamaxı"
16 Qədir Ramazanov - "Qəbələ"
17 Şahin Şahniyarov - "Qəbələ"
18 Edqar Ədilxanov - "Şamaxı"
19 Elyas Bağci - "Hertha" (Berlin, Almaniya)
20 Yusif Mehtiyev - "Meşaxte" (Gürcüstan)
21 Nahid Əliyev "Şəfa"
22 Lorenzo Mezzotero - "Sampdoriya" (İtaliya)
23 Raul Süleymanov - "Hertha" (Berlin, Almaniya)
24 Murad Məmmədov - "Neftçi"
25 Nihad Əhmədzadə - "Sumqayıt"

Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib
Misli Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Araz-Naxçıvan" "Zirə" ilə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"dakı qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Patrik Andrade, 32-ci dəqiqədə Felipe Santos, 73-cü dəqiqədə Ramon Maçado fərqlənib. Qonaqlardan 69-cu dəqiqədə Ruan Renato, 82-ci dəqiqədə Martins Junior adını tabloya yazdırıb.
Xallarının sayını 46-ya çatdıran "Araz-Naxçıvan" mövsümü altıncı pillədə başa vurub. "Zirə" isə 53 xalla beşinci olub.
Günün ilk görüşündə "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.

Britaniyanın Baş naziri PSJ – "Arsenal" oyununun pullu yayımına etiraz edib
Futbol insanları təcrid etməli deyil, birləşdirməlidir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb.
"Turnir başlayandan bəri ilk dəfə olaraq azarkeşlər UEFA Çempionlar Liqasının (ÇL) finalını pulsuz izləyə bilməyəcəklər. Bu, düzgün deyil", - K. Starmer vurğulayıb.
Onun sözlərinə görə, bu, tarixi finalda sadəcə "Arsenal"ı izləmək istəyindən daha böyük məsələdir: "Bu, bir klubdan daha artığıdır. Zəhmətkeş insanlar bu matça baxmaq üçün abunəyə pul xərcləməli deyillər. Mən "TNT Sports"u qərara yenidən baxmağa və gələn şənbə günü keçiriləcək finalın izlənməsini pulsuz etməyə çağırıram".
Qeyd edək ki, 22 il sonra İngiltərə çempionu olan "Arsenal" ÇL-nin finalında PSJ ilə qarşılaşacaq. Final mayın 30-da Budapeştdə keçiriləcək. Bu oyunun qalibi mayın 21-də UEFA Avropa Liqasında finalında "Frayburq"u məğlub edən İngiltərənin "Aston Villa" kollektivi ilə UEFA Superkuboku uğrunda üz-üzə gələcək.

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.
Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.
Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

"Şamaxı" Ayxan Abbasovla vidalaşıb
"Şamaxı" klubu baş məşqçisi Ayxan Abbasovla vidalaşıb.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
44 yaşlı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisi idi.

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdığını açıqlayıb
"Qarabağ" klubu Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub.
İcarə əsasında "köhlən atlar"da çıxış edən Sami Mmae isə məxsus olduğu "Dinamo"ya (Xorvatiya) geri qayıdıb.

Premyer Liqa: "Neftçi" mövsümü qələbə ilə başa vurub
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
54-cü dəqiqədə Freddi Varqas fərqlənib. Onun komanda yoldaşı İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Neftçi" mövsümü 59 xalla dördüncü sırada başa vurub. Gəncə klubu 27 xalla onuncu olub.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.

Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur"
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev çıxış edəcəyi hər komandaya xeyir verəcək.
"Report" xəbər verir ki, bu barədə yığmanın kapitanı Emin Mahmudov "Report"a müsahibəsində bildirib.
34 yaşlı yarımmüdafiəçi "Qarabağ"da çıxış edən oyunçunun transferə çıxarılması ilə bağlı fikirlərini bölüşüb:
"Elvinlə münasibətim çox yaxşıdır. Lakin bu barədə nəsə deyə bilmərəm. Yaxşı olar ki, Elvin özü karyerası ilə bağlı doğru qərarı versin. Onun barədə düşüncələrim çox pozitivdir. Elvin Cəfərquliyev Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Yığmada da ən yaxşı oyunçulardan hesab edilir. Çıxış edəcəyi hər komandaya xeyir verəcəyini düşünürəm".
Xatırladaq ki, Elvin Cəfərquliyev intizam qaydalarını pozduqları üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır
İngiltərənin "Mançester Yunayted" İtaliya təmsilçisi "Atalanta"da çıxış edən Edersonu heyətinə qatmağa yaxındır.
"Report" "Sportitalia" nəşrinə istinadən xəbər verir ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər.
"Qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Xatırladaq ki, Ederson cari mövsüm bütün turnirlərdə 41 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Emin Mahmudov: "Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyirik"
"Neftçi" hazırkı baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyir.
Bu barədə "ağ-qaralar"ın kapitanı Emin Mahmudov "Report"a müsahibəsində bildirib.
34 yaşlı futbolçu Bakı təmsilçisindəki əvvəlki mütəxəssisləri müzakirə etmək istəmədiyini söyləyib:
"Əvvəlki baş məşqçilərin işini müzakirə etmək istəməzdim. Çünki hər məşqçinin öz oyun planı var. Bəzən burada bəxt amili də rol oynayır. Məsələn, Samir Abasovun dövründə bir çox oyunlarda bəxtimiz gətirmədi. Bəzən də hakimlərin qərarları təsir edirdi. Sadaladığım bu amillər xal qazanmağa mane olurdu. Lakin mən əvvəlki baş məşqçilərimizdən Samir Abasova təşəkkür etmək istəyirəm. Mənim üçün çətin bir dövrdə gəldi və şans verdi. Onun göstərdiyi güvəni boşa çıxartmaq istəmədim və şükürlər olsun ki, bu heç də pis alınmadı. Hazırkı baş məşqçimiz Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyirik. Yenə deyirəm, əvvəlki məşqçilərin işini müzakirə etmirəm. Onsuz da problem tək məşqçilərdə yox, futbolçularda da olurdu. Düşünürəm ki, futbolçular da məsuliyyətli olmalıdırlar. Sevinirik ki, son dövrdəki qələbələr bizdə özünəinam yaratdı. Komanda olaraq birləşdik, çünki geriyə yol yox idi".
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti açıqlanıb
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır. Milliyə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:
| S. | Ad / Soyad | Klub |
| 1 | Rza Cəfərov | Qəbələ |
| 2 | Şahrudin Məhəmmədəliyev | Qarabağ |
| 3 | Emil Balayev | Neftçi |
| 4 | Bədavi Hüseynov | Qarabağ |
| 5 | Cəlal Hüseynov | Arda (Bolqarıstan) |
| 6 | Anton Krivotsyuk | Daejon Hana (Cənubi Koreya) |
| 7 | Rahil Məmmədov | Araz-Naxçıvan |
| 8 | Elvin Bədəlov | Neftçi |
| 9 | Rəhman Daşdəmirov | Sabah |
| 10 | Qismət Alıyev | Zirə |
| 11 | Elvin Cəfərquliyev | Qarabağ |
| 12 | Rüfət Abbasov | Şamaxı |
| 13 | Tellur Mütəllimov | Sabah |
| 14 | Toral Bayramov | Qarabağ |
| 15 | Emin Mahmudov | Neftçi |
| 16 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 17 | Rəhim Sadıxov | Turan Tovuz |
| 18 | Mustafa Əhmədzadə | Araz-Naxçıvan |
| 19 | Emil Səfərov | Neftçi |
| 20 | Abdulla Xaybullayev | Sabah |
| 21 | Aleksey İsayev | Sabah |
| 22 | Rüstəm Əhmədzadə | Sumqayıt |
| 23 | Ayxan Hüseynov | Turan Tovuz |
| 24 | Vüsal İsgəndərli | Partizani (Albaniya) |
| 25 | Xəyal Əliyev | Sabah |
| 26 | Nəriman Axundzadə | Kolambus Kryu (ABŞ) |
| 27 | Mahir Emreli | Kayzerslautern (Almaniya) |
| 28 | Renat Dadaşov | Motor (Polşa) |

Emin Mahmudov: "Başqa təklifləri düşünmürəm, "Neftçi"də qalmaq istəyirəm"
"Neftçi"nin kapitanı Emin Mahmudov komandada qalmaq istəyir.
34 yaşlı futbolçu bu barədə "Report"a müsahibəsində bildirib.
Təcrübəli yarımmüdafiəçi başqa təklifləri düşünmədiyini söyləyib:
"Neftçi" ilə danışıqlarımız davam edir. İnşallah, bu komandada qalmaq istəyirəm. Başqa təklifləri düşünmürəm. Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu klubda davam etmək niyyətindəyəm".
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

-
report.az
- "Tottenhem"in müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır
"Tottenhem"in müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Romero qeyri-adi səbəbdən Premyer Liqanın sonuncu turundakı oyunu buraxacaq.
"Report" "The Touchline"a istinadən xəbər verir ki, London təmsilçisinin kapitanı "River Pleyt" və "Belqrano" komandaları arasında Argentina Liqasının finalını izləmək üçün sözügedən ölkəyə yollanır.
"Tottenhem" mayın 24-də, XXXVIII turda "Everton"la üz-üzə gələcək. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 38 xalla 17-ci pillədə qərarlaşıb. 18-ci sıradakı "Vest Hem"in 36 xalı var. Sonuncu tur çempionatda qalmaq yolunda həlledici olacaq.
Xatırladaq ki, 28 yaşlı argentinalı oyunçu cari mövsüm bütün turnirlərdə 32 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

