İki küçədə qaz təchizatı DAYANDIRILDI…

Qəbələdə iki küçənin qaz təchizatında fasilə yaranıb.

Zaqatala Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, müvafiq dövlət qurumu tərəfindən aparılan qazıntı işləri zamanı qaz xətti zədələnib.

Bununla əlaqədar saat 17:30-dan etibarən Qəbələ rayonunun Nəsimi və Z. Əliyeva küçələrinə qazın verilməsi müvəqqəti dayandırılıb.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa olunacağı bildirilir.