-
report.az
- Emin Mahmudov: "Hər dəfə "Qarabağ"a uduzanda əsəbləşirdik ki, bizdə nə çatmır?" - MÜSAHİBƏ
Emin Mahmudov: "Hər dəfə "Qarabağ"a uduzanda əsəbləşirdik ki, bizdə nə çatmır?" - MÜSAHİBƏ
"Neftçi"nin kapitanı Emin Mahmudov "Report"a müsahibə verib. Yarımmüdafiəçi başa çatmaqda olan mövsümdə komandasının çıxışını dəyərləndirib. O, UEFA Konfrans Liqasına qazanılan vəsiqədən, hazırkı baş məşqçi Yuri Vernidubla əldə olunan uğurlu nəticələrdən danışıb. E.Mahmudov komandanın əvvəlki çalışdırıcısı Samir Abasovla aralarında yaşananlara və digər maraqlı məqamlara da toxunub.
- Misli Premyer Liqasında 2025/2026 mövsümü artıq başa çatmaqdadır. Cari mövsümü "Neftçi" üçün necə dəyərləndirərdiniz?
- Mövsümün əvvəlində UEFA Konfrans Liqasına düşmək istəmirdik. Bundan da yaxşı nəticələrə ümid edirdik. Amma gedişat elə gətirdi ki, bəzi uğursuzluqlar yaşandı və sonda avrokuboklara vəsiqə əldə etmək bizim üçün sevindirici hal oldu. Mövsümün qızğın vaxtında avrokuboklara düşmək bizim üçün çətin görünürdü. Çünki çox xallar itirmişdik. Çalışırdıq ki, itirilən xalları bərpa edək. Tək bizim əlimizdə olan məsələ deyildi. Bizə lazım olan o idi ki, turnir cədvəlində "Neftçi"yə yaxın olan komandalar da xal itkisi ilə üzləşsinlər. Lakin uğursuz başlanğıcdan sonra dördüncü yeri tuta bildik.
- "Neftçi" əvvəlki 2 mövsümdə avrokuboklara vəsiqə qazana bilməmişdi. Bu il komandada nə dəyişdi?
- Hazırda komandada çıxış edən futbolçuların keyfiyyətini ön plana çıxarardım. Əvvəlki oyunçuları keyfiyyətsiz adlandırmıram. Sadəcə, indikilər özlərini daha yaxşı tərəfdən göstərə bildilər. Komandada ab-hava da çox yaxşı idi. Futbolçuların bir-birinə isti münasibəti, yaxınlığı və dostluğu uğurlu nəticədə rol oynadı. İki il əvvəl avrokubok zonasından bizi 1 xal ayırdı. Ardıcıl 3 il avrokuboka düşməmək bizim üçün daha ağır olardı. Baxmayaraq ki, biz bunu yox, çempionluğu düşünməliyik. Çünki biz "Neftçi"yik. Təəssüf ki, futbolda belə məqamlar olur, çempionluqdan uzaq qalırsan. Amma indiki vəziyyətdə avrokuboka düşmək sevindiricidir. Məncə, bu il komanda olaraq daha yaxşı idik.
- Əvvəlki baş məşqçilər - Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk və Samir Abasovun uğursuzluğunun səbəbləri nə idi?
- Əvvəlki baş məşqçilərin işini müzakirə etmək istəməzdim. Çünki hər məşqçinin öz oyun planı var. Bəzən burada bəxt amili də rol oynayır. Məsələn, Samir Abasovun dövründə bir çox oyunlarda bəxtimiz gətirmədi. Bəzən də hakimlərin qərarlarıı təsir edirdi. Sadaladığım bu amillər xal qazanmağa mane olurdu. Lakin mən əvvəlki baş məşqçilərimizdən Samir Abasova təşəkkür etmək istəyirəm. Mənim üçün çətin bir dövrdə gəldi və şans verdi. Onun göstərdiyi güvəni boşa çıxartmaq istəmədim və şükürlər olsun ki, bu heç də pis alınmadı. Hazırkı baş məşqçimiz Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyirik. Yenə deyirəm, əvvəlki məşqçilərin işini müzakirə etmirəm. Onsuz da problem tək məşqçilərdə yox, futbolçularda da olurdu. Düşünürəm ki, futbolçular da məsuliyyətli olmalıdırlar. Sevinirik ki, son dövrdəki qələbələr bizdə özünəinam yaratdı. Komanda olaraq birləşdik, çünki geriyə yol yox idi.
- Sizin üçün çətin olan dövrdə Samir Abasovun güvənini hiss etdiyinizi söylədiniz. Bu mövzuya daha detallı aydınlıq gətirə bilərsiniz?
- Doğrusu, həmin vaxtlara qayıtmaq istəmirəm. Dünya futbolunda da bu cür hallar yaşanır. Sadəcə, onun güvənini hiss edirdim, formada olmadığım vaxtda da meydana buraxırdı. Təbii ki, mən də onun güvənini boşa verə bilməzdim. Münasibətimiz hər zaman yaxşı olub. Hələ 2021-ci ildə onun rəhbərliyi ilə çempion olduqdan sonra bizim yaxşı münasibətlərimiz var. Bu günə qədər də bu münasibət davam edir.
- Komanda mövsümə Yuri Vernidubun rəhbərliyi ilə başlasaydı, çempion ola bilərdiniz?
- Belə bir proqnoz vermək həm doğru olmazdı, həm də çətindir. Bunu həqiqətən bilmək olmur. Növbəti mövsümə baxmalıyıq və çalışmalıyıq ki, dediyiniz kimi, çempionluğa oynayaq. Çünki həqiqətən çempion olmaq üçün bütün lazımi şəraitimiz var. Ən yüksək səviyyədə olan hər şey bazamızda mövcuddur. "Neftçi"də yalnız nəticə çatmır. Onu da inşallah, yavaş-yavaş bərpa edirik. Stadionumuz həqiqətən əladır. Yeni tribunalar quraşdırıldıqdan sonra daha möhtəşəm görünür. İnsan həqiqətən bu stadionda futbol oynamaq istəyir. Digər komandaların futbolçuları da bizə bildirirlər ki, stadionunuz çox qəşəngdir. Klubun bizə yaratdığı imkanların qarşılığını verməyin vaxtıdır.
- "Sabah" üzərində qazandığınız qələbədən sonra Yuri Vernidub bildirdi ki, uğurun təməli Əbu-Dabidəki toplanış oldu. Həmin vaxt futbolçuları daha yaxından tanımaq və onlarla söhbət etmək imkanı qazandı. Sirr deyilsə, baş məşqçi ilə aranızda hansı dialoqlar olurdu?
- Baş məşqçimiz vaxt tapdıqca hamı ilə danışırdı, psixoloji durumla maraqlanırdı. Çünki o, futbolçulara daha yaxın olmaq istəyir. Əbu-Dabi toplanışında həm çox danışdıq, həm də çox işlər gördük (gülür). Lakin yayda bu işləri görməyə daha çox vaxtımız olacaq. Qışda bir az vaxt məhdud idi.
- Komandanın fiziki hazırlıq durumunun düzəldiyini deyə bilərik?
- İnşallah, fiziki hazırlığımız daha da yaxşı olacaq. Bunun daha yaxşı olması üçün də çalışmalıyıq və çalışacağıq. Bəzi oyunlarda tempi artırırıq, işlər qaydasında gedir. Lakin təəssüf ki, davamını gətirməkdə müəyyən problemlər yaşanır. Düşünürəm ki, bu da fiziki hazırlıqla bağlıdır. Lakin indi vəziyyət yaxşıya doğru gedir. Düşünürəm ki, doğru yoldayıq. Yay toplanışında çatışmazlıqları aradan qaldıracağıq.
- Mövsümü dördüncü sırada bitirdikdən sonra klubun rəhbər şəxslərindən xüsusi təbrik aldınız?
- Klub rəhbərliyi daim futbolçuların yanında olduğu üçün fərqli durum yaşanmadı. Biz onların dəstəyini bir oyundan sonra yox, hər zaman görürük. Hətta məğlub olanda belə, rəhbərlik yanımızda olur.
- Ardıcıl zəif oyunlar keçirdiyiniz dövrdə, uğursuz nəticələr kapitan kimi sizə necə təsir edirdi?
- Mənim üçün çox ağır durum idi. Çünki uduzmağı heç vaxt sevməmişəm. Həqiqətən bir ara ağır günlər yaşadıq, ardıcıl məğlubiyyətlər alırdıq. Rusiyada çıxış etdiyim dövrlərdə elə klub var idi ki, orada uduzanda bu qədər təzyiqlə üzləşmirdin. Lakin Moskva "Spartak"ında "Neftçi"dəki hal yaşanırdı. Orada da hər zaman yüksək nəticələr tələb olunurdu. Başa düşürəm ki, bura "Neftçi"dir. Bu komandanın azarkeşləri hər zaman qələbələr görüblər. Təəssüf ki, həmin vaxtlar Azərbaycan millisində də vəziyyət ürəkaçan deyildi. Biri var yığmada uduzasan, "Neftçi"də udasan və ya tərsinə ola. Birində məğlub olub, digərində qalib gələndə az da olsa, təsəlli tapırsan. Təəssüf ki, həmin vaxtlar hər iki "cəbhə"də yaxşı nəticələr olmurdu. Həmin uğursuzluq dövrünü daha yaşamaq istəmərəm.
- "Spartak"dakı günlərinizi necə xatırlayırsınız?
- "Spartak" Rusiyanın bir nömrəli komandasıdır. Orada da məğlub olarkən pis vəziyyət yaşanırdı. Komandanın azarkeşləri futbolçulardan hər zaman yaxşı nəticələr tələb ediblər. Orada olarkən təzyiq yüksək səviyyədə hiss olunurdu. Rəhbərlikdən tutmuş azarkeşlərə qədər, hər kəs narahat olurdu. Uzun müddət çempion ola bilmədilər. Bununla belə, bütün diqqətlər "Spartak"ın üzərində idi. Necə ki, Azərbaycanda bir çox futbol azarkeşi "Neftçi" üçün narahatdırsa, diqqəti bu komandanın üzərindədirsə, eynisi "Spartak"da yaşanırdı.
- Yarımmüdafiəçi olmağınıza baxmayaraq, komandanın hücumçusu Bassala Sambu ilə eyni sayıda - 11 qol vurmusunuz. Hücuma çıxmağı sevirsiniz?
- Aşağı yaş qruplarından ibarət komandalarda çıxış edərkən hücumameyilli futbol oynamışam. "Spartak"da çıxış edərkən isə meydanda bir az geri çəkildim. Dayaq yarımmüdafiəçisi kimi oynamağa başladıqdan sonra qol vurmaq instinktini bir az itirmişdim. "Neftçi"də isə mövqe olaraq bir az irəli getdim. Arxada ötürmələr verməyi çox sevmirəm, daim irəli getmək yaxşıdır. Təbii ki, məşqçi hansı tapşırığı versə, yerinə yetirməyə hazıram. Lakin daha çox öndə oynamağı sevirəm. Hər zaman meydanda qol vura biləcəyim mövqeləri axtarıram. Yaxşı zərbələr endirə biləcəyim yeri tapmaq istəyirəm.
- Lazım gələrsə, hücumçu kimi çıxış edərsiniz?
- İndi bu, bir az çətin olar. Çünki yarımmüdafiəyə öyrəşmişəm. Düşünürəm əslində, bir az fərqli durumdur. Lakin çalışsam, əlbəttə ki, niyə də oynamayım? Məni meydanın istənilən yerinə qoysanız, oynayaram (gülür). Məşqçim meydanda nə tələb etsə, yerinə yetirməyə hazıram. Çünki hər zaman baş məşqçilərlə aram yaxşı olub, onların verdiyi tapşırıqları tez qavramışam. Sistemli futbol oynamağı sevirəm. Əvvəllər məni dayaq yarımmüdafiəçisi kimi oynadırdılar və bunu sevmirdim. Lakin nə edə bilərik, bu mövqedə komandama xeyrim dəyəcəksə, can-başla oynamağa hazıram.
- "Neftçi" ilə müqavilənizin müddəti cari mövsümün sonunda başa çatacaq. Komandadan yeni təklif almısınız?
- "Neftçi" ilə danışıqlarımız davam edir. İnşallah, bu komandada qalmaq istəyirəm.
- Başqa komandalardan təkliflər alırsınız?
- Başqa təklifləri düşünmürəm. Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu komandada davam etmək istəyirəm.
- Komandanın hazırkı heyəti ilə UEFA Konfrans Liqasında 4 raund adlayaraq əsas mərhələyə vəsiqə qazanmaq nə dərəcədə realdır?
- Əvvəlcə yayda çox yaxşı təlim-məşq toplanışı keçməliyik. Çalışacağıq ki, maksimum nəticə göstərək və Liqa mərhələsinə vəsiqə qazanaq. Konfrans Liqasında bir mərhələ oynayıb, geri qayıtmaq bizə uyğun olmaz. Lakin sizə deyim ki, bu işlərdə bir az bəxt də lazımdır. Çünki təsnifat mərhələlərində hansı komandalarla qarşılaşacağımız bilinmir. Hələ ki bu barədə düşünmək tezdir. Hadisələrin axarı hər şeyi göstərəcək. Üstəlik, komandanın da heyəti tam formalaşmalıdır. Gedənlər və gələnlər bəlli olandan sonra bu barədə danışmaq və düşünmək olar. Üzərimizdə böyük məsuliyyət var. "Qarabağ"dan başqa uzun illərdir hansısa komandamız qrup mərhələsində (Liqa mərhələsini nəzərdə tutur - red.) çıxış etmir. Bu uğura nail olmaq istəyirik. Bu uğura da addım-addım irəliləməliyik.
- Bu uğura doğru addımlamaq üçün heyətə yeni futbolçular cəlb olunmalıdır?
- Əlbəttə, lazımdır. Dünya futbolunda da belə bir praktika var ki, komanda nə qədər yaxşı vəziyyətdə olsa da, hər zaman heyət dəyişir, yenilənir, yeni futbolçular gəlir. Yeni futbolçulara hər zaman ehtiyac var. Çünki yeni motivasiyalı futbolçular komandaya hər zaman xeyir verə bilərlər.
- Millidə birgə çıxış etdiyin, "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin adı "Neftçi" ilə də yanaşı hallanır. Bununla bağlı nə deyə bilərsiniz?
- İstəməzdim hazırda başqa klubda olan futbolçu barədə danışaq.
- Lakin Elvinin meneceri futbolçunun transferə çıxarıldığını təsdiqləyib...
- Elvinlə münasibətim çox yaxşıdır. Lakin bu barədə nəsə deyə bilmərəm. Yaxşı olar ki, Elvin özü karyerası ilə bağlı doğru qərarı versin. Onun barədə düşüncələrim çox pozitivdir. Elvin Cəfərquliyev Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Yığmada da ən yaxşı oyunçulardan hesab edilir. Çıxış edəcəyi hər komandaya xeyir verəcəyini düşünürəm.
- Onunla bir klubda çıxış etmək istəyərdiniz?
- Mən onsuz da onunla bir millidə oynayıram (gülür).
- "Neftçi"nin növbəti mövsümdən çempionluq mübarizəsinə qoşulacağını söyləmək olar?
- Mövsümün əvvəlində mənə desəydilər ki, dördüncü yeri tutacağınıza sevinərsən? Cavabım "yox" olardı. Çünki biz daim çempionluq uğrunda yarışmalıyıq. Turnir cədvəlində dördüncü yerə, Konfrans Liqasına düşməyimizə çox sevinə bilmərik. Mövsümün əvvəlində belə bir başlanğıc edəcəyimiz ağlımıza belə gəlməzdi. Lakin iş elə gətirdi ki, dördüncü yerə görə müəyyən xoşbəxtlik yaşadıq. Çünki həqiqətən bir ara işlər qaydasında deyildi. Hədəflərimiz daha böyükdür. Hər il çempionluq uğrunda mübarizə aparmalıyıq. Bu komandaya gələn bütün futbolçular birinci yeri düşünməlidir. Əsas ilk pillənin sahibi olmaqdır. Futbolçular bu barədə yaxşı düşünməlidirlər.
- "Sabah" və "Qarabağ"a çatmaq üçün nə etmək lazımdır?
- Əlbəttə ki, sabit çıxış etmək lazımdır. Cari mövsümün sonlarında necə sabit çıxış ediriksə, elə də davamı olmalıdır. Baxmayaraq ki, "Qarabağ"a 1:5 hesablı məğlubiyyətimiz oldu, heç vaxt təşvişə düşmədik. Komanda olaraq bu məğlubiyyəti unutmağa çalışdıq. Çünki bunun təsadüfi olduğuna inanırdıq. "Neftçi" belə asanlıqlıa 5 qol buraxan komanda deyil. Və nəticədə növbəti matçda qələbə qazandıq. Bu cür sabit çıxış edərək, uğurların arxasınca getməliyik.
- "Neftçi" uzun müddət idi ki, "Qarabağ"a qalib gələ bilmirdi. Uğursuzluq sindromunu qırdığınıza inanırsınız?
- Əlbəttə, buna inanırıq. Heç kimə sirr deyil ki, hər dəfə bu komandaya uduzanda çox əsəbləşirdik. Düşünürdük ki, axı bizdə nədir çatışmayan? Nəyi düzgün etməmişik? Bu qələbə bizim üçün çox vacib idi. Və bir daha aydın oldu ki, hər komandanı məğlub etmək olar. Artıq növbəti görüşlərə daha güvənli çıxacağıq. Demirəm ki, hər oyunda "Qarabağ"ı udacağıq. Hər halda, bilirik ki, qələbə qazanmaq şansımız var.
- Ardıcıl xal itirdiyiniz vaxtlarda belə azarkeşləriniz sizi tək buraxmayıblar. Bu məqam xüsusi olaraq diqqətinizi çəkirdi?
- Azərbaycanda 1 nömrəli azarkeş qrupu "Neftçi"dədir. Yalan vəd verə bilmərəm, amma onları sevindirməyi həqiqətən çox istəyirik. Builki kimi yox, daha artığını etməyə çalışacağıq. Biz çempionluğa oynamalıyıq. Azarkeşlərimiz bizim üçün önəmlidir. Bir ara ardıcıl məğlubiyyətlər alanda, düşünürdüm ki, daha azarkeşlərimiz stadiona gəlməyəcəklər. Lakin onlar hər vəziyyətdə bizi dəstəklədilər. Tərəfdarlar da anlayırdılar ki, bəzən bizə qarşı haqsızlıqlar olub. "Zirə" ilə son oyundan sonra bizə möhtəşəm dəstək göstərdilər. Birliyimizi bir daha orada hiss etdik.
- Azərbaycan millisinin heyətində mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışı keçəcəksiniz. Bu hazırlıq prosesi yığmaya nə verə bilər?
- Bildiyiniz kimi, orada iki yoxlama matçı keçirəcəyik - Malta və San Marino ilə. Hər iki komanda Millətlər Liqasında bizim Liqaya uyğun gələn komandalardır. Bizim də əsas hədəfimiz sözügedən turnirə yüksək səviyyədə hazırlaşmaqdır. Həmin yoxlama matçlarında çatışmayan cəhətlərimizi müəyyənləşdirməliyik. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında qələbələr qazanmalıyıq. Oyunlarda qalib gələk ki, özümüzə inamımız daha da artsın.
- D Liqasından C Liqasına yüksəlmək mümkün olacaq?
- Əlbəttə ki, bunu bacarmaq istəyirik. Əsas məqsəd C Liqasına yüksəlməkdir. Lakin rəqibimiz Litva da bunu istəyəcək. Hansısa millidən çox üstün olduğumuzu söyləyə bilmərəm. Çünki reallıq var. Biz ilyarım idi ki, qələbə qazana bilmirdik. Bilirik ki, rəqibimiz bizi Portuqaliya yığması səviyyəsində görmür.

"Real" Denzel Dumfrisi 25 milyon avro qarşılığında heyətinə qata bilər
İtaliyanın "İnter" klubunun futbolçusu Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Real" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Niderlandlı oyunçu Madrid təmsilçisi üçün əsas transfer hədəflərindən biridir.
Dumfrisin müqaviləsindəki bəndə əsasən, o, 25 milyon avro qarşılığında komandanı tərk edə bilər.
Xatırladaq ki, futbolçunun Milan klubu ilə sözləşməsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Müdafiəçi cari mövsüm bütün yarışlarda 28 oyuna beş qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
İngiltərənin "Liverpul" klubunun sabiq qapıçısı Adrian karyerasını başa vurur.
"Report" xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında yazıb.
Hazırda İspaniya təmsilçisi "Betis"də çıxış edən təcrübəli oyunçu həftəsonu son matçına çıxacağını vurğulayıb.
Xatırladaq ki, 2024-cü ildən "Betis"in uğurları üçün çalışan Adrian 2019-2024-cü illər aralığında "Liverpul"un formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının və UEFA Superkubokunun da qalibi olub.

Valentin Barko yay transfer dönəmində "Çelsi"yə keçəcək
Fransanın "Strasburq" klubunun futbolçusu Valentin Barko yay transfer dönəmində İngiltərə təmsilçisi "Çelsi"yə keçəcək.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə anlaşıb. Argentinalı oyunçu iyulda komandaya qoşulacaq.
Xatırladaq ki, Valentin Barko 2025/2026 mövsümündə bütün turnirlərdə 43 oyuna 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" münasibətlərə aydınlıq gətirəcəklər. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Zirə" 53 xalla beşinci, Naxçıvan komandası 43 xalla altıncı sıradadır.
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.

"Lans" tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub
"Lans" Fransa Kubokunun finalında "Nitsa" komandasını 3:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, qalib komandanın heyətində Florian Toven (25-ci dəqiqə), Odsonn Eduar (42) və Abdallah Sima (78) fərqləniblər. Məğlub komandanın yeganə qolunu Cibril Kulibali (45+3) vurub.
"Lans" tarixində ilk dəfə Fransa Kubokunu qazanıb. Komanda əvvəllər üç dəfə (1948, 1975, 1998) turnirin finalına çıxıb.
Fransa Kubokunda qələbə sayına görə rekordçu əvvəlki iki turnirdə qalib gələn PSJ-dir.

Konqo DR-nin futbol millisi dünya çempionatından kənarlaşdırıla bilər
Konqo Demokratik Respublikasının (DR) futbol üzrə milli komandası ölkədə Ebola epidemiyası səbəbindən 2026-cı ilin dünya çempionatından kənarlaşdırıla bilər.
"Report" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Ağ Evin dünya çempionatı üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, komanda hazırda təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirdiyi Belçikada 21 günlük karantindən keçməlidir.
Onun sözlərinə görə, karantin olmadan komandanın ABŞ-yə və turnirə ev sahibliyi edən ölkələrə girişi məhdudlaşdırıla bilər.
E.Culiani tədbirlərin infeksiyanın yayılmasının qarşısını almağa və ABŞ-də ictimai səhiyyə təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayıb.

Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurub
"Qarabağ" Misli Premyer Liqasında mövsümü qələbə ilə başa vurub.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi sonuncu - XXXIII turda "Sumqayıt"ı məğlub edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma 4:3 hesabı ilə bitib.
"Köhlən atlar"ın qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə Aleksey Kaşuk vurub. Meydan sahiblərinin heyətində Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev 90+3-cü dəqiqədə fərqlənib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 69-a çatdırıb. "Sumqayıt" 41 xalla yeddincidir.
Günün ilk matçında "Sabah" "Turan Tovuz"a qalib gəlib - 2:1.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

"Qəbələ"nin pley-offdakı rəqibi müəyyənləşib
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.
"Report"un məlumatına görə, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.
"Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.
Beləliklə, I Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

"Sabah" cari mövsüm Premyer Liqadakı son oyununda qələbə qazanıb
"Sabah" komandası cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, Masazır təmsilçisi XXXIII turda "Turan Tovuz"la üz-üzə gəlib.
Qarşılaşma "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ölkə çempionunun heyətində Aron Maluda (15) və Xəyal Əliyev (64) fərqləniblər.
Qərb təmsilçisində isə Ayxan Hüseynov (86) diqqət mərkəzinə düşüb.
Turnir cədvəlinin lideri "Sabah" xallarının sayını 78-ə çatdırıb. Üçüncü sıradakı "Turan Tovuz" 59 xalda qalıb.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

AFFA rəsmisi Cahangir Fərəcullayev Səbinə Əliyeva ilə birgə layihələri müzakirə edib
AFFA-nın baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.
AFFA-dan "Report"a verilən məlumata görə, görüşdə Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkədə "İnsan Hüquqları Aylığı" elan edildiyini, bu çərçivədə silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Səbinə Əliyeva uşaqların və gənclərin sağlam, düzgün fiziki inkişafının təmin olunmasının, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində assosiasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Görüşdə həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

-
report.az
- Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa dünya çempionatından sonra postunu tərk edəcək
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa dünya çempionatından sonra postunu tərk edəcək
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılacağını açıqlayıb.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı argentinalı mütəxəssis dünya çempionatı kimi möhtəşəm turnirdə çalışmaq imkanı yaratdığına görə Uruqvay millisinə təşəkkür edib.
Marselo Byelsa Uruqvay yığmasını 2023-cü ilin mayından çalışdırır. Byelsanın rəhbərliyi altında komanda 33 oyun keçirib, bunların 16-da qələbə qazanıb, 10 matçda heç-heçə edib və 7 dəfə məğlub olub.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Uruqvay millisi H qrupunda Səudiyyə Ərəbistanı, Kabo-Verde və İspaniya ilə mübarizə aparacaq.

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq
İngiltərənin "Mançester Siti" klubunun ev oyunlarını keçirdiyi "Etihad" stadionunun şimal tribunası baş məşqçi Xosep Qvardiolanın şərəfinə adlandırılacaq.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi mövsümün sonunda təcrübəli mütəxəssislə yollarını ayıracağını açıqlayıb.
Xatırladaq ki, X.Qvardiola 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Meksikada Pelenin heykəlinin açılışı olub
Meksikanın Qvadalaxara şəhərində Braziliya futbolunun əfsanəsi Pelenin 9,5 metr hündürlüyündə heykəlinin açılışı olub.
"Report" AP agentliyinə istinadən xəbər verir ki, abidə futbolçunun Braziliya milli komandası ilə qazandığı uğurların xatirəsinə ucaldılıb.
Heykəl 1970 və 1986-cı illərdə dünya çempionatının oyunlarına ev sahibliyi etmiş "Xalisko" stadionunun yaxınlığındakı meydanda quraşdırılıb.
2022-ci ildə 82 yaşında vəfat edən Pele 1970-ci ildə Meksikada keçirilən mundialda karyerasının üçüncü dünya çempionluğunu qazanmışdı.
Qeyd edək ki, Qvadalaxara 2026-cı il dünya çempionatının final mərhələsində qrup oyunlarından dördünə ev sahibliyi edəcək. Burada Cənubi Koreya – Çexiya (12 iyun), Meksika – Cənubi Koreya (18 iyun), Kolumbiya – Konqo (23 iyun) və Uruqvay – İspaniya (26 iyun) matçları keçiriləcək.

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu Şamaxıda keçiriləcək
Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off oyununun məkanı və tarixi müəyyənləşib.
"Report"un məlumatına görə, "Şimal" - "Qaradağ Lökbatan" matçı mayın 27-də Şamaxı şəhər stadionunda təşkil olunacaq.
Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.
Xatırladaq ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.

Avropa və dünya çempionu olmuş Pedro Rodriges "Latsio"dan ayrılır
İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş futbolçu Pedro Rodriges mövsümün sonunda İtaliyanın "Latsio" klubundan ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı vinger 2021-ci ildən İtaliya A Seriyası təmsilçisində oynayır.
Xatırladaq ki, Pedro Rodriges "Latsio"nun heyətində 208 oyunda 38 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya yığması ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.

"Mançester Yunayted" baş məşqçisi Maykl Kerrik ilə yeni müqavilə imzalayıb
İngiltərə təmsilçisi "Mançester Yunayted" baş məşqçisi Maykl Kerrik ilə yeni müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşma 2028-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə əlavə bir mövsüm uzatma seçimi də yer alıb.
Qeyd edək ki, Kerrik 2026-cı ilin yanvarında Ruben Amorimin istefasından sonra komandanın müvəqqəti baş məşqçisi təyin olunmuşdu. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında "qırmızı şeytanlar" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Premyer Liqanın son turu öncəsi "Mançester Yunayted" 68 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

"Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb
İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə mövsümün sonunda yollarını ayıracağını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ispan mütəxəssis 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə altı dəfə İngiltərə Premyer Liqasının, üç dəfə ölkə kubokunun, beş dəfə İngiltərə Liqa Kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Kubokunun final oyununu buraxacaq
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Kubokunun finalında "Ştutqart"a qarşı keçirəcəkləri oyunu buraxacaq.
"Report" xəbər verir ki, Münhen təmsilçisi 40 yaşlı qolkiperi matçın iştirak ərizəsinə daxil etməyib.
Qarşılaşma mayın 23-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, Manuel Noyer Bundesliqanın XXXIV turunda "Köln"ə qalib gəldikləri matçın (5:1) 60-cı dəqiqəsində əvəzlənmişdi. O, DÇ-2026 üçün Almaniya millisinə dəvət alıb.